Məhkəmə qərarları › İş №1(004)-517/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-517/2025

26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-517/2025 26.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə, müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Böyük Qarakilsə rayonunda anadan olmuş, orta təhsilli, evli, fərdi əmək məhkum olunmamış ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, 12 avqust 2025-ci il tarixdə saat 10:30 radələrində, yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə mübahisə edən zaman, Zərərçəkmiş şəxs ondan xəbərsiz boşanma ilə əlaqədar mediasiyaya ərizə ilə müraciət etməsi və ona kobud ifadələr işlətməsi səbəbindən aralarında yaranan mübahisədən irəli gələn şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı evdə əsəbləşib qəsdən həyat yoldaşı Zərərçəkmiş şəxs itələməklə, Zərərçəkmiş şəxs sağ diz oynağında hərəkət məhdudluğu ilə müşayət olunan sağ diz oynağı nahiyəsinin iri ölçülü qançır-şişkinliyi (hematoması), sol əlin arxa səthinin qançırı, sol əlin İİ barmağının sıyrıqları kimi bədən xəsarətləri yetirməklə zərər :əkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2005-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurublar, bir övladları var. Son bir ildə Nəzakətlə ailədə münasibətləri pozulmuşdur və mütəmadi olaraq aralarında münaqişələr baş verir. xx.xx.2025-ci il tarixdə yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanında evdə olarkən, saat təxminən 10:20 radələrində ASAN xidmətin mediasiya bölməsindən onun mobil telefonuna zəng olunaraq hazırda hansı ünvanda yaşamasını soruşmuşlar və həyat yoldaşı Zərərçəkmiş şəxs boşanma ilə əlaqədar mediasiyaya ərizə ilə müraciət etməsi barədə ona məlumat verilmişdir. O, həmin vaxt Nəzakətin ondan xəbərsiz boşanma barədə mediasiyaya ərizə yazdığına çox əsəbləşmiş və həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs ona kobud ifadələr işlədərək, bütün əmlakları həmçinin avtomobili məhkəmə yolu ilə əlindən alacağı ilə onu hədələmişdir və o, əsəbləşib Nəzakətin mobil telefonunu əlindən almaq stəmişdir, həmən vaxt Nəzakət qarşısına keçmişdir və yataq otağının qapısını bağlamaq stəyəndə Nəzakəti əsəbi halda itələmişdir və Nəzakət yerə yıxılmışdır. Nəzakətlə mübahisələri 1-2 dəqiqə davam etmişdir və o, evdən çıxıb getmişdir.Hadisə barədə həyat yoldaşı Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq döyülməsi barədə məlumat vermişdir. Sonra isə Zərərçəkmiş şəxs 27-ci PŞ-nə gedərək bu barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və şikayətinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, həyat yoldaşı Təqsirləndirilən şəxs ilə 2005-ci ildə ailə həyatı qurmuşdur və həmin nikahdan bir övladları vardır. Beş ilə yaxındır Aydınla ailədə münasibətləri pozulmuşdur və mütəmadi olaraq aralarında münaqişələr baş verir. xx.xx.2025-ci il tarixdə yaşadıqları Bakı şəhəri, ünvan 4 ünvanında evdə olarkən saat xminən 10:20 radələrində ASAN xidmətin mediasiya bölməsindən əri Aydına zəng olunmuşdur və onun boşanma ilə əlaqədar mediasiyaya ərizə verməyi barədə Aydına məlumat verərək hazırda onun yaşayış ünvanını soruşmuşlar. Həyat yoldaşı Təqsirləndirilən şəxs xəbərsiz boşanma barədə ASAN xidmətin mediasiya bölməsinə ərizə yazdığına görə Aydın çox əsəbləşmişdir və həmin vaxt aralarında mübahisə yaranmışdır. Yaranan mübahisə zamanı Aydın onun mobil telefonunu əlindən almaq istəmiş, kobud ifadələr işlədərək onun üstünə getmişdir və onu əsəbi halda itələmişdir həmin vaxt o, yerə yıxılmışdır və yıxılan zaman sağ dizindən və sol əlindən xəsarətlər almışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxsla aralarındakı mübahisə 1-2 dəqiqə davam etmişdir. Mübahisədən təxminən 5-10 dəqiqə sonra Aydın evdən çıxıb getmişdir. Sonra hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq döyülməyi barədə məlumat vermiş və 27-ci PŞ-nə bu barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sadələşdirilmiş icraat materialının 17-19-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 12 avqust 2025-ci il tarixli, 672 saylı rəyində qeyd olunmuşdur ki, vət.Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər, sağ diz oynağında hərəkət məhdudluğu ilə müşayət olunan sağ diz oynağı nahiyəsinin iri ölçülü qançır-şişkinliyi (hematoması), sol əlin arxa səthinin qançırı, sol əlin İİ barmağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Sadələşdirilmiş icraat materialının 20-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 54-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidirr. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığı və onlara dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar