Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-511/2025 23.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1999-cu ildə Saatlı şəhərində doğulmuş, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib, Zərərçəkmiş şəxs3 Saatlı şəhərində yerləşən Saatlı mədəniyyət evinə işə düzəldəcəyi barədə yalan vədlər verib inandırıb aldadaraq 23 avqust 2024-cü il tarixdə, saat 00:35-də Saatlı şəhəri, Heydər Əliyev prospekti 131 ünvanında yerləşən "Kapital Bank” ASC-yə məxsus bankomatın qarşısında Zərərçəkmiş şəxs3 2.200 manat pul alaraq ələ keçirib zərərçkəmiş səxs Zərərçəkmiş şəxs3 2.200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib, Zərərçəkmiş şəxs2 gizir rütbəsi ilə Müdafiə Nazirliyinin Mülki Müdafiə Qoşunlarında işə qəbul etdirəcəyi barədə yalan vədlər verib inandırıb aldadaraq Zərərçəkmiş şəxs2 05 sentyabr 2024-cü il tarixdə, saat 14:54-də ünvan 3 ünvanında yerləşən "Səma” şadlıq sarayının qarşısındakı "Sultan” çay evində olarkən mobil telefonda olan "Kapital Bank” ASC-yə aid "Birbank" mobil tətbiq vasitəsilə son rəqəmləri 2931 olan bank kartına göndərdiyi 4.000 manat məbləğində pulu ələ keçirib zərərçkəmiş səxs Zərərçəkmiş şəxs2 4.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib, Zərərçəkmiş şəxs1 Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyi barədə yalan vədlər verib inandırıb aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 18 noyabr 2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən "Nəriman Nərimanov" parkının qarşısında Zərərçəkmiş şəxs1 qohumu Şahid2 10.500 manat pulu, 18 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 atası Şahid1 Mingəçevir şəhəri, Qres qəsəbəsində yol kənarında quraşdırılmış “Milli ön” elektron ödəmə terminalı vasitəsilə bank kartına göndərmiş olduğu 1.500 manat pulu, 06 dekabr 2024-cü il tarixdə ünvan 6 ünvanında yerləşən "Bravo" marketin qarşısında Zərərçəkmiş şəxs1 7.800 manat və sonuncu dəfə 2025-ci ilin yanvar ayının ortalarında ünvan 6 ünvanında yerləşən "Bravo" marketin içərisində Zərərçəkmiş şəxs1 4.800 manat məbləğində pulunu alaraq ələ keçirib zərərçkəmiş səxs Zərərçəkmiş şəxs1 ümumilikdə 24.600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham aktında qeyd edilənlərlə tam razıdır. Mədəniyyət evinin yanında Zərərçəkmiş şəxs3 2200 manat pul almışdır. Ona deyib ki, Dövlət Təhlükəsizlik Xidmətində işləyir. Zərərçəkmiş şəxs2 isə mülki müdafiə bölməsinə işə düzəltmək üçün 4000 manat pulu “Sultan” çay evinin yanında almışdır. Ona DTX-da işlədiyini demişdir. Pulları atasının müalicəsi üçün almışdır. Kimisə işə düzəltmək fikri yox idi. Zərərçəkmiş şəxs1 isə DTX-da işə düzəltmək üçün 30000 pul almışdır. Ondan 7500 qaytarmışdır. Ona qalıq borcu 24600 manatdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, valideynləri xəstə ola-ola tapıb ona 2200 manat verib. Ondan ötrü ki, onu Mədəniyyət Nazirliyində fəhlə kimi işə düzəltməli idi. Formada gəzdiyi üçün onu inandırıb. Ancaq heç bir işədüzəlmə olmayıb. Ona dəymiş ziyan ödənilməmişdir, ziyanını tələb edir, təqsirləndirilən şəxsin cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, ilk öncə 44 günlük vətən müharibəsi iştirakçısıdır. Rayonda tanış axtarırdı. Hərbiyə qayıtmaq istəyirdi. Heç olmasa sürücü kimi. 3700 əvvəl danışıblar, sonra 200 də istəyib. 4000 manat verib, 100 manatını da halal edib. Heç yerə onu işə düzəltməyib. Pulunu qaytarmadığı kimi, hələ ondan 5000 manat borc da alıb. Ona dəymiş ziyan ödənilməmişdir, ziyanını tələb edir, təqsirləndirilən şəxsin cəzalanmasını xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edib qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onu aldadaraq ümümilikdə 24600 manat pul almışdır. Həmin puldan cəmi 1450 manat pul qaytarmışdır. 23150 manat maddi ziyan hələ də ödənilməyib. Hazırda şikayətçidir. Hərbi qulluqçu olduğu üçün məhkəmə iclaslarında hər dəfə iştirak edə bilmir. Onun iştirakı olmadan iclasların keçirilməsini və təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bibisinin oğlu Zərərçəkmiş şəxs1 görə tanımışdır. Nemət ondan 11000 manat pul istəyib. Kredit götürüb kartdakı 10800 manat pulu verib. Dostu adlandırdığı Elçin adlı şəxs gəlib. Formada idi. Əlbəəl ona 10500 sayıb vermişdir. Zarafatla deyib ki, nömrə də qoy. Atıb eləsə, xəbərləri olsun. Ümumilikdə 24600 manat verilməli idi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Elçin Nemətə DTX-da işləməsini demişdir. İşə düzəltmək adı ilə 25000 pul istəmişdi. 7800 manatın onun yanında verib. “20 Yanvar” da yerləşən Bravo marketin yanında. Bütün pullar çatıb. 23100 məbləğ qalıb. Hətta ona da nazirlikdə iş təklif etmişdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özü hər şeyi etiraf edib. Onlar şəxsə qarşı qonaqpərvər və xeyirxah olmuşdurlar. Oğlu Zərərçəkmiş şəxs1 30 000 manat pul alıb. Həmin pul bankdan kreditə götürülüb və Elçinə verilib. O puldan 7500 manat qaytarılıb. 23150 manat ziyan qalıb. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.1-ci maddələrinin tələblərini rəhbər tutur və hesab edir ki, təyin edilən cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına, təqsirləndirilən şəxsin şəxsiyyətinə, habelə cəzanın məqsədlərinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən və Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(097)-315/2024 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1- 1(097)-315/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə təqsirli bilinib ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 1 (bir) il sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Saatlı Rayon İcra və Probasiya Şöbəsinin 15 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-315/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilmiş, 01 il sınaq müddəti müəyyən edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə cəzası başa çatdığından üçün Saatlı Rayon İcra və Probasiya Şöbəsindən qeydiyyatdan çıxarılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən ictimai təhlükəli əməlin sonuncu dəfə 2025-ci ilin yanvar ayının ortalarında törədilməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən, sınaq müddəti başa çatmadan yenidən hazırkı cinayəti törətmişdir. Belə olduğu təqdirdə Azərbaycan Respublikasının CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır. İş materiallarından görünür ki, baxmayaraq ki, xx.xx.2025-ci il tarixdə sınaq müddəti formal olaraq başa çatmış və təqsirləndirilən şəxs probasiya qeydiyyatından çıxarılmışdır, lakin hazırkı cinayət əməli sınaq müddəti bitməmiş – 2025-ci ilin yanvar ayında törədilmişdir. Bu baxımdan hüquqi qiymətləndirmə cinayətin törədildiyi vaxta görə aparılmalıdır. Belə ki, hazırkı işdə cinayət əməli əvvəlki hökm üzrə sınaq müddəti ərzində törədildiyindən və həmin müddətdə başa çatdığından, şərti məhkum etmənin formal olaraq başa çatması Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinin tətbiqinə mane olmur. Əks halda, qanunun məqsədi və şərti məhkum etmə institutunun preventiv mahiyyəti pozulmuş olardı. Bununla da hazırkı cinayəti, əvvəlki hökmlə sınaq müddəti başa çatmayan müddətdə törətdiyi üçün və hazırkı cinayət qəsdən törədilən az ağır cinayət hesab edildiyi üçün Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-315/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətinə şərti məhkum etmə ləğv edilməli və ona Azərbaycan Respublikası CMnin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Lakin “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun qərarının 5-ci bəndinin d) hissəsinə görə qətimkan tədbiri qismində həbsdə olma müddəti hədlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin cəzaçəkmə müəssisəsində cəza çəkməmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs əvvəlki hökm üzrə azadlıqdan məhrum etmə cəzasını faktiki olaraq çəkməmiş, cəza şərti tətbiq edilmişdir. Bu səbəbdən cəzaçəkmə müəssisəsinin növü müəyyən edilərkən bu hal ayrıca qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda nəzərə alır ki, cinayət bir neçə zərərçəkmişə qarşı törədilmiş, zərər əhəmiyyətli məbləğdə olmuş, zərər ödənilməmiş, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmiş, dövlət orqanlarında işləməsi barədə yalan məlumat verməklə vətəndaşları aldatmışdır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da tutulmuşdur. Saatlı Rayon Məhkəməsinin 17 may 2025-ci il tarixli, 4(055)-37/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50-də tutulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 4(004)- 623/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o məhkəmə iclas zalından həbsdən azad edilmişdir. “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 12 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 4(004)- 511/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2025-ci il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. İş üzrə maddi sübut tanınmış CD-R disk cinаyət işinin mаtеriаllаrındа saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə xərcləri, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(097)-315/2024 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətinə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Təqsirləndirilən şəxs oğluna Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(097)-315/2024 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 2 ay 28 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 3 il 3 ay 2 gün (üç il üç ay iki gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 13 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-511/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-511/2025
23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver