Məhkəmə qərarları › İş №1(004)-520/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-520/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-520/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, X1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayının sonlarından 10 fevral 2023-cü il tarixədək olan müddət ərzində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 və 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 220 və 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2m tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2021-ci ilin iyul ayının sonlarından 2022-ci ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 və 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 220 və 250 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1m təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayına kimi olan müddət ərzində ünvan 4 ünvanında yaşayan X3 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 30 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 120 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Ləman Abuzərovanı təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 5 ildir ətrafında olan müxtəlif qadınları pul müqabilində cinsi əlaqədə olması üçün tanışı olan kişi müştərilərə təqdim edir. Bu yolla da qazanc əldə etmiş, belə ki, o fahişəliyə cəlb etdiyi qadınların fotoşəkillərini alıb müştərilər ondan cinsi əlaqədə olmaq üçün qadın istədikdə həmin fotoşəkilləri müştərilərə göndərmiş, müştərilər hansı qadını bəyənsə o bu barədə qadının özünə deyərək qadını müştərinin dediyi ünvana göndərmiş, bundan başqa qadına hansı məbləğdə pul alacağını da bildirmiş, bəzi hallarda ona çatacaq pulu müşətrinin özündən almış, bəzi hallarda isə fahişəliklə məşğul olan qadınların özləri həmin pulu onun kart hesabına yaxud əlbə-əl özünə vermişdirlər. Belə ki, Ləman Abuzərovanı bacısı vasitəsilə tanımış, Ləmanın bacısı onun rəfiqəsi olmuşdur. Abuzərova Ləmanı təxminən 2022-ci ilin sentyabr ayından etibarən müştərilərlə görüşdürməyə başlamış, Ləmanın ona göndərdiyi fotoşəkilləri müştəriyə atmış, müştəri Ləmanı bəyəndikdə o Ləman Abuzərovanı müştərinin dediyi ünvana göndərmişdir. Ləman Abuzərova müştəridən cinsi əlaqədə olmaq üçün 120 manat pul almış, daha sonra o müştəridən Ləman Abuzərovanı təşkil etdiyi üçün əlavə 30 manat pul almışdır. Bu qaydada Ləman Abuzərovanı təxminən 3-4 dəfə fahişəliyə cəlb etmiş, bundan başqa Zərərçəkmiş şəxs1m təxminən 2021-ci ilin iyul ayından etibarən tanıyır. Zərərçəkmiş şəxs1 ilə necə tanış olduğunu hazırda xatırlamamış, Zərərçəkmiş şəxs1 ona maddi ehtiyacları ucbatandan fahişəliklə məşğul olduğunu bildirmiş, o da Zərərçəkmiş şəxs1 ətrafında tanışlarının olmasını əgər istəsə onu həmin tanışları ilə görüşdürə biləcəyini demişdir. Ləman da bununla razılaşmış, o Ləmanı 220-250 manat pul müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil etmişdir. Həmin pullardan o müfaviq olaraq 50- 100 manat qaznc əldə etmiş, Ləmanın fotoşəkillərini də özündən alıb müştərilərə göndərmiş, Ləman müştəri ilə cinsi əlaqədə olduqda pulu özü almmş və ona çatacaq 50 yaxud 100 manatı daha sonra müxtəlif yollarla göndərmişdir. Bu qayda təxminən 2021-ci ilin iyul ayından 2022-ci ilin sentyabr ayına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs1m fahişəliyə cəlb etmiş, bundan başqa Zərərçəkmiş şəxs2m təxminən 2019-cu ilin iyul ayından etibarən tanıyır. Belə ki, Zərərçəkmiş şəxs2 da ona fahişəliklə məşğul olduğunu bildirmiş, o da Zərərçəkmiş şəxs2 təklif etmişdir ki, əgər istəsə onu öz müştəriləri ilə görüşüdürüb pul müqabilində cinsi əlaqədə olmasını təşkil edə bilər. Ləman da onunla razılaşmış, o Ləmanı müştərilərə 220 və 320 manat pul müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təmin etmiş, müvafiq olaraq Ləman həmin puldan 50 və 100 manatını ona vermiş, bu qaydada Ləmanı təxminən 2019-cu ilin iyul ayından 2023-cü ilin fevral ayına qədər müxtəlif kişi müştərilərlə görüşdürüb cinsi əlaqədə olmasını təşkil etmiş və buna görə gəlir əldə etmişdir. Gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etdiyi Leyla, Rəna və hazırda adlarını xatırlamdığı digər qadınlar da olmuş, fahişəliyə cəlb etdiyi qadınları pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürdüyü müştərilərin şəxsiyyətləri barədə dəqiq məlumatı yoxdur. Çünki həmin müştərilərin əksəriyyəti ilə yalnız mobil telefon vasitəsilə əlaqə saxlamış və üzlərini görməmişdir. İfadəsinin sonunda əməlini səmimi etiraf etməklə peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, yaşlı valideyninin onun himayəsində olmasını və zərərçəkmiş şəxslərlə barışmasını, ondan tələb və şikayətlərinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, təxminən 2021-ci ilin mart ayından etibarən maddi sıxıntıları ucbatından fahişəliklə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin iyul ayından etibarən tanıyır. Vüsalə ilə hazırda adını və ünvanını unutduğu Bakı şəhərində yerləşən restoranların birində olarkən tanış olmuş, Vüsalə də həmin restorana müştəri kimi gəlmiş, həmin vaxt onlar restoranda bir qədər söhbət etmiş, onların söhbəti səmimi alındığı üçün onlar bir-birilərinin mobil telefon nömrələrini götürmüş, Vüsalə ilə söhbət əsnasında Vüsaləyə maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Vüsalə ona pul qazanacağı iş tapa biləcəyini demiş, o Vüsalədən həmin işin nə olduğunu soruşduqda Vüsalə müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demiş, belə olan halda o maddi vəziyyətinin düzəlməsi üçün Vüsalə ilə razılaşmış, 2021-ci ilin təxminən iyul ayının sonlarından başlayaraq Vüsalə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, Vüsalə ondan müştərilərə göndərməsi üçün şəkillərini istədikdə o mobil telefonun “Whatsapp” proqramı vasitəsilə Vüaləyə öz şəkillərini göndərmiş, Vüsalə onunla “Whtasapp” proqramı vastəsilə əlaqə saxlamış, Vüsalə onunla əlaqə saxladığı zaman o hazırda yaşadığı ünvan 6 ünvanında olmuş, berlə ki, Vüsalə onunla istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrəsinin onun istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrənin ‘‘Whatsapp’’ proqramı vasitəsilə ilə əlaqə saxlamışdır. Vüsalə ilə aralarında olan razılaşmaya əsasən Vüsalə onu 220 və 250 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, o isə pulu müştəridən aldıqdan sonra hər dəfə Vüsaləyə müvafiq olaraq 50 və 100 manat pul verməli olmuşdur. Bundan sonra bir neçə dəfə Vüsalə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxmağa başlamış, o Vüsalə ilə danışdıqdan sonra Vüsalə onu müştərilərin olduğu məkana göndərmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra müştərilər ona 220 və ya 250 manat pul vermişdir. O isə hər dəfə 220 manat puldan 50 manat, 250 manatdan isə 100 manatını Vüsaləyə göndərmiş, o həmin pulu Vüsalənin bank kartına “MilliÖn” ödəmə termalı vasitəsilə göndərmişdir. Getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamamış, sonuncu dəfə isə Vüsalə onu 2022-ci ilin təxminən sentyabr ayının sonlarında fahişəliyə cəlb etmiş, Vüsalənin müştəriləri onunla cinsi əlaqədə olarkən onun nömrəsini heç bir zaman götürməmiş, həmçinin Vüsalə ona müştərilərinə nömrə verməyi və müştəridən nömrə istəməməyi demişdir. Bəzi vaxtlarda isə olduğu yer və vaxt baxımından Vüsalənin təşkil etdiyi şəxslərlə görüşməmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmasını, ondan hər hansı bir tələb və şikayətinin olmamasını bildirərək Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 2022-ci ilin sentyabr ayından maddi ehtiyaclarını qarşılamaq üçün fahişəliklə məşğul olur. Belə ki, Təqsirləndirilən şəxs onun bacısının rəfiqəsi olmuşdur. Vüsalənin adını bacısından bir neçə dəfə eşitmiş, o Vüsalə ilə təxminən 2022-ci ilin sentyabr ayında tanış olmuş, Vüsalə ilə söhbət etdiyi zamanı maddi sıxıntılar çəkdiyini və yeni boşandığı üçün övladlarına baxmaqda çətinlik çəkdiyini bildirmiş, bu zaman Vüsalə ona bildirmişdir ki, ətrafında çoxlu pullu kişi tanışları var, əgər istəsə onu da həmin şəxslərə cinsi əlaqədə olmaq üçün görüşdürüb maddi vəziyyətinin düzəlməsində köməklik edə bilər. Bundan sonra 2022-ci ilin sentyabr ayından başlayaraq Vüsalə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, həmin zamanlarda hazırda Yasamal rayonunda yaşadığı ünvanda olmuş, Vüsalə ondan müştərilərə göndərməsi üçün şəkillərini istəmiş və o mobil telefonun “Whatsapp” proqramı vasitəsilə Vüaləyə öz şəkillərini göndərmiş, o Vüsalə ilə hazırda istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamış, Vüsalə onunla yalnız “Whtasapp” proqramı vastəsilə əlaqə saxlamışdır. Vüsalə onunla əlaqə saxladığı zaman o hazırda yaşadığı ünvan 8 ünvanında olmuş, belə ki, Vüsalə onunla istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrəsinin onun istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrənin “Whatsapp” proqramı vasitəsilə ilə əlaqə saxlamışdır. O, Vüsalə ilə danışdıqdan sonra Vüsalə onu müştərilərin olduğu məkana göndərmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra müştərilər ona 120 manat pul vermiş, lakin Vüsaləyə çatacaq pulu müştərilərin özü göndərmiş, Vüsalə onu fahişəliyə cəlb etdiyinə görə özünə nə qədər qazanc götürdüyünü o bilməs də o Vüsalənin müştəridən əlavə pul aldığını bilmiş, bu barədə də Vüsalədən heç vaxt heç nə soruşmamışdır. Getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamamış, Vüsalənin müştəriləri onunla cinsi əlaqədə olarkən onun nömrəsini heç bir zaman götürməyiblər. Həmçinin Vüsalə ona müştərilərinə nömrə verməyini və müştəridən nömrə istəməməyi demişdir. Bəzi vaxtlarda isə olduğu yer və vaxt baxımından Vüsalənin təşkil etdiyi şəxslərlə görüşməmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmasını, ondan hər hansı bir tələb və şikayətinin olmamasını bildirərək Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən dörd ildir tanıyır. Vüsalə ilə hazırda xatırlamadığı ortaq rəfiqələri vasitəsilə tanış olmuş, həmin vaxtlar Vüsalə ilə davamlı olaraq mobil telefon əlaqəsi saxlamış, Vüsalə ilə normal rəfiqə kimi münasibəti olmuş, həmin zamanlar Vüsalənin hansı işlə məşğul olmasını bilməmiş, Vüsalə ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Vüsalə ona pul qazanacağı iş tapa biləcəyini demiş, o Vüsalədən həmin işin nə olduğunu soruşduqda Vüsalə müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demiş, Vüsalə ətrafında çoxlu kişi tanışlarının olduğunu və bunu onun üçün edə biləcəyini söyləmiş, belə olan halda o maddi vəziyyətinin düzəlməsi üçün Vüsalə ilə razılaşmış, 2019-ci ilin təxminən iyul ayının sonlarından başlayaraq Vüsalə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, Vüsalə ondan müştərilərə göndərməsi üçün şəkillərini istədikdə o mobil telefonun “Whatsapp” proqramı vasitəsilə Vüaləyə öz şəkillərini göndərmişdir. Vüsalə onunla ancaq “Whtasapp” proqramı vastəsilə əlaqə saxlamış, Vüsalə onunla əlaqə saxladığı zaman o hazırda yaşadığı ünvan 9 ünvanında olmuş, belə ki, Vüsalə onunla istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrəsinin onun istifadəsində olan 077 *** ** ** rəqəmli mobil nömrənin 4’Whatsapp“ proqramı vasitəsilə ilə əlaqə saxlamışdır. Vüsalə ilə aralarında olan razılaşmaya əsasən Vüsalə onu 220 və 320 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, o isə pulu müştəridən aldıqdan sonra hər dəfə Vüsaləyə müvafiq olaraq 50 və 100 manat pul verməli olmuş, bundan sonra bir neçə dəfə Vüsalə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxlamağa başlamış, o Vüsalə ilə danışdıqdan sonra Vüsalə onu müştərilərin olduğu məkana göndərmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra müştərilər ona 220 və ya 320 manat pul vermiş, o hər dəfə 220 manat puldan 50 manat, 320 manatdan isə 100 manatını Vüsaləyə göndərmiş, o həmin pulu Vüsaqlənin bank kartına “Milli Ön” vasitəsilə göndərmişdir. Getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamamış, sonuncu dəfə isə Vüsalə onu 10 fevral 2023-cü il taridə fahişəliyə cəlb etmiş, Vüsalənin müştəriləri onunla cinsi əlaqədə olarkən onun nömrəsini heç bir zaman götürməmişdir. Həmçinin Vüsalə ona müştərilərinə nömrəsini verməyini və müştəridən nömrə istəməməyi demişdir. Bəzi vaxtlarda isə olduğu yer və vaxt baxımından Vüsalənin təşkil etdiyi şəxslərlə görüşməmiş, beləliklə Vüsalə onu 2019-cu ilin iyul ayının sonlarından 10 fevral 2023-cü il tarixədək keçən müddət ərzində müxtəlif vaxtlarda dəfələrlə fahişəliyə cəlb etmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmasını, ondan hər hansı bir tələb və şikayətinin olmamasını bildirərək Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, adının hazırda Vüsalə olduğunu öyrəndiyi qadını təxminən 2022-ci ilin sonlarından tanıyır. Təxminən 2022-ci ilin dekabr ayında istirahət etmək qərarına gəlmiş və bu məqsədlə tanışlarına cinsi əlaqədə ola biləcəyi qadını necə tapa biləcəyi barədə soruşmuşmuş, tanışları da ona Vüsalə adlı qadının mobil nömrəsini göndərmişdir. O, istifadəsində olan mobil nömrə ilə Vüsalə ilə əlaqə saxlayaraq Vüsaləyə cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, Vüsalə ona qadın fotoşəkilləri göndərmiş, o həmin fotoşəkillərdən içində adını hazırda xatırlamadığı qadınlardan birini seçmişdir. Vüsalə həmin qadına görə hansı məbləğdə pul verməli olduğunu bildirsə də hazırda həmin məbləğin nə qədər olmasını xatırlamamış, o Vüsaləyə həmin qadını Bakı şəhərinə hazırda xatırlamdığı hotellərdən birinə göndərməsini bildirmiş, Vüsalə həmin qadını onun dediyi hotelə göndərmiş, o həmin qadınla cinsi əlaqədə olduqdan sonra həmin qadına Vüsalənin dediyi məbləğdə pul vermiş, bundan sonra cinsi əlaqədə olduğu qadınla və Vüsalə adlı qadınla heç bir əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə fahişəliyə cəlb etdiyi qadınların heç birini hazırda xatırlamamış, o Vüsalənin göndərdiyi fotoşəkillərin içində bir nəfər qadın seçib cinsi əlaqədə olmuşdur. Hazırda o həmin qadının da adını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 070 *** ** ** rəqəmli mobil nömrə ona məxsusdur, təxminən 10 ildir ki, istifadə edir. Vüsalə olduğunu öyrəndiyi qadını təxminən 2020-ci ildən tanıyır. Vüsalənin mobil nömrəsini tanışlarından almış, onun tanışları Vüsalənin qadınları fahişəliyə cəlb edilməsi ilə məşğul olduğunu bildirmiş və Vüsalənin mobil nömrəsini ona vermişlər. O, Vüsaləni canlı olaraq görməsə də fotoşəklini görmüş, o cinsi əlaqədə olmaq məqsədilə qadın lazım olduğu üçün bir dəfə Vüsaləyə müraciət etmiş, Vüsalə ona qadın fotoşəkilləri göndərərək həmin fotoşəkillərin içindən bir nəfər qadın seçməyini bildirmişdir. O, fotoşəkillərdən bir nəfər qadın seçmiş və həmin qadınla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Bundan sonra Vüsalə həmin qadınla 220 manat müqabilində cinsi əlaqədə ola biləcəyini ona qeyd etmiş, o qiymətin baha olduğunu dedikdə Vüsalə həmin puldan 50 manatını özünə qaznc götürəcəyini, 170 manatı isə cinsi əlaqədə olduğu qadına verəcəyini bildirmişdir. Bundan sonra o Vüsalə ilə razılaşmış, həmin qadını hazırda adını xatırlamdığı hotellərin birinə göndərməsini Vsalədən xahiş etmiş, Vüsalə qadını onun dediyi ünvana göndərdikdən sonra o həmin qadınla görüşüb cinsi əlaqədə olmuş və 220 manat pulu cinsi əlaqədə olduğu qadına vermişdir. Bundan sonra Bir neçə dəfə Vüsaləyə zəng vuraraq ona qadınların fotoşəkillərini göndərməsini xahiş etmiş, Vüsalə fahişəliyə cəlb etdiyi qadınların fotoşəkillərini ona göndərsə də o cinsi əlaqədə olmaq üçün qadın istəməmiş, təxminən 6-7 aydır ki, Vüsalə ilə heçbir əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə fahişəliyə cəlb etdiyi qadınların heç birini hazırda xatırlamamış, o Vüsalənin göndərdiyi fotoşəkillərin içində bir nəfər qadın seçib cinsi əlaqədə olmuş, hazırda həmin qadının da adını xatırlamır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, adının hazırda Vüsalə olduğunu öyrəndiyi qadını təxminən 2021-ci ilin sonlarından tanıyır. 2021-ci ilin dekabr ayında istirahət etmək qərarına gəlmiş, bu məqsədlə tanışlarına cinsi əlaqədə ola biləcəyi qadını necə tapa biləcəyi barədə soruşmuş, tanışları da ona Vüsalə adlı qadının mobil nömrəsini göndərmiş, o istifadəsində olan mobil nömrə ilə Vüsalə ilə əlaqə saxlayaraq cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini bildirmiş, Vüsalə də ona qadın fotoşəkilləri göndərmiş, o həmin fotoşəkillərdən içində Ləman adlı birini seçmiş, Vüsalə ona həmin qadına görə 200 manat ödəməli olduğunu bildirmiş, o Vüsaləyə həmin qadını Bakı şəhərinə hazırda xatırlamdığı hotellərdən birinə göndərməsini bildirmiş, Vüsalə həmin qadını onun dediyi hotelə göndərmiş, o həmin qadınla cinsi əlaqədə olduqdan sonra həmin qadına 200 manat pul vermiş, bundan sonra onun cinsi əlaqədə olduğu qadınla və Vüsalə adlı qadınla heç bir əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə fahişəliyə cəlb etdiyi qadınların heç birini hazırda xatırlamamış, o Vüsalənin göndərdiyi fotoşəkillərin içində Ləman adlı bir qadını seçib həmin qadınla görüşüb cinsi əlaqədə olmuşdur. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadə elan edilərək tədqiq edilmiş, təqsirləndirilən şəxsin ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CMnin 243.1-ci maddəsi ilə cinayət işi başlanmışdır və icraata qəbul edimişdir.(İ/V 1) 22 iyun 2023-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(İ/V 94-96) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 16 iyun 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. .(İ/V 107) 5 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təkrarən gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə cinayətini törətməkdə öz təqsirini etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi iş üzrə toplanmış özünün etirafedici şahid və təqsirləndirilən şəxs qismində dindirmə protokolları, şahid və zərərçəkmiş şəxslərin ifadələri, ilkin təhqiqat materialları və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilir. Bakı şəhəri İbrahim-QMTK tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(İ/V 106) Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan hər hansı bir şikayəti və ya tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs ƏlZərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan hər hansı bir şikayəti və ya tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan hər hansı bir şikayəti və ya tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə cinayətini törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, mobil telefona baxış protokolu ilə, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 243.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib səmimi peşmançılıq çəkdiyini, ilk dəfə cinayət törətməsini, himayəsində yaşlı anasının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmələrini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təkrar cinayət törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi aşkar etmişdir. İttiham aktında Azərbaycan Respublikası CM-in 61.1.6-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi cinayətin tamah məqsədilə törədilməsi müəyyən edilmişdir. Lakin məhkəmə hesab edir ki, CM-nin 61.3-cü maddəsinə əsasən u Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, ona Azərbaycan Respublikasının CM-in 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-520/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar