Məhkəmə qərarları › İş №1(004)-506/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-506/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-506/2024 21.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri “Ruslan Vəliyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1966-cı ildə Sabirabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 13,08 qram olmaqla, təmiz çəkiləri 1,81 qram, 6,79 qram və 4,48 qram tərkiblərinə görə eyni olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, 25 may 2024-cü il tarixdə səhər saatlarında qanunsuz olaraq həmin narkotik vasitədən xeyli miqdardan artıq olmayan miqdarda, yəni təmiz çəkisi 1,81 qram narkotik vasitə qurudulmuş marixuananı tanışı Şahid1 satmış, 25 may 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 15:00-da Şahid1 ünvan 2 ünvanının qarşısında küçədə saxlanılaraq, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 28ci polis şöbəsinin inzibati binasına aparılmış, Şöbədə onun üzərində aparılmış şəxsi axtarış zamanı təmiz çəkisi 1,81 qram olan narkotik vasitə qurudulmuş marixuana bir ədəd şəffaf sellofan torbacıqda Şahid1 əynindəki tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüş, bundan sonra, o, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin əməkdaşları tərəfindən 25 may 2024-cü il tarixdə saat 17:50-də ünvan 4 ünvanının qarşısında küçədə saxlanılaraq 28-ci polis şöbəsinin inzibati binasına aparılmış, Şöbədə onun üzərində aparılmış şəxsi axtarış zamanı qalıq qalan ümumi təmiz çəkisi 11,27 qram narkotik vasitə qurudulmuş marixuana təmiz çəkiləri 6,79 qram və 4,48 qram olmaqla, bir ədəd “Salbutamol” dərman qutusunun içərisində olan iki ədəd sellofan torbacıqda onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü istifadə edən olmuşdur. Heç kimə satış məqsədi ilə verməmişdir. Şahid1 deyilən adam var. O bilirdi ki, o istifadə edir. Ondan narkotik istəyib. O da verib. Məqsədi satış olmamışdır. Heç ondan pul da almamışdır. Çəkmək üçün elə-belə vermişdir. İşləyən zaman Polis Bölməsindən gəlibər. Üstündən 11 qram marixuana çıxıb. Ayrı-ayrı bükümlərdə olub. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 may 2024-cü il tarixdə onlara Təqsirləndirilən şəxs narkotik vasitəni istifadə etməsi barədə məlumat daxil olmuşdur. Aparılmış əməliyyat tədbirləri nəticəsində həmin tarixdə saat 17:50 radələrində ünvan 5 ünvanında saxlanılmışdır. Polis şöbəsinə dəvət olunmuş, orada vəkilin iştirakı ilə baxış keçirilmiş və üzərində olan narkotik vasitəni könüllü təqdim etmişdir. Narkotik maddə möhürlənərək rəy verilməsi üçün ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 25 may 2024-cü il tarixdə onlar əməliyyat məlumatı əsasında Şahid1 saxlamışdırlar. Onun üzərində narkotik vasitə aşkarlanmışdır. Hardan aldığını soruşduqda onu Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan sonra digər polis əməkdaşları Təqsirləndirilən şəxs saxlamışlar. Cümşüdü saxlayanda onlara Vəlinin adını, soyadını və telefon nömrəsini verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü il may ayının 25-də birgə tutulublar. Təqsirləndirilən şəxs birçəkimlik marixuana götürmüşdür. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi tərəfindən izahat alınıb. Videoçəkiliş həyata keçirilib. 300 manat məbləğində cərimə olunmuşdur. Avqust ayında cəriməni ödəmişdir. Əlavə olaraq şahid bildirdi ki, bəli, marixuananı Təqsirləndirilən şəxs almışdı. İmkanı olmadı pulunu verməyə, amma vermək fikri var idi. İkinci dəfə idi alırdı. Birinci dəfə də pulsuz almışdı. “Ağ Çiçəyim” Şadlıq Sarayından yuxarı ərazidə il yarım bundan qabaq meyvə satırdı. Orada qonşu idilər. Vəli ilə qonşu olub. Az da olsa, münasibətləri var idi. Narkotik istifadə etdiyini təxmini bilirdi. O, narkotik vasitəni kef üçün istəməmişdi. Əsas ona görə pulsuz verdi ki, bilirdi ki, kef üçün yox, başına gələn hadisə üçün istəyir. Təqsirləndirilən şəxs narkotik satdığını eşitməmişdir. Xahiş etmişdi ki, birçəkimlik versin. Qiymətini soruşduqda, “heç bir şey” dedi. Təqsirləndirilən şəxs o məcbur etdi ki, ona marixuana versin. 20 manatı özü dedi ki, vermək istəyir. Çünki halallıq olmağını istəyirdi. Həyatında faciə baş vermişdi. Məsləhət gördülər ki, istifadə etsin. Kömək olacaq. Məndən heç bir pul istəməmişdi. Özü halallıq olması üçün pul təklif etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, onlara əməliyyat məlumatı daxil olmuşdur. Şahid4 başçılığı ilə qrup yaradılmışdır. Onlarda Şahid1 zahiri görkəmi barədə məlumat olmuşdur. Ona yaxınlaşıb özlərini təqdim ediblər. Araşdırmadan sonra məlum olub ki, özündəki narkotik vasitə olan marixuananı Təqsirləndirilən şəxs adlı şəxsdən almışdır. Narkotik vasitəni 20 manata almışdır. Daha sonra narkotik vasitə möhürlənərək ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi “Ağ Çiçəyim” şadlıq sarayının yanında saxlamışdırlar. Onu bölməyə dəvət ediblər. Üzərində 2 ədəd sellofana bükülmüş nəşə, digər adla marixuana aşkarlanmışdır. Onunla xidmətdə əməliyat müvəkkili Şahid2 olmuşdur. Onlar daha öncə Şahid1 saxlamışdırlar. Cümşüd Vəlinin adını vermişdir. Qeyd edir ki, əvvəllər təqsirləndirilən şəxsin narkotik vasitə satması barədə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Həmçinin təqsirləndirilən şəxs Şahid1 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən Şahid1 narkotik vasitəni məhz Təqsirləndirilən şəxs aldığını bildirmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 2930/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şahid1 AR İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 3-16-16-2-7/840 saylı, xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki “Salbutamo” adlı qutunun içərisində 02 (iki) ədəd sellofan torbacıqda ayrıayrılıqda təmiz çəkiləri: 6,79 qram; 4,48 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin tədqiqatının 3-16-16-2-7/839 saylı, xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Şahid1...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi-1,81 qrma olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 4123 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 aylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin 1909 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. S.Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə, ondan əvvəlki və sonrakı tarixlərdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, V.S.Mediyev ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarındadır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 3 dəfə məhkum edilmişdir. Sonuncu dəfə o, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün Sabirabad rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindəki məlumatlara əsasən Təqsirləndirilən şəxs X5 və X6 adında övladları var, həmçinin o, ikinci qrup əlildir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, ailəli olmasını, 2 övladının olmasını, 2-ci qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs və Şahid1 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk və "xxxx" MMC-dən 06 avqust 2024-cü il tarixli BKC/LGL-10600/24 nömrəli məktubla daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 25 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 11,17 qram və 1,74 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs və Şahid1 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən 06 avqust 2024-cü il tarixli BKC/LGL-10600/24 nömrəli məktubla daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 156 manat (yüz əlli altı manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar