Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-510/2025 31.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Ağdaş rayonu Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,orta təhsilli, məhkumluğu ödənilməmiş, işləməyən və Ağdaş rayonu, Ləki qəsəbəsi, X13 küçəsi, 46 nömrəli evdə qeydiyyatda olmaqla, Bakı şəhəri,Yasamal rayonu, X8 küçəsi, 337 nömrəli evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 27 may 2025-ci il tarixdə səhər saatlarında satış məqsədi olmadan Bakı şəhəri, Nəsimi rayonundakı «Kubinka» deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 27 may 2025-ci il tarixdə günorta saat 16:15 dəqiqədə Yasamal Rayon Polis İdarəsinin KMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, 130 saylı ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd çəhrayı rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,525 qram ağ rəngli, kristal şəklində kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç bir yerdə işləmir. Artıq xeyli müddətdir ki, o, psixotrop maddə olan metamfetamindən istifadə edir. Bu onda asıllıq yaratdığı üçün psixotrop maddədən istifadə etməyəndə dözülməz ağrıları baş verir. Ağrıları şiddətli olan zaman o, psixotrop maddə olan metamfetamin tapıb qəbul edir. Lakin 27 may 2025-ci il tarixdə səhər saatlarında onun üzərində heç bir psixotrop maddə olmamışdır, lakin o, məcbur qalıb çəkilişdə bildirmişdir ki, metamfetamin ona məxsus deyil. O, əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış aparılarkən, ona qarşı hər-hansı fiziki zor və sair təyziqlər göstərilməsə də ona demişlər ki, bunu etiraf etməsən kiloynan üzərinə narkotik vasitə qoyulacaq. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Yasamal Rayon Polis İdarəsinin KMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsini daşıyır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmçinin onunla heç bir düşmənçiliyi, ədavəti və yaxud qohumluğum olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonunun ərazisində narkotik vasitə, yaxud psixotrop maddələrin qanunsuz olaraq xeyli miqdarda əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkilləri, polis baş serjantı Şahid2 və polis serjantı Şahid3 və onun iştirakı ilə 27 may 2025-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. O, 27 may 2025-ci il tarixdə saat 16:15 dəqiqədə əməliyyat qrupunun digər iştirakçıları Şahid2 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, 130 saylı ünvanın qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq, özlərini təqdim edib sonuncunun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz olaraq xeyli miqdarda əldə olunmasında, saxlanmasında və daşınmasında şübhəli olduğunu bildirib, həmin şəxsin üzərində narkotik vasitə, yaxud psixotrop maddələrin olub-olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlini əynində olan qara rəngli şalvarının sağ yan cibinə salaraq oradan çəhrayı rəngli kağıza bükülmüş bir ədəd bükümü çıxardıb onlara təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm özünün gözü qarşısında açılmış və həmin bükümdə ağ rəngli, kristall şəkilli maddənin olması aşkar edilmişdir. Həmçinin baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərində ***-***-**-** nömrəsi olan Çində istehsal edilmiş “Redmi Note 8” markalı mobil telefonla bir ədəd üzərində 4169-7388-2805-3581 rəqəmləri qeyd olunmuş «Kapital-Bank»a məxsus bank kartı, həmin şalvarın sol yan cibindən isə bir ədəd alışqanla ödəniş terminalına aid bir ədəd qəbz aşkar edilmişdir. Daha sonra baxış zamanı Təqsirləndirilən şəxs paltarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə, yaxud qanunla dövriyyəsi qadağan edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya, yaxud sənəd aşkar edilməmişdir. Həmçinin üzərində aşkar olunmuş «Redmi Note 8» markalı mobil telefonla «Kapital-Bank»a aid bank kartı Təqsirləndirilən şəxs götürülsədə, alışqan və qəbz yenidən sahibinə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu qeyd etməklə yanaşı, həmin psixotrop maddəni 27 may 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən iyirmi manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi çəhrayı rəngli kağıza bükülmüş bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında onun tərəfindən qablaşdırılaraq içərisi boş olan ağ rəngli zərfə qoyulmuş və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənmişdir. Bununla bağlı protokol tərtib edilmiş və həmin protokola onunla bərabər, orada olan digər polis əməkdaşları Şahid2la Şahid3, həmçinin Təqsirləndirilən şəxs imza atmışdır. Bir müddət sonra o və orada olan digər polis əməkdaşları Təqsirləndirilən şəxs Yasamal Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Xidməti iş otağında olan zaman idarənin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 həmin idarənin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkilləri, polis baş serjantı Şahid2 ilə polis serjantı Şahid3 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üstünün yoxlanılması keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edlilərək götürülmüş psixotrop maddə olan metamfetamini bir daha sonuncuya təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddənin üzərində aşkar olunduğunu və şəxsi istifadəsi üçün qəbul edəcəyini bir daha etiraf etdikdən sonra təhqiqatçı X5 təqdim edilən bir ədəd bükümdə olan metamfetaminə baxış keçirmişdir. Bununla bağlı protokol tərtib edilmiş və həmin protokola onunla bərabər, orada olan digər polis əməkdaşları Şahid2la Şahid3, həmçinin Təqsirləndirilən şəxs imza atmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı X5 tərəfindən hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 22 saylı Vəkil Bürosundan vəkil kimi Müdafiəçi1 dəvət edilərək saxlanılan şəxsə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Cinayət işinin 25-ci vərəqəsində olan 27 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 68-72-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 may 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 40-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 may 2025-ci il tarixli, 6/2001 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 42” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,525 (0,475) qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 128-134-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,475 qram çəkidə olan psixotrop maddə metamfetamin və 02 (iki) ədəd DVD disk sübut kimi tanınmış, psixotrop maddə saxlanılması üçün Yasamal RPİ-nə təhvil verilmiş, 02 (iki) ədəd DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 125-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 4968 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 109-110 və112-119-cu Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ rayon məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinin tələblərinə əsasən 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə əks edilmiş görüntülər 27 may 2025-ci il tarixdə saat 16:15 dəqiqədə qeydə alınır. Diskdə olan görüntüdə Yasamal Rayon Polis İdarəsinin KMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin idarənin CAŞ-nin kiçik əməliyyat müvəkkilləri, polis baş serjantı Şahid2 və polis serjantı Şahid3 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, 130 saylı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Polis əməkdaşları Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz olaraq xeyli miqdarda əldə olunmasında, saxlanmasında və daşınmasında şübhəli olduğunu bildirib, həmin şəxsin üzərində narkotik vasitə, yaxud psixotrop maddələrin olub-olmadığını, varsa təqdim etməsini təklif etdilər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlini əynində olan qara rəngli şalvarının sağ yan cibinə salaraq oradan çəhrayı rəngli kağıza bükülmüş bir ədəd bükümü çıxardıb polis əməkdaşlarına təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm özünün gözü qarşısında açıldı və həmin bükümdə ağ rəngli, kristall şəkilli maddənin olması aşkar olundu. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərində ***-***-**-** nömrəsi olan Çində istehsal edilmiş “Redmi Note 8” markalı mobil telefon və bir ədəd üzərində 4169-7388-2805-3581 rəqəmləri qeyd olunmuş «Kapital-Bank»a məxsus bank kartı, həmin şalvarın sol yan cibindən isə bir ədəd alışqan və ödəniş terminalına aid bir ədəd qəbz aşkar edildi. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs paltarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə, yaxud qanunla dövriyyəsi qadağan edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya, yaxud sənəd aşkar edilmədi. Həmçinin üzərində aşkar olunmuş «Redmi Note 8» markalı mobil telefonla «Kapital-Bank»a məxsus bank kartı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən götürülsədə, alışqan və qəbz yenidən sahibinə qaytarıldı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni 27 may 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» deyilən ərazidə üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən iyirmi manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi çəhrayı rəngli kağıza bükülmüş bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qablaşdırılaraq içərisi boş olan ağ rəngli zərfə qoyuldu və Azərbaycan Respublikası DİNnin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürləndi. Bununla bağlı protokol tərtib edildi və həmin protokola Təqsirləndirilən şəxs ilə bərabər, orada olan digər polis əməkdaşları da imza atdı. Digər DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X5, həmin idarənin KMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, CAŞ-nin kiçik əməliyyat müvəkkilləri, polis baş serjantı Şahid2 və polis serjantı Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs üstünün yoxlanılması keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş bir ədəd bükümün içərisindəki psixotrop maddə olan metamfetamini təqdim edir. Qeyd olunan bükümdə olan metamfetamin və bir ədəd üzərində ***-***-**-** nömrəsi olan Çində istehsal edilmiş “Redmi Note 8” markalı mobil telefonla bir ədəd üzərində 4169-7388-2805-3581 rəqəmləri qeyd olunmuş «Kapital-Bank»a məxsus bank kartı təhqiqatçı X4 təqdim edilərkən, çəkilmiş videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı X5 təqdim edilən psixotrop maddə olan metamfetaminə baxış keçirmişdir. Təqsirləndirilən şəxs bir daha üzərindən aşkar olunmuş psixotrop maddənin metamfetamin olduğunu bildirməklə yanaşı, həmin psixotrop maddəni 27 may 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» deyilən ərazidə üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən iyirmi manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını qeyd etmişdir. X6 şübhəli şəxs Təqsirləndirilən şəxs 27 may 2025-ci il tarixdə üstünün yoxlanılması zamanı çəkilmiş videogörüntüyə xidməti iş otağında olan kompyuter vasitəsi ilə bir daha baxış keçirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan video görüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8); narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ rayon məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinin tələblərinə əsasən 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən 02 (iki) il keçmədən, 27 may 2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 27 may 2025-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın xx.xx.2025-ci il tarixli, 4968 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Yasamal rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,475 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,475 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-510/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-510/2025
31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver