Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-52/2021 10.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, ali təhsilli, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofana bükülmüş içərisində təmiz çəkisi 1,682 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bükümü və bir ədəd çəhrayi rəngli sellofanın içərisində şəffaf sellofana bükülmüş içərisində təmiz çəkisi 12,129 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bükümü 210 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 20:00-da ünvan 2 saylı ünvanın qarşısında Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-yə gətirilmiş, orada saat 21:00-da onun üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümə bükülmüş içərisində təmiz çəkisi 1,682 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd çəhrayi rəngli sellofanın içərisində şəffaf sellofan bükümə bükülmüş təmiz çəkisi 12,129 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə günorta vaxtlarında idarə etdiyi «Mercedes» markalı avtomobili ilə Cəlilabad şəhərindən çıxıb Bakı şəhərinə gedirmiş. Belə ki, bir-iki gün əvvəl Bakı şəhərində yaşayan dostu Şahid1 onunla telefon danışığı zamanı vəziyyətinin çox pis olduğunu, maddi cəhətdən çətinlik çəkdiyini, anasında onkoloji xəstəlik olduğu üçün müalicəyə apara bilmədiyini demişdir. O, da qərara gəlmişdir ki, Bakıya gedərək Arifə imkanı daxilində 100-200 manat yardım etsin, eyni zamanda maşını ilə hara lazımdırsa aparsın. Beləliklə də, yaşadığı Cəlilabad şəhərindən yola çıxıb idarə etdiyi avtomobil ilə Bakı şəhəri istiqamətində getdiyi zaman «Biləsuvar dairəsi» adlanan yerdə yolun kənarında dayanmış əvvəllər tanımadığı bir kişinin əli ilə işarə etdiyini görüb maşını saxlamışdır. O, fikirləşmişdir ki, onsuzda gedir həmin istiqamətdə, söhbət edə-edə birlikdə gedərlər ki, darıxmasın. Həmin şəxs avtomobilinin sağ qabaq sərnişin oturacağına əyləşmiş və o, maşını sürmüşdür. Yolda gedə-gedə həmin kişi, yəni özünü ona İran vətəndaşı kimi «Mahmud» adı ilə təqdim etmiş şəxs müxtəlif mövzulardan söhbət edərək narkotik vasitələrdən söhbət salmış, ondan qəbul edib etmədiyi ilə maraqlanmışdır. Sonra sonuncu ona təklif etmişdir ki, 2-3 dəfə ucuz qiymətə ona narkotik sata bilər. O, sonuncunu tanımadığı üçün, fikirləşmişdir ki, ondan söz alıb başına oyun aça bilər, ona görə də demişdir ki, almaq istəmir. Yolda sonuncu həmçinin ondan xahiş etmişdir ki, 10 manat pulu varsa, sonuncuya versin ki, yol kənarında olan marketlərdən birindən su alsın, Bakıya gələndə isə ona 20 manat verəcək. O, pulu cibindən çıxaranda sonuncu onda iki ədəd 100 manat və bir ədəd 10 manat olduğunu görmüşdür. Beləliklə, Salyan rayonu ərazisindən keçdikləri zaman sonuncu ondan 10 manat pulu götürmüş və yol kənarında dükanların birində maşından düşərək su və başqa şeylər alaraq qayıdaraq maşına minmişdir və onlar yola davam etmişlər. Həmin zaman sonuncu onunla narkotik vasitələrin mövzusunda söhbətini davam etmiş və yaxşı «şüşə»nin, yəni metamfetaminin olduğunu deyərək ona ucuz qiymətə verməyi təklif etmişdir. Sonuncu güya onun yaxşılıq etdiyinə görə da ona yaxşılıq etmək istədiyi üçün ucuz qiymətə verəcəyini deyərək ümumilikdə onda nə qədər pulun olduğunu soruşmuşdur. O, demişdir ki, 200 manatı qalmışdır. Lakin sonuncu ona dərhal heç nə verməmişdir və onlar yola davam edərək söhbət etmişlər. Salyan rayonu ərazisinin qurtardığı yerə çatdıqları zaman sonuncu maşını bir yerdə yolun kənarında saxlatdırıb ondan xahiş etmişdir ki, verdiyi 10 manatdan əlavə 200 manatı da versin sonuncuya, ümumilikdə 210 manat olsun, kiminləsə görüşüb qayıdacaq, sonra onunla Bakıda hesablaşacaq. O, 200 manatı da verdikdən sonra sonuncu maşından enmişdir. O, maşında oturub 15-20 dəqiqə gözləsə də, sonuncu qayıtmamışdır və o, elə başa düşmüşdür ki, onu aldatmışdır və sonuncunu gözləməyə mənası yoxdur, ona görə də maşını sürüb getmişdir. Bakı şəhərinə gəldikdən sonra, avtomobilnin içrəsini təmizlədiyi zaman o, qabaq sağ oturacağın altında sellofan bükümünün olduğunu aşkar etmişdir. Həmin bükümü açdıqda görmüşdür ki, içərisində biri bir qədər böyük, digəri isə balaca iki sefllofan bükümləri vardır, açdıqda isə görmüşdür ki, «kakos» və «şüşədir». O, əvvəlcə qorxub fikirləşmişdir ki, qurma işdir və onu güdüb tuta bilərlər, buna görə bir yerə gedib atmaq istəmişdir, lakin ona heç kim yaxınlaşmadığı üçün rahatlanmışdır. Bundan sonra təxminən saat 20 radələrində o, Arifin yaşadığı evin qarşısına gələrək sonuncu ilə görüşdüyü zaman hər ikisini Yasamal rayon polis idarəsinin əməkdaşları saxlayraq həmin polis idarəsinə aparmışlar. Polis idarərsində də həmin əşyalar onun üzərindən aşkar olunduğu üçün o, hər şeyi etiraf etmişdir. Ona narkotik vasitə və psixotrop maddəni satmış şəxsin harada yaşaması və sonuncunun anket məlumatlarını bilmir, sonuncu yalandan ona desə də ki, «Mahmud» adlı İran vətəndaşıdır, bunu yalandan demişdir, çünki Bakı kəndlərinin ləhçəsində danışmışdır. Şahid1 ilə görüşməyə gedəndə üzərinizdə narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin olmasını sonuncu bilməmiş, heç o, da Arifin üzərində heroin bükümünün olduğunu bilməmişdir. O, ümumiyyətlə Şahid1 tanışılığı dövrdə biri-birinə heç vaxt narkotik vasitə və ya psixotrop maddə verməmişlər, eyni zamanda heç vaxt bir yerdə narkotik qəbul etməmişlər. Həmçinin o, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri heç kimə satmamış, ötürməmiş, və ya hədiyyə etməmişdir, əvvəllər narkotikdən asıllığı olduğu üçün yalnız özü qəbul etmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, gənc olmasını, İİ qrup əlil olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskində olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadələrində Təqsirləndirilən şəxs ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanıldıqlarına dair sonuncunun göstərdiyi xüsusatları təsdiq edərək bildirmişdir ki, əvvəllər iki dəfə məhkum olunmuş və hazırda məhkumluğu ödənilmişdir. O, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olan zaman narkotik vasitə hesab edilən heroini qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə təxminən günorta saatlarında o, Bakı şəhəri Balaxanı qəsəbəsinə gedərək orada üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 20 manat pul ödəyərək şəxsi istifadəsi üçün bir ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə narkotik vasitə olan heroini almış və istifadə etmək üçün öz üzərində saxlamış, yəni qoymuşdur əynindəki cins şalvarının sağ yan cibinə. Həmin tarixdə təxminən saat 20 radələrində dostu Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, yəni D.Bünyadzadə küçəsi, 22 saylı ünvanın qarşısında qarşıladığı zaman üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və onları Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birində, onun üçün dəvət olunmuş müdafiəçinin və polis işçilərinin iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin zaman videoçəkiliş də aparılmışdır. Həmin vaxt o, hər şeyi səmimi etiraf edərək şalvarının cibinə qoyduğu həmin narkotik vasitəni könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra həmin narkotik vasitə kağız zərfin içərisinə qablaşdırılmış və yapışdırıldıqdan sonra tərəflərindən imzalanmışdır. Bundan sonra bu barədə protokol da tərtib edilmiş və hamısı imzalamışlar. Ona narkotik vasitəni satmış şəxsin anket məlumatlarını, harada yaşamasını və ya qaldığını bilmir. Saxlanılarkən və polis orqanına gətirilərkən ona qarşı hər hansı bir qanunsuz hərəkət olmamışdır. O, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri kiməsə satmamış, hədiyyə etməmiş və ya ötürməmişdir. Eyni zamanda yanına gəlmiş Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin olduğunu əvvəlcədən bilməmiş və xəbəri olmamış, sonuncu ilə biri-birinə heç vaxt narkotik vasitə və ya psixotrop maddə verməmiş, eləcə də heç vaxt birlikdə narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, əməliyyat yolu ilə Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində qeydiyyatsız evdə kirayədə yaşayan Şahid1 qanunsuz olaraq narkotik vasitələri əldə edərək daşıması və istifadə etməsi barədə əməliyyat məlumatını əldə etdikdən sonra həmin məlumatı yoxlamaq məqsədilə bu barədə raportla Yasamal RPİ-nin rəhbərliyinə məruzə etmiş və xx.xx.2020-ci il tarixdə Yasamal RPİ-nin rəsinin əmri ilə rəhbəri o, təyin edilməklə NMB-nin digər əməkdaşları baş əməliyyat müvəkkili polis mayoru Şahid3 və əməliyyat müvəkkili polis kapitanı Şahid4 daxil olduqları əməliyyat qrupu yaradılaraq həmin məlumatı yoxlamaq qrupa həvalə edilmişdir. Həmin məqsədlə xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində qeyd olunan ünvanın ətrafında müşahidə apardıqları zaman Şahid1 müəyyən edərək yaxınlaşmışlar, həmin zaman sonuncunun yanında tanışı Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs olmuşdur. Həmin şəxslərə yaxınlaşıb özlərini təqim etmişlər və kim olduqlarını soruşmuşlar. Sonuncular özlərini təqdim etmişlər və bundan sonra bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələndikləri üçün Yasamal RPİ-yə getməlidirlər. Sonra həmin şəxslərlə birlikdə gəlmişlər Yasamal RPİ-nin inzibati binasına və İdarə rəhbərinin adına raportla məruzə edərək həmin şəxsləri təhvil vermişlər RPİ-nin təhqiqatçısı Elnur Hacıyevə. Sonuncu tərəfindən həmin şəxslər üçün müdafiəçilər dəvət edilərək qrupun üzvlərinin iştirakı ilə hər ikisinin üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncu əynində olmuş göy rəngdə cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş və bir ədəd çəhrayi rəngli sellofana bükülmüş iki ədəd bükümləri, digər cibindən isə bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Şəffaf rəngli sellofan açıldıqda içərisində açıq qəhvəyi rəngli tozşəkilli kütlə aşkar edilmişdir. Həmin kütlənin nə olması barədə suala Təqsirləndirilən şəxs cavab vermişdir ki, «kakos»dur, yəni narkotik vasitə olan heroin. Çəhrayi rəngli büküm açıldıqda içərisində şəffaf sellofana bükülmüş kristal şəkilli kütlə aşkar edilmişdir. Həmin kütlənin nə olması barədə suala Təqsirləndirilən şəxs cavab vermişdir ki, «şüşə»dir, yəni metamfetamin. Təqsirləndirilən şəxs verilmiş suallara cavab verərək bildirmişdir ki, üzərindən aşkar olunmuş maddələri 5- 6 gün əvvəl Biləsuvar rayonu ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün almışdır. Daha sonra həmin iki ədəd büküm kağız zərfə qablaşdırılaraq, zərf möhürlü kağızla yapışdırılmış və iştirakçıların hamısı üzərində imza etmişlər. Yekunda bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra qrupun üzvlərinin iştirakı ilə Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Həmin zaman sonuncu əynində olmuş qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ kağız parçasına bükülmüş bükümü, digər cibindən isə bir ədəd mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli toz şəkilli kütlə aşkar edilmişdir. Həmin kütlənin nə olduğu barədə suala Şahid1 cavab verdi «metamfetamin» demiş, Balaxanı qəsəbəsi ərazsində tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını göstərmişdir. Lakin həmin kütlə öz görünüşünə görə metamfetamin deyil, narkotik vasitə olan heroinə oxşar kütlə olmuşdur. Daha sonra həmin bir ədəd büküm kağız zərfə qablaşdırılmış və zərf möhürlü kağızla yapışdırıldıqdan sonra iştirakçıların hamısı üzərində imza etmişlər. Sonra da bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik övladıdır, sonuncu ali təhsillidir. Eyni zamanda, Fərman «bronxial astma» diaqnozu ilə İİ qrup əlildir. Fərman 2016-2019-cu illər ərzində Cəlilabad rayon İcra Hakimiyyətinin Cəlilibad şəhər X10 üzrə nümayəndəlikdə mühasib vəzifəsində işləmiş, sonra Azərsu ASC-nin imtahan komissiyasında imtahan verib müsahibədən keçərək kompyuter mühəndisliyinə qəbul edilmişdir. Fərmanın tutulmağı ailə üzvləri üçün çox gözlənilməz olmuş, çünki sonuncu çox perspektivli uşaq olmuşdur. Belə ki, Fərman narkotik aludəçilərinin təsiri altına düşərək son vaxtlar narkotik vasitə qəbul etməyə başlamış, lakin bu barədə gec xəbər tutmuşlar. Beləliklə, xx xxxxxx 2020-ci il taixdə Fərman ona bildirmişdir ki, Bakı şəhərində dostunun anası onkoloji xəstə olduğu üçün sonuncuya kömək etmək məqsədilə yanına gedir və etibarnamə ilə idarə etdiyi «Mercedes» markalı avtomobili ilə Bakı şəhərinə yola düşmüşdür. xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayon polis idarəsindən ona zəng edərək Fərmanın saxlanıldığını bildrmişdilər və o, dərhal evdən çıxıb gəlmişdir Yasamal rayon polis idarəsinə və nahar fasiləsindən sonra narkotiklərlə mübarizə bölməsinin rəisi ilə görüşdükdə sonuncu ona məlumat vermişdir ki, Fərmanı narkotikə görə tutmuşlar və işi artıq istintaqa vermişlər. O, oğlu Təqsirləndirilən şəxs yaşadıqları evə narkotik vasitə olan heroini, psoxotrop maddə olan metamfetamini, iri məbləğdə pulu və ya qiymətli əşyaları gətirməsini heç vaxt müşahidə etməmişdir. O, oğlu Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vaistə və psixotrop maddəni kimdən əldə etdiyini bilmir. Oğlunun narkotiklərin satışı ilə məşğul olması mümkün deyildir və buna inanmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş əri Şahid5 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 23-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 158-161-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 239-cu vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 20-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 121-125-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 10-12-ci vərəqələrində olan “təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Cinayət işinin 3-cü cild 29-31-ci vərəqələrində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 49-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 5037 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspert tədqiqatına təqdim edilmiş, bir ədəd bükümdə təmiz çəkisi - 1,682 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi - 12,129 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Qeyd: Heroinin təmiz çəkisi - 1,682 qram, sərf edildi - 0,05 qram, qalıq - 1,632; metamfetaminin təmiz çəkisi -12,129 qram, sərf edildi - 0,1 qram, qalıq - 12,029 qram.) Cinayət işinin 1-ci cild 48-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 179-182-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/1371 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin «Tədqiqat Obyekti № 59» ştamp əksi olan paketlərdə, vət. Şahid1 üzərindən götürülmüş heroin, vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinlə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidir. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs və Şahid1 üzərindən götürülmüş heroinlərin təmiz çəkiləri xx xxxxxx 2020-ci il tarixli 5037 və 5038 saylı ekspert rəylərində göstərilib. (Qeyd: 1.Təqsirləndirilən şəxs: heroinin təmiz çəkisi: 1,632 qr, tədqiqata sərf edildi: 0,03 qr, qalıq: 1,602 qr; 2. Şahid1: heroinin təmiz çəkisi: 0,217 qr, tədqiqata sərf edildi: 0,03 qr, qalıq: 0,187 qr.) Cinayət işinin 2-ci cild 178-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 22-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi 1,682 qram təşkil etmiş və ekspert tədqiqatlarından sonra 1,602 qram çəkidə qalıq qalmış kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdəki təmiz çəkisi 12,129 qram təşkil etmiş və ekspert tədqiqatından sonra 12,029 qram çəkidə qalıq qalmış kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Yasamal RPİ-yə təhvil verilmişdir. Cinayət işinin 3-cü cild 52-71-ci vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli toplanmış sübutlara hüquqi qiymət verilməsi barədə qərardan görünür ki, xx xxxxxx 2020ci il tarixdə Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis baş leytenantı Elnur Hacıyev tərəfindən tərtib edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş bir ədəd DVD kompakt disk və «xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli BKC/LGL-15332/20 nömrəli məktubu ilə istintaq orqanına daxil olmuş bir ədəd CD disk xx.xx.2020-ci il tarixli qərarıma əsasən iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişlər. Cinayət işinin 2-ci cild 24-25-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx xxxx 2020ci il tarixli, 1843 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsinin qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin təbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 31-32-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X4 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 2-ci 136-cı vərəqəsində olan 30 saylı TSEK tərəfindən veilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Cinayət işinin 2-ci cild 176-cı vərəqəsində olan Cəlilabad şəhər İƏDÜN-nin tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan DVD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Elnur Hacıyev tərəfindən tərtib edilmiş şübhəli şəxslər Şahid1 və Təqsirləndirilən şəxs üzərilərində şəxsi axtarış və götürmə aparılması haqqında protokollara əlavə edilmiş DVD kompakt diskə bir ədəd xx.xx.2020-ci il tarixdə saat 21:00da çəkilməyə başlanmış «mp4» formatında 262 MB həcmdə olan «trim.62A4A82B-16BB- 4F5D-81A0-D4FA4BDBF149.MP4» və bir ədəd xx.xx.2020-ci il tarixdə saat 22:00-da çəkilməyə başlanmış «mp4» formatında 193 MB həcmdə olan «trim.39A51E99-4FA8- 463B-9C47-37075343D2BC.MP4» adlı videofayllar vardır. DVD diskdə olan videoyazılara baxış keçirilən zaman məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 21:00-da çəkilməyə başlanmış «trim.62A4A82B-16BB-4F5D-81A0-D4FA4BDBF149.MP4» adlı videofaylda şübhəli şəxs X1 üzərində şəxsi axtarış və götürmə aparılması prosesi öz əksini tapmışdır. xx.xx.2020-ci il tarixdə saat 21:00-da çəkilməyə başlanmış «trim.62A4A82B-16BB-4F5D- 81A0-D4FA4BDBF149.MP4» adlı videofaylda əksini tapmış videogörüntü Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis baş leytenantı X5 xidməti otağında çəkilmişdir, 09 dəqiqə 13 saniyə davam edir. Baş təhqiqatçı E.Hacıyev çəkilişin yeri, tarixi, vaxtı və səbəbi barədə bildirdikdən sonra iştirakçıları qeyd edir. Bundan sonra şübhəli şəxs X3 öz anket məlumatlarını və yaşadığı ünvan barədə bildirir. Sonra baş təhqiqatçı E.Hacıyev şübhəli şəxsə Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinn müddəaları barədə məlumat verir. Daha sonra baş təhqiqatçı E.Hacıyev şübhəli şəxs Təqsirləndirilən şəxs hansı şəraitdə saxlanılması danışmağı təklif edib, sonuncu ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunda xüsusatları göstərir, həmin zaman ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini bildirir. Bundan sonra baş təhqiqatçı E.Hacıyev şübhəli şəxsə təklif edir ki, üzərində hər hansı qanunsuz əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffafa sellofana bükülmüş və bir ədəd çəhrayi rəngdə sellofana bükülmüş iki ədəd bükümləri çıxarıb masanın üzərinə qoyur. Həmçinin o, masanın üzərinə bir ədəd qara rəngdə mobil telefonu da qoyub. Şəffaf sellofana bükülmüş büküm açıldıqda içərisində açıq qəhvəyi rəndə toz şəkilli maddə aşkar edilir, şübhəli şəxs həmin maddənin «kakos» olduğunu və öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirir. Çəhrayi rəngli sellofana bükülmüş büküm açıldıqda içərisində şəffaf sellofana bükülmüş kristal şəkilli kütlə aşkar edilir, şübhəli şəxs həmin maddənin «şüşə» olduğunu və öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirir. Bundan sonra baş təhqiqatçı E.Hacıyev şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarını yoxlayır, lakin başqa heç nə aşkar edilmir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin əşyaları 5-6 gün əvvəl Biləsuvar rayonunda tanımadığı iranlı vətəndaşdan aldığını bildirir. Daha sonra baş təhqiqatçı mobil telefonu şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarır, iki ədəd aşkar edilmiş bükümlər isə ağ kağız zərfə qablaşdırılıb ağzı möhürlü kağızla yapışdırılır və məlumat verilir ki, ekspertizaya göndəriləcək. Sonda iştirak edənlər zərfin üzərində imza edirlər. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskində olan video görüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum edilməməsini, gənc olmasını, İİ qrup əlil olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs tərəfindən cəza çəkmənin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay müddəti Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın xx xxxx 2020-ci il tarixli, 1843 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Yasamal rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,602 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 12,029 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 02 (iki) ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri A.G.Cavadova və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili A.G.Cavadova ibtidai istintaq dövründə iştirak etdiyi 75 saata görə 450 (dörd yüz əlli) manat, Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,602 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 12,029 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərcləri cəmi – 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE ********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X6 ibtidai istintaq dövründə iştirak etdiyi 75 saata görə 450 (dörd yüz əlli) manat, Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-52/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-52/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver