Məhkəmə qərarları › İş №1(004)-507/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-507/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-507/2025 04.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X13 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1NN.2.2, 1NN.2.3, 1NN.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1NN.2.2, 1NN.2.3 və 1NN.2.3-1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, təkrarən tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin açıq vəziyyətdə olan giriş darvazasından həyətə daxil olaraq həyətdəki Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 birlikdə kirayə yaşadığı birmərtəbəli otağın məftillə bağlanılmış taxta qapısını açıb içəriyə qanunsuz daxil olaraq sol tərəfdə divara söykədilmiş vəziyyətdə olan şkafın üzərindəki Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 150 manat dəyərində tikinti işlərində istifadə edilən lazer aparatını və otaqda olan çarpayının altındakı çantanın cibindən 01 ədəd 50 manat dəyərində “Nokia” markalı mobil telefon aparatını və Zərərçəkmiş şəxs2 məxsus "xxxx"a məxsus 4169N3******2015 nömrəli plastik kartı götürüb həmin evdən çıxaraq uzaqlaşmış, həmin gün axşam saatlarında sonradan elektron məlumat daşıyıcılarından istifadə etməklə Bakı şəhəri ərazisində yerləşən müxtəlif ərzaq mağazalarında sonuncu dəfə Bakı şəhəri, Binəqədi rayonu, Tennis Akademiyası, İ.Dadaşov küçəsində 3156-3158 ünvanında yerləşən marketdə sonuncuya məxsus kartdan istifadə edərək 300,60 manat dəyərində müxtəlif növ siqaretlər alaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 200 manat və Zərərçəkmiş şəxs2 300,60 manat olmaqla, ümumilikdə 500,60 (beş yüz manat altmış qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 18 may 2025-ci il tarixdə saat 06 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 19 evinin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Nissan Tida” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan şüşəsini sındırmaq yolu ilə həmin avtomobilə daxil olaraq sürücü və ön sərnişin oturacaqlarının arasındakı açıq yerdən Zərərçəkmiş şəxs1 məxsus içərisində 130 manat nağd pul, eləcə də, "xxxx"a və “Premium bank”a məxsus bank kartları olan 40 manat dəyərində pul kisəsini gizli olaraq talayıb sonradan elektron məlumat daşıyıcılarından istifadə etməklə “Premium bank”a məxsus 4192-5N00-2N50- N435 saylı bank kartından ünvan 5 ünvanında yerləşən “Oba market Elmlər 5” marketdən 18 may 2025-ci il tarixdə saat 0N:16-da 90 manat və 48,43 manat, həmin gün saat 0N:19da həmin marketdən 59,60 manat, 0N:20-də N0,50 manat, ünvan 6 ünvanında yerləşən “Oba Yasamal 24” marketdən saat 10:49-da N0 manat və saat 10:50-də N0 manat olmaqla həmin bank kartından cəmi 408,53 manat, "xxxx"a məxsus ‘‘************5NN1 olan biznes kartından 18 may 2025-ci il tarixdə saat 06:23-də ünvan 8 ünvanında yerləşən “Pak Shop” (hazırda “İbad” market”) mağazasında 46,50 manat, 06:24-də həmin mağazada 22,50 manat, 06:26-da həmin mağazada 25,N2 manat, 06:32-də ünvan 9 ünvanında yerləşən “Dalğa” marketdə 90,90 manat, 06:44-də ünvan 10 ünvanında yerləşən “Araz market”də 91,21 manat və 89 manat, həmin gün saat 10:52-də isə sonuncu dəfə ünvan 6 ünvanında yerləşən “Oba Yasamal 24” marketdə 24,55 manat olmaqla həmin bank kartından cəmi 390,38 manat olmaqla, bank kartlarından hissə-hissə olmaqla cəmi N98,91 manat dəyərində alış-veriş etmiş və nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 968,91 manat (doqquz yüz altmış səkkiz manat doxsan bir qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,540 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1 ədəd bükümdə təmiz çəkisi 0,251 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamış və daşımış, Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 20 may 2025-ci il tarixdə saat 18:10-da ünvan 12 ünvanının qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş, orada polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,540 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,251 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 1NN.2.2, 1NN.2.3, 1NN.2.3-1 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 1NN.2.2, 1NN.2.3, 1NN.2.3-1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 10 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində Yasamal rayonu, Ü.Əkbərov küçəsi ilə piyada hərəkət etmişdir. Onun üzərində pulu olmadığına və öz xərclərini ödəyə bilmədiyinə görə oğurluq etmək qərarına gəlmişdir. Ona görə də həyət evlərinin yerləşdiyi küçə ilə piyada hərəkət edərkən tanımadığı evlərdən birinin giriş darvazasının açıq olduğunu görmüşdür. Açıq vəziyyətdə olan giriş qapısına yaxınlaşmış və ətrafa baxaraq heç kimin olmadığına əmin olduqdan sonra həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra sağ tərəfdə yerləşən bir mərtəbəli tikililərə tərəf getmişdir. Həyətdə bir neçə otaq olmuşdur. O, birinci yerləşən otağın taxta materialından hazırlanmış qapısının məftil ilə bağlandığını görüb qapıya yaxınlaşmışdır. Qapının üzərində olan məftili əli ilə açmış və qapı kilidlə bağlanmadığı üçün sərbəst şəkildə qapıdan içəriyə daxil olmuşdur. Otağa daxil olduqda sol tərəfdə divara söykədilmiş şkafın üzərində bir ədəd tikinti işlərində istifadə etmək üçün nəzərdə tutulmuş lazer aparatını görmüşdür. Sonra isə aşağı əyilib çarpayının altına baxanda idman çantası olduğunu görmüşdür. Həmin çantanı götürüb sepini açmış və içərisini axtarmağa başlamışdır. İçərisində paltarlar olduğuna görə çantanın cibliyini açmış və ciblikdə sönülü vəziyyətdə olan 01 ədəd “Nokia” markalı mobil telefon və telefonun yanında olan “Kapital Banka” məxsus plastik kartı götürmüşdür. Daha sonra telefon və kartı cibinə qoymuş, şkafın üzərində olan 01 ədəd lazer aparatını da götürüb otaqdan çıxmışdır. Həmin vaxt onu heç kim görməmiş və gizlin şəkildə evin həyətindən çıxıb gəldiyi küçə ilə evdən uzaqlaşmışdır. Yolda gedərkən ağlına gəlmişdir ki, telefon və lazer aparatını aparıb Nəsimi rayonu, “3-ün kruqu” deyilən ərazidə satmışdır. Çünki o, əvvəllər məhkum olunduğu cinayət işləri üzrə oğurluq yolu ilə əldə etdiyi malları həmin ərazidə rahat şəkildə satmışdır. Həmin gün saat təxminən 15 radələrində həmin əraziyə çatmış və tanımadığı şəxsə yaxınlaşıb özünə məxsus 01 ədəd sadə “Nokia” markalı mobil telefon və 01 ədəd lazer aparatı olduğunu demişdir. Həmin şəxs də telefon və aparata baxdıqdan sonra telefonu 10 manata, aparatı isə 20 manata ala biləcəyini bildirmişdir. O da pula ehtiyacı olduğuna görə telefon və aparatı ümumilikdə 30 manata satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Daha sonra Bakı şəhəri ərazisində yerləşən Bravo və Araz marketlərə yaxınlaşıb evdən oğurladığı kart vasitəsilə 300 manat dəyərində müxtəlif markalı siqaretlər almışdır. Siqaretləri aldıqdan sonra oğurladığı kartı yadında dəqiq olaraq qalmayan yerə atmışdır. Həmin gün ərzində kartdakı pulla aldığı siqaretləri Azadlıq prospektində yerləşən tanımadığı bir neçə dükana cəmi 200 manata satmışdır. Həmin pulu da bir neçə gün ərzində öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixində saat 06 radələrində Yasamal rayonu, D.Bünyatzadə küçəsində piyada gəzdiyi zaman kamera olmayan yerlərdən birində ensiz məhəllədə bir ədəd ağ rəngli avtomobil görmüşdür. Həmin vaxt ətrafına boylanmış və ətrafda heç kimin olmadığına və onu kiminsə görmədiyinə əmin olmuşdur. Markasına və nömrəsinə fikir vermədiyi avtomobilə yaxınlaşıb özündə olan mismarla avtomobilin sağ arxa yan şüşəsini sındırmışdır. Bundan sonra sındırdığı şüşədən əlini salıb qapını açmış və avtomobilə daxil olub oğurlamaq üçün axtarış etməyə başlamışdır. Bu zaman avtomobilin ön oturacaqlarının arasında qadın əl çantası görmüş və onu götürüb açaraq içərisinə baxmışdır. Bu zaman həmin əl çantasının içərisində bir dədə pul kisəsi görmüşdür. Həmin pul kisəsini götürmüş, başqa avtomobildə dəyərli nəsə əşya tapa bilməmişdir. Buna görə də, avtomobildən çıxıb qapını ehtiyyatla örtmüşdür. Daha sonra ətrafına bir də baxıb heç kim olmadığına əmin olduqdan sonra qaçaraq oradan uzaqlaşmışdır. Biraz getdikdən sonra dayanıb pul kisəsini açaraq içərisinə baxmışdır. Həmin pul kisəsinin içərisində 130 manat nağd pul, eləcə də, iş vəsiqəsi, şəxsiyyət vəsiqəsi və bank kartları olmuşdur. O, 130 manat nağd pulu, bank kartlarını, iş vəsiqəsini və şəxsiyyət vəsiqəsini götürüb pul kisəsini atmışdır. Bundan sonra gün ərzində həmin bank kartlarından müxtəlif yerlərdə ictimai iaşə obyektlərində hissə-hissə olmaqla cəmi N98 manat pul xərcləmişdir. İki gün sonra, yəni 20 may 2025-ci il tarixdə təxminən saat 14 radələrində Yasamal rayonu, Şamaxinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını, ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 45 manat ödəməklə şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün təxminən saat 18:10 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 131A ünvanının qarşısında olduğu zaman qarşısında küçədə olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları kimi təqdim edib, Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 29-cu PŞ-nə gəlmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları ona dövlət hesabına vəkil təyin etmişlər. Vəkili ilə tanış edildikdən sonra vəkilin iştirakı ilə üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli və üzərində göy rəngli xəttləri olan sellofanı çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin sellofan açılmış və içərisində 3 ədəd "xxxx"a məxsus bank kartları, 1 ədəd “Premium bank”a məxsus bank kartı, “Umico” kartı, VÖEN vəsiqəsi, şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və bir ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı həmin sənədləri oğurluq yolu ilə əldə etdiyini, pul kisəsinin içərisindəki nağd pulu xərclədiyini, bank kartlarından isə alış-veriş etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bir ədəd şəffaf sellofan açılaraq içərisində iki ədəd siqaretin ağ rəngli kağızına bükülmüş bükümlər aşkar edilmişdir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş və ondan bu bükümlərin içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə istifadə etməyi barədə soruşulmuşdur. O da həmin bükümlərin birinin içərisində heroin, digər bükümün içərisində isə metamfetamin olduğunu, həmin narkotik maddələri 20 may 2025-ci il tarixdə saat 14 radələrində Yasamal rayonu, Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 45 manata öz istifadəsi üçün aldığını və sonra istifadə etmək üçün üzərində saxladığını, narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi iki ədəd içərisində narkotik maddələr olan bükümlər ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş və üzəri onunla birlikdə digər iştirakçılar tərəfindən imzlanmışdır. Aşkar edilmiş sənədlər və bank kartları isə başqa bir ağ rəngli kağız zərfə qoyularaq götürülmüşdür. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin özünə məxsus olmuşdur, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Yasamal rayonu, Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 45 manat müqabilində almış, həmin narkotik maddələri şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini aldığı şəxsin anket məlumatları, yaşayış yeri və telefon nömrəsi barədə heç bir məlumatı olmamışdır. O, həmin şəxsi tanımamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satmaq, hər hansı şəxsə bağışlamaq, nəyinsə müqabilində hədiyyə etmək fikri olmamışdır. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməyi barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Onun maddi ehtiyacları yarandığından və iş tapa bilmədiyinə görə Zərərçəkmiş şəxs1 məxsus “Nissan Tiida” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırmaqla həmin avtomobildən əl çantasından içərisində müxtəlif bank kartları, şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və 130 manat nağd pul olan pul kisəsini oğurlamışdır. Həmin oğurluq cinayətini tək törətmiş, həmin cinayət əməlini törətdiyi zaman heç kim onun yanında olmamış və ona hansısa bir formada köməklik göstərməmişdir. O, həmin bank kartlarından müxtəlif iaşə obyektlərində N98 manat pul xərcləmişdir. Oğurluq etdiyi zaman oğurladığı pul kisəsinin içərisində bank kartlarını gördükdə həmin bank kartlarında pul olarsa oğurlamağı planlaşdırmışdır. Bundan sonra həmin pul kisəsinin içərisində olan 130 manat nağd pul və həmin bank kartlarından isə hissə-hissə müxtəlif yerlərdə ümumilikdə N98 manat pul xərcləmişdir. Həmin oğurluq cinayətini törədərkən əvvəlcədən və ya sonradan heç kimə heç bir məlumat verməmişdir. Qeyd etdiyi oğurluq əməlindən sonra başqa heç bir cinayət əməli törətməmiş və hazırda barəsində heç bir dövlət qurumunda araşdırma aparılmır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Space” televiziyasında aparıcı işləyir. X6 məxsus “Nissan Tida” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlunun ona verdiyi etibarnamə əsasında idarə edir. Həmin avtomobili oğlunun adına rəsmiləşdirsə də, faktiki olaraq həmin avtomobil özünə məxsusdur və bu avtomobili daima özü idarə etmişdir. 1N may 2025-ci il tarixdə təxminən saat 22 radələrində idarə etdiyi “Nissan Tida” markalı, 90- BU-382 dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evə gəlmiş və avtomobili yaşadığı evin tam qarşısında saxlayaraq qapıları kilidləyib evinə getmişdir. Səhərisi gün yəni 18 may 2025-ci il tarixdə günorta saatlarına kimi evdən çıxmamışdır. Günorta təxminən 13 radələrində evdə olduğu zaman oğlu Hüseyn Abasov ona məxsus mobil telefonuna baxış keçirdiyi zaman ona məxsus olan “Premium bank”dan aldığı 4192-5N00-2N50-N435 saylı bank kartından 18 may 2025-ci il tarixdə saat 0N:16-da 90 manat və 48,43 manat, həmin gün saat 0N:19-da həmin marketdən 59,60 manat, 0N:20-də N0,51 manat, saat 10:49-da Yamala rayonunda “Oba Yasamal 24” marketdən N0 manat və 10:50-də N0 manat ödəniş olunması, lakin başqa mağaza və qızıl-zinət əşyaları satılan mağazalarda ödəniş edilməsi barədə tələbin daxil olması, lakin kartın balansında pul az olması səbəbindən ödənişdən imtina olunması barədə məlumat vermişdir. Bu zaman o, həmin bank kartına baxış keçirdikdə, həqiqətən də kartda olan 425,92 manat puldan hissə-hissə olmaqla cəmi 408,54 manat pulun çıxarılması, kartın balansında isə 1N,38 manat pul qalması məlum olmuşdur. Bundan sonra onlar şübhələnib ona məxsus digər bank kartlarına da baxış keçirmişlər və bu zaman məlum olmuşdur ki, "xxxx"dan aldığı sonu “5NN1” olan biznes kartından 18 may 2025-ci il tarixdə saat 06:23-də “Pak Shop” (İbad market) mağazasında 46,50 manat, 06:24-də həmin mağazada 22,50 manat, 06:26-da həmin mağazada 25,N2 manat, 06:32-də “Dalğa” marketdə 90,90 manat, 06:44-də “Araz market”də 91,21 manat və 89 manat, saat 10:52-də isə “Oba Yasamal 24” marketdə 24,55 manat ödəniş olunmuş və həmin biznes kartında 2243,22 manat pul qalmışdır. Bunu aşkar etdikdə dərhal mobil telefonunda olan proqramlardan hər iki bank kartının hesabını dondurmuşlar ki, artıq ödəniş olmasın. Dərhal yaşadığı evin qarşısına çıxıb avtomobilə baxmışlar və bu zaman ona məxsus olan avtomobilin sağ arxa yan şüşəsinin sındırıldığını və avtomobilin sürücü və ön sərnişin oturacaqlarının arasında olan boş sahədə saxladığı açıq qəhvəyi rəngli pul kisəsinin içərisindəki 130 manat nağd pul, bank kartları və digər sənədlərlə birlikdə yerində olmadığını və oğurlandığını aşkar etmişlər. Daha sonra oğlu DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Birazdan polis əməkdaşları gəlib avtomobilinə baxış keçirmişlər və o, hadisə barədə ərizə və izahat vermişdir. Oğurluq hadisəsi yaşadığı ünvan 15 ünvanında yerləşən evinin qarşısında oğlunun adına rəsmiləşdirdiyi, lakin faktiki olaraq özünə məxsus olan “Nissan Tida” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermişdir. Hadisə zamanı ona məxsus olan 40 manat dəyərindəki pul kisəsinin içərisində bir ədəd 100 manatlıq, iki ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və 5 ədəd bir manatlıq olmaqla şərti ilə cəmi 130 manat, eləcə də, “Premium bank”dan aldığı 4192-5N00-2N50-N435 saylı bank kartı, "xxxx"dan aldığı sonu “5NN1” olan biznes kartı, eləcə də, "xxxx"dan aldığı 4169-N388-0024-8910 və 4169-N423-2138-5NN1 nömrəli bank kartları, bir ədəd “Umico” kart, özümə məxsus ********** nömrəli VÖEN şəhadətnaməsi, həmçinin, özünə məxsus AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi tərəfindən 6B30FD1D5313AD nömrəli xidməti vəsiqəsi olmuşdur. "xxxx"a məxsus və üzərində ad-soyad olmayan 5239-151N-N923-688N nömrəli birbank kartı ona məxsus deyildir və həmin bank kartından heç vaxt istifadə etməmişdir. Ona məxsus olan və hissə-hissə olmaqla ictimai iaşə obyektlərində cəmi 390,38 manat pul xərclənmiş sonu “5NN1” olan "xxxx"dan aldığı biznes kartı isə onun özünə məxsusdur. Bu kart hazırda da özünə məxsus mobil telefona yüklədiyi "xxxx" proqramında vardır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 968,91 manat (doqquz yüz altmış səkkiz manat doxsan bir qəpik) maddi ziyan dəymişdir. Bundan başqa ona məxsus olan avtomobilin sağ arxa yan şüşəsinin sındırılması nəticəsində 50 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 6-N ay olarmış ki, “Ada” şirkətində binaların söküntüsündə fəhlə kimi çalışmışdır. 2024-cü ilin oktyabr ayının əvvəllərində ünvan 16 ünvanında otaq yoldaşı X35 ilə birlikdə kirayə ev tutmuşlar. Otaq yoldaşı İsa İsaqov “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən həyət evlərində usta kimi təmir işləri ilə məşğul olmuşdur. 2024-cü il oktyabr ayının 5-də otaq yoldaşı İsa İsaqov işi bitdiyi üçün Sabirabad rayonu, Ulacalı kəndinə - evlərinə qayıtmışdır. O, gedərkən 2 ədəd telefon, biri işlək vəziyyətdə olan “Nokia” markalı üzərində ***-***-**-** mobil nömrə olan, digəri isə işlək vəziyyətdə olmayan “Samsung” markalı üzərində mobil nömrə olmayan, həmçinin tikinti işlərində istifadə etdiyi lazer aparatını evdə qoyub getmişdir. 10 oktyabr 2024-cü ildə yaşadığı ünvan 16 ünvanında otağın qapısını kilitləmiş, işə getmişdir. Həmin gün axşam saat 22:30 radələrində evə qayıtmışdır. Evdə internet olduğu üçün evə daxil olar-olmaz telefonuna "xxxx" ASC-yə məxsus plastik kartından 300,60 manat pul çıxarış edilməsi ilə bağlı mesaj gəlmişdir. “Birbank” adlı proqrama daxil olub görmüşdür ki, kartından 300,60 manat məbləğində çıxarış edilmişdir. Həmin gün bu barədə heç kimə məlumat verməmişdir. Sabahı gün, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəriman Nərimanov metrostansiyasının yaxınlığında yerləşən "xxxx" filialına getmişdir. Orada kartından pul çıxarışı olması barədə bildirmişdir. Kartını yoxlamış və bildirmişlər ki, 6 fərqli marketdən alış-veriş edilib və pul çıxarışı olmuşdur. O, ordan evə qayıtmış və cüzdanına baxmışdır ki, 5239-151N-NNNN-2891 nömrəli "xxxx" ASC-yə məxsus plastik kartı oğurlanmışdır. Zəng etmiş otaq yoldaşı İsa İsaqova bildirmişdir ki, otağa girən olub kartını aparmışlar və içindən pul çəkilmişdir. İsa ondan çarpayının altında lazer aparatı və stolun üstündə telefonlarını soruşmuşdur. Baxmışdır ki, çarpayının altındaki lazer aparatı, həmçinin işlək vəziyyətdə olan “Nokia” markalı üzərində ***-***-**-** mobil nömrə olan telefon yoxdur, oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Ulacalı kəndində ailə üzvləri ilə birlikdə yaşamışdır. Usta kimi evlərin təmiri ilə məşğul olmuşdur. 2020-ci ildən Bakı şəhərində evlər götürüb təmir etmiş və həmin vaxtdan ünvan 3 ünvanında yerləşən gündəlik kirayə evlərdə Zərərçəkmiş şəxs2 ilə birlikdə qalmışdır. 2024-cü il 05 oktyabr tarixində ailəvi məsələlərlə əlaqədar olaraq, həmçinin işini bitirdiyi üçün evə, yəni Sabirabad rayonu, Ulacalı kəndinə getmişdir. O, gedərkən əşyaları Zərərçəkmiş şəxs2 əmanət etmişdir. Təxminən 5 gün sonra Emin ona zəng vurmuşdur ki, evdən oğurluq olub, onun "xxxx" ASC-yə məxsus plastik kartını götürmüşlər. Emindən yatdığı çarpayının altında qutuda təmir-tikinti işlərində istifadə etdiyi lazer aparatını və iki ədəd stolun üstünə qoyduğu biri işlək vəziyyətdə olan üzərində ***-***-**-** mobil nömrə olan “Nokia” markalı telefon, digəri isə işlək vəziyyətdə olmayan üzərində mobil nömrə olmayan “Samsung” markalı mobil telefonlarını soruşmuşdur. Emin baxıb ona bildirmişdir ki, çarpayının altında saxladığı tikinti-təmir işlərində istifadə olunan lazer aparatı, həmçinin işlək vəziyyətdə olan üzərində ***-***-**-** mobil nömrə olan “Nokia” markalı telefon yoxdur, oğurlanmış, digər işlək vəziyyətdə olmayan, üzərində mobil nömrə olmayan “Samsung” markalı telefon isə yerindədir. O, Eminə bildirmişdir ki, əşyaları ona əmanət etmişdir, ona görə də, əşyaları dəyərini ondan alacaqdır. Sonra Emin evdən oğurluq olması barədə polisə müaraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs təxminən 5 il olar ki, narkomanlıq xəstəliyinə düçar olmuşdur. Nə qədər onu, bu bəladan uzaqlaşdırmağa çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. 2022-ci ildə oğlu Təqsirləndirilən şəxs avtomobildən oğurluq etməsi ilə əlaqədar olaraq Yasamal Rayon Məhkəməsi tərəfindən təqsirli bilinib barəsində hökm çıxmışdır. Oğlu Təqsirləndirilən şəxs cəzasını 14 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir və 2024-cü il iyul ayının 2N-də cəza müddəti başa çatdığı üçün azad olunmuşdur. Cəzaçəkmə müəssisəsindən qayıtdıqdan sona oğlu 10-15 gün evdə qalmış, sonra evə gəlməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Alatava 2 deyilən yerdə münasibətdə olduğu Səbinə adlı qadınla yaşamışdır. Oğlu Təqsirləndirilən şəxs yenidən pis vərdişi narkotikə qayıtdığını görmüş, 2024-cü il oktyabr ayının 22-də Bakıxanovda yerləşən reabilitasiya mərkəzinə müraciət etmiş və oğlunu həmin mərkəzə müalicə olunması üçün yerləşdirmişdir. Təxminən 10-15 gün sonra Polis Şöbəsindən zəng vurmuşlar, ondan Şükürün yerini soruşmuşlar. O, onlara Şükürün Reabilitasiya mərkəzində olduğunu bildirmiş, sonra Şükürü oradan yaxalamışlar. Sahə inspektoru Rövşən zəng vuraraq bildirmişdir ki, Şükürü yaxalamışlar və onu Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. O, Şöbəyə gedəndə sahə inspektoru Rövşən bildirmişdir ki, oğurluq olub və oğlu Şükürdən cinayəti törətməsində şübhələnilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə rəisi, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 18 may 2025-ci il tarixdə DİN-nin 102 xidmətindən ünvan 1N ünvanında vətəndaş Zərərçəkmiş şəxs1 məxsus “Nissan Tida” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsinin sındırılaraq avtomobilin içərisindən oğurluq edilməsi və oğurlanmış bank kartından Yasamal rayonunda yerləşən “Oba” marketdə 24 manat pulun xərclənməsi barədə məlumat daxil olmuşdur. Həmin faktla bağlı təhqiqatçı tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında iş yoldaşı Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkilli, polis leytenantı Şahid1 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməlinin Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə xx.xx.1993-cü ildə Ağdam rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 18ında yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə əsas verən məlumat əldə olunmuşdur. Bundan sonra 20 may 2025-ci il tarixdə saat 18:10 radələrində ünvan 18ının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs oğurluq cinayət əməlinin törədilməsində şübhəli bilindiyini izah etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs verilən suallara narahat şəkildə cavablar verməyə başlamış və bunun səbəbini soruşduqda üzərində narkotik maddələr olması ilə izah etmişdir. Bu zaman ona üzərində şəxsi axtarış aparılmasının zəruriliyini başa salmışlar və ərazi üzrə Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinə yollanmışdır. 29cu Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 1NN.1 və 234.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə video çəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli və üzərində göy rəngli xəttləri olan sellofanı çıxarıb təqdim etmişdir. Həmin sellofan açılmış və içərisində 3 ədəd "xxxx"a məxsus bank kartları, 1 ədəd “Premium bank”a məxsus bank kartı, “Umico” kartı, VÖEN vəsiqəsi, şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və bir ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sənədləri oğurluq yolu ilə əldə etdiyini, pul kisəsinin içərisindəki nağd pulu xərclədiyini, bank kartlarından isə alış-veriş etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bir ədəd şəffaf sellofan açılaraq içərisində iki ədəd siqaretin ağ rəngli kağızına bükülmüş bükümlər aşkar olunmuşdur. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş və ondan bu bükümlərin içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə istifadə etməyi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs isə həmin bükümlərin birinin içərisində heroin, digər bükümün içərisində isə metamfetamin olduğunu, həmin narkotik maddələri 20 may 2025-ci il tarixdə saat 14 radələrində Yasamal rayonu, Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 45 manata öz istifadəsi üçün aldığını və sonra istifadə etmək üçün üzərində saxladığını, narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim edilən iki ədəd bükümlər ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş sənədlər və bank kartları isə başqa bir ağ rəngli kağız zərfə qoyularaq götürülmüşdür. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olsa da, onun narkotik maddələrin satışı ilə məşğul olub-olmaması və onun üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,540 qram çəkidə psixotrop maddə metamfetamini və 1 ədəd bükümdə təmiz çəkisi 0,251 qram çəkidə narkotik vasitə heroini satış məqsədilə əldə etməsi barədə hər hansı bir məlumat müəyyən edilməmişdir. Şahid Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkilli, polis leytenantı Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid1 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 18 may 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ünvan ünvan 19 evinin qarşısıdır (cild 01, i.v. N-10). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 may 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ cibindən bir ədəd ağ rəngli, üzərində qara zolaqlar olan sellofanı çıxararaq könüllü surətdə təhqiqat orqanına təqdim etdi. İçərisinə baxan zaman vətəndaş Zərərçəkmiş şəxs1 məxsus, Kapital banka aid 4169 N388 0024 8910, 5239 151N, N923, 688N və 4169 N423, 2138 5NN1 nömrəli bank kartları, Premium Banka aid 4142 5N00 2N50 N435 saylı bank kartı, Umico-ya aid kart, VÖEN vəsiqəsi, şəxsiyyət vəsiqəsi, MİA-nin jurnalist vəsiqəsi və içərisində 2 ədəd ayrıayrılıqda siqaretin ağ kağızına bükülərək bir şəffaf sellofana qoyulmuş maddə aşkar edildi. Vət Təqsirləndirilən şəxs həmin maddənin patı-kakos kimi tanıdığı narkotik vasitə olmasını, həmin maddəni xx.xx.2025-ci il tarixində saat 14 radələrində 45 (qırx beş) manat ödəməklə Yasamal rayonu, Şamaxınka adlanan ərazidə tanımadığı şəxsdən almasını sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşımasını, sözügedən sənədləri və bank kartlarını isə markasını bilmədiyi avtomobilin şüşəsini sındırıb içərisindən oğurlamasını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan bir ədəd şəffaf rəngli sellofanın içərisinə qoyulmuş ayrı-ayrılıqda iki ədəd siqaretin ağ kağızına bükülmüş, kristal şəkilli ağ rəngli və boz rəngli tozşəkilli maddələr olan bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 169 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi (cild 01, i.v. 39-40). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fizikikimyəvi ekspertizasının 01 may 2025-ci il tarixli, 6/1612 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədə bükümdə təmiz çəkisi 0,540 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,251 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, i.v. 49-54). “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 21 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə baş vermiş oğurluq hadisəsi ilə bağlı Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 63-64). “İfadənin yerində yoxlanılması haqqında” 22 may 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X23, tərtib etmişdir həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51, 85 və 261-ci maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə ona görə ki, bu gün icraatında Azərbaycan Respublikası CM-nin 1NN.2.3-1 və 234.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs istintaq zamanı cinayət işi üzrə verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədi ilə Azərbaycan Respublikası CPM-nin 260-cı maddəsinə əsasən ifadəsini yerində yoxlamış, istintaq hərəkətinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildi. İfadənin yerində yoxlanılması təbii işıqda keçirildi. İlkin olaraq Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması üçün Bakı şəhəri, Yasamal rayonu 3 Bünyatzadə küçəsinə getmək lazım olduğunu bildirdi. Həmin ünvana çatdıqda Təqsirləndirilən şəxs əyani olaraq hadisə yerini göstərib bildirdi ki, xx.xx.2025-ci tarixində saat 05 radələrində Yasamal rayonu, D.Bünyatzadə küçəsində piyada gəzdiyi zaman kamera olmayan yerlərdən birində ensiz məhəllədə bir ədəd ağ rəngli avtomobil görmüşdür. Həmin vaxt ətrafına boylanmış və ətrafda heç kimin olmadığına və onu kiminsə görmədiyinə əmin olmuşdur. Həmin avtomobilə yaxınlaşıb özündə olan mismarla avtomobilin sağ arxa yan şüşəsini sındırmışdır. Sonra sındırdığı şüşədən əlini salıb qapını açmış və avtomobilə daxil olub oğurlamaq üçün axtarış etməyə başlamışdır. Bu zaman avtomobilin ön oturacaqlarının arasında qadın əl çantası görmüş və onu götürüb açaraq içərisinə baxmışdır. Həmin əl çantasının içərisində bir ədəd pul kisəsi görmüşdür. Həmin pul kisəsini götürmüş, avtomobildə başqa dəyərli nəsə əşya tapa bilməmişdir. Avtomobildən çıxıb qapını ehtiyyatla örtmüşdür. Daha sonra ətrafına bir də baxıb heç kim olmadığına əmin olduqdan sonra qaçaraq oradan uzaqlaşmışdır. Biraz getdikdən sonra dayanıb pul kisəsini açaraq içərisinə baxmışdır. Həmin pul kisəsinin içərisində 130 manat nağd pul, iş vəsiqəsi, şəxsiyyət vəsiqəsi və bank kartları olmuşdur. O, 130 manat nağd pulu, bank kartlarını, iş vəsiqəsini və şəxsiyyət vəsiqəsini götürüb pul kisəsini atmışdır. Bundan sonra iki gün ərzində həmin bank kartlarından müxtəlif yerlərdə ictimai iaşə obyektlərində hissəhissə olmaqla cəmi N98 manat pul xərcləmişdir. O, həmin bank kartlarından müxtəlif iaşə obyektlərində N98 manat pul xərcləmişdir. Oğurluq etdiyi zaman oğurladığı pul kisəsinin içərisində bank kartlarını gördükdə həmin bank kartlarında pul olarsa oğurlamağı planlaşdırmışdır. Bundan sonra həmin pul kisəsinin içərisində olan 130 manat nağd pul və həmin bank kartlarından isə hissə-hissə müxtəlif yerlərdə ümumilikdə N98 manat pul xərcləmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi bank kartlarından 18 may 2025-ci il tarixdə saat 0N:16-da 90 manat və 48,43 manat, həmin gün saat 0N:19-da həmin marketdən 59,60 manat, 0N:20-də N0,51 manat, saat 10:49-da ünvan 6 ünvanında yerləşən “Oba 24” marketdən N0 manat və 10:50-də N0 manat, 18 may 2025-ci il tarixdə saat 06:23-də ünvan 8 ünvanında yerləşən “Pak Shop” (hazırda İbad” market”) mağazasında 46.50 manat, 06:24-də həmin mağazada 22,50 manat, 06:26-da həmin mağazada 25,N2 manat, 06:32-də ünvan 9 ünvanında yerləşən “Dalğa” marketdə 90,90 manat, 06:44-də ünvan 10 ünvanında yerləşən “Araz market”də 91,21 manat və 89 manat, saat 10:52-də isə sonuncu dəfə ünvan 6 ünvanında yerləşən “Oba-24” marketdə 24,55 manat dəyərində alış-veriş etməsi məlum olmuşdur (cild 01, i.v. 89-93). “maddi sübut kimi tanıma haqqında” 28 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,540 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 0,251 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatdan sonra qalıq 0,490 qram psixotrop maddə metamfetamin və 0,201 qram narkotik vasitə heroinin qərarla birlikdə, saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (cild 01, i.v. 112-113). “Diskə baxış keçirilməsi haqqında” 02 iyun 2025-ci ltarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X23, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 1NN.6 və 236cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, tərtib olunmuş «şəxsi axtarış və götürülmə aparılması haqqında» xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd diskə xidməti iş otağında baxış keçirmiş, diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «DVD- R» formatlıdır. Disk üzəri ağ rəngdədir, üzərinə «GOLD» yazısı həkk olunmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti iş otağında olan həmin disk “Hp” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin fayla baxış keçirən zaman, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və iki nəfər polis əməkdaşının iştirakları ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli və üzərində göy rəngli xəttləri olan sellofanı çıxarıb təqdim edir. Həmin sellofan açıldı və içərisində 3 ədəd "xxxx"a məxsus bank kartları, 1 ədəd “Premium bank”a məxsus bank kartı, “Umico” kartı, VÖEN vəsiqəsi, şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və bir ədəd şəffaf sellofan büküm aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sənədləri oğurluq yolu ilə əldə etdiyini, pul kisəsinin içərisindəki nağd pulu xərclədiyini, bank kartlarından isə alış-veriş etdiyini bildirir. Bundan sonra aşkar edilmiş bir ədəd şəffaf sellofan açılaraq içərisində iki ədəd siqaretin ağ rəngli kağızına bükülmüş bükümlər aşkar edilir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilir və ondan bu bükümlərin içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə istifadə etməyi barədə soruşulur. Təqsirləndirilən şəxs isə həmin bükümlərin birinin içərisində heroin, digər bükümün içərisində isə metamfetamin olduğunu, həmin narkotik maddələri 20 nay 2025-ci il tarixdə saat 14 radələrində Yasamal rayonu, Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 45 manat öz istifadəsi üçün aldığını və sonra istifadə etmək üçün üzərində saxladığını, narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmur. Bundan sonra təqdim edilən iki ədəd bükümlər ağ rəngli kağız zərfə qoyularaq möhürlənir və üzəri bütün iştirakçılar tərəfindən imzalanır. Aşkar edilmiş sənədlər və bank kartları isə başqa bir ağ rəngli kağız zərfə qoyularaq götürülür. Həmin «DVD-R» formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edildi (cild 01, i.v. 119). Zərərçəkmiş şəxs2 məxsus "xxxx"a aid 4169N3******2015 nömrəli plastik bank kartının çıxarışlarından görünür ki, 10 oktyabr 2024-cü il tarixdə qeyd edilən bank kartından ümumilikdə 300 manat 60 qəpik məbləğində pul çıxarılmışdır (cild 01, i.v. 140). “Baxış keçirilməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır (cild 01, i.v. 141-146). “Zərərçəkmiş şəxs kimi tanımaq barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 240-241). “Zərərçəkmiş şəxs kimi tanımaq barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 02, i.v. 5-6). “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 15 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X19, icraatında Azərbaycan Respublikası CM-nin 1NN.2.3 və 1NN.2.3-1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 85, 236.1-cı maddələrinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında yerləşən xidməti otağında cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə cinayət işinə xx.xx.2024-cü il tarixdə 53-4/2-18112 saylı məktubla daxil olaraq əlavə edilmiş disk məlumatlarına baxış keçirmiş, baxış zamanı DVD-R diskdə olan məlumatlara “ACER” markalı kompüterdən istifadə edilərək baxılacaqdır. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 01 ədəd həmin video diskdə 06 ədəd foto şəkil və 02 ədəd video fayl mövcuddur. Foto şəkil və video fayllara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə plastik Bank kartından istifadə etməklə marketdən müxtəlif növ tütün məlumatları almışdır. Bununla da 1 ədəd DVD diskə baxış keçirilməsi başa çatdırıldı (cild 02, i.v. 50). “"xxxx" MMC-də götürülmüş telefon məlumatlarına baxış keçirilməsi haqqında” 15 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X1 Respublikası CPM-nin 51, 85, 236-cı maddələrinin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, bu gün yəni xx.xx.2025-ci il tarixdə icraatında olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X11 məxsus olan ***- ***-**-** nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı barəsində "xxxx" MMC-dən 06 yanvar 2025-cü il tarixdə xaric olan AZF/LGL-13/25, nömrəli məktubla 01 ədəd diskdə götürülmüş məlumatlara baxış keçirmiş və baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi iş üzrə oğurluq hadisəsinin baş verdiyi 10 oktyabr 2024-cü il tarixdə saat 10:03:53-dan 19:3N:2N-dək aktiv olmamışdır (cild 02, i.v. 51). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X32 şəxsi ambulator X4 26 noyabr 2024-cü il tarixli, N4N9 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi nakoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, i.v. 61-62). 04 aprel 2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə şübhəli şəxs X14 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, bu zaman X2 Şükür Novruz oğlunu tanıdığını, onunla əvvəllər münasibətinin normal olduğunu, əvvəllər məhkum olunduğunu, hal-hazırda Abşeron RPİ-nin İŞ-də Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmiş, iş üzrə Zərərçəkmiş şəxs2 mənzilindən 10 oktyabr 2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsi barədə onun heç bir məlumatının olmadığını, 14 saylı cəzaçəkmə müəssisəsində bir yerdə cəza çəkdiyi Təqsirləndirilən şəxs ilə cəza çəkmə müəssisəsindən azad olduqdan sonra münasibətlərinin olduğunu, belə ki, bir neçə dəfə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Şərifzadə 131 A ünvanda obşitelin, qarşısında görüşmüş, hal-əhval tutub, söhbətləşdiklərini, lakin uzun müddətdir ki, onun Təqsirləndirilən şəxs ilə heç bir münasibətinin olmadığını, Təqsirləndirilən şəxs üzünə qarşı yalan danışdığını, o, 2024-cü ilin oktyabr ayında görüşüb aparat satıb narkotik vasitə əldə edərək Təqsirləndirilən şəxs vermədiyini, bundan başqa 2024-cü ilin oktyabr ayında onunla görüşüb ona hər hansı bir bank kartı vermədiyini, onun bildirdiyi marketlərdən birlikdə gedib alış veriş etdiklərini bildirmiş, Təqsirləndirilən şəxs isə qarşısında oturan X10 tanıdığını, onunla əvvəllər münasibətlərinin normal olduğunu, əvvəllər məhkum olunduğunu, sonuncu dəfə 2N iyul 2024-cü il tarixdə azadlığa buraxıldığını, 14 saylı cəzaçəkmə müəssisəsində bir yerdə cəza çəkdiyi Əlizamin Cəfərovla cəzaçəkmə müəssisəsindən azad olduqdan sonra münasibətlərinin olduğunu, bir neçə dəfə onunla yaşadığı Bakı şəhəri, Şərifzadə 131 A ünvanda obşitelin qarşısında görüşdüklərini, hal-əhval tutub, söhbətləşdiklərini, 10 oktyabr 2024-cü il tarixdə Əlizamin Cəfərovun ona ***-***-**-** mobil nömrəsindən ona zəng edib bir neçə dəqiqə sonra isə 2-ci Alatava 98 J ünvanında yerləşən münasibətdə olduğu Əhmədova Səbinə adlı xanımın evinə gəldiyini, onun Əlizaminlə cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra bir dəfə, həmin ünvanda görüşdüklərini, onunla oturub yeyib-içdiklərini, onu çölə çağırdığını, Səbinənin Əlizamin gəlib səni çağırır dediyini, onun çölə çıxıb görüşdüyünü, Əlizaminin ona görünməyən torbanın içində olan aparatı göstərib bunu satmaq lazım olduğunu dediyini, satıb gedib narkotik maddə almaqlarını dediyini, onun Əlizamindən bu aparatın nə olduğunu soruşduğunu, ona aparatdı satmaq lazım olduğunu dediyini, sonra Əlizaminin aparaq 3-ün kruqu deyilən yerdə sataq dediyini, sonra birlikdə 3-ün kruqu deyilən yerə gedib orada tanımadıqları, ucaboy, dolu bədənli, saqqallı, göy rəngli cins şalvar geyinmiş, əynində qara rəngli uzunqol kofta olan bir nəfərə 30 manata həmin aparatı satdıqlarını, ordan bir yerdə taksi ilə Yasamala metronun yaxınlığında yerləşən “Ağçiçəyim” adlı yerə gəldiklərini, sonra Əlizaminin ona məni burda gözlə 1 saata kimi narkotik maddə alıb gəlirəm dediyini, onun da orda bir saat Əlizamini gözlədiyini, sonra gəlib ona balaca bükümdə “Kakos” adlı narkotik maddə verdiyini və ayrıldıqlarını, evə getdiyini, həmin narkotik maddədən istifadə etdiyini, təxminən 1-2 saat sonra Əlizaminin ona zəng vuraraq, “20 Yanvar” metrosunun yanında görüşək işim var sənlə dediyini, onun da yarım saata gəlirəm dediyini, onun həmin yerə getdiyini, Əlizaminin ona atam pul atıb kartıma gedək bununla marketdən 5 paçka “Sobranie”, 5 paçka “Winston” siqareti alaq dediyini, onun da razılaşdığını, 20 yanvar metrosunun yaxınlığındakı böyük “Bravo” marketə getdiklərini, marketin içində kartı ona verib ordan 5 paçka “Sobranie”, 5 paçkada “Winston” götür gedək dediyini, onun kartı Əlizamindən götürüb kassaya yaxınlaşdığını, kassirdən 5 paçka “Sobranie”, 5 paçkada “Winston” istədiyini, onun da verdiyini, kartı uzatdığını və ordan çıxarış edildiyini və marketdən onunla bir yerdə çıxdıqlarını, ordan üzü Tbilisi prospekti ilə aşağı endiklərini, yolun solunda olan “Araz” marketə getdiklərini, Əlizaminin ona mən taksi zakaz edirəm sən gir marketə 3 blok siqaret al çıx dediyini, kartı Əlizamindən götürüb girib 1 blok “Kent 8”, 1 blok “Kent 4” 1 blok ’’Sobranie” siqareti olmaqla ümumilikdə 3 blok siqaret aldığını, Əlizaminin ona verdiyi kartla ödəniş edib çıxdığını, sonra marketdən çıxdıqdan sonra onunla birlikdə taksiyə oturub Elmlər Akademiyasına tərəf getdiklərini, orda parkın yanında ona burda adam var gedim bu 3 blok siqareti narkotik maddə qarşılığında dəyişim gəlirəm dediyini, Əlizamini təxminən 20-25 dəqiqə gözlədiyini, gəlmədiyini, zəng vurduğunu və zəng çatmadığını, çıxıb evə getdiyini bildirmişdir (cild 02, i.v. 86-88). “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nın 1NN.2.3 və 1NN.2.3-1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 1NN.2.1 və 180.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 5239-151N-NNNN-2891 nömrəli bank kart maddi sübut kimi tanınması, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, baxış protokolları, ifadənin yerində yoxlanması protokolu, Kapital Bank» ASC-yə aid 5239-151N-NNNN-2891 nömrəli bank kartına məxsus çıxarış və digər istintaq sənədlərinin sübut növləri kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində öz müdafiəsi üçün gətirdiyi dəlillər hissəsinin sübut kimi qəbul edilməsi, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilməsi, iş üzrə Təqsirləndirilən şəxs residivi olan şəxs hesab edilməsi, iş üzrə X8 barəsində Azərbaycan Respublikasının CM-nin 1NN.2.3 və 1NN.2.3-1-cü maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 105-114). “Könüllü təqdim etmə və baxış keçirilməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 iştirakı ilə tərtib etmişdir həmin protokolu icraatında olan Azərbaycan Respublikası CM-nin 1NN.2.3-1 və 234.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ondan ötrü ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 özünə məxsus olan “Samsung” markalı mobil telefona baxış keçirilməsi üçün istintaqa könüllü olaraq təqdim etmişdir. Həmin mobil telefonun daxilində olan proqramlara baxış keçirilən zaman "xxxx"a məxsus “Birbank” tətbiqinə daxil olduqda, həmin mobil tətbiqdə sonu “5NN1” olan biznes kartından 18 may 2025-ci il tarixdə saat 06:23-də “Pak Shop" mağazasında 46,50 manat, 06:24-də həmin mağazada 22,50 manat, 06:26-da həmin mağazada 25,N2 manat, 36:32də “Dalğa” marketdə 90,90 manat, 06:44-də “Araz market”də 91,21 manat və 89 manat, saat 10:52-də isə sonuncu dəfə Yasamal rayonu ərazisində yerləşən “Oba-24” marketdə 24,55 manat olmaqla həmin bank kartından ümumilikdə 390,38 manat pul çıxarılması, yəni marketlərdə alış-veriş edilməsi müəyyən edilmişdir. Bundan başqa, həmin mobil telefonda olan “Premium bank” a məxsus mobil tətbiqə daxil olduqda, həmin mobil tətbiqdə 4192-5N00-2N50-N435 saylı bank kartından 18 may 2025-ci il tarixdə saat 0N:16da 90 manat və 48,43 manat, həmin gün saat 0N:19-da həmin marketdən 59,60 manat, 0N:20-də N0,51 manat, saat 10:49-da Yasamal rayonu ərazisində yerləşən “Oba 24” marketdən N0 manat və 10:50-də N0 manat olmaqla, həmin bank kartından ümumilikdə 408,54 manat pul çıxarılması, yəni marketlərdə alış-veriş edilməsi müəyyən edilmişdir (cild 02, i.v. 149-162). “Əşyanın vahid nüsxə üzrə tanınmaya təqdim edilməsi haqqında” 21 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X23, Azərbaycan Respublikası CPM-in 51, 85, 239-241-ci maddələrinə əsasən Zərərçəkmiş şəxs1 Yasamal RPİ-nin İŞ-də xidməti iş otağında təqsirləndirilən şəxs X15 oğurlayaraq mağazalarda istifadə etdiyi və üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aşkar edilərək götürülüb istintaqa təqdim edilmiş "xxxx"a məxsus 4169-N388-0024-8910 nömrəli, 5239-151N-N923-688N nömrəli və 4169-N423-2138-5NN1 nömrəli bank kartları, “Premium bank”a məxsus 4142-5N00-2N50-N435 nömrəli bank kartı, bir ədəd “Umico” kartı, bir ədəd VÖEN vəsiqəsi, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədə MİA-nın jurnalist vəsiqəsi vahid nüsxə üzrə tanınmaya təqdim etmiş, tanıyan şəxs xx.xx.19N4-cü ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Space” televiziyasında aparıcı işləyən, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsi, ev 2/1B ünvanında pasport qeydiyyatında olan və yaşayan Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CPM-nin 240.4-240.5-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 29N, 298-ci maddələri ilə yalan ifadə verməyə və ifadə verməkdən imtina etməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar olundu. Tanıyan şəxs Zərərçəkmiş şəxs1 ona tanımaya təqdim edilmiş "xxxx"a məxsus 4169-N388-0024-8910 nömrəli, 5239-151N-N923-688N nömrəli və 4169-N423-2138-5NN1 nömrəli bank kartları, “Premium bank”a məxsus 4142-5N00- 2N50-N435 nömrəli bank kartı, bir ədəd “Umico” kartı, bir ədəd VÖEN vəsiqəsi, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd MİA-nın jurnalist vəsiqəsini tanıyaraq, həmin əşyaların onun özünə məxsus olduğunu və hadisə zamanı oğurlanmış əşyalardan olduğunu, lakin "xxxx"a məxsus 5239-151N-N923-688N nömrəli bank kartının ona məxsus olmadığını və kimə məxsus olması barədə məlumatı olmadığını bildirdi (cild 02, i.v. 165). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 daxil olmuş 09 iyun 2025-ci il tarixli, 1/2944 nömrəli məktubdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli XN müraciət etməyib (cild 02, i.v. 16N). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X32 şəxsi ambulator X4 21 may 2025-ci il tarixli, 3002 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 02, i.v. 169-1N0). “İfadənin yerində yoxlanılması haqqında” 13 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X23, tərtib etmişdir həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51, 85 və 261-ci maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə ona görə ki, bu gün icraatında Azərbaycan Respublikası CM-nin 1NN.2.3-1 və 234.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs istintaq zamanı cinayət işi üzrə verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədi ilə Azərbaycan Respublikası CPM-nin 260-cı maddəsinə əsasən ifadəsini yerində yoxlamış, istintaq hərəkətinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və pəzifələri izah edildi. İfadənin yerində yoxlanılması təbii işıqda keçirildi. İlkin olaraq Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması üçün Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsinə getmək lazım olduğunu bildirdi. Bunun üçün onlar Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsinə getmişlər. Ünvana çatdıqda Təqsirləndirilən şəxs əyani olaraq hadisə yerini göstərib bildirdi ki, 10 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində Yasamal rayonu, Ü.Əkbərov küçəsi ilə piyada hərəkət edərkən tanımadığı evlərdən birinin giriş darvazasının açıq olduğunu görmüşdür. Açıq vəziyyətdə olan giriş qapısına yaxınlaşmış və ətrafa baxaraq heç kimin olmadığına əmin olduqdan sonra həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra sağ tərəfdə yerləşən bir mərtəbəli tikililərə tərəf getmişdir. Həyətdə bir neçə otaq olmuşdur. O, birinci yerləşən otağın taxta materialından hazırlanmış qapısının məftil ilə bağlandığını görüb qapıya yaxınlaşmışdır. Qapının üzərində olan məftili əli ilə açmış və qapı kilidlə bağlanmadığı üçün sərbəst şəkildə qapıdan içəriyə daxil olmuşdur. Otağa daxil olduqda sol tərəfdə divara söykədilmiş şkafın üzərində bir ədəd tikinti işlərində istifadə etmək üçün nəzərdə tutulmuş lazer aparatını görmüşdür. Sonra isə aşağı əyilib çarpayının altına baxanda idman çantası olduğunu görmüşdür. Həmin çantanı götürüb sepini açmış və içərisini axtarmağa başlamışdır. İçərisində paltarlar olduğuna görə çantanın cibliyini açmış və ciblikdə sönülü vəziyyətdə olan 01 ədəd “Nokia” markalı mobil telefon və telefonun yanında olan “Kapital Banka” məxsus plastik kartı götürmüşdür. Daha sonra telefon və kartı cibinə qoymuş, şkafın üzərində olan 01 ədəd lazer aparatını da götürüb otaqdan çıxmışdır. Həmin vaxt onu heç kim görməmiş və gizlin şəkildə evin həyətindən çıxıb gəldiyi küçə ilə evdən uzaqlaşmışdır. Yolda gedərkən ağlına gəlmişdir ki, telefon və lazer aparatını aparıb Nəsimi rayonu, “3-ün kruqu” deyilən ərazidə satmışdır. Çünki o, əvvəllər məhkum olunduğu cinayət işləri üzrə oğurluq yolu ilə əldə etdiyi malları həmin ərazidə rahat şəkildə satmışdır. Həmin gün saat təxminən 15 radələrində həmin əraziyə çatmış və tanımadığı şəxsə yaxınlaşıb özünə məxsus 01 ədəd sadə “Nokia” markalı mobil telefon və 01 ədəd lazer aparatı olduğunu demişdir. Həmin şəxs də telefon və aparata baxdıqdan sonra telefonu 10 manata, aparatı isə 20 manata ala biləcəyini bildirmişdir. O, da pula ehtiyacı olduğuna görə telefon və aparatı ümumilikdə 30 manata satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Daha sonra Bakı şəhəri ərazisində yerləşən Bravo və Araz marketlərə yaxınlaşıb evdən oğurladığı kart vasitəsilə 300 manat dəyərində müxtəlif markalı siqaretlər almışdır. Siqaretləri aldıqdan sonra oğurladığı kartı yadında dəqiq olaraq qalmayan yerə atmışdır. Həmin gün ərzində kartdakı pulla aldığı siqaretləri Azadlıq prospektində yerləşən tanımadığı bir neçə dükana cəmi 200 manata satmışdır. Həmin pulu da bir neçə gün ərzində öz ehtiyacları üçün xərcləmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs oğurladığı bank kartından sonuncu dəfə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən “Araz” marketdə alış-veriş etməsi məlum olmuşdur (cild 02, i.v. 189-191). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 13 avqust 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 1NN.2.3-1 və 234.1-ci maddələrindən, həmin Məcəllənin 1NN.2.2, 1NN.2.3, 1NN.2.3-1 və 234.1-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 1NN.2.2, 1NN.2.3, 1NN.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona həmin maddələr ilə yenidən itiham elan olunması və 22 may 2025-ci il tarixdə barəsində Yasamal rayon Məhkəməsinin hakimi Orxan Məmmədli tərəfindən 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 29,1NN, 15N, 1NN.2.1, 1NN.2.4, 180, 234.2, 326.1 və 326.2-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etməsinin Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bədinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən material ayrılaraq, araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ- nin 29-cu PŞ-nə göndərilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs öz təqsirini etiraf etməsi bütün sübutlar məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntü olan bir ədəd «DVD-R» formatlı diskin maddi sübut hesab edilməsi və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,540 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 0,251 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqaatındakı qalıq 0,490 qram psixotrop maddə metamfetamin və 0,201 qram narkotik vasitə heroinin qərarla birlikdə, saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs oğurladığı və polis əməkdaşları tərəfindən saxlanılaraq PŞ-də üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş 4169-N388-0024-8910 nömrəli və 4169-N423-2138-5NN1 nömrəli cəmi 02 ədəd "xxxx"a məxsus bank kartları, 4142-5N00-2N50-N435 nömrəli bir ədəd “Premium bank”a məxsus bank kartı, bir ədəd “Umico” kartı, bir ədəd VÖEN vəsiqəsi, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd iş vəsiqəsi iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və məhkəmə baxışınadək saxlanılmasından ötrü zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılmasının nəzərə alınması, cinayət işi üzrə zərərçəkmiş şəxs X18 məxsus "xxxx"a aid 4169N3******2015 nömrəli plastik bank kartının çıxarışlarının iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məxsus mobil telefondakı "xxxx" mobil tətbiqindən götürülmüş çıxarışların iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən alınmış 01 ədəd diskin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətdiyi zaman oğurladığı pul kisəsinin içərisində olan bank kartlarından istifadə edərək alış-veriş etdiyi mağazalara quraşdırılmış təhlükəsizlik kameralarının qeydə aldığı videogörüntülərin ələ keçirilməsinin və həmin videogörüntülərə baxış keçiriməsinin mümkün olmamasının nəzərə alınması, cinayət işi üzrə ilkin araşdırma materialları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16/16/2- 6/1902/2025 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X4 xx.xx.2024-cü il tarixli, N4N9 nömrəli rəyi və xx.xx.2025ci il tarixli 3002 nömrəli rəyi, «şəxsi axtarış və götürülmə aparılması haqqında» xx.xx.2025-ci il tarixli protokol, «diskə baxış keçirilməsi haqqında» 02 iyun 2025-ci il tarixli protokol, hadisə yerinə baxış protokolları, ifadənin yerində yoxlanılması protokolu, üzləşdirmə protokolu, əşyanın tanınmaya təqdim edilməsi protokolu, mobil telefonu könüllü olaraq təqdim etmə və baxış keçirmə protokolu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar iş üzrə toplanmış digər sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun olduğundan sübut növü kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsinin onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi kimi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın müəyyən edilməsinin nəzərə alınması, cinayət işi üzrə X9 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərar barəsində maraqlı tərəflərə məlumat verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 192-212). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2025-ci il tarixli təqdim edilmiş yazılı ərizədən görünür ki, cinayət işi üzrə ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1NN.2.2, 1NN.2.3 və 1NN.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın N-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 1NN.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 1NN.1, 1NN.2, 1NN.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1NN.2.3-1-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxlərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1NN.2.2, 1NN.2.3, 1NN.2.3-1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər.; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 may 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olduğundan barəsində həmin maddə ilə ********* nömrəli cinayət işinin başlanması və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır (cild 01, i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 20 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə, saat 18:10-da tutulmuşdur (cild 01, i.v. 34). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 1NN.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir (cild 01, i.v. N6- NN). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-408/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 104-10N). “Cinayət işi üzrə icraatın təzələnərək icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 1NN.2.3 və 1NN.2.3-1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraatın təzələnərək icraata qəbul edilməsi və icraatda Azərbaycan Respublikası CM-nin 1NN.2.3-1 və 234.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraatla birləşdirilərək, cinayət işi üzrə istintaqın ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır (cild 01, i.v. 130-133). “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 1NN.2.3 və 1NN.2.3-1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüşdür (cild 01, i.v. 135). “Şübhəli şəxsin tutulması haqqında” 14 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdə saat 18:35-də tutulmuşdur (cild 01, i.v. 166). “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında” 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 1NN.2.3 və 1NN.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 01, i.v. 1N3-1N4). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-1029/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 14 noyabr 2024-cü il tarixdən saat 18:35-dən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 188-189). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir (cild 01, i.v. 194). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 28 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlanılmaqla CM-nin N0-ci maddəsi tətbiq edilməklə N ay şərti sınaq müddəti təyin edilmiş, daha sonra Yasamal RPİ-də CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli materiala xx.xx.2019-cu ildə AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 1NN.2.2, 1NN.2.3-1 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 01, i.v. 224-225). xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 həmin qəbzi vermişdir Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, Rəşad Məmmədova ondan ötrü ki, ********* nömrəli cinayət işi üzrə ona dəymiş 300 manat məbləöində maddi ziyanı tam şəkildə təhvil almışdır, bununla bağlı heç bir şikayət və tələbi yoxdur (cild 02, i.v. 14). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 14 saylı CM-nin rəisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.1993-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 13N-də yaşamış məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmünə əsasən AR CM-nin 326.1; 1NN.2.2; 1NN.2.3-1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli: xx.xx.2022-ci il, Cəzasının sonu: xx.xx.2024-ci il. Məhkum Təqsirləndirilən şəxs şəxsi işinə nəzər saldıqda məlum olur ki, o, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq təcridxanasından 14 saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. Məhkum Təqsirləndirilən şəxs müəssisəyə gəldiyi onunla karantin briqadasında islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri ona izah olunmuş, sualları cavablandırılmışdır. Məhkum Təqsirləndirilən şəxs şəxsi işindən aydın olur ki, məhkum o, istintaq təcridxanasında saxlandığı müddət ərzində daxili rejim qaydaları pozuntusu hallarına yol verdiyinə görə xx.xx.2024-cü il tarixdə Təcridxananın rəhbərliyi tərəfindən 05 (beş) gün müddətinə və 14 saylı CÇM-də cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərini pozduğuna görə isə müəssisə rəhbərliyi tərəfindən xx.xx.2024-cü il tarixdə 03 (üç) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. Onunla aparılmış söhbətlərdən bu qənaətə gəlinmişdir ki, məhkum törətdiyi cinayət əməlini qismən etiraf etmiş və peşmançılıq hissi keçirməmişdir. Fərdi-tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmamış, verilən tapşırıqları yerinə yetirməkdən, dəstədə keçirilmiş mədənikütləvi və ictimai tədbirlərdə iştirak etməkdən boyun qaçırmışdır. Əməyə və təhsilə münasibəti mənfi olmuşdur. O, cəza çəkdiyi müddət ərzində X24 iclaslarında iştirak etməmiş, ümumiyyətlə müəssisədə və dəstədə keçirilən islah məqsədli tədbirlərdən həmişə yayınmışdır. Xasiyyətcə qapalı, məhkum yoldaşları və müəssisə əməkdaşlarına qarşı qeyri- səmimi olmuşdur. Xasiyyətnamə xx.xx.2024-cü il tarixli 3-13-53/2-N0448 saylı sorğu əsasında Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilmək üçün tərtib edilmişdir (cild 02, i.v. 1N). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (cild 02, i.v. 30). “İbtidai istintaq müddətinin uzadılması haqqında” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CMnin 1NN.2.3 və 1NN.2.3-1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay - 5 ayadək, yəni 14 aprel 2025-ci il tarixədək uzadılmışdır (cild 02, i.v. 38-39). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-136/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla, 14 aprel 2025-ci il tarixədək uzadılmışdır (cild 02, i.v. 44-49). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-466/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1NN.2.2, 1NN.2.3-1 və 326.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 1NN.2.2 və 1NN.2.3-1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 326.1-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 2N iyun 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir (cild 02, i.v. 53-56). “Şəxsin cinayət təqibinə şübhəli şəxs qismində iştirakına xitam verilməsi haqqında” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.198N-ci ildə ünvan 22 ünvanında qeydiyyatda olan X9 cinayət işi üzrə şübhəli şəxs qismində iştirakına xitam verilməsi qərara alınmışdır (cild 02, i.v. 89-90). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 1NN.2.3 və 1NN.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 02, i.v. 91- 92). “ittiham aktı təsdiq edilmədən cinayət işinin əlavə istintaq aparılması üçün qaytarılması haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Sərxan Ramazanov tərəfindən ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş 10 aprel 2025-ci il tarixli ittiham aktının təsdiq edilməməsi, həmin cinayət işi əlavə ibtidai istintaq aparılması üçün Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinə qaytarılması qərara alınmışdır (cild 02, i.v. 133-135). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (cild 02, i.v. 136). “Şəxsin məcburi gətirilməsi haqqında” 20 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək məcburi qaydada Bakı Şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinə gətirilməsi qərara alınmışdır (cild 02, i.v. 138). “Şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və onun tutularaq Yasamal RPİ-nin MSY-nə təqdim edilməsi qərara alınmışdır (cild 02, i.v. 140- 141). “Cinayət işinin icraatının dayandırılması haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmadığından Azərbaycan Respublikası CM-nin 1NN.2.3 və 1NN.2.3-1-ci maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (cild 02, i.v. 142-143). “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 1NN.2.3 və 1NN.2.3-1-ci maddələri ilə istintaq edilən ********* №-li cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay N ayadək, yəni 14 aprel 2025-ci il tarixdən, 14 iyun 2025-ci il tarixədək uzadılmışdır (cild 02, i.v. 14N-148). xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 həmin qəbzi vermişdir Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, Pərvin Səfərliyə ondan ötrü ki, İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə könüllü olaraq təqdim etdiyi və özünə məxsus olan bir ədəd «Samsung» markalı mobil telefonu işlək vəziyyətdə təhvil almışdır (cild 02, i.v. 163). xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 həmin qəbzi vermişdir Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, Pərvin Səfərliyə ondan ötrü ki, İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə özünə məxsus şəxsiyyət vəsiqəsi, VÖEN, **********385NN1 nömrəli Kapital Banka, **********248910 nömrəli Kapital Bank(Birbank), 01 ədəd Umico kart, **********50N435 nömrəli Premium banka aid bank kartlarını təhvil almışdır (cild 02, i.v. 164). xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 həmin qəbzi vermişdir Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, Pərvin Səfərliyə ondan ötrü ki, İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə ona məxsus olan və hadisə zamanı oğurlanmış 4169-N388-0024-8910 nömrəli və 4169-N423-2138-5NN1 nömrəli bank kartları, “Premium bank”a məxsus 4142-5N00-2N50-N435 nömrəli bank kartı, bir ədəd “Umico” kartı, bir ədəd VÖEN vəsiqəsi, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd MİA-nın jurnalist vəsiqəsini təhvil almışdır (cild 02, i.v. 166). “Cinayət işinin materiallarından başqa material ayrılması haqqında” 13 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirini təsdiq edən kifayət qədər sübutların toplandığını və cinayətin digər iştirakçısının istintaqa cəlb edilməsinin qeyrimümkünlüyünü, həmçinin cinayət işinin hərtərəfli, tam, obyektiv və xarakterinə görə ayrıca baxılmasının mümkün olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi şəxs(lər) barəsində cinayət işindən material ayrılaraq, aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilməklə araşdırma aparılması, qərarın surətinin Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 214-21N). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 13 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 1NN.2.2, 1NN.2.3, 1NN.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 221-222). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, həmçinin AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmasını, həmçinin əvvəlki cəzasını çəkdiyi 14 saylı çəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən mənfi xarakterizə olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri səmimi etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2), cinayət nəticəsində vurulmuş ziyanı qismən ödəməsini (CMnin 59.1.14), zərərçəkmiş şəxslərdən birinin onunla barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, əvvəlki cəzanın məqsədinə tam nail olunmaması, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən xüsusiyyətlər, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə residivə görə cəzanın təyin edilməsi qaydası nəzərə alınmaqla, təqsirləndirilən şəxsin islahı və yeni cinayətlərin qarşısının alınması məqsədilə (daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla) minimum həddə yaxın azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanunvericiliyin məqsədlərinə, həmçinin ədalət və humanizm prinsiplərinə tam uyğun hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 1NN.2.2, 1NN.2.3-1 və 326.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 02 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Qeyd edilməlidir ki, heroin və metamfetaminin qanunsuz dövriyyəsi cəmiyyət üçün son dərəcə təhlükəlidir, asılılıq yaratmaqla yanaşı, digər ağır cinayətlərin törədilməsinə, gənclər və ümumilikdə əhalinin sağlamlığının zərərə məruz qalmasına şərait yaradır. Bu baxımdan, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu əməllərin ictimai təhlükəlilik dərəcəsi yüksək qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,540 qram metamfetamin və 0,251 qram heroinin miqdarı qanunvericiliklə müəyyən edilmiş “xeyli miqdar” anlayışının aşağı həddinə yaxın olduğundan, bu hal törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan mühüm amil kimi qiymətləndirilməlidir. Hazırkı işdə müəyyən edilən maddələrin miqdarının “xeyli miqdar”ın minimum sərhədinə yaxın olması əməli geniş dövriyyə xarakterli və ya yüksək ictimai təhlükəli cinayətlərdən fərqləndirir. Buna görə də, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli cinayət tərkibi yaratsa da, onun əməlinin ictimai təhlükəlilik dərəcəsi nisbətən aşağıdır və bu hal cəzanın fərdiləşdirilməsində nəzərə alınmalıdır. Həmçinin o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi digər cinayət əməlləri nəticəsində əldə etdiyi məbləğ 968,91 manat və 500,60 manat olmaqla xüsusilə yüksək iqtisadi dəyər kəsb etmir. Cinayət əməlindən əldə olunan faydanın bu səviyyədə məhdud olması, törədilmiş hərəkətlərin hüquqi qiymətləndirilməsinə təsir göstərməsə də, onların ictimai təhlükəlilik dərəcəsinin intensivliyinin nisbətən aşağı olduğunu göstərir. Qeyd edilənlərlə birlikdə, təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsi, əməlindən peşman olması, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi və zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsi kimi yüngülləşdirici hallar nəzərə alınmaqla, ona azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bu, həm yüngülləşdirici hallara ədalətli yanaşmanı təmin edəcək, həm də onun davranışında formalaşmış cinayətkar vərdişlərin aradan qaldırılmasına xidmət edəcəkdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 1NN.2.2, 1NN.2.3, 1NN.2.3-1 və 234.1ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin cəzalar AR CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, onun ibtidai istintaq zamanı həbsdə saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3) (Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdən 14 aprel 2025-ci il tarixədək həbsdə saxlanılmış, daha sonra azadlığa buraxılmışdır), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.3), cəzaçəkmə müddətinin əvvəli 20 may 2025-ci il tarixdən hesablanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs oğurladığı və polis əməkdaşları tərəfindən saxlanılaraq PŞ-də üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş 4169-N388-0024-8910 nömrəli və 4169-N423-2138-5NN1 nömrəli cəmi 02 ədəd "xxxx"a məxsus bank kartları, 4142-5N00-2N50-N435 nömrəli bir ədəd “Premium bank”a məxsus bank kartı, bir ədəd “Umico” kartı, bir ədəd VÖEN vəsiqəsi, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd iş vəsiqəsinin məhkəmə baxışınadək saxlanılmasından ötrü zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut cinayət işi üzrə zərərçəkmiş şəxs X18 məxsus "xxxx"a aid 4169N3******2015 nömrəli plastik bank kartının çıxarışları və cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məxsus mobil telefondakı "xxxx" mobil tətbiqindən götürülmüş çıxarışlar iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, müvafiq ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-34N, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 1NN.2.2, 1NN.2.3 və 1NN.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 il N ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət işi üzrə 14 noyabr 2024-cü il tarixdən 14 aprel 2025-ci il tarixədək həbsdə saxlandığı 05 ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 0N ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs oğurladığı və polis əməkdaşları tərəfindən saxlanılaraq PŞ-də üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş 4169-N388-0024-8910 nömrəli və 4169-N423-2138-5NN1 nömrəli cəmi 02 ədəd "xxxx"a məxsus bank kartları, 4142-5N00-2N50-N435 nömrəli bir ədəd “Premium bank”a məxsus bank kartı, bir ədəd “Umico” kartı, bir ədəd VÖEN vəsiqəsi, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd iş vəsiqəsinin məhkəmə baxışınadək saxlanılmasından ötrü zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – cinayət işi üzrə zərərçəkmiş şəxs X18 məxsus "xxxx"a aid 4169N3******2015 nömrəli plastik bank kartının çıxarışları və cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məxsus mobil telefondakı "xxxx" mobil tətbiqindən götürülmüş çıxarışlar iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal RPİnin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə olan - 0,201 qram heroin və psixotrop maddə olan - 0,490 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar