Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-507/2022 07.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Rusiya Federasiyası, Vladivostok şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 16 fevral 2022-ci il tarixdə Sumqayıt -Bakı şəhərlərarası marşurutu üzrə fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olduğu “Azsamand” markalı ** PX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə Bakı şəhərinə getmək üçün Sumqayıt şəhərində sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs yolboyu hərəkətdə olarkən istintaqa məlum olmayan şəxslə mobil telefon vasitəsilə yüksək səslə kobud formada danışmasının onun özünün ailə üzvü ilə mobil telefon vasitəsilə danışmasına maneçilik törətməsini bəhanə gətirərək saat 20 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75 ünvanın qarşısına çatdıqda avtomobili həmin ünvanda yerləşən “Alov” zavodunun qarşısında saxlayaraq arxa sol oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs avtomobildən fiziki zor tətbiq etməklə düşürüb aralarında olan münaqişə zamanı heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə sonuncunun ünvanına nalayiq sözlər işlətməklə ictimai qaydanı kobud surətdə pozub, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs baş və burun nahiyəsinə yumruqla qəsdən vuraraq sonuncuya burun belinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və baş beyin silkələnməsi ilə müşayiət olunmuş alın nahiyyəsinin qançır hemotoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1999-cu ildə Rusiya Fedarasiyasında anadan olmuş, 2005-ci ildə ailəliklə Rusiya Federasiyasından daimi yaşamaq üçün Azərbaycan Respublikasına qayıtmışdır. Taksiçilik fəaliyyəti ilə məşğul olmuş, lizenziya müqaviləsi əsasında aldığı “Az Samand” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt–Bakı şəhəri üzrə sərnişin daşımışdır. Zərərçəkmiş şəxs 16 fevral 2022-ci il tarixdə tanımış, belə ki, həmin gün saat 19:30 radələrində Sumqayıt şəhər avtovağzalından 4 nəfər kişi sərnişini adambaşına 1 manat ödəniş etmək şərti ilə Bakı şəhərinə aparmaq üçün avtomobilinə sərnişin kimi götürmüşdür. Sərnişinlərdən heç birini tanımamış, Zərərçəkmiş şəxs avtomobildə arxa sol oturacaqda əyləşmişdir. Sumqayıt şəhərindən avtomobili işə salaraq Bakı şəhərinə yola düşmüş, qış fəsli olduğundan hava qaranlıq olmuşdur. Bakı şəhərinin “Şamaxinka” adlanan yerə doğru hərəkətdə olarkən mobil telefonu ilə evdəkilərlə danışarkən Zərərçəkmiş şəxs də kimsə mobil telefonla zəng etmiş və onlar bir birinə yüksəkdən söyüşlər etmişlər. Zərərçəkmiş şəxs ailəsi ilə danışmasını ona söyüşlə danışmamasını, danışığına fikir verməsini irad etmişdir. Tural da ona kobud şəkildə “qabağına bax avtomaşınını sür, mərdimazarlıq etmə” demişdir. Ona özünün mərdimazar olmasını dedikdə Turala təkrarən danışığına fikir verməsini bildirmişdir. Onlar bir neçə dəqiqə mübahisə etmiş, Tural ona təhqiramiz sözlər dediyinə görə avtomobili Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 ünvanda “Alov” zavodun qarşısında yolun hərəkət hissəsinin sağında saxlamış və avtomobildən yerə düşmüşdür. Tural və avtomobildə olan digər üç nəfər də avtomobildən düşmüşlər. Onlar avtomobilin yaxınlığında səkidə Turalla əlbəyaxa olmuş, bir birinin sinəsindən tutaraq yumruqla zərbələr endirmişlər. Həmin zaman avtomobilimdə olan sərnişinlər onları aralamışlar. Zərərçəkmiş şəxs ilə dalaşdıqdan sonra avtomobilimə əyləşib işə salaraq Sumqayıt şəhərinə qayıtmışdır. Sonradan Turalın ondan Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə şikayət ərizəsi yazdığını eşitmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs hər hansı bir küt əşya ilə vurmamış, xəsarət yetirməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 ünvanda yerləşən “Alov” zavodunun qarşısında Zərərçəkmiş şəxs ilə arasında baş vermiş dava-dalaş 5-10 dəqiqə müddətində davam etmiş, hadisə yerinə toplaşan adamlardan heç kimi tanımışdır. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışmasını və hazırda sonuncunun ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir münasibət, ədavət, yaxud düşmənçilik olmamışdır. 16 fevral 2022-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhərinə gəlmək üçün avtovağzaldan Sumqayıt -Bakı marşurutu ilə taksi kimi işləyən Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Azsamand” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə sərnişin qismində arxa sol tərəfdə əyləşmişdir. Həmin avtomobildə sürücüdən başqa 4 nəfər sərnişin də olmuş, onların heç birini tanımamışdır. Təqsirləndirilən şəxs minik avtomobilini işə salaraq Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətdə hərəkətə başlamış, yolda gedərkən ön sağ oturacaqda əyləşmiş bir kişinin sürücü Təqsirləndirilən şəxsla söhbət etməsindən onların tanış olduqlarını və dostluq münasibətində olduğunu bilmişdir. Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlanan əraziyə çatdıqda onun mobil telefonuna yaxın dostu Şahid1 zəng vurmuş, dostu ilə əsəbi və yüksək tonla danışdığından sürücü Təqsirləndirilən şəxs ona irad bildirərək kobud şəkildə asta danışmağını bildirmişdir. Təqsirləndirilən şəxs haqlı olduğunu bildiyindən ondan üzr istəmiş, lakin o, onunla kobud danışmaqda davam etmişdir. Hüseyndən dəfələrlə üzr istəsə də o, ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişdir. Huseyn Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75 ünvanda yerləçən “Alov” zavodunun qarşısında avtomobili saxlamış və avtomobildən düşüb əyləşdiyim tərəfə gələrək qapını açaraq mənə hikkəli halda avtomobildən düşməyini əmr etmiş, məcbur olub avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs onun üzərinə hücuma keçmiş, ilk öncə sifət nahiyyəsindən yumruq zərbələri vurub ona xəsarətlər yetirmiş, onun zərbələrinin təsirindən yerə yıxılmış və əli ilə sifət nahiyyəsindən özünü müdafiə etmək istəsə də o, yumruq zərbələri yetirməkdə davam etmişdir və orada olan tanımadığı adamlar Hüseyni ondan aralamışlar və o, avtomobilinə əyləşib getmişdir. Ətrafdakı adamlar ona yardım edib yerdən qaldırmışlar və bundan sonra dostları Şahid1 Amid oğluna və türk dostu Şahid2 mobil telefonla zəng vuraraq hadisə barədə məlumat vermiş, onlar gələrək onu Respublika Kliniki Tibbi Mərkəzə tibbi yardım göstərilməsi üçün aparmışlar və xəstəxanada ona tibbi yardım etmişlər. 16 fevral 2022-ci il tarixdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Səfərli oğlu onun uşaqlıq dostudur. 16 fevral 2022-ci il tarixdə səhər tezdən Zərərçəkmiş şəxs və Türkiyə Respublikası vətəndaşı Bakı şəhərində bər-bər işləyən Şahid2lə birlikdə hamama getməyi və dincəlməyi palnlaşdırmışlar. 16 fevral 2022ci il tarixdə saat 19:40 radələrində Şahid2lə birlikdə yaşadığı ünvan 5 ünvanda görüşmüş, Zərərçəkmiş şəxs yubandığı üçün ona mobil telefonla zəng vurmuşdur. Zərərçəkmiş şəxs də Sumqayıt şəhərindən taksi ilə gəlməsini bildirmişdir. Ona tez gəlməsini bildirdikdə Tural da bərkdən qışqıraraq gözləməyini demişdir. Telefonda Turalın kiminləsə mübahisə etməsini eşitmiş, lakin mübahisənin nədən ibarət olmasını bilməmiş, telefonu bağlamışdır. Həmin gün saat 20 radələrində Zərərçəkmiş şəxs ona zəng vuraraq Bakı şəhəri Yasamal rayonu, Moskva prospektində “Alov” zavodunun qarşısında taksi sürücüsü tərəfindən döyüldüyünü ora gəlmələrini bildirmişdir. İlker Sevdimi idarə etdiyi VAZ-2121 markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirmiş və Bakı şəhəri, Yasamal rayonu Moskva prospekti 75 ünvanda yerləşən “Alov” zavodunun qarşısına gəlmişlər və Zərərçəkmiş şəxs üz və baş nahiyyəsindən xəsarət almağını, onun ətrafında 5-6 nəfər olduğunu görmüşlər. İlker Sevdimlə birlikdə Zərərçəkmiş şəxs “Semaşko” adlanan Respublika X2 gətirmişlər və orada həkimlər ona ambulator-tibbi yardım göstərmişlər. Sonra isə Turalı evlərinə gətirmişlər. Zərərçəkmiş şəxs Sumqayıtdan Bakı şəhərinə gələrkən sərnişin kimi əyləşdiyi taksi sürücüsü ilə yolda mübahisə etməsini və Bakı şəhərinə çatdıqda “Alov” zavodunun qarşısında sürücü onu döyüb xəsarət yetirməsini bildirmişdir.Turaldan da hadisənin nəyin üstündə baş verməsini soruşmamışdır. Şahid2lə hadisə yerinə gəldikdə artıq dava dalaş qurtarmış, taksi sürücüsü qaçıb getmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 İsmail oğlunun ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikasının vətəndaşıdır. 2014-cü ildən Türkiyədən Azərbaycan Respublikasına gəlmiş və Bakı şəhəri Yasamal rayonu İzmir küçəsində bərbər işləmişdir. 2018-ci ildən Zərərçəkmiş şəxs ilə dostluq münasibətində olmuşdur. 16 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs və digər dostu Şahid1 ilə birlikdə əvvəlcədən işdən sonra birlikdə hamama getmələri barədə razılaşmışlar. Ona görə də həmin gün Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs Sumqayıt şəhərindən gəlməsini gözləmişlər. 16 fevral 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs Şahid1 zəng vuraraq onu Bakı şəhəri Yasamal rayonu “Alov” zavodunun qarşısında döyüldüyünü, ora gəlmələrini bildirmişdir. Şahid1 idarə etdiyi VAZ-2121 markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu Moskva prospekti 75 ünvanın qarşısına gəldikdə Zərərçəkmiş şəxs baş nahiyyəsindən xəsarət almasını və ətrafında 5-6 nəfər olduğunu görmüşlər. Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs Respublika X2 gətirmişlər və xəstəxanada həkimlər ona ambulator tibbi yardım göstərmişlər. Sonra isə onlar Turalı evlərinə gətirmişlər. Sonradan onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhərindən Bakı şəhərinə gələrkən sərnişin kimi əyləşdiyi taksi sürücüsü ilə yolda mübahisə etmələrini “Alov” zavodunun qarşısında sürücü onu döyüb xəsarət yetirməsini eşitmişdir. Hadisəni görmədiyindən hadisənin necə baş verməsini bilməmiş,Turaldan da hadisənin nəyin üstündə baş verməsini soruşmamışdır. Elmarla hadisə yerinə gəldikdə artıq dava dalaş qurtarmışdır. Sürücü Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibətim olmamışdır. Cinayət işinin 77-ci vərəqəsində olan Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin xx.xx.2022-ci il tarixli, 09521440-2122 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 121-122-cü vərəqələrində olan təqsirləndirilən şəxsin azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 30-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin Yasamal rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 170 nömrəli nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər baş beyin silkələnməsi ilə müşayiət olunmuş alın nahiyyəsinin qançır hemotoması və burun belinin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə baş beyin silkələnməsi ilə müşayiət olunmuş alın nahiyyəsinin hemotoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, burun belinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edlmir. Qeyd olunan xəsarətlər üzərində xəsarətləri yetirmiş əşya (alətin) fərdi xüsusiyyətləri saxlanılmadığından onların küt əşya ilə yetirilməsini təyin etmək mümkün olmadı. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Cinayət işinin 61-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 158-161-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq hərəkətləri etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 02 iyun 2022-ci il tarixdən 04 iyun 2022-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadllğın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillri Müdafiəçi1ə və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1ə ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdən 04 iyun 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-507/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-507/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver