Məhkəmə qərarları › İş №1(004)-51/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-51/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-51/2021 26.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Nərimanabad 1 qəsəbəsində qeydiyyatda olan və Yasamal rayonu, Mustafa Sübhi küçəsi, ev 141 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, 2019-cu ilin sentyabr ayının əvvəllərində saat 21 radələrində aralarında olan sevgi münasibətlərinə görə eyni ərazidə yaşamaqla qonşu olduğundan aşkar surətdə on altı yaşına çatmadığını bildiyi, aralarında iki ildən çox yaş fərqi olan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs özünün yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi 141 saylı evə dəvət edərək orada, yataq otağında Zərərçəkmiş şəxs soyundurub sonuncunun könüllü razılığı ilə cinsi əlaqədə olmuş, nəticədə Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə dünyaya gətirdiyi kişi cinsindən olan övladının (Uğur Tağızadənin) bioloji atası olmaqla on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında anası ilə birlikdə yaşayır. X13 2016-cı ildə vəfat etmişdir. O, yaşadığı ünvanının yaxınlığında yerləşən bərbarxanada saç ustası işləyir. Zərərçəkmiş şəxs 2019cu ilin yay aylarında tanımış, belə ki, Mələkxanım anası, qardaşları və bacıları ilə yaşadığı ünvanın qonşuluğuna köçmüşlər. Mələkxanım kiçik qardaşı Yusifi bir neçə dəfə yanına başını qırxdırmaq üçün gətirmiş, onunla dostlaşmış və aralarında yaxın münasibət yaranmışdır. Mələkxanım onunla tanış olan zaman 19 yaşı və həmçinin subay olduğunu bildirmişdir. Mələkxanım mehriban, sadə qız olduğundan onun xoşuna gəlmiş və onunla ciddi münasibət qurmaq istəmişdir. Bir neçə dəfə yaşadığı evin yaxınlığındaki parkda Mələkxanımla görüşərək söhbət edib vaxt keçirmişlər. Bundan başqa bir dəfə xatırlamadığı tarixdə onların yaşadığı evdə olarkən onunla cinsi əlaqədə olmuşdur. Belə ki, 2019-cu ilin sentyabr ayın əvvəllərində Mələkxanımla mobil telefonla danışan zaman, öz razılıqları ilə cinsi əlaqəyə girmək qərarına gəlmişlər. Onun anası ürək xəstəsi olduğundan həmin gün axşam saat 21 radələrində anasının yenidən ürəyi ağrımış, evlərinə təcili tibbi yardım stansiyasının həkimləri gəlmiş, anasını müayinə etdikdən sonra anası yatmışdır. O, Mələkxanıma onun evinə gəlməsini bildirmiş, sonuncu yaşadığı evdən çıxaraq onun yaşadığı evə gəlmişdir. Mələkxanım evə girdikdə anası artıq öz otağında yatmış, onu isə görməmişdir. Mələkxanım evə girdikdən sonra onun otağına keçmiş, bir neçə dəqiqə sonra o da otağa keçmişdir. Onlar bir yerdə çarpayıya uzanmış və sevişməyə başlamışlar. Bir neçə dəqiqə sevişdikdən sonra, ehtiraslanıb paltarlarını soyunmuşlar. Soyunduqdan sonra uzanmış, o, Mələkxanımın qarşısında dayanaraq təbii üsulla öz cinsiyyət orqanını onun cinsiyyət orqanına salmışdır. Lakin onun cinsiyyət orqanından qan gəlməmişdir. Bir neçə dəqiqə cinsi əlaqədə olduqdan sonra o, Mələkxanımın cinsiyyət orqanına boşalaraq yanında uzanmışdır. Bir neçə dəqiqə uzandıqdan sonra yenidən cinsi əlaqəyə girmişlər. Eyni qaydada ikinci dəfə cinsi əlaqədə olmuş, yenidən onun cinsiyyət orqanına boşalaraq yanında uzanmışdır. Bundan sonra bir yerdə səhərə qədər yatmışlar. Səhər saat 10-11 radələrində birlikdə yuxudan oyanmışlar. Həmin zaman Mələkxanımın anası artıq işdə olmuş, sonuncu paltarlarını geyinib yaşadığı evə getmişdir. Onun Mələkxanım barədə fikri ciddi olmuş, hətta anasına da onun barəsində danışmış, ona olan münasibətinin ciddi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı Mələkxanımla cinsi əlaqədə olmadığını bildirməsinin səbəbi başına ilk dəfədir ki, belə bir hadisənin gəlməsi olmuşdur. Belə ki, o qorxmuş, buna görə də Mələkxanımla cinsi əlaqədə olmadığını bildirmişdir. O, Mələkxanımla tanış olan zaman sonuncu ona yaşının 19 olduğunu bildirdiyindən onun 16 yaşına çatmayan şəxs olmasını bilməmişdir. Belə ki, Mələkxammın davranışı, danışığı, fikirləri, eyni zamanda bədən qruluşundan onun 19 və daha çox yaşının olduğunu hesab etmişdir. Özünün 24 yaşı olduğundan düşünmüşdür ki, yaş fərqləri yaxşıdır və onunla ailə qura bilər. Lakin sonradan ətrafındakı insanlar və qonşular ona Mələkxanımın cinayətkar olduğunu söyləmişlər. Mələkxanımdan bu məsələyə aydınlıq gətirməsini istədikdə, o birinci inkar etməyə başlamış, lakin sonradan 3 nəfər şəxslə birlikdə əlbir olub nənəsinin evindən oğurluq etdiyini bildirmişdir. Həmin andan etibarən Mələkxanımın cinayətkar olduğunu anlamış və ciddi münasibət qurmaq fikrindən daşınmışdır. Lakin onun qəlbini qırmamaq üçün dost kimi münasibət saxlamağa davam etmişdir. Bildiyinə görə, Mələkxanım 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının CM-nin 181-ci maddəsi ilə təqsirli bilinmiş, məhkəmə onun barəsində azadlıqdan məhrum etmə cəzası vermişdir. Lakin Mələkxanımın uşağı dünyaya gəldiyinə görə cəzasını çəkməsi təxirə salınmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hal-hazırda Zərərçəkmiş şəxs ilə mehriban münasibətdə olduqlarını, ailə qurmağa hazırlaşdıqlarını, ailə üzvlərinin də qaşılıqlı xoş münasibətdə olduqlarını, onların evlənməsinə razı olduqlarını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, xx.xx.2005-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, subay və ibtidai təhsilli olmaqla, 4-cü sinifə qədər oxumuşdur. Cinayət törətdiyinə görə X9 Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5, 62-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Bakı istintaq tədricxanasında saxlanılmışdır. O, anası, 4 bacı və 3 qardaşı ilə birlikdə Yasamal rayonu, X15 küçəsi 120 ünvanında həyət evində kirayə yaşamışdır. 2019-cu ilin avqust ayında xatırlamadığı tarixdə yay aylarının birində məhəllədə yerləşən bəbərxanada işləyən Elməddin adlı şəxslə tanış olmuşdur. Belə ki, kiçik qardaşı Yusifi bir neçə dəfə həmin bərbərxanaya başını qırxdırmağa aparmış, Elməddin adlı şəxs isə qardaşının başını qırxmışdır. Aralarında sevgi münasibətləri yaranmış, bir-biri ilə mobil telefon vasitəsilə teztez əlaqə saxlamağa başlamışlar. 2019-cu ilin sentyabr ayın əvvəllərində Elməddinlə mobil telefonla danışan zaman, öz razılıqları ilə cinsi əlaqəyə girmək qərarına gəlmişlər. Elməddin qonşuluqda məhəllədə xəstə anası ilə birlikdə yaşamışdır. Həmin gün axşam saat 21 radələrində Elməddin ona anasının yenidən ürəyinin ağrıdığını, evlərinə təcili tibbi yardım stansiyasının həkimlərinin gəldiyini, anasını müayinə etdikdən sonra onun yatdığını bildirdiyindən yaşadığı evdən çıxaraq Elməddinin yaşadığı evə getmişdir. Elməddinin yaşadığı ev 2 otaqdan ibarət olmaqla mətbəx dəhlizdə yerləşmişdir. Evə girdikdə üzbəüz solda anasının otağı, üzbəüz sağda isə Elməddinin otağı, həmin otaqla üzbəüz tualet hamam yerləşmişdir. Elməddinin otağında 2 nəfərlik çarpayı və bir ədəd 3 qapılı şkaf olmuşdur. O, evə girdikdə anası artıq öz otağında yatmış, onu isə görməmişdir. O, evə girdikdən sonra Elməddinin otağına keçmiş, bir neçə dəqiqə sonra Elməddin də gəlmiş və bir yerdə çarpayıya uzanmış və sevişməyə başlamışdır. Bir neçə dəqiqə sevişdikdən sonra, ehtiraslanıb paltarlarını soyunmuşlar. O öz paltarlarını, Elməddin isə öz paltarlarını soyunmuşdur. Soyunduqdan sonra uzanmış, Elməddin qarşısında dayanaraq təbii üsulla öz cinsiyyət orqanını onun cinsiyyət orqanına salmışdır. Lakin onun cinsiyyət orqanından qan gəlməmişdir. Bir neçə dəqiqə cinsi əlaqədə olduqdan sonra Elməddin onun cinsiyyət orqanına boşalaraq yanında uzanmışdır. Bir neçə dəqiqə uzandıqdan sonra yenidən cinsi əlaqəyə girmişlər. Eyni qaydada ikinci dəfə cinsi əlaqədə olmuş, yenidən onun cinsiyyət orqanına boşalaraq yanında uzanmışdır. Bundan sonra bir yerdə səhərə qədər yatmışlar. Səhər saat 10-11 radələrində birlikdə yuxudan oyanmışlar. Həmin zaman anası artıq işdə olmuşdur. Oyandıqdan sonra paltarlarını geyinib oradan çıxıb yaşadığı evə getmişdir. Həmin hadisədən sonra xx.xx.2019-cu il tarixədək, yəni həbs olunananadək Elməddinlə danışmış, ünsiyyətdə olmuşdur. Tutulduqdan sonra Elməddinlə bağlı heç bir məlumatı olmamışdır. Bakı İstintaq Təcridxanasına gətirilən zaman həkim müayinəsindən keçdikdə hamilə olduğunu öyrənmişdir. Hadisə barədə ailə üzvlərinə və ya digər şəxsə xəbər verməmişdir. Elməddin ona hədə-qorxu gəlməmiş, zor tətbiq etməmiş, öz razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Hadisə vaxtı əynində boz rəngli şalvar, boz rəngli kofta, qara rəngdə mayka, qara rəngdə tuman olmuşdur. Həmin paltarlar hadisədən sonra yuyulmuş, hal-hazırda harada olmasını xatırlamır. Elməddinlə ancaq hadisə baş verən gün cinsi əlaqədə olmuş, bundan sonra Elməddinlə cinsi əlaqəyə girməmişdir. Elməddinin onun bakirə olduğundan xəbəri olmuş, lakin yetkinlik yaşına çatmadığını o bilməmişdir. Belə ki, tanış olduğu insanlara həmişə öz yaşını 19 olaraq bildirmiş, qarşısındakı insanın onun uşaq olduğunu düşünməsini istəməmişdir. Elməddinlə də tanış olduğu zaman ona 19 yaşının olduğunu bildirmiş, sonuncu ona inanmışdır. Elməddindən əvvəl hər hansı şəxslə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamış, yalnız 2019-cu ilin sentyabr ayının əvvəllərində dəqiq tarixi xatırlamadığı gündə cinsi əlaqədə olmuşlar. Bundan sonra Elməddinlə cinsi əlaqədə və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Elməddindən başqa Əli adlı şəxslə sevgili olmuş, lakin onunla təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Elməddin onunla cinsi əlaqədə olarkən ona hər hansı bir xəsarət yetirməmiş və heç bir xəsarəti olmamışdır. İlkin izahatında Elnur adlı şəxsin adını çəkərək onunla Elmlər Akademiyası metrostansiyasının qarşısında tanış olmasını, onun təxminən 23-24 yaşlı olmasını, yaşadığı mənzilə apararaq onunla zorla cinsi əlaqədə olmasını özündən uydurmuşdur. Əsilndə Elnur adlı şəxsi tanımır. O, yalnız Elməddinlə cinsi əlaqədə olmuşdur. O, X9 Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə törətdiyi cinayətlərə görə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3. və 181.2.5-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx xxxxxxx 2019-cu il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra xx.xx.2019-cu il tarixdə həmin müəssisənin tibb-sanitar hissəsində ilkin tibbi müayinələrdən keçən zaman “ÜSM" müayinəsinin nəticəsinə əsasən 5-6 həftəlik hamilə olmağı aşkar edilmişdir. xx.xx.2020-ci il tarixdə Sabunçu rayon xəstəxanasında uşağını dünyaya gətirmiş və uşağının adını Uğur qoymuşdur. Uşağının dünyaya gəlməsi ilə əlaqədar həbsdən buraxılmış və hal-hazırda ünvan 2 ünvanında anası Şəfəq və oğlu Uğurla birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, qızı Mələkxanımın uşağı körpə olduğu üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. Özü isə 2019-cu ildən Yasamal rayonu, X15 küçəsi ev 120 ünvanında yaşamaqla, Bakı şəhəri 7-ci mikrorayonda çay evlərinin birində xadimə işləyir. Zərərçəkmiş şəxs 5-ci övladıdır. Mələkxanım 3-cü sinifə qədər 49 saylı orta məktəbdə təhsil almış, lakin maddi imkanı olmadığı üçün onun təhsilini davam etdirə bilməmişdir. Mələkxanım 2019-cu ilin iyun ayında digər 3 nəfər şəxslə Lənkəran rayonunda anası Esmira Nəcəfovanın evindən oğurluq etmişdir. Bu səbəbdən Lənkəran rayon Ağır Cinayətlər məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həbsxanaya, yəni Bakı İstintaq Təcridxanasına aparıldıqdan sonra Mələkxanım tibbi müayinədən keçirildikdə 5-6 həftəlik hamilə olması aşkar olmuşdur. Mələkxanım ona sonradan bildirmişdir ki, həbs olunmamışdan əvvəl 2019-cu ilin sentyabr ayının əvvəllərində özü könüllü olaraq qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmuşdur. Elməddini yalnız bir dəfə yaşadığı ünvanın yanındaki parkda qızı Mələkxanımla birlikdə görmüşdür. Həmin vaxt Mələkxanımdan yanındakı şəxsin kim olduğunu soruşduqda, dostu və az yaşlı oğlu Yusifin bərbəri olduğunu söyləmişdir. Hadisə barədə Mələkxanım tutulduqdan sonra sonuncudan öyrənmişdir ki, Elməddin onu zorlamamış, onlar öz istəkləri ilə cinsi əlaqədə olmuşlar. xx.xx.2020-ci il tarixdə Sabunçu rayon xəstəxanasında Mələkxanım uşağını dünyaya gətirmiş, uşağının adını Uğur qoymuşdur. Mələkxanım uşağının dünyaya gəlməsi ilə əlaqədar həbsdən buraxılmış və hal-hazırda ünvan 2 ünvanında onunla birlikdə yaşayır. Oğlu Uğur da normal böyüyür. Qanuni nümayəndə həmçinin məhkəməyə ərizə təqdim edərək, hal-hazırda qızı Mələkxanım ilə Təqsirləndirilən şəxs mehriban münasibətdə olduqlarını, ailə qurmağa hazırlaşdıqlarını, ailə üzvlərinin də qarşılıqlı xoş münasibətdə olduqlarını, onların evlənməsinə razı olduqlarını, Elməddini öz oğlu kimi qəbul etdiyini, qızının öz yaşını Elməddinə düzgün demədiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, ev 141 ünvanda oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Elməddin yaşadığı evin yaxınlığında bərbərxanada saç ustası işləyir. Elməddin ona Bakı şəhərində yaşadıqları məhəllədə yaşayan Lənkəran şəhərindən olan 19 yaşlı Mələkxanım adlı qızı sevdiyini və onunla ailə qurmaq fikrində olduğunu, ona olan münasibətinin ciddi olduğunu bildirmişdir. Daha sonradan bu fikrindən daşındığını, Mələkxanımın cinayət törətdiyinə görə, yəni əlbir olduğu şəxslərlə nənəsinin evindən oğurluq etdiyinə görə məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək həbs edildiyini demişdir. Mələkxanımla oğlu Elməddinin cinsi əlaqədə olması barədə heç bir məlumatı yoxdur, o, bu hadisənin şahidi olmamış və Elməddin də ona bu barədə heç bir məlumat veməmişdir. 2019-cu ilin sentyabr ayın əvvəllərində saat 21 radələrində və ya digər vaxtlarda Zərərçəkmiş şəxs yaşadığı mənzilə gəlməsini görməmiş və oğlu Elməddinin onunla cinsi əlaqədə olmasından məlumatı olmamışdır. Hal-hazırda oğlu Elməddinlə Mələkxanımın münasibətləri normaldır və ailə qurmaq fikrindədirlər. İş materiallarında olan Lənkəran ŞRPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE № ******** saylı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2005-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur (i.v. 12) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 122 saylı məhkəmə-tibbi ekspertizasının sağlamlığa zərər vurmanın təyininə dair ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. X14 ginekoloji şöbəsində Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2020ci il tarixli ultrasəs müayinəsinin nəticəsindən görünür ki, onda 25 həftəlik 2 günlük hamiləlik müəyyən edilmişdir. Zərərçəkmiş şəxs qızlıq bakirəliyi pozulmada hamilə qalmışdır. Bu da tibbi praktikada rast gəlinə bilən hallardandır (i.v. 121-124). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsinin xx.xx.2020-ci il tarixli, 331 saylı ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilən hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hər hansı bir psxi xəstəlikdən əziyyət çəkmir, ona qarşı cinayət əməli törədilən anda öz hərəkətlərini dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs psixiatrik müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Ünsiyyətçillik, sərbəstliyə və müstəqilliyə can atmaq, tez özündən çıxmaq, çılğınlıq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malik olduğu müəyyən edildi. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyllik əlamətləri müşahidə olunmadı. İntellektual-mnestik imkanları normaya uyğun olduğundan o. hadisə zamanı ona qarşı edilən hərəkətləri, iş üçün əhəmiyyətli halları adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir (i.v. 128-130) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinin 20/448R nömrəli xx.xx.2020-ci il tarixli ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, X2 xx xxx 2020-ci il tarixdə dünyaya gətirdiyi kişi cinsindən olan övladının (Uğur Tağızadə) bioloji atası 99,99999998 faiz ehtimalla Təqsirləndirilən şəxsdur (i.v. 164-168). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Birliyi" Publik Hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 475 saylı ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs sümük yaşının 16,5-17 ilə uyğun olmasını, yetkinlik dövrünə müvafiq dəyişiklikləri, aybaşının mütəmadiliyi, cinsiyyət üzvlərinin piqmentasiyası, qasıq və qoltuqaltı çuxurların tüklənməsi, süd vəzilərinin görünüşü və ölçüləri, gilə ətrafı piqmentasiya, sifətin və bədənin dəri örtüyünün görüntüləri, çanağın inkişafının tam formalaşma mərhələsinin bitməsini nəzərə alaraq demək olar ki, hal-hazırda onun fizioloji inkişafı ilə sümük sisteminin inkişaf dərəcəsi arasında qanuna uyğunluq mövcuddur. Hal-hazırda 2019-cu ilin sentyabr ayında 19 yaşlı şəxs kimi görünməsinin məhkəmə-tibbi meyarlarla qiymətləndirilməsi mümkün deyildir (i.v. 173-175). İş materiallarında olan «xxxx» MMC-dən xx.xx.2020-ci il tarixli 7465 nömrəli məktubla Yasamal RPİ-nin İŞ-nə daxil olmuş 01 ədəd «CD-R» disk elektron maqnit daşıyıcısına baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ********* sim kart nömrəsi ilə xx.xx.2019-ci il tarixdən saat 16:18-dən xx.xx.2019-ci il saat 05:58-dək olan müddət ərzində SMS yazışmaları olmuşdur. Zərərçəkmiş şəxs istifadəsində olmuş ********* sim kart nömrəsi ilə Təqsirləndirilən şəxs Nazim oğlunun istifadəsində olan ********** sim kart nömrəsi ilə SMS yazışmaları aparılmamışdır. Həmin faylda olan iş üçün əhmiyyətli SMS yazışmaları aşkar edilməmişdir. Həmin fayllardan «**********33.txt» adlanan faylda olan məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, orada Zərərçəkmiş şəxs istifadəsində olmuş ********* sim kart nömrəsi ilə xx.xx.2019-ci il tarixdə saat 16:16-dan xx.xx.2019-cu il tarixdə saat 23:13-dək olan müddət ərzində telefon danışıqları aparılmıqdır. Zərərçəkmiş şəxs istifadəsində olmuş ********* sim kart nömrəsi ilə Təqsirləndirilən şəxs Nazim oğlunun istifadəsində olan ********** sim kart nömrəsi ilə xx.xx.2019-ci il tarixdən saat 21:43-dən xx.xx.2019-ci il saat 01:02-dək 30 dəfə qarşılıqlı danışıqlar aparılması qeydə alınmışdır. Həmin fayllardan «antenna.xlsx» adlanan faylda olan məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, orada Zərərçəkmiş şəxs istifadəsində olmuş ********* sim kart nömrəsi ilə xx.xx.2019-cu il tarixdə saat 12:55-dən xx.xx.2019-cu il tarixdə saat 23:13-dək olan müddət ərzində telefon danışıqları aparılarkən anten dairəsinə dair məlumatlar aşkar edilmişdir. Zərərçəkmiş şəxs istifadəsində olmuş ********* sim kart nömrəsi ilə Təqsirləndirilən şəxs Nazim oğlunun istifadəsində olan ********** sim kart nömrəsi ilə xx.xx.2019-cu il tarixdə saat 21:43-dən xx.xx.2019-ci il tarixdə saat 01:02-dək aparılan danışıqlar zamanı aşağıdakı anten dairələrində qeydə alınmışdırlar: ********* ********* xx.xx.2019 21:43 arayan Yasamal rnu, Ş.Qurbanov k. b. 19, 507772833 ********* xx.xx.2019 21:43 aranan Yasamal r-nu, Ş.Qurbanov k. b. 19, 507772833 ********* xx.xx.2019 21:51 arayan Yasamal r-nu, Ş.Qurbanov k. b. 19, 507772833 ********* xx.xx.2019 21:43 aranan Yasamal r-nu Ş.Qurbanov k. b. 19, 507772833 ********* xx.xx.2019 00:13 arayan Yasamal r-nu, Ş.Qurbanov k. b. 19, 507772833 ********* xx.xx.2019 00:13 aranan Murtuz Muxtarov küçəsi, 507772833 ********* xx.xx.2019 02:43 arayan M. Nizami C.Cabbarli k.Əlibəy Hüseynzadə k., 507772833 ********* xx.xx.2019 02:43 aranan Yasamal r-nu. Ş.Qurbanov k. b. 19, ********* ********* xx.xx.2019 23:40 arayan Yasamal r-nu, Ş.Qurbanov k. b. 19 L. Market. 507772833 ********* xx.xx.2019 23:40 aranan Yasamal r-nu. Ş.Qurbanov k. b. 19. L.Market, 507772833 ********* xx.xx.2019 23:53 arayan Yasamal r-nu. Ş.Qurbanov k. b. 19 L.Market. 507772833 ********* xx.xx.2019 23:53 aranan Füzuli meydanı, Ş.Bədəlbəyli, ********* ********* xx.xx.2019 23:55 arayan Füzuli meydanı. Ş.Bədəlbəyli. ********* ********* xx.xx.2019 23:55 aranan Yasamal r-nu, Ş.Qurbanov k. b. 19. L.Market. 516475056 ********* xx.xx.2019 00:14 aranan Füzuli meydanı, Ş.Bədəlbəyli, ********* ********* xx.xx.2019 00:14 arayan Yasamal r-nu. Ş.Qurbanov k. b. 19. L.Market, 507772833 ********* xx.xx.2019 02:51 arayan Balabala Məcidov, 507772833 ********* xx.xx.2019 02:51 aranan Yasamal r- nu, Ş.Qurbanov k. b. 19. L.Market, 507772833 ********* xx.xx.2019 22:14 arayan M. Nizami, C.Cabbarli K.Əlibəy Hüseynzadə k., 507772833 ********* xx.xx.2019 22:14 aranan Yasamal r-nu, Ş.Qurbanov k. b. 19 LMarket., 507772833 ********* xx.xx.2019 00:14 aranan M.Nizami.C.Cabbarli k.Əlibəy Hüseynzadə k. 507772833 ********* xx.xx.2019 00:14 arayan Füzuli meydanı, Ş.Bədəlbəyli, ********* ********* xx.xx.2019 00:16 aranan Füzuli meydanı. Ş.Bədəlbəyli, ********* ********* xx.xx.2019 00:16 arayan M.Nizami.C.Cabbarli k. Əlibəy Hüseynzadə k. 516475056 ********* xx.xx.2019 00:32 aranan M.Nizami,C.Cabbarli k. Əlibəy Hüseynzadə k. 516475056 ********* xx.xx.2019 00:32 arayan Mustafa Sübhü küçəsi. 516475056 ********* xx.xx.2019 00:42 aranan Yasamal r-nu.Ş. Qurbanov k. b. 19. ********* ********* xx.xx.2019 00:42 arayan Füzuli meydanı, Ş.Bədəlbəyli, ********* ********* xx.xx.2019 00:53 aranan Zərgərpalan k, 507772833 ********* xx.xx.2019 00:53 arayan Füzuli meydanı, Ş.Bədəlbəyli, ********* ********* xx.xx.2019 02:06 aranan Ağa Əliyev C.Mustafayev,S.Rəhimov, 516475056 ********* xx.xx.2019 02:06 arayan Füzuli meydanı, Ş.Bədəlbəyli, ********* ********* xx.xx.2019 21:56 aranan 7mkr.Kinoteatr İnqilab. 516475056 ********* xx.xx.2019 21:56 arayan Yasamal r-nu, Ş. Qurbanov k. b. 19 LMarket., 507772833 ********* xx.xx.2019 00:43 aranan Mustafa Sübhü küçəsi, 507772833 ********* xx.xx.2019 00:43 arayan Mustafa Sübhü küçəsi, 507772833 ********* xx.xx.2019 22:51arayan Mustafa Sübhü küçəsi, 507772833 ********* xx.xx.2019 22:51 aranan Yasamal r-nu, Ş. Qurbanov k. b. 19 LMarket., 516475056 ********* xx.xx.2019 23:02 aranan Mustafa Sübhü küçəsi, 516475056 ********* xx.xx.2019 2.3:02 arayan Yasamal r-nu. Ş. Qurbanov k. b. 19 LMarket. 516475056 ********* xx.xx.2019 12:51 aranan 7nıkr.Kinoteatr İnqilab, 516475056 ********* xx.xx.2019 12:51 arayan Yasamal r- nu, Ş.Qurbanov k. b. 19 LMarket, 507772833 ********* xx.xx.2019 21:42 aranan 7mkr.Kinoteatr İnqilab, 507772833 ********* xx.xx.2019 21:42 arayan Yasamal r-nu, Ş. Qurbanov k. b. 19 LMarket, 516475056 ********* xx.xx.2019 11:53 aranan 7 mkr.Kinoteatr İnqilab, 516475056 ********* xx.xx.2019 11:53 arayan Yasamal r-nu, Ş.Qurbanov k. b. 19 LMarket, 516475056 ********* xx.xx.2019 23:18 aranan Mustafa Sübhü küçəsi, ********* ********* xx.xx.2019 23:18 arayan Yasamal r-nu, Ş. Qurbanov k. b. 19 LMarket, ********* ********* xx.xx.2019 01:02 aranan Mustafa Sübhü küçəsi, 516475056 ********* xx.xx.2019 01:02 arayan Yasamal r-nu. Ş. Qurbanov k. b. 19 LMarket. Həmin fayllardan «abuneciler.xlsx» adlanan faylda olan məlumatlara baxış keçirilərkən orada Zərərçəkmiş şəxs istifadəsində olmuş ********* simkaıt nömrəsinin X3. Təqsirləndirilən şəxs Nazim oğlunun istifadəsində olan ********* simkart nömrəsinin X1 adına qeyd olunduğu müəyyən edilmişdir. Eləcə də, rabitə kanallarından ötürülən məlumatlara aid anten dairəsinə əsasən müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Nazim oğlunun hadisə baş verdiyi dövrdə, yəni 2019-cu ilin sentyabr ayının əvvəllərində Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu ərazsində olmuşlar (i/v. 125-126). İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “xxxx” MMC-dən Yasamal RPİ-nin İŞ-nə daxil olmuş 01 ədəd “CD-R” disk elektron maqnit daşıyıcısı cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Nazim oğlu əvvəllər məhkum olunmamışdır (i.v. 209). İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Nazim oğlunun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 195). İş materiallarında olan zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə təqdim etdiyi xx xxxxxx 2021ci il tarixli ərizədən görünür ki, hal-hazırda qızı Mələkxanım ilə Təqsirləndirilən şəxs mehriban münasibətləri vardır. Onlar ailə qurmağa hazırlaşırlar. Ailə üzvlərinin də qaşılıqlı xoş münasibətləri vardır. Onların evlənməsinə razıdırlar. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Nazim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Nazim oğlunun törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsin (qanuni nümayəndəsinin) ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Nazim oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Nazim oğluna cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Nazim oğlunun azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs Nazim oğlunun ilk dəfə cinayət məsulliyyətinə cəlb edilməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 70.1-70.6-cı maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış içərisində cinayət hadisəsinin görüntüsü olan 01 ədəd CD-R disk iş materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 və Müdafiəçi vəkil işlədikləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs Nazim oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-288/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Nazim oğlunun hüquqlarını Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X12 müdafiə etməklə ona 40 (qırx) saat hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Nazim oğluna ibtidai istintaq zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Nazim oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (iki) il 06 (altı) ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD-R disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar