Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-511/2024 07.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs Xaliq oğlunun iştirakları ilə, xx.xx.1990-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Xaliq oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Xaliq oğlu satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 24 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Kaktus” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd ağ sellefon bükülüdə təmiz çəkisi 0,628 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 4 ünvana daşımış, Yasamal RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 25 may 2024-cü il tarixdə saat 11:30 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi,ev 95 nömrəli ünvanın yaxınlığında saxlanılaraq ünvan 7da yerləşən Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 12:50-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ sellefon bükülüdə təmiz çəkisi 0,628 qram olan ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Xaliq oğlu ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən 11:30 radələrində ünvan 9 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Yasamal RPİ-də xidməti otaqlardan birində polis əməkdaşları onun üzərinə baxış keçirilməsini bildirmişlər və üzərində hər hansı bir gəzdirilməsi və saxlanması qadağan olunmuş əşya və maddənin olub-olmamamasını soruşmuşlar.O da, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ sellofan bükümü çıxarıb təqdim etmişdir.Həmin büküm açılan zaman içərisində ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur.Həmin maddənin nədən ibarət olduğu soruşulduqda, bildirmişdir ki,həmin bükümün içərisində şüşə patı adlanan psixotrop maddədir.Psixotrop maddəni kimdən əldə etdiyi soruşulduqda bildirmişdir ki, “Kaktus” adlanan ərazidən anket məlumatlarını bilmədiyi şəxsdən dünən,yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında 20 manata almışdır. Bundan başqa o, əynindəki şalvarın sol yan cibindən içərisində ***-***-**-** olan göy rəngli “Viva” markalı telefon təqdim etmişdir.Təqdim etdiyi psixotrop maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür.Telefon materiala əlavə olunması üçün qablaşdırılaraq götürülmüşdür.O narkotik vasitələrin satışı ilə məşğul olmur,şəxsi istifadə edir. Üzərindən aşkar edilmiş «şüşə patı» adlandırdığı metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonu, Kaktus adlanan ərazidən üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata almış və istifadə etmək üçün üzərində saxlamışdır.O psixotrop maddə aldığı həmin şəxsi ətraflı tanımır,əvvəllər də bir neçə dəfə narkotik maddə almış, lakin onun harada yaşadığını və adının kim olduğunu bilmir.Narkoloji dispanserdə qeydiyyatda deyil.Əldə psixotrop maddəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır.Narkotik alüdəçisi olduğuna görə həmin maddəni almış və istifadə etmək üçün üzərində saxlamışdır. Saxlanılarkən və RPİ-nə gətirilərkən, eyni zamanda RPİ-də ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin NMB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır.Hazırda Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir.Onun vəzifə səlahiyyətlərimə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq, həmin şəxsləri müəyyən edərək müvafiq tədbirlər görülməsini təmin etmək, narkotik vasitələrin dövriyyədən çıxarılması üçün müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirmək və sair daxildir.Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı məlumat daxil olduğundan 25 may 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin rəisinin əmri əsasında əməliyyat tədbirləri keçirilməsi məqsədilə əməliyyat qrupu təşkil olunub və 25 may 2024-cü il tarixdə saat təxminən 11:30 radələrində Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid3 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 11 ünvanın yaxınlığına yollanmışlar.Həmin vaxt qeyd edilən ünvanın qarşısında olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər.O, da onların təklifi ilə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə gəlmişdir.Bundan sonra isə xidməti otaqların birində TŞ-nin təhqiqatçısı X4 Əli Xalıq oğlunu şübhəli şəxs qismində tutub video çəkiliş aparılmaqla onların və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir.Ə,Nadirov da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ sellofan bükümü çıxarıb təhqiqatçıya təqdim etməsi, həmin bükümün təhqiqatçı tərəfindən xidməti masanın üzərində açılaraq içərisində kütlənin aşkar olunması,həmin büküm açılan zaman içərisində ağ rəngli kristal şəkilli maddə aşkar olunması, bu barədə Təqsirləndirilən şəxs şifahi izahat verərək təqdim etdiyi bir ədəd bükümdəki kütlənin nədən ibarət olduğunu soruşduqda,Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində «patı» adlanan psixotrop maddədir.Psixotrop maddəni kimdən əldə etdiyini soruşduqda isə bildirmişdir ki,“Kaktus” adlanan ərazidən anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata almışdır.Bundan başqa Təqsirləndirilən şəxs, əynindəki şalvarın sol yan cibindən içərisində ***-***-**-** olan göy rəngli “Viva” markalı telefon təqdim etmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir predmet aşkar edilməmişdir.Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir.Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, Yasamal RPİ-nin NMB-də CA üzrə kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət edir.Hazırda Yasamal RPİ-nin NMB-də kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət edir.Onun vəzifə səlahiyyətlərinə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq, həmin şəxsləri müəyyən edərək müvafiq tədbirlər görülməsini təmin etmək, narkotik vasitələrin dövriyyədən çıxarılması üçün müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirmək və sair daxildir.Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı məlumat daxil olduğundan 25 may 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin rəisinin əmri əsasında əməliyyat tədbirləri keçirilməsi məqsədilə əməliyyat qrupu təşkil olunub və 25 may 2024-cü il tarixdə saat təxminən 11:30 radələrində Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 11 ünvanın yaxınlığına yollanmışlar.Həmin vaxt qeyd edilən ünvanın qarşısında olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər.O, da onların təklifi ilə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə gəlmişdir.Bundan sonra isə xidməti otaqların birində TŞ-nin təhqiqatçısı X4 Əli Xalıq oğlunu şübhəli şəxs qismində tutub video çəkiliş aparılmaqla onların və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ sellofan bükümü çıxarıb təhqiqatçıya təqdim etməsi, həmin bükümün təhqiqatçı tərəfindən xidməti masanın üzərində açılaraq içərisində kütlənin aşkar olunması,həmin büküm açılan zaman içərisində ağ rəngli kristal şəkilli maddə aşkar olunması, bu barədə Təqsirləndirilən şəxs şifahi izahat verərək təqdim etdiyi bir ədəd bükümdəki kütlənin nədən ibarət olduğunu soruşduqda,Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində «patı» adlanan psixotrop maddədir.Psixotrop maddəni kimdən əldə etdiyini soruşduqda isə bildirmişdir ki,“Kaktus” adlanan ərazidən anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata almışdır.Bundan başqa Təqsirləndirilən şəxs, əynindəki şalvarın sol yan cibindən içərisində ***-***-**-** olan göy rəngli “Viva” markalı telefon təqdim etmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir predmet aşkar edilməmişdir.Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin NMB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Hazırda Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir.Onun vəzifə səlahiyyətlərimə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq, həmin şəxsləri müəyyən edərək müvafiq tədbirlər görülməsini təmin etmək, narkotik vasitələrin dövriyyədən çıxarılması üçün müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirmək və sair daxildir.Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı məlumat daxil olduğundan 25 may 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin rəisinin əmri əsasında əməliyyat tədbirləri keçirilməsi məqsədilə əməliyyat qrupu təşkil olunub və 25 may 2024-cü il tarixdə saat təxminən 11:30 radələrində Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid3 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 11 ünvanın yaxınlığına yollanmışlar.Həmin vaxt qeyd edilən ünvanın qarşısında olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər.O, da onların təklifi ilə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə gəlmişdir.Bundan sonra isə xidməti otaqların birində TŞ-nin təhqiqatçısı X4 Əli Xalıq oğlunu şübhəli şəxs qismində tutub video çəkiliş aparılmaqla onların və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir.Ə,Nadirov da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ sellofan bükümü çıxarıb təhqiqatçıya təqdim etməsi, həmin bükümün təhqiqatçı tərəfindən xidməti masanın üzərində açılaraq içərisində kütlənin aşkar olunması,həmin büküm açılan zaman içərisində ağ rəngli kristal şəkilli maddə aşkar olunması, bu barədə Təqsirləndirilən şəxs şifahi izahat verərək təqdim etdiyi bir ədəd bükümdəki kütlənin nədən ibarət olduğunu soruşduqda,Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində «patı» adlanan psixotrop maddədir.Psixotrop maddəni kimdən əldə etdiyini soruşduqda isə bildirmişdir ki,“Kaktus” adlanan ərazidən anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata almışdır.Bundan başqa Təqsirləndirilən şəxs, əynindəki şalvarın sol yan cibindən içərisində ***-***-**-** olan göy rəngli “Viva” markalı telefon təqdim etmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir predmet aşkar edilməmişdir.Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir.Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin 21-ci vərəqəsində olan 25 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 82-86-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 39-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2024-cü il tarixli 3-16-16/2-6/2958 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,628 (qalıq 0,578) qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 manat təşkil etmişdir. Cinayət işinin 150-151-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024cü il tarixli, 5572 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 avqust 2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azad edilmişdir. Cinayət işinin 158-171-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 07 ədəd disk və 0,628 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqat keçirildikdən sonra qalan 0,578 qram hissəsi maddi sübut kimi tanınmış, disklər saxlanılması cinayət işinin materiallarına əlavə edilmiş, psixotrop maddə isə Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, 25 may 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında xidməti otaqlardan birində Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşlarının, 22 saylı vəkil bürosunun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ sellefon bükümü çıxararaq təhqiqatçıya təqdim etməsi, həmin bükümün təhqiqatçı tərəfindən xidməti masanın üzərində açılaraq içərisində kütlənin aşkar olunması, bu barədə Təqsirləndirilən şəxs şifahi izahat verərək təqdim etdiyi bir ədəd bükümdəki kütlənin metamfetamin olmasını və həmin maddəni 24 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu “Kaktus” adlanan yerdə üzdən tanıdığı,lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat qarşılığında əldə edib şəxsi istifadəsi üçün üzərində daşımasını bildirmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə kompyuter-texniki ekspertizasının 24 iyul 2024-cü il tarixli 5/744 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, 1.Təqdim edilmiş bir ədəd sensor ekran və «Android 10» əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd «VİVO X27 markalı "xxxx" modelli «**********93312» «**********93304» imei kodlu smartfon olması müəyyən edildi.»
2. Təqdim edilmiş bir ədəd sensor ekran və «Android 10» əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd «VİVO X27 markalı "xxxx" modelli mobil smartfonun yaddaşından toplanmış mövcud olan və pozulmuş məlumatlar aşkar edilərək 05 ədəd DVD-R tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Cinayət işi üzrə bir ədəd sensor ekran və «Android 10» əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd «VİVO X27 markalı "xxxx" modelli mobil smartfonun yaddaşından toplanmış mövcud olan və pozulmuş məlumatlar aşkar edilərək 24 iyul 2024-cü il tarixli 5/744 nömrəli ekspert rəyinə əlavə edilmiş 05 ədəd DVD-R tipli optik diskələrə ayrıayrılıqda baxış keçirilərkən kompyuterin disk oxuducusu vasitəsi ilə açıldıqda mövcud fayllarda istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir.05 ədəd DVD-R disklər qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Azərcell MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, 17071 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə keçirilərkən müəyyən edilmişdir ki,üzərində markalanma yazısı olmayan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd sadə fayl müəyyən edilmişdir.CD diskin içərisində istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. 01 ədəd CD disk qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-in 51 və 85-ci maddələrinin tələblərinə müvafıiq olaraq hadisənin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, hadisənin baş vermə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd sensor ekranlı «Android» əməliyyat sistemi ilə təhciz olunmuş «VİVO» markalı “X 27” modelli mobil smartfona baxış keçirilərkən «Android» əməliyyat sistemi ilə təhciz olunmuş «VİVO» markalı “X27” modelli mobil telefonun monitor hissəsinin qara rəıngli şüşədən və arxa korpusu göy rəngli şüşədən ibarət olması,mobil telefonun üz tərəfində cızıqlar olmaqla arxa hissəsində gözlə görünən zədələrin mövcud olması müəyyən edilməklə baxış zamanı mobil telefonun işlək vəziyyətdə olmaması müəyyən edilmişdir.Baxış keçirilməsinə dair protokol Yasamal RPİdə tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, A.Qədiməliyevin xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolu və "xxxx" disk, bir ədəd sensor ekran və «Android 10» əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd «VİVO X27 markalı "xxxx" modelli mobil smartfonun telefon, Azərcell MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, 17071 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk, 24 iyul 2024-cü il tarixli 5/744 nömrəli ekspert rəyinə əlavə edilmiş 05 ədəd DVD-R tipli optik iş üzrə maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün etirafı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməməsini onun özünümüdafiə etməsi kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 avqust 2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azad edilmişdir, lakin məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada üzərindən götürülmədiyi halda, yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 25 may 2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5572 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,578 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 07 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 145 manat 53 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa cinayət işi üzrə maddi sübut Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, A.Qədiməliyevin xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolu və "xxxx" disk, Azərcell MMC-dən alınmış 2024-cü il tarixli, 17071 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk, 24 iyul 2024-cü il tarixli 5/744 nömrəli ekspert rəyinə əlavə edilmiş 05 ədəd DVD-R tipli optik disk iş cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd «VİVO X27 markalı "xxxx" modelli mobil telefon isə sahibinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs Xaliq oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Xaliq oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Xaliq oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Xaliq oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,578 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, A.Qədiməliyevin xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolu və "xxxx" disk, Azərcell MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, 17071 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk, 24 iyul 2024-cü il tarixli 5/744 nömrəli ekspert rəyinə əlavə edilmiş 05 ədəd DVD-R tipli optik disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «VİVO X27 markalı "xxxx" modelli mobil telefon isə sahibinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 145,53 (bir yüz qırx beş manat əlli üç qəpik) manat Təqsirləndirilən şəxs Xaliq oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100 00 00 00 003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs Xaliq oğluna hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən:Sevinc Quliyeva