Məhkəmə qərarları › İş №1(004)-515/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-515/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-515/2024 14.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Cəbrayıl rayonu, Əmirvarlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri,Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd plastmas qabın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,884 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,48 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 23 iyun 2024-cü il tarixdə saat 14:00 dəqiqədə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq PŞ-nin inzibati binasma gətirilib üzərinə şəxsi-axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd plastmas qabın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,884 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,48 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində cuzi miqdarda marixuananın hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, o, uzun illərdir ki, narkotik vasitə qurudulmuş marixuanadan və psixotrop maddə metamfetamini çəkmək usulu ilə istifadə edir. Həmin gün evdə olmuşdur, yaşadığı evin qapısı polis əməkdaşları tərəfindən sındırılmış və orda evindən az miqdarda marixuana aşkar edilmişdir, sonra isə polis bölməsinə gətirilmiş və başqa cür ifadə verməyə, həmçinin tərəzi və psixatrop maddənin ona məxsus olmasını, tanımadığı şəxsdən aldığını etiraf etməyə məcbur edilmişdir. Lakin saxlanılarkən onun üzərində az miqdarda marixuana olmuş, tərəzi və psixatrop maddə olmamışdır. Ona ev dustaqlığına çıxarılması söz verildiyindən o, razılaşmışdır. İbtidai istintaqında Təqsirləndirilən şəxs verdiyi ifadəsindən görünür ki, o, uzun illərdir ki, narkotik vasitə qurudulmuş marixuanadan və psixotrop maddə metamfetamini çəkmək usulu ilə istifadə edir. 23 iyun 2024-cü il tarixdə saat 12 radələrində o, yaşadığı evdən çıxıb narkotik vasitə və ya psixotrop maddə almaq məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Şamaxinka adlanan ərazidə taksilərin olduğu yerə gedərək üzdən tanıdığım,lakin adını bilmədiyi orta yaşlı şəxsdən 20 manat pul verərək özü istifadə etmək məqsədi ilə 01 ədəd bükümdə olan psixotrop maddə hesab edilən metamfetamini və 01 ədəd plastmas qabda olan narkotik vasitə qurudulmuş marixuananı alıb əynində olan şalvarın sağ yan cibinə qoyub yaşadığı evə gəlmişdir.O, alıdığı qurudulmuş marixuananın bir qədərini istifadə etmiş, qalanını isə yenidən əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra o, yaşadığı evin qarşısına çıxmış və bir qədər orada dayandıqdan sonra iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər.O,də etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis İdarəsində təhqiqatçısı ona hüquq və vəzifələrini izah etmiş, sonra müdafiəçi və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən o, könüllü olaraq əynidə olan qara rəngli cins şalvarın sağ yan cibindən 20 manata özü istifadə etmək üçün aldığı psixotrop maddə metamfetamini, 01 ədəd qurudulmuş marixuananı və 01 ədəd elektron tərəzini masanın üstünə qoymuşdur. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuanadır, həmin maddələri “Şamaxinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alıb üzərində saxlamışdır. Bundan sonra ondan aşkar edilmiş bir ədəd büklüdə olan psixotrop maddə metamfetamin, bir ədəd plastmas qabda olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi, müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, müdafiəçi və iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır.Həmçinin üzərinə baxış keçirilməsi mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır.O, narkotik vasitə və ya psixotrop maddə alarkən həmin maddələri üzərində saxladığı elektron tərəzi ilə çəkisini ölçmüşdür ki, məni aldatmasınlar. Bundan başqa o, ifadəsində göstərmişdir ki, adına qeydiyyata alınmış və istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatdan qeçmiş “Whatsapp” tətbiqetməsində daxil olan və çıxan mesajları və onların mətnlərini, bundan başqa, sözügedən məzmunda mesajları yazan nömrələri, həmin mobil telefon nömrələrinin kimə məxsus olmaları, sahiblərinin anket məlumatlarını xatırlamamış, bu barədə hər hansısa bir fikrini qeyd edə bilməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özü qismən etiraf etsə də şahid ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Yasamal RPİnin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 23 iyun 2024-cü il tarixdə o, Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin günü, yəni, 23 iyun 2024-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsə birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nə gəlməyə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etməyərək birlikdə qeyd etdiyi şöbəyə gəlmişdir. Şöbəinin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra,Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı bir qeyri-qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər olan narıncı rəngli şəffaf kauçuk qabı, həmin cibindən bir ədəd elektron tərəzini və sağ arxa cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili, kapitanı Şahid1 da Şahid2 ifadəsinə analoji ifadə verərək, onun göstərdiyi xüsustatları bir daha təsdiq etmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan 23 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 82-84-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 iyun 2024-cü il tarixdən hesablanmaqla 03 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 44-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3341 nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, təhqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 169.» möhür əksi və «…Şahid2 /imza/ Şahid1 /imza/. Müdafiəçi /imza/ R.A.Almuradov: /imza/ Səfərov: A.Məcidli /imza/ yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,884 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maəddə-metamfetamindir. Təqdqiqata təqdim olunmuş üzərində «AR DİN-nin Zərflər üçün № 169….» möhür əksi və «…Şahid2 /imza/ Şahid1 /imza/, Müdafiəçi /imza/ R.A.Almuradov: /imza/ Səfərov: A.Məcidli /imza/ yazılar olan 01 ədəd elektron tərəzinin və 01 ədəd «Samsung» markalı telefonunun səthində narkotik vasitə və ya psixotrop maddələrin izlərinin olması aşkar edilmədi. Cinayət işinin 45-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 60 manat təşkil etmişdir. Cinayət işinin 50-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2024-cü il tarixli 3-16-16/2-7/1027 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, təhqiqata təqdim edilmiş kağız paketdə plastmas qabda bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,48 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qrudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixunanın hisəcikləri vardır. Təqdim edilmiş bir ədəd telefonunun üzərində bitki mənşəli narkotik vasitələrin qalıqları (izləri) yoxdur. Cinayət işinin 51-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 72 manat təşkil etmişdir. Cinayət işinin 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024cü il tarixli, 4344A nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostumlyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 154-161-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,884 qram kustar üsulla hazrlanmış psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,48 qram kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuana, 01 ədəd elektron tərəzi və 01 ədəd «Samsung» markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,834 qram kustar üsulla hazrlanmış psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,46 qram kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuana, 01 ədəd elektron tərəzi və 01 ədəd «Samsung» markalı mobil telefon aparatı maddi sübut kimi saxlanmasından ötrü Bakı Şəhər Yasamal RPİ-in maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 01 il müddətində islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 21-113-212105 nömrəli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 01 il müddətində islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş cəza xx.xx.2011-ci il tarixdə başa çatdığından o, Sabunçu rayon icra şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 93-94-cü vərəqələrində olan mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, mobil telefon «Samsung» markalı olmaqla arxa tərəfi qara rənglidirr, arxa hissəsində 02 ədəd kamrerası və işıqlandırma cihazı vardır, arxa hissəsində «Samsung» sözləri yazılmışdır. Mobil telefonun ön və arxa hissəsində olan şüşə səthində çatlar formasında zədələr müəyyən olunmuşdur. Buna baxmayaraq mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Bundan sonra mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirilmiş, baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilməmişdir. Mobil telefonda olan “Whatsapp” tətbiqetməsində «Pol» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə arasında arasında «atdım», «30 manat», «1 qram var gör», «çatdır atdığım pulu», «polad 1 q kola tapmaq olar», «70 m verir», «05 daş 100m», «qalanı qalsın», «2 dene 3 qram», «daş bes», «bir», «08», «05 de 04 olacaq», «50 manat sen verdin 6 manat da mende» «5 qram ot dedim 50 bu bes dasi», «neylə götürürük», «indi ot nece dene», «10q», «2 q daş». «indi ne qeder çatdırırsan mənə». «otu 4 q bir 3 q bir», «qalanı qalsın», «50 m verir», «kolaynan deyərəm», «daş», «Var», «it kimi», «Ele adam yoxdur maraqlanasan», «yazıram indi», «nolddu», «xeber yoxdu» məzmunlu smslərin aparılması, «Taryel M2» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə arasında arasında «qaqa», «bu vəziyyətdə yeri yoxdur, bilen varsa 10 manat at mənə, «**********899069 var ol qardaşım», «qaqa 5 q kol var pul var götürməyə», «hansındandır», «Urmiyadı?», «qardaşım 200 manat mende düzelir 4 dene torpaqı mene saxla elende de gelim götürüm senden» məzmunlu smslərin aparılması, «+**********02» nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə arasında arasında «Yunis», «hardasan», «daş istiyirdim 10 luq», «Yasamalda», Alınar qardaş», «10 malınar», «Heri», «Gel». «gelirem uşaqlarla» məzmunlu smslərin aparılması, +**********15» nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə arasında arasında «He Sirac», «Haycan», «Nese lazımdırsa indi var», «tez di amma çıxıram», «qarada», «noldu», «gedeyde», «qram neçeyedi», «ne qeder», «prosto o 12den tez durmur», «Günorta», «olsun» «1 de gedey», «yarını 35 verir qramı», «öyrende» məzmunlu smslərin aparılması aparılması müəyyən edilmişdir. Sübut əhəmiyyətinə malik olan yazışmaların fotoşəkilləri çəkilib cinayət işinə əlavə edildi. Cinayət işinin materiallarında olan CD disk məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında təhqiqatçısı, polis baş leytenantı X4 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi X2, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər olan narıcı rəngli şəffaf kauçuk qabı, həmin cibindən bir ədəd elektron tərəzini və sağ arxa cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi həmin bükmlərin birinin içərisində psixotrop maddə metamfetamin, digər ikinci bükümün içərisində isə narkotik vastə qurudulmuş marixuana vardır, həmin narkotik vasitəni və psixotrop maddəni 23 iyun 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 20 manat pulun qarşılığında almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə marixuana, psixotrop maddəyə banzər kütlə, elektron tərəzi və «Samsung» markalı mobil telefon qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənib və bu barədə müvafiq protokol tərtib edilmişdir. Şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2027-ci il təvəllüdlü Rəsul Səfərli adlı 1 azyaşlı və 59.2-ci maddəsinə xx.xx.2008-ci il təvəllüdlü Gülxanım Səfərli adlı 1 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 23 iyun 2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4344A saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut 0,46 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 0,834 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd «Samsung» markalı mobil telefon aparatı isə Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 132 (bir yüz otuz iki)manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,46 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 0,834 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «Samsung» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilsin, 02 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 132 (bir yüz otuz iki)manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar