Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-523/2024 28.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş X2, müdafiəçi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Füzuli rayonu Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Füzuli rayonu Böyük Bəhmənli kəndində qeydiyyatda olan və barəsində Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək ƏN PX-nin Bakı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 iyun 2024-cü il tarixdə saat 23:40 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Dərnəgül” stansiyası istiqamətində hərəkətdə olan qatarın “İnşaatçılar” stansiyasında dayanmasından və vaqondan enmə zamanı sərnişinlərin sıxlığından istifadə edərək vaqonu tərk edən Zərərçəkmiş şəxs əynində olan şalvarının arxa sağ cibindən sonuncuya məxsus içərisində 600 (altı yüz) manat nağd pul vəsaiti olan 40 (qırx) manat dəyərində pul qabını gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 640 (altı yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Yasamal rayon Məhkəməsinin 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 31 may 2024-cü il tarixdə şərti sınaq müddətinə buraxılmışdır. Cinayət işinin mahiyyəti üzrə bildirmişdir ki, 14 iyun 2024-cü il tarixdə saat 23:40 radələrində metronun platformasında olan sərnişinlərin cibindən oğurluq etmək niyyəti ilə “28 May” stansiyasına daxil olmuşdur. Lakin, planlaşdırdığı kimi metronun platformasında sərnişinlərin sayı az imiş. Bu vaxt qərara gəlmişdir ki, qatara minib sərnişinlərin sıxlığından istifadə etməklə hərəkətdə olan qatarda sərnişinlərdən kiminsə pul qabını oğurlasın. Bu minvalla o, “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən və “28 May” metrosunda dayanan qatarın yadında qalmayan vaqonuna minmişdir. O, görmüşdür ki, vaqonda çoxlu sayda sərnişinlər var və o, bu sıxlıqdan istifadə edib oğurluq edə bilər. Bu məqsədlə o, qarşısında dayanan sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs arxa tərəfinə gələrək dayanmışdır. O, ilk öncə həmin şəxsin fikrinin onda olub-olmadığını və həmin şəxsin pul qabısının harada olmasını dəqiqləşdirmişdir. Daha sonra isə sərnişinlərin diqqətinin onda olub-olmamasına fikir verib dəqiqləşdirmişdir ki, Zərərçəkmiş şəxs pul qabısını əynində olan şalvarının arxa sağ cibinə qoymuş və onunla birlikdə heç bir sərnişinin diqqəti onda deyil. O da fürsətdən istifadə edərək ehtiyatlı şəkildə Zərərçəkmiş şəxs bir qədər də yaxınlaşıb, qatarın “İnşaatçılar” stansiyasında dayanmasından və sərnişinlərlə birlikdə həmin şəxsin qatardan düşməsindən istifadə edərək cəld olaraq dərhal pul qabını şalvarın arxa sağ yan cibindən çəkib götürməklə əlində saxlamış və özünü heç nədən xəbəri olmayan biri kimi aparmağa başlamışdır. Bundan sonra qapılar bağlanmış və qatar “Dərnəgül” stansiyası istiqamətində hərəkətə başlamışdır. O, “Memar Əcəmi” stansiyasında qatardan düşüb metrodan çıxmışdır. Metrodan çıxan kimi oğurladığı pul qabını çıxarıb içərisində üç ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq, iki ədəd 20 manatlıq, üç ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq, beş ədəd 1 manatlıq əskinaslardan ibarət ümumilikdə 430 (dörd yüz otuz) manat pulun, bir ədəd “Kapitalbanka” məxsus plastik kartın, bir ədəd şəxsiyyət vəsiqəsinin və bir ədəd də sürücülük vəsiqəsinin olmasını müəyyən etmişdir. Daha sonra isə pul qabıdan pulları götürüb cibinə qoymuş, pul qabını, şəxsiyyət və sürücülük vəsiqələrini, həmçinin plastik bank kartını “Memar Əcəmi” stansiyasının yaxınlığında olan kiçik daş hasarın üzərinə qoymuşdur ki, vətəndaşlardan və ya yaxud polis əməkdaşlarından kimsə görüb götürər və sahibinə qaytarar. 30 iyun 2024cü il tarixdə Nəsimi rayonu ərazisində olarkən metronun “20 Yanvar” stansiyasının yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu oğurluq cinayətində şübhəli olduğunu bildirməklə Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişlər. O, Polis İdarəsində olarkən 14 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus pul qabını şalvarının arxa sağ cibindən çəkib oğurladığını etiraf etmişdir. Bakı Metropolitenində Polis İdarəsinin polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Həmçinin oğurluq cinayəti hadisəsini törədərkən ona heç kim köməklik göstərməmiş və hadisə ilə bağlı heç kimin məlumatı olmamışdır. Etdiyi əməli səmimi etiraf edərək, peşmançılıq hissi yaşadığını və maddi ehtiyacının olması səbəbindən cinayət törətdiyini bildirmiş, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri, DVD diskdə olan video görüntü və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş X4 ifadəsində göstərmişdir ki, 14 iyun 2024cü il tarixdə saat 23:40 radələrində metronun “İnşaatçılar” stansiyasına getməkdən ötrü “28 May” stansiyasına daxil olmuşdur. Həmin vaxt stansiyanın platformasında az sayda sərnişin olsa da, qatarda sıxlıq imiş. Həmin vaxt o, pul qabını əynində olan şalvarının arxa sağ cibinə qoymuşdur. Bu zaman qatar dayanmış və o, “Dərnəgül” xətti ilə hərəkətdə olan qatarın vaqonuna daxil olub “İnşaatçılar” stansiyasına qədər gəlmişdir. Qatar “İnşaatçılar” stansiyasına dayandıqdan və qapılar açıldıqdan sonra o, qatarı tərk edib platforma ilə hərəkət etməyə başlamışdır. Bir qədər getikdən sonra arxa sağ cibində boşluq hiss edib dayanmış və arxa cibinə baxdıqda müəyyən etmişdir ki, pul qabı yerində yoxdur. O, dərhal şübhələnmişdir ki, onun pul qabısını qatarda sərnişin sıxlığından istifadə edən naməlum şəxs və ya şəxslər oğurlamışdır. Bu barədə o, DİN-nin “102 xidməti”nə zəng edib məlumat vermişdir. Bildirmişdir ki, o, pul qabını 20 il bundan əvvəl 40 (qırx) manata satın almış və həmin pul qabının içərisində hadisə zamanı 600 manat nağd pul, şəxsiyyət və sürücülük vəsiqələri, həmçinin "xxxx" ASC-nin plastik təqaüd kartı olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 640 (altı yüz qırx) manat maddi ziyan dəymişdir. Ziyan ödənilməmişdir. Məhkəmə iclasında Şahid elan olunmuş ifadəsindən görünür ki, o, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Cinayət axtarış bölməsinin kiçik inspektoru vəzifəsində xidmət edir. Cinayət işinin mahiyyəti üzrə göstərmişdir ki, Bakı Metropolitenində Polis İdarəsinin təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru Samir Axundov tərəfindən verilmiş tapşırığa əsasən, naməlum şəxs və ya şəxslər tərəfindən 14 iyun 2024-cü il tarixdə saat 23:40 radələrində "xxxx" QSC-nin “Dərnəgül” stansiyası istiqamətində hərəkətdə olan qatarın “İnşaatçılar”stansiyasında dayanmasından və vaqondan enmə zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonunda qapının yanında dayanmış Zərərçəkmiş şəxs əynində olan şalvarının arxa sağ cibindən sonuncuya məxsus pul qabını gizli olaraq çıxarmaqla talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq edilmişdir. 30 iyun 2024-cü il tarixdə saat 19:10 radələrində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətmiş şəxs, yəni Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının yaxınlığında müəyyən edilmişdir və o, həmin oğurluq cinayətini törətməsini etiraf etmişdir. Odur ki, Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis İdarəsinə dəvət edilmiş və o, raportla aidiyyəti üzrə rəhbərliyə müraciət etmişdir. Cinayət işinin 22-ci vərəqələrində olan 30 iyun 2024-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 77-78-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilmiş və barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 79-cu vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, xx xxxxxx 1976-cı ildə Füzuli rayonu Böyük Bəhmənli kəndində anadan anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməməsi, Füzuli rayonu Böyük Bəhmənli kəndində qeydiyyatda olması və Səbail rayon xalq Məhkəməsinin 06 oktyabr 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 111-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03 dekabr 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə, Bakı şəhər Xətai rayon Məhkəməsinin 25 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 03 ay müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarından "xxxx" QSC-nin “Dərnəgül” stansiyası istiqamətində hərəkətdə olan qatarda quraşdırılmış nəzarət-müşahidə kamerasının görüntüsü yazılmış diskə məhkəmə istintaqında baxış zamanı tədqiq edilmiş, video görüntüdə hadisənin baş verdiyi zaman, yəni 14 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qatarda insanların çox olmasından və sərnişinlərin sıxlığından istifadə edərək zərərçəkmiş şəxsə arxa tərəfdən yaxınlaşması, qatarın dayanması, sərnişinlərin çoxluq şəkildə vaqondan düşməsi zamanı Təqsirləndirilən şəxs zərərçəkmişə arxadan yaxınlaşaraq cibindən pul qabını çəkib götürməsi və qatarın qapılarının bağlanmamışdan əvvəl zərərçəkmiş şəxsin düşərək oradan uzaqlaşması müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs həmin görüntüdə olan pul qabını oğurlayan şəxsin özü olduğunu məhkəmədə də təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 20/2-11267 №-li məktubundan görünür ki, “Üztanıma” sistemi vasitəsilə aparılan araşdırmalar nəticəsində hadisəni törətmiş naməlum şəxsin xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Cinayət işi üzrə bir ədəd DVD diskə köçürülərək istintaqa təqdim edilmiş hadisə yerinin video görüntüsü sübut əhəmiyyəti nəzərə alınaraq cinayət işi üzrə maddi sübut hesab edilməklə cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidin ifadələri, DVD diskdə olan video görüntü və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 03 ay müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, cəzadan şərti vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi cinayət əməllini 14 iyun 2024-cü il tarixdə, yəni sınaq müddətində törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddənə əsasən 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 76.6.3 və 67.1-ci maddələrinin tələblərinə uyğun qəti cəza təyin edilməlidir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni yarısından az ola bilməz. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və qəti cəza təyin edilmılidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut DVD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının vaxtından əvvəl şərti azad edilməsinə dair Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-523/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-523/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver