Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-51/2025 24.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:35 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların müdafiəçiləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3 və 315-ci maddələri ilə xx xxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsin sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən az ağır zərər vurmuş, silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Bakı İnzibati Məhkəməsinin 2-1(81)-534/2019 nömrəli xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş icra vərəqəsi əsasında yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin dövlət layihəsi üçün sökülməsi məqsədi ilə əvvəlcədən onlara məlumat verilməsinə baxmayaraq Yasamal rayon İcra Şöbəsinin əməkdaşlarının həmin evi boşaltması barədə qanuni tələblərinə məhəl qoymayıb qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya, qanunların tələbinə əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını pozaraq icra prosesi ilə bağlı orada olan Yasamal rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Yasamal RPİ-nin əməkdaşlarına yüksək səslə ünvansız nalayiq ifadələr işlədib qanunvericiliyin tələbini icra edən şəxslərin iş rejimini və ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, həmçinin özlərinə məxsus “alabay” cinsli itə “hücum” komandası verərək onları qorxutmaqla evə daxil olmalarına süni maneə yaratmış, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi olan Yasamal rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edən, polis serjantı Zərərçəkmiş şəxs2 qarşı sonuncu tərəfindən onun və qardaşı Təqsirləndirilən şəxs1 xuliqanlıq hərəkətlərinin qarşını almaq kimi xidməti vəzifələrini yerinə yetirərək həmin evin 2-ci mərtəbəsindən pilləkənlə yuxarı qalxdıqda əlində olan silah qismində istifadə etdiyi daş parçası ilə Zərərçəkmiş şəxs2 zərbə endirib pilləkəni aşırıb yerə yıxmaqla ona sağlamlığa zərər vurmayan sifətin sağ yarısında sağ çənə bucağından yuxarı nahiyənin piqmentasiya sahəsi xəsarəti yetirərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmiş, həmçinin qanunsuz hərəkətlərini davam etdirərək ictimai borcunu yerinə yetirməklə evin boşaldılmasından sonra baş tutacaq söküntü işlərinə fəhlə kimi dəvət olunmuş Zərərçəkmiş şəxs1 silah qismində istifadə etdiyi mişar daşı ilə sifət nahiyəsindən xuliqanlıq niyyəti ilə bir dəfə qəsdən vurub ona ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan sağ almacıq və sağ bayır topuq nahiyələrinin səthi əzilmiş yaraları, sağ gözaltı nahiyəsinin şişkinliyi və qançırı xəsarətləri, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid alın nahiyyəsinin əzilmiş yarası və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası cinayət məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa Az Ağır zərər vurmaya aid hər iki burun keçəcəklərində tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burunun əzilmiş yarası və burun sümüklərinin qəlpəli, yerdəyişən sınıqları kimi bədən xəsarətləri yetirmiş, bununla da ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsin sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən az ağır zərər vurmuş, silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq etmiş, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3 və 315-ci maddələri ilə ittiham olunmuşdur. Təqsirləndirilən şəxs1 isə bir qrup şəxs halında ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Bakı İnzibati Məhkəməsinin 2-1(81)-534/2019 nömrəli xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş icra vərəqəsi əsasında yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin dövlət layihəsi üçün sökülməsi məqsədi ilə əvvəlcədən onlara məlumat verilməsinə baxmayaraq Yasamal rayon İcra Şöbəsinin əməkdaşlarının həmin evi boşaltması barədə qanuni tələblərinə məhəl qoymayıb qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya, qanunların tələbinə əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını pozaraq icra prosesi ilə bağlı orada olan Yasamal rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Yasamal RPİ-nin əməkdaşlarına yüksək səslə ünvansız nalayiq ifadələr işlədib qanunvericiliyin tələbini icra edən şəxslərin iş rejimini və ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, həmçinin özlərinə məxsus “alabay” cinsli itə “hücum” komandası verərək onları qorxutmaqla evə daxil olmalarına süni maneə yaratmış, həmçinin qrupun digər üzvü qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə evin boşaldılmasından sonra baş tutacaq söküntü işlərinə fəhlə kimi dəvət olunmuş Zərərçəkmiş şəxs1 daş ataraq onu zor tətbiq edəcəyi ilə hədələyərək xuliqanlıq etmiş, bununla da o, bir qrup şəxs halında ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı xuliqanlıq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə ittiham olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 127.2.1, 127.2.3, 221.3 və 315-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək yalnız əməlində CM-nin 127.1-ci maddəsinin tərkib əlaməti olduğunu qeyd edərək ifadələrində göstərmişdir ki, doğulduğu tarixdən, yəni 1975-ci ildən ünvan 4 ünvanında yaşamışdır, təxminən son 5-6 ildir ki, həmin evdə tək yaşayır, qardaşı Təqsirləndirilən şəxs1 və Şahid3da həmin ünvanda qeydiyyatdadırlar. 2014-cü ildən yaşadığı ev də daxil olmaqla Mustafa Sübhi küçəsində yerləşən fərdi yaşayış evləri dövlət tərəfindən park salınması məqsədi ilə plana düşmüş, 2014-cü ildən 2019-cu ilədək olan müddət ərzində həmin küçədə bir çox fərdi yaşayış evləri sökülmüşdür. Əvvəllər əmiləri də onların yaşadıqları evin həyətində yerləşən digər evlərdə qeydiyyatda olmuş, 2019-cu ilin əvvəllərində Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti o və qardaşı Əli, Azad, əmiləri Hafiz və Arifi həmin mənzildən qeydiyyatdan çıxarmaq üçün Bakı İnzibati-İqtisad məhkəməsinə müraciət etmişlər. Məhkəmədə əmisi Hafiz yaşadıqları evin yerləşdiyi həyətdə olan bütün evlərə mülkiyyətçi kimi iddia qaldırmışdır. Sonradan məkhəmə qərarı ilə Hafiz və Arif dövlət tərəfindən verilmiş pul vəsaitini aldıqdan sonra onlara məxsus evlər sökülmüş, 2019-cu ilin mart ayının ortalarında o, yaşadığı evin sökülməməsi üçün məhkəməyə mərhum atası Adilin adından ərizə ilə müraciət etmiş, bir neçə dəfə məhkəmələr tərəfindən onun əleyhinə qərarlar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində Yasamal rayonu İcra şöbəsinin nümayəndəsi, polis əməkdaşları ilə gələrək ona yaşadığı evin sökülməsi ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə dəvət etdikdə onlara evdə tək yaşadığı üçün gedə bilməyəcəyini, İcra Hakimiyyətinin məsul şəxsinin özü gəlməsini və onunla söhbət etməsini demişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yenidən Yasamal rayonu İcra şöbəsinin nümayəndəsi ərazinin polis əməkdaşları ilə gələrək ona bir daha yaşadığı evin boşaldılaraq sökülməsi ilə əlaqədar xəbərdarlıq etdikdə o, Ali məhkəməyə bununla bağlı şikayət etdiyini demiş, lakin Yasamal rayonu İcra şöbəsinin nümayəndəsi artiq məhkəmə tərəfindən evin sökülməsi barədə qərar çıxarılmasını bildirmiş, bir qədər sözlə mübahisə etdikdən sonra getmişlər. 29 və xx.xx.2024-cü il tarixlərdə yaşadığı evin ətrafında olan bütün fərdi yaşayış evlərini sökmüş, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində evdə olan zaman Yasamal rayonu İcra şöbəsinin nümayəndələri, Mənzil Kommunal istismar Sahəsinin işçiləri və polis əməkdaşları yasadığı evin həyətinə gəlmişlər. Həmin vaxt o, həyətdə “Alabay” cinsli itini evin içərisinə aparmışdır ki, gələnlərin əlində olan silahdan istifadə edib iti yatızdırmasınlar. O, evə daxil olub iti evə salmış və evin qapısının arxadan bağlamış, iti girişdən sol tərəfdə yerləşən mətbəxin içərisinə bağlamışdır. Daha sonra evin ikinci mərtəbəsinin pəncərələrindən həyətdə olan şəxslərlə söhbət etmiş, onlara vəkili ilə birlikdə gəlmək üçün ona vaxt vernələrini xahiş etsə də imtina etmişlər. Bundan sonra o, vəkilinə zəng ederək Yasamal rayonu İcra şöbəsinin polis əməkdaşları ilə birlikdə evini sökməyə gəldiklərini bildirdikdə vəkil də onsuz məhkəmənin qərar qəbul edə bilməyəcəyini, Yasamal rayonu İcra şöbəsinin nümayəndələrində olan məhkəmə qərarını onlardan alıb göndərməsini demişdir. Bir qədər sonra evə qardaşı Əli də gəlmiş, Əli çöldə dayananlarla heç bir mübahisə etmədən evə qalxmışdır. O, qapını açıb Əlini içəri buraxmış, onlar Əli ilə girişdən sağ tərəfə çəkilmişlər. Aradan bir qədər keçdikdən sonra həyədə olan şəxslər o, qapını açmadığı üçün evin giriş qapısının yan tərəfində olan pəncərələri daşla sındırmışlar. Həmin vaxt pəncərənin yaxınlığında dayandığı üçün sınmış şüşə onun sol qaşını kəsmiş, o, yüksək səslə Yasamal rayonu İcra şöbəsinin əməkdaşlarına, Mənzil Kommunal İstismar Sahəsinin işçilərinə daş atmamalarını, vəkili ilə gedib İcra Hakimiyyətinə sənədlərini təqdim edəcəyini demişdir. Bu vaxt orada olan FHN-nin yanğın söndürənləri də təzyiqli su ilə evə su vurmuşlar. Əli ona aşağı düşüb həyətdə olan evi sökmək istəyən şəxslərlə danışmasını desə də razı olmamış və vaxt istədiyini Əliyə bildirmişdir. Mənzil Komunal İstismar Sahəsinin işçiləri, həmçinin polis əməktaşları evin 2-ci mərtbəsindəki pəncərəyə nərdivan qoyaraq evə daxil olmaq istədikdə o, nərdivanı itələyərək aşırmışdır. Bundan sonra evin qarşısında olan şəxslər evin bütün pəncərələrindən içəri daş atmağa başlamışlar. O da evə düşən daşları bayıra atmışdır. Həmin vaxt orada olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə evin içərisindən iri daş parçası ataraq xəsarət yetirmiş, nərdivanla qalxıb içəri girməyə çalışan polis əməkdaşına, sonradan adının Zərərçəkmiş şəxs2 olan şəxsə də daş atmış, daşın ona dəyib dəymədiyini görməmişdir. O, yalnız çöldən içəri atılan daşları evə girmək istəyən şəxslərə atmış, yəni əvvəlcədən evə daş yığmamışdır. Həmin vaxt evdə saxladığı ağ rəngli “Alabay” cinsli it bağlandığı ipdən açılıb Əliyə tərəf cumaraq onun əlindən və arxasından dişləmişdir. O, iti tutaraq yenidən giriş qapısının ağzına bağlamış, Əli isə yeni tikilmiş tərəfə, yəni nərdivanla şəxslərin qalxmaq istəyən tərəfə getmişdir. Bundan sonra həyətdə olan şəxslər qapını sındıraraq içəri daxil olmuş, ona tərəf gəlməyə çalışsalar da iti Əli olan otağa tərəf çəkərək tutulmamaq istəmiş, bu vaxt artıq Əlinin orada olmadığını görmüşdür. FHN-nin əməkdaşları yüksək təzyiqli su ilə evi sulamış, ona iti bağlamasını və təslim olmasını demiş, həmçinin iti vurmayacaqlarını bildirmişlər. Əli isə pəncərədən qaçıb getmiş, o, iti yatağa bağlayıb təslim olmuş, onu polis əməkdaşları saxlayaraq Yasamal rayon Polis idarəsinin 26-cı polis bölməsinə aparmışlar. Həyətdən çıxan zaman qardaşı Əlini də polislərin tutduğunu görmüşdür. O, yaşadığı ünvan 4 ünvanda yerləşən evinin boşaldılması və sökülməsi ilə bağlı öncədən bir neçə dəfə Yasamal rayon İcra şöbəsinin əməkdaşları tərəfindən xəbərdarlıq edilmiş, buna baxmayaraq ona bir kvadrat metr üçün çox az miqdarda pul təklif edildiyi üçün razılaşmamışdır. Bu səbəbdən də evinin sökülməsinə etiraz olaraq gələnlərə mane olaraq müqavimət göstərmişdir. Zərərçəkmiş şəxs1 tanımamış, ilk dəfə həmin vaxt görmüş, onunla arasında əvvəllər ədavət, düşmənçilik, qərəzli münasibət, mübahisə, bu kimi hadisə baş verməmişdir. Telmandan başqa kimə daş dəyib-dəyməməsini bilmir, ancaq deyəsən nərdivanla yuxarı qalxmaq istəyən polis əməkdaşı da xəsarət almışdır. Orada yüksək səsküy, daşla evin pəncərələrinin sındırılması, evdə saxladığı itin hürməsi və s. hərəkətlər olmuş, hadisə təxminən 1 saat müddət davam etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 221.2.1 və 221.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, doğulduğu tarixdən, yəni 1973-cü ildən Baki sahəri,Yasamal rayonu, Mustafa Sübhi küçəsi dalan 5, ev 4 ünvanında yaşamış, təxminən son 5-6 ildir ki, həmin evdə qardaşı Əlimuxtarla yaşamışdır. Qardaşı Şahid3 da həmin ünvanda qeydiyyatdadır. 2014-cü ildən yaşadıqları ev də daxil olmaqla Mustafa Sübhi küçəsində yerləşən fərdi yaşayış evləri dövlət tərəfindən park salınması məqsədi ilə plana düşmüş, 2014-cü ildən 2019-cu ilədək olan müddət ərzində həmin küçədə bir çox fərdi yasayış evləri sökülmüşdür. Əvvəllər əmiləri onların yaşadıqları evin həyətində yerləşən digər evlərdə qeydiyyatda olmuş, 2019-cu ilin əvvəllərində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti o, qardaşları Əlimuxtar, Azad, əmiləri Hafiz və Arifi həmin mənzildən qeydiyyatdan çıxarmaq üçün Baki İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişlər. Məhkəmədə əmisi Hafiz həmin evin yerləşdiyi həyətdə olan bütün evlərə mülkiyyətçi kimi iddia qaldırmışdır. Sonradan məhkəmənin qərarı ilə Hafiz və Arif dövlət tərəfindən verilmiş pul vəsaitini aldıqdan sonra onlara məxsus evlər sökülmüşdür. 2019-cu ilin mart ayının ortalarında qardaşı Əlimuxtar yaşadıqları evin sökülməməsi üçün məhkəməyə mərhum ataları Adilin adından ərizə ilə müraciət etmiş, bir neçə dəfə məhkəmələr tərəfindən Əlimuxtarın əleyhinə qərarlar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində bacısı ona zəng edərək evə getməli olmasını bildirdikdən sonra, dərhal evlərinə yaxınlaşmış, çoxlu adamların yığışdığını görmüş həmin vaxt Yasamal rayon İcra şöbəsinin əməkdaşları, Mənzil Kommunal İstismar Sahəsinin işçiləri, polis əməkdaşları yaşadıqları evin həyətində olmuşlar. O, həmin şəxslərlə hər hansı mübahisə etmədən evə qalxmış və onlara qardaşı Əlimuxtarla söhbət etmək istədiyini demiş, içəri daxil ola-ola qardaşı Əlimuxtarı razı salmağı planlaşdırmışdır. Əlimuxtar qapını açmış, o, içəri daxil olduqda Əlimuxtarın evdə olan iti əlində saxladığını və bağlamaq istədiyini görmüşdür. İt də Əlimuxtarın əlindən qaçıb çıxmaq istəmiş, elə bu vaxt evin digər tərəfindən çöldən pəncərəyə daşlar atılmış, Əlimuxtar iti buraxıb daş atılan tərəfə getdikdə çöldən gələn daş onun başına dəymişdir. İt də onun üstünə cummuş, it üstünə cumaraq onun əlindən va arxa nahiyəsindən dişləmişdir. O da itdən qaçıb evin arxa pəncərəsindən özünü küçədə dayanan şəxslər tərəfə deyil, o biri tərəfə atmış, pəncərədən evin arxa tərəfinə 2-ci mərtəbədən tullanmışdır. Həmin vaxt heç kəs arxa tərəfdə olmamış, hər kəs yaşadıqları evin qarşısında olmuşlar. Uzaqda olan polis əməkdaşları ona əl edərək yanlarına çağırmış, o da onların çağırışına əsasən onlara tərəf getdikdə onu tutub 26-cı bölməyə aparmışlar. O, evdə olan zaman hər hansı şəxsə daş və ya daş əşya atmamış, nalayiq ifadələr işlətməmişdir. Əlimuxtarın evdəki sonrakı hərəkətlərini görməmiş, sonra Əlimuxtarın da polis əməktaşları tərəfindən tutulduğunu görmüşdür. Ona yaşadığı ünvan 6 ünvanda yerləşən evinin sökülməsi ilə bağlı öncədən xəbərdarlıq edilməmiş, qardaşı Əlimuxtara bir neçə dəfə Yasamal rayon şöbəsinin əməkdaşları tərəfindən xəbərdarlıq edilmişdir. Orada yüksək səs-küy, daşla evin pəncərələrinin sındırılması, evdə saxladıqları itin hürməsi və s. hərəkətlər olmuş, hadisə təxminən 1 saat müddət davam etmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, həbs olunmamışdan əvvəl faktiki olaraq ünvan 7 ünvanında yaşamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, gözünün biri görmədiyi üçün İİİ qrup əlildir, təqaüd alır, fərdi qaydada iş olanda tikintidə fəhlə işləyir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçisi Şahid5 ona zəng edərək Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsində dövlət tərəfindən plana düşmüş fərdi yaşayış evinin söküləcəyini, həmin yerə gəlib işləməsini bildirmiş, o da həmin gün Cabirlə həmin yerdə görüşüb iki evin sökülməsində fəhlə kimi işləmiş, Cabir ona zəhmət haqqı da vermişdir. Belə ki, təxminən 4-5 il müddətdir ki, Cabiri tanıyır, arada söküntü işləri olanda onu fəhlə kimi işləməyə çağırmışdır. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Cabir onu Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsində dövlət tərəfindən plana düşmüş fərdi yaşayış evi söküləcəyini deyərək ora dəvət etmiş, o da həmin yerə getmişdir. Orada Yasamal rayon İcra şöbəsinin, İcra Hakimiyyətinin, Mənzil Kommunal İstismar Sahəsinin işçiləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis əməkdaşları olmuş, həmin yerdə Mustafa Sübhi küçəsi dalan 5, ev 4 ünvanda evin içərisində iki nəfər şəxsin yüksək səsküylə söküntünün qarşısının almağa çalışmışlar. İçəridə ağ rəngli “Alabay” cinsli it də olmuş, həmin şəxslər iti qapıya yaxınlaşan polislərin, Mənzil Kommunal İstismar Sahəsinin işçilərinin, FHN-nin işçilərinin üzərinə yeritmişlər. Bundan sonra FHN-nin əməkdaşları qapını açmağa çalışsalar da içəridə olan sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mane olmuş, həmin vaxt FHN-nin əməkdaşları suvuran ilə qapının ağzında olan itin üzərinə su vuraraq kiməsə xəsarət yetirməsinin qarşısını almışlar. O, Cabir və Mənzil Kommunal İstismar Sahəsinin işçiləri yerdən daş götürüb evin pəncərələrinə ataraq sınırmağa başlamışlar ki, içəri rahat daxil olsunlar. FHN-nin əməkdaşları suvuran ilə evin sındırılmış pəncərələrindən içəri su vurmuşlar ki, içəridə olan Əlimuxtar və qardaşı Əli onlara daş atmasınlar. Sonradan Yasamal rayon İcra şöbəsinin işçiləri və Yasamal rayon İcra Hakimiyyətinin nümayəndləri onlara bildirmişlər ki, pəncərədən içəri daxil olmaq istəyən polis əməkdaşlarına köməklik etsinlər. O və Cabir polis əməkdaşları ilə birlikdə onların pəncərədən içəri daxil olmasına kömək edən zaman Əlimuxtar içəridən bir ədəd iri mişar daşını polis əməkdaşlarının üzərinə atmış, bundan sonra Əlimuxtarın atdığı daşlardan biri onun sifət və alın nahiyəsinə dəymiş, o, aldığı zərbədən pəncərədən yerə həyətə yıxılmışdır. O, sifətindən, burnundan və sağ ayağından xəsarətlər almış, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, onu sonradan çağırılmış X7 xidmətinin həkimləri və Cabir “Semaşko” deyilən xəstəxanaya aparmışlar. Orada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı şəxsləri əvvəllər tanımamış, onlarla aralarında əvvəllər ədavət, düşmənçilik, qərəzli münasibətlər olmamışdır. Həmin gün Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda yerləşən evin sökülməsinə etiraz edərək yüksək səs-küy salaraq iri mişar daşlarını, dibçək, stəkan, boş spirtli içki butulkalarını, qazanda olan qaynar suyu evin pəncərələrindən həyətə polis əməkdaşlarının, Mənzil Kommunal İstismar Sahəsinin işçilərinin, FHN-nin işçilərinin üzərinə atmış, Təqsirləndirilən şəxs1 həmçinin içəridə olan ağ rəngli “Albay” cinsli iti içəri daxil olmaq istəyən polis əməkdaşlarının, FHN-nin işçilərinin və Mənzil Kommunal İstismar Sahəsinin işçilərinin üzərinə yeritmişdir. Əlimuxtardan başqa onu heç kim vurmamış, hadisə zamanı o, heç kimi vurmamış, heç kimə o, heç bir xəsarət yetirməmişdir. Hadisə təxminən 1 saat müddət davam etmişdir. İfadəsinin sonunda bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslərin hər ikisi ilə barışmışdır, ona vurulmuş zərər tamamilə ödənmişdir və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ildən DİO-da tutduğu vəzifədə, yəni Yasamal rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyündə, hazırda polis serjantı rütbəsi ilə polis nəfəri vəzifəsində xidmət edir. Adətən saat 08 radələrindən 20 radələrinədək olan müddət ərzində xidmətdə olur. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində Yasamal rayonu ərazisində xidmətdə olan zaman bölük komandiri ona zəng edərək Yasamal rayonu, Mustafa Sübhi küçəsi dalan 5, ev 4 ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar Yasamal rayon icra şöbəsinin əməkdaşlarına köməklik göstərmək üçün həmin yerə getmələrini, demişdir. O da yanında onunla birlikdə 5862 nömrəli avtopatrulda xidmət edən polis serjantları ilə birlikdə əraziyə getmiş, həmin yerə çatan zaman orada Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri, İcra şöbəsinin əməkdaşları, Mənzil Kommunal İstismar Sahəsinin işçiləri, FHN-nin əməkdaşları da olmuş, Yasamal rayon icra şöbəsinin əməkdaşı Bəxtiyar müəllim onların yanında sökülməsi nəzərdə tutulan evdə olan sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı şəxslərə könüllü olaraq evə tərk etmələrini dəfələrlə desə də həmin şəxslər buna məhəl qoymayaraq evin giriş qapısını açmamışlar. Bir qədər keçdikdən sonra kömək üçün əlavə idarənin PPXB-nün əməkdaşları da gəlmişlər. Həmin şəxslər pəncərədən onların və orada olan digər şəxslərin üzərinə daş parçaları, butulka, stəkan və sair əlinə keçən əşyaları atmışlar ki, evə heç kim daxil ola bilməsin. Bəxtiyar müəllim Əlimuxtara evin boşaldılmasına maneçilik törətməməsini bildirsə də, Əlimuxtar məhəl qoymayaraq yüksək səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Artıq evə daxil olmağın mümkün olmadığını gördükdən sonra FHN-nin əməkdaşları su vurmaqla qapını sındırmağa cəhd etmişlər. Onlar polis əməkdaşları da evə daxil olaraq Əlimuxtar və Əlini çıxarmağa çalışmış, lakin Əlimuxtar və Əli evdə ağ rəngli “Alabay” cinsli iti qapının ağzında saxlamışlar ki, heç kim yaxınlaşa bilməsin. İt yüksək səslə hürmüş, bir qədər keçdikdən sonra evə daxil olmağın mümkün olmadığını görüb nərdivanı divara söykəyib evin ikinci mərtəbəsinə qalxmaq istəmişlər. O, nərdivanla pəncərəyə qalxan zaman Əlimuxtar nərdivanı söykədikləri divarda olan pəncərəni açaraq onun sifətinə iri daş parçası ilə zərbə vurmuş, o, həmin zərbədən yerə yıxılmışdır. Bundan sonra Əlimuxtar əli ilə nərdivanı divardan dartaraq onu yerə salmışdır. Həmin vaxt onunla birlikdə nərdivanla qalxıb evə daxil olmaq istəyən Mənzil Kommunal İstismar Sahəsi tərəfindən dəvət olunmuş fəhlə, sonradan adını bildiyim Zərərçəkmiş şəxs1 pəncərəyə yaxınlaşan zaman Əlimuxtar daş parçası ilə onun da sifət nahiyəsindən zərbə vurmuş, Telman da həmin zərbədən yerə yıxılmışdır. Onlar artıq Əlimuxtarın onlara tərəf iri daş parçaları atdığını görüb yerə düşmüşlər. Sonradan çətinliklə də olsa onlar evə daxil olaraq Əlimuxtar və Əlini içəridən çıxarmışlar. İfadəsinin sonunda bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, ona vurulmuş zərər tamamilə ödənmişdir və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Ədliyyə Nazirliyinin Yasamal rayon icra şöbəsində icra məmuru vəzifəsində işləməklə İİ dərəcəli ədliyyə qulluqçusudur. xx.xx.2021-ci il tarixdə icraatına Bakı İnzibati Məhkəməsi tərəfindən daxil olmuş 2-1(81)-534/2019 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evə sahibliyi alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmişdir. Həmin ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 177702 manat kompensasiya ödənilməklə həmin şəxslər tərəfindən evin boşaldılması icra sənədində qeyd olunmuşdur. İcraat müddətində dəfələrlə həmin ünvana getmiş, Təqsirləndirilən şəxs2 izahatını alaraq icraatında olan icra işinə əlavə etmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən Ali Məhkəməyə etdiyi şikayət də təmin edilməmişdir. xx.xx.2024-cü il tarixdə Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə həmin ünvanda Təqsirləndirilən şəxs2 məhkəmə tərəfindən çıxarılmış icra sənədini könüllü qaydada icra etmədikdə məcburi qaydada icra olunacağı barədə xəbərdarlıq edilmiş, tərəfindən akt tərtib olunaraq icra işinə əlavə edilmişdir. Bundan başqa xx.xx.2024cü il tarixdə yenə sözügedən icra sənədinin icrası ilə bağlı polis əməkdaşlarının iştirakı ilə Yasamal rayonu, Mustafa Sübhi küçəsi dalan 5, ev 4 ünvanda yaşayan Əlimuxtara evi boşaltması üçün məcburi icra tədbiri təyin olunmuş, lakin həmin ünvanda olan zaman Təqsirləndirilən şəxs2 məxsus “Alabay” cinsli iti hücum komandası verərək üzərlərinə hərəkət etdirdiyi və bu səbəbdən həyətə daxil ola bilmədikləri üçün icra prosesi təxirə salınmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində o, əvvəlcədən təyin olunmuş məcburi icra tədbiri ilə bağlı həmin ünvana getmiş, evin boşaldılması üçün Əlimuxtara dəfələrlə izah edib ona ayrılmış kompensasiya məbləğini qəbul etməsini, evi könüllü boşaltmasını təklif etmişdir. Buna baxmayaraq Əlimuxtar onun sözlərinə məhəl qoymayaraq evin giriş hissəsində həmin “Alabay” cinsli iti bağlayaraq, evin içərisinə daxil olmağa mane olmuş, əvvəlcədən onlar tərəfindən cəlb edilmiş Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri, İcra şöbəsinin əməkdaşları, Mənzil Kommunal İstismar Sahəsinin işçiləri, polis əməkdaşları, FHN-nin əməkdaşları da orada olmuşdur. Bir qədər keçdikdən sonra Əlimuxtarın qardaşı Təqsirləndirilən şəxs1 da polis əməkdaşlarının diqqətindən yayınaraq evə daxil olmuş, bundan sonra o, bir daha Əlimuxtara evin boşaldılmasına maneçilik törətməməsini bildirsə də, Əlimuxtar məhəl qoymayaraq yüksək səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Artıq evə daxil olmağın mümkün olmadığını gördükdən sonra FHN-nin əməkdaşları su vurmaqla qapını sındırmağa cəhd etmiş, polis əməkdaşları da evə daxil olaraq Əlimuxtar və Əlini çıxarmağa çalışmışlar. Lakin Əlimuxtar evin ikinci mərtəbəsinə pilləkənlə qalxmağa çalışan polis əməkdaşlarının üzərinə iri daş parçaları, dibçək, butulka, stəkan və sair əlinə keçən əşyaları atmışdır ki, evə heç kim daxil ola bilməsin. Digər qardaşı Əli isə pəncərədən evi təhvil verməyəcəklərini deyib evə daxil olmamalarını tələb edərək yüksək səslə qışqırmışdır. O, özü Əliyə şəxsdən pəncərədən baxarkən xahiş edərək içəridə olan iti sakitləşdirməsini, bağlamasını, onların evə daxil olmaqlarına köməklik etməsini demiş, Əli isə bunlara məhəl qoymayaraq yüksək səslə, orada olan dövlət əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək “gedin işinizlə məşğul olun” deyə bildirmişdir. Həmin vaxt içəridə ağ rəngli “Alabay” cinsli it hürmüş, Əlimuxtar iti qapıya yaxınlaşanın üzərinə hürdürmüşdür ki, evə daxil olmağa mane olsun. Sonradan evin yan tərəfindən polis əməkdaşları və MKİS-in fəhlələri nərdivanı divara söykəyərək evə pəncərədən daxil olmağa çalışmışlar. Həmin vaxt polis əməkdaşları nərdivanla pəncərəyə qalxan zaman Əlimuxtar içəridən pəncərəni açıb əlində olan iri daş parçasını polisin başına vurmuş və nərdivanı əli ilə divardan itələyərək yerə salmış, polis əməkdaşları yerə yıxılmışlar. Bundan sonra orada fəhlə kimi gəlmiş Telman pəncərəyə yaxınlaşan zaman Əlimuxtar pəncərəni açıb yenə içəridən iri daş parçasını Telmanın sifətinə zərbə vurmuş, Telman həmin zərbədən yerə yıxılmışdır. Sonradan çətinliklə də olsa polis əməkdaşları evə daxil olaraq Əlimuxtar və Əlini çıxarmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 3 il müddətdir ki, Yasamal rayon İcra Hakimiyyətinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsində fəhlə işləyir. İşi 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin inzibati ərazisində təmizlik işləri ilə məşğul olmaqdan ibarətdir. Bundan başqa plana düşən fərdi yaşayış evlərinin sökülməsində də iştirak edir. xx.xx.2024-cü il tarixdə səhər işə gələn zaman Mənzil Kommunal İstismar Sahəsinin müdiri ona Yasamal rayonu, Mustafa Sübhi küçəsi dalan 5 ünvanda söküntü işləri olacağını deyib həmni yerə getməsini tapşırmış, o da yolda gedərkən dostu Telmana zəng edərək söküntü işi olduğunu, fəhlə kimi gəlib köməklik etməsini demişdir. Həmin yerə getdikdə Telman orada olmuş, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri, İcra şöbəsinin əməkdaşları, Mənzil Kommunal İstismar Sahəsinin işçiləri, polis əməkdaşları, FHN-nin əməkdaşları da gəlmişlər. Nümayəndələr evdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 evi boşaltmasını dəfələrlə demələrinə baxmayaraq Əlimuxtar onlarla razılaşmayaraq evin qapısını açmamış, bir qədər keçdikdən sonra Əlimuxtarın qardaşı sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 da gələrək evə daxil olmuşdur. Bundan sonra İcra şöbəsinin əməkdaşları Əlimuxtara evi boşaltmasını və sökülməsi üçün maneçilik törətməməsini bildirsələr də, Əlimuxtar məhəl qoymayaraq yüksək səslə ünvansız nalayiq ifadələr işlətmiş, artıq evə daxil olmağın mümkün olmadığını gördükdən sonra FHN-nin əməkdaşları su vurmaqla qapını sındırmağa cəhd etmişlər. Polis əməkdaşları da evə daxil olaraq Əlimuxtar və Əlini çıxarmağa çalışmış, lakin Əlimuxtar pəncərədən iri daş parçaları, dibçək, butulka, stəkan və sair əlinə keçən əşyaları polislərin və digər nümayəndələrin üzərinə atmışdır ki, evə heç kim daxil ola bilməsin. Digər qardaşı Əli isə pəncərədən evi təhvil verməyəcəklərini deyib evə daxil olmamalarını tələb edərək qışqırmışdır. Həmin vaxt içəridə ağ rəngli “Alabay” cinsli it hürmüş, Əlimuxtar iti qapıya yaxınlaşanın üzərinə hürdürürmüşdürki, evə daxil olmağa mane olsun. O və Telman polis əməkdaşları ilə birlikdə evin yan tərəfindən nərdivanı divara söykəyərək evə pəncərədən daxil olmağa çalışmış, həmin vaxt Əlimuxtar içəridən pəncərəni açaraq əlində olan iri daş parçasını polisin başına vurmuş və nərdivanı əli ilə divardan itələyərək yerə salmış, polis əməkdaşları yerə yıxılmışlar. Bundan sonra Telman pəncərəyə yaxınlaşan zaman Əlimuxtar pəncərəni açıb yenə içəridən iri daş parçasını Telmanın sifətinə zərbə ilə vurmuş, Telman həmin zərbədən yerə yıxılmışdır. Sonradan o, Telmanın xəsarət aldığını görüb orada olan X7 maşınına mindirmiş, bir qədər keçdikdən sonra polis əməkdaşları içəriyə daxil olaraq Əlimuxtar və Əlini içəridən çıxarmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyən, polis baş serjantı Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, iş üzrə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və şahid qismində dindirilmiş Şahid1, Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunmuş ifadəsindən görünür ki, o 2005-ci il tarixdən DİO-da, 2020-ci il tarixdən isə Yasamal rayon Post Patrul xidmətində PPXB bölüyünün komandir müavini vəzifəsində xidmət etməklə polis mayorudur. Yasamal rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda xx.xx.2024-cü il tarixdə saat 11:00-da ünvan 10 ünvanında məhkəmə qərarına əsasən mənzildən boşaldılmanın həyata keçiriləcəyi və müvafiq polis əməkdaşlarının da iştirak etməsi qeyd edilmişdir. Bununla bağlı Yasamal RPİ-nin rəisinin göstərişi ilə PPXB bölüyündən müvafiq əməkdaşlar bölüyün komandiri və onun göstərişi əsasında ayrılmış müvafiq əməkdaşları həmin yerə göndərmişlər. Orada 5857 nömrəli avtopatrulda xidmət edən polis serjantı Zərərçəkmiş şəxs2 və heyətin digər üzvləri olmuşlar. Sonradan onlara məruzə edilmişdir ki, ünvan 10 ünvanında yaşayan şəxslər evi boşaltmamış, müvafiq dövlət orqanlarına maneəçilik törətmişlər. Həmçinin, evə daxil olmaq istəyən polis serjantı Zərərçəkmiş şəxs2 və orada olan digər şəxsə evdə olan şəxslərdən biri, konkret olaraq Təqsirləndirilən şəxs2 adlı şəxs xəsarət yetirmişdir. Sonradan evdə olan iki qardaşın hər ikisi saxlanılmış və 26-cı polis bölməsinə aparılmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1968-ci ildən ünvan 4 ünvanda qeydiyyatda olmaqla 2019-cu ilədək yaşamış, həmin ildə isə Mustafa Sübhi küçəsində yerləşən fərdi yaşayış evləri dövlət tərəfindən park salınması məqsədi ilə plana düşdüyü üçün ailəsi ilə birlikdə Zabrat qəsəbəsinə köçmüşdür. Ondan başqa qardaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da həmin evdə qeydiyyatda olmaqla yaşamış, lakin son illər həmin ərazidə yerləşən bir çox fərdi yaşayış evləri sökülmüşdür. xx.xx.2024-cü il tarixdə Mustafa Sübhi küçəsi dalan 5, ev 4 ünvanda yerləşən evə getmiş, həmin vaxt evin ətrafında olan bütün fərdi yaşayış evlərinin söküldüyünün şahidi olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində evlərinə gedən zaman evin həyətində Yasamal rayon İcra Hakimiyyətinin nümayəndləri, Mənzil Kommunal İstismar Sahəsinin işçiləri, polis əməkdaşları, FHN-nin əməkdaşlarının toplaşdığını görmüş, həmin dövlət qurumlarının əməkdaşlarının evi sökməyə gəldiklərini başa düşüb onlara müdaxilə etməmiş, kənarda dayanaraq gedən proseslərə baxmışdır. Qardaşları Əlimuxtar və Əli evin içərisində olmuş, o, kənarda olduğu üçün baş verənləri tam görə bilməmişdir. Lakin evdə yüksək səs-küy, daşla evin pəncərələrinin sındırılması, evdə Əlimuxtarın saxladığı itin hürməsi və s. hadisələr baş vermişdir. Polis əməkdaşları, FHN-nin əməkdaşları və İcra Hakimiyyətinin nümayəndələri evə daxil olmaq istəsələr də, mane olunmuş olmuş, sonradan polis əməkdaşları qardaşlarını evdən çıxararaq aparmışlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 1 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (Cild 1 İ/V. 1). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 1 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 1 aprel 2024-cü il tarixdə saat 20:25də ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdir. (Cild 1 İ/V. 48). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 1 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 1 aprel 2024-cü il tarixdə saat 21:35də ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdir. (Cild 1 İ/V. 77). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 346 nömrəli rəyindən görünür ki, 1990-cı il tavəllüdlü vət Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- her iki burun kecəçəklerində tenəffüsün çətinləşməsi ilə müşayiət olunan burunun əzilmiş yarası və burun sümüklərinin qəlpəli, yerdəyişən sınıqları, alın nahiyəsinin əzilmiş yarası, sağ almacıq və sağ bayır topuq nahiyələrinin səthi əzilmiş yaraları, sağ gözaltı nahiyənin şişkinliyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə hər iki burun keçəcəklərində tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burunun əzilmiş yarası və burun sümuklərinin qəlpəli, yerdəyişən sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, alın nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir, sağ almacıq və sağ bayır topuq nahiyələrinin səthi əzilmiş yaraları, sağ gözaltı nahiyəsinin şişkinliyi və qançırı isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. (Cild 1 İ/V. 279-282). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 3 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1 İ/V. 115-116). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 3 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1 İ/V. 127-128). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)- 298/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1 İ/V. 150-152). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)- 299/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1 İ/V. 153-157). İş üzrə təyin edilmiş əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 25/346 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-hər iki burun keçəcəklərində tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burunun əzilmiş yarası və burun sümüklərinin qəlpəli, yerdəyişən sınıqları, alın nahiyəsinin əzilmiş yarası sağ almacıq və sağ bayır topuq nahiyələrinin səthi əzilmiş yaraları, sağ gözaltı nahiyəsinin şişkinliyi və qançırı daş (kubik) parçalarının təsirindən törənə bilərdi. (Cild 2 İ/V. 45-49). Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 431 nömrəli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü vət Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət- sifətin sağ yarısında sağ çənə bucağından yuxarı nahiyenin piqmentasiya sahəsi (keçmiş sıyrıq yeri) küt əşyanın təsirindən törənmişdir, törənmə müddətini hal-hazırda dəqiq təyin etmək mümkün deyil, lakin qərarda qeyd olunan, xx.xx.2024-cü il törənməsi inkar olunmur,sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. (Cild 1 İ/V. 276-278). xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmiş baş vermiş hadisənin videogörüntülərinin olduğu DVD diskə baxış zamanı aşağıdakılar müəyyən edildi: DVD diski açdıqda burada 7 ədəd video görüntü olduğu müəyyən edildi. DVD diskin daxilində olan “2c7c044d” nömrəli videoya daxil olan zaman görünür ki, video 1(bir) dəqiqə 10(on) saniyədən ibarətdir. Videonu izləyən zaman görünür ki, çəkilişin aparıldığı ünvan 11 ünvanında həyətdə polis və FHN əməktaşları, mənzil komunal istismar sahəsinin işçiləri, evin 2-ci mərtəbəsində isə Təqsirləndirilən şəxs2 olduğu görünür. Videonun 4-cü saniyəsində çəkilişi aparan şəxs tərəfindən Əlimuxtar adlı şəxsə müraciət olunaraq: - “Əlimuxtar axırıncı dəfə sizə təklif olunur ki, könüllü düşün aşağı!, Bu qədər dövlət əməkdaşları burdadır.” - Əlimuxtar: “Mənim əlimdə Ali məhkəmənin qararı sənədlər var. Məhkəmə mənsiz keçirilə bilməz.” - Video çəkiliş edən şəxs: “ Əlimuxtar bəy yaxınlaşın aşağı məhkəmə qərarı icra olunsun. Xeyir, sizin heç bir sənədiniz yoxdur sizə izah etdim. Məhkəmənin yekun qərarı olmuşdur. Video çəkilişlə xəbərdalıq etdim.” Çəkilişi aparan şəxs FHN əməkdaşlarından evə su buraxmasını tələb edir. DVD diskin daxilində olan “1ce7e7ab” nömrəli videoya daxil olan zaman görünür ki, video 1(bir) dəqiqə 9(doqquz) saniyədən ibarətdir. Videonu izləyən zaman görünür ki, iki polis əməkdaşları əllərində zirehləri olmaqla yaşayış evinin ikinci mərtəbəsinə qalxmağa çalışırlar. Onların rxasınca iki FHN əməkdaşı və bir mənzil komunal istismar sahəsinin işçisi də onlarla birlikdə ikinci mərtəbəyə evin qapısını açaraq daxil olmaq üçün qalxırlar. Videonun 24-cü saniyəsindən başlayaraq ikinci mərtəbədən polis və FHN əməktaşlarının üzərinə müxtəlif ölçülü əşyalar və daşlar atılaraq, onların qapını açmalarına maneə olmağa çalışılır. FHN əməktaşları isə öz növbəsində buna maneə olmaq üçün təzyiqli su ilə qarşılıq verirlər. DVD diskin daxilində olan “06f190d4” nömrəli videoya daxil olan zaman görünür ki, video 39 (otuz doqquz) saniyədən ibarətdir. Videonu izləyən zaman görünür ki, 3 FHN əməkdaşı pilləkənlər vasitəsi ilə ikinci mərtəbəyə qalxaraq qapını açmağa çalışır. Bir FHN əməktaşı lom vasitəsi ilə qapını qırmağa çalışan zaman digəri isə su təzyiqini evə tutaraq özlərini qorumağa çalışırlar. DVD diskin daxilində olan “80eb6505” nömrəli videoya daxil olan zaman görünür ki, video 1(bir) dəqiqə 29(iyirmi doqquz) saniyədən ibarətdir. Videonu izləyən zaman görünür ki, videonun əvvəlində kənarda qorunaqlı hissə də X7 əməkdaşları baş verə biləcək hallar üçün gözləyirlər. Onlarla bərabər bir sıra mülki vətəndaşlarda vardır. FHN əməkdaşlarının aşağıdan evin ikinci mərtəbəsinə təziqli su ilə müdaxilə etmələri üçün mənzil komunal istismar sahəsinin işçisi evin pəcərələrini qıraraq FHN əməkdaşlarına yardım edir. FHN əməkdaşlarıda evə təzyiqli su vuraraq Əlimuxtar və qardaşı Əlini evdən çıxarmağa çalışırlar. DVD diskin daxilində olan “139df3b9” nömrəli videoya daxil olan zaman görünür ki, video 51(əlli bir) saniyədən ibarətdir. Videonu izləyən zaman görünür ki, Polis əməkdaşı FHN əməkdaşlarına dəyanmamalarını, qapını sındırmalarını istəyir, onlarda öz növbəsində qapını lom vasitəsi ilə sındırmağa çalışırlar. DVD diskin daxilində olan “e411ea15” nömrəli videoya daxil olan zaman görünür ki, video 34(otuz dörd) saniyədən ibarətdir. Videonu izləyən zaman görünür ki, Polis əməkdaşı və FHN əməkdaşları qapını lom vasitəsilə qırmağa çalışırlar. Digər bir FHN əməkdaşı isə təziqli su vuraraq evdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdaxiləsinə mane olmağa çalışır. DVD diskin daxilində olan “WhatsApp Video 2024-05-03 at 11.37.11” adı ilə qeyd olunmuş videoya daxil olan zaman görünür ki, video 1(bir) dəqiqə 1(bir) saniyədən ibarətdir. Videonu izləyən zaman görünür ki, FHN əməktaşları evin giriş hissəsindən daxil olmağa çalışırlar. Videonun 25-ci saniyəsindən etibarən görünür ki, iki polis əməkdaşı və iki mənzil komunal istismar sahəsinin işçisi nərdivanı evin ikinci mərtəbəsinə dayayaraq evə pəncərə vasitəsi ilə daxil olmağa çalışırlar. Bu zaman evdə olan Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 onların üzərinə müxtəlif ölçülü daş parçaları atdığı görünür. Həmçinin videonun 38-ci saniyəsində polis əməkdaşlarının üzərinə böyük daş parçasının atılması səbəbi ilə polis əməkdaşı nərdivandan yıxılır, daş da polis əməkdaşının sifət nahiyəsinə dəyir. Bundan başqa əynində Mənzil komunal istismar sahəsinin jilet olan şəxs isə Əlimuxtargilə müdaxilə etmək istəyən zaman onun da üzərinə də Təqsirləndirilən şəxs2 tərəfindən iri daş parçası atılaraq oradan uzaqlaşdılılmağa çalışılır. Onun üzərinə müxtəlif əşyalar atmağa davam edirlər. DVD diskdə olan videogörüntülərdən görünür ki, ətrafda xeyli sayda dövlət qurumlarının əməkdaşları, polis, FHN əməkdaşları, tibb işçiləri və başqa şəxslər olmasına baxmayaraq, Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 yüksək səslə onların qanuni göstərişlərinə tabe olmayaraq evi boşaltmaqdan imtian edərək evdən çıxmır, daş və digər əşyalar atmaq onlara müqavimət göstərməyə çalışırlar. (Cild 1 İ/V. 255-256, Cild 2 İ/V. 39-40). Məhkəmə istintaqı zamanı qeyd edilən DVD diskə baxış keçirilən zaman xx.xx.2024cü il tarixli “baxış keçirilməsi haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-534/2019 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin Yasamal rayon İcra Hakimiyyəti tərəfindən əldə olunması “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təsdiq edilmiş, həmçinin həmin evin dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin ünvanda qeydiyyatda olan cavabdeh Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 177702 (yüz yetmiş yeddi min yeddi yüz iki) manat kompensasiya ödənilməklə həmin şəxslər tərəfindən evin boşaldılması qeyd olunmuşdur. (Cild 1 İ/V. 25). Ədliyyə Nazirliyinin Yasamal rayon icra şöbəsi tərəfindən Yasamal RPİ-yə, Bakı şəhəri Yasamal rayon Dövlət Yanğından mühafizə hissəsinə, “TƏBİB”ə, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-534/2019 nömrəli xx.xx.2020ci il tarixli icra sənədinin məcburi icrası xx.xx.2024-cü il tarix saat 11:00-a təyin edildiyindən səlahiyyətli şəxslərin həmin ünvana gəlmələri qeyd edilən qurumlardan xahiş olunmuşdur. (Cild 1 İ/V. 206). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Səlimov X4 rayon məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə həmin vaxt qüvvədə olan cinayət məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsi ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu il tarixdə vaxtından əvvəl şərti azad edilmiş, bununla da məhkumluğu ödənildiyi üçün hazırda məhkumluğu yoxdur. (Cild 1 İ/V. 253-254). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair işlər üzrə Respublika Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə CM-nin 62.1-ci maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş, bununla da məhkumluğu ödənildiyi üçün hazırda məhkumluğu yoxdur. (Cild 1 İ/V. 251-252). “Bakı şəhər Narkoloji Mərkəzi” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. (Cild 2 İ/V. 61). “Respublika Narkoloji Mərkəzi” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. (Cild 2 İ/V. 63). “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanada müalicə olunmamışlar. (Cild 2 İ/V. 62). 2 nömrəli X1 daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanada müalicə olunmamışlar. (Cild 2 İ/V. 64). İş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. (Cild 1 İ/V. 108-112). İş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (Cild 1 İ/V. 103-107). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 istinad edilən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət əməli həmin Məcəllənin 127.2.1, 127.2.3, 221.3 və 315-ci maddələrinə, Təqsirləndirilən şəxs1 istinad edilən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət əməli həmin Məcəllənin 221.2.1 və 221.2.2-ci maddələrinə tövsif edilmiş, baş vermiş hadisəni özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2 İ/V. 108-126). Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024cü il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmışdır, ona vurulmuş zərər tamamilə ödənilmişdir və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs Səlimov Elxan Elman oğlu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmışdır, ona vurulmuş zərər tamamilə ödənilmişdir və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3 və 315-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi, eləcə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxsin ifadələsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 16-cı bəndinə əsasən, sağlamlığın uzun müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Həmin Qaydaların 17-ci bəndinə əsasən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10 faizdən 33 faizə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və.s aid edilir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərəçkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə – iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla zərəçəkmiş şəxslərin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi olmamalarını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsi halını hər iki təqsirləndirilən şəxsin cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin barələrində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 1 aprel 2024-cü il tarixindən hazıradək həbsdə saxlanıldığı 10 ay 23 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 1 aprel 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı və iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 02 (iki) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlndığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 01 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 1 aprel 2024-cü il tarixindən hazıradək həbsdə saxlanıldığı 10 ay 23 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-51/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-51/2025
24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver