Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-510/2024 15.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X3, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 20 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf rəngli bükülüdə təmiz çəkisi 7,45 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı 20 manata əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, Yasamal RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 20 may 2024-cü il tarixdə saat 13:40 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4anda yerləşən Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 15:15-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli bükülüdə təmiz çəkisi 7,45 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən dörd ildir ki, narkotik vasitələr və qurudulmuş marixuana qəbul edir. Hazırda narkotik vasitə alüdəçisidir. 20 may 2024-cü il tarixdə səhər saatlarında “Kubinka” deyilən əraziyə gedib orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 20 manat pul ödəyərək şəxsi istifadəsi üçün bir ədəd şəffaf selofana bükülmüş vəziyyətdə narkotik maddə hesab olunan qurudulmuş marixuana almışdır. Həmin marixuananı istifadə etmək üçün əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxlayırdı. Həmin tarixdə təxminən saat 13:40 radələrində yaşadığı ünvan 6 ünvanın yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdilər və narkotik vasitələrin əldə olunması və istifadə edilməsində şübhəli olduğunu deyərək onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Orada xidməti otaqların birində, dəvət olunmuş müdafiəçinin və iştirakçıların iştirakları ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxt o üzərində olan narkotik maddəni könüllü olaraq çıxarıb polis əməkdaşına təqdim etmişdir. Daha sonra aşkar olunmuş maddə ekspertizaya təqdim etmək üçün qablaşdırılmış, zərf və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, sadəcə şəxsi istifadəsi üçün alır. Narkotik vasitə aldığı şəxsi sadəcə üzdən tanıyır, adını və anket məlumatlarını bilmir. Üzərindən aşkar edilmiş narkotik maddə olan marixuananı xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, Kubinka adlanan ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata almış və istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik vasitə aldığı həmin şəxsi ətraflı tanımır, əvvəllər də ondan bir neçə dəfə narkotik maddə almış, lakin onun harada yaşadığını və adının kim olduğunu bilmir. O, psixo-nevroloji, vərəm və narkoloji dispanserdə qeydiyyatda deyil. Əldə etdiyi narkotik maddəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. O, narkotik alüdəçisi olduğuna görə həmin maddəni almış və istifadə etmək üçün üzərində saxlamışdır. Saxlanılarkən və RPİ-ə gətirilərkən ona qarşı hər hansı bir qanunsuz hərəkət olmamışdır. Əməlini etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən sonra ona verilmiş suallara cavab olaraq, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, yalnız şəxsi istifadəsi üçün narkotik vasitə əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Yasamal RPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində 2021-ci il tarixdən xidmət edir. Onun vəzifə səlahiyyətlərinə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq, həmin şəxsləri müəyyən edərək müvafiq tədbirlər görülməsini təmin etmək, narkotik vasitələrin dövriyyədən çıxarılması üçün müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirmək və sair daxildir. Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olduğundan 20 may 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin rəisinin əmri əsasında əməliyyat tədbirləri keçirilməsi məqsədilə əməliyyat qrupu təşkil olunmuş və 20 may 2024-cü il tarixdə saat təxminən 13:40 radələrində RPİ-nin X1 kiçik əməliyyat müvəkkilli X4 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 2 ünvanın yaxınlığına yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanın qarşısında olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs də onların təklifi ilə razılaşaraq heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində baş təhqiqatçı Əli Məmmədov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutub video çəkiliş aparılmaqla onların və müdafiəçi Nofəl Əhmədovun iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli şəffaf bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində nartkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs şifahi sorğu edilən zaman, həmin maddənin narkotik vasitə marixuna olmasını və şəxsi istifadə etmək məqsədi ilə saxlanıldığı tarixdə, yəni 20 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə 20 manat qarşılığında üzdən tanıdığı şəxsdən əldə etdiyini etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd mobil telefon da aşkar edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Şahid Yasamal RPİ-nin X1 kiçik əməliyyat müvəkkili X9 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılarılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 20 may 2024-cü il tarixdə səhər radələrində “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul ödəyərək aldığını bildirmişdir. Sol yan cibindən isə bir ədəd mavi rəngli “İtel” markalı ***- ***-**-** nömrə istifadə olunan mobil telefon çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, ot mənşəli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə günorta vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmış, şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir (i.v 30-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/785 nömrəli, 21 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə” yazılar və imzalar olan zərfdə 01(bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi-7,45qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (i.v. 38-41). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Narkoloji X10 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 iyun 2024-cü il tarixli, 4240 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və sintetik opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicəyə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v.102- 103). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 13 iyun 2024-cü il tarixli, 1739 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda "YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (F 70.0)" (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu müəyyən edilir. Bunu iş materialları, anamnestik məlumatlar (ilkin psixo-fiziki inkişafının həmyaşıdlarından geri qalması, əqli geriliklə əlaqədar hərbi xidmətdə olmaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron Tibbi-Sosial Ekspert Komissiyasında "Oliqofreniya kəskin ifadə olunmuş debillik dərəcəsində" diaqnozu ilə üçüncü dərəcəli əlil hesab olunması və s.) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (verilən suallara qısa primitiv cavablar verməsi, mühakimələrinin səthi olması, intellektual səviyyəsinin yaşına uyğun olmaması, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı səthi tənqidi münasibətinin olması və s.) sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs idrak proseslərində qavrama prosesində lənglik, təfəkküründə konkretlik, diqqətində qismən dağınıqlıq, maraq dairəsində bir qədər məhdudluq, dünya görüşü və elmi biliklərinin aşağı səviyyədə olmaqla onda əqli gerilik əlamətləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda yüngül dərəcəli əqli gerilik aşkar edilir. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman yüngül əqli gerilik müəyyən edilir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman öz hərəkətlərini dərk etmək və onları idarə etmək və onları idarə edə bilmək iqtidarında olmuşdur. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. O, cinayət törədən zaman və cinayət törətdikdən sonra yüksək ruhi həyəcan vəziyyətində olmamışdır ( i.v 107-110) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə kompyuter-texniki ekspertizasının 23 iyul 2024-cü il tarixli, 5/743 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “İtel A49 markalı “A661L” modelli “**********70729, **********70737” imei kodlu smartfon olması müəyyən edildi. Təqdim edilmiş “İtel A49 markalı “A661L” modelli mobil smartfonun yaddaşlarından toplanmış mövcud olan və qismən pozulmuş məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar və sairə) müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report- Hesabat) hesabat “Ekspertiza 5-743” adlı qovluqda 02 (iki) ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə edilmişdir (i.v.117-121). “CD diskə baxış keçirilməsi haqqında” 23 iyul 2024-cü il tarixli protokollardan görünür ki, cinayət işi üzrə məhkəmə kompyuter-texniki ekspertizasının 23 iyul 2024-cü il tarixli 5/743 nömrəli ekspert rəyinə əlavə edilmiş 02 ədəd DVD-RW markalı diskə ayrı-ayrılıqda baxış keçirilərkən Üzərində Ekspertiza 5-743 2 yazısı olan DVD-RW formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd Ekspertiza 5-743 adlı sadə fayl müəyyən edildi. DVD-R diskin içərisində istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmiş, baxış keçirilməsi başa çatdıqdan sonra 02 ədəd DVD-RW disk qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v 122-123). “CD diskə baxış keçirilməsi haqqında” 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə 2Azərfon MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, AZF/LGL-8415/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə keçirilərkən Üzərində Nar loqosu, Sənə ən yaxın və 3/16-53/2-49241/2024 yazısı olan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 07 ədəd fayl müəyyən edilmişdir. CD diskin içərisində istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Baxış keçirilməsi başa çatdıqdan sonra 01 ədəd CD disk qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v 142) “CD diskə baxış keçirilməsi haqqında” 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə “Azərcell MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, 17050 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə keçirilərkən Üzərində markalanma göstəricisi olmayan CD formatlı disk komputerin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd vinrar fayl və içərisində 05 ədəd sadə fayl müəyyən edilmişdir. CD diskin içərisində istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Baxış keçirilməsi başa çatdıqdan sonra 01 ədəd CD disk qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v 144) “Sübutların qiymətləndirilməsi haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, barəsində 22 may 2024-cü il tarixdə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin könüllü surətdə təhvil verilməsinə görə cinayət məsuliyyətindən azad edilməsi Təqsirləndirilən şəxs şamil edilməməsi, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 7,45 qram maddə narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,40 qram narkotik vasitə qurudulmuş marixuananın saxlanması üçün Yasamal RPİ-in maddi sübutların saxlandığı kameraya təhvil verilməsi, iş üçün əhəmiyyət kəsb etdiyinə görə Bakı şəhəri Yasamal RPİ-nin TŞ- nin baş təhqiqatçısı, Ə.Məmmədovun xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolu və "DVD” disk, kompyuter texniki ekspertizasndan daxil olmuş 2 ədəd DVD disk, Azərfon MMC-dən daxil olmuş 1 ədəd CD disk, Azərcell MMC-dən daxil olmuş 1 ədəd CD disk-in iş üzrə maddi sübut qismində tanınması, "xxxx" diskin iş materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs məhkum olunmamış təqsirləndirilən şəxs hesab edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı satmış şəxsin və ya şəxslərin müəyyən edilməsi faktı üzrə materialın ayrılması və ********* saylı cinayət işindən zəruri sənədlərin ksero surətləri çıxarılaraq ayrılmış materiala əlavə edilməsi, həmin şəxsin əməlinə ayrılmış materialda hüquqi qiymət verilməsi, rədd edilmiş xüsusatlara dair materialların Yasamal RPİ-nin dəfərxanasına təhvil verilməsi qərara alınmışdır (i.v.147-159). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 05 qram olan marixuana xeyli miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə, saat 13:40 dəqiqədən tutulmuş hesab edilmişdir (i.v. 20). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-692/2024 saylı, 21 may 2024-cü il tarixli qərarından görünür ki Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 20 may 2024-cü il tarixli qərar Təqsirləndirilən şəxs ətrafında güdmə və soraqlaşma, nəqliyyat vasitələrinə baxış keçirilməsi, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi hissəsində qanuni hesab edilmiş, təqsirləndirilən şəxsin polis orqanına gətirilməsi, tutulduqdan sonra üstünün yoxlanılması, şəxsi axtarış aparılması hissəsində isə əməliyyat-axtarış tədbiri olmadığından təmin edilməmişdir qanuni hesab edilmişdir (i.v-82-83). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Orxan Süleymanlının xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir (i.v.80-81). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 22 may 2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.84). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.106). 236065 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir (i.v.89). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X7 adında övladları vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əlil olmasını, himayəsində azyaşlı övladının olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin (yetkinlik yaşına çatmayan övladının olmasını) həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla (Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə, saat 13:40-da tutulmuş, 22 may 2024-cü il tarixdə, saat 11:00-dan saat 12:30-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra polis nəzarəti altında barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokuror qarşınına çıxarılmış və vəsatətin müdafiəsindən imtina edilkdən sonra, həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 24 saatdan artıq azadlığının məhdudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 03 gün hesabı ilə hesablanmalıdır) təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə tedbiq ediləsi mümkün olmadığından ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuananın qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 05 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), maddi sübut olan bir ədəd “İtel A49” markalı “A661L” mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdən 22 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 02 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalan 7,40 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 05 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “İtel A49” markalı “A661L” mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 72 manat və 65 manat 53 qəpik olmaqla birlikdə 137 manat 53 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-510/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-510/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver