Məhkəmə qərarları › İş №1(004)-514/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-514/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-514/2025 20.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Lerik rayonu, Kusǝkǝran kəndində anadan olmuş, məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər Bağçılıq Cəmiyyəti”, Dalğa küçəsində fərdi bağ evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid2 özünün müxtəlif İdarələrdə yüksək vəzifəli şəxslərlə sıx əlaqəsinin olması barədə yalan məlumatlar verib, sonuncunun bibisi qızı Zərərçəkmiş şəxs övladı Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X9 İdarəsinə yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq 11 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 93 ünvanında yerləşən kafedə Şahid2 Zərərçəkmiş şəxs məxsus 10.000 manat pulu alıb ələ keçirib zərərçəkmiş səxs Zərərçəkmiş şəxs ümumilikdə 10.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid2 X1 vasitəsilə tanıyır, İsaməddin onun tanışıdır, 2020-ci ilin avqust ayında Əflan ona zəng edib bibisi nəvəsi Şahid3 Fövqəladə Hallar Nazirliyinin X9 İdarəsinə işə qəbul etdirmək istədiyini demiş, o, hər-hansı bir şəxsi FHN-nə işə qəbul etdirmək işinə baxmadığı bildirmiş və bu barədə İsaməddinə demişdir. Bundan sonra 2020-ci ilin avqust ayında ünvan 3 ünvanında yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yanında olan kafedə o, Əflan, İsaməddin, Cavanşir Kazımov və Şahid1 ilə birlikdə görüşmüş, orada söhbət əsnasında Cavanşir işə qəbul məsələsi ilə bağlı Əflan ilə söhbət etmiş və 6-7 min manata Əflanın qohumunu Fövqəladə Hallar Nazirliyinin X9 İdarəsinə işə qəbul etdirə biləcəyini demiş, həmin vaxtı Əflan onların yanında 8.500 manat pulu masanın üzərinə qoymuş, bir neçə dəqiqə keçdikdən sonra İsaməddin həmin pulu götürüb Cavanşirə vermiş, lakin sonradan Cavanşir Əflanın qohumunu heç bir yerə işə qəbul etdirməmişdir. Təxminən 5-10 gün sonra Əflan onun yanına gələrək ona görə İsaməddinə 8.500 manat pulu verdiyini demiş, Əflanın xahişi əsasında o, İsaməddinə zamin durmağına dair qəbzi imzalamışdır. O, İsaməddinə zamin durduğu üçün hazırki vaxta kimi Əflana 11.800 manat pul vermişdir. Bu hadisələrdən sonra Cavanşir və İsaməddin vəfat etmişdir. Həmçinin bildirmişdir ki, Əflan onun yanında 8500 manat pulu masanın üzərinə qoymuş, həmin pulu İsaməddin götürüb Cavanşirə vermişdir. O, hazırki vaxta kimi Əflana 11.800 manat pul vermişdir. İsaməddin və Cavanşir ona hər-hansı məbləğdə pul verməmişdir. Yekun olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid3 onun oğludur, Şahid2 onun dayısı oğludur. 2020-ci il tarixdə oğlu Ömər heç bir yerdə işləmədiyindən o, Ömər üçün iş axtarmış, bu barədə tanışlarına, o cümlədən dayısı oğlu Şahid2 demiş, 10 avqust 2020-ci il tarixdə oğlu Ömər ilə birlikdə Əflanın yaşadığı ünvan 4 ünvana getmiş, orada Əflan tanıdığı X4 və Təqsirləndirilən şəxs birgə oğlu X11 Nazirliyinin X9 İdarəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul etdirmələri üçün 10.000 manat pul istədiklərini bildirmiş, o da Əflan ilə razılaşıb 10.000 manat pulu İsaməddin və Ədalətə verməsi üçün yaşadığı evdə oğlu Ömərin yanında Əflana vermiş, səhəri gün, yəni 11 avqust 2020-ci il tarixdə Əflan ünvan 3 ünvanında yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yanında olan kafedə İsaməddin və Ədalət ilə görüşüb ondan götürdüyü 10.000 manat pulu əlbə-əl Ədalətə vermiş və ona zəng edərək bu barədə məlumat vermiş, Əflanın ona deməsinə görə Ədalət adını demədiyi yaxın dostunun Fövqələrdə Hallar Nazirliyində yüksək vəzifədə işlədiyini, İsaməddin isə oğlu X7 Nazirliyinin Mühafizə İdarəsində işlədiyini demiş, belə ki, İsaməddin və Ədalət hər ikisi Əflana vəd verərək 5 ay müddətində onun oğlu Şahid3 Fövqələrdə Hallar Nazirliyinin X9 İdarəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul etdirməyə köməklik edəcəklərini vəd vermişlər, lakin 5 aydan çox müddət keçməsinə baxmayaraq Ədalət və İsaməddin verdiyi vədlərə əməl etməyərək oğlu Öməri işə qəbul etdirməmişlər, bundan sonra hazırda tarixlərini xatırlamadığı müddətlərdə Ədalət başqa dələduzluq əməlinə görə həbs olunmuş, İsaməddin isə təxminən iki il olar ki, xərçəng xəstəliyindən vəfat etmişdir, sonradan Ədalət dayısı oğlu Əflana 200 manat, Ədalətin tanışı Mehman adlı şəxs isə Əflana 500 manat pul vermiş, Əflan da qeyd olunan 700 (yeddi yüz) manat pulu ona vermiş, lakin qalan 9.300 manat pul hazırki vaxta kimi ona qaytarılmamışdır. İsaməddin və Ədalətin onun oğlu Öməri işə qəbul etmələri üçün dayısı oğlu Əflandan aldıqları 10.000 manat pul tam şəkildə ona məxsus olmuşdur. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X2 təxminən 30 ildir ki, tanıyır, Təqsirləndirilən şəxs isə İsaməddinin vasitəsilə 20 ildir ki, tanıyır. 2020-ci ilin yay aylarında o, İsaməddinin müxtəlif İdarələrdə vəzifəli şəxslərlə əlaqəsinin olduğunu eşidib 2020-ci ilin avqust ayının əvvəllərində Ədalətə zəng edib bibisi nəvəsi Şahid3 Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunmaq istədiyini demiş, Ədalət 10.000 manat pulun müqabilində bu işi həll edə biləcəyini demiş, o da bu barədə bibisi qızı Zərərçəkmiş şəxs məlumat vermiş, 10 avqust 2020-ci il tarixdə Fərqanə onun yaşadığı ünvan 5 ünvanına gələrək oğlunun işə qəbul olunmasından ötrü Ədalətə verməyi üçün ona əlbə-əl 10.000 manat pul vermiş, səhəri gün, yəni 11 avqust 2020-ci il tarixdə Ədalət ilə mobil telefonla danışıb görüş yeri təyin etdikdən sonra İsaməddin və Ədalət ilə birlikdə ünvan 3 ünvanında yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yanında qaraj tipli kafedə görüşmüş, orada o, bir daha Ədalət və İsaməddinə bibisi nəvəsi Şahid3 Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunmaq istədiyini demiş, həmin vaxtı Ədalət adını demədiyi yaxın dostunun Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işlədiyini demiş, həmçinin İsaməddin isə oğlu X8 Nazirliyinin Mühafizə İdarəsində işlədiyini demiş, belə ki, İsaməddin və Ədalət hər ikisi ona vəd verǝrǝk 5 ay müddətində Şahid3 Fövqəladə Hallar Nazirliyinin X9 İdarəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul etdirməyə köməklik edəcəklərini bildirmiş, həmin kafedə o, bibisi qızı Zərərçəkmiş şəxs məxsus 10.000 manat pulu İsaməddinin yanında əlbə-əl Ədalətə vermiş, həmin vaxtı o, öz xətti ilə xx.xx.2020-ci il tarixli akt yazmış, onun yazdığı əlyazmanı İsaməddin, Ədalət və o, öz imzaları ilə təsdiq etmiş, lakin 5 aydan çox müddət keçməsinə baxmayaraq Ədalət və İsaməddin verdiyi vədlərə əməl etməyərək onun bibisi nəvəsi Şahid3 işə qəbul etdirməmişlər. Bundan sonra hazırda tarixlərini xatırlamadığı müddətlərdə Ədalət başqa dələduzluq əməlinə görə həbs olunmuş, İsaməddin isə təxminən iki il olar ki, xərçəng xəstəliyindən vəfat etmişdir. Hazırki vaxta Ədalət ona 200 manat, Ədalətin tanışı Mehman adı şəxs isə ona 500 manat pul vermişdir. O, qeyd olunan 700 (yeddi yüz) manat pulu Fərqanəyə vermiş, lakin qalan 9.300 manat pul hazırki vaxta kimi onal qaytarılmadığından, o da həmin pulu Fərqanəyə qaytara bilməmişdir. Həmçinin bildirmişdir ki, Ədaləti köhnə tanışı İsaməddinin vasitəsilə tanıdığından əlyazmada və ilkin izahatında həmin pulu İsaməddinə verməyini qeyd etmiş, lakin İsaməddinin yanında o, 10.000 manat pulu əlbə-əl Ədalətə vermişdir. Ədalətə 10.000 manat pulu verən zaman İsaməddin, həmçinin Ədalətin tanışları olan, sonradan adlarını bildiyi Cavanşir və Lütvi adlı şəxslər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır, Şahid2 anasının dayısı oğludur. 2020-ci il tarixdə o, heç bir yerdə işləmədiyindən anası onun üçün iş axtarmış, bu barədə anası tanışlarına, o cümlədən dayısı oğlu Şahid2 demişdir. 10 avqust 2020-ci il tarixdə o, anası Fərqanə ilə birlikdə Əflanın yaşadığı ünvan 4 getmiş, orada Əflan onun yanında anasına tanıdığı X4 və Təqsirləndirilən şəxs birgə onu Fövqəladə Hallar Nazirliyinin X9 İdarəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul etdirmələri üçün 10.000 manat pul istədiklərini bildirmiş, anası Fərqanə də Əflan ilə razılaşıb 10.000 manat pulu İsaməddin və Ədalətə verməsi üçün yaşadıqları evdə onun yanında Əflana vermiş, səhəri gün, yəni 11 avqust 2020-ci il tarixdə Əflan ünvan 3 ünvanında yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yanında olan kafedə İsaməddin və Ədalət ilə görüşüb anasından götürdüyü 10.000 manat pulu əlbə-əl Ədalətə vermiş və anasına zəng edərək bu barədə məlumat vermiş, Əflanın onlara deməsinə görə Ədalət adını demədiyi yaxın dostunun Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işlədiyini, İsaməddin isə oğlu X8 Nazirliyinin Mühafizə İdarəsində işlədiyini demiş, belə ki, İsaməddin və Ədalət hər ikisi Əflana vəd verərək 5 ay müddətində onu Fövqəladə Hallar Nazirliyinin X9 İdarəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul etdirməyə köməklik edəcəklərini vəd vermiş, lakin 5 aydan çox müddət keçməsinə baxmayaraq Ədalət və İsaməddin verdiyi vədələrə əməl etməyərək onu işə qəbul etdirməmişlər. Hazırda tarixlərini xatırlamadığı müddətlərdə Ədalət başqa dələduzluq əməlinə görə həbs olunmuş, İsaməddin isə təxminən iki il olar ki, xərçəng xəstəliyindən vəfat etmişdir. X12 200 manat, Ədalətin tanışı Mehman adı şəxs isə Əflana 500 manat pul vermiş, Əflan da qeyd olunan 700 (yeddi yüz) manat pulu anasına vermiş, lakin qalan 9.300 manat pul hazırki vaxta kimi anası Fərqanəyə qaytarılmamışdır. Həmin 10.000 manat pul tam şəkildə anası Fərqanəyə məxsus olmuşdur. Həmçinin bildirmişdir ki, Əflan anasına məxsus pulu Ədalətə verdikdən sonra o, bir dəfə Ədalət ilə görüşmüş və sonuncu onu işə qəbul etdirəcəyini vəd vermişdir. O, özünə aid hər-hansı bir sənədin əslini və ya surətini hərhansı bir şəxsə verməmişdir Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 təxminən 10 ildir ki, tanıyır, 2020-ci ilin avqust ayında ünvan 3 ünvanında yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yanında olan kafedə o, Əflan, İsaməddin, Cavanşir və Ədalət ilə birlikdə görüşərkən söhbət əsnasında Cavanşir işə qəbul məsələsi ilə bağlı Əflan ilə söhbət edərək 6-7 min manat pulun müqabilində Əflanın qohumunu Fövqəladə Hallar Nazirliyinin X9 İdarəsinə işə qəbul etdirə biləcəyini demiş, həmin vaxtı Əflan onların yanında 8.500 manat pulu masanın üzərinə qoymuş, bir neçə dəqiqə keçdikdən sonra İsaməddin həmin pulu götürüb Cavanşirə vermiş, lakin sonradan Cavanşir Əflanın qohumunu heç bir yerə işə qəbul etdirməmişdir. Sonradan Cavanşir və İsaməddin vəfat etmişdir. Ədalət Əflana zamin durduğu üçün hazırki vaxta kimi Əflana bildiyinə görə 10.300 manat pul ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, vətəndaş Şahid2 29-cu PŞ-nə müraciət edərək 2022-ci il tarixdə qohumunu FHN-yə işə düzəltmək üçün İsaməddin Daşdəmirov adlı şəxsə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 93-də 10000 manat pul vermişdir. Hadisə yerində fotoşəkillər çəkilmiş və protokol tərtib olunmuşdur (i.v.10-12). xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Şahid2 08 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs və X3 Bakı şəhəri, Yasamal rayonu, Torpaq və Xəritə Çəkmə Komitəsinin yaxınlığında 10000 (on min) manat məbləğində pulu nağd şəkildə vermişdir. Təqsirləndirilən şəxs pulu ondan almışdır. Pulu verməkdə məqsədi odur ki, qarşı tərəf bu məbləğ qarşılığında bibisi nəvəsi Şahid3 3 və ya 4 ay ərzində FHN-yə işə düzəldəcək. Əgər həmin məqsəd göstərilən müddət ərzində baş tutmazsa qarşı tərəf aldığı pulu tam şəkildə geri qaytaracaqdır. Qəbz tərəflərin imzası ilə təsdiq edilmişdir (i.v. 80). “İfadənin yerində yoxlanılması haqqında” 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəni təsdiq edərək Təqsirləndirilən şəxs onun bibisi nəvəsi Şahid3 Fövqəlardə Hallar Nazirliyinin X9 İdarəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul etdirməsindən ötrü ünvan 6 ünvanda Təqsirləndirilən şəxs əlbə-əl 10.000 manat pul verməsini bildirmişdir (i.v. 104). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır (i.v. 120). “Vurulmuş ziyanın ödənilməsi haqqında” 01 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ödənilməsi üçün Təqsirləndirilən şəxs qohumu Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 4.000 manat pul götürülmüşdür (i.v. 164). “Maddi ziyanın təqdim olunması haqqında” 02 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qohumu Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 4.000 manat pul Zərərçəkmiş şəxs təqdim edilmiş və zərərçəkmiş şəxs həmin məbləği qəbul etmişdir (i.v. 165). Ölüm haqqında akt qeydindən görünür ki, X4 24 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Şəxs haqqında ölüm faktı dövlət qeydiyyatına alınmışdır (i.v. 205). “Vurulmuş ziyanın ödənilməsi haqqında” 22 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ödənilməsi üçün Təqsirləndirilən şəxs qohumu Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 5.300 manat pul götürülmüşdür (i.v. 208). “Maddi ziyanın təqdim olunması haqqında” 23 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qohumu Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 5.300 manat pul Zərərçəkmiş şəxs təqdim edilmiş və zərərçəkmiş şəxs həmin məbləği qəbul etmişdir (i.v. 209). 30 iyul 2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (i.v. 261-265). 30 iyul 2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (i.v. 266-270). “Sübutların qiymətləndirilməsi haqqında” 20 avqust 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılması və xx.xx.2025-ci il tarixdə barəsində “polisin əzararəti altına vermə” qətimkan tədbiri seçilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 32.4, 308, 309, 311, 310, 29.312, 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələrin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs hazırda ittiham olunan cinayət işi üzrə əməli cinayətin residivi kimi nəzərə alınmaması, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsinin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması, cinayət işi üzrə Şahid2 əməlində Azərbaycan Respublikası CM-in 29, 312-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə X4 və Cavanşir Kazımov adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə hadisə yerinin ünvan 6 ünvan olmasının nəzərə alınması, cinayət işi üzrə Zərərçəkmiş şəxs cinayət işi üzrə zərəçəkmiş şəxs kimi tanınmasının nəzərə alınması, cinayət işi üzrə ilkin araşdırma materialları, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, “maddi ziyanın ödənilməsi haqqında” protokolları, “maddi ziyanın təqdim olunması haqqında” protokolları, “ifadənin yerində yoxlanılması haqqında” protokolu, üzləşdirmədə dindirmə protokolları iş üzrə toplanmış digər sübutlarla uzlaşdığından, işin obyektiv hallarına uyğun olduğundan sübut növü kimi qəbul edilməli və iş materiallarına əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs fadələrində göstərdiyi xüsusatlar qeyrisəmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilərək vəsatət kimi qəbul edilib rədd edilməsinin nəzərə alınması, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 adının «Lütvi» kimi oxunması, qərar barəsində maraqlı tərəflərə məlumat verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 272-283). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Xahiş edir ki, nəzərə alınsın. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Belə ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları birgə qiymətləndirərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin öz müdafiə mövqeyində bildirdiyi, guya işə düzəltmə prosesinə aidiyyəti olmadığı, pulu yalnız zaminlik məqsədilə qəbul etdiyi və faktiki olaraq ödənişlərin üçüncü şəxslərlə bağlı olduğu barədə izahları iş materialları ilə təsdiq olunmur və sübutlarla ziddiyyət təşkil edir. Zərərçəkmiş şəxs, şahidlər Şahid2 və Şahid3 ifadələri ardıcıl, bir-birini tamamlayan və təqsirləndirilən şəxsin bu prosesdə birbaşa iştirakını təsdiqləyən xarakter daşıyır. Həm zərərçəkmiş şəxs, həm də şahidlər işə düzəltmə ilə bağlı vədlərin məhz təqsirləndirilən şəxs tərəfindən verildiyini, ödənilməsi tələb olunan 10.000 manat məbləğin birbaşa ona əlbə-əl təhvil verildiyini qəti şəkildə bildirmişlər. Şahid2 tərtib etdiyi və hər üç iştirakçı tərəfindən imzalanmış 11 avqust 2020-ci il tarixli qəbz də pulu alan şəxsin təqsirləndirilən şəxs olduğunu açıq şəkildə göstərir. İfadələrin yerində yoxlanılması zamanı Əflan öz izahatını praktiki olaraq təsdiq etmiş, pulun verildiyi məkan və şəraiti dəqiq göstərmişdir. Bu sübutlar təqsirləndirilənin özünü prosesdən kənar göstərmək cəhdini tam şəkildə təkzib edir. Məhkəmə təqsirləndirilən şəxsin məsuliyyəti Cavanşir və Lütvi adlı şəxslərin üzərinə yönəltmək barədə ifadəsini də sübutlarla uyğun hesab etmir. Zərərçəkmiş şəxs və şahidlər bu şəxsləri heç vaxt tanımadıqlarını, onlarla görüşmədiklərini və pulun onlara verilməsi barədə hər hansı faktın mövcud olmadığını ardıcıl şəkildə bildirmişlər. Təqsirləndirilən şəxsin “pulu yalnız zamin kimi aldım” iddiası da təqdim olunmuş qəbz və şahid ifadələri ilə tam əkslik təşkil edir, çünki qəbz pulu alan kimi məhz onu göstərir və işin baş tutmadığı halda məbləğin məhz onun tərəfindən qaytarılacağı yazılı öhdəlik formasında ifadə edilir. Bu hallar göstərir ki, təqsirləndirilən şəxsin həmin şəxsləri prosesin iştirakçısı kimi təqdim etməsi yalnız öz rolunu azaltmaq məqsədi daşıyır və faktiki vəziyyəti əks etdirmir. Məhkəmə iş materiallarını qiymətləndirərkən müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin zərər məbləği ilə bağlı irəli sürdüyü izahlar da real sübutlarla uyğunsuzdur. Zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də təqdim olunmuş qəbz pulun tam şəkildə təqsirləndirilən şəxsə çatdırıldığını, zərərin məbləğinin 10.000 manat olduğunu aydın göstərir. Təqsirləndirilən şəxsin yalnız 11.800 manat ödədiyi və bunun qalan hissə kimi qiymətləndirilməsi barədə iddiası iş materialları ilə üst-üstə düşmür. Ödəniş protokollarından görünür ki, ödənişlərin böyük hissəsi onun yaxın qohumu Şahid1 tərəfindən hissə-hissə verilib, lakin bu, ödənişlərin təqsirləndirilən şəxsin iradəsi və göstərişi əsasında həyata keçirildiyini istisna etmir. Məhkəmə bu ödənişləri təqsirləndirilən şəxsin zərərin ödənilməsini təmin etmək məqsədilə atdığı addımlar kimi qiymətləndirir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin “işə düzəltmə ilə bağlı heç bir vəd vermədiyi” barədə dedikləri də həm zərərçəkmiş şəxsin, həm şahidlərin ifadələri, həm də görüşlərin məzmununu təsvir edən dindirmə materialları ilə ziddiyyət təşkil edir. Şahidlər Əflan, Fərqanə və Ömər ifadələrində təqsirləndirilən şəxsin konkret müddət göstərərək işə qəbul vədi verdiyini, bu vədin bir neçə dəfə təkrarlandığını və məhz həmin vədlərə inanaraq pulun ona təqdim edildiyini qeyd etmişlər. Təqsirləndirilən şəxsin bu görüşlərdə iştirak etdiyini özü də təsdiqləməsi, lakin vədlərin guya digər şəxslər tərəfindən verildiyini deməsi məhkəmə tərəfindən əsassız müdafiə mövqeyi kimi qiymətləndirilir. Məhkəmə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi faktını ayrıca qiymətləndirərək həmin ödənişlərin təqsirləndirilən şəxsin bilavasitə iradəsi ilə həyata keçirildiyini müəyyən edir. Təqsirləndirilən şəxsin ziyanın ödənilməsi prosesində fəal iştirak etməsi və ödənişlərin təşkilinə şəxsi nəzarət etməsi onun törətdiyi əməlin nəticələrini aradan qaldırmaq niyyətinin mövcud olduğunu göstərir. Məhkəmə belə qənaətə gəlir ki, ziyanın ödənilməsi məsuliyyətdən yayınmaq məqsədi daşımamış, əksinə, təqsirləndirilən şəxsin öz iradəsi ilə atdığı addım kimi ortaya çıxmışdır. O da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X9 İdarəsinə yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyi vədi açıq aşkar şəkildə hər hansı öhdəliyin yerinə yetirməyəcəyi niyyətində olduğunu tam sübüt edir. Çünki Dövlət orqanlarına rüşvətlə və digər qanunsuz yollarla işə qəbul həyata keçirilməməsini bilmiş və aldadaraq zərərçəkmiş şəxsin ittihamda göstərilən məbləğdə pulunu ələ keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 16 may 2025-ci il tarixli qərardan görünür ki, Şahid2 müraciəti əsasında toplanmış material üzrə Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Ceyhun Mircavadlının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi və Şahid2 müraciəti əsasında Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır (i.v. 1-2). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-124590/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur (i.v. 130). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(001)-14/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə əsasən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu, 01 il 03 ay 29 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir (i.v. 134-162). “İttiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 05 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan etmək üçün tutulması, cinayət işi üzrə ittiham elan etmək üçün tutulmasından ötrü Təqsirləndirilən şəxs axtarış elan edilməsi qərara alınmışdır (i.v. 170). “Cinayət işinin icraatın dayandırılması haqqında” 05 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır (i.v. 174). 29 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində keçirilmiş əməliyyat-axtarış təbirləri nəticəsində ünvan 7 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmişdir (i.v. 217). “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” 29 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir (i.v. 219). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.237). “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 29 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 248- 249). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 17 noyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 14 sentyabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə (05 il şərti sınaq) cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə şərti məhkum etmə ləğv edilmişdir, məhkumluğu üzərindən götürülmüşdür. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, 15 sentyabr 2023-cü il tarixdə cəza müddəti başa çatmış, həmçinin Xətai RPİ-də AR CM-nin 178.2.4cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə AR CPM-nin 40.3 və CM-nin 73-1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Xəzər Bağçılıq Cəmiyyəti”-nin Dalğa küçəsində fərdi bağ evində qeydiyyatsız yaşayır. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Beynəlxalq təhsil və mədəniyyət mərkəzi, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 523də direktor köməkçisi vəzifəsində çalışır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş zərərin tamamilə ödənilməsini (CM-59.1.13) və zərərçəkmiş şəxslə barışmasını (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 29 iyul 2025-ci il tarixdə ibtidai istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sumqayıt şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisini (belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yaşamaqla Bakı şəhərində işləyir) tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Mərkəz Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar