Məhkəmə qərarları › İş №1(004)-515/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-515/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-515/2025 20.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2004-cü ildə Yevlax rayonu, Havarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 82/1, mənzil 62-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, «Mayak» düşərgəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olması ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 69A ünvanında yerləşən “Badi Səba” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs onu əsassız təhqir etməsi və ayaqla vuraraq xəsarət yetirməyə cəhd etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə əli ilə (yumruqla) qəsdən vuraraq, ona sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin qançırı, sağ almacıq və sağ əng sümüklərinin basılma xarakterli sınıqları ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olması ilə nəticələnən qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 aprel 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Şüvəlan qəsəbəsində yaşayan dostları Şahid2 və X4 ilə birlikdə 20 Yanvar metrostansiyasının yaxınlığında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Huko» gecə klubuna getmişlər. Gecə klubunda bir qədər əylənmişlər. O, kofe içmiş, dostları isə spirtli və enerji içkisi qəbul etmişlər. 26 aprel 2024-cü il tarixdə saat 03:30 radələrində gecə klubundan çıxaraq, yeraltı keçiddən keçib 20 Yanvar metrostansiyasının yaxınlığında "xxxx" ASC-nin binasının qarşısına çıxmışlar. Oradan Yasamal rayonu, Moskva prospektində yerləşən «Badi Səba» şadlıq sarayı istiqamətində piyada hərəkət etməyə başlamışlar. Təxminən 20-25 dəqiqə gəzişdikdən sonra «Badi Səba» şadlıq sarayının yaxınlığındakı ticarət köşkünün yanına gəlmişlər. Həmin vaxt siqaretləri qurtarmışdır. Dostu Murad köşkdən bir təxminən 20 metr aralıda səkinin üstündə oturub «GO» spirtli enerji içkisi içən şəxsə yaxınlaşıb siqaret istəyəcəyini bildirmişdir. O, dostu Murada həmin şəxs içkili olduğu üçün ondan siqaret istəməməsini bildirmiş, Murad onun sözünə qulaq asmamış və həmin şəxsə yaxınlaşıb siqaret istəmişdir. O, isə Bayramla 5-10 metr aralıda gözləmişdir. Muradla həmin şəxsin söhbətlərinin uzun çəkdiyini görüb Bayramla onlara yaxınlaşanda Murad həmin oğlanın da Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığını demişdir. O da həmin oğlana Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadıqlarını bildirib, ondan həmin qəsəbədə hansı ünvanda yaşadığını soruşmuşdur. Həmin şəxs, yəni sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs bir neçə dəfə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığını təkrar etmişdir. Düşünmüşdür ki, onlar birlikdə həmin şəxslə birlikdə taksi çağırar və pulunu bərabər payla verməklə yaşadıqları evə gedərlər. Ona görə də, təkrar olaraq həmin şəxsdən Şüvəlan qəsəbəsində harada yaşadığını soruşduqda, həmin şəxs onun ünvanına səbəb olmadan nalayiq söyüşlər işlətmişdir. Zərərçəkmiş şəxs çox sərxoş olmuş və danışmaqda çətinlik çəkmişdir. O Zərərçəkmiş şəxs “içkilisən, bir yumruq vursam, ayağa qalxa bilməyəcəksən, söyüş söymə” deyə bildirmişdir. Bu sözlərdən sonra hər üçü, yəni o, tanışları Murad və Bayram Zərərçəkmiş şəxs uzaqlaşmaq istəmişlər. Lakin Zərərçəkmiş şəxs ona “gəl məni vur görüm, necə vurursan” deyə bildirdikdə, onlar Eminin sözlərinə məhəl qoymadan oradan uzaqlaşmışlar. Lakin Zərərçəkmiş şəxs onların arxasınca gələrək, yenə də ondan əl çəkməmişdir. O isə Zərərçəkmiş şəxs həm sözlərlə, həm də əl işarələri ilə gedib işi ilə məşğul olmasını, içkili olduğunu, problem yaratmamasını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs yenə də sözlərinə məhəl qoymayıb, onu təhqir etmişdir. O, Zərərçəkmiş şəxs sinəsindən tutub kənara çəkərək, söyüş söyməməsini bildirmiş və kənara çəkilmişdir. Zərərçəkmiş şəxs əksinə onun arxasınca gəlib, onu ayaqla vurmaq istəmiş və onun ünvanına nalayiq söyüş işlətmişdir. Ona görə də, o, yumruqla (əli ilə) Zərərçəkmiş şəxs sağ sifət nahiyəsinə bir dəfə zərbə ilə vurmuş, Emin içkili olduğundan özünü saxlaya bilməyib yerə yıxılmışdır. O, bundan sonra adlarını qeyd etdiyi dostları ilə birlikdə oradan uzaqlaşmışdır ki, Zərərçəkmiş şəxs ayağa qalxıb mübahisəni uzatmasın. Onlar birlikdə bir qədər kənarda gözləmişlər. Təxminən 30-40 dəqiqə keçdikdən sonra, onlar Zərərçəkmiş şəxs vurduğu yerə yaxınlaşdıqda, sonuncunun orada olmadığını və getdiyini görmüşlər. Orada olan tanımadığı şəxslərdən maraqlandıqda Zərərçəkmiş şəxs taksiyə minib getdiyini bilmişlər. Bundan sonra, Zərərçəkmiş şəxs səhhətinin yaxşı olduğuna əmin olmuş və onlar oradan taksi ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsinə getmişlər. 29 aprel 2024-cü il tarixdə o və adlarını qeyd etdiyi dostları Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə dəvət olunduqda bilmişdir ki, vurduğu şəxs onun barəsində şikayət etmişdir. Araşdırma zamanı o, vurduğu şəxsin Zərərçəkmiş şəxs olduğunu, zərbə nəticəsində onun sifət nahiyəsindən xəsarət aldığını bilmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, mübahisə zamanı yanlarında heç kimi görməmişdir. Lakin Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra oradan uzaqlaşan zaman ətrafda bir neçə nəfər şəxsi görmüş, lakin həmin şəxsləri tanımır. Mübahisə zamanı Zərərçəkmiş şəxs ondan başqa heç kim vurmamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs başqa o və ya qeyriləri xəsarət almamışdır. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin qançırı, sağ almacıq və sağ əng sümüklərinin basılma xarakterli sınıqları xəsarətlərini 26 aprel 2024-cü il tarixdə saat 04 radələrində o, Eminin sifət nahiyəsinə yumruqla bir dəfə vuraraq yetirmişdir. Şahid3 və ya qeyrisi Zərərçəkmiş şəxs pul istəməmişdir. Zərərçəkmiş şəxs bu barədə qeyd etdiyi yalandır. Həmin vaxt Zərərçəkmiş şəxs çox içkili olmuş və nə danışdığını bilməmişdir. Şahid3 Zərərçəkmiş şəxs siqaret istəmiş və bundan başlayaraq Zərərçəkmiş şəxs səbəbsiz nalayiq sözlərinə görə həmin mübahisə yaranmışdır. Hətta o, Şahid3 iradlarını bildirmişdir ki, onun sərxoş adama yaxınlaşması nəticəsində bu mübahisə yaranmışdır. Sonda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödədiyini, onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, şəxsiyyətləri sonradan, yəni məlum hadisədən sonra araşdırma zamanı ona məlum olan Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2 əvvəllər tanımamış və onlarla heç bir münasibəti, eləcə də, ədavət və ya düşmənçiliyi olmamışdır. 26 aprel 2024-cü il tarixdə 01 radələrində yaşadığı məhəllədə pivə içmiş və keflənmişdir. Bakı şəhəri ərazisində olan gecə klublarından birinə getmək üçün taksi ilə Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” deyilən əraziyə getmişdir. Həmin gün saat 03:30 radələrində “Şamaxinka” deyilən əraziyə çatmış və taksidən düşmüşdür. Orada yerləşən apteklərdən birinə daxil olmuş və cinsi ehtirası artıran dərman və qoruyucu alaraq çıxmışdır. Sumqayıt şəhərindən çıxarkən də özünə tərkibində spirt olan “GO” adlanan içki və siqaret almışdır. Yolda gələrkən də həmin içkidən içmişdir. O, aptekdən çıxdıqdan sonra “20 Yanvar” metrostansiyası istiqamətində getmiş və Bakı şəhəri, Moskva prospekti, 69A ünvanında yerləşən “Badi Səba” şadlıq sarayının yanında olan ticarət köşkünün yanına gəlmişdir. Orada yolun kənarında dayanaraq “GO” içkisindən qəbul edərək təsadüfi taksi gözləmişdir. Bu zaman bir nəfər tanımadığı şəxs, sonradan şəxsiyyəti ona məlum olan Şahid3 ona yaxınlaşaraq ondan pul istəmişdir. O da Şahid3 pulu olmadığını, əgər pul istəyirsə, işləyib qazanmasını bildirmişdir. Bu zaman onların yanına daha iki nəfər tanımadığı şəxs, yəni sonradan şəxsiyyətləri ona məlum olan Təqsirləndirilən şəxs və Şahid2 yaxınlaşmışlar. Onlar Şahid3 ilə birlikdə bir yerdə olmuşlar. Həmin vaxt onların arasında sözlə mübahisə yaranmışdır. Lakin o, spirtli içkinin təsiri altında olduğu üçün mübahisənin hansı səbəbdən yaranması və hansı mövzuda sözlə mübahisə etdiklərini xatırlamır. Lakin onu xatırlayır ki, orada mübahisə zamanı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, “get işinlə məşğul ol, vursam əlimdə qalarsan”. Yadına gəlir ki, bundan sonra o, həmin şəxslərlə qarşılıqlı sözlə mübahisə edə-edə “Badi Səba” şadlıq sarayının qarşısına çatmışdır. Saat artıq 04 radələri olmuşdur. Orada aralarında olan mübahisə zamanı sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs onun sağ sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş və o, zərbənin təsirindən yerə yıxılıb huşunu itirmişdir. Özünə gəldikdə isə yanında olan tanımadığı şəxslərin onun üzünə su vurduqlarını görmüşdür. O, birtəhər özünə gəlmiş, zərbə nəticəsində sifəti qanamış, sağ gözaltı və sağ qaş nahiyəsindən xəsarət almışdır. O özünə gəldikdən sonra sürücüsünü tanımadığı təsadüfi taksi ilə yaşadığı evə getmişdir. Üzünü yuyan zaman hamamda huşunu itirmiş, anası onu ayıltmışdır. Həmin gün saat 11 radələrində atası Şahid1 işdən evə gəlmiş və ondan nə baş verdiyini soruşduqda, ona tanımadığı şəxs tərəfindən gecə saatlarında yumruqla vurulduğunu bildirmişdir. Atası dərhal təcili yardım briqadasını çağırmış və onu təcili yardım maşını ilə Sumqayıt mərkəzi travmatologiya xəstəxanasına aparmışlar. Xəstəxanada o, müayinələrdən keçmiş və müayinələr zamanı sağ almacıq sümüyünün qəlpələnmiş sınığı aşkarlandığı üçün 27 aprel 2024-cü il tarixdə tibbi əməliyyat olunmuşdur. Tibbi əməliyyat olunduğu gün atası Şahid1 Azərbaycan Respublikasının DİN-in 102 xidmətinə zəng edərək, onun döyülməsi ilə bağlı məlumat vermişdir. O, təxminən 17 gün xəstəxana şəraitində müalicə olunmuşdur. O, xəstəxanada müalicə olunan zaman Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları onun yanına gəlmişlər və o, ərizə ilə müraciət etmişdir. Şahid3 ondan pulu istədikdə, ona Şahid3 və ya qeyrisi tərəfindən zor tətbiq edilməmiş və onu zor tətbiq etmə hədəsi ilə qorxutmamışlar. Təqsirləndirilən şəxs onu Bakı şəhəri, Moskva prospekti, 69A ünvanında yerləşən “Badi Səba” şadlıq sarayının qarşısında vuraraq xəsarət yetirmişdir. Hadisə baş verən zaman yanlarında əlavə heç kim olmamışdır. Əgər mübahisəni kimlər görmüşdülərsə, gecə vaxtı olduğu üçün o, həmin şəxsləri görməmişdir. Mübahisədən sonra da ona köməklik edən şəxsləri də tanımamışdır. O, özünə gəldikdə onu vuran şəxs və onun yanında olan adlarını qeyd etdiyi şəxslər artıq getmişlər. Aralarında olan sözlə mübahisə 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs onu vurması ani olaraq baş vermişdir. Mübahisə zamanı o, kiməsə xəsarət yetirməmişdir. Onun yadına gəlir ki, Şahid3 ondan siqaret yox, pul istəmişdir. Lakin içkili olduğundan aralarında olan mübahisə zamanı Təqsirləndirilən şəxs və ya qeyrisini təhqir edib-etməməyi, onların ondan harada yaşamağı barədə soruşmaları, daha sonra ayaqla Təqsirləndirilən şəxs vurmaq istəməsi yadına gəlmir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 25 aprel 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Şüvəlan qəsəbəsində yaşayan dostları Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə 20 Yanvar metrostansiyasının yaxınlığında Bakı şəhəri, Nəsimi rayon ərazisində yerləşən «Huko» gecə klubuna getmişlər. Gecə klubunda bir qədər əylənmişlər. Təqsirləndirilən şəxs kofe içmiş, Şahid2 və onun özü isə spirtli içki və enerji içkisi qəbul etmişlər. 26 aprel 2024-cü il tarixdə saat 03:30 radələrində gecə klubundan çıxaraq yeraltı keçiddən keçib 20 Yanvar metrostansiyasının yaxınlığında "xxxx" ASC-nin binasının qarşısına çıxmışlar. Oradan Yasamal rayonu, Moskva prospektində yerləşən «Badi Səba» şadlıq sarayı istiqamətində piyada hərəkət etməyə başlamışlar. Təxminən 20-25 dəqiqə gəzişdikdən sonra «Badi Səba» şadlıq sarayının yaxınlığındakı ticarət köşkünün yanına gəlmişlər. Həmin vaxt siqaretləri qurtarmışdır. O, köşkdən bir təxminən 20 metr aralıda səkinin üstündə oturub «GO» spirtli enerji içkisi içən şəxsə yaxınlaşıb siqaret istəyəcəyini onlara bildirdikdə, Təqsirləndirilən şəxs ona həmin şəxsin içkili olduğunu, ondan siqaret istəməməsini demiş, o isə Təqsirləndirilən şəxs sözünə qulaq asmamış və həmin şəxsə yaxınlaşıb siqaret istəmişdir. Təqsirləndirilən şəxs və Şükür Bayramov 5-10 metr aralıda gözləmişdir. Onların söhbətlərinin uzun çəkdiyini görüb Təqsirləndirilən şəxsla Şükür Bayramov birlikdə onlara yaxınlaşanda o, həmin oğlanın da Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığını demişdir. Təqsirləndirilən şəxs da həmin şəxsə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadıqlarını bildirib ondan həmin qəsəbədə hansı ünvanda yaşadığını soruşmuşdur. O da, yəni sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs bir neçə dəfə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığını təkrar etmişdir. Onlar belə düşünmüşlər ki, birlikdə həmin şəxslə birlikdə taksi çağırar və pulunu bərabər payla verməklə yaşadıqları evə gedərlər. Ona görə də, Təqsirləndirilən şəxs təkrar olaraq həmin şəxsdən Şüvəlan qəsəbəsində harada yaşadığını soruşduqda, həmin şəxs Təqsirləndirilən şəxs ünvanına səbəb olmadan nalayiq söyüşlər işlətmişdir. Zərərçəkmiş şəxs çox sərxoş olmuş və danışmaqda çətinlik çəkmişdir. Təqsirləndirilən şəxs Eminə demişdir ki, “içkilisən, bir yumruq vursam, ayağa qalxa bilməyəcəksən, söyüş söymə”. Bu sözlərdən sonra hər üçü, yəni tanışları Təqsirləndirilən şəxs, Şükür Bayramov və o, Zərərçəkmiş şəxs yanından uzaqlaşmaq istəmişlər. Lakin həmin şəxs Təqsirləndirilən şəxs “gəl məni vur görüm, necə vurursan” deyə bildirmiş, onlar isə Zərərçəkmiş şəxs sözlərinə məhəl qoymadan getmişlər. Lakin Zərərçəkmiş şəxs onların arxasınca gələrək, yenə də Təqsirləndirilən şəxs əl çəkməmişdir. Təqsirləndirilən şəxs isə Eminə həm sözlərlə, həm də əl işarələri ilə gedib işi ilə məşğul olmasını, içkili olduğunu, problem yaratmamasını bildirmiş, lakin Zərərçəkmiş şəxs yenə də deyilən sözlərə məhəl qoymayıb, Təqsirləndirilən şəxs təhqir etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən tutub kənara çəkərək, söyüş söyməməsini bildirmiş və kənara çəkilmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs arxasınca gəlib, onu ayaqla vurmaq istəmiş və onun ünvanına nalayiq söyüş söymüşdür. Ona görə də, Təqsirləndirilən şəxs yumruqla (əli ilə) onun sağ sifət nahiyəsinə bir dəfə zərbə ilə vurmuşdur. Zərərçəkmiş şəxs içkili olduğundan özünü saxlaya bilməyib yerə yıxılmışdır. Onlar bundan sonra adlarını qeyd etdiyi dostları ilə birlikdə oradan uzaqlaşmışlar ki, Emin ayağa qalxıb mübahisəni uzatmasın. Onlar birlikdə bir qədər kənarda gözləmişlər. Təxminən 30-40 dəqiqə keçdikdən sonra, onlar həmin şəxsin vurulduğu yerə yaxınlaşdıqda, onun orada olmadığını və getdiyini görmüşlər. Orada olan tanımadığı şəxslərdən maraqlandıqda bildirmişlər ki, həmin şəxs taksiyə minib getmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs səhhətinin yaxşı olduğuna əmin olmuş və onlar oradan taksi ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsinə getmişlər. 29 aprel 2024-cü il tarixdə o və adlarını qeyd etdiyi dostları Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə dəvət olunduqda bilmişdir ki, Zərərçəkmiş şəxs onların barəsində şikayət edibdir. Araşdırma zamanı o, Təqsirləndirilən şəxs vurduğu şəxsin Zərərçəkmiş şəxs olduğunu, zərbə nəticəsində onun sifət nahiyəsindən xəsarət aldığını bilmişdir. Şahidlər Şahid2 və Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 aprel 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Şüvəlan qəsəbəsində yaşayan dostları Təqsirləndirilən şəxs və X4 ilə birlikdə 20 Yanvar metrostansiyasının yaxınlığında Bakı şəhəri, Nəsimi rayon ərazisində yerləşən «Huko» gecə klubuna getmişlər. Gecə klubunda bir qədər əylənmişlər. Təqsirləndirilən şəxs kofe içmiş, Şahid3 və onun özü isə spirtli içki və enerji içkisi qəbul etmişlər. 26 aprel 2024-cü il tarixdə saat 03:30 radələrində gecə klubundan çıxaraq yeraltı keçiddən keçib 20 Yanvar metrostansiyasının yaxınlığında "xxxx" ASC-nin binasının qarşısına çıxmışlar. Oradan Yasamal rayonu, Moskva prospektində yerləşən «Badi Səba» şadlıq sarayı istiqamətində piyada hərəkət etməyə başlamışlar. Təxminən 20-25 dəqiqə gəzişdikdən sonra «Badi Səba» şadlıq sarayının yaxınlığındakı ticarət köşkünün yanına gəlmişlər. Həmin vaxt siqaretləri qurtarmışdır. Şahid3 köşkdən bir təxminən 20 metr aralıda səkinin üstündə oturub «GO» spirtli enerji içkisi içən şəxsə yaxınlaşıb siqaret istəyəcəyini onlara bildirdikdə, Təqsirləndirilən şəxs ona həmin şəxsin içkili olduğunu, ondan siqaret istəməməsini demiş, Şahid3 isə Təqsirləndirilən şəxs sözünə qulaq asmamış və həmin şəxsə yaxınlaşıb siqaret istəmişdir. Təqsirləndirilən şəxs və o, 5-10 metr aralıda gözləmişdir. Onların söhbətlərinin uzun çəkdiyini görüb Təqsirləndirilən şəxsla birlikdə onlara yaxınlaşanda Şahid3 həmin oğlanın da Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığını demişdir. Təqsirləndirilən şəxs da həmin şəxsə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadıqlarını bildirib ondan həmin qəsəbədə hansı ünvanda yaşadığını soruşmuşdur. O da, yəni sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs bir neçə dəfə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığını təkrar etmişdir. Onlar belə düşünmüşlər ki, birlikdə həmin şəxslə birlikdə taksi çağırar və pulunu bərabər payla verməklə yaşadıqları evə gedərlər. Ona görə də, Təqsirləndirilən şəxs təkrar olaraq həmin şəxsdən Şüvəlan qəsəbəsində harada yaşadığını soruşduqda, həmin şəxs Təqsirləndirilən şəxs ünvanına səbəb olmadan nalayiq söyüşlər işlətmişdir. Zərərçəkmiş şəxs çox sərxoş olmuş və danışmaqda çətinlik çəkmişdir. Təqsirləndirilən şəxs Eminə demişdir ki, “içkilisən, bir yumruq vursam, ayağa qalxa bilməyəcəksən, söyüş söymə”. Bu sözlərdən sonra hər üçü, yəni tanışları Təqsirləndirilən şəxs, Şahid3 və o, Zərərçəkmiş şəxs yanından uzaqlaşmaq istəmişlər. Lakin həmin şəxs Təqsirləndirilən şəxs “gəl məni vur görüm, necə vurursan” deyə bildirmiş, onlar isə Zərərçəkmiş şəxs sözlərinə məhəl qoymadan getmişlər. Lakin Zərərçəkmiş şəxs onların arxasınca gələrək, yenə də Təqsirləndirilən şəxs əl çəkməmişdir. Təqsirləndirilən şəxs isə Eminə həm sözlərlə, həm də əl işarələri ilə gedib işi ilə məşğul olmasını, içkili olduğunu, problem yaratmamasını bildirmiş, lakin Zərərçəkmiş şəxs yenə də deyilən sözlərə məhəl qoymayıb, Təqsirləndirilən şəxs təhqir etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən tutub kənara çəkərək, söyüş söyməməsini bildirmiş və kənara çəkilmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs arxasınca gəlib, onu ayaqla vurmaq istəmiş və onun ünvanına nalayiq söyüş söymüşdür. Ona görə də, Təqsirləndirilən şəxs yumruqla (əli ilə) onun sağ sifət nahiyəsinə bir dəfə zərbə ilə vurmuşdur. Zərərçəkmiş şəxs içkili olduğundan özünü saxlaya bilməyib yerə yıxılmışdır. Onlar bundan sonra adlarını qeyd etdiyi dostları ilə birlikdə oradan uzaqlaşmışlar ki, Emin ayağa qalxıb mübahisəni uzatmasın. Onlar birlikdə bir qədər kənarda gözləmişlər. Təxminən 30-40 dəqiqə keçdikdən sonra, onlar həmin şəxsin vurulduğu yerə yaxınlaşdıqda, onun orada olmadığını və getdiyini görmüşlər. Orada olan tanımadığı şəxslərdən maraqlandıqda bildirmişlər ki, həmin şəxs taksiyə minib getmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs səhhətinin yaxşı olduğuna əmin olmuş və onlar oradan taksi ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsinə getmişlər. 29 aprel 2024-cü il tarixdə o və adlarını qeyd etdiyi dostları Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə dəvət olunduqda bilmişdir ki, Zərərçəkmiş şəxs onların barəsində şikayət edibdir. Araşdırma zamanı o, Təqsirləndirilən şəxs vurduğu şəxsin Zərərçəkmiş şəxs olduğunu, zərbə nəticəsində onun sifət nahiyəsindən xəsarət aldığını bilmişdir. Şahid qismində dindirilmiş Şahid2 ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, mübahisə zamanı o, yanlarında heç kimi görməmişdir. Lakin Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra oradan uzaqlaşan zaman ətrafda bir neçə nəfər şəxsi görmüş, lakin o, həmin şəxsləri tanımır. Mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs başqa heç kim vurmamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs başqa o və ya qeyriləri xəsarət almamışdır. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin qançırı, sağ almacıq və sağ əng sümüklərinin basılma xarakterli sınıqları xəsarətlərini 26 aprel 2024-cü il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla bir dəfə vuraraq yetirmişdir. Şahid3, Təqsirləndirilən şəxs və o, Zərərçəkmiş şəxs pul istəməmişlər. Zərərçəkmiş şəxs bu barədə qeyd etdiyi yalandır. Həmin vaxt Zərərçəkmiş şəxs çox içkili olmuş və nə danışdığını bilməmişdir. Şahid3 ondan siqaret istəmiş və bundan başlayaraq Zərərçəkmiş şəxs səbəbsiz nalayiq sözlərinə görə həmin mübahisə yaranmışdır. Hətta Təqsirləndirilən şəxs Şahid3 iradlarını bildirmişdir ki, onun sərxoş adama yaxınlaşması nəticəsində bu mübahisə yaranmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 aprel 2024-cü il tarixdə saat 11 radələrində o, işlədiyi Quba rayonundan yaşadığı evə gəlmişdir. Həmin vaxt Emin evdə yatmış, arvadı ona bildirmişdir ki, Emini gecə saatlarında kimsə vurub xəsarət yetirib. O, Emini yuxudan ayıltmış və görmüşdür ki, Eminin qaşı partlayıb və sağ sifətində yara var, eləcə də, sağ almacıq sümüyü batıq vəziyyətdədir. O, Emindən nə baş verdiyini soruşanda, Emin ona bildirmişdir ki, gecə vaxtı “20 Yanvar” metrosunun yaxınlığında tanımadığı şəxs tərəfindən yumruqla vurulmuşdur. Bundan sonra, o, Eminin vəziyyətinin pis olduğunu görüb təcili yardıma zəng etmiş və bir qədər keçmiş təcili yardım briqadası mənzilə gəlmişdir, Eminə ilkin tibbi yardım göstərilmiş və Emini özləri ilə Sumqayıt şəhər travmatologiya xəstəxanasına aparmışlar. Xəstəxanada Emini rentgen müayinəsindən keçirmişlər və Eminə sağ almacıq sümüyünün qəlpəliyerdəyişmiş sınığı diaqnozu qoyulmuş, əməliyyata ehtiyacı olduğunu bildirmişlər. Səhəri günü, yəni 27 aprel 2025-ci il tarixdə Emini əməliyyat etmişlər. O da həmin gün Azərbaycan Respublikası DİN-in 102 xidmətinə oğlu Eminin döyülməsi barədə zəng edib məlumat vermişdir. Emin 17 gün xəstəxanada stasionar müalicə olunmuşdur. Xəstəxanadan çıxandan sonra isə 05 iyul 2024-cü il tarixədək ev şəraitində ambulator müalicə olunmuşdur. Onun özü mübahisə zamanı orada olmamışdır və oğlunun vurularaq xəsarət aldığının şahidi olmamışdır. Lakin sonradan araşdırma zamanı onlara məlum olmuşdur ki, oğlu Emini yumruqla vuraraq xəsarət yetirən şəxs Təqsirləndirilən şəxsdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 08 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurularaq xəsarət aldığı yerin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 69A ünvanında yerləşən “Badi Səba” şadlıq evinin qarşısı olması müəyyən edilmişdir (i.v. 18-20). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 484 saylı rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin qançırı, sağ almacıq və sağ əng sümüklərinin basılma xarakterli sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Yuxarıda qeyd olunan xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi və yıxılması nəticəsində törənməsi inkar olunur (i.v. 21-24). “Baxış keçirmə haqqında” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X7, Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-c maddələrinin tələblərinə əsasən icraatında olan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs iştirakı ilə tərtib etmişdir həmin protokolu, ondan ötrü ki, Təhlükəsizlik Şəhər Xidmətinin TŞ2-134 nömrəli videomüşahidə qurğusunun kameraları vasitəsi ilə qeydə alınmış video-görüntülər köçürülmüş bir ədəd diskə tərəfindən baxış keçirilməyə başlandı. Baxış zamanı müəyyən edildi ki, disk boz rənglidir, üzərində zavod üsulu ilə “Verbatim, DVD-R, 4.7 GB, 16x, 120 min...” və s. qeyd olunmuşdur. Disk “HP” markalı kompüterə taxıldıqda göründü ki, diskin yaddaşına 2 ədəd “TŞ2-134 2-2024-04-26_03h00min00s000ms” və “TŞ2-134 3-2024-04- 26_03h00min00s000ms” adlı video-görüntü əlavə edilmişdir. “TŞ2-134 2-2024-04- 26_03h00min00s000ms” adlı video-görüntünü açdıqda müəyyən edilir ki, video-görüntü 59 dəqiqə, 59 saniyədən ibarətdir, 26 aprel 2024-cü il tarixdə saat 03:30:36-dan 04:30:36-ya qədər olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə avtomobillərin hərəkəti qeydə alınmışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilmədi. “TŞ2-134 3-2024-04-26_03h00min00s000ms” adlı video-görüntünü açdıqda müəyyən edilir ki, video-görüntü 59 dəqiqə, 59 saniyədən ibarətdir, 26 aprel 2024-cü il tarixdə saat 03:22:26-dan 04:22:26-ya qədər olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə avtomobillərin və yolun sağ kənarında olan səkidəki piyadaların hərəkəti qeydə alınmışdır. Baxış zamanı saat 04:04:00-dan videomüşahidə kamerasının görünüş dairəsinə 4 nəfər şəxsin ticarət köşkünün yanından “Badi Səba” şadlıq sarayının qarşısı istiqamətində piyada hərəkət etmələri daxil olur. 4 nəfər şəxs ticarət köşkünün qarşısında dayanan digər 4 nəfər şəxsin yanından keçərək qeyd olunan istiqamətdə hərəkət edirlər. Həmin şəxslərin arasında bir nəfər şəxsin (bundan sonra “1-ci şəxs”) digər şəxslə (bundan sonra “2-ci şəxs”) sözlə mübahisə etməsi, digər şəxsin də onu kənarlaşdırması müşahidə olunur. Qeyd olunan şəxslər “Badi Səba” şadlıq sarayının qarşısına çatdıqda, şadlıq sarayının qarşısında bir minik avtomobilinin dayanması görünür. “Badi Səba” şadlıq sarayının qarşısında olarkən 1-ci şəxs əl hərəkətləri ilə yenidən mübahisə etməyə başlayır və 2-ci şəxs əl hərəkətləri ilə sağollaşaraq mübahisə etmək istəmir. Bu zaman 1-ci şəxs 2ci şəxsin sol qolundan tutduqda, 2-ci şəxs 1-ci şəxsin sinəsindən tutaraq şadlıq sarayının qapısına tərəf sıxır və çox keçmədən 1-ci şəxsdən ayrılmaqla oradan kənarlaşmaq istəyir. Bu zaman ticarət köşkünün yanında dayanan şəxslər onlara tərəf yaxınlaşır və yolun kənarı ilə bir nəfər şəxs onlara tərəf piyada hərəkət edir. 2-ci şəxs 1-ci şəxsdən kənarlaşmaq istədikdə, 1-ci şəxs onun arxasında gedərək, tullanıb onu ayaqla vurmaq istəyir. Bu zaman 2-ci şəxs qayıdaraq onun sifət nahiyəsinə sağ əli ilə vurur və 1-ci şəxs yerə yıxılır. Bundan sonra, 2-ci şəxs və onun yanında olan digər 2 nəfər şəxs oradan uzaqlaşır. Ticarət köşkünün yanından yaxınlaşan şəxslər də oradan kənarlaşır. Bir neçə dəqiqə sonra ticarət köşkünün yanından 4 nəfər şəxs 1-ci şəxsin yıxıldığı yerə yaxınlaşır və onlardan bir nəfər şəxs 1-ci şəxsi yerdən qaldırmaqda köməklik edərək üzünə su vurur. 1-ci şəxs ayaqda durmaqda çətinlik çəkir və bir qədər sonra “Badi Səba” şadlıq sarayının dəmir hasarının dibində oturur. Saat 04:14:53-də 1-ci şəxs ayağa qalxaraq, səndələyəsəndələyə yolun kənarında olan minik avtomobilinə yaxınlaşır, sonra da yenidən səndələyə-səndələyə “Badi Səba” şadlıq sarayının dəmir hasarından tutaraq dayanır. Saat 04:15:06-da yenidən səndələyə-səndələyə yolun kənarında olan minik avtomobilinə yaxınlaşır, yenidən geri qayıdaraq “Badi Səba” şadlıq sarayının dəmir hasarının dibində yerdə oturur. Saat 04:16:45-də 1-ci şəxs ayağa qalxıb əks istiqamətdə piyada hərəkət edərək, müşahidə kamerasının görünüş dairəsindən çıxır. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, video-görüntülərdə hərəkəti qeydə alınmış və “1-ci şəxs” şərti adı ilə adlandırılan şəxs o, “2-ci şəxs” şərti adı ilə adlandırılan şəxs isə onu vuraraq xəsarət yetirən şəxs Təqsirləndirilən şəxsdur. Belə ki, o, həmin vaxt spirtli içkinin təsiri altında olmuş və Təqsirləndirilən şəxsla sözlə mübahisə etmişdir. Lakin sözlə mübahisənin hansı məzmunda olmasını xatırlamır. O, Təqsirləndirilən şəxsla sözlə mübahisə edən zaman Təqsirləndirilən şəxs onun yaxasından və boğazından tutaraq, kənara çəkmiş və sonra da ondan uzaqlaşmaq istədikdə, o, Təqsirləndirilən şəxs arxa tərəfinə hərəkət edərək, onu ayaqla vurmaq istəmiş, lakin onun ayağı Təqsirləndirilən şəxs dəyməmişdir. Həmin anda Təqsirləndirilən şəxs əl ilə (yumruqla) onun sifət nahiyəsinə bir dəfə vurmuş və o yerə yıxılmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs yanında olan şəxslər sonradan şəxsiyyətləri ona məlum olan Şahid2 və Şahid3dur. O, yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 onun yanından kənarlaşaraq getmişlər. Videomüşahidə kamerasının əhatə dairəsinə düşən digər şəxsləri, ona yerdən qalxmağa köməklik edən şəxsi, yolun kənarında olan avtomobilin sürücüsünü tanımır, həmin şəxslərlə heç bir münasibəti olmamışdır. Görünür ki, yolun kənarında olan avtomobilə yaxınlaşıb onu evinə aparmasını bildirmiş, lakin həmin şəxs onu aparmaqda razılaşmamışdır. O da sərxoş olduğu üçün yolun kənarında bir qədər oturmuş və sonradan oradan piyada uzaqlaşmaqla təsadüfi taksi ilə yaşadığı evinə getmişdir (i.v. 61-62). “Baxış keçirmə haqqında” 22 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X7, Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən icraatında olan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş xx xxxxxxx 2004-cü ildə Yevlax rayonu, Havarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, işləməyən, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 82/1, mənzil 62-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, “Mayak” düşərgəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs iştirakı ilə tərtib etmişdir həmin protokolu, ondan ötrü ki, Təhlükəsizlik Şəhər Xidmətinin TŞ2-134 nömrəli videomüşahidə qurğusunun kameraları vasitəsi ilə qeydə alınmış video-görüntülər köçürülmüş bir ədəd diskə tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə yenidən baxış keçirildi. Diskin yaddaşına köçürülmüş “TŞ2-134 2-2024-04-26_03h00min00s000ms” adlı video-görüntünü açdıqda müəyyən edilir ki, video-görüntü 59 dəqiqə, 59 saniyədən ibarətdir, 26 aprel 2024-cü il tarixdə saat 03:30:36-dan 04:30:36-ya qədər olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə avtomobillərin hərəkəti qeydə alınmışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilmədi. “TŞ2-134 3- 2024-04-26_03h00min00s000ms” adlı video-görüntünü açdıqda müəyyən edilir ki, videogörüntü 59 dəqiqə, 59 saniyədən ibarətdir, 26 aprel 2024-cü il tarixdə saat 03:22:26-dan 04:22:26-ya qədər olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə avtomobillərin və yolun sağ kənarında olan səkidəki piyadaların hərəkəti qeydə alınmışdır. Baxış zamanı saat 04:04:00-dan videomüşahidə kamerasının görünüş dairəsinə 4 nəfər şəxsin ticarət köşkünün yanından “Badi Səba” şadlıq sarayının qarşısı istiqamətində piyada hərəkət etmələri daxil olur. 4 nəfər şəxs ticarət köşkünün qarşısında dayanan digər 4 nəfər şəxsin yanından keçərək qeyd olunan istiqamətdə hərəkət edirlər. Həmin şəxslərin arasında bir nəfər şəxsin (bundan sonra “1-ci şəxs”) digər şəxslə (bundan sonra “2-ci şəxs”) sözlə mübahisə etməsi, digər şəxsin də onu kənarlaşdırması müşahidə olunur. Qeyd olunan şəxslər “Badi Səba” şadlıq sarayının qarşısına çatdıqda, şadlıq sarayının qarşısında bir minik avtomobilinin dayanması görünür. “Badi Səba” şadlıq sarayının qarşısında olarkən 1-ci şəxs əl hərəkətləri ilə yenidən mübahisə etməyə başlayır və 2-ci şəxs əl hərəkətləri ilə sağollaşaraq mübahisə etmək istəmir. Bu zaman 1-ci şəxs 2-ci şəxsin sol qolundan tutduqda, 2-ci şəxs 1-ci şəxsin sinəsindən tutaraq şadlıq sarayının qapısına tərəf sıxır və çox keçmədən 1-ci şəxsdən ayrılmaqla oradan kənarlaşmaq istəyir. Bu zaman ticarət köşkünün yanında dayanan şəxslər onlara tərəf yaxınlaşır və yolun kənarı ilə bir nəfər şəxs onlara tərəf piyada hərəkət edir. 2-ci şəxs 1-ci şəxsdən kənarlaşmaq istədikdə, 1-ci şəxs onun arxasında gedərək, tullanıb onu ayaqla vurmaq istəyir. Bu zaman 2-ci şəxs qayıdaraq onun sifət nahiyəsinə sağ əli ilə vurur və 1-ci şəxs yerə yıxılır. Bundan sonra, 2-ci şəxs və onun yanında olan digər 2 nəfər şəxs oradan uzaqlaşır. Ticarət köşkünün yanından yaxınlaşan şəxslər də oradan kənarlaşır. Bir neçə dəqiqə sonra ticarət köşkünün yanından 4 nəfər şəxs 1-ci şəxsin yıxıldığı yerə yaxınlaşır və onlardan bir nəfər şəxs 1-ci şəxsi yerdən qaldırmaqda köməklik edərək üzünə su vurur. 1-ci şəxs ayaqda durmaqda çətinlik çəkir və bir qədər sonra “Badi Səba” şadlıq sarayının dəmir hasarının dibində oturur. Saat 04:14:53-də 1-ci şəxs ayağa qalxaraq, səndələyəsəndələyə yolun kənarında olan minik avtomobilinə yaxınlaşır, sonra da yenidən səndələyə-səndələyə “Badi Səba” şadlıq sarayının dəmir hasarından sataraq dayanır. Saat 04:15:06-da yenidən səndələyə-səndələyə yolun kənarında olan minik avtomobilinə yaxınlaşır, yenidən geri qayıdaraq “Badi Səba” şadlıq sarayının dəmir hasarının dibində yerdə oturur. Saat 04:16:45-də 1-ci şəxs ayağa qalxıb əks istiqamətdə piyada hərəkət edərək, müşahidə kamerasının görünüş dairəsindən çıxır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, video-görüntülərdə hərəkəti qeydə alınmış və “1-ci şəxs” şərti adı ilə adlandırılan şəxs sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs, “2-ci şəxs” şərti adı ilə adlandırılan şəxs isə odur. Belə ki, Zərərçəkmiş şəxs həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur. Mübahisədən əvvəl dostu Şahid3 Zərərçəkmiş şəxs siqaret istəmiş, həmçinin, Şahid3 ilə söhbət zamanı Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığını bildirmiş, o da taksi ilə birlikdə getmək istədiyi üçün Zərərçəkmiş şəxs yaxınlaşaraq, bir daha harada yaşadığını soruşduqda, sonuncu ona təhqiramiz ifadələrlə cavab vermiş və buna görə aralarında sözlə mübahisə yaranmışdır. O da mübahisənin uzanmaması üçün sözlərlə və əl işarələri ilə sağollaşmaq istəsə də, Zərərçəkmiş şəxs sərxoş olduğu üçün sözlə -mübahisəni davam etdirmiş və onu təhqir etmişdir. O da Zərərçəkmiş şəxs yaxasından tutaraq, kənara çəkmiş və sonra da ondan uzaqlaşmaq istədikdə, sonuncu, onun arxa tərəfində hərəkət edərək, onu ayaqla vurmaq istəmiş, lakin Zərərçəkmiş şəxs ayağı ona dəyməmişdir. Həmin anda Zərərçəkmiş şəxs həmçinin onu söydüyü üçün əl ilə (yumruqla) sonuncunun sifət nahiyəsinə bir dəfə vurmuş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Mübahisə zamanı onun yanında olan şəxslər dostluq münasibətləri olan Şahid2 və Şahid3dur. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra o, Şahid2 və Şahid3 onun yanından kənarlaşaraq getmişlər. Videomüşahidə kamerasının əhatə dairəsinə düşən digər şəxsləri, Zərərçəkmiş şəxs yerdən qalxmağa köməklik edən şəxsi, yolun kənarında olan avtomobilin sürücüsünü tanımır, həmin şəxslərlə heç bir münasibəti olmamışdır (i.v. 69-70). “Baxış keçirmə haqqında” 03 may 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X7, Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən icraatında olan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, gül mağazasında satıcı işləyən, Bakı şəhəri, ünvan 5 ünvanda yaşayan Şahid2 iştirakı ilə tərtib etmişdir həmin protokolu, ondan ötrü ki, Təhlükəsizlik Şəhər Xidmətinin TŞ2-134 nömrəli videomüşahidə qurğusunun kameraları vasitəsi ilə qeydə alınmış video-görüntülər köçürülmüş bir ədəd diskə tərəfindən Şahid2 iştirakı ilə yenidən baxış keçirildi. Diskin yaddaşına köçürülmüş “TŞ2-134 2-2024-04- 26_03h00min00s000ms” adlı video-görüntünü açdıqda müəyyən edilir ki, video-görüntü 59 dəqiqə, 59 saniyədən ibarətdir. 26 aprel 2024-cü il tarixdə saat 03:30:36-dan 04:30:36-ya qədər olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə avtomobillərin hərəkəti qeydə alınmışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilmədi. “TŞ2-134 3-2024-04-26_03h00min00s000ms” adlı video-görüntünü açdıqda müəyyən edilir ki, video-görüntü 59 dəqiqə, 59 saniyədən ibarətdir, 26 aprel 2024-cü il tarixdə saat 03:22:26-dan 04:22:26-ya qədər olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə avtomobillərin və yolun sağ kənarında olan səkidəki piyadaların hərəkəti qeydə alınmışdır. Baxış zamanı saat 04:04:00-dan videomüşahidə kamerasının görünüş dairəsinə 4 nəfər şəxsin ticarət köşkünün yanından “Badi Səba” şadlıq sarayının qarşısı istiqamətində piyada hərəkət etmələri daxil olur. 4 nəfər şəxs ticarət köşkünün qarşısında dayanan digər 4 nəfər şəxsin yanından keçərək qeyd olunan istiqamətdə hərəkət edirlər. Həmin şəxslərin arasında bir nəfər şəxsin (bundan sonra “1-ci şəxs”) digər şəxslə (bundan sonra “2-ci şəxs”) sözlə mübahisə etməsi, digər şəxsin də onu kənarlaşdırması müşahidə olunur. Qeyd olunan şəxslər “Badi Səba” şadlıq sarayının qarşısına çatdıqda şadlıq sarayının qarşısında bir minik avtomobilinin dayanması görünür. “Badi Səba” şadlıq sarayının qarşısında olarkən 1-ci şəxs əl hərəkətləri ilə yenidən mübahisə etməyə başlayır və 2-ci şəxs əl hərəkətləri ilə sağollaşaraq mübahisə etmək istəmir. Bu zaman 1-ci şəxs 2ci şəxsin sol qolundan tutduqda, 2-ci şəxs 1-ci şəxsin sinəsindən tutaraq şadlıq sarayının qapısına tərəf sıxır və çox keçmədən 1-ci şəxsdən ayrılmaqla oradan kənarlaşmaq istəyir. Bu zaman ticarət köşkünün yanında dayanan şəxslər onlara tərəf yaxınlaşır və yolun kənarı ilə bir nəfər şəxs onlara tərəf piyada hərəkət edir. 2-ci şəxs 1-ci şəxsdən kənarlaşmaq istədikdə, 1-ci şəxs onun arxasında gedərək, tullanıb onu ayaqla vurmaq istəyir. Bu zaman 2-ci şəxs qayıdaraq onun sifət nahiyəsinə sağ əli ilə vurur və 1-ci şəxs yerə yıxılır. Bundan sonra, 2-ci şəxs və onun yanında olan digər 2 nəfər şəxs oradan uzaqlaşır. Ticarət köşkünün yanından yaxınlaşan şəxslər də oradan kənarlaşır. Bir neçə dəqiqə sonra ticarət köşkünün yanından 4 nəfər şəxs 1-ci şəxsin yıxıldığı yerə yaxınlaşır və onlardan bir nəfər şəxs 1-ci şəxsi yerdən qaldırmaqda köməklik edərək üzünə su vurur. 1-ci şəxs ayaqda durmaqda çətinlik çəkir və bir qədər sonra “Badi Səba” şadlıq sarayının dəmir hasarının dibində oturur. Saat 04:14:53-də 1-ci şəxs ayağa qalxaraq, səndələyəsəndələyə yolun kənarında olan minik avtomobilinə yaxınlaşır sonra da yenidən səndələyə-səndələyə “Badi Səba” şadlıq sarayının dəmir hasarından tutaraq dayanır. Saat 04:15:06-da yenidən səndələyə-səndələyə yolun kənarında olan minik avtomobilinə yaxınlaşır, yenidən geri qayıdaraq “Badi Səba” şadlıq sarayının dəmir hasarının dibində yerdə oturur. Saat 04:16:45-də 1-ci şəxs ayağa qalxıb əks istiqamətdə piyada hərəkət edərək, müşahidə kamerasının görünüş dairəsindən çıxır. Baxış zamanı Şahid2 bildirdi ki, video-görüntülərdə hərəkəti qeydə alınmış və “1-ci şəxs” şərti adı ilə adlandırılan şəxs sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs, “2-ci şəxs” şərti adı ilə adlandırılan şəxs isə Təqsirləndirilən şəxsdur. Belə ki, Zərərçəkmiş şəxs həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur. Mübahisədən əvvəl dostu Şahid3 Zərərçəkmiş şəxs siqaret istəmiş, həmçinin, Şahid3 ilə söhbət zamanı Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığını bildirmiş, onlar da taksi ilə birlikdə getmək istədiyi üçün Zərərçəkmiş şəxs yaxınlaşmış, Təqsirləndirilən şəxs bir daha harada yaşadığını soruşduqda, Zərərçəkmiş şəxs ona təhqiramiz ifadələrlə cavab vermiş və buna görə də Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında sözlə mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs mübahisənin uzanmaması üçün sözlərlə və əl işarələri ilə sağollaşmaq istəsə də, Zərərçəkmiş şəxs sərxoş olduğu üçün sözlə mübahisəni davam etdirmiş və onu təhqir etmişdir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs yaxasından tutaraq, kənara çəkmiş və sonra da ondan uzaqlaşmaq istədikdə, sonuncu Təqsirləndirilən şəxs arxa tərəfində hərəkət edərək, onu ayaqla vurmaq istəmiş, lakin Zərərçəkmiş şəxs ayağı Təqsirləndirilən şəxs dəyməmişdir. Həmin anda Zərərçəkmiş şəxs həmçinin Təqsirləndirilən şəxs söydüyü üçün sonuncu əl ilə (yumruqla) Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə vurmuş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Mübahisə zamanı onların yanındakı şəxs Şahid3dur. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra o, Təqsirləndirilən şəxs və Şahid3 onun yanından kənarlaşaraq getmişlər. Videomüşahidə kamerasının əhatə dairəsinə düşən digər şəxsləri, Zərərçəkmiş şəxs yerdən qalxmağa köməklik edən şəxsi, yolun kənarında olan avtomobilin sürücüsünü tanımır, həmin şəxslərlə heç bir münasibəti olmamışdır (i.v. 81-82). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 daxil olmuş 30 aprel 2025-ci il tarixli, 3-28-29/2-4297/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü, ünvan 6 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə dəfələrlə gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müayinədə olub. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2024-cü il tarixli 2/416 nömrəli göndərişinə əsasən, gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müayinəyə qəbul olunub. xx.xx.2024-cü il tarixdə Həkim Psixiatr Komissiyasına təqdim olunub və həmin tarixdə xəstəxanadan evə yazılıb (i.v. 83). “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X7 Azərbaycan Respublikası CPM-in 51, 85, 239 və 241-ci maddələrinə əsasən, ********* nömrəli cinayət işi üzrə üzrə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin inzibati binasında zərərçəkmiş şəxs xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş xx xxxxxxx 2004-cü ildə Yevlax rayonu, Havarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 82/1, mənzil 62-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, «Mayak» düşərgəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs, 14 aprel 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, 2 №-li sovxozda yaşayan X5, 15 may 1961-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə, məhkumluğu olmayan, işləməyən, Neftçala rayonu PTS qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan X3 və 15 sentyabr 1995-ci ildə Xaçmaz rayonu, Tel kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, işləməyən, Xaçmaz rayonu, Tel kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, adsız küçədə, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan X1 iştirakları ilə həmin protokolu tərtib etmişdir, ondan ötrü ki, Təqsirləndirilən şəxs digər adları qeyd olunan 3 nəfər eyni cinsdən olan şəxslə birlikdə Zərərçəkmiş şəxs tanınmaya təqdim olundu. Tanınma başlamazdan əvvəl Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-in 87-ci, şahid Təqsirləndirilən şəxs həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri elan edildi. Həmçinin, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-in 239.4-cü maddəsinə əsasən, ifadə verməkdən imtina etməyə, boyun qaçırmağa, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında, habelə özünün, yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ haqqında xəbərdar edildi. Tanınmalı olan şəxs Təqsirləndirilən şəxs istədiyi yerdə dayanması təklif edildi. Təqsirləndirilən şəxs iştirakçılar X5, X3 və X1 arasında soldan 2-ci yerdə dayandı. Tanıyan şəxs Zərərçəkmiş şəxs 26 aprel 2024-cü il tarixdə saat 04 radələrində onu yumruqla vuraraq xəsarət yetirən şəxsi göstərmək və həmin şəxsi məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olundu. Tanıyan şəxs Zərərçəkmiş şəxs ona təqdim edilən 4 nəfər şəxsi nəzərdən keçirib bildirdi ki, həmin şəxslərin arasında soldan 2-ci yerdə dayanan şəxs, yəni sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs fadəsində də qeyd etdiyi kimi qarayanız, 170-175 sm boyu olan, arıq bədən quruluşlu olmaqla, 26 aprel 2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Tbilisi prospekti, 69A ünvanında yerləşən “Badi Səba” şadlıq sarayının qarşısında onu yumruqla (əl ilə) vuraraq xəsarət yetirən şəxsdir. Həmin şəxs 26 aprel 2024-cü il tarixdə də eyni əlamətlərə malik olmuşdur (i.v. 89-90). “Üzləşdirmə haqqında” 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs üzünə qarşı demişdir (i.v. 91-92). “Üzləşdirmə haqqında” 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs üzünə qarşı demişdir (i.v. 93-94). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2427 saylı rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 26 aprel 2025-ci il tarixdə, ondan əvvəlki və sonrakı tarixlərdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarındadır (i.v. 144-147). “Baxış keçirmə haqqında” 31 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X7, Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən icraatında olan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş xx xxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xaşa-Xuna qəsəbəsi, bağ sahəsi, 189B №-li bağ evində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Əliyev prospekti, ev 51-də yaşayan Şahid3 iştirakı ilə tərtib etmişdir həmin protokolu, ondan ötrü ki, Təhlükəsizlik Şəhər Xidmətinin TŞ2-134 nömrəli videomüşahidə qurğusunun kameraları vasitəsi ilə qeydə alınmış video-görüntülər köçürülmüş bir ədəd diskə tərəfindən Şahid3 iştirakı ilə yenidən baxış keçirildi. Diskin yaddaşına köçürülmüş “TŞ2-134 2-2024-04-26_03h00min00s000ms” adlı video-görüntünü açdıqda müəyyən edilir ki, video-görüntü 59 dəqiqə, 59 saniyədən ibarətdir, 26 aprel 2024cü il tarixdə saat 03:30:36-dan 04:30:36-ya qədər olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə avtomobillərin hərəkəti qeydə alınmışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilmədi. “TŞ2-134 3-2024-04- 26_03h00min00s000ms” adlı video-görüntünü açdıqda müəyyən edilir ki, video-görüntü 59 dəqiqə, 59 saniyədən ibarətdir, 26 aprel 2024-cü il tarixdə saat 03:22:26-dan 04:22:26-ya qədər olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə avtomobillərin və yolun sağ kənarında olan səkidəki piyadaların hərəkəti qeydə alınmışdır. Baxış zamanı saat 04:04:00-dan videomüşahidə kamerasının görünüş dairəsinə 4 nəfər şəxsin ticarət köşkünün yanından “Badi Səba” şadlıq sarayının qarşısı istiqamətində piyada hərəkət etmələri daxil olur. 4 nəfər şəxs ticarət köşkünün qarşısında dayanan digər 4 nəfər şəxsin yanından keçərək qeyd olunan istiqamətdə hərəkət edirlər. Həmin şəxslərin arasında bir nəfər şəxsin (bundan sonra “1-ci şəxs”) digər şəxslə (bundan sonra “2-ci şəxs”) sözlə mübahisə etməsi, digər şəxsin də onu kənarlaşdırması müşahidə olunur. Qeyd olunan şəxslər “Badi Səba” şadlıq sarayının qarşısına çatdıqda, şadlıq sarayının qarşısında bir minik avtomobilinin dayanması görünür. “Badi Səba” şadlıq sarayının qarşısında olarkən 1-ci şəxs əl hərəkətləri ilə yenidən mübahisə etməyə başlayır və 2-ci şəxs əl hərəkətləri ilə sağollaşaraq mübahisə etmək istəmir. Bu zaman 1-ci şəxs 2-ci şəxsin sol qolundan tutduqda, 2-ci şəxs 1-ci şəxsin sinəsindən tutaraq şadlıq sarayının qapısına tərəf sıxır və çox keçmədən 1-ci şəxsdən ayrılmaqla oradan kənarlaşmaq istəyir. Bu zaman ticarət köşkünün yanında dayanan şəxslər onlara tərəf yaxınlaşır və yolun kənarı ilə bir nəfər şəxs onlara tərəf piyada hərəkət edir. 2-ci şəxs 1-ci şəxsdən kənarlaşmaq istədikdə, 1-ci şəxs onun arxasında gedərək, tullanıb onu ayaqla vurmaq istəyir. Bu zaman 2-ci şəxs qayıdaraq onun sifət nahiyəsinə sağ əli ilə vurur və 1-ci şəxs yerə yıxılır. Bundan sonra, 2ci şəxs və onun yanında olan digər 2 nəfər şəxs oradan uzaqlaşır. Ticarət köşkünün yanından yaxınlaşan şəxslər də oradan kənarlaşır. Bir neçə dəqiqə sonra ticarət köşkünün yanından 4 nəfər şəxs 1-ci şəxsin yıxıldığı yerə yaxınlaşır və onlardan bir nəfər şəxs 1-ci şəxsi yerdən qaldırmaqda köməklik edərək üzünə su vurur. 1-ci şəxs ayaqda durmaqda çətinlik çəkir və bir qədər sonra “Badi Səba” şadlıq sarayının dəmir hasarının dibində oturur. Saat 04:14:53-də 1-ci şəxsi ayağa qalxaraq, səndələyə-səndələyə yolun kənarında olan minik avtomobilinə yaxınlaşır, sonra da yenidən səndələyə-səndələyə “Badi Səba” şadlıq sarayının dəmir hasarından tutaraq dayanır. Saat 04:15:06-da yenidən səndələyəsəndələyə yolun kənarında olan minik avtomobilinə yaxınlaşır, yenidən geri qayıdaraq “Badi Səba” şadlıq sarayının dəmir hasarının dibində yerdə oturur. Saat 04:16:45-də 1-ci şəxs ayağa qalxıb əks istiqamətdə piyada hərəkət edərək, müşahidə kamerasının görünüş dairəsindən çıxır. Baxış zamanı Şahid3 bildirdi ki, video-görüntülərdə hərəkəti qeydə alınmış və “1-ci şəxs” şərti adı ilə adlandırılan şəxs sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs, “2-ci şəxs” şərti adı ilə adlandırılan şəxs isə Təqsirləndirilən şəxsdur. Belə ki, Zərərçəkmiş şəxs həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur. Mübahisədən əvvəl o, Zərərçəkmiş şəxs siqaret istəmiş, bu zaman Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığını bildirmiş, Təqsirləndirilən şəxs və Şahid2 da taksi ilə birlikdə getmək istədiyi üçün Zərərçəkmiş şəxs yaxınlaşmış, Təqsirləndirilən şəxs bir daha Zərərçəkmiş şəxs harada yaşadığını soruşduqda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqiramiz ifadələrlə cavab vermiş və buna görə də Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında sözlə mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs mübahisənin uzanmaması üçün sözlərlə və əl işarələri ilə sağollaşmaq istəsə də, Zərərçəkmiş şəxs sərxoş olduğu üçün sözlə mübahisəni davam etdirmiş və onu təhqir etmişdir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs yaxasından tutaraq, kənara çəkmiş və sonra da ondan uzaqlaşmaq istədikdə, sonuncu Təqsirləndirilən şəxs arxa tərəfində hərəkət edərək, onu ayaqla vurmaq istəmiş, lakin Zərərçəkmiş şəxs ayağı Təqsirləndirilən şəxs dəyməmişdir. Həmin anda Zərərçəkmiş şəxs həmçinin Təqsirləndirilən şəxs söydüyü üçün sonuncu əl ilə (yumruqla) Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə vurmuş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Mübahisə zamanı onların yanındakı şəxs Şahid2dur. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra o, Təqsirləndirilən şəxs və Şahid2 onun yanından kənarlaşaraq getmişlər. Videomüşahidə kamerasının əhatə dairəsinə düşən digər şəxsləri, Zərərçəkmiş şəxs yerdən qalxmağa köməklik edən şəxsi, yolun kənarında olan avtomobilin sürücüsünü tanımır, həmin şəxslərlə heç bir münasibəti olmamışdır (i.v. 157-158). “Üzləşdirmə haqqında” 31 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs üzünə qarşı demişdir (i.v. 159-160). “Sübutların qiymətləndirilməsi haqqında” 18 avqust 2025-ci il tarixli qərardan görünür ki, 13 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək naqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-in 127.2.3, 181.2.1, 221.2.1-ci maddələri, Şahid2 və Şahid3 oarəsində CM-in 181.2.1 və 221.2.1-ci maddələri, Zərərçəkmiş şəxs barəsində isə CM-in 221-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri üzləşdirmə və şəxsin tanınmaya təqdim edilməsi haqqında protokollar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X6 X15 Yasamal rayon şöbəsinin 08 may 2024-cü il tarixli 484 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 Ambulator məhkəmə psixiatrik ekspertizasının 25 iyul 2025-ci il tarixli 2427 nömrəli rəyi, Təhlükəsizlik Şəhər Xidmətinin TŞ2-134 nömrəli videomüşahidə qurğusunun kameraları vasitəsi ilə qeydə alınmış video-görüntülər köçürülmüş bir ədəd disk, həmin görüntülərə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokollar və digər istintaq sənədlərinin iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilməsi, cinayət işinin müəyyən materiallarında və alınmış ifadələrdə “Badi Səba” şadlıq sarayının yerləşdiyi ünvan texniki cəhətdən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 69A ünvanı kimi qeyd olunsa da, həmin ünvanın Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 69A olmasını nəzərə alaraq, “Badi Səba” şadlıq sarayının yerləşdiyi ünvanın Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 69A deyil, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 69A kimi nəzərə alınması, yazılması və oxunması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 172-181). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini, onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma — iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, o, əvvəllər CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cinayət işini tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, şahidləri və dövlət ittihamçısını dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri şəhəri Mərkəz vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 27 iş saatına görə 297 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Mərkəz vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan edildiyi gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar