Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-512/2022 02.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi X5, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Goranboy rayonu, Dəliməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, döngə 4, yataqxana 5, otaq 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində cəza çəkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2021-ci il tarixdə saat 01:48-də Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 162 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Brend Hicab” adlı qadın üst geyimləri mağazasının şüşə qapısının kilidini üzərində daşıdığı vintaçanla sındıraraq içəriyə qanunsuz daxil olub, oradakı dolabdan 1315 (bir min üç yüz on beş) manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03:20 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Avaz” aptekin qapısının kilidini üzərində daşıdığı vintaçanla sındıraraq içəriyə qanunsuz daxil olub, həmin aptekdə kassa kimi istifadə olunan ağ rəngli taxta dolabın birinci siyirməsindən müxtəlif əskinaslarla 500 manat nağd pul, bir ədəd 300 manat dəyərində “Samsung” markalı, SM-A217F/DS modelli, **********28825, **********28822 imei kodlu mobil telefon və həmin telefonun üzərində olan 60 manat dəyərində ***-***-**-** mobil nömrəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 860 (səkkiz yüz altmış) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər törətmiş olduğu cinayət əməllərinə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Atası ilə anası uzun müddətdir ki, ayrılmışdırlar. O, bir müddət Gəncə şəhərində anası Afaq ilə birlikdə yaşamışdır. Lakin sonradan Bakı şəhərinə gələrək gündəlik kirayə olan 2-3 manatlıq evlərdə yaşayıb müxtəlif işlər görməklə pul qazanıb gündəlik ehtiyaclarını ödəmişdir. O, Bakı şəhərində olduğu müddət ərzində günə muzd işlər tapıb işləmədikdə pula ehtiyacı yaranırmışdır. Bu səbəbdən də müxtəlif yerlərdən oğurluq edərək gündəlik ərzağa olan tələbatını ödəyirmiş. xx.xx.2021-ci il tarixdə axşam saatlarında əslən Şəmkir rayonundan olan, onun yaşıd dostu Məhəmməd Vəliyevlə görüşmüşdür. Onların pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdirlər. Bu məqsədlə o və dostu Məhəmməd oğurluq etmək məqsədi ilə əlverişli olan obyekt tapmaq üçün təxminən 2-3 saat Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində piyada gəzişməyə başlamışdırlar. xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində o və Məhəmməd A.M.Şərifzadə küçəsində gəzişərək üzərində “Brend Hicab” yazılmış mağazanın qarşısına gəlmişdirlər. Onlar həmin mağazada pul ola biləcəyini düşünərək ətrafa baxıb onları heç kimin görmədiyinə əmin olduqdan sonra qeyd olunan mağazaya girməyə qərar vermişdirlər. Bu məqsədlə o, üzərində olan vintaçanla mağazanın şüşədən olan qapısına yaxınlaşıb qapının sol alt hissəsində olan kilidə müdaxilə etmişdir. Həmin vaxt Məhəmməd küçədə dayanıb ətrafa baxırmış ki, gələn olsa ona xəbər etsin. O, əlində olan vintaçanla qapının kilidini sındıraraq qapısını açmışdır. Bundan sonra onların hər ikisi həmin mağazaya daxil olaraq orada pul və ya başqa bir qiymətli əşya axtarmağa başlamışdırlar. O, mağazada pul yığmaq üçün nəzərdə tutulan kassa axtarsa da, tapa bilməmişdir. Həmin vaxt mağazada olan dolablara baxan zaman orada bir neçə dəftər olduğunu görmüşdür. Həmin dəftərləri götürüb silkələyərkən dəftərlərin içərisindən pullar tökülmüşdür. Bu zaman o, həmin pulları götürərək Məhəmmədlə birlikdə mağazadan çıxıb oradan uzaqlaşmışdırlar. Onlar mağazadan xeyli uzaqlaşdıqdan sonra oradan götürdükləri pulları sayarkən görmüşdür ki, mağazadakı dəftərlərin arasından 1315 manat pul götürüb. O, həmin pulu Məhəmmədlə arasında ona 660 manat, Məhəmmədə isə 655 manat düşmək şərti ilə bölmüşdür. Bundan sonra oğurladıqları pullardan paylarına düşən hissə ilə hər biri yemək alıb yemişdirlər. Qalan pulları isə şəxsi ehtiyaclarına xərcləmişdirlər. Həmin pul bir neçə gün onların ehtiyacını ödəmişdir. Bundan sonra Məhəmməd ona polis tərəfindən tutulmaqdan qorxduğunu bildirib Şəmkir rayonuna gedərək orada gizlənəcəyini demişdir. O, Məhəmmədlə razılaşmış və sonuncu doğulduğu Şəmkir rayonuna getmişdir. Bundan sonra o, Məhəmmədi bir daha heç vaxt görməmişdir. Özü isə həmin hadisədən sonra bir neçə dəfə də oğurluq hadisələri etmiş və həmin hadisələrlə bağlı barəsində araşadırmalar aparılmışdır. O, Məhəmmədlə birlikdə 1315 manat pulunu oğurladığı Zərərçəkmiş şəxs1 tanımır, sonuncuyla əvvəllər hər hansı düşmənçilik münasibəti və ya ədavəti olmamışdır. Məhəmmədlə birlikdə yalnız xx.xx.2021-ci il tarixdə gecə saat 02 radələrində “Brend Hicab” mağazasından 1315 manat pulu oğurlamışdır. Bundan başqa Məhəmmədlə birlikdə heç bir cinayət hadisəsi törətməmişdir. Daha sonra özü təkbaşına bir neçə dəfə xırda oğurluq cinayətləri törətmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə pulu olmadığı üçün küçələrdə gəzərək oğurluq etmək üçün münasib bir yer axtarırmış. Bu məqsədlə gəzişərək xx.xx.2022-ci il tarixdə gecə saat 03:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələsgərov küçəsinə gəlib çıxmışdır. Həmin küçədə gəzişən zaman üzərində “Avaz” yazılmış aptekin qarşısından keçərkən həmin aptekin qapısının şüşədən olduğunu görüb aptekə rahatlıqla daxil ola biləcəyini düşünərək oradan oğurluq etmək qərarına gəlmişdir. O, ilkin olaraq aptekin giriş qapısına yaxınlaşaraq əlindəki mobil telefonunun fanarını yandırıb bayırdan aptekin içərisinə nəzər salmağa başlamışdır. Aptekin içərisində kimsənin olmadığını gördükdən sonra aptekin qarşısından uzaqlaşıb təxminən 1-2 dəqiqə aptekin yanında dayanmışdır ki, həmin istiqamətdə insanların gediş-gəlişinin nə dərəcədə sıx olduğunu müşahidə etsin. Aptekin yanında 1-2 dəqiqə gözləyib kimsənin həmin küçədən keçmədiyini müşahidə etdikdən sonra yenidən aptekin önünə yaxınlaşmış və aptekin qapısının kilidini özüylə gətirdiyi, üzərində olan vintaçan ilə qıraraq içəri daxil olmuşdur. İçəri qaranlıq olduğundan əlindəki mobil telefonunun fanarı ilə hərəkət edirmiş. Aptekə daxil olduqdan sonra əlindəki mobil telefonun fanarı ilə ətrafı özü üçün işıqlandırıb orada pul və ya başqa bir qiymətli əşya, xüsusilə də kassanı axtarmağa başlamışdır. Aptekdə kassa görməsə də, üzərində komputer olan piştaxtanın altındakı siyirmələrin kassa kimi işlədildiyini düşünüb həmin siyirmələri axtarmağı qərara almışdır. Piştaxtanın yanındakı dolablara əlindəki mobil telefonun fanarı ilə nəzər salaraq piştaxtanın altındakı ağ rəngli taxta dolabın birinci siyirməsini açmış və içərisində həm kağız, həm də dəmir pullar olduğunu görmüşdür. Pulları rahat şəkildə siyirmədən götürmək üçün əlindəki mobil telefonu piştaxtanın üzərinə qoymuşdur. Həmin siyirmədən ilk olaraq kağız pulları götürmüşdür. Daha sonra siyirmədə qabların birində dəmir qəpiklər olduğunu görüb həmin pulları da telefonuyla birlikdə əlinə götürüb piştaxtanın yanından uzaqlaşmışdır. Geri qayıdarkən yan tərəfdəki ağ rəngli piştaxtalardan birinin üzərində “Samsung” markalı mobil telefon olduğunu gördükdən sonra əlində tutduğu, içərisində qəpik pullar olan qabı piştaxtanın üzərinə qoymuşdur. Bundan sonra o, bir əliylə piştaxtanın üzərindəki “Samsung” markalı mobil telefonu, digər əliylə isə içərisində dəmir qəpik pullar olan qabı götürüb aptekdən uzaqlaşmışdır. O, aptekdən xeyli uzaqlaşdıqdan sonra oradan götürdüyü pulları sayarkən görmüşdür ki, aptekdəki siyirmədən kağız əskinas və dəmir pullarla birlikdə, ümumilikdə 500 manat pul oğurlamışdır. O, həmin pulları və “Samsung” markalı mobil telefonu cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin pulları öz şəxsi ehtiyaclarına, xüsusilə qidalanmasına xərcləmişdir. Aptekdən oğurladığı “Samsung” markalı mobil telefonun üzərində olan sim nömrəni çıxardıb ataraq həmin mobil telefonu Gəncə şəhərində yaşayan xəstə anasına göndərmək üçün Kubinka adlanan ərazidə gündəlik 2-3 manata kirayə yaşadığı evin yerləşdiyi məhəllədə kirayə yaşayan tanıdığı Şahid vermişdir ki, saxlasın. Bundan bir müddət sonra o, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin mobil telefon Şahid qalmışdır. O, 500 manat pulunu və “Samsung” markalı mobil telefonunu oğurladığı Zərərçəkmiş şəxs2 tanımır, sonuncuyla əvvəllər hər hansı düşmənçilik münasibəti və ya ədavəti olmamışdır.Şahid telefonun oğurluğ olmasından xəbəri olmamışdır. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın ödənilməsini, həmçinin onun ağır həyat və tərbiyə şəraitini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspert rəyi, CD diskdə, həmçinin yaddaş kartında olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailəsini dolandırmaq məqsədilə ünvan 3 ünvanında yerləşən “Brend Hicab” mağazasını işlədirmiş. Mağazada özü işləyir və mağazada yerləşən bütün əmlaklar ona məxsusdur. Mağazanın giriş qapısının üzərində qıfıl vardır. O, hər gün saat 09 və ya 10-dan axşam saat 18 radələrinədək işləyirmiş. Axşam isə evə gedəndə qapının qıfılını özündə olan açarla bağlayırmış. 29 sentyabr 2021-ci il tarixdə həmişə olduğu kimi axşam saatlarında o, yenə də iş saatı bitdikdən sonra mağazanın kilidini bağlayaraq yaşadığı ünvana getmişdir. 30 sentyabr 2021-ci il tarixdə təxminən saat 09:19 radələrində o, mağazaya gəlib mağazanın qapısının kilidini açmaq istədikdə kilidin açıq olduğunu görmüş, həmin vaxt qapının gecə saatlarında kiminsə tərəfindən açılmasını başa düşərək mağazaya daxil olmuş və mağazada olan dolabın yuxarı siyirməsinə baxdıqda oraya qoyduğu, ona məxsus 1315 manat pulun yerində olmamasından mağazadan oğurluq edildiyini anlamışdır. Bundan sonra o, oğurluq hadisəsi barədə dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra mağazada quraşdırılmış videomüşahidə kamerasına baxan zaman iki nəfər kişi cinsli şəxsin mağazaya daxil olaraq 1315 manat pulunu oğurladığını görmüşdür. Oğurluq hadisəsi vaxtı işlətdiyi “Brend Hicab” mağazasının qapısının kilidinin sındırılması nəticəsində ona təxminən 60 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəhsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, o, 2021-ci ilin sentyabr ayından ünvan 4 ünvanında yerləşən təxminən 100 kvadrat metr sahəni əhatə edən obyekti icarəyə götürüb “Avaz” adı altında aptek kimi işlədirmiş. Həmin aptekin içərisində olan dərman preparatları və həmin dərman preparatlarının gündəlik satışından əldə olunan gəlir ona məxsusdur. O, həmin apteki hər gün saat 08:00 radələrində açıb gecə 02:00 radələrində bağlayırmış. Həmişə olduğu kimi xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində o, özünə məxsus həmin aptekin allüminium çərçivəli, içərisi bütöv şüşə olan qapısının kilidini bağlayıb evinə getmişdir. Həmin gün səhər saat 08:00 radələrində o, aptekin qarşısına gəlib qapısını açmaq istəyən zaman görmüşdür ki, axşam bağladığı qapı açıq vəziyyətdə qalmışdır. O, dərhal aptekdən oğurluq edilməsindən şübhələnərək aptekə daxil olub içəriyə baxış keçirən zaman aşkar etmişdir ki, aptekdə olan ağ rəngli piştaxtanın arxasında kassa kimi istifadə etdikləri ağ rəngli taxta dolabın birinci siyirməsində gündəlik alver üçün saxladıqları müxtəlif əskinaslar və dəmir pullarla ümumilikdə 500 manat xırda nağd pul və piştaxtanın üzərində olan ona məxsus “Samsung A21” markalı mobil telefon aparatı oğurlanmışdır. Bundan sonra o, aptekə daha ətraflı baxış keçirib başqa heç bir əşyanın oğurlanmadığına əmin olduqdan sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışdırlar. O, polislər hadisə yerinə gələnə kimi aptekdə quraşdırdıqları müşahidə kamerasına baxış keçirən zaman müəyyən etmişdir ki, bir nəfər 15-20 yaşlarında əynində uzun gödəkçə olan cavan oğlan xx.xx.2022-ci il tarixdə saat 03:40 radələrində onun işlətdiyi “Avaz” aptekə daxil olaraq əlində olan mobil telefonun işığı ilə piştaxtanın arxasına keçib kassa kimi istifadə etdikləri dolabın birinici siyirməsində saxladıqları 500 manat xırda pulları və piştaxtanın üzərindən ona məxsus “Samsung” markalı mobil telefon aparatını oğurlayaraq apteki tərk edib oradan uzaqlaşır. O, həmin müşahidə kameralarının qeydə aldığı görüntülərlə hadisə yerinə gəlmiş polis əməkdaşlarını da tanış etmişdir. Baş vermiş hadisə zamanı ona məxus oğurlanmış mobil telefon apartı “Samsung A21” markalı, 32GB yaddaş tutumuna malik olmuş, lakin modelini xatırlamırmış. Həmin telefonu o, 2021-ci ilin sentyabr ayının axırları 300 manat pul müqabilində almışdır. Oğurluq hadisəsi zamanı 500 manat nağd pulu, 300 manat dəyərində “Samsung” markalı mobil telefonu və həmin telefonun üzərində olan 60 manat dəyərində mobil nömrəsi oğurlanmış və nəticədə ona ümumilikdə 860 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsini törətmiş şəxs işlətdiyi aptekin qapısını zor tətbiq edərək açsa da, qapıda heç bir zədə olmadığı üçün bununla bağlı ona heç bir maddi ziyan dəyməmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədə ona dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını və onunla barışmasını göstərmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə cinayət işinin istintaqı aparıldığından məlumatlıdır. Təqsirləndirilən şəxs ilə hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. O, hazırda Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə kirayə yaşayırmış. Daimi iş yeri olmasa da, müvəqqəti işlər olduqca günə muzd işləyirmiş. Rafiqi təxminən bir il bundan qabaq “Kubinka” adlanan ərazidə yaşadığı zamandan tanımış, sonuncu ilə dostluq münasibətləri olmuşdur. Bəzi vaxtlar Rafiq onunla birlikdə günü 15-20 manatlıq fəhləlik işlərində işləmişdir. 12 yanvar 2022-ci il tarixdə o, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə olarkən Təqsirləndirilən şəxs əlində tünd göy rəngli, “Samsung” markalı mobil telefon ilə birlikdə ona doğru yaxınlaşmışdır. Rafiq onunla salamlaşıb əhvalını soruşduqdan sonra əlində tutmuş olduğu tünd göy rəngli, “Samsung” markalı mobil telefonu ona verərək həmin mobil telefonu Gəncə şəhərində yaşayan xəstə anası üçün aldığını və daimi yaşayış yeri olmadığı üçün həmin telefonu Gəncə şəhərinə gedənə kimi saxlamasını, daha sonra gəlib ondan götürəcəyini bildirmişdir. O, Rafiqdən günə muzd işləyə-işləyə həmin mobil telefonu necə aldığını soruşduqda, Təqsirləndirilən şəxs ona həmin mobil telefonu işlənmiş vəziyyətdə 28 May metrostansiyasının yaxınlığındakı mobil telefon dükanlarının birindən işlənmiş vəziyytədə olduğu üçün ucuz qiymətə aldığını demişdir. O da mobil telefonu xarici görünüşündən o qədər də bahalı olmayan mobil telefona bənzədib Rafiqin dediklərinə inanmış və mobil telefonu sonuncunun dediyi kimi götürüb özündə saxlamışdır. Bundan bir müddət sonra onun Rafiqlə əlaqəsi kəsilmişdir. Lakin Rafiqdə onunla əlaqə saxlaması üçün “***-***-**-**” mobil nömrəsi olduğuna görə gözləyirmiş ki, nə vaxtsa Rafiq özü onunla əlaqə saxlayar. Bundan təxminən 5-6 ay sonra bir nəfər tanımadığı nömrədən ona zəng edərək Yasamal RPİ-nin əməkdaşı olduğunu bildirib ondan Rafiqi tanıyıb-tanımadığını soruşmuşdur. O da telefonda həmin polis əməkdaşına Rafiqi tanıdığını bildirmişdir. Bu zaman həmin polis əməkdaşı ondan Rafiqin ona mobil telefon verib-vermədiyini soruşduqda o, sözügedən şəxsə Rafiqin ona 2022-ci ilin yanvar ayında bir ədəd “Samsung” markalı mobil telefon verdiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona demişdir ki, Rafiqin ona verdiyi mobil telefonu da götürüb Yasamal RPİ-nin 27-ci PB-nə yaxınlaşsın. O da polis əməkdaşı ilə razılaşaraq Rafiqin ona saxlaması üçün verdiyi 01 ədəd “Samsung” markalı mobil telefonu da götürüb polis bölməsinə gəlmişdir. O, orada öyrənmişdir ki, Rafiq oğurluq etdiyinə görə bir neçə ay bundan əvvəl polis əməkdaşları tərəfindən həbs olunmuşdur. Bu səbəbdən o, Təqsirləndirilən şəxs ona vermiş olduğu tünd göy rəngli, “Samsung” markalı mobil telefonu istintaqa könüllü şəkildə təqdim edəcəkdir. Rafiqi təxminən bir il olar ki, tanıyırmış. Rafiqlə arasında heç bir ədavət və ya düşmənçilik münasibəti olmamışdır. Onun Təqsirləndirilən şəxs əvvəllər hər hansı bir yerdən oğurluq etməsi barədə məlumatı olmamış, bu barədə ilk dəfə polis bölməsində eşitmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 01 ədəd “Samsung” markalı mobil telefonu ona verən zaman həmin mobil telefonu 28 May metrostansiyasının yaxınlığındakı mağazaların birindən işlənmiş vəziyyətdə Gəncə şəhərində yaşayan anası üçün aldığını bildirib saxlaması üçün ona vermişdir. Rafiq həmin mobil telefonun oğurluq olması barədə ona heç bir məlumat verməmişdir. Bunu Rafiqin özü də təsdiq edə bilər. Cinayət işinin 257-269-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 21 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd tünd göy rəngli, 32 GB yaddaş tutumuna malik, “Samsung A21” markalı mobil telefon aparatı, 01 ədəd CD disk və 01 ədəd yaddaş kartı maddi sübut kimi tanınmışdır. Mobil telefon aparatı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmiş, CD disk və yaddaş kartı cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 105-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli, 9/6700 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatina təqdim edilmiş 01 ədəd “Samsung” markalı, SM-A217F/DS modelli mobil telefon satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 180,00 manat müəyyən olunur. Cinayət işinin 104-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 52-58; 61-66; 71-77 və 253-254-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən, həmçinin məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdiş; Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 və 66.5-ci maddələri tətbiq edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il azaldılmış; Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sonda Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1, 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə 03 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilən CD diskdə 01 ədəd fayl vardır. Həmin fayl açıldıqda içərisində 01:31 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 5 ünvanında yerləşən “Brend Hicab” mağazasının içəri hissəsində quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2021-ci il tarixdə saat 01:48:52-dən başlayaraq həmin mağazanın giriş hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünün ilk saniyələrində Təqsirləndirilən şəxs və X2 mağazanın çöl hissəsindən mağazanın qapısını açmağa çalışdıqları görünür. Videogörüntünüün 19-cu saniyəsində Təqsirləndirilən şəxs və X2 mağazanın şüşədən olan qapısının kilidini qıraraq içəriyə daxil olduqları əks olunur. Belə ki, mağazanın içərisinə daxil olduqdan sona nisbətən hündürboy, əynində tünd qara rəngə bənzəyən köynək və şalvar olan şəxs Təqsirləndirilən şəxs, başında ağ rəngə bənzər papaq və gödəkçə olan, nisbətən alçaqboy şəxs isə Məhəmməd Vəliyevdir. Videogörüntüdə sözügedən şəxslərin içəri daxil olduqdan sonra mağazadakı stola doğru yaxınlaşdıqları, daha sonra stolun üzərini axtardıqları görünür. Qeyd olunan videomüşahidə kamerasında sözügedən şəxslər gözdən itdikdən sonra görüntünün 41-ci saniyəsində nömrəsi görüntüdə görünməyən, başqa bir müşahidə kamerasının qeydə aldığı görüntülərə keçid edilir. Həmin müşahidə kamerasının əks etdirdiyi görüntünün ilk saniyələrində X7 Vəliyevin stolun üzərini axtarmağa davam etdikləri, videogörüntünün 56-cı saniyəsində Rafqi Qasımovun stolun altındakı siyirmənin içindən ağ rəngə oxşar, kağız əskinasa bənzər əşya götürdüyü görülür. Videogörüntünün 01:02-ci saniyəsində Rafiq Orucov bayaq siyirmədən götürdüyü ağ rəngə oxşar, kağız əskinasa bənzər əşyanın əynindəki tünd rəngli şalvarının sağ yan cibinə qoyur. Videogörüntünün ardında Rafiqlə Məhəmmədin yenidən stolun siyirməsini axtardıqları müşahidə edilir. Görüntünün 01:22-ci saniyəsində Məhəmməd Vəliyevin sağ əlində naməlum, qara rəngli əşya oloduğu görülür, 01:26-cı saniyədə M.Vəliyev aşağı əyilməklə həmin naməlum əşya gözdən itir. Həmin vaxt ərzində Rafiqin də stolun aşağısındakı siyirməni axtardığı müşahidə olunur. Göstərilən qaydada hər iki şəxsin siyirməni axtarmaları görüntüsü ilə 01:31-ci saniyədə videogörüntü sonlanır. Bundan başqa təqdim olunmuş içərsində 01 ədəd video görüntü faylı olan CD diskdə iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir. Cinayət işinin materiallarında olan yaddaş kartına məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilən 01 ədəd yaddaş kartında 1_01_R_**********5629, 1_02_R_**********5629, 1_04_R_**********5629, 1_05_R_**********0001, 1_07_R_**********5739 və 1_08_R_**********5740 adlı 06 ədəd fayllar vardır. 1_01_R_**********5629 adlı fayl açıldıqda 01:03:31 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 6 ünvanında yerləşən “Avaz” aptekinin bayır hissəsinin girişində quraşdırılmış 01 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 02:56:30-dan başlayaraq həmin aptekin giriş hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünün 29:04-cü saniyəsində Təqsirləndirilən şəxs əlindəki mobil tefonla birlikdə görünür, 29:10-cu saniyədə əlindəki mobil telefonun fanarını yandırıb aptekin giriş hissəsindən içinə doğru baxdığı qeydə alınır. Daha sonra aptekin giriş hissəsindən uzaqlaşır və görüntünün 29:25ci saniyəsində gözdən itir. Videogörüntünün 30:15-ci saniyəsində Təqsirləndirilən şəxs yenidən qayıdıb “Avaz” aptekin önünə gələrək aptekin qapısını sındırmağa çalışdığı görünür. Videogörüntünün 30:24-cü saniyəsində isə Təqsirləndirilən şəxs aptekin qapısını sındıraraq içəri daxil olduğu görünür. Videogörüntünün 32:17-ci saniyəsində isə Təqsirləndirilən şəxs ətrafa boylanıb apteki tərk edərək bayaq gəldiyi istiqamətdə getdiyi görünür. Bundan başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 04:00:00-da başa çatır. 1_02_R_**********5629 adlı fayl açıldıqda 01:01:10 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 6 ünvanında yerləşən “Avaz” aptekinin giriş hissəsində quraşdırılmış 02 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 02:56:21-dən başlayaraq həmin aptekin giriş hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünün 29:17-ci saniyəsində Təqsirləndirilən şəxs əlindəki telefonla birlikdə kamerada görünür, 29:20-ci saniyədə əlindəki telefonla aptekin giriş hissəsinə yaxınlaşıb içəri nəzər yetirdiyi görünür. Daha sonra videogörüntünün 29:28-ci saniyəsindən etibarən Rafiqin aptekin giriş hissəsindən uzaqlaşdığı, 29:47-ci saniyədən etibarən isə tamamilə gözdən itdiyi görünür. Videogörüntünün 30:24-cü saniyəsindən etibarən Təqsirləndirilən şəxs yenidən aptekə doğru gəldiyi, 30:26-cı saniyədən etibarən isə aptekin qapısını sındırıb içəri girdiyi görünür. Videogörüntünün 32:29-cu saniyəsində isə Təqsirləndirilən şəxs ətrafa boylanıb apteki tərk edərək bayaq gəldiyi istiqamətdə irəlilədiyi görünür. Bundan sonra videogörüntünün 34:46-cı saniyəsinə kimi Rafiqin aptekin yanında durduğu, üzərindəki əşyalardan bəzilərini yerə düzdüyü görünür. Görüntünün 34:46-cı saniyəsindən etibarən isə Rafiq hadisə yerindən uzaqlaşır və gözdən itir. Bundan başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 03:57:30da başa çatır. 1_04_R_**********5629 adlı fayl açıldıqda 01:02:14 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 6 ünvanında yerləşən “Avaz” aptekinin içərisində quraşdırılmış 04 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 02:56:30-dan başlayaraq həmin aptekin içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünün 30:41-ci saniyəsində Rauf Qasımovun əlindəki mobil tefonun fanarını yandıraraq içəri daxil olduğu görünür. Kassanın önündən keçdikdən sonra videogörüntünün 31:00-cı saniyəsində Rafiqin kölgəsindən və əlindəki telefonun fanarından kassanın yanındakı dolabı axtardığı görünür. Videogörüntünün 31:06-cı saniyəsində Rafiq yenidən görüntülənir və əlindəki telefonun fanarı ilə komputerin altındakı ən üst siyirməni axtarmağa başladığı görünür. Videogörüntünün 31:06-cı saniyəsindən 31:54-cü saniyəsinə kimi siyirmədən müxtəlif kağız əskinaslar və dəmir pullar götürdüyü görünür. Videogörüntünün 32:09-cu saniyəsində isə Reafiqin geri qayıdaraq apteki tərk etdiyi görünür. Bundan başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 03:58:45-də başa çatır. 1_05_R_**********0001 adlı fayl açıldıqda 58:38 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 6 ünvanında yerləşən “Avaz” aptekinin içərisində quraşdırılmış 05 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 03:00:10-dan başlayaraq həmin aptekin içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünün 27:02-ci saniyəsində Rauf Qasımovun əlindəki mobil tefonun fanarının işığıyla içəri daxil olduğu görünür. Videogörüntüdən Rafiqin 27:02-ci saniyədən 28:26-cı saniyəyə qədər aptekin içərisini, xüsusilə kassanı axtardığı görünür. Daha sonra 28:26-cı saniyədən etibarən apteki tərk etməyə başlayır və 28:30-cu saniyədən etibarən gözdən itir. Bundan başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 03:58:48-də başa çatır. 1_07_R_**********5739 adlı fayl açıldıqda 59:53 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 6 ünvanında yerləşən “Avaz” aptekinin içərisində quraşdırılmış 07 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 02:57:40-dan başlayaraq həmin aptekin içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünün 29:26-cı saniyəsində əvvəlcə Rauf Qasımovun əlindəki mobil tefonun fanarının işığı, daha sonra 29:28-ci saniyədən etribarən isə özü də kamerada görünür. Videogörüntünün 29:28-ci saniyəsindən 30:56-cı saniyəsinə kimi Rafiqin aptekin içərisini, xüsusilə kassanı axtardığı, kassanı axtardıqdan sonra qayıdarkən 30:51-ci saniyədə piştaxtanın üzərindəki mobil telefonu götürdüyü görünür. Bundan sonra videogörüntünün 30:56-cı saniyəsindən etibarən apteki tərk etməyə başlayır və videogörüntünün 31:01-ci saniyəsindən etibarən gözdən itir. Göstərilənlərdən başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 03:57:33-də başa çatır. 1_08_R_**********5740 adlı fayl açıldıqda 01:01:07 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 6 ünvanında yerləşən “Avaz” aptekinin içəri giriş hissəsində quraşdırılmış 08 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 02:57:40-dan başlayaraq həmin aptekin içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünün 28:00-cı saniyəsində Rafiqin aptekin qapısına yaxınlaşdığı və əlindəki mobil telefonun fanarı ilə içəri nəzər yetirdiyi görünür. Videogörüntünün 28:06-cı saniyəsində isə aptekin qapısının yanından uzaqlaşır. Videogörüntünün 29:05-ci saniyəsində Rauf Qasımovun aptekin qapısını açmaq üçün yenidən qapıya yaxınlaşdığı, 29:13-cü saniyədə qapını açdığı görülür. Videogörüntünün 29:30-cu saniyəsinə kimi görüntüdə görünsə də, bundan sonra aptekin giriş hissəsindən içəri getdiyi üçün görünmür. Videogörüntünün 30:59-cu saniyəsindən etibarən Təqsirləndirilən şəxs yenidən görünür və Rafiq həmin saniyədən etibarən apteki tərk edir. Videogörüntünün 31:06-cı saniyəsində qapını açıb ətrafa boylandıqdan sonra kafeni tərk etdiyi görünür. Bundan başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 03:58:48-də başa çatır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspert rəyi, CD diskdə, həmçinin yaddaş kartında olan video görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar olaraq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla talayıb zərərçəkmişə maddi ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmadığını və zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə məhkəmə hesab edir ki, hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökm ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunacaq cəza Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və həmin hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar - ümumi rejimli tərbiyə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 85.5.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 07 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk və 01 (bir) ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd tünd göy rəngli, 32 GB yaddaş tutumuna malik, “Samsung A21” markalı mobil telefon aparatı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 verildiyindən onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 03 (üç) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cərimə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk və 01 (bir) ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan 01 (bir) ədəd tünd göy rəngli, 32 GB yaddaş tutumuna malik, “Samsung A21” markalı mobil telefon aparatı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 verildiyindən onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-512/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-512/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver