Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-517/2022 27.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 10:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 29 dekabr 2021-ci il tarixdə saat 00:10 radələrində əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs onun tanışı Şahid2 ilə ünvan 2 ünvanın qarşısında mübahisə etməsini gördükdə idarə etdiyi "Hyudai Accent" markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşüb gələrək tanışı Zərərçəkmiş şəxs Şahid2 ilə mübahisə etməsini bəhanə edib ictimai yer olan həmin ünvanın qarşısında Zərərçəkmiş şəxsla mübahisə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini onun və ətrafda olan şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə yüksək səslə nalayıq ifadələr işlətməklə zor tətbiq edərək Zərərçəkmiş şəxs bir dəfə ağız nahiyyəsindən və bir dəfə də sifət nahiyyəsindən yumruqla vuraraq Zərərçəkmiş şəxs alının sol yarısının qançırı, sol göz yuvası nahiyyəsinin qançırı və konyuktıva qişası altında qansızıma, üst dodağın sol yarısının əzilmiş yarası ilə nəticələnən xəsarətlərlə nəticələn sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid olan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid2 1 ilə yaxın imiş ki, şəxsi münasibəti olmuşdur. xx.xx.2021-ci il tarixdə Pərvanə rəfiqələri ilə yeni ili qeyd etmək üçün adını xatırlamadığı restorana getmişdir. O, Şahid1 və Rizvanı tanımışdır. O, Pərvanəni həmin axşam retsorandan özünə məxsus Hundai Accent markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə götürüb evə gətirmişdir. Həmin vaxt sonradan adlarını bildiyi Vəfa, Rizvanın olduğu avtomobilə yaxınlaşmış, onların avtomobilin içərisində mübahisə etdiklərini eşitmişdir. Onu görüb avatomobildən yerə düşmüşdülər. Pərvanə onlara irad tutan zaman Rizvan Pərvanənin sinə və çiyin nahiyəsindən itələmişdir. O, Rizvana onun yaşadığı məhlədə səs küy salmasını irad bildirmişdir. Rizvan ona “sən kimsən müdaxilə edirəsən” demiş, onun qolundan dartmış və o, da Rizvanın sifət nahiyyəsindən yumruqla bir dəfə vurmuşdur. Pərvanə aralamaq üçün aralarına girmişdir. Onun üzərində bıçaq olmamışdır. Həmin vaxt hadisə yerinə sakinlər toplaşmışdır. Həmin sakinlər də onu aralamışlar və o, avtomobilinə əyləşərək Pərvanə ilə birlikdə oradan uzaqlaşmışdır. Hadisə 2 dəqiqə davam etmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Vəfa Xuduyeva ilə qeyri-rəsmi münasibəti olmuşdur. 28 dekabr 2021-ci il tarixdə Vəfa, Nərimanov rayonunda yerləşən adını xatırlamadığı restorana Pərvanə ilə yeni il şənliyinə getmiş və həmin gün saat təxmini 23 radələrində o, həmin restorandan Vəfanı götürən zaman Pərvanəni restoranın qarşısında içkili vəziyyətdə görmüş və ona Vəfadan uzaq durması barədə xəbərdar edərək yüngül əli ilə sinəsindən itələmişdir. Lakin Pərvanə ona heç bir söz deməmiş və Pərvanə tək restoranın qarşısında içkili vəziyyətdə dayanmışdır. Vəfa onun Tayota Prado markalı, 90- RH-207 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Vəfa ona demiş ki, onun evinin açarları olan çantası Pərvanənin kirayədə yaşadığı ünvan 3 ünvanındadır. O, da avtomobili Pərvanənin evi istiqamətində sürmüş və Vəfa Pərvanəyə zəng edərək çantasını gəlib götürcəyinı bildirmişdir. Təxmini saat 23:30 radələrində Pərvanə Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli Hyundai Acsent markalı avtomobildən düşərək onun avtomobilinin qabaq sağ tərəfinə yaxınlaşaraq qapını açaraq onun ünvanına nəlayiq söyüşlər söyməyə başlamış və ona hədə-qoxu gələrək onu nəyə görə restoranın qarşısında ona ele söz dediyini bildirmişdir. Vəfa avtomobilindən arxa oturacaqdan düşərək Pərvanəni sakitləşdirməyə çalışmış və Pərvanəyə evinin açarlarını gətirməsi bildirmişdir. Həmin vaxt Tamerlan onun avtomobilinin qapısını açaraq ona demişdir ki, avtomobildən düş gəl kənara keçək. O, da avtomobildən düşmüş və Tamerlana demiş ki, sən kimsən və səni tanımıram. O, Tamerlanı birinci səfər imiş ki, görmüşdür. Tamerlan onun sifətinin sol hissəsindən ıkı dəfə yumruqla vurmuş və Tamerlanın yanında olan oğlan ona xəncərə oxşar bıçaq vermiş ki, onu bıçaqla vursun. Vəfa həmin vaxt bıçağın qarşısına keçmiş və Vəfanın əli cızılmış və başqa tanımadığı hündür boy bir oğlan onu qucaqlayaraq kənara çəkmiş və Vəfa DİN- nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmışdırlar, ondan heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 28 dekabr 2021-ci il tarixdə Nərimanov rayonunda yerləşən adını xatırlamadığı restorana Pərvanə ilə yeni il şənliyinə getmiş və həmin gun saat təxmini 23 radələrində Rizvan həmin restorandan onu götürən zaman Rizvan Pərvanəni restoranın qarşısında içkili vəziyyətdə görmüş və ondan uzaq durması barədə xəbərdar edərək yüngül əli ilə sinəsindən itələmişdir. Lakin Pərvanə ona heç bir söz deməmiş və Pərvanə tək restoranın qarşısında içkili vəziyyətdə dayanmışdır. O, X1 markalı, 90- RH-207 dövlət qeydiyyat nişanlı avtomobililə hərəkətdə olarkən Rizvana demiş ki, onun evinin açarları olan çantası Pərvanənin kirayədə yaşadığı ünvan 3 ünvanındadır. Rizvan da avtomobili Pərvanənin evi istiqamətində sürmüş və o, Pərvanəyə zəng edərək çantasını gəlib gotürcəyini bildirmişdir. Təxmini saat 23:30 radələrində Pərvanə Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli Hyundai Acsent markalı avtomobildən düşərək Rizvanın avtomobilin qabaq sağ tərəfinə yaxınlaşaraq qapını açaraq onun ünvanına nəlayiq söyüşlər söyməyə başlamış və Rizvana hədə- qoxu gələrək onu nəyə görə restoranın qarşısında ona ele söz dediyini bildirmişdir. O, avtomobildən arxa oturacaqdan düşərək Pərvanəni sakitləşdirməyə çalışmış və Pərvanəyə evinin açarlarını gətirməsini bildirmişdir. Həmin vaxt Tamerlan onun avtomobilinin qapısını açaraq Rizvana demiş ki, avtomobildən düş gəl kənara keçək. Rizvan da avtomobildən düşmüş və Tamerlana demiş ki, sən kimsən və səni tanımıram. O, Tamerlanı birinci səfər imiş ki, görmüşdür. Tamerlan Rizvanın sifətinin sol hissəsindən iki dəfə yumruqla vurmuşdur. O. həmin vaxt dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 21:00 radələrində Şahid1 ilə restoranda əyləşərək yemək yedikdən sonra Vəfa Rizvanla gedəcəyini bildirmişdir. Vəfa həmin məclisdə eyni stolda əyləşmiş tanımadığı oğlana restorandan getməmişdən əvvəl subay olduğunu demişdir. Vəfa getmək istəyən zaman tanımadığı salon işçilərindən bır nəfər qız onun qolundan tutaraq saxlamış və demişdir ki, Vəfaya həmin oğlan gül sifariş etmişdir. Vəfa qorxmuş, demiş ki, gülü sən götür, Rizvan bilməsin. Onun arxasınca gül sifariş etmiş oğlan çölə çıxmış və həmin vaxt kuryer gülü restorana gətirmişdir. Rizvan Vəfanın arxasınca oğlanın çıxamasından şübəhlənərək onunla mübahisə etmiş və birlikdə Rizvanı qara cıp markal avtomobilə oturub getmişdirlər. Vəfa yolda olduğu zaman ona zəng edərək evinin açaralarının onun evində qaldığını bildirmişdir. O, yaşadığı ünvana taksi ilə qayıtmış, həmin vaxt Vəfa Rizvanla birlikdə onun avtomobilində onu gözləmişdilər. O, avtomobilə yaxınlaşmış, onların avtomobilin içərisndə mübahisə etdikləri eşitmişdir. Onu görüb avatomobildən yerə düşmüşdülər. O, onlara irad tutan zaman Rizvan onun sinə və çiyin nahiyəsindən itələmişdir. Rizvan ona demiş ki, sən bir də Vəfanı getdiyin yerlərə aparma O. bundan çox əsəbləşmiş ki, halbu ki, Vəfa onu aparmışdır. Həmin vaxt bir binada yaşadığı Tamerlan adlı şəxs onlara yaxınlaşaraq Rizvana demiş ki, “sən mənim yaşadığım məhlədə nə səs küy salırsan mən bu xanımı tanıyıram”. Rizvan ona demiş ki, sən kimsən müdaxilə edirəsən, onu qıcıqlandıran sözlər demişdir. Həmin vaxt Tamerlan onun sifət nahiyəsinə yumruqla zərbə vurmuş və o, onları aralamaq üçün aralarına girmişdir. Tamerlanın üzərində bıçaq olmamış və ona heç kim bıçaq verməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs öz ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş və Təqsirləndirilən şəxs hadisə vaxtı bıçaqla heç kimə xəsarət yetirmədiyini Zərərçəkmiş şəxs üzünə deməklə öz ifadəsində göstərdiklərini təsdiq etmişdir (səh. 82-85). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hadisə ünvan 4 ünvanın qarşısında baş vermişdir (səh. 9-11). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1279 saylı rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs alının sol yarısının qançırı, sol göz yuvası nahiyyəsinin qançırı və konyuktiva qişası altında qansızma. üst dodağın sol yarısının əzilmiş yarası ilə nəticələnən xəsarətlərlə nəticələn sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir (səh. 23-24). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixli ACDİÜ AR Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4, 62, 221.3. 62. 66.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2009-cu il tarixdə Bakı Apelyasiya Məhkməsinin qərarı ilə xx.xx.2009-cu il tarixdə qərarı ləğv edilib və 8 ay 10 gun vaxtından əvvəl şərti azad edilib, xx.xx.2014-cü il tarixli Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-cı maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixli Səbail Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 07 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına. 1500 manat cərimə və 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci ildə cəza sonu ilə azad edilmiş və xx.xx.2019-cu ildə cərimə tam ödənilmişdir (səh. 50-53). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1500 manat cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən 19.11,2019-cu il tarixdə cərimə cəzası tam ödənildiyindən Yasamal rayon icra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır (səh. 128). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2022-ci il tarixli “şübhəli şəxs qismində tutma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2022-ci tarixdə tutulmuşdur (səh. 63-71). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (səh. 116). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi və digər maddi sübutlar, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirərək həmin əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdən 14 iyun 2022ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-517/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 01 noyabr 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 70 (yetmiş) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 70 (yetmiş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 70 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-517/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-517/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver