Məhkəmə qərarları › İş №1(004)-516/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-516/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-516/2023 13.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 nümayəndəsi və vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddələrinin sanksiyası həddində cəzalandırılmasını xahiş etmişdir Xüsusi ittiham qaydasında şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, X7 “You Tube” platformasında 28 iyun 2023-cü il tarixdə 23 izləyicisi olan “hüququnu tələb et” kanalında video yayımlayaraq Aygün Muradxanovanın barəsində böhtan, təhqir, həqiqətə uyğun olmayan, işgüzar nüfuzuma xələl gətirən ifadələr işlətmişdir.Həmin video X7 tərəfindən səsləndirilmişdir. Həmin videoda X2 Muradxanovanı MTK-ları himayə edən kimi göstərməyə çalışmış və bunun əvəzində külli miqdarda pul almış, reket jurnalist kimi göstərməyə çalışmışdır. Həmin vidonun 00:16 saniyədən 00:26 saniyəyə qədər olan hissədə “bu qadın 90-cı illərdən müxtəlif kanallarda, müxtəlif verilişlərdə özünü axtarmağa başlayıb.Lakin bu günə qədər özünü tapa bilməyib.” 05:23 saniyədən başlayan hissədən isə: “ona, onun verilişinə qarşı göydən zəhər yağışı yağacaq. o bunu əminliklə deyirəm. Aygün Muradxanlı bilməlidir ki, kiminsə haqqını böhtanla yeyə bilməz. Vaxtı ilə Prezidentdən ev tələb edən Aygün Muradxanlı indi MTK-lara girişmiş, vətəndaşları özünə məxsus bir təhqir yoluynan aldatmağa çalışmaqla ev almaq fikrindədirsə yanılır. O, ev sənin boğazında qalacaq Aygün Muradxanlı. Böhtan atdığın X1 və Aygün Muradxanlının kimliyi barədə böyük veriliş və apardığın “qırmızı masada qarayaxma”nın təhlili hazırlanır. Tamaşaçılar tanış olacaq hər ikimizlə” ifadələri səsləndirilmişdir. Göstərilənlərə əsasən V.S.Əzizovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrinin sanksiyası həddində cəzalandırılması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 nümayəndəsi və vəkili Müdafiəçi şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs V.S.Əzizova bildirmişdir ki, onun və övladlarının xüsusi mül kiyyətində olan qeyri-yaşayış sahələrinin "xxxx" MTK-a tərə findən qanunsuz olaraq, qəddarcasına dağııdılması nəticəsində ona 498000 (dörd yüz doxsan səkkiz min) manat məbləğində Ədliyyə Məh kəmə Ekspertiza institutinin rəyinə əsasən (MTK-nın vəsatətinə əsasən 3 dəfə ekspertiza keçirilmişdir) habelə oğluna və qızına da ayrı-ayrı məbləğlərdə olmaqla xüsusilə küllü miqdarda maddi ziyan vurulduğu üçün hazırda Nərimanov rayon Prokurorluğunda istintaq olunan cinayət işi üzrə MTK-nın sədri Əli Məmmədov Cinayət Məcəlləsinin 186.3 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Əmlaklarının dağıdılması nəticəsində ailəlikcə maddi ziyan və ona və iztirablar çəkdiyi bəs deyilmiş kimi "xxxx" MTK və Aygün Müradxanovanın təşəbbüsləri ilə aparıcısı olduğu “Prime TV” youtube kanalında "xxxx" MTK-nın vəkili Camal Hüm- bətovun iştirakı ilə keçirilmiş “EAST Residence “ -ə mane olan qadını kim himayə edir, Qanun MTK-ları niyə qorumur” adlı veriliş, müsahibə də onun tərəfindən pis və ağır formada təhqir olunmuşam və ona böhtan atılmışdır. Hətta barəsində səsləndirdiyi sillisə verilişlərində də böhtan, təhqirlərlə bahəm həm də şantaj olunur. Eləcə də onu Kremlin çetesinin üzvü kimi qələmə verir. Bütün bunlara rəğmən o “Hüququnu tələb et” kanalında 28 iyin 2023- cü il tarixdə Müradxanova ya xitabən video deyil, audiyo səslə anos vermişdir. Həmin səsli paylaşımda heç bir böhtan təhqir, işgüzar nüfuza xələl gətirən ifadələr işlətməmişdir. Yazır ki, X14 Muradxanovanı MTK-ları himayə edən kimi göstərməyə çalışmış və bunun əvəzində külli miqdarda pul almış, reket jurnalist kimi ğöstərməyə çalışmışdır. Bu yazılanlar da ona qarşı böhtandır. Əgər belə bir fikri olsaydı onu açıq ifadə edərdi. Necəki onu videomüsahibəsində “anlaqsız qadın” (7 dəfə), “dələduz,” “hüşsuz”, “yaddaşsız”, “ bomoj” (3 dəfə), “reketlik edən”,, dəlinin əlində qalmışıq “ kimi sözlər işlətməklə ağır formada təhqir olunmuş və ağır cinayətin törədilməsində ittiham olunmaqla ona böhtan atılmışdır. O verilişində nəinki onu, hətta rayon icra hakimiyyətini, bələdiyyə sədrini, Yeni Azərbaycan Partiyasının sədrini eləcədə Məhkəmələrin də güya onu “himayə” etdiyini söyləyir. Bununla bağlı o xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Səbail Rayon məhkəməsinə müraciət etmiş və onun şikayəti icraata qəbul edilmişdir. Məlumat üçün bildirir ki, onun barəsində Cinayət Məcəlləsinin 147.2 və148-ci maddələri ilə Sabunçu Rayon Məhkəməsi hökm çıxarmışdır. Göründüyü kimi Aygün Müradxanova onunla barışığa cəhd etmək əvəzinə, baxmayaraq ki, bu mümkün deyil, ona qarşı xüsusi ittiham qaydasında şikayət vermişdir. O bununla kifayətlənməyib, onu təhqir edən silsilə verilişlər hazırlamış və davam edir. Bunu bildiyinə görə Aygün Muradxanova barəsində işlədilmiş səs ya zılarında heç bir böhtan və ya təhqirə yol verməmişdir. Belə ki, bu qadın 90-cı illərdən müxtəlif kanallarda, müxtəlif verilişlərdə özünü axtarmağa başlayıb. Lakin bu günə qədər özünü tapa bilməyib. İfadəsində bir vətəndaş mövqeyini ifadə etmiş və hesab edir ki, Aygün Muradxanova uzun müddət mətbuat sahəsində çalışsa da onun inkişafında hələ ki, xüsusi xidmətləri olmamışdır və hələ ki peşə karlığı ilə fərqlənməmişdir. Onun Vətən müharibəsində də fəaliyyətini görə bilməmişdir. Gəncə hadisələrində gördük ki, türk jurnalist “CNN Türk” kanalının müxbiri Fulya Öztürk hadisə yerində idi və qaynar böl cələrdən reportajlar verirdi. X11 görə bilməmişdir. Bəli bu onun söz və fikir azadlığından istifadə edərək Aygün Murad xanımın fəaliyyətinə cəmiyyətin bir üzvü kimi verdiyi ictimai qiymətdir. Digər ifadəyə münasibətdə, “ona, onun verilişinə qarşı göydən zəhər yağışı yağacaq. o bunu əminliklə deyə bilər. Aygün Müradxanlı bikməlidir ki, kiminsə haqqını böhtanla yeyə bilməz. Vaxtı ilə Prezidentdən ev tələb edən Aygün Muradxanlı indi MTK-lara girişmiş, vətəndaşları özünə məxsus bir təhqir yolu ilə alçaltmağa calışmasıynan ev almaq fikrindədirsə,yanılır” ifadəsinə görə deyə bilər ki, bu təhqir və böhtan deyil, bir şərəf və ləyaqəti təhqir olunmuş bir insan kimi “qarğışlarımdır. Əgər o MTK dan ev almaq fikrində olmayıbsa nədən narahatdır ? Prezidentdən ev istəmək nə təhqirdi, nə də böhtan. 17 il kirayələrdə yaşamışam deyən Aygün Muradxanlı da prezidentdən ev istəəyən minlərdən biridir. İndi də soruşmaq istəyir MTK-nın mülkiyyətçilərə qarşı ağır cinayət törətmiş sədri həbsdə olan vəkili dura-dura, sənin müdafiə etməkdə onu isə ağır formada təhqir edib,böhtan atmaqda məqsədin və mara ğın nə omuşdur? Bəlkə MTK-nın sədri sənin qohumundur və buna görə canfəşanlıq edirsən. Sənin hansı marağın olduğunu bir Uca Tanrı, sən özün və MTK da dostların yaxşı bilir. Bu cür çıxış etmək hansı anlama gəlir? Belə fəaliyyət jurnalist adına ləkə deyilmi? Axı jurnalist qərəzsiz və obyektiv olmalıdır. onu yaşlı və kimsəsiz olduğunu düşünüb elə bilir ki, rahat-rahat təhqir edəcəksən və böhtan atacaqsan, o da sənin təhqirlərinin qarşısında susacağ, səssiz qalıb səni dinləyəcək ona təhqir böhtan deməmiş, yaradıcılığı ilə maraqlananda özunun müsahibələrindən birində müxtəlif kanallarda çalışdığını və son illər nəhayət özünə belə bir kanal açmışdır ki, son 4 ayını demək olar ki "xxxx" MTK-nın ideal olmasına və Vahidə Əzizovanın təhqir olunmasına, ona böhtan atmağa həsr etmişdir. Barəsində yayımladığı böhtan dolu verilişdə ona və ailə üzvlərinə məxsus, 2005-ci ildə qeyriləri tərəfindən özəlləşib və 2014 cü ildə tərəfimdən notariat qaydasında vətəndaşlardan alqı-satqı yolu ilə aldığı, 2021-ci ildə “ESAST Residence“ MTK-a tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək,qəsdən məhf edilməsinə baxmayaraq, güya hansısa “çete” arxasında durub, ərazi söküldükdən sonra özəlləşdirib və bu gün onu özlərinə "xxxx" edərək MTK-dan onun vasitəsi ilə böyük pullar tələb edirlər. Absurd fikrini də təsdiq etmək üçün haralarınsa zibilxanalarımı, hətta MTK təfəfindən sahibi tərəfindən təhfil verilməmiş bir ev çəkir və göstərərək bildiirir ki, güya o nəvəm və kürəkənimlə bu gündə orada yaşayıram. Bizim ünvan 1 ünvanda qeyri-yaşayış sahəsi olmuşdur ki, o da 2021-ci ildə yüz mindən çox daşınar əmlakımızla birlikdə məhv edilmişdir. 4 ay axtarışda olan MTK-nın sədri 16 avqust tarixində DİN-i cənab Vilayət Eyvazovun şəxsən göstərişi ilə həbs olunmuşdur, hazırda Cinayət Məcəlləsinin 186.3 və 308.2-ci maddələri ilə istintaq aparılır. Qeyd edir ki, onun həbsindən sonra Aygün Muradxanova dahada fəallaşmış və bir neçə böhtah dolu serial çəkmişdir Aygün Muradxanova obyektiv, qərəzsiz olsaydı, həmin MTK-anın vətən daşlara qarşı törətdiyi cinayət əməllərini işiqlandırardı. Ən azından sosial şəbəkələrdə onların əməllərini işıqlandıran həmkarlarının vidiolarına baxıb susardı. Göstərilənlərə əsasən şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs V.S.Əzizovanın müdafiəçisi A.M.Nurməmmədov bildirmişdir ki, hazırki şikayət əsassızdır və heç bir mötəbər sübuta əsaslanmır. Bundan əlavə şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə də cavab vermir. Belə ki, şikayətçi ərizəsində ümumi şəkildə qeyd etmişdir ki, V.S.Əzizova bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmış, həmçinin onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Lakin, şikayətçi ərizəsində böhtan və təhqir xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olmasını göstərməmiş, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmasını göstərməmişdir. Həmçinin şikayətçi barəsində şikayət verdiyi şəxs V.S.Əzizovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147.2, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifləri icra etmədən şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində şikayətin verildiyi yer göstərilməmiş, bundan əlavə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə şikayətçi barəsində şikayət verdiyi şəxs V.S.Əzizova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncuların hansı əməllərinə görə həmin Məcəllənin 147.2, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifləri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs V.S.Əzizovaya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili A.M.Nurməmmədova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, V.S.Əzizovaya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili A.M.Nurməmmədovun məhkəmədə iştirak etdiyi 10 saata gorə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 10 saata gorə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar