Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-52/2025 15.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:50 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs Rəfail oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1998-ci ildə Kürdəmir rayonu, Garıs-Əyribənd kəndində anadan olmuş, Azərbaycan Respublikasımın vətəndaşı, orta təhsilli, subay, işləməyər, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Kürdəmir rayonu, Karrar Ə/D, Garıs Əyribənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 04 dekabr 2023-cü il tarixdə saat 21:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü bəndində nəzərdə tutulan “velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilməlidir" kimi tələblərə riayət etməyərək, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ 18 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai Rayon Məhkəməsi tərəfindən 1 il müddətində məhdudlaşdırılmaqla, sürücülük hüququ olmadan etibarnamə əsasında idarə etdiyi “Khazar” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Z.B.Əhmədbəyov küçəsi ilə “Caspian plaza”nın inzibati binası istiqamətində yolun sağ tərəfdən 2-ci hərəkət zolağında 50 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 54-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulan “əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir” kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd olunan tələblərə riayət etməyərək, hərəkətini davam etdirib həmin küçədə 6E ünvanında yerləşən “Tac" pərdə-tül və cehizlik mağazasının qarşısındakı nizamlanmayan piyada keçidi ilə yolu sol tərəfdən sağ tərəfə keçən piyada Zərərçəkmiş şəxs Rəfail oğlunu avtomobilin qabaq hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs Rəfail oğluna sağ qamış sümüyü kondilusunun qapalı, qəlpəli yerdəyişmiş oynaqdaxili sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməsi ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bilərək göstərmişdir ki, BC 858656 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır,həmin vəsiqəni 04 iyul 2023-cü il tarixdə almış, 05 iyul 2033-cü ıl tarixədək müddəti olmuşdur. Lakin nəqliyyat vasitələrini idarə etmək hüququ 18 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai Rayon Məhkəməsi tərəfindən 18 oktyabr 2024-cü il tarixədək məhdudlaşdırılmış, bundan onun məlumatı olmuşdur. Vaxtı olmadığı üçün sürücülük vəsiqəsini müvafiq quruma təqdim edə bilməmiş, buna baxmayaraq, «Khazar» markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobili 27 noyabr 2023-cü il tarixdən etibarnamə əsasında idarə etmiş, həmin avtomobil "xxxx" MMC-yə məxsus olmuşdur. 04 dekabr 2023cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Z.B.Əhmədbəyov küçəsində təxminən 40-50 km/saat sürətlə yolun sağ tərəfdən 2-ci zolağında hərəkət etmiş, həmin küçədə yerləşən «Qoç-ət» restoranın yaxınlığında piyadalar üçün nəzərdə tutulmuş piyada zolağına çatarkən avtomobillərin dayandığını, yolu keçən piyadalara yol verdiklərini görmüş, düşünmüşdür ki, hərəkətini saxlamasa keçər, piyadaları vurmaz. Ona görə də, hərəkətini davam etdirməklə, piyada zolağının üzərində yolu sol tərəfdən sağ tərəfə keçən piyadanı avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, piyada aldığı zərbədən asfalt örtüyünün üzərinə yıxılmışdır. O, bundan sonra avtomobildən dərhal yerə düşüb piyadaya yaxınlaşmaqla ona yardım göstərmiş, vurduğu piyadanın yanında bir nəfər qadın da olmuş, xəsarət alan piyadanı həmin qadınla, yəni piyadanın arvadı ilə birlikdə xəstəxanaya aparmış, vurduğu piyada arvadı ilə qərara gəlmişlər ki, xəstəxanada piyadanın yıxılma nəticəsində xəsarət aldığını desinlər. Xəstəxanada vurduğu piyadanın yıxılma nəticəsində xəsarət aldığını bildirmişlər. Piyadanı müayinə etdirdikdən sonra həmin gün onlara onun hər hansı nahiyəsində sınıq xəsarət olduğunu deməmişlər. Xəstəxanada olan zaman xəsarət almış piyadanın Zərərçəkmiş şəxs Rəfail oğlu olduğunu, yanındakı qadının isə onun arvadı Vəfa adlı şəxs olduğunu, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yaşadıqlarını bilmiş, idarə etdiyi avtomobillə vurub xəsarət yetirdiyi Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərildikdən sonra ona 5-6 gündən sonra təkrar müayinəyə gəlməsini bildirib evə buraxmışlar. O, Vüqarı və onun arvadını idarə etdiyi avtomobillə yaşadıqları evə aparmış, onları yaşadıqları evlərinə çatdırdıqdan sonra mobil telefon nömrəsini Vüqara vermiş, gəlib onu lazımi qaydada müalicə etdirəcəyinə söz vermiş, lakin sonrakı müalicəsi üçün pulu olmadığından, sınıq xəsarəti olmadığını düşünüb həmin gündən sonra onlarla heç bir əlaqə saxlamamış, bu barədə müvafiq hüquq-mühafizə orqanlarına da məlumat verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs Rəfail oğlu ifadəsində göstərmişdir ki, 04 dekabr 2023-cü il tarixdə saat 21:30 radələrində arvadı Şahid ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Zirvəbəy Əhmədbəyov küçəsində, «Qoç-ət» 'estoranın yaxınlığında, 6E ünvanında yerləşən “Tac” pərdə-tül, cehizlik mağazasının qarşısında piyadalar üçün nəzərdə tutulmuş piyada keçidindən keçib yaşadıqları evə gedirmişlər. Həmin vaxt hava qaranlıq olmuş, lakin küçə işıqlandırılmışdır. O, yolun sol tərəfindən piyada keçidi ilə sağ tərəfinə keçdiyi zaman arvadı Şahid da onun arxasınca gəlmiş, bu zaman hərəkətdə olan avtomobillər dayanıb piyadalara keçmələri üçün yol vermişlər. O da digər piyadalar kimi piyada keçidi ilə keçən zaman yolun sağ tərəfdən 2-ci hərəkət zolağında olanda həmin zolaqda hərəkətdə olan avtomobilin sürücüsü avtomobili saxlamamış, onu avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, aldığı zərbənin təsirindən asfalt örtüyünün üzərinə yıxılmış, arvadı Vəfa isə qışqırmağa başlamış, onu vuran avtomobilin sürücüsü, yəni sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs avtomobili saxlayaraq yerə düşüb ona tərəf gəlib köməklik edərək öz avtomobilinə aparıb əyləşdirmiş, oradan da onu 1 saylı şəhər klinik xəstəxanasına (semaşko) aparmış, hadisə nəticəsində sağ ayağından xəsarət almış, ayağı şişmiş, sürücü ondan xəstəxanada olarkən yol-nəqliyyat hadisəsi nəticəsində deyil, yıxılaraq xəsarət almasını bildirməsini xahiş etmiş, ona dəymiş bütün ziyanları özü ödəyəcəyini bildirmiş, onlar da ona inanıb razılaşmışlar. Xəstəxanada ona ilk tibbi yardım göstərib ona 5-6 gündən sonra təkrar müayinəyə gəlməsini bildirib evə ouraxmışlar. Orada ayağında sınıq xəsarəti olduğunu bilməmiş, evdə pilləkəndən yıxıldığını bildirmiş, sürücü xəstəxanadan arvadı Vəfa ilə onu yaşadıqları evə gətirmiş, sürücü Təqsirləndirilən şəxs onu vurduğu avtomobil “Khazar" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı olmuş, sürücü Təqsirləndirilən şəxs onu evə gətirdikdən sonra mobil nömrəsini ona verib, gəlib onu lazımi qaydada müalicə etdirəcəyini bildirmiş, lakin həmin gündən sonra onun mobil nömrəsinə zəng etsələr də, cavab verməmiş, buna baxmayaraq onu bir müddət gözləmişlər. Lakin sürücüdən heç bir xəbər çıxmamış, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağ ayağından xəsarət almış, ağrıları kəskinləşdiyi üçün 14 dekabr 2023-cü il tarixdə yenidən 1 saylı şəhər klinik xəstəxanasına (semaşko) getmiş, orada müvafiq tibbi aparatlardan keçdikdən sonra sağ ayağının qamış sümüyünün hadisə nəticəsində sınması aşkar olunmuşdur. Bundan sonra, o, DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, 16 dekabr 2023-cü il tarixdə həmin xəstəxanada tibbi əməliyyat edilmiş, sağ ayağına implant qoyulmuş, 20 dekabr 2023-cü il tarixədək xəstəxanada qalmış, sonra evə buraxılmışdır. İfadəsinin sonunda zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda ona vurulmuş zərər tamamilə ödənilmişdir, Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. Buna görə də ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 4 dekabr 2023-cü il tarixdə saat 21:30 radələrində əri Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhəri, Yasamal rayonu, Zirvəbəy Əhmədbəyov küçəsində, «Qoç-ət» restoranın yaxınlığında, 6E ünvanında yerləşən “Tac” pərdə-tül və cehizlik mağazasının qarşısında piyadalar üçün nəzərdə tutulmuş piyada keçidindən keçib yaşadıqları evə gedirmişlər. Həmin vaxt hava qaranlıq olmuş, lakin küçə işıqlandırılmışdır. Onlar yolun sol tərəfindən piyada keçidi ilə sağ tərəfinə keçirmişlər. Vüqar ondan qabaqda getmiş, bu zaman hərəkətdə olan avtomobillər dayanıb piyadalara keçmələri üçün yol vermişlər. Vüqar piyada keçidi ilə keçən zaman yolun sağ tərəfdən 2-ci hərəkət zolağında olanda həmin zolaqda hərəkətdə olan avtomobilin sürücüsü avtomobili saxlamamış, onu avtomobillə vurmuş, Vüqar zərbənin təsirindən asfalt örtüyünün üzərinə yıxılmışdır. Bu zaman Vüqar qışqırmış, orada olan tanımadığı şəxslər Vüqarı yerdən qaldırmışlar. Vüqarı vuran avtomobilin sürücüsü, yəni sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs avtomobili saxlayaraq yerə düşüb onlara tərəf gəlib Vüqara köməklik edərək öz avtomobilinə aparıb əyləşdirmiş, oradan da onları 1 saylı şəhər klinik xəstəxanasına (semaşko) aparmış, hadisə nəticəsində Vüqar sağ ayağından xəsarət almış, ayağı şişmiş, sürücü onlardan xəstəxanada olarkən Vüqarın yol-nəqliyyat hadisəsi nəticəsində deyil, yıxılaraq xəsarət almasını demələrini xahiş etmiş və hadisə nəticəsində Vüqara dəymiş bütün ziyanları özü ödəyəcəyini bildirmiş, onlarda Habilə inanıb razılaşmışlar. Xəstəxanada Vüqara ilk tibbi yardım göstərib ona 5-6 gündən sonra təkrar müayinəyə gəlməsini bildirmişlər. Orada onlar Vüqarın ayağında sınıq xəsarəti olduğunu bilməmişlər. Onlar Vüqarın evdə pilləkəndən yıxıldığını bildirmişlər. Sürücü Habil xəstəxanadan onları yaşadıqları evə gətirmiş, Vüqarı vurduğu avtomobil “Khazar” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs onları evə gətirdikdən sonra mobil nömrəsini onlara vermiş, gəlib Vüqarı lazımi qaydada müalicə etdirəcəyini bildirmiş, lakin həmin gündən sonra onun mobil nömrəsinə zəng etsələr də, Habil zənglərə cavab verməmişdir. Buna baxmayaraq onlar sürücü Habili bir müddət gözləmiş, lakin heç bir xəbər çıxmamışdır. Vüqar baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində sağ ayağından xəsarət almış, ağrıları kəskinləşdiyi üçün 14 dekabr 2023-cü il tarixdə yenidən 1 saylı şəhər klinik xəstəxanasına (semaşko) getmişlər. Orada müvafiq tibbi aparatlardan keçdikdən sonra hadisə nəticəsində Vüqarın sağ ayağının qamış sümüyünün sınması məlum olmuş, bundan sonra Vüqar DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, 16 dekabr 2023-cü il tarixdə Vüqar həmin xəstəxanada tibbi əməliyyat olunmuş, onun sağ ayağına implant qoyulmuş, Vüqar 20 dekabr 2023-cü il tarixədək xəstəxanada qalmış, sonra evə buraxılmış, bu müddət ərzində Vüqarı idarə etdiyi avtomobili ilə vurub xəsarət yetirən sürücü Təqsirləndirilən şəxs heç bir xəbər çıxmamış, gəlib onunla maraqlanmamış, ona heç bir köməklik göstərməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. (İ/V. 01). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 Yasamal rayon şöbəsinin 22 yanvar 2024-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Rəfail oğlunun adına təqdim olunmuş tibbi sənəddə qeyd olunan xəsarət - sağ qamış sümüyü kondilusunun qapalı, qəlpəli yerdəyişmiş oynaqdaxili sınığı küt əşyanın təsirindən törənmidir, qərarda göstərilən şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (İ/V. 20- 23). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2024-cü il tarixli 3-16-16/2-8/1371 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Khazar” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəktlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (İ/V. 161-164). Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin DYPŞ tərəfindən verilmiş 30 mart 2024-cü il tarixli arayış və həmin arayışa əlavə edilmiş hüququ şəxs tərəfindən verilən etibarnamələrə dair məlumatların çıxarışından görünür ki, "xxxx" MMC-yə məxsus “Khazar” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün 27 noyabr 2023-cü il tarixdən 9 dekabr 2023-cü il tarixədək olan müddət ərzində "xxxx" MMC tərəfindən “BC” 58656 saylı sürücülük vəsiqəsi əsasında Təqsirləndirilən şəxs idarə etmək üçün verilmişdir. (İ/V. 84-85). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin 01 mart 2024-cü il tarixli 19151-2518 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (İ/V. 75). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ- nin 15 mart 2024-cü il tarixli 3507 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ərxiv məlumatlarına görə adı göstərilən xəstəxanada müalicədə olmayıb. (İ/V. 82). Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 07 mart 2024-cü il tarixli 3-13-16/2- 38047/2024 nömrəli məktubunda göstərilmişdir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1988ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BC 858656 nömrəli, «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2023-cü il tarixdə Xətai rayon məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixədək məhdudlaşdırılsa da, sürücülük vəsiqəsi qərara əlavə edilməyib. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXM-İn 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaq. (İ/V. 76). 21 avqust 2024-cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Khazar” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə təhvil verilməsi nəzərə alınmışdır. (İ/V. 186-197). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 27.11,2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin qərarı ilə 08 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərar ləğv edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarının 2.2 bəndinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti bitdiyinə görə şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il tarixli «Amnistiya» qərarının 2.2 bəndində göstərilmişdir ki, bu Qərarın 2.1 -ci bəndində göstərilən şəxslərdən başqa, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər nəhkumlar) cəzalardan azad edilsinlər (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş rəhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı rəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Buradan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə yol- nəqliyyat hadisəsi törətdiyi zaman məhkumluğu olmamışdır. (İ/V. 49-74). xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx"MMC-yə məxsus ”Khazar” markalı 99PR538 nömrəli avtomobil idarə edilməsi üçün Təqsirləndirilən şəxs verilmişdir. (İ/V. 84). Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-52/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasından xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs Rəfail oğlunun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmişdir, onunla barışmışdır və hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan ifadəsi, şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmus əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2024-cü il tarixli 3-16-16/2-8/1371 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Khazar” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyindən, onun hərəktlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin «nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs» müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin nov nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Khazar” markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 05 ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 06 mart 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Khazar” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə geri qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-52/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-52/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver