Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-524/2025 19.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1998-ci ildə tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Sumqayıt şəhəri, Qurd Dərəsi qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qeyrirəsmi olaraq satıcı- kassir kimi çalışdığı Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi kioskda 01 may 2024-cü il saat 03 radələrində işdə olduğu zaman orada dolabda sonuncuya məxsus 2500 manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 iyul 2024-cü il saat 03 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 58 saylı evdə birlikdə kirayə yaşadığı Zərərçəkmiş şəxs2 istifadə etdiyi çarpayının üzərindəki yastığın altında sonuncu tərəfindən saxlanılan 500 manat nağd pulu və 550 manat dəyərində "Xiaomi Redmi 13" markalı mobil telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1050 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi yoxdur və bu səbəbdən uşaq evində böyümüşdür. Hazırda dostunun ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Qurd Dərəsi qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsində, Gülnar şadlıq sarayının yaxınlığında yerləşən kioskda satıcı-kassir işləmişdir. Həmin vaxtlarda onun atalığının müalicəsi üçün pula ehtiyacı olmuşdur. Bu səbəblə 01 may 2024cü il tarixində gecə saat 03:00 radələrində o, işlədiyi kioskda gecə növbəsində olan zaman kassada olan 900 manat pulu götürmüşdür. O, kassadan 900 manat pul oğurlamasına baxmayaraq ibtidai istintaq zamanı dəymiş ziyanın məbləği 2500 manat miqdarında qiymətləndirilmişdir. Bundan başqa 24 iyun 2024-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 58 ünvanında kirayə qaldığı evdə Zərərçəkmiş şəxs2 adlı otaq yoldaşı evdə başqa kirayəşinlər də olduğu üçün işə gedən zaman özünə məxsus mobil telefonu qutuda saxlaması üçün ona təhvil vermişdir. O, kirayə pulunu ödəyə bilmədiyi üçün həmin telefonu satmaq qərarına gəlmişdir. 25 iyun 2024-cü il, saat 03:00 radələrində o, İbadətin 1 ədəd "X1 13" markalı mobil telefonunu götürüb evdən çıxmış və telefonu aparıb satmışdır. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus "X1 13" markalı mobil telefonunu götürsə də, İbadətin 500 manat məbləğində pulunu oğurlamamışdır. Oğurladığı telefonun qiyməti 200 manat olmuşdur. Hazırda telefon sahibinə qaytarılmışdır. Yekun olaraq zərərçəkmiş şəxslərlə barışdığını, sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 2 ilə yaxın müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsində icarə müqaviləsi əsasında köşk işlətmişdir. Təqsirləndirilən şəxs həmin köşkdə satıcı-kassir kimi işləmişdir. xx.xx.2024-cü il tarixində səhər saatlarında köşkə daimi gələn müştərilərdən biri ona zəng edərək, köşkün işıqlarının sönülü olduğunu və qapısının bağlı olduğunu bildirmişdir. Bu məlumatı eşidən kimi yaşadığı evdən köşkə gəlmiş və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oradan ona məxsus 2500 manat pulu oğurlamışdır. Son olaraq Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilməsədə sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını və onunla barışdığını bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 92-94-cü vərəqlərində olan ifadəsində bildirmişdir ki, təxminən bir ilə yaxındır ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 58 ünvanında kirayədə qalırdı. xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs onun otaq yoldaşı kimi həmin ünvanda qalmağa gəlmişdir. Təqsirləndirilən şəxs əvvəldən tanımırdı, onunla yalnız evdə kirayədə qalmağa başladıqdan sonra tanış olmuşdur. xx.xx.2024-cü il tarixində saat 22 radələrində evdən çıxaraq işə getmişdir. İşə getməzdən əvvəl 500 manat məbləğində nağd pulu və yeni aldığı "X1 13" markalı, İMEİ kodları **********438185 və **********38193 olan mobil telefonu yatdığı yataqda, yastığın altına qoymuşdur. xx.xx.2024-cü il tarixində saat 09 radələrində işdən evə qayıtdıqdan, pəncərə və qapının bağlı olduğunu, otaq yoldaşı Təqsirləndirilən şəxs isə evdə olmadığını və şəxsi əşyalarını götürərək getdiyini aşkar etmişdir. Kirayədə qaldığı evin sahibi ilə əlaqə saxladıqda, Zülfəlinin onun işdə olduğu vaxtda evdən çıxdığını öyrənmişdir. Yastığın altında qoyduğu 500 manat nağd pulun və "X1 13" markalı telefonun oğurlandığını müəyyən etmişdir. Sözügedən telefonun orta bazar qiyməti 460 manat olsa da, onu kreditlə 550 manata almışdır. Zülfəlinin mobil nömrəsi (***-***-**-**) ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamış və onunla heç bir formada əlaqə qurmaq mümkün olmamışdır. Əlavə olaraq, ona məxsus arxa fonu göy rəngdə olan, işlək vəziyyətdəki "X1 10" markalı mobil telefonu 170 manat məbləğində Zülfəliyə satmışdır. Zülfəli maddi vəziyyətinin yaxşı olmaması səbəbilə həmin məbləği xx.xx.2024- cü il tarixində ödəyəcəyini bildirmişdir, lakin bu günə qədər həmin 170 manat ödənilməmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1050 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, baxış zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı ilə aparılır. Baxış keçirilən və oğurluq hadisənin baş verdiyi yer ünvan 4 ünvanında yerləşən evin içərisidir. Baxış zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 yatağının üzərində yastığın altına 500 manat nağd pulu və 550 manat dəyərində "Xiaomi Redmi 13" markalı mobil telefonu oğurlanmışdır. (i.v. 71-74) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda istifadədə olmuş 01 ədəd **********38185 ve **********38193 İMEİ Kodlu, istifadə edilmiş, işlək vəziyyətdə olan "Xiaomi Redmi 13" markalı mobil telefonun satış uçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağdakı kimi müəyyən edilir:
1. 01 ədəd "Xiaomi Redmi 13" markalı mobil telefon 256GB yaddaşlı olduqda - 285,0 manat:
2. 01 ədəd "Xiaomi Redmi 13" markalı mobil telefon 128GB yaddaşlı olduqda - 265,0 manat: (i.v. 108-111) 22 may 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (i.v. 136-141) “İfadənin yerində yoxlanılması barədə” 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəni yerində yoxlanan zaman Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsində yerləşən kioskda dolabdan 2500 manat oğurlaması əyani olaraq göstərmişdir. (i.v. 236-237) “Sübutların qiymətləndirilməsi haqqında” 21 avqust 2025-ci il tarixli qərardan görünür ki, "Xiaomi Redmi 13" markalı mobil telefon cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (i.v. 241-247) Zərərçəkmiş şəxs2 Zülfü oğlu tərəfindən verilmiş qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə "Xiaomi Redmi 13" markalı mobil telefonu təhvil almışdır. (i.v. 255) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 2024-cü ilin aprel ayında iş tapmaq məqsədilə Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsində, Gülnar şadlıq sarayının yaxınlığında yerləşən kioska yaxınlaşmışdı. Kiosku işlədən Zərərçəkmiş şəxs1 ilə görüşmüşdü. İşə götürülən zaman onunla əmək müqaviləsi bağlanmamışdır. Fərid ona həmin kioskda satıcıkassir kimi işləyəcəyini bildirmiş və 500 manat maaş təklif etmişdir. 27 gün işlədikdən sonra, xx.xx.2024-cü il tarixində gecə növbəsinə gəldikdə, saat 03 radələrində kassada olan 2500 manat pulu götürmüşdür. Daha sonra kioskun işıqlarını söndürərək, qapısını bağlayıb oradan uzaqlaşmışdır. Bundan əlavə, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 58 ünvanında kirayə qalmaq üçün gəlmişdir. Zərərçəkmiş şəxs2 onun otaq yoldaşı idi. Zərərçəkmiş şəxs2 əvvəldən tanımırdı, kirayədə qalmaq üçün gələndən sonra tanış olmuşdur. Onunla yanaşı həmin evdə Orxan, Elvin və Əli adlı şəxslər qalırdı. O, İbadətlə eyni otaqda qalırdı, digərləri isə ayrı otaqda yaşayırdılar. xx.xx.2024-cü il tarixində saat 22 radələrində Zərərçəkmiş şəxs2 evdən çıxıb işə getmişdir. Saat 03 radələrində İbadətin yatdığı yataqda, yastığın altına qoyduğu 1 ədəd "X1 13" markalı mobil telefonu götürmüşdür. Telefonu götürdükdən sonra saat 04 radələrində həmin evdən çıxaraq Sumqayıt şəhərinə getmişdir. xx.xx.2024-cü il tarixində saat 12 radələrində Sumqayıt şəhərində yerləşən Karvan Ticarət Mərkəzinin qarşısında Orxan adlı şəxslə görüşmüşdür. Ona "X1 13" markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Orxan həmin telefona baxaraq onu 200 manata almışdır. Daha sonra oradan uzaqlaşaraq getmişdi. Həmin ərəfələrdə atası xəstə olduğu üçün əldə etdiyi pulları atasının mülicəsi üçün xərcləmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 çarpayısının üzərindəki yastığın altında "X1 13" markalı mobil telefonu götürmüş, lakin həmin yastığın altında pul olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi kioskdan 2500 manat deyil 900 manat məbləğində pulu gizli yolla talaması, bundan əlavə Zərərçəkmiş şəxs2 məxsus "Xiaomi Redmi 13" markalı mobil telefonu götürməsinə baxmayaraq, sonuncuya məxsus 500 manat məbləğində pulu götürməməsi barədə ifadəsinə tənqidi yanaşır və bunu özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qeyri-rəsmi olaraq satıcı- kassir kimi çalışdığı Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Araz küçəsində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi kioskda 01 may 2024-cü il saat 03 radələrində işdə olduğu zaman orada dolabda sonuncuya məxsus 2500 manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 iyul 2024-cü il saat 03 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 58 saylı evdə birlikdə kirayə yaşadığı Zərərçəkmiş şəxs2 istifadə etdiyi çarpayının üzərindəki yastığın altında sonuncu tərəfindən saxlanılan 500 manat nağd pulu və 550 manat dəyərində "Xiaomi Redmi 13" markalı mobil telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1050 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda istifadədə olmuş 01 ədəd **********38185 ve **********38193 İMEİ Kodlu, istifadə edilmiş, işlək vəziyyətdə olan "Xiaomi Redmi 13" markalı mobil telefonun satış uçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağdakı kimi müəyyən edilir:
1. 01 ədəd "Xiaomi Redmi 13" markalı mobil telefon 256GB yaddaşlı olduqda - 285,0 manat:
2. 01 ədəd "Xiaomi Redmi 13" markalı mobil telefon 128GB yaddaşlı olduqda - 265,0 manat. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxslərə məxsus 01 ədəd "Xiaomi Redmi 13" markalı mobil telefonu 500 (beş yüz) manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 31 yanvar 2025-ci il tarixli rəyində həmin ədəd "Xiaomi Redmi 13" markalı mobil telefonu 285 və 265 manat olması müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd "Xiaomi Redmi 13" markalı mobil telefonu oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 265 olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 24 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da tutulmuşdur. (i.v. 43-44) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 108-109) “Tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmışdır. (i.v. 116) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İstintaq şöbəsinin vəsatəti rədd edilmişdir. (i.v. 159-161) “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 71) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli 4(004)-419/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 may 2025-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 187-191) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli 4(004)-527/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin uzadılması barədə vəsatət və təqdimat təmin edilməmiş və dərhal məhkəmə iclas zalından azad edilmişdir. (i.v. 211-214) “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 215-216) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam ödənilməmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 29 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməsədə onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdən 22 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 24 may 2025-ci il tarixdən 11 iyul 2025-ci il tarixədək olan 01 (bir) ay 17 (on yeddi) gün, cəmi 01 (bir) ay 19 (on doqquz) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyan vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. İş üzrə maddi sübut bir ədəd “Xiaomi Redmi 13” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 Zülfü oğluna qаytаrılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 55 (əlli beş) saata görə 605 (altı yüz beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 20 may 2025-ci il tarixdən 22 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 24 may 2025-ci il tarixdən 11 iyul 2025-ci il tarixədək olan 01 (bir) ay 17 (on yeddi) gün, cəmi 01 (bir) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 03 (üç) ay 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut bir ədəd “Xiaomi Redmi 13” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 Zülfü oğluna qаytаrılması nəzərə alınsın. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 55 (əlli beş) saata görə 605 (altı yüz beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov