Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-519/2025 25.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili XXX Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1989-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Yasamal rayonu, 7-ci Alatava ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş bir ədəd sellofan bükümündə təmiz çəkisi 51,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda 200 manat müqabilində əldə edib, Yasamal rayonu, 7-ci Alatava ünvanına daşımaqla üzərində saxlamış, 01 iyun 2025-cü il tarixdə saat 20:44 radələrində Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu, 7-ci Alatava ünvanında saxlanılaraq onun üzərinə baxış keçirilmiş və baxış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üst tərəfində kəmərin alt hissəsində 01 ədəd sellofana bükülmüş xeyli miqdarda ümuni təmiz çəkisi 51,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə edirmiş. Qeyd etmişdir ki, o, ailəlidir və himayəsində iki az yaşlı övladı var. Mahiyyəti üzrə bildirmişdir ki, o, narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək üçün 3 ay əvvəl narkotik vasitə aldığı İran İslam Respublikasının vətəndaşı olan, lakin adını, anket məlumatlarını bilmədiyi şəxsə pul göndərib narkoik vasitə almaq istəmişdir. Bununla əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində onun istfadəsində olan hesaba 200 manat göndərmiş və ona həmin narkotik vasitənin Yasamal rayonu, 7-ci Alatava deyilən ərazidən ala biləcəyini bildirmişdir. Onun məqsədi bu narkotik vasitəni rayona gedən zaman bir müddət istifadə etmək olmuşdur. Çünki o, istəməmişdir ki, hər dəfə narkotik vasitə alsın. O, deyilən ünvana getmiş və öz istifadəsi üçün aldığı narkotik vasitə olan “nəyşə”ni əynində olan şalvarın sağ remenin alt hissəsinə qoymuşdur ki, rayona getdikdən sonra özü üçün istifadə etsin. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu 7-ci Alatava ünvanında gedən zaman üç nəfər şəxs ona yaxınlaşaraq özlərinin Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin əməliyyat müvəkkiləri olduqlarını bildirib özləri və vəqisələrini ona təqdim etmişlər. Həmin şəxslər ona narkotik vasitələnin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onun üzərinə video çəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Bu zaman həmin əməkdaşlardan biri cibindən mobil telefon çıxardaraq çəkiliş aparmağa başlamışlar. Digər iki əməkdaş isə onun yanında durmuşlar və ilk öncə onun hüquqlarını və vəzifələrini izah etmişlər. Daha sonra isə barəsində olan əməliyyat məlumatı aldıqarını bildirib üzərində qanunsuz əşya və ya predm t varsa təqdim etməyini bildirmişlər. Onun üzərində narkotik vasitə olan “nəyşə” olduğundan o, heç bir etiraz etmədən əynində olan qara rəngi cins şalvarının sağ yan cibinin üst tərəfində kəmərin alt hissəsində gizlətdiyi 01 ədəd sellofan torbanı təqdim etmişdir. Polis əməkdaşı həmin sellofan torbanı açdıqda içərisində qurudlmuş marixuananın olması müəyən edilmişdir. Daha sonra onun üzərinə axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş büküm ağ zərfin içərisinə qoyulmuş, daha sonra isə iştirakçılar tərəfindən imzalanmış və zərflər üçün olan möhürlə möhürlənmişdir. Çəkiliş bitdikdən sonra onu Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində olan zaman onu otaqların birinə dəvət etmişlər. Orada özünü Yasamal RPPİ-nin 29-cu PŞ-nın təhqiqatçısı kimi təqdim edən Sadıqov Ramil adlı əməkdaş onun üzərindən çıxan və qablaşdırılaraq götürülmüş maddəni və çəkilişi ona təqdim etmişdir. O, həmin çəkilşdə özü olduğum, həmin maddənin ona məxsus olduğunu, saxlanılan zaman və çəkiliş zamanı ona heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra üzərindən götürülmüş və qablaşdırılmış maddənin çəkisini və tərkibini müəyyən etmək üçün ekspertizaya yolluyacaqlarını bildirmişlər. Bu proses bitdikdən sonra təhqiqatçı tərəfindən ona şübhəli kimi hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçilər siyahısını təqdim etmişlər. Həmin siyahıdan o, vəkil Müdafiəçi1 Çobvan oğlunu seçmişdir. Həmin müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. X4 ona verilmiş suallara cavab olaraq narkoitik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə aldığı şəxsin anket məlumatlarını bilmədiyini, saxlanılan zaman ona heç bir fiziki və psixi təyiq göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülər və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələrini Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan və şöbənin digər əməkdaşı əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 ibarət əməliyyat qrupu təşkil olundu. Bundan sonra o və digər əməkdaşla birlikdə məlumat əsasında 01 iyun 2025-ci il tarixdə saat 20:14 radələrində Bakı şəhəri, Yasamal rayonu, 7-ci Alatava adlanan ərazidə əməliyyat mövqeyi seçmişlər. Həmin gün yəni saat 20:44 dəqiqədə onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və həmin şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olması barədə məlumat aldığını bildirib onun üzərinə video çəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra Şahid3 mobil telefonla video çəkilişə başlamış və ilkin olaraq saxlanılan şəxsin şəxsiyyəti müəyyən edilməsi üçün özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs xx.xx.1989-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğununu bildirmişdir. İlkin olaraq onun hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən üst tərəfində kəmərin alt hissəsində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək təqdim etmişdir. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin büküm açıldıqda onun içərisində qəhvəyi rəngli ot şəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “nəyşə” yəni qurudulmuş marixuana olduğunu, həmin maddəni İran İslam Respublikasının vətədaşından 200 manata şəxsi istifadəsi üçün aldğını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sübut əhəmiyyət kəsb etdiyindən və müvafiq ekspertizanın keçirilməsi üçün tərəfindən götürülmüş, zərfə qoyulmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan tərtib edilmiş protokol iştirakçılar və tərəfimdən imzalandı. Daha sonra saxlanılan şxəs Təqsirləndirilən şəxs barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülməsi üçün Yasamal RPİ-nin 29-cu PŞ-na gətirilmiş və raportla təhqiqatçıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tətəfimdən qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və üzərindən narkotik vasitənin aşkar edilərək götürlməsini əks etdirən DVD diks təhqiatçıya təqdim eidlmişdir. X2 xidməti otağında salxanılan şəxs Təqsirləndirilən şəxs, Yasamal RPİ-nin 29-cu PŞ-nın əməliyyat müvəkkili polis kapitanı Şahid3 və həmin şübənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 Əkrəm oğlunun iştirakları ilə Ramil Sadıqov tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosussual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, hüquq və vəzifələrinin ona aydın olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin ona izah olunduğunu, aydın olduğunu bildirmişdir. Bundan sonra 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilmişdir. Daha sonra bir ədəd DVD-yə təhqiqatçının otağında kompüterdə baxış keçirilmişdir. DVD diskdə nümayiş etdirilən video görüntüdəki 01 ədəd ağ rəngli zərfin təqdim olunan zərflə eyni olduğu, üzərində olan möhür və imzalarla eyni olması və tamlığının pozulmaması iştirakçılar tərəfindən təsdiqlənmişdir. Təqsirləndirilən şəxs video görüntüdəki şəxsin özü olub olmaması soruşulmuş. Təqsirləndirilən şəxs özü olduğunu bildirərək təsdiq etmişdir. Video görüntüdə göstərilənləri təsdiq edərək heç bir etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs video çəkilişdə təqdim etdiyi marixuanaya bənzər kütləni tanımadığı İran İslam Respublikası vətəndaşından 200 manata aldığını, lakin bunu istifadə etmədiyini, sonuncu dəfə isə 3 ay qabaq Sulutəpə adlanan ərazidən 50 manata aldığı marixuananı şəxsi istifadəsi üçün istifadə etdiyini bildirmişdir. Bununla əlaqədar olaraq tərtib edilmiş protokol tərəfindən və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 və Şahid3 ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin 36-cı vərəqəsində olan 01 iyun 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 94-98-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 iyun 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 53-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 7/811 saylı ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd sellofan bağlamada təmiz çəkisi 51,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narktoik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 54-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 128-135-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 51,06 qram çəkidə olan narkotik vasitə marixuana və DVD disk sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Yasamal RPİ-nə təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3271 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 112-114-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökm üzrə xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş qalan 02 il 03 gün hissəsi 01 il 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 04 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 126-cı vərəqəsində olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Aylin adlı və xx.xx.2024-cü il təvəllüdlü Ayla adlı 2 övladı vardır. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə olan görüntü Bakı şəhəri, Yasamal rayonu, 29-cu PŞ-da qeydə alınaraq, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə ə/m, polis kapitanı Şahid1 və onun yanında həmin PŞ-nın CA üzrə ə/m polis Şahid3, videonun çəkilişini isə həmin şöbənin əməliyyat müvəkkili polis leytenenatı Şahid2 Müşviq oğlu tərəfindən həyata keçirilməsi baxış zamanı müşahidə olunur. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə Yasamal RPİ-nin 29-cu PŞ-nın təhqiqatçısı polis baş leytenantı Ramil Sadıqov tərəfindən Azərbaycan Respublikası Cinayət Prosussual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olundu, hüquq və vəzifələrinin ona aydın olub-olmaması soruşuldu, Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin ona izah olunduğunu, aydın olduğunu bildirdi. Bundan sonra görüntüdə təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilməsi müşahidə edilir. Daha sonra bir ədəd DVD-yə təhqiqatçının otağıda kompüterdə baxış keçirilməsi müşahidə olunur. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. DVD diskdə nümayiş etdirilən video görüntüdəki 01 ədəd ağ rəngli zərfin təqdim olunan zərflə eyni olduğu, üzərində olan möhür və imzalarla eyni olması və tamlığının pozulmaması iştirakçılar tərəfindən təsdiqlənməsi müşahidə olunur. Təqsirləndirilən şəxsə video görüntüdəki şəxsin özü olub olmaması soruşulduqda. Təqsirləndirilən şəxs özü olduğunu təsdiq etməsi müşahidə olunur. Video görüntüdə göstərilənləri təsdiq edərək heç bir etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs video çəkilişdə təqdim etdiyi marixuanaya bənzər kütləni tanımadığı İran İslam Respublikası vətəndaşından 200 manata aldığını, lakin bunu istifadə etmədiyini, sonuncu dəfə isə 3 ay qabaq Sulutəpə adlanan ərazidən 50 manata aldığı marixuananı şəxsi istifadəsi üçün istifadə etdiyini bildirməsi DVD diskə baxış zamanı müşahidə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələr ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8); narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində xx.xx.2017-ci il təvəllüdlü Aylin adlı və xx.xx.2024-cü il təvəllüdlü Ayla adlı 2 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 01 iyun 2025-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx.xx.2025-ci il tarixli, 3271 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Yasamal rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 51,06 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili XXX Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili XXX Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 51,06 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili XXX Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-519/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-519/2025
25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver