Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-518/2024 24.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs müdafiəçisi “Müdafiəçi1 və partnyonları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs, Lənkəran Rayon Məhkəməsi üzrə 3 dekabr 2021-ci il tarixli, 48 nömrəli əmrlə həmin tarixdən Lənkəran Rayon Məhkəməsində məhkəmə iclas katibi vəzifəsini təyin edilib 2023-cü ilin yanvar ayından həmin məhkəmənin hakimi X5 təhkim edilməklə, 2024-cü ilin may ayında hakim Nicat Ağabəyovun icraatında olan Bakı şəhər sakini yetkinlik yaşına çatmayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi üzrə oğlu Rəşad Səfərovun cinayət məsuliyyətindən azad olunmasına köməklik göstərilməsi üçün ünvan 1 ünvanında yerləşən Lənkəran Rayon məhkəməsinin inzibati binasında Şahid1 özünə müraciəti ilə əlaqədar, sonuncuya məhkəmə iclas katibi kimi öz qulluq mövqeyindən istifadə etməklə özünün həqiqi təsir imkanlarından istifadə edərək hakim X7 tərəfindən X3 cinayət məsuliyyətindən azad olunması barədə qərarına təsir etmək imkanına malik olmasını bildirib, həmin niyyətlə 26 may 2024-cü il tarixdə Lənkəran şəhərində görüşləri zamanı Şahid1 özü üçün birbaşa yolla şəxsən ilkin olaraq 12.000 manat, daha sonra əlavə olaraq 3.000 manat pul vəsaitini istəyib ümumilikdə 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin verilməsi ilə bağlı Şahid1 razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən “Atlantis” restoranının müştəriləri üçün nəzərdə tutulmuş ayrıca otağında Şahid1 özü üçün birbaşa yolla şəxsən 15.000 (on beş min) manat pul vəsaitini alıb, 2024-cü ilin iyun ayının 3-də Nicat Ağabəyova müraciət edib X3 cinayət məsuliyyətindən azad edilməsini, buna görə Şahid1 pul vəsaiti istəməklə almasını gizlətməklə bildirməsinə əsasən, Nıcat Ağabəyovun razılığını alaraq xx.xx.2024-cü il tarixdə sonuncu tərəfindən keçirilən məhkəmə prosesində X3 barəsində Azərbaycan Respubhkas Cinayət Məcəlləsinin 88.1-ci maddəsi tətbiq edilməklə CM-ın 263-1.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul olunmasına nail olub öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs olan hakim Nicat Ağabəyovun qərarına qanunsız təsir göstərmişdir. (nüfuz alveri etmişdir). Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi “Müdafiəçi1 və partnyonları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 vəsatət verərək cinayət işinin baxılması üçün aidiyyatı üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 312-1.1-ci maddəsinin dispozisiyası “Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi” şəklində qeyd edilmişdir. Maddənin mətnindən də görünür ki, bu cinayət əməli alternativ tərkiblidir. Yəni maddi və sair nemətin istənilməsi ilə artıq cinayət əməli başa çatmış hesab olunur. Biz ümumiyyətlə hazırki əməldə dələduzluq cinayət əməlinin tərkibi olduğunu düşünürük ki, həmin əməldə maddi nemətin alındığı yer məhkəməsi cinayət işinə baxmağa səlahiyyətlidir. Hazırki ittiham isə başqa maddə ilə verilmişdir. İbtidai araşdırma orqanı əgər Təqsirləndirilən şəxs CM-nin 312-1.1-ci maddədə nəzərdə tutulmuş cinayət əməlini törətdiyini iddia edirsə, o zaman cinayət işini aidiyyəti üzrə Lənkəran rayonuna göndərməli idi. Çünki ittiham aktına əsasən həmin əməl məhz Lənkəran rayonu ərazisində bitmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə müdafiə və ittiham tərəfinin fikirlərini dinləyib, vəsatəti araşdıraraq, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, vəsatət təmin edilməli, cinayət işi baxılması üçün aidiyyatı üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə təqsirləndirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Həmin Məcəlləsinin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmiıı Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1 -ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1 -ci maddəsinin şərh edilməsinə dair 18 sentyabr 2020-ci ıl tarixli qərarında qeyd edilmişdir ki. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətlı cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 sentyabr 2023-cü il tarixli qərarında qeyd edilir ki, Cinayət-Prosessual Məcəlləsinin 74.2.1ci maddəsinə uyğun olaraq, alternativ tərkibli uzanan cinayətlərə dair isə cinayətə son qoyulduğu verin yurisdiksivasına aid olan məhkəmələr tərəfindən baxılmalıdır. Prosesual məcəllənin yuxarıda qeyd edilən maddələrinin məzmunundan göründüyü kimi, cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aid olur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cinayətin törədildiyi yeri müəyyən etmək mümkündür və ona görə də cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir. (nüfuz alveri etmişdir). Nəzərə alsaq ki, Təqsirləndirilən şəxs barəsində qeyd olunan cinayət əməli ittiham aktına əsasən Lənkəran rayon ərazisində bitmişdir. Belə ki, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan-ibarətdir ki, belə cinayətin basa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, ittihamda qeyd olunan əməl Təqsirləndirilən şəxs tərəfindən Lənkəran rayonunun ərazisində törədildiyindən, hazırki cinayət işinə aidiyyəti üzrə həmin cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Lənkəran Rayon Məhkəməsində baxılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsində isə təsbit edilmişdir ki, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə məhkəmə qərar çıxarır . Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 11 saata görə 66 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75, 299, 300-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(004)-518/2024 nömrəli cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-518/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-518/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver