Məhkəmə qərarları › İş №1(004)-522/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-522/2022

02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-522/2022 02.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs: xx.xx.2001-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər CM-in 177.2.1. 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmuş, subay, işləməyən, Ağdam rayonu, Poladlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Yeni Yasamal 2, bina 10, 3-cü zirzəmidə yaşayır Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman “travma mənşəli üzvi şəxsiyyət pozuntusu“ (psixi və davranış pozuntularının beynalxalq təsnifatinin 10-cu baxışında kodu F 07.0) psixi xəstəlik nəticəsində anlaqsız vəziyyətdə şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ev 166 mənzil 31-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı mənzilə pəncərədən qanunsuz yolla daxil olaraq həmin evdən 35 manat dəyərində 01 ədəd idman çantası, 35 manat dəyərində 01 ədəd göy qara puma çanta, 35 manat dəyərində 01 ədəd adi göy rəngli çanta, 20 manat dəyərində 01 ədəd ağ rəngli qadın əl çantası, 20 manat dəyərində 01 ədəd açıq bənövşəyi rəngli qadın əl çantası, 15 manat dəyərində 01 ədəd balaca qadın əl çantası, 25 manat dəyərində 01 ədəd qəhvəyi rəngli qadın əl çantası, hər biri 25 manat olan 01 ədəd qara rəngli və 01 ədəd qəhvəyi rəngli qadın əl çantası, 20 manat dəyərində 01 ədəd göy rəngli qadın əl çantası, 20 manat dəyərində 01 ədəd zərligüllü toy çantası, 20 manat dəyərində 01 ədəd üstü qaşlı qadın əl çantası, 25 manat dəyərində 01 ədəd qaşlı qadın əl çantası, 20 manat dəyərində 01 ədəd qara bantikli əl çantası, 45 manat dəyərində 01 ədəd albalı rəngli qadın əl çantası, 30 manat eləyərində 01 ədəd albalı rəngli qadın pul qabı, 20 manat dəyərində 01 ədəd yaşıl rəngli qadın pul çantası, 16 manat dəyərində 01 ədəd albalı rəngli nazik pul qabı, 50 manat dəyərində 01 ədəd yaşıl rəngli Solide firması istehsalı olan dəri kəmər, 45 manat dəyərində 01 ədəd kişi üçün enli dəri kəmər, 45 manat dəyərində 01 ədəd ensiz kişi kəməri, hər biri 85 manat dəyərində 01 ədəd Fitron firmasına məxsus qara və gümüşü saatlar, 110 manat dəyərində bir cüt gümüş sırğa və klounla bir yerdə gümüş boyunbağı, 150 manat dəyərində gül klounla birlikdə 01 ədəd boyunbağı və bir cüt gümüş sırğa, 50 manat dəyərində 01 ədəd gümüş rəngdə dörd künc kişi saatı, 30 manat dəyərində 01 ədəd qara rəngli kəməri olan kişi saatı, 40 manat dəyərində 01 ədəd dəri kəmərli kişi saatı, 60 manat dəyərində gümüşü rəngdə boyunbağı və kişi üçün üzük, 30 manat dəyərində 01 cüt buta şəkilli can dəsmalı, 345 manat dəyərində 3200 vatt 183007080FB 9840 Tefal markalı ütü, 30 manat dəyərində “Paşa Bahçe” firmasına məxsus armudu formalı 12 ədəd stəkanlar, 30 manat dəyərində,06 ədəd kofe çaşkası, 50 manat dəyərində 06 ədəd ağ “Madonna” servis çaşka, 59 manat dəyərində “Fakir" firması istehsalı olan 2200 vatt daraqlı fen, 150 manat dəyərində “Roventa” firması istehsalı olan 2100 vatt saç feni, 189 manat dəyərində “Ravento” firması istehsalı olan saç buran fen, 30 manat dəyərində 06 ədəd təzə kişi tumanı, 30 manat dəyərində 03 ədəd kişi idman papağı, 255 manat dəyərində “Kia Sentos” markalı avtomobilə məxsus 110825 modelli pult açar, 60 manat dəyərində 01 ədəd direl, 59 manat dəyərində “Mi” markalı poverbank, 45 manat dəyərində 01 ədəd yaşıl rəngli dəri kişi gödəkcəsi, 100 manat dəyərində 02 ədəd parça materialdan olan qəhvəyi rəngli kişi gödəkçəsi, ümumilikdə 450 manat dəyərində olan “Samsung” və “Gia Econs" markalı qulaqcıqlar, ümumilikdə 50 manat dəyərində “Samsung” və “AKG" markalı qulaqcıqlar. 65 manat dəyərində 01 ədəd “APL” firması istehsalı olan açıq qırmızı rəngli saat, hər biri 100 manat olmaqla 06 ədəd gümüş boyunbağı, hər biri 125 manat olmaqla 04 ədəd gümüş qolbaq, 50 manat dəyərində qadın üçün çanta ilə birlikdə kosmetika məhsulları, 50 manat dəyərində 01 ədəd “Braun” firması istehsalı olan kişi üçün üz qırxan. 189 manat dəyərində 01 ədəd “Panasonic” firması istehsalı olan saç qırxan, 45 manat dəyərində “Lacosti” firması istehsalı olan kişi ayaqqabısı, 55 manat dəyərində 01 ədəd boynu xəzdən olan kişi gödəkcəsi, 25 manat dəyərində 01 ədəd “Samsung" istehsalı olan qadın üçün qulaqcıq. 1500 manat dəyərində 583 əyarlı 15 qram qızıl qolbaq, 1400 manat dəyərində 583 əyyarlı 14,7 qram içərisində “Aslan Sənubər" sözləri yazılmış qızıl nişan üzüyü, 400 manat dəyərində 583 əyarlı 3,5 qram tək qaşlı qızıl üzük, 1500 manat dəyərində 583 əyyarlı 7.3 qram brilyant qaşlı qızıl kişi üzüyü, 1400 manat dəyərində 583 əyyarlı 13,6 qram qızıl tros boyunbağı, 1000 manat dəyərində 583 əyyarlı 7,8 qram qızıl boyunbağı, 100 manat dəyərində 583 əyyarlı 1 qram ürək formalı qızıl kloun, 500 manat dəyərində 583 əyyarlı 5 qram “A” hərfli kolunla birlikdə qızıl boyunbağı, 200 manat dəyərində 583 əyyarlı 2 qram qızıl sırğa, 300 manat dəyərində 583 əyyarlı 3 qram tək qaşlı qızıl uşaq üzüyü, 6800 manat nağd pul, 02 ədəd vauçerk çekini gizli yolla oğurlamaqla zərərçəkmiş ümumilikdə 19842 (on doqquz min səkkiz yüz qırx iki) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmuşdur. Onun tərəfindən qeyd edilən əməlin törədilməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə oğlu Kənan və qızı Aysellə bir yerdə Siyəzən rayonuna anasının evinə qonaq getmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində evə gəlmiş və qapını açan zaman kilidin rahat şəkildə açıldığının şahidi olmuşdur. İçəri daxil olduqda isə evin axtarıldığını əşyalarının dağıldığını yataq otağında olan dolabın içərisindəki markası olmayan 14x36 ölçüləri olan dəmir metaldan hazırlanmış seyfin oğurlandığının şahidi olmuşdur. Baş vermiş hadisə barədə DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsini törədən naməlum şəxs evindən 01 ədə idman çantası 35 manat, 01 ədəd göy qara puma çanta 35 manat, 01 ədəd adi göy qara çanta 35 manat, 01 ədəd ağ rəngli qadın əl çantası 20 manat, 01 ədəd açıq bənövşəyi qadın əl çantası 20 manat, 01 ədəd balaca qadın əl çantası 15 manat, 01 ədəd qəhvəyi qadın əl çantası 25 manat, 02 ədəd qara və qəhvəyi qadın əl çantası cəmi 50 manat, 01 ədəd göy rəngdə qadın əl çantası 20 manat, 01 ədədzərli güllü toy çantası 20 manat, 01 ədəd üstü qaşlı qadın əl çantası 20 manat, 01 ədəd qadın əl çantası qaşlı 25 manat. 01 ədəd qara bantikli əl çantası 20 manat, 01 ədəd albalı rəngli qadın əl çantası 45 manat, 01 ədəd albalı rəngli qadın pul qabı 30 manat, 01 ədəd yaşıl qadın pul çantası 20 manat, 01 ədəd albalı rəngli nazik pul qabı 16 manat, 01 ədəd yaşıl dəri kəmər Solide firması 50 manat, 01 ədəd dəri enli kəmər kişi üçün 45 manat, 01 ədəd ensiz kişi kəməri 45 manat, 02 ədəd Fitron firmasına məxsus qara və gümüşü saatlar hər birinin ayrı ayrılıqda dəyəri 85 manat cəmi 170 manat, bir cüt gümüş sırqa və gümüş sep klounla bir yerdə 110 manat, 01 ədəd sep gül klounla bir cüt sırqa gümüş 150 manat, 01 ədəd gümüş rəngdə dörd künc kişi saatı 50 manat. 01 ədəd qara kəməri olan kişi saatı 30 manat, 01 ədəd dəri kəmərli kişi saatı 40 manat, gümüşü rəngdə sep və üzük kişi üçün 60 manat, 01 cüt buta şəkilli can dəsmalı 30 manat, 3200 vat 183007080FB 9840 Tefal markalı ütü 345 manat, paşa bahçe firmasına məxsus armudu stakanlar 12 ədəd 30 manat, 06 ədəd kofe çaşkası 30 manat dəyərində, ağ madonna servis çaka 06 ədəd 50 manat, fen daraqlı Fakir firması 2200 vat 59 manat, Roventa saç feni 2100 vt 150 manat, Ravento saç buran fen 189 manat, 06 ədəd təzə kişi tumanı 30 manat, 03 ədəd kişi papağı 30 manat, Kia Sentos markalı avtomobilə məxsus açar pult 110825 modelli 255 manat, 01 ədəd drel 60 manat, pover bank mi markalı 59 manat, 01 ədəd yaşı rəngli dəri kişi gödəkcəsi 45 manat, 02 ədəd qəhvəyi rəngli kişi gödəkcəsi parçadan 100 manat, Samsung markalı qulaqcıq gia econs markalı qulaqcıq 450 manat, Samsung qulaqcıq AKG markalı 50 manat, 01 ədəd apl saat açıq qırmızı rəngdə 65 manat. 06 ədəd gümüş sep hər biri 100 manat olmaqla 600 manat, 04 ədəd gümüş qolbaq hər biri 125 manat olmaqla 500 manat, qadın üçün kosmetika məhsulları çanta ilə birlikdə 50 manat, 01 ədəd Braun firmasına məxsus üz qırxan kişi üçün 50 manat, 01 ədə Panasonic saç qırxan 189 manat, Lacosti markasına məxusu kişi ayaqqabısı 45 manat. 01 ədəd kişi gödəkcəsi boynu xəzdən 55 manat, 01 ədəd Samsung gulaqcıq AKG qadın üçün 25 manat, 583 əyarlı 15 qram qızı qolbaq 1500 manat. 583 əyarlı 14.7 qram qızıl nişan üzüyü içərisində aslan Sənubər adı yazılmış sözlər olan 1400 manat, 583 əyarlı 3.5 qram tək qaşlı üzük 400 manat, 583 əyarlı 7.3 qram kişi üzüyü brilyant qaşlı kişi üzüyü qızıldan 1500 manat, 583 əyarlı tros sep 13.6 qram qızıldan 1400 manat, 583 əyarlı 7.8 qram boyunbağı qızıldan 1000 manat, 583 əyarlı 01 qram qızıldan ürək kloun 100 manat, 583 əyarlı 05 qram qızıldan adi sep A hərifli kolunla birlikdə 500 manat, 583 əyarlı qızıl sırqa 02 qram 200 manat, 583 əyarlı qızıl üzük 3 qram çəkdiə tək qaşlı uşaq üzüyü 300 manat, 6800 manat nəğd pul, vauçerk çeki 02 ədəd dəyərini bilmir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 19 842 manat maddi ziyan dəymişdir. 583 əyarlı 15 qram qızı qolbaq 1500 manat. 583 əyarlı 14.7 qram qızıl nişan üzüyü içərisində aslan Sənubər adı yazılmış sözlər olan 1400 manat, 583 əyarlı 3.5 qram tək qaşlı üzük 400 manat, 583 əyarlı 7.3 qram kişi üzüyü brilyant qaşlı kişi üzüyü qızıldan 1500 manat, 583 əyarlı tros sep 13.6 qram qızıldan 1400 manat, 583 əyarlı 7.8 qram boyunbağı qızıldan 1000 manat, 583 əyarlı 01 qram qızıldan ürək kloun 100 manat, 583 əyarlı 05 qram qızıldan adi sep A hərifli kolunla birlikdə 500 manat, 583 əyarlı qızıl sırqa 02 qram 200 manat, 583 əyarlı qızıl üzük 3 qram çəkdiə tək qaşlı uşaq üzüyü 300 manat, 6800 manat nəğd pul, vauçerk çeki 02 ədəd əşyalarım seyfdən oğurlanmışdır, qalan əşyaları isə evdən yataq otağından və digər yerlərdən oğurlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndə kimi dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs yazmış olduğu ərizə ilə tanış oldu və həmin ərizə ilə əlaqədar olaraq onu deyə bilər ki, Zərərçəkmiş şəxs tanımır. Hidayətin oğurluq etməsi ilə əlaqədar əvvəlcədən məlumatı olmamışdır. Sonradan polis bölməsində bilmişdir ki, Hidayət oğurluq edibdir. İstintaq zamanı cinayət işi üzrə ekspertizalar təyin edilmiş və stasionar məhkəməpsxiatrik ekspertizasının rəyindən məlum olmuşdur ki, Hidayət anlaqsızdır. İş materiallarında olan Məhkəmə Ekspertiza mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasının 08 avqust 2022-ci il tarixli 3/1033 saylı rəyində göstərilmişdir ki, təqdim edilmiş 2,6 saylı daktilolentlərin səthindəki ovuz izləri 4, 12 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır, toxunma nəticəsində qalmışdır, fərdi əlamətlər çapıq, yarıq, kəsik əks olunmamışdır. Təqdim eedilmiş 2 saylı daktilolentin səthindəki papilyar naxıəş izləri 1, 3, 5, 7, 8, 9, 10, 11 saylı daktilolentlərin səthindəki əlbarmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 2 saylı daktilolentlin səthindəki ovuz izi X1 əlin ovucunun hiponetar hissəsindən qalmışdır. Təqdim edilmiş 6 saylı daktilolentin səthindəki ovuz izi və 4, 12 saylı daktikolentlərin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs dakitloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuzlarından qalmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza mərkəzinin Stasionar məhkəməpsixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 102 saylı rəyindən müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “travma mənşəli üzvi şəxsiyyət pozuntusu” (psixi və davranış pozuntularının beynalxalq təsnifatinin 10-cu baxışında kodu F 07.0) müəyyən edilir. Travma mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkir. Həmin psixi patologiyanın gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti hal-hazırda da davanın etdiyindən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edir. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşür və Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İş materillarında olan Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 4(004)-827/22 saylı qərarına əsasən Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadəsinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, ictimai təhlükəli cinayət əməli törədilmişdir, həmin əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Həmçinin məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törədərkən ANLAQSİZ vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçmək qabiliyyətinə malik deyildir, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən ona ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilməsini zəruri hesab edir. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerinin müayinəsi zamanı götürülmüş əlbarmaq izlərinin əksi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə məhkəmə hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilmişdir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 468-478, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 161,11 (yüz altmış bir manat 11 qəpik) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə maddi sübut olan əl-barmaq izlərinin əksi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar