Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-519/2022 23.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan. ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs“ qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, həmçinin yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin əmlakını açıq talamaqla təkrar soyğunçuluq etmişdir Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 iyun 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 5 saylı yaşayış evinin pəncərəsinin açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq mənzilin qonaq otağından Zərərçəkmiş şəxs2 məxsus içərisində 60 (altımış) manat dəyərində «Xiaomi Bang 2» markalı ağıllı saat, içərisində 820 (səkkiz yüz iyirmi) manat olan 30 (otuz) manat dəyərində pul kisəsi, 50 (əlli) manat dəyərində kosmetik qab olan 20 (iyirmi) manat dəyrəində“Avenue Collektion" yazıları olan, qara rəngli, süni dəri materialdan olan tək tutacaqlı qadın əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 980 (doqquz yüz səksən) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 iyul 2022-ci il tarixdə saat 04:40 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evin qonaq otağında olan dolabın üzərindən dəyəri 80 (səksən) manat olan qol saatını, hər birinin dəyəri 70 manat olan 2 (iki) ədəd qızıl qolbağını, “cartier" firmasına məxsus olan dəyəri 200 (iki yüz) manat olan bir ədəd qızıl üzük və dəyəri 300 (üç yüz) manat olan bir cüt qızıl sırğasını, bir ədəd dəyəri 50 (əlli) manat olan gümüş üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 770 (yeddi yüz yetmiş) manat ziyan vurmaqla həmin evdən çıxan zaman törətmiş olduğu cinayət əməlinin Zərərçəkmiş şəxs1 tərəfindən aşkar edildiyini dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək, həmin evdən götürdüyü əmlakları özündə saxlayıb hadisə yerindən qaçıb getməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 770 manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 iyun 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Yasamal rayonu Murtuza Muxtarov küçəsi ilə piyada hərəkət edən zaman həmin küçədə yerləşən həyətin qapısının açıq olmasını görüb həmin həyətə daxil olmuşdur. Bundan sonra həmin həyətdə yerləşən fərdi yaşayış evinin pəncərəsindən içəri baxmış və orada masanın üzərində əl çantasının olduğunu görmüşdür. Bu zaman o, evin pəncərəsinin torunu yana çəkib evin içərisinə daxil olaraq həmin otaqda olan stolun üzərindən bir ədəd qara rəngli çantanı götürərək oradan uzaqlaşmışdır. Biraz kənara getdikdən sonra həmin çantanın içərisinə baxdıqda orada içərisində 32 manat olan pul kisəsi və kosmetik qab olduğunu görmüşdür. Daha sonra pul qabını götürüb çantanı yaxınlıqda olan ərazidə evlərdən birinin damına atmışdır. Bundan əlavə 07 iyul 2022-ci il tarixdə səhər saat 06 radələrində tanışı Elşəngilin evinin yanından keçən zaman onların evinin həyətlərinin qapısının açıq olmasını görmüşdür. Bundan sonra o, həmin qapıdan içəri daxil olub pilləkənlərlə yuxarı qalxmışdır. Orada yerləşən evin giriş qapısı bağlı olduğu üçün ayağını qapıya dirəyərək həmin evin giriş qapısını açmış, qapını açdıqdan sonra içəri daxil olmuşdur. Evdə ev sahiblərinin yatdıqlarını görmüşdür. O, sakit şəkildə həmin evin qonaq otağına daxil olmuş və orada olan olan dolabın üzərində olan 1 ədəd qol saatını, 1 ədəd qara muncuqlu qolbağı götürmüşdür. Bu zaman o, ev sahibi olan xanımın oyanaraq qışqırıb onun kim olduğunu və nə etdiyini soruşduğunu eşitmişdir. Bundan sonra ev sahibi onun dayanmağını tələb etmiş, lakin o, buna məhəl qoymayaraq cəld şəkildə oradan uzaqlaşmışdır. Bir müddət sonra Elmlər Akademiyası metrostansiyasının yaxınlığında bir tanışı ilə görüşüb oğurladığı əşyaları satmaq üçün ona vermiş, lakin həmin şəxs onu aldadaraq ondan əşyaları götürmüş və qaytarmamışdır. Törətdiyi hər iki əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, O ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 07 iyul 2022-ci il tarixdə saat 01 radələrində evdə olan zaman yaşadığı məhəllədən səs-küy gəldiyini eşitmiş, evin pəncərəsindən çölə baxdıqda qonşuluqda yaşayan Heybət adlı şəxslə bir nəfər şəxsin mübahisəsi yarandığını eşitmişdir. Həmin gün saat 04:40 radələrində yatan zaman o, yenidən səs küy gəldiyini eşidib oyanmış, bu zaman evdə bir nəfər kişi cinsində olan şəxsin olduğunu görmüşdür. O dərhal həmin şəxsə qışqıraraq onun kim olmasını və nə etdiyini soruşmuşdur. Bu zaman həmin şəxs onun oyanmasını görüb anidən cəld şəkildə evdən çıxaraq qaçmağa başlamışdır. O, həmin şəxsin arxasınca qaçaraq dayanmasını tələb etsədə də, həmin şəxs sürətlə qaçaraq oradan uzaqlaşmışdır. Həmin şəxsin evə hansı vasitə ilə daxil olmasını müəyyən etmək üçün evin giriş qapısına baxdıqda giriş qapısının kildinin qırıldığını görmüşdür. Bundan sonra o qonaq otağına baxış keçirmiş və orada olan dolabın üzərindən ona məxsus dəyəri 80 manat olan qol saatının, hər birinin dəyəri 70 manat olan 2 ədəd qızıl qolbağın, “cartier" firmasına məxsus olan dəyəri 200 manat olan bir ədəd qızıl üzüyün və dəyəri 300 manat olan bir cüt qızıl sırğanın, bir ədəd dəyəri 50 manat olan gümüş üzüyün yerində olmadığını görmüşdür. Bundan sonra o bu barədə DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 770 manat maddi zərər dəmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o ünvan 3 ünvanında yaşayır. 14 iyun 2022-ci il tarixdə işdən çıxıb və təxminən saat 20 radələrində yaşadığı evə gəlmişdir. Yaşadığı mənzilə daxil olduqdan sonra özünə məxsus içərisində, “Xiaomi Bang 2" markalı ağıllı saat, elektron imza, iş otağının və evin açarları, işə buraxılış kartı, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, “Kapital Bank"-a məxsus əmək haqqı kartı, həyat yoldaşı Şahid və azyaşlı övladı X1 məxsus şəxsiyyət vəsiqələri, içərisində 820 manat olan pul kisəsi və kosmetik qab olan əl çantasını qonaq otağında olan masanın üzərinə qoymuşdur. 15 iyun 2022-ci il tarixdə saat 10 radələrində masanın üzərinə qoyduğu əl çantasının yerində olmadığını müəyyən etmişdir. Bundan sonra o həmin otağın pəncərəsinin qarşısında olan tor örtüyün yerində olmadığını görmüşdür. Nəticədə ona məlum olmuşdur ki, gecə saatlarında naməlum şəxs pəncərənin açıq olmasından istifadə edərək pəncərənin qarşısında olan tor örtüyü yerindən çıxararaq onun yaşadığı mənzilə daxil olub masanın üzərinə qoyduğu özünə məxsus içərisində “Xiaomi Bang 2" markalı ağıllı saat, elektron imza, iş otağının və evin açarları, işə buraxılış kartı, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, “Kapital Bank"-a məxsus əmək haqqı kartı, həyat yoldaşı Şahid və azyaşlı övladı X1 məxsus şəxsiyyət vəsiqələri, içərisində 820 manat olan pul kisəsi və kosmetik qab olan əl çantasını oğurlamışdır. Bundan sonra onun həyat yoldaşı Şahid baş vermiş hadisə ilə bağlı ərizə ilə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 980 manat maddi zərər dəmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid оğlu ifadəsində göstərdi ki, o, 14 iyun 2022-ci il tarixdə gecə saatlarında işdən qayıdaraq ailə üzvləri ilə birgə yaşadığı Bakı şəhəri, Yasamal rayonu Murtuza Muxtarov küçəsində yerləşən 116 nömrəli mənzilə gəlmişdir. O, evə gəldiyi zaman həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsus əl çantası qonaq otağında olan masanın üzərində olmuşdur. Bundan sonra o, yuxuya getmiş və bu zaman evdə kənar heç bir səs eşitməmişdir. Ertəsi gün, yəni 15 iyun 2022-ci il tarixdə səhər saat 08 radələrində ona məlum olmuşdur ki, pəncərənin qarşısında olan tor yerindən çıxarılmışdır. Bundan sonra evdə axtarış apardıqları zaman həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsus əl çantasının masanın üzərində olmadığını aşkar etmişdir. Bu zaman o və həyat yoldaşı masanın üzərində olan çantanın gecə saatlarında naməlum şəxs tərəfindən açıq pəncərədən yaşadıqları mənzilə daxil olaraq oğurlandığını başa düşmüşlər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsus əl çantasının içərisində özünə, həyat yoldaşı Zərərçəkmiş şəxs2 və azyaşlı qızı X1 məxsus şəxsiyyət vəsiqələri, Zərərçəkmiş şəxs2 məxsus sürücülük vəsiqəsi, qol saatı, 50 manat dəyərində kosmetik qab, içərisində 820 manat olan pul kisəsi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus əmlakının açıq yolla talaması hadisə yeri ünvan 4 ünvanında yerləşir. Mənzilin qonaq otağına daxil olduqda orada taxta konstruksiyalı dolabın olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 evə naməlum şəxsin daxil olaraq həmin dolabın üzərindən ona məxsus qızıl zinyət əşyalarının talandığını və yuxudan oyanaraq həmin şəxsin arxasınca getsədə sonuncunu qaçmasını bildirmişdir. (i.v. 7-11) Şəxsin tanınması haqqında 12 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tanınmaya təqdim olunmuş, sonuncu təqdim edilmiş şəxslər arasından Təqsirləndirilən şəxs tanıyaraq 07 iyul 2022-ci il tarixdə mənzilə girərək əmlakını talamış şəxs olduğunu bildirmişdir. (i.v. 51-53) Hadisə yerinə baxış keçirilməsi haqqında 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 qızma məxsus məxsus əmlakının gizi yolla talanması hadisə yeri ünvan 5 ünvanında yerləşir. (i.v. 81-83) İfadənin yerində yoxlanılması haqqında 14 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərib bir daha təstiq etmişdir. (i.v. 95-101) Götürmə aparılması haqqında 14 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi ilə M.Muxtarov küçələrinin kəsişməsində yerləşən qarajın üstünə baxış keçirilərkən bir ədəd qara rəngli qadın çantası aşkar edilərək götürülmüşdür. (i.v. 103) Əşyanın tanınmaya təqdim edilməsi haqqında 14 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 01 ədəd üzərində ‘‘Avenue Collektion“ yazıları olan, qara rəngli, süni dəri materialdan olan, tək tutacaqlı çantanın ona məxsus olduğunu bildirmişdir. (i.v. 104) Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 9/5725 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd‘‘Avenue Collektion“ yazıları olan, qara rəngli, süni dəri materialdan olan, tək tutacaqlı qadın üçün çantanın istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 3.00 manat müəyyən edilir. (i.v. 120-122) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd üzərində “Avenue Collektion” yazıları olan, qara rəngli, süni dəri materialdan olan, tək tutacaqlı qadın üçün çantanın dəyəri Zərərçəkmiş şəxs1 göstərməsinə əsasən 20 manat kimi qəbul olunmuşdur. İş üzrə 01 ədəd üzərində “Avenue Collektion” yazıları olan, qara rəngli, süni dəri materialdan olan, tək tutacaqlı qadın üçün çantanın dəyəri Zərərçəkmiş şəxs1 göstərməsinə əsasən 20 manat kimi qəbul olunduğundan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 sentyabr 2022-ci il tarixli 9/5725 saylı rəyi sübut növü kimi qiymətləndirilməmişdir. İş üzrə bir ədəd üzərində “Avenue Collektion” yazıları olan, qara rəngli, süni dəri materialdan olan, tək tutacaqlı qadın üçün çanta maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. (i.v. 131-139) Qəbzdən görünür ki, 01 ədəd qara rəngli əl çantası Zərərçəkmiş şəxs2 qaytarılmışdır.(i.v. 165) Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, о, 06 iyul 2022-ci il tarixdə saat 23 radələrində qardaşı oğlu X2 borc kimi verdiyi 30 manat pulu almaq üçün ünvan 6 ünvana getdikdən sonra qardaşı oğlu Heybəti gözləsə də Heybət biraz gec gəldiyi üçün gözləmiş, təxminən 07 iyul 2022-ci il tarixdə saat 02 radələrində Heybət gəlmişdir. O, Heybətdən pulunu geri istəsə də Heybət pulu verməyərək aralarında mübahisə yaranmışdır. Heybətin pulu vermədiyini görüb oradan kənarlaşaraq uzaqlaşmışdır.Onun Heybətdən pulu geri istəməkdə məqsədi narkotik vasitəyə olan təlabatını ödəmək üçün həmin pulla narkotik vasitə almaq istəməyi olmuşdur. Həmin ərazidə bir qədər gəzişdikdən sonra əvvəllər orada yaşamış mərhum Rübabəxanımın və məhəllə uşağı kimi tanıdığı mərhum Elşəngilin evinin yanından keçərkən həmin evin darvaza qapısının açıq olmasını görmüşdür. O, həmin məhəllədə böyüdüyü üçün həmin məhəlləni və həmin məhəllədə olan evləri yaxşı tanımış, həmin darvaza qapısından içəri keçərək evin pilləkanları ilə yuxarı evə doğru qalxmışdır. Evin giriş qapısı bağlı olduğu üçün ayağını qapıya dirəyərək həmin evin giriş qapısını açmış, qapını açdıqdan sonra içəri keçmişdir. Evin qonaq otağında ev sahiblərinin yatdıqlarını görmüş, evdə həmin zaman iki nəfər qadın və iki nəfər uşaq olmuş, evin qonaq otağında yatmışlar. O, sakitcə həmin evin qonaq otağında olan dolabın üzərinə əlini gəzdirməyə başlamışdır. Həmin zaman dolabın üzərində 1 ədəd qol saatını, 2 ədəd qızıl qolbağı, 1 ədəd qızıl üzüyü, bir cüt qızıl sırğasını və 1 ədəd gümüş üzüyü götürmüşdür. Bu zaman ev sahibi olan xanımın oyanmasını görmüş, həmin qadın qışqıraraq onun nə etdiyiqi kim olduğunu soruşmuşdur. O, ev sahibinin oyandığını görüb cəld şəkildə qaçaraq oradan uzaqlaşmışdır. Ev sahibi onun dayanmağını tələb etsə də sonuncuya əhəmiyyət verməyərək qaçaraq döngədən başqa küçəyə doğru hərəkət etmişdir. Əldə etdiyi əşyaları sataraq narkotik vasitə almaq üçün Elmlər Akademiyası metrostansiyasının yaxınlığına doğru getmişdir. Orada bir nəfər şəxs ona yaxınlaşaraq narkotik vasitə istəyib-istəmədiyini soruşmuş, həmin şəxsə narkotik vasitə istədiyini, lakin üzərində pulu olmadığını, pulu əvəz edəcək 1 ədəd qol saatını, 2 ədəd qızıl qolbağı, 1 ədəd qızıl üzüyü, bir cüt qızıl sırğasını və 1 ədəd gümüş üzüyü göstərmişdir. Həmin şəxs həmin əşyaları özünə götürərək həmin əşyaların qarşılığında ona narkotik vasitə verəcəyini, lakin narkotik vasitənin evdə olmasını, buna görə də onu həmin ərazidə gözləməyini bildirmişdir. O, həmin ərazidə biraz az gözləsə də həmin şəxsin gəlmədiyini görmüş, narkotik vasitə satacağını bildirən şəxsin onu aldatdığını bilmiş, buna görədə həmin ərazidən uzaqlaşaraq çıxıb getmişdir. 12 iyul 2022-ci il tarixdə polis əməkdşaları tərəfindən saxlanılmış, polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə getmişdir. Polis şöbəsində o, həmin cinayət əməlini törətdiyini etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, yəni onun Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurladığı cantanın icərisində olan pul kisəsinin icərisində cəmi 32 manat pul, 50 manat dəyərində kosmetik qab olmasını, yəni həmin cantanın icərisində 60 manat dəyərində «Xiaomi Bang 2» markalı ağıllı qol saatının və pul kisəsinin içərisində 820 manat məbləğdə pulun olmamasını, Zərərçəkmiş şəxs1 yaşadığı evdən isə 80 manat dəyərində qol saatını, bir ədəd dəyəri 70 manat olan rəndə qızıl olmayan qolbağı oğurlamasını, yəni həmin mənzildən 1 ədədinin dəyəri 70 manat olan 2 ədəd qızıl qolbağı, “cartier" firmasına məxsus olan dəyəri 200 manat olan bir ədəd qızıl üzüyü və dəyəri 300 manat olan bir cüt qızıl sırğanı, bir ədəd dəyəri 50 manat olan gümüş üzüyünü oğurlamaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Həmin qərarın 19-cu bəndində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndində qeyd edilir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Həmin qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Həmin Məcəllənin 180.2.2 və 180.2.3-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 iyun 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri. Yasamal rayonu Murtuza Muxtarov küçəsi 116 saylı yaşayış evinin pəncərəsinin açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq mənzilin qonaq otağından Zərərçəkmiş şəxs2 məxsus məxsus içərisində 60 (altımış) manat dəyərində «Xiaomi Bang 2» markalı ağıllı saat, içərisində 820 (səkkiz yüz iyirmi) manat olan 30 (otuz) manat dəyərində pul kisəsi, 50 (əlli) manat dəyərində kosmetik qab olan 20 (iyirmi) manat dəyrəində“Avenue Collektion" yazıları olan, qara rəngli, süni dəri materialdan olan tək tutacaqlı qadın əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 980 (doqquz yüz səksən) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 9/5725 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd‘‘Avenue Collektion“ yazıları olan, qara rəngli, süni dəri materialdan olan, tək tutacaqlı qadın üçün çantanın istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 3.00 manat müəyyən edilir. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus çantanın qiymətinin 20 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 9/5725 saylı rəyində çantanın qiymətinin 03 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə çantaya görə vurduğu maddi ziyanın miqdarının 03 (üç) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 12 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:20-də tutulmuşdur. (i.v. 39) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-584/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Akif oğlu barəsində həbsetmənin əvvəli 12 iyul 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 74-75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 108) AZE seriyalı 12034436 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Əliyev Sənanın atası Təqsirləndirilən şəxsdır. (i.v. 109) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut bir ədəd üzərində “Avenue Collektion” yazıları olan, qara rəngli, süni dəri materialdan olan, tək tutacaqlı qadın üçün çantanın Zərərçəkmiş şəxs2 qаytаrılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamaını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. (CM-in 56.1.2) Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 180.2.2 və 180.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 12 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd üzərində “Avenue Collektion” yazıları olan qadın çantanın Zərərçəkmiş şəxs2 qаytаrılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-519/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-519/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver