Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-53/2023 30.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri Xiyabani küçəsi ev 15 ünvanda qeydiyyatda olmaqla, ünvan 1yan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə ögənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin sentyabr ayından 21 dekabr 2020-ci il tarixədək olan müddət ərzində anbardar işlədiyi ünvan 2 ünvanda yerləşən “Altes Plaza” ticarət və biznes mərkəzinin ikinci mərtəbəsində fəaliyyət göstərən “X16 Klinikası” MMC-nin klinikasının deposundan hər birinin qiyməti 356,40 (üç yüz əlli altı manat qırx qəpik) manat olan və içərisində 02 şpris olan 05 qutu «Juvedrm 3» adlı, hər birinin qiyməti 356,40 (üç yüz əlli altı manat qırx qəpik) manat olan və içərisində 02 şpris olan 05 qutu «Juverdm 4» adlı, hər birinin qiyməti 224,0 (iki yüz iyirmi dörd) manat olan və içərisində 02 şpris olan 13 qutu «Juverdm smail» adlı, hər birinin qiyməti 85,0 (səksən beş) manat olan və içərisində 01 şpris olan 06 qutu «Hiyaldev» adlı, hər birinin qiyməti 25,0 (iyirmi beş) manat olan və içərisində 01 şpris olan 18 qutu «Jador kiss» adlı, hər birinin qiyməti 25,0 (iyirmi beş) manat olan və içərisində 01 şpris olan 04 qutu «Jador deep» adlı, 01 ədəd 36,0 (otuz altı) manat dəyərində “Apriline hair line” adlı və 01 ədəd 36,0 (otuz altı) manat dəyərində “Aprile skin line” adlı dərman preparatları vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb zərərkçəmiş hüquqi şəxs “X16 Klinikası” MMC-yə ümumilikdə 7.608 (yeddi min altı yüz səkkiz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid5 2015-ci ildən hazırda yaşadığı ünvan 3 ünvana köçdüyü vaxtdan həmin ərazidə qonşu kimi tanımış, sonuncu ilə aralarında qonşu kimi yaxşı münasibətlər yaranmışdır. Hətta anası Təranə, 22 dekabr 2020-ci ilədək Gülnərə xanımın 02 azyaşlı övladlarına dayəlik etmişdir. Gülnarə ilə söhbət əsnasında sonuncu “X16 Klinikası”nın adminstrator işlədiyini danışmış, bir müddət sonra Gülnarə onun bacısı Fatiməni həmin klinikada çayçı kimi işə düzəltmişdir. Xatırladığına görə Fatimə 2019-cu ilin sonlarınadək orada işləmişdir. 2020-ci ilin təxminən aprel ayında Gülnarə, klinikada anbarda işçi axtarıldığını deyib ona orada işləməyi təklif etmiş, o razılaşmışdır. Beləliklə, 01 may 2020-ci il tarixdən könüllü müqavilə əsasında ünvan 4 ünvanında yerləşən “X16 Klinikası” MMC-də anbardar işləməyə başlamış, həmin müqavilədə «01 may» tarix göstərilsə də, sənəd dekabr ayında işdən çıxarıldığı gün tərtib olunaraq ona imzalatdırılmışdır. Klinikada hər zaman müqaviləsiz işləmiş, lakin hər ay ona 300 manat maaş verilmişdir. O, işlədiyi müddət ərzində klinikaya yoxlama və ya hüquq mühafizə orqanlarının əməkdaşları gəldikləri zaman o, müqaviləsiz işlədildiyi üçün cərimədən yayınmaq məqsədilə onu hansısa otaqda gizlətdirmişlər. İş vaxtı hər gün, səhər saat 09:00-dan saat 17:00-dək olmuşdur. Həftənin bazar günü istirahət günü olmuş, həmin vaxtlarda metronun “Nəsimi” stansiyasının yaxınlığında yerləşən “Araz” marketdə də satıcı işləmiş, iş vaxtı saat 18:00-dan 23:00-dək olmuşdur. O, hər gün səhər klinikadakı işinə Gülnarənin idarə etdiyi avtomobillə Gülnarə ilə birlikdə getmişdir. “X16 Klinikasında” anbardar kimi vəzifəsi anbarda olan dərmanlar, tibbi ləvazimatlar və sair avadanlıqlara nəzarət etmək, onları səliqəli və lazım olan qaydada saxlamaq, həmçinin gələcəkdə həmin dərman vasitələri üzrə bütün məsuliyyəti daşımaq olmuşdur. Bundan başqa, anbarda olan dərman və ya digər tibbi avadanlıqları klinikanın həkimləri tərəfindən götürülürmüş və hansı həkim tərəfindən götürülməsindən asılı olaraq bununla bağlı tərəfindən qeydiyyat aparılmışdır. Hər gün istifadə olunmuş dərmanlarla bağlı klinikanın baş həkimi Rəna xanımın əri Şahid4 məlumat vermişdir. Şahid4 onun qeyd etdiklərinə baxaraq, ayda bir dəfə depodakı malları saymış, sonuncu tərəfindən anbarda olan bütün dərman və tibbi avadanlıqlar sayılsa da, yalnız “Botoks”-lar sayılmamışdır. “Botoks”lar soyuducunun içində xüsusi şəraitdə saxlanılmışdır. Klinikanın bütün həkimləri estetik əməliyyatlar etdikləri üçün gündəlik “Botoks”lar ondan təhvil götürülmüşdür. O, 01 may 2020-ci il tarixdə “X16 Klinikası”da anbardar kimi işə başladığından, təxminən 1-2 həftə sonra Gülnarə xanım ona xəbər verəcəyi vaxtlarda anbardan “Botoks”ları götürərək klinikanın mətbəx otağında olan soyuducuya qoymuşdur. Gülnarə xanım onu işə düzəltdiyi, həmçinin adminstrator olduğu üçün və qonşusu olduğundan, Gülnarənin sözləri onda hər hansı şübhə doğurmamış və dediyi kimi, ona məlumat verdiyi tarixlərdə o, anbardan “Botoks”ları götürərək mətbəxin soyuducusuna qoymuş, oradan isə sonuncunun Şahid5 özü hər dəfə «Botoks»ları götürmüşdür. İşlədiyi müddət ərzində demək olar ki, iki gündən bir Gülnarə xanım ona yazaraq, “Botoks”ları mətbəxin soyuducusa qoymasını tələb etmiş, o, «botoks»ları soyuducuya qoyduqdan bir neçə dəqiqə sonra Gülnarə özü gələrək götürmüş, lakin sonuncu “Botoks”ları götürdükdən sonra nə etdiyi barədə məlumatı olmamışdır. Həmin “Botoks”ları Gülnarə xanıma versə də, ona bununla bağlı hər hansı məbləğdə pul verməmişdir. Təxminən 19 dekabr 2020-ci il tarixdə Gülnarə xanım ondan klinikadan 11 ədəd “Juderm” və “Jadore” adlı dərman preparatlarından götürüb evə aparmasını, səhərisi günü ondan götürəcəyini demiş, o da, 11 ədəd “Juderm” və “Jadore” adlı dərman preparatlarını Gülnarənin göstərişi əsasında başqa heç bir rəhbər işçiyə məlumat vermədən götürüb, işdən çıxanda işlədiyi ikinci iş yeri olan metronun “Nəsimi” stansiyasının yaxınlığında yerləşən “Araz” marketə aparmış və iş yerində qoymuşdur. 21 dekabr 2020-ci il tarixdə səhər saatlarında Gülnarə xanımla birlikdə işə getdiyi zaman sonuncu “Juderm” və “Jadore” adlı dərman preparatlarından ümumilikdə 8 qutu götürərək axşam saatlarında birlikdə qayıtdıqları zaman verməsini xahiş etmişdir. Həmin gün axşam saat 18 radələrində o, dərmanları götürüb Gülnərə xanımla birlikdə klinikadan çölə çıxmış, pilləkənlərlə aşağı düşdükdən sonra Gülnarə onun əlində, içərisində dərmanlar olan paketə baxaraq bunun nə olduğunu soruşmuşdur. O, təəccüblənərək, “Sizin dediyiniz dərmanlardır” - demiş, Gülnarə isə paketi onun əlindən alaraq içinə baxmış və birlikdə Klinikaya qayıtmaqlarını tələb edərək, həkim otağına daxil olmuşlar. Orada onlardan başqa heç kim olmamış, həmin otaqda Gülnarə xanım dərmanları anbara aparıb qoymasını tələb edərək, evə getməli olduğunu bildirmişdir. O, dərmanları anbara qoyaraq tək evə getmiş, həmin gün axşam saatlarında evdə olduğu zaman Gülnarə xanım ona zəng edərək, anbarda çatışmazlıq olduğunu, onun üzərinə götürməsini, narahat olmamısını, səhər işə getdikdə avtomobildə ətraflı danışacaqlarını demişdir. 22 dekabr 2020-ci il tarixdə onlar işə getdikləri vaxt Gülnarə xanım anbarda dərmanların əksik olması barədə klinika rəhbərliyinin məlumatı olduğunu demiş, həmçinin söhbət zamanı yanvar ayından öz ərizəsi ilə işdən çıxmasını tələb edərək, onun heç bir problemi olmayacağını, özünün məsələri yoluna qoyacağını, Gülnarənin barəsində, yəni sonuncunun göstərişi ilə dərmanları anbardan götürüb soyuducuya qoymasını deməməsini bildirmişdir. Klinikaya çatdıqları zaman Gülnarə onun mobil telefonunu tələb edib işi olduğunu və sonra özünə qaytaracağını demişdir. Təxminən saat 11 radələrində klinikanın rəhbəri Rəna xanım, Teymur, Gülnarə və hüquqşünas Toğrulun iştirakı ilə ona qəbz yazdırılmış, Gülnarə onun adını verməməsini xahiş etdiyindən, o, Gülnarənin adını ilk vaxtlar verməmişdir. Orada olduğu vaxt onun xahişi ilə «Araz» marketdə iş yoldaşı Mirzəxan 11 ədəd “Juderm” və “Jadore” adlı dərman preparatları göndərmişdir. Axşam işdən çıxdıqdan sonra Gülnarə xanım onun mobil telefonunu özünə qaytarmış, telefona baxdığı zaman Gülnarənin onunla aralarında olan yazışmaları sildiyini görmüşdür. Buna baxmayaraq, o, bir neçə yazışmanı bərpa etmiş və istintaq orqanına təqdim etmişdir. Onun heç bir təqsiri olmamış, o, Gülnarənin sözlərinə inanıb tibbi ləvazimatları kənara qoymuşdur. O, Gülnarənin «Botoks»ları gizlin, xəbərsiz götürməsini bilməmiş, «whatsapp» yazışmaları onun göstərdiklərimi təsdiq etmişdir. Sonradan klinikada yoxlama aparıldığını, böyük miqdarda çatışmamazlıq aşkar olunduğu ona məlum olduqda, başa düşmüşdür ki, Gülnarə qurma quraraq özünün gizli, habelə onu aldadıb ondan istifadə etməklə ələ keçirdiyi dərman pereparatlarını onun ələ keçirməsi görüntüsünü yaradaraq onun üzərinə yıxmaq istəyir. 22 dekabr 2020-ci il tarixdə polisə müraciət edilməmişdən əvvəl Gülnarə xanım dərmanların götürülməsində onun adını çəkməməsini, bütün məsuliyyəti öz üzərinə götürməsini xahiş edib problemi həll edəcəyini, Rəna xanımla danışaraq şikayəti geri götürdəcəyini bildirmiş, bu səbəbdən o, Polis bölməsində verdiyi izahatında, 32 qutu, yəni “Juvderm 3” dərmanından 5 qutu, “Juvderm 4” dərmanından 5 qutu, “Juvderm smail” dərmanından 5 qutu, “Hyaldev” dərmanından 6 qutu, “Jador kiss” dərmanından 7 qutu, “Jador deep” dərmanından 4 qutu, “Apriline hair linc” dərmanından 1 ədəd, “Apriline shine line” dərmanından 1 ədəd olmaqla dərman preparatlarını anbardan gizli yolla çıxararaq özünün satdığını və 1.500 manat pul əldə etdiyini məzmunda izahat vermişdir. O, adları sadalanan dərmanların marka və ədəd saylarını, habelə həmin dərmanların satışından əldə etdiyini bildirdiyi 5.572 manat məbləğdə pulu Gülnarə və baş həkim Rənanın diqtəsi ilə klinikada yazdığı qəbzə uyğun yazmış, əslində dərmanların klinikada satış qiymətinə diqqət yetirdikdə qəbzdəki məbləğlə arasında fərq olduğu açıq-aydın görünür. Bundan əlavə, klinikada sonradan yoxlama zamanı külli miqdarda çatışmamazlıq aşkar edilmişdir. O, Gülnarənin qurma qurduğunu əvvəldən bilsəydi, dediklərini ümumiyyətlə etməzdi. O, Gülnarənin göstərişi ilə “X16 Klinikası”-ndan yadında qalmayan sayda və markada müxtəlif dərman preparatları çıxarıb kənara qoymuş, Şahid5 500 manat pulu işlədiyi dövr ərzində maddi imkanı zəif olduğu üçün ona hissə-hissə köməklik məqsədi ilə vermişdir. Həmin pulun dərman preparatları ilə heç bir əlaqəsi olmamış, o, oğurluq etməmişdir. O, klinikalara heç bir dərman satmamış, anbardar işlədiyi “X16 Klinikası”-ndan oğurladığı dərman preparatlarını ayrı-ayrı klinikalara satması barədə izahatı Gülnarənin ona kömək edəcəyi barədə verdiyi vədlərə inanıb yazmış, onun heç bir klinika ilə əlaqəsi olmamışdır. 21 dekabr 2020-ci il tarixdə anbardar işlədiyi “X16 Klinikası”-dan dərman preparatlarını bayıra çıxararkən Şahid5 onun əlində 08 qutu dərman preparatı olduğunu görmüş, daha sonra Şahid5 vermiş olduğu göstəriş əsasında klinikaya qayıdaraq, həmin dərman qutularını yenidən öz yerinə qoymuş, həmin dərman preparatlarının sayı mexaniki səhv olaraq 07 qutu göstərilmiş, əslində isə o, 08 qutu dərman preparatı götürmüşdür. 21 dekabr 2022-ci il tarixdə dərmanların adları və qiymətləri diqtə əsasında ona yazdırıldığı üçün onun həmin dərmanların qiymətini dəqiq bilməməsi normaldır, 5.572 manat və ya 5616 manat qiymət fərqinin mövcudluğu onun dediyinin doğru olduğunu göstərir. Şahid3 “Araz” marketdə işləyən vaxtdan tanımış, aralarında iş yoldaşı münasibəti olmuşdur. Şahid3 ifadəsində, 2020-ci ilin dekabr ayının təxminən 11-də Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında onunla görüşən zaman onun əlində, içərisində dərman preparatları olan paket görməsi, həmin paketdə nə olmasını soruşduqda, onun paketin içərisində klinikadan götürdüyü əşyaların olduğunu və həmin əşyaları klinikanın digər filiallarına apardığını bildirməsi barədə göstərdikləri yalandır. Həmin vaxtı o, Mirzəxanla görüşməmiş, sonuncunu işdə görə bilərdi. 20 dekabr 2020-ci il tarixi həftənin bazar günü olduğundan, onun klinikada istirahət günü olmuş, həmin tarixdə o, klinikada olmadığından, oradan hər hansı dərman preparatlarını götürüb Mizəxana verə bilməzdi. O, təxminən 19 dekabr 2020-ci il tarixdə Gülnarənin göstərişi ilə götürdüyü 11 qutu dərman preparatını klinikadan çıxıb «Araz» marketdəki iş yerinə gedəndə orada dolabda saxlamış, 22 dekabr 2020-ci il tarixdə Mirzəxanla əlaqə saxlayan zaman sonuncu onun həmin vaxt verdiyi məlumat əsasında sellofan torbanı marketin dolabından götürüb taksi vasitəsilə klinikaya göndəmişdir. O, yalnız bir dəfə 11 ədəd qutu klinikadan Gülnarənin göstərişi ilə çıxarmışdır. «X16 Klinikası»-nda kameralar var, o, klinikadan nə isə gizlin çıxarsa idi, kameralarda görünərdi. Kameralara Gülnarə nəzarət etmiş, həmçinin mühafizəçi var. Gülnarə onu 08 qutu ilə oğurluqda tutmuşdursa, nəyə görə həmin günü rəhbərliyə və ya polisə müraciət etməmişdir? O, “X16 Klinikası”-dan heç bir oğurluq etməmi, 32 qutu və 02 dədəd dərman preparatı ilkin qəbzdə ona təkidlə yazdırılarkən, qeyd olunmuş rəqəmlərdir. Gülnarə ondan 11 qutu dərman preparatını evə aparmasını istəmiş, o da, evə yox, klinikadan sonra «Araz» marketə işə getdiyindən, həmin dərman preparatlarını özü ilə iş yerinə aparmışdır. Həmin vaxt Mirzəxanın bu barədə məlumatı olmamış, yalnız xx.xx.2020-ci il tarixdə Rənanın yanında olan zaman Mirzəxanla əlaqə saxlayıb ona aid sellofan torbanı göndərməsini xahiş etmiş, həmin vaxt Mirzəxana qeyd olunan sellofan torbanın içində nə olduğunu bildirməmişdir. O, dərman preparatlarını özünün oğurlaması, dərman preparatlarının satışından 1.500 manat gəlir əldə etdiyini bildirməsini, Gülnarə Bayraomovanın problemi həll edəcəyini və Rəna xanımla danışaraq şikayəti geri götürdəcəyini bildirməsi ilə əlaqələndirməsi barədə izahatına da 22 dekabr 2020-ci il tarixdə, Gülnarənin klinikada çatışmazlıq olduğunu bildirdiyi gün vermiş, həmin vaxtı hələ də Şahid5 inanmışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, videogörüntüdə olan Gülnarənin ona qarşı münasibəti və onun ona söz qaytarmaması məhz özünü itirdiyinə görə olmuşdur və Gülnarədən çəkinirdi. Bundan sonra o bildirdi ki, Gülnarə ona kömək etmədiyinə görə və polisə şikayət olunduğuna görə hazırda düzgün ifadə verir, ilk zaman hamısını öz boynuna alınması düzgün olmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyi, 02 ədəd yaddaş kartında olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “X16 Klinikası” MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2018-ci il tarixdən «X17 Klinikası» MMC-də hüquqşünas işləyir. Təqsirləndirilən şəxs 01 may 2020-ci il tarixdə ərizə ilə MMC-nin direktoruna müraciət edərək Klinikada könüllü əsaslarla işləmək, gələcək üçün iş təcrübəsi toplama arzusunda olduğunu bildirmiş, sonra «X17 Klinikası» MMC-nin direktoru Yeganə Cəfərova razılıq vermiş və xx.xx.2020-ci il tarixdə “Könüllü fəaliyyəti haqqında müqavilə” tərtib olunmuş, həmin müqavilə 03 ay müddətinə tərtib olunduğu üçün, 3 ayın tamamında növbəti müqavilələr bağlanmışdır. Təqsirləndirilən şəxs ilə MMC arasında könüllü fəaliyyət haqqında müqavilə bağlandığı üçün rəsmi əmək müqaviləsi bağlanmamış, bununla bağlı sistemdə bildiriş yerləşdirilməmişdir. xx.xx.2021-ci il tarixdə Gülnarə xanım Təqsirləndirilən şəxs əlindən paketi götürərək Klinikaya gətirdiyi zaman paketin içərisindən onun dəqiq xatırlamadığı sayda dərman preparatları götürülərək anbara təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs iltizam yazaraq ümumilikdə müxtəlif vaxtlarda 5.572 manatlıq dərman preparatlarını klinikadan gizli yolla çıxardığını bildirmişdir. 22 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs, onun adını bilmədiyi oğlana zəng etdikdən sonra həmin şəxs dərman preparatlarının bir hissəsini taksi avtomobillə Klinikaya göndərmiş, həmin dərman preparatları da, onlar tərəflərindən götürülərək anbara təhvil verilmişdir. MMC tərəfindən həyata keçirilən yoxlama zamanı çatışmazlığın 20.880 manat olduğu aşkar edilmişdir. “X17 Klinikası” MMC-də kosmetoloji və stomatoloji xidmətlər göstərilir. O, Bakı şəhər sakini Təqsirləndirilən şəxs 2020-ci ilin may ayından etibarən tanıyır, sonuncu ilə əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamış, Klinikanın baş həkimi Şahid1 tapşırığına əsasən, Klinikanın bir çox çalışanları kimi Təqsirləndirilən şəxs da bu işə klinikada adminstrator işləyən Gülnarə dəvət etmiş və Təqsirləndirilən şəxs Klinikanın müdriyyətinin razılığı ilə işə götürülmüş, Təqsirləndirilən şəxs depo işinə nəzarətini Klinikanın baş həkimi Şahid1 həyat yoldaşı Şahid4 həyata keçirmiş və sonuncunun nəzarəti altında depoda mütəmadi sayım işləri aparılmışdır. Şahid4 tərəfindən ümumiyyətlə sayımın nəticəsi olaraq hər hansı bir çatışmazlıq aşkar edilmədiyi üçün Təqsirləndirilən şəxs fəaliyyətində ciddi narazıçılıq qeyd edilməmişdir. Təqsirləndirilən şəxs klinikada işə başlamazdan əvvəl “Araz” marketdə müəyyən müddət işləmiş, 2020-ci ilin may ayında Klinikada anbardar kimi əmək müqaviləsi olmadan işləmişdir, işlədiyi müddətdə 2020-ci ilin avqust ayınadək anbarda Şahid4 tərəfindən yoxlama aparılarkən, dərman preparatlarının çatışmamazlığı aşkar edilmişdir. Bununla əlaqədar, Şahid4 Təqsirləndirilən şəxs dərman preparatlarının harada olmasını soruşmuş, Rüxsarə müxtəlif bəhanələr gətirərək dərman preparatlarının həkimlərə verməsini və onların otaqlarında olmasını bildirmişdir. Rüxsarənin dərman preparatlarını hansı şəraitdə və ya kimə verməsi mütəmadi nəzarət edilmiş, lakin həmin vaxtlar Təqsirləndirilən şəxs dərman preparatlarını kimə verməsini müəyyən edə bilməmişlər. Hadisə baş verən günü, 21 dekabr 2020-ci il tarixdə axşam saatlarında o, işdə olmamış, həmin vaxt Gülnarə xanım ona zəng vurub bildirmişdir ki, səhər saatlarında işdə olsun. O, Gülnarədən, nə məsələ olduğunu soruşmuş və vacib məsələ olduğunu, ertəsi gün deyəcəyini öyrənmişdir. 22 dekabr 2020ci il tarixdə səhər saatlarında o, Klinikaya getmiş, orada iclas otağında olduğu vaxt, Gülnarə ona demişdir ki, «Mən xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs işdən çıxarkən əli yüklü halda gördüm və ümumi hərəktləri ilə mənim diqqətimi çəkdi. Təqsirləndirilən şəxs şübhələndiyim üçün resepsiyonda çantasını açıb yoxlamaq istədim, yalnız birdən yanılaram və Təqsirləndirilən şəxs digər resepsiyon işçilərinin yanında pərt və rəncidə olar deyə çantasını yoxlamadım. Təqsirləndirilən şəxs hara gedirsən, deyə soruşanda, “Taksi çağırmışam, aşağıda gözləyir.”- deyə bildirmişdir. Mən də Təqsirləndirilən şəxs qarşı yaranmış şübhəyə görə və çantasındakını yoxlamaq məqsədilə onunla aşağı düşdüm və ona “Taksi gözlüyər, sən gəl, kömək et, bu maşına əşya qoyacam” - dediyimdə əlindəki çantaya əl atdım, çantanı ondan aldım və çantanın içinə baxarkən çoxlu sayda, yəni 8 ədəd dolğu pereparatların olduğunu aşkar elədim və dərhal onu yuxarı klinikaya qayıtmasını tələb elədim. Klinika həyətində baş verən bu hadisə Klinikanın baş həkiminin sürücüsü Vahid bəy tərəfindən də təsdiq edilə bilər. Təqsirləndirilən şəxs klinikaya təkrar apararkən əlindəki apardığı bütün pereparatları yerinə qoydurdum və həkim otağında niyə belə etdiyini soruşduğumda çarəsiz olaraq mənasız cavablar verməklə vəziyyəti ötüşdürürdü. İşin uzanacağını anladım və bu barədə baş həkimə ətraflı məlumatı vermək üçün ertəsi günü Təqsirləndirilən şəxs klinikaya gətirdim və hadisəni baş həkim Şahid1 bildirdim»- demişdir. O, Gülnarəyə demişdir ki, Rüxsarəni iclas otağına çağırıb məsələni aydınlaşdırsın. Sonra Təqsirləndirilən şəxs iclas otağına aparmışlar, orada o, Rüxsarədən soruşmuşdur ki, bu preparatları kimə satır, kimə verir? Həmin əşyaları gətirsin, yerinə qoysunlar, daha polisə məlumat verməsinlər ki, tutulmasın. Təqsirləndirilən şəxs isə, baş həkim Şahid1 yanında oğurladığı pereparatlardan əldə etdiyi pulu qeyri-rəsmi münasibətdə olduğu şəxsə xərclədiyini bildirmiş, o, təkidlə həmin dərman preparatlarını kimə verməsini soruşduqda, Rüxsarə mobil telefonunda danışıq balansı olmadığını, həmin şəxsə zəng edə bilmədiyini bildirmişdir. Sonra o, Rüxsarəyə onun mobil telefonu ilə həmin şəxsə zəng etməsini və preparatlarını gətirməsini təklif etmiş, Rüxsarə ona xatırlamadığı mobil nömrə vermiş, o, həmin mobil nömərəyə zəng vurub telefonu Rüxsarəyə vermiş, Rüxsarə bir nəfər şəxsə demişdir ki, “Mənim oğurluq etməyimin üstü açılıb, sənə verdiyim dərman preparatlarını təcili qaytarmaq lazımdır.” Həmin şəxs isə Rüxsarəyə demişdir ki, dərman preparatlarını taksi ilə Klinikaya göndərir. Bir az sonra yenə də Rüxsarənin mobil telefonuna zəng gəlmiş, onlar həmin zəngə cavab verərkən, zəng edən şəxsin taksi süurücüsü olmasını və Klinikanın qarşısında gözlədiyini və çatdırılmalı olan paketi götürülməsini bildirmişdir. O, klinikanın qarşısına düşmüş, taksidən həmin paketi götürmüş, Klinikanın qarşısında maşında oturan Teymura vermiş, Teymur da həmin paketi götürüb klinikaya getmişdir. O, işi ilə əlaqədar çıxıb getmişdir. Ertəsi gün öyrənmişdir ki, takisi gətirdiyi paketin içərisində 11 ədəd dolğu dərman preparatları olmuşdur. Rüxsarənin atası Elçin də klinikaya dəvət edilmişdir və sonuncuya, Rüxsarənin oğurluq etməsi barədə məlumat verilmişdir. Sonradan həmin günü polisə müraciət edilmiş və polis əməkdaşları gələrək Rüxsarəni törətdiyi cinayət əməli ilə əlaqədar Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində araşdırma aparılmış, sonradan Rüxsarə oğurluq hadisəsini Kilinikada adminstrator işləyən Gülnarənin təklif ilə etməsini bildirdiyinə görə, toplanmış material Yasamal rayon prokurorluğuna göndərilmişdir. Yasamal rayon prokurorluğunda mənimsəmə faktı ilə cinayət işi başlanmış, araşdırma dövründə ümumilikdə klinikaya nə qədər ziyan vurulmasını müəyyən etmək üçün audit yoxlaması başlanılmış, məhkəmə-mühasibatlıq ekpertizası təyin edilmiş, nəticədə müəyyən edilmişdir ki, Rüxsarə tərəfindən klinikaya ümumilikdə 23.322,37 manat ziyan vurulması müəyyən edilmiş, həmin ziyandan Rüxsarə 19 ədəd, yəni 1850 manat dəyərində dolğu preparatlarını qaytarılmış, lakin 21472,37 manat ziyan ödənilməmişdir. Rüxsarə araşdırma dövründə dəfələrlə cinayət əməlini Gülnarənin tələbi ilə törətdiyini bildirsə də, bununla bağlı rayon prokurorluğunda üzləşdirmə dindirmə istintaq hərəkətləri keçirilmiş, lakin kifayət qədər sübutlar müəyyən edilməmişdir. Gülnarənin Rüxsarə ilə cinayət əməlini törətməsini faktı ilə bağlı kifayət qədər sübutlar müəyyən edilmədiyindən, cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddələrinə tövsif edilməklə, cinayət işi aidiyyəti üzrə Yasamal rayon Polis İdarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs qaytardığı preparatlardan 13 ədəd “Jador” markalı dolğu preparatıdır, həmin preparatın hər biri 50 manat təşkil edir, 06 ədəd “Juvedrm” markalı dolğu preparatıdır, həmin preparatın hər biri 200 manat təşkil edir, ümumilikdə Təqsirləndirilən şəxs 1.850 manat dəyərində 13 ədəd “Jador” preparatını və 06 ədəd “Juvedrm” preparatını Klinikaya geri qaytarmışdır. Hal hazırda klinikaya dəymiş ümumi ziyana görə cinayət işləri ayrılaraq, bir iş hazırda məhkəmədə baxılır, digər iş üzrə isə cinayət təqibi hələlik dayandırılıb. Bu iş iş üzrə klinikaya 7.608 manat maddı zərər dəymişdir. Əlavə ona verilmiş suala cavab olaraq qeyd etmişdir ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılan qəbzdə olan məbləğlər onun xətti ilə Rüxsarənin iştirakı ilə dərmanların qiymətləri öyrəndikdən sonra yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevral ayından etibarən «X18 Klinika»-da administrator vəzifəsində çalışır. Klinikanın baş həkiminin tapşırığına əsasən, klinikanın bir çox işçiləri kimi, Təqsirləndirilən şəxs da işə o, dəvət etmiş və müdriyyətinin razılığı ilə işə götürülmüşdür. Təqsirləndirilən şəxs depo işinə nəzarət etməsi klinikanın baş həkimi Şahid1 əri Şahid4 tapşırılmış və sonuncu tərəfindən mütəmadi sayım işləri aparılmışdır. Şahid4 ümumiyyətlə sayım nəticəsində hər hansı bir çatışmazlıq aşkar etmədiyi üçün Təqsirləndirilən şəxs fəaliyyətində ciddi narazıçılıq qeyd edilməmişdir. Təqsirləndirilən şəxs klinikada işə başlamazdan əvvəl Araz marketdə müəyyən müddət işləmiş, «pandemiya» dövründə məktəb və uşaq bağçalarının bağlanması ilə əlaqədar olaraq, evində övladlarına baxıcılıq etmək məqsədilə Təqsirləndirilən şəxs anası Təranə Əliyevanı dəvət etmiş və sonuncu dayəlik etmiş, bu müddət ərzində onun Təqsirləndirilən şəxs anasından narazılığı olmamışdır. Təqsirləndirilən şəxs anasının xahişi ilə ilk öncə Fatimə Əliyeva (Təqsirləndirilən şəxs bacısını) klinikada çayçı vəzifəsinə, daha sonra isə Təqsirləndirilən şəxs depoçu vəzifəsinə düzəlməsi üçün Klinikanın rəhbərliyinə təqdim etmişdir. Klinikanın baş həkimin qərarı ilə Təqsirləndirilən şəxs klinikada depoçu olaraq işə başlamış, Təqsirləndirilən şəxs atasının və özünün xəstə olduğu dönəmlərdə ailəyə klinika tərəfindən mütəmadi maddi yardımlar edilmiş, kasıb bir ailə olduqları üçün kömək etməyə çalışmışdır. O, hadisə günü, yəni 21 dekabr 2020-ci il tarixdə axşam saat 17:00 radələrində Təqsirləndirilən şəxs işdən çıxarkən, əli yüklü halda görmüş və sonuncunun hərəktləri ilə onun diqqətini çəkmişdir. O, Təqsirləndirilən şəxs şübhələndiyi üçün Qəbul şöbəsində çantasını açıb yoxlamaq istəmiş, lakin yanıla biləcəyini düşünüb digər işçilərin yanında pərt olar deyə, çantasını orada yoxlamamışdır. Təqsirləndirilən şəxs hara getdiyini soruşduqda, “taksi çağırmışam, aşağıda gözləyir” - deyə bildirmiş, sonuncuya qarşı yaranmış şübhəyə görə çantasındakını yoxlamaq məqsədilə onunla aşağı düşmüş, Rüxsarənin əlindəki çantaya əl ataraq almış və çantanın içinə baxarkən, çoxlu sayda dolğu pereparatların olduğunu aşkar etmiş, dərhal Klinikaya qayıtmasını tələb etmişdir. X5 təkrar apararkən, əlində apardığı bütün pereparatları yerinə qoydurmuş və həkim otağında ondan hansı səbəbdən belə hərəkətlər etdiyini soruşduqda, çarəsiz qalaraq mənasız cavablar vermişdir. O, bu barədə baş həkimə ətraflı məlumat vermək üçün ertəsi günü Təqsirləndirilən şəxs klinikaya aparmış, hadisəni baş həkim Şahid1 demişdir. Təqsirləndirilən şəxs klinikanın hüquqşünası Toğrul bəyin və baş həkim Şahid1 yanında oğurladığı pereparatlardan əldə etdiyi pulu qeyri-rəsmi münasibətdə olduğu şəxsə xərclədiyini, ümumilikdə 5.572 manatlıq oğurluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs oğurluq etdiyi faktiki olaraq o aşkar etmiş və özü qəbul etmişdir. Rüxarə Əliyevanın guya onun üçün bu malları çıxartdığını deməsi, yəni onun özünün özünü ifşa etməsi absurddur. Təqsirləndirilən şəxs bildirdiyi üzrə, guya «Botoks» pereparatlarına onun tələbi üzrə klinikanın soyuducusuna qoyması halı və daha sonra onun botoksları soyuducudan götürərək mənimsəməsi barəsindəki iddası açıq-aydın yalandır, böhtandır. Botoks pereparatları klinikanın soyuducusunda saxlanılır və müəyyən sayda olmaqla, depo işçisinin gündəlik sayım və nəzarəti ilə depodan çıxarılır və əvvəl soyuducuya, oradan isə ehtiyacı olan həkimlər vasitəsi ilə müştərilərə tətbiq olunur. Hal-hazırdada klinikada fəaliyyət bu şəkildə tənzimlənir. O, Təqsirləndirilən şəxs 21 dekabr 2020-ci il tarixində saat 17:00 radələrində oğurluq üstündə tutmuş, hadisədən xəbər tutan Rüxsarənin anası və bacısı ona zəng edərək, bu işin ört-bastır olması üçün yalvarmışlar. O, hadisənin ertəsi günü Təqsirləndirilən şəxs özü ilə işə aparmış və rəhbərliyi məlumatlandırmış, həmin gün Təqsirləndirilən şəxs klinikanın vəkili Toğrul bəyin telefonu ilə bir oğlana zəng vuraraq yaxalandığını və onda olan pereparatları geri qaytarmasını istəmiş, daha sonra həmin oğlan vəkilin nömrəsinə zəng etmiş, yəqin elə bilmişdir ki, nömrə Rüxsarənin atasına məxsus olmuşdur. Vəkil Toğrul bəy onlara, həmin oğlanın Rüxsarənin atasını da tanıdığını bildirmişdir. Sözügedən pereparatları taksiylə klinikaya göndərmişlər. Teymur bəy və ya Toğrul bəy taksidən pereparatları götürmüşlər. O, 21 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs evə gedəndə şübhələndiyi üçün saxlayarkən, çantasında təxminən 07 ədəd dolğu preparatı götürməsini müəyyən etmiş, 22 dekabr 2020-ci il tarixdə də tanımadığı bir şəxs Rüxsarənin ona satdığı 11 ədəd dolğu preparatını taksi ilə Klinikaya göndərmiş, lakin o, Rüxsarənin ümumilikdə nə qədər dolğu götürməsini bilməmişdir. O, Rüxsarənin talama cinayətlərini 2020-ci ilin sentyabr ayından törətməsini öyrənmiş, çünki Rüxsarə onu demişdir ki, «Mən 2020-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək oğurluq etmişəm, işə düzəldiyim 2020-ci ilin may ayından 2020-ci ilin sentyabr ayınadək oğurluq etməmişəm.» O, heç vaxt Təqsirləndirilən şəxs mobil telefonunu əlindən almamış, Rüxsarə mobil telefonunu kiməsə verən şəxs də olmamışdır. Onun Rüxsarə ilə arasında «whatsapp» mobil tətbiqetməsi üzərindən mesajlaşmalar gündəlik işlə bağlı olmuş, iş təyinatında yazışmaları aparılmış, lakin Rüxsarə ilə arasında olan mesajlaşmaların heç birində o, Rüxsarəyə Klinikadan dərman preparatları oğurlamasını tapşırmamış, hadisə gününə qədər o, ümumiyyətlə Rüxsarənin Klinikadan oğurluq etdiyindən məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs «whatsapp» mobil tətbiqetməsi üzərindən «birazdan 3 dene diri botoks qoyarsan xaladenikin asaqsına kagiza buk qoy goren olmasin qoyanan sonna mene denen» - mövzusunda və mətndə mesajlar göndərməmiş, Rüxsarənin təqdim etdiyi mesajların onun tərəfindən göndərilməsini, yəni nömrənin ona aid olmasını göstərən heç bir sübut yoxdur. Həmin mesajları Rüxsarənin özü başqa bir şəxsə və ya özünə aid digər mobil telefondan «whatsapp» mobil tətbiqetməsi üzərindən öz istifadəsində olan «whatsapp» mobil tətbiqetməsi nömrəsinə göndərdiyini, ona şər və böhtan atmaq üçün onun Rüxsarəyə göndərdiyi mesajlar olduğunu bildirdiyini düşünmüşdür. Təqsirləndirilən şəxs ilə onun arasında belə bir mövzuda yazışmalar həyata keçirilməmiş və ümumiyyətlə, o, təqdim olunan mesaj mətnlərində olan tərzdə, yəni sözlər və hərflər təhrif olunmuş formada mesajlar yazmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, “X17 Klinikası» ünvan 2 ünvanında yerləşir. Klinikada kosmetoloji və stomatoloji xidmətlər göstərilir. Klinikanın direktoru X6, baş həkim isə Şahid1dır. Klinikada ümumilikdə 33 nəfər tibbi heyət vardır. 02 may 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək klinikanın anbardarı Təqsirləndirilən şəxs olmuş, işə daxil olduğu vaxt sonuncu ilə MMC arasında könüllü fəaliyyət haqqında əmək müqaviləsi və maddi məsuliyyət haqqında müqavilə bağlanmış, işlədiyi müddətdə Təqsirləndirilən şəxs anbara mal qəbulu etmiş və klinikanın daxili tələbatına uyğun olaraq işçilərə vermişdir. Mallar kənar şirkətlərdən klinikanın anbarına gətirilmiş və sonuncu tərəfindən sayılaraq təhvil alınmış, şirkət tərəfindən qaimə təqdim olunduqdan sonra kassasından lazımi məbləğ şirkətlərə ödənilmişdir. Həmin qaimənin əsli kassada, surətləri isə Rüxsarədə saxlanılmış, sonuncu qəbul etdiyi malları isə öz dəftərində qeyd edərək həkim və həkim köməkçilərinə təhvil vermişdir. Rüxsarənin iş rejimi həftənin altı günü səhər 09-dan axşam saat 18-dək olmuşdur. Anbarın açarı iş saatlarında Rüxsarənin özündə olsa da, saat 18-dən sonra, həmçinin həftə sonu və digər qeyri-iş günlərində klinikanın qəbulunda olan dolabda olmuşdur. Çünki Rüxsarə işdə olmadığı vaxt həkimlərə dərman preparatları lazım olduğunda özləri və ya köməkçiləri açarı götürərək anbarı açıb oradan lazımı malları götürmüşlər və bununla bağlı telefon vasitəsilə Rüxsarəyə məlumat vermişlər. Rüxsarə ilə açotu özü etmiş, bununla bağlı sonuncu hər gün anbara girən və çıxan mallar barədə mobil telefon vasitəsilə məlumat vermiş və gündəlik məlumatları komputerə işləmişdir. Hər ayın sonunda Rüxsarə ilə birlikdə anbar sayılmış və gündəlik məlumatlarla üzləşdirilmişdir. 2020-ci ilin noyabr ayınadək aylıq təxminən 300-500 manat əksiklər olsa da, həmin məbləğ Rüxsarənin gündəlik qeydiyyatda etdiyi səhvlər ucbatından olduğu müəyyən edilmiş və səhvliklər düzəldildikdən sonra məbləğlər düzəlmişdir. 2020-ci ilin noyabr ayının açotunu dekabr ayının ilk günlərində etdiyi zaman anbarda gündəlik istifadə olunan mallar ilə aylıq hesabatda təxmin 12000 manat fərqin yarandığını görmüş, bununla bağlı Rüxsarəyə bildirdiyi zaman sonunucu sakit qalaraq açıqlama verə bilməmiş, bundan sonra klinikanın adminstratoru Gülnarə xanıma məlumat verilmişdir. O, 22 dekabr 2020-ci il tarixdə səhər saatlarında işə gəldikdən sonra anbardar Rüxsarənin bir gün öncə işdən çıxdığı zaman anbardan xeyli miqdarda dərman preparatlarını oğurladığının aşkar edildiyini öyrənmişdir. Təqsirləndirilən şəxs işə qəbul olunduğu zaman komissiyanın iştirakı ilə təhvil qəbul aktı yazılaraq dərman preparatları təhvil verilməsə də, sonuncu ilə aralarında anbar sayılaraq dərman preparatları Təqsirləndirilən şəxs təhvil verilmiş, həmçinin işdən çıxarıldığı zaman Təqsirləndirilən şəxs ilə aralarında təhvil-təslim aktı yazılmamış, sonuncunun iştirakı ilə olmasa da, o, özü malları sayaraq dəftərə qeydiyyat aparmışdır. Şahid4 əlavə ifadəsində göstərmişdir ki, “X17 Klinikası” MMC ünvan 5 ünvanında yerləşir. Klinikada kosmetoloji və stomatoloji xidmətlər göstərilir. Klikanın direktoru X6, baş həkim Şahid1dır. Klinikada ümumilikdə 33 nəfər tibbi heyət vardır. Klinika hündürmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşir, bir giriş və çıxışı vardır, anbar klinikanın içərisində olan 3-cü dəhlizin sonunda yerləşir. Orada müxtəlif adda dərmanlar və preparatlar saxlanılır. 02 may 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək klinikanın anbardarı Təqsirləndirilən şəxs olmuş, işə daxil olduğu vaxt “X17 Klinikası” MMC ilə Təqsirləndirilən şəxs arasında könüllü fəaliyyət haqqında əmək müqaviləsi və maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə anbara mal qəbulu edir və Klinikanın daxili tələbatına uyğun olaraq işçilərə verirdi. Mallar kənar Şirkətlərdən Klinikanın anbarına gətirilir, Təqsirləndirilən şəxs sayıb malları təhvil almış, Şirkət tərəfindən qaimə təqdim olunduqdan sonra Klinikanın kassasından lazımi məbləğdə pullar Şirkətlərə ödənilmişdir. Qaimənin əsli kassada, surətləri isə o və Rüxsarədə saxlanılmışdır. Rüxsarə qəbul etdiyi malları isə öz dəftərində qeyd edərək həkim və həkim köməkçilərinə təhvil vermişdir. Rüxsarənin iş rejimi həftənin altı günü səhər 09-dan axşam saat 18-dək olmuşdur. Anbarın açarı iş saatlarında Rüxsarənin özündə olsa da, saat 18-dən sonra, həmçinin həftə sonu və digər qeyri-iş günlərində Klinikanın qəbulunda olan dolabda olmuş, çünki Rüxsarə işdə olmadığı vaxt həkimlərə dərman preparatları lazım olduğunda özləri və ya köməkçiləri açarı götürərək anbarı açıb oradan lazımı malları götürmüşlər və bununla bağlı telefon vasitəsilə Rüxsarəyə məlumat vermişlər. O, anbardar Rüxsarə ilə uçotu etmişdir. Bununla bağlı Rüxsarə hər gün anbara girən və çıxan mallar barədə mobil telefon vasitəsilə məlumat vermiş və o, gündəlik məlumatları komputerə işləmişdir. Hər ayın sonunda o, Rüxsarə ilə birlikdə anbarı saymış, gündəlik məlumatlarla üzləşdirilmişdir. 2020-ci ilin noyabr ayınadək aylıq təxminən 300-500 manat əksiklər olsa da, həmin məbləğ Rüxsarənin gündəlik qeydiyyatda etdiyi səhvlər ucbatından olduğu müəyyən edilmiş və səhvliklər düzəldildikdən sonra məbləğlər düzəldilmişdir. O, 2020-ci ilin noyabr ayının uçotunu dekabr ayının ilk günlərində etdiyi zaman anbarda gündəlik istifadə olunan mallar ilə aylıq hesabatda təxmin 12.000 manat fərq yarandığını görmüş, Rüxsarəyə bildirdiyi zaman sonunucu sakit qalaraq açıqlama verməmiş və o, bu barədə Klinikanın adminstratoru Gülnarə xanıma məlumat vermişdir. 22 dekabr 2020-ci il tarixdə səhər saatlarında işə gəldikdə anbardar Rüxsarənin bir gün əvvəl işdən çıxarkən anbardan xeyli miqdarda dərman preparatlarını oğurlamasının aşkar edildiyini öyrənmiş, sonra Klinikaya polis əməkdaşları gəlmiş və həmin vaxt Rüxsarə müxtəlif vaxtlarda dərman preparatlarını hissə-hissə oğurladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs 02 may 2020-ci il tarixdə klinikda depoçu kimi işə qəbul edildiyi zaman komissiyanın iştirakı ilə təhvil qəbul aktı yazılaraq dərman preparatları təhvil verilməsə də, sonuncu ilə aralarında anbar sayılaraq, dərman preparatları Təqsirləndirilən şəxs təhvil verilmişdir. Bununla bağlı dəftərə qeyd aparılmışdır. 21 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs işdən çıxıb getdiyi zaman anbarda olan malların təhvil qəbuluna dair akt yazılmamış, Təqsirləndirilən şəxs iştirakı ilə olmasa da, o özü, malları sayaraq dəftərdə qeydiyyat aparmışdır. O, Təqsirləndirilən şəxs anbardan dərman preparatlarını götürməsini və hər hansı bir şəxslə əlaqə quraraq dərman preparatlarını götürməsini müşahidə etməmiş, son dəfə 21 dekabr 2020-ci il tarixdə Rüxsarənin Klinikadan əlində çantalarla çıxmasını və çöldən Gülnarənin Rüxsarənin geri klinikaya qaytararaq anbara aparmasını görməmiş, ertəsi gün, yəni 21 dekabr 2020-ci il tarixdə o, işə gedərkən məlum olmuşdur ki, Rüxsarə anbardan dərman preparatlarını oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevral ayından “X17” Klinikasının qeydiyyatçısı işləyir, digər qeydiyyatçı Şahid9 ilə növbəli şəkildə işləyirlər. Onun qeydiyyatçı kimi vəzifəsi, klinikaya müraciət edən pasiyentlərin qeydiyyatını aparmaq, onları həkimlərə yönləndirmək və digər köməkçi xidmətlərini göstərməkdən ibarətdir. Təqsirləndirilən şəxs 02 may 2020-ci il tarixdə Klinikaya anbardar vəzifəsinə təyin edilmiş, vəzifəsi klinikaya daxil olan malların sayımını aparmaq, qəbul etmək və anbarda olan dərman preparatlarını həkimlərə verməklə, onun qeydiyyatını aparmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs iş rejimi həftənin altı günü saat 09-dan axşam saat 17-dək olmuş, lakin sonuncu saat 17-də işdən getdikdən sonra, həmçinin qeyri-iş günlərində və icazəli vaxtlarında anbarın açarı, klinika rəhbərliyinin göstərişi əsasında, qeydiyyat şöbəsində dolabın içində olmuş, çünki Rüxsarə işdə olmadığı vaxtlarda, həmçinin saat 17-dən sonra həkimlərə dərman preparatları lazım olduğu təqdirdə o, xəzinədar Şahid8 və digər qeydiyyatçı Şahid9 və bəzi hallarda klinikanın Sosial Media Meneceri Şahid7 anbarın qapısını açaraq lazımi dərman preparatlarını götürüb həkimlərə vermişlər və bununla bağlı anbarda olan dəftərdə qeydiyyat aparmışlar. O, Təqsirləndirilən şəxs anbardan dərman preparatlarını götürməsi və hər hansı bi şəxslə əlaqə quraraq, dərmaq preparatlarını götürməsini müşahidə etməmiş, son dəfə Rüxsarənin Klinikadan əlində çantalarla çıxması, çöldən Gülnarənin Rüxsarənin geri Klinikaya qaytararaq anbara aparmasını görmüşdür, ertəsi gün isə ona məlum olmuşdur ki, Rüxsarə anbardan dərman preparatlarını oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 da Şahid2 ilə oxşar məzmulu ifadə verərək, onun göstərdiklərini təsdiq etmiş və əlavə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anbardan dərman preparatlarını götürməsi, hər hansı bir şəxslə əlaqə quraraq dərman preparatlarını götürməsini müşahidə etməmiş, son dəfə Rüxsarənin Klinikadan əlində çantalarla çıxması, çöldən Gülnarənin Rüxsarənin geri Klinikaya qaytararaq anbara aparmasını görmüş, ertəsi gün isə, ona məlum olmuşdur ki, Rüxsarə anbardan dərman preparatlarını oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayından hazırki vaxtadək “X17 Klinikası” MMC-də xəzinədar vəzifəsində işləyir. “X17 Klinikası” kosmetoloji və stomatoloji xidmətlərlə fəaliyyət göstərir. Klinikanın direktoru X6, baş həkim Şahid1dır. Klinikada ümumilikdə 33 nəfər tibbi heyət vardır. Ondan başqa Klinikanın xəzinədarı Almara xanımdır. Xəzinədar kimi vəzifəsi Klinikaya müraciət edən pasiyentlərdən ödənişləri qəbul etmək, hesabatını aparmaq, Klinikaya kənardan gətirilən dərman preparatlarının qaimələrini qəbul etmək və ödənişlər qeyri-rəsmi formada aparılırsa həmin Şirkətlərin pullarını verməkdən ibarətdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Klinikaya anbardar vəzifəsinə təyin edilmişdir, sonuncunun vəzifəsi Klinikaya daxil olan malların sayımını aparmaqla, qəbul etmək və anbarda olan dərman preparatlarını həkimlərə verməklə, qeydiyyatını aparmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs iş rejimi həftənin altı günü saat 09-dan axşam saat 17-dək olmuş, lakin Təqsirləndirilən şəxs saat 17-də işdən getdikdən sonra, həmçinin qeyri-iş günlərində və icazəli vaxtlarında anbarın açarı Klinikanın qeydiyyat şöbəsində dolabın içərisində olmuş, bu barədə Klinika rəhbərliyinin göstərişi olmuşdur, çünki Rüxsarə işdə olmadığı vaxtlarda, həmçinin saat 17-dən sonra həkimlərə dərman preparatları lazım olduğu təqdirdə o, qeydiyyatçı Elnarə İsmayılzadə və digər qeydiyyatçı Şahid2 anbarın qapısını açaraq, lazımi dərman preparatlarını götürüb həkimlərə vermişlər və bununla bağlı anbarda olan dəftərdə qeydiyyat aparmışlar. Digər formada rəsmi qeydiyyat aparılmamışdır. O, 21 dekabr 2020-ci il tarixdə saat 18 radələrində klinikada olduğu zaman Rüxsarə əlində sellofan peketlərlə Klinikadan çıxdığı zaman adminstrator Gülnarə xanım ona yaxınlaşaraq Rüxsarəni hansısa bəhanə ilə anbara geri qaytarmasını tələb etmiş, o, çıxmağa çalışan Rüxsarəni bəhanə edərək anbara aparmış, orada hansısa dərman preparatının olub-olmadığını sonuncudan soruşduqda sonra yenidən birlikdə çıxış istiqamətində getmişlər. Rüxsarə Klinikadan çıxdıqdan bir neçə dəqiqə sonra yenidən Gülnarə xanımla birlikdə geri qayıtmışlar. Bununla bağlı sonuncudan maraqlansa da, heç bir söz deməmişdir. Növbəti günlərdə Klinika işçilərində Rüxsarənin Klinikanın anbarından xeyli miqdarda dərman preparatları oğurladığını eşitmişdir. O, Təqsirləndirilən şəxs anbardan dərman preparatlarını götürməsi, hər hansı bir şəxslə əlaqə quraraq dərman preparatlarını götürməsini müşahidə etməmiş, sonuncu dəfə Rüxsarənin Klinikadan əlində çantalarla çıxmasını, çöldən Gülnarənin Rüxsarənin geri Klinikaya qaytararaq anbara aparmasını görmüş, ertəsi gün isə məlum olmuşdur ki, Rüxsarə anbardan dərman preparatlarını oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid8 ilə oxşar məzmunlu ifadə verərək, onun göstərdiklərini təsdiq etmiş və əlavə ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs anbardan dərman preparatlarını götürməsi və hər hansı bi şəxslə əlaqə quraraq, dərmaq preparatlarını götürməsini müşahidə etməmiş, son dəfə Rüxsarənin Klinikadan əlində çantalarla çıxması, çöldən Gülnarənin Rüxsarənin geri Klinikaya qaytararaq anbara aparmasını görmüş, ertəsi gün isə ona məlum olmuşdur ki, Rüxsarə anbardan dərman preparatlarını oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2017-ci ildən “X16” Klinikasının sürücüsü işləyir. Təqsirləndirilən şəxs 01 may 2020-ci il tarixdən “X16” klinikasın anbardar kimi işə başlamışdır. 21 dekabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində işlədiyi ünvan 6 ünvanında yerləşən “X16” klinikasının qarşısında istifadə etdiyi “Mercedes Vito” markalı avtomobilin mühərrikini işə salaraq, Yeganə xanımı gözlədiyi zaman Klinikanın adminstratoru Şahid5 ilə anbardar Təqsirləndirilən şəxs birlikdə Klinikanın qapısından çıxıb Şahid5 məxsus avtomobil istiqamətində getdiklərini görmüş, həmin vaxt Təqsirləndirilən şəxs əlində sellofan paket olmuş, bundan 05 dəqiqə sonra onların hər ikisinin sürətli şəkildə klinikaya geri qayıtdıqlarını görmüşdür. Növbəti gün klinikanın işçilərindən Gülnarə xanımın Təqsirləndirilən şəxs əlində olan sellofan paketdən Klinikaya məxsus dərman preparatlarını aşkar etdiyini və bununla bağlı rəhbərliyə məlumat verdiyini eşitmişdir. O, Təqsirləndirilən şəxs tərəfindən hansı miqdarda və hansı adda dərman vasitələrinin götürülməsini bilməmişdir. O, Təqsirləndirilən şəxs anbardan dərman preparatları götürməsini və hər hansı bi şəxslə əlaqə quraraq, dərmaq preparatlarını götürməsini müşahidə etməmiş, son dəfə Rüxsarənin Klinikadan əlində çantalarla çıxmasını və çöldən Gülnarənin Rüxsarənin geri Klinikaya qaytararaq anbara aparmasını görmüşdür, ertəsi gün isə ona məlum olmuşdur ki, Rüxsarə anbardan dərman preparatlarını oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstər-mişdir ki, “Araz” marketin Binəqədi rayonu 6-cı mikrarayon S.Məmmədova küçəsində yerləşən filialında baş satıcı vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 2019-cu ildən etibarən tanıyır, Rüxsarə onunla birlikdə “Araz” marketdə işləmiş, Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Sonra Rüxsarə iş rejimini dəyişmiş, gündüz saatlarında “X17 Klinikası”-nda anbardar işləmiş, axşam saatlarında isə əvvəlcə onun işlədiyi “Araz” marketin Binəqədi rayonu 6-cı mikrorayon S.Məmmədova küçəsində yerləşən filialında kassir işləmiş, sonra isə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrarayon ərazisində yerləşən “Araz” marketin filialında kassir işləmiş, oradan da işdən çıxmışdır. Onunla Rüxsarə arasında işlədiyi vaxtdan yaxın münasibətlər olmuşdur, həmişə bir-biri ilə əlaqələri olmuş, Rüxsarə onun işlədiyi filialdan işdən çıxandan sonra da münasibətləri olmuşdur. 2020-ci ilin dekabr ayının təxminən 11-də axşamüstü saatlarında o, Rüxsarə ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında görüşmüş, görüş zamanı Rüxsarənin əlində paket görmüş, lakin paketin içərisində nə olduğunu bilməmişdir. O, Rüxsarədən, əlində olan paketin içərisində nə olduğunu soruşmuş, Rüxsarə demişdir ki, paketin içərisində Klinikadan götürdüyü əşyalar var, Klinikanın digər filialına aparmalıdır. O, daha Rüxsarədən paketdə hansı əşyanın olması ilə maraqlanmamışdır. 20 dekabr 2020-ci il tarixdə saat 20 radələrində Rüxsarə ona zəng vurub demişdir ki, marketin qabağına gəlir, gedib gəzişsinlər. O, razılıq verəndən sonra həmin vaxt işlədiyi Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrarayon S.Məmmədova küçəsində yerləşən “Araz” marketin binasının qabağına çıxıb Rüxsarəni gözləmiş, bir az sonra Rüxsarə ora getmiş, onlar görüşəndən sonra bir qədər gəzişmişlər. O, həmin vaxt Rüxsarənin əlində yenə də paket görmüş, söhbət zamanı Rüxsarədən soruşmuşdur ki, əlində olan paketin içərisində nə var? Rüxsarə ona demişdir ki, Klinikadan veriblər, başqa filiala aparmalıdır, imkan olsa, paketi marketdə qoysun, əlində daşımasın, qayıdanda götürər. O da, Rüxsarəyə razılıq verib paketin içərisində baxanda görmüşdür ki, balaca mobil telefon qutularına oxşayan ağ və qara rəngli qutular olmuşdur. O, həmin qutuların içərisində nə olduğunu bilməmiş, paketin içərisində qutuların üzərinə kağız qoyulmuş və qutular görünməmişdir. O da, paketi götürüb marketdə olan müştəri dolabına qoymuş, dolabın qapısını da açarla bağlamış, özü isə marketdən çıxıb Rüxsarə ilə gəzişmişlər. O, qayıtdıqda evinə getmiş, Rüxsarə də evinə getmiş, paket marketin dolabında qalmışdır. Rüxsarə ona demişdir ki, “Eybi yox qalsın, mən səhər götürərəm.” Ertəsi gün, yəni 21 dekabr 2020-ci il tarixdə o, özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən Rüxsarəyə məxsus xatırlamadığı nömrəsi ilə bir neçə dəfə əlaqə saxlamış, lakin Rüxsarə onun zənglərinə cavab verməmişdir. O, Rüxsarənin həm onunla işlədiyi vaxtda, həm də digər “Araz” marketdə işlədiyi dövrdə halının pisləşməsi və huşunu itirməsi ilə bağlı narahatçılığının olmasını bilmiş, ona görə də, elə zənn etmişdir ki, yenə də səhəti pisləşib, ona görə zənglərinə cavab vermir. Bundan sonra o, Rüxsarənin bacısı Fatimə ilə əlaqə saxlamış və sonuncudan nə səbəbə Rüxsarənin zənglərinə cavab vermədiyini soruşmuş, Fatimə demişdir ki, Rüxsarə işlədiyi “X17 Klinikası”-ndan oğurluq etmişdir, ona görə, Rüxsarəni polis əməkdaşları saxlamışlar. O, bundan sonra Rüxsarə ilə əlaqə saxlamamış, Rüxsarənin işinin nə yerdə olmasını bilməmişdir. 22 dekabr 2020-ci il tarixdə onun istifadəsində olan mobil nömrəyə xatırlamadığı bir mobil nömrədən zəng gəlmiş, o, telefon zənginə cavab verəndə danışanın Rüxsarə olduğunu anlamış, Rüxsarə ondan soruşmuşdur ki, 20 dekabr 2020-ci il tarixdə görüşdükləri vaxt ona saxlamaqdan ötrü verdiyi paketi hara qoymuşdur? Həmin paketin içərisində olan əşyalar Klinikadan götürdüyü dərman preparatlarıdır, onları taksi ilə təcili Klinikaya göndər. Sonra Rüxsarə ona ünvan göndərmiş, o, taksi sifariş vermiş, o, Rüxsarənin ona saxlamaqdan ötrü təqdim etdiyi əşyaları taksi sürücüsü ilə Rüxsarənin işlədiyi klinikaya göndərmişdir. Sonra Rüxsarənin onunla əlaqə saxladığı mobil nömrəyə zəng vurmuş və demişdir ki, əşyaları göndərmişdir, həmin nömrəni taksi sürücüsünə vermişdir, çatanda ona zəng edər. Bir müddət sonra həmin mobil nömrədən ona zəng olunmuş, demişlər ki, əşyaları almışlar. Həmçinin taksi sürücüsü də ona zəng vuraraq əşyaları təhvil verdiyini bildirmişdir. O, 2021-ci ilin oktyabr ayında ailə qurmuş, həmin vaxtdan da Rüxsarə ilə əlaqə saxlamamış, özünə məxsus ***-***-**-** mobil telefon nömrəsini işlətməmiş və başqa mobil nömrədən istifadə etmişdir. Təqsirləndirilən şəxs anbardan dərman preparatlarını götürməsi ilə əlaqədar münasibətdə olduğu dövrdə ona danışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri ərazisində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, ** KY *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti göstərir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər və hazırda tanımır, sonuncu ilə əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. O, Bakı şəhəri ərazisində həm taksi fəaliyyəti göstərir, həm də müxtəlif müştərilər tərəfindən ona verilmiş əşyanı ünvana aparıb çatdırır. O, ola bilər ki, 21 dekabr 2020-ci il tarixdə dərman preparatları aparıb təqdim etmiş, lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, həqiqətən dərman preparatlarını aparmasını və ya hansı şəxs tərəfindən dərman preparatlarını çatdırılmasından ötrü ona verilməsini xatırlamır, əgər onun Təqsirləndirilən şəxs mobil telefonuna zəngləri varsa, ola bilər ki, həmin xanım müştəri qismində də ona zəng vursun. O, Bakı şəhəri ərazisində müxtəlif şəxslərin əşyalarını müxtəlif ünvanlara çatdırılmasını da həyata keçirir, həmin əşyaları aparmazdan əvvəl içinə baxır ki, cinayət xarakterli hər hansı bir əşya olmasın. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevral ayından etibarən “X18 Klinikası”-nda baş həkim vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin may ayından tanıyır, sonuncu ilə aralarında narazlıq və ya düşmənçilik olmamışdır. 01 may 2020-ci il tarixdə könüllü kimi fəaliyyət göstərmək üçün X1 müraciət etmiş, bundan sonra Təqsirləndirilən şəxs rəhbərliyin razılığı ilə işə götürülmüş və anbar həvalə edilmişdir. Təqsirləndirilən şəxs depo işinə nəzarəti klinikanın direktor müavini işləyən onun əri Şahid4 həyata keçirmiş və sonuncunun nəzarəti altında depoda mütəmadi sayım işləri aparılmışdır. Şahid4 tərəfindən ümumiyyətlə sayımın nəticəsi olaraq hər hansı bir çatışmazlıq aşkar edilmədiyi üçün Təqsirləndirilən şəxs fəaliyyətində ciddi narazılıq qeyd edilməmişdir. Təqsirləndirilən şəxs klinikada işə başlamazdan əvvəl də «Araz» marketdə müəyyən müddət işləmişdir. Hətta Təqsirləndirilən şəxs atasının və özünün xəstə olduğu dönəmlərdə Klinika tərəfindən həmin ailəyə mütəmadi maddi yardımlar edilmişdir. Lakin 2020-ci ilin dekabr ayının əvvəllərində əri Teymur bildirmişdir ki, Klinikanın anbarında bəzi dərmanlarda çatışmazlıqlar vardır. Bundan sonra o, bu barədə Gülnarəyə tapşırmışdır ki, Rüxsarəni nəzarətdə saxlayıb yoxlasın, çünki anbarda olan dərmanlarda çatışmazlıqlar vardır. Hadisə baş verən günü, yəni xx.xx.2020-ci il tarixdə axşam saat 17:00 radələrində Gülnarə Rüxsarənin əlində klinikadan oğurladığı dərman preparatlarını görərkən və oğurladığı dərman preparatlarını depoya qoymağı tələb edərkən o, klinikada olmamışdır. Növbəti gün, 22 dekabr 2020-ci il tarixdə işə gələrkən Gülnarə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli barədə ona məlumat vermişdir. Bundan sonra iclas otağına klinikanın hüquqşünası Nümayəndə çağırmışlar. Toğrul müəllimdən ola biləcək hüquqi prosedurlar haqqında məlumat əldə etdikdən sonra Rüxsarəni otağa çağırtdırmışlar. Rüxsarə iclas otağına gəldikdən sonra onlar klinikadan oğurladığı dərman preparatlarını kimə satdığını öyrənməyə çalışmışlar. Bununla yanaşı Təqsirləndirilən şəxs dərman preparatları yaşadığı evdədirsə, evlərinə gedib dərman peparatlarını oradan götürməklərini, dərman preparatlarını satıbsa da, əldə etdiyi pul vəsaitini klinikaya geri qaytarmasını təklif etmişlər. Lakin Rüxsarə göstərilən xüsusatlarla bağlı onlara heç bir məlumat verməmişdir. O, otaqdan çıxıb bir müddət sonra iclas otağına qayıtdıqda, klinikanın hüquqşünası Toğrul ona Rüxsarənin törətdiyi əməli etiraf etdiyini bildirib ona siyahı təqdim etmişdir. Siyahıya nəzər yetirərkən o, Təqsirləndirilən şəxs klinikadan oğurladığı müxtəlif növdə və adda 32 qutu və 02 ədəd dərman preparatının adını A4 formatlı vərəqə yazdığını görmüşdür. Bundan əlavə Toğrul ona Rüxsarənin öz xətti ilə törətmiş olduğu əməl barədə yazılı etirafını, yəni iltizamını təqdim etmişdir. O, klinikadan oğurlanmış dərman preparatlarının daha çox olduğunu və həmin dərman preparatlarının da qiymətinin siyahıda göstərildiyi kimi 5.572 manat olmayacağını demişdir. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs Nümayəndə mobil telefonu ilə klinikadan oğurladığı dərman preparatlarını verdiyi şəxslə əlaqə saxlamış və onlara da dərman preparatlarının taksi vasitəsilə çatdırılacağını söyləmişdir. Rüxsarədən klinikaya vurmuş olduğu ziyanın məbləğini tam şəkildə ödəməsini bildirdikdə Rüxsarə boyun qaçırmağa çalışmışdır. Bu səbəbdən, onlar da Yasamal RPİ-nin 26-cı PB-nə baş vermiş hadisə ilə bağlı müraciət etməyi qərara almışlar. Bir qədər gözlədikdən sonra 11 qutu dərman preparatı taksi ilə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşı klinikaya gəlmişdir. Bundan sonra Rüxsarə baş vermiş hadisə ilə bağlı izahat verməsi üçün polis bölməsinə dəvət olunmuşdur. O, xx.xx.2020-ci il tarixdə işdə olmasa da, səhərisi günü öyrəndiyi qədəri ilə Gülnarə Rüxsarəni klinikadan dərman oğurlayan zaman saxlayarkən, sonuncunun əlindəki paketin içərisində etiraf etdiyi kimi 08 qutu dərman vasitəsi olmuş, həmçinin Rüxsarə 22 dekabr 2020-ci il tarixdə oğurladığı dərmanlardan 11 qutusunu da tanımadığı şəxs vasitəsi ilə klinikaya geri qaytarmışdır. Eyni zamanda, Rüxsarə həmin vaxt etiraf etmişdir ki, bu vaxta kimi qeyd etdiklərindən əlavə, klinikadan 32 qutu və 02 ədəd şpiris olmaqla, dərman preparatını da oğurlamışdır. Cinayət işinin 2-ci cild 104-106-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 68-72-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 15 mart 2021-ci il tarixli, 9/1225 nömrəli rəydə göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan Sərbəst auditor "xxxx" MMC-nin direktoru, auditorlar palatasının üzvü X11 tərəfindən 29 yanvar 2021-ci il tarixdə auditor hesabatında göstərilənlərin düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda aşağıdakılar müəyyən edilir. Tədqiqat zamanı 29 yanvar 2021-ci il tarxli auditor hesabatından görünüdüyü kimi "xxxx" MMC 306.241,97 manat məbləğində elektron qaimələrə əsasən dərman vasitələri alınmışdır. Həmin tibbi xidmətlərə görə 268.521,60 manat məbləğində dərman vasitələrinin anbardan məxaric olunması (jurnallarda qeyd olunan məlumatlara əsasən) müəyyən olunur. Dərman vasitələrinin 1850,00 manat dəyərində olan hissəsi Təqsirləndirilən şəxs alınmışdır. Qeyd edilir ki, xx.xx.2020-ci il tarixdə uçot üzrə mal qalığı 14.398,00 manat dəyərində müəyyən olunur. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 507/511 ünvanında yerləşən “X16 Klinikası” MMC-də yaranmış çatışmazlıq 21.472,37 manat məbləğində müəyyən olunur. Cinayət işinin 1-ci cild 69-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 150 (bir yüz əlli) manat təşkil etmişdir. Cinayət işinin 2-ci cild 34-35-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2022ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 10-11-ci vərəqələrində olan Təqsirləndirilən şəxs özü tərəfindən əlyazıları ilə tərtib olunmuş siyahıdan görünür ki, o, «X16 Klinikası» MMC-yə məxsus 3-5 qutu «Juvedrm» adlı, 4-5 qutu «Juvedrm» adlı, 05 qutu «Juvedrm smail» adlı, 06 qutu «Hiyaldev» adlı, 07 qutu «Jador kiss» adlı, 04 qutu «Jador deep» adlı, 01 ədəd «Apriline hair line» və 01 ədəd «Aprile skin line» adlı dərman preparatlarını ələ keçirməsini qeyd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əlyazma yazılarında «Mən, X3 kimi fəlaliyət göstərdiyim «X16 klinikası MMC-nin deposunda məsul şəxs kimi 2020-ci ilin May ayınan çalışıram. Bu müddət ərzinde klinikanın rəhbərliynin məlumatı olmadan muxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə dərman (gelləri) öz şəxsi istifadəm üçün depodan götürərək başqa şəxslərə satmışam umumilikdə «laser beauty klinika MMC»-nin 5.572 (beşmin beşuz yedtmiş iki) manat vəsaitini gizlin olaraq mənimsəmişəm. Yuxarıda yazılanlar mənim tərəfimdən heç bir təziq olmadan yazılmışdır və düzgunü imzam ilə təsdiqləyirəm. imza: «imza» X15. xx.xx.2020.» yazıları yazılmışdır. Cinayət işinin 2-ci cild 25-ci vərəqəsində olan «X16 Klinika» MMC-nin 3 sentyabr 2022-ci il tarixli, 88 №-li məktubundan müəyyən edilir ki, klinikaya məxsus aşağıdakı məhsullar Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır: hər birinin qiyməti 356,40 (üç yüz əlli altı manat qırx qəpik) manat olan və içərisində 02 şpris olan 05 qutu «Juvedrm 3» adlı, hər birinin qiyməti 356,40 (üç yüz əlli altı manat qırx qəpik) manat olan və içərisində 02 şpris olan 05 qutu «Juverdm 4» adlı, hər birinin qiyməti 224,0 (iki yüz iyirmi dörd) manat olan və içərisində 02 şpris olan 13 qutu «Juverdm smail» adlı, hər birinin qiyməti 85,0 (səksən beş) manat olan və içərisində 01 şpris olan 06 qutu «Hiyaldev» adlı, hər birinin qiyməti 25,0 (iyirmi beş) manat olan və içərisində 01 şpris olan 18 qutu «Jador kiss» adlı, hər birinin qiyməti 25,0 (iyirmi beş) manat olan və içərisində 01 şpris olan 04 qutu «Jador deep» adlı, 01 ədəd 36,0 (otuz altı) manat dəyərində “Apriline hair line” adlı və 01 ədəd 36,0 (otuz altı) manat dəyərində “Aprile skin line” adlı dərman preparatları. Qeyd olunan məktubda, addları göstərilən dərman preparatlarından 08 ədəd qutuda “Juverdm smail” adlı dərman preparatlarının Təqsirləndirilən şəxs çantasından aşkar olunduğu, 11 ədəd qutuda isə, “Jador kiss” adlı dərman preparatlarının Təqsirləndirilən şəxs tanışı tərəfindən Klinikaya göndərildiyi qeyd olunmuşdur. Cinayət işinin 2-ci cild 40-77-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında haqqında 02 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs özünün əlyazma yazıları ilə yazdığı siyahı və iltizamın əks olunduğu 02 ədəd «A4» formatlı kağız parçaları, həmçinin ünvan 2 ünvanda yerləşən “X16 Klinikası” MMC-dən oğurluq etməsi hərəkətlərini özündə əks etdirən videogörüntülərin lentə alındığı 02 ədəd məlumat daşıyıcıları olan yaddaş kartları (flash card) iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan 02 ədəd yaddaş kartlarına məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilən qırmızı və qara rəngli, üzərində “SanDisk” yazılan 01 ədəd yaddaş kartında 1_01_R_**********3000, 1_02_R_**********0000, 1_02_R_**********0000, 1_02_R_**********0000, 1_02_R_**********0000, 1_02_R_**********0000, 1_02_R_**********0000, 1_02_R_**********0000, 1_02_R_**********0000, 1_02_R_**********1730, 1_02_R_**********0000, 1_02_R_**********0000 və 1_02_R_**********0300 adlı fayllar, digər üzərində “ARES shipyard” yazılan şəfaf rəngli yaddaş kartında isə 1_02_R_**********0300, 1_11_R_**********0700, 1_01_R_**********1035, 1_03_R_**********0908, 1_12_R_**********1620, 1_12_R_**********5600 və 1_12_R_**********0420 adlı fayllar vardır. 1_01_R_**********3000 adlı fayl açıldıqda 15:00 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri hissəsində quraşdırılmış 01 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2020-ci il tarixdə saat 17:30:00-dan başlayaraq həmin klinikadakı həkim otağının içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünü 00:07-ci saniyəsində içərisi qaranlıq otağın qapısını Şahid5 açdığı və həmin otağın işığını yandırdığı, daha sonra Yeganə xanımı çağırdığı görünür. Videogörüntünün 00:13-cü saniyəsində Yeganə Cəfərovanın həmin otağın qarşısına gəldiyi, lakin nə Yeganə xanımın, nə də Gülnarənin müşahidə kamerasının görüntüləri qeydə aldığı otağa daxil olmadıqları müşahidə edilir. Videogörüntünün 00:16-cı saniyəsində Yeganə xanımın qarşısından ilk öncə Şahid1, daha sonra Şahid4 əlində çanta və kağız sənədlərlə otağa daxil olduqları, bundan sonra Yeganə xanımın həmin otağın qapısını bağladığı, otaqda yalnız Teymurla Rənanın qaldığı görünür. Görüntünün davamında Rəna 01 ay ərzində klinikada 20.000 manat məbləğində dərman preparatlarının oğurlanması barədə Teymurla sözlü mübahisə edir, Teymurdan nəzarəti hansı şəkildə həyata keçirdiyini soruşur, dərman preparatlarının əskik olması barədə niyə əvvəlcədən ona məlumat vermədiyini Teymura irad tutur. Tərəflər öz aralarında təxminən 9-10 dəqiqə sözlü mübahisə etdikdən sonra görüntünün 09:56-cı saniyəsində Rənanın otağı tərk etdiyi görünür. Görüntünün 11:00-ci saniyəsində Teymur da otağı tərk edir və beləcə görüntünün qalan dəqiqələrində yalnız otağın boş olduğu və otağa heç kimin daxil olmadığı müşahidə edilir. Bundan başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 17:45:00-da başa çatır. 1_02_R_**********0300 adlı fayl açıldıqda 57:00 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasında iclas otağının içəri hissəsində quraşdırılmış 02 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2020-ci il tarixdə saat 09:03:00-dan başlayaraq otağın içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünün 01:36-cı saniyəsində ilk öncə Şahid5, ardınca da Şahid1 sağ əlində ağ rəngli sellofan paketlə otağa daxil olduğu, daha sonra Gülnarənin otağın qapısını bağladığı görünür. Görüntünün ardında Gülnarənin Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq əməli barədə Rənaya məlumat verdiyi, Rüxsarənin oğurluq etməsini necə aşkar etdiyini anlatdığı, görüntünün 02:40-cı saniyəsindən baş vermiş hadisə ilə bağlı Gülnarənin əlindəki mobil telefondan Rənaya nələrisə göstərdiyi müşahidə edilir. Videogörüntünün 04:05-ci dəqiqəsində Rəna mobil telefonda baş vermiş oğurluq hadisəsi ilə bağlı Teymurla danışmağa başlayır və 08:41-ci dəqiqədə Rəna Teymurla olan telefon danışığını sonlandırır. Bundan sonra Rəna ilə Gülnarə Rüxsarə tərəfindən oğurlanmış dərman preparatları haqqında söhbət etdikdən sonra görüntünün 12:45-ci saniyəsində Gülnarənin mobil telefonla həmin Klinikanın hüquqşünası Toğrula zəng etdiyi və bir neçə saniyə danışdıqdan sonra 13:05-ci saniyədə telefon danışığını sonlandırdığı görünür. Görüntünün 13:45-ci saniyəsində Şahid5 həmin otağı tərk edir. Videogörüntünün 14:30-cu dəqiqəsində əynində kostyum, kişi cinsindən olan bir şəxs otağa daxil olur və görüntünün qalan dəqiqələrində həmin şəxs Rəna ilə ingilis dilində iş üçün əhəmiyət kəsb etməyən mövzularda danışır. Bundan başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 10:00:00-da başa çatır. 1_02_R_**********0000 adlı fayl açıldıqda, 01:00:00 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri hissəsində quraşdırılmış 02 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 10:00:00-dan başlayaraq Rəna xanımın otağının içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünün ilk saniyələrindən Rəna xanımın az əvvəl onunla ingilis dilində danışan şəxs ilə otaqda olduğu, ingiliscə nələrisə müzakirə etdikləri müşahidə edilir. Görüntünün 52:03-cü saniyəsində Rəna xanımla ingilis dilində danışan şəxs otağı tərk edir. Videogörüntüdə 52:23-cü saniyədə ilk öncə həmin Klinikanın hüquqşünası Toğrulun, ardınca da Gülnarənin içəri daxil olduqları, hər üçünün baş vermiş oğurluq hadisəsi ilə bağlı müzakirələr apardığı, Toğrulun bundan sonra olacaq hüquqi prosedurlar, habelə Təqsirləndirilən şəxs ola biləcək cinayət məsuliyyəti barədə Rənaya məlumat verdiyi görünür. Videogörüntünün 57:35-ci saniyəsində Şahid4 əlində çanta ilə həmin otağa daxil olur və Rəna ondan oğurluq hadisəsinin necə baş verdiyini soruşur. Teymur da dərman preparatlarının əskik olması barədə məlumatının olduğunu bildirdikdə, Rəna ona bir müddət əvvəl depoda vəziyyətin nə yerdə olduğunu soruşduqda ona hər şeyin qaydasında olduğunu bildirdiyini söyləyir. Videogörüntü Teymurun yoxlamanı mərhələli şəkildə aparmasını və bunu hansı şəkildə həyata keçirdiyini izah etməsi ilə yekunlaşır. Bundan başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 11:00:00-da başa çatır. 1_02_R_**********0000 adlı fayl açıldıqda 15:00 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri hissəsində quraşdırılmış 02 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 11:00:00-dan başlayaraq, otağın içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntüdə otağın içərisində Teymur, Toğrul, Gülnarə və Rənanın olduğu, görüntünün ilk dəqiqələrində Teymurla Rəna müzakirə apardıqdan sonra, sonuncunun Təqsirləndirilən şəxs cinayət əməli törətməsi ilə bağlı hüquq mühafizə orqanlarında aparılacaq araşdırma ilə bağlı suallar verdiyi, Toğrulun da həmin sualları cavablandırdığı, Rüxsarənin törətmiş olduğu əmələ hansı şəkildə hüquqi qiymət verilə biləcəyini bildirdiyi müşahidə edilir. Görüntünün 05:35-ci saniyəsindən Teymurun özü ilə otağa gətirdiyi qarşısındakı notbukundan nələrisə Toğrula göstərdiyi görünür. Həmin vaxt Gülnarə ilə Rəna da öz aralarında nəyisə müzakirə edirlər. Görüntünün 08:35-ci saniyəsindən Rəna ilə Gülnarənin də Teymurun yanında sonuncunun gətirmiş olduğu notbukda nələrəsə baxdıqları müşahidə edilir. Videogörüntünün davamında Teymur depoya nəzarət etdiyini bildirib 20.000 manat dərman preparatlarının çatışmzalığı ilə bağlı Gülnarə xanıma məlumat verdiyini, sonuncunun ona kameralara baxmasını bildirdiyini qeyd edir. Bu zaman Rəna nə səbəbə bu barədə ona da məlumat vermədiyni soruşur. Görüntünün 13:08-ci saniyəsində Rəna Rüxsarəni otağa çağırmaq üçün telefonla kiməsə məlumat verməsi barədə Gülnarəyə göstəriş verir, 13:17-ci saniyədə Gülnarə Rənanın otağındakı telefonla zəng edir. Bundan sonra videogörüntünün sonuna kimi Teymur qarşısındakı notbuk vasitəsilə aparılmış prosedurlara bağlı otaqdakı şəxslərə, xüsusilə Şahid1 məlumat verir, görüntünün 14:59-cu saniyəsində Rənanın otağının qapısı döyülür. Bundan başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 11:15:00-da başa çatır. 1_02_R_**********1730 adlı fayl açıldıqda 42:30 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri hissəsində quraşdırılmış 02 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 11:17:30-dan başlayaraq otağın içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntüdə otağın içərisində Gülnarə, Teymur, Toğrul və Rüxsarənin olduğu görünür. Videogörüntünün ilk dəqiqələrindən Gülnarə, Teymur və Toğrulun ayaq üstə dayanmış Rüxsarəyə stula əyləşməsini təklif etməsi, oğurladığı dərman preparatlarını satdığı şəxs və ya şəxslərin adını verməsini, həmin şəxslərin həkim olub-olmadığını soruşduğu müşahidə edilir. Görüntünün davamında 07:00-cı saniyədə Teymur oğurladığı dərman preparatları evdədirsə, təqdim etməsini, satıbsa da, pulunu verməsini təklif edir. Həmin müddət ərzində Rüxsarənin ətrafındakı şəxslər onunla mülayim rəftar edib sonuncunun öz xeyrinə müəyyən addım atmasını təklif etsələr də, Təqsirləndirilən şəxs yerindən tərpənməyərək ətrafındakı şəxslərə hər hansı bir cavab vermir. Görüntünün davamında Gülnarə Rüxsarəyə çay verərək bir qədər özünə gəldikdən sonra baş verənlər haqqında məlumat verməsini təklif edir, lakin Rüxsarə yenə də ona deyilənlərə heç bir reaksiya vermir. Görüntünün 09:15-ci saniyəsində Rüxsarə Toğrulun təklifi əsasında stula əyləşir və Nümayəndə ona bağlamış olduqları müqaviləyə əsasən törətmiş olduğu əməl üçün məsuliyyət daşıdığını, dəymiş maddi ziyanı ödəməli olduğunu, şəriki varsa ziyanı birlikdə ödəmələrini bildirib, klinikadan oğurlamış olduğu dərman preparatlarının adlarını A4 formatlı ağ kağıza yazmasını təklif edir. Videogörüntünün 14:55-cisaniyəsində Rüxsarə Toğrulun ona təqdim etdiyi ağ A4 formatlı vərəqdə ona qarşı heç bir təzyiq və yan təsir olmadan anbardar kimi işlədiyi klinikadan oğurlamış olduğu dərman preparatlarının adını yazmağa başlayır. Videogörüntünün 19:10cu saniyəsində Təqsirləndirilən şəxs ona heç bir psixi və ya fiziki, o cümlədən mənəvi təzyiq göstərilmədən, könüllü şəkildə klinkadan oğurladığı dərman preparatlarının siyahısını yazıb Toğrula tərəf uzatdığı görünür. Daha sonra Toğrul ona dərman preparatlarının qiymətini bilirsə, qiymətlərini də yazmasını təklif edir. Görüntünün 19:57-ci saniyəsindən etibarən Rüxsarənin yenidən heç kəsin kənar təsiri olmadan az əvvəl dərman preparatlarının adını yazdığı kağıza nələrisə yazdığı müşahidə edilir, həmin vərəqi Toğrula təqdim etdikdən sonra sonuncu siyahıda qeyd etdiyi dərman preparatlarının harada olduğunu, həmin dərman preparatlarının satışından əldə etdiyi gəliri nəyə xərclədiyini soruşur. X10 dərman preparatlarının evdə olacağı təqdirə gətirə biləcəklərini bildirdikdə, 31:57-ci saniyədə Rüxsarə başını yelləyərək oğurladığı dərman preparatlarının yaşadığı evdə olmadığını bildirir. Bu zaman Gülnarə həmin dərman preparatlarını kimə veribsə gedib həmin şəxsdən götürmələrini təklif edir, lakin Rüxsarə yenə də dərman preparatlarını satdığı şəxsin kim olduğunu söyləmir. Bundan sonra Toğrul və Gülnarə yenidən ona dərman preparatlarının satışından pul qazanıbsa, heç olmasa həmin pul vəsaitini kinikaya qaytarmasını təklif edir. Videogörüntünüün 33:21-ci saniyəsində Teymur otağa daxil olur və Toğrul az əvvəl Rüxsarənin könüllü şəkildə yazmış olduğu siyahını ona da göstərir. Göstərilənlərdən başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 12:00:00-da başa çatır. 1_02_R_**********0000 adlı fayl açıldıqda 01:00:00 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri hissəsində quraşdırılmış 02 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 12:00:00-dan başlayaraq otağın içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntü açıldıqda otaqda Toğrul, Gülnarə və Rüxsarənin olduğu görülür. Toğrul və Gülnarə Təqsirləndirilən şəxs dəymiş maddi ziyanı ödəməsini təklif edir, habelə Toğrul baş verənlər barədə ailə üzvlərinə məlumat verməsini qeyd edir. Daha sonra Rüxsarə zəng etmək üçün görüntünün 05:21-ci saniyəsindən də göründüyü kimi sağ tərəfində olan mobil telefonunu əlinə götürüb anasına zəng edir. Videogörüntünün 09:09-cu saniyəsində Toğrul Rüxsarənin əlindəki mobil telefonu könüllü şəkidə ona tərəf uzatmasından sonra Nümayəndə Rüxsarənin anası Lalə xanım ilə danışaraq maddi ziyanın ödənilməli olduğunu bildirir. 41:55-ci saniyədə Şahid1 otağa daxil olur və Toğrul Təqsirləndirilən şəxs həmin klinikadan oğurladığı dərman preparatlarını qeyd etdiyi siyahını Rənaya göstərib 5.572 manat pul oğurladığını etiraf etdiyini bildirir. Bu zaman Rəna məbləğin göstərildiyi kimi deyil, daha çox olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs anbardar kimi işlədiyi “X16 Klinikası” MMC-dən dərman preparatlarını götürüb rəhbərliyin məlmatı olmadan başqa şəxslərə sataraq 5.572 manat pul vəsaitini ələ keçirdiyini A4 formatlı vərəqdə yazaraq etiraf edir. Bundan başqa video görüntünün sonuna kimi işüçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 13:00:00-da başa çatır. 1_02_R_**********0000 adlı fayl açıldıqda, 01:00:00 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri hissəsində quraşdırılmış 02 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 13:00:00-dan başlayaraq otağın içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntü açıldıqda otaqda Toğrul, Gülnarə və Rüxsarənin olduğu görülür. Rüxsarə törətmiş olduğu əməllə bağlı yazdığı etiraf sənədini Toğrula təqdim edir. Videogörüntünün 13:34-cü saniyəsindən etibarən otaqda Rəna, Gülnarə və Rüxsarə qalır. Video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 14:00:00-da başa çatır. 1_02_R_**********0000 adlı fayl açıldıqda 01:00:00 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri hissəsində quraşdırılmış 02 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 14:00:00-dan başlayaraq otağın içəri hissəsini bir istiqamətdə müşahidə edir. O, Rəna, Gülnarə və Toğrul ilə söhbət edərkən dərman preparatlarının satışından ona 2.000 manat qazanc qaldığını etiraf edir. Bundan başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 15:00:00-da başa çatır. 1_02_R_**********0000 adlı fayl açıldıqda 01:00:00 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri hissəsində quraşdırılmış 02 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 15:00:00-dan başlayaraq otağın içəri hissəsini bir istiqamətdə müşahidə edir. 44:00-cı dəqiqədə Toğrulun mobil telefonu vasitəsilə Rüxarənin ailə üzvləri ilə danışdığı və onlara Rüxsarənin etmiş olduğu əməl barədə ümumi məlumat verdiyi görünür. Bundan başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 16:00:00-da başa çatır. 1_02_R_**********0000 adlı fayl açıldıqda 01:00:00 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri hissəsində quraşdırılmış 02 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Videogörüntünün 23:23-cü və 45:08-ci saniyələrində Yeganə Cəfərovanın qapıdan içəri daxil olduğu görünür. Video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 16:00:00-da başa çatır. 1_02_R_**********0000 adlı fayl açıldıqda 01:00:00 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri hissəsində quraşdırılmış 02 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Görüntünün 37:02 saniyəsində Rüxsarənin Toğrulun telefonunu götürdüyü, həmin telefondan bir nəfər şəxsin nömrəsini yığaraq 37:41-ci saniyədə otağı tərk etdiyi görülür. Videogörüntünün 39:46-cı saniyəsində Rüxsarənin yenidən otağa qayıtdığı görünür. İrəliləyən dəqiqlərdə Rənanın baş vermiş hadisə ilə bağlı polisə müraiət edəcəklərini bildirdiyi görünür. Bundan başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 18:00:00-da başa çatır. 1_02_R_**********0000 adlı fayl açıldıqda 01:00:00 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri hissəsində quraşdırılmış 02 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 18:00:00-dan başlayaraq otağın içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünün 26:01-ci saniyəsində Toğrul əlində göy rəngli karton paketlə daxil olur, 26:17-ci saniyəsində Yasamal RPİ-ni 26-cı PBnin polis əməkdaşı içəri daxil olur. Karton paket açılarkən içərisində bənövşəyi və ağ rəngli, içiərisində dərman preparatlarının qutusu olan iki sellofan paket çıxdı. Hər iki sellofan paketin içərisindən ümumilikdə 11 qutu dərman preparatının qutusu çıxarılır. Bundan sonra polis əməkdaşı Rüxsarəyə bir neçə sual verdikdən sonra karton paketdən çıxan dərman qutularından Klinikada olub-olmadığını soruşub Yeganə xanım ilə birlikdə otağı tərk edir. Bundan başqa videogörüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 19:00:00-da başa çatır. 1_02_R_**********0000 adlı fayl açıldıqda 01:00:00 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri hissəsində quraşdırılmış 02 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 19:00:00-dan başlayaraq otağın içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntüdə otağın içərisində Rüxsarənin olduğu görünür. Videogörüntünün 14:06-cı saniyəsində Rüxsarənin otağı tərk etdiyi görülür. Daha sonra Rüxsarə yenidən otağa qayıdır və videogörüntünün 34:41-ci saniyəsində polis əməkdaşının içəri daxil olaraq Rüxsarəni polis bölməsinə çağırdığı görülür. 35:10-cu saniyəsində sözügedən şəxslər polis bölməsinə getmək üçün otağı tərk edirlər. Görüntünün 42:55-ci saniyəsində klinikanın işçilərindən biri otaqda heç kimin olmadığını görüb otağın işığını söndürür və qapısını bağlayır. Videogörüntünün sonuna qədər hər hansışəxs otağa daxil olmur. Bundan başqa video görüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 20:00:00-da başa çatır. 1_02_R_**********0300 adlı fayl açıldıqda 01:59 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri hissəsində quraşdırılmış 02 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 09:03:00-dan başlayaraq otağın içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntüdə yalnız müşahidə kamerasının yerləşdiyi otaq görünür, həmin müddət ərzində otağa heç kim daxil olmamışdır. Videogörüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 09:04:58-də başa çatır. 1_11_R_**********0700 adlı fayl açıldıqda 08:38 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri hissəsində quraşdırılmış 11 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2022-ci il tarixdə saat 17:07:00-dan başlayaraq otağın içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünün 00:07-ci saniyəsindəəvvəlcə Gülnarə otağa daxil olaraq işığı yandırır, ardınca da Rüxsarə otağa daxil olur. Videogörüntünün irəliləyən dəqiqələrində Şahid5 Rüxsarənin üzərinə qışqırır, nə səbəbə oğurluq etdiyini soruşur. Videogörüntüdə 02 dəqiqə 13-cü saniyədən ağ rəngli stolun üzərindəki qırmızı karton paketdə müxtəlif sayda dərman prepaparatları Gülnarə tərəfindən çıxarılaraq stolun üzərinə qoyulur. Videogörüntünün 07:00-ci dəqiqəsində Günarə ağ rəngli stolun üzərindəki göy rəngli sellofan paketə baxış keçirir və yenidən Rüxsarənin özünə qaytarır. Bundan sonra Rüxsarə oranı tam olaraq tərk edib getsə də, Şahid5 otaqdan çıxan anda videogörüntü yekunlaşır. Bundan başqa videogörüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 17:15:38-də başa çatır. 1_01_R_**********1035 adlı fayl açıldıqda 02:04 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri giriş hissəsində quraşdırılmış 01 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2020-ci il tarixdə saat 17:10:36-dan başlayaraq klinikanın içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videgörüntünün 00:03-cü saniyəsindən etibarən Təqsirləndirilən şəxs klinikanı sol əlində bir neçə paket ilə birlikdə tərk etdiyi görünür. Təqsirləndirilən şəxs ilk öncə bayıra çıxsa da, görüntünün 00:33-cü saniyəsindən etibarən göründüyü kimi daha sonra klinikanın içərisində, giriş hissəsində gözləməyə başlayır. Videogörüntünün 00:54-cü saniyəsindən etibarən Təqsirləndirilən şəxs bayıra çıxdığı, 01:45-ci saniyəyə kimi müşahidə kamerasında göründüyü, daha sonra gözdən itdiyi müşahidə edilir. Bundan başqa videogörüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 17:12:39-da başa çatır. 1_03_R_**********0908 adlı fayl açıldıqda 00:42 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının içəri giriş hissəsində quraşdırılmış 03 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2020-ci il tarixdə saat 17:09:08-dən başlayaraq klinikanın içəri hissəsini bir istiqamətdə müşahidə edir. 00:06-cı saniyədə Rüxsarənin sol əlində göy və qəhvəyi rəngli iki ədəd paketdə qeydiyyatçılara doğru yaxınlaşdığı, qeydiyyat yerindəki dolabın siyirməsini açıb-bağladıqdan sonra oradan uzaqlaşdığı görünür. 00:33-cü saniyədə Təqsirləndirilən şəxs çölə çıxdığı müşahidə olunur. Bundan başqa videogörüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 17:09:50-də başa çatır. 1_12_R_**********1620 adlı fayl açıldıqda 01:23 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının depo hissəsində quraşdırılmış 12 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2020-ci il tarixdə saat 17:16:20-dən başlayaraq klinikanın deposunun içəri hissəsini bir istiqamətdə müşahidə edir. 00:15-ci saniyədə Rüxsarənin deponun qapısını açıb işığı yandıraraq əlində göy rəngli sellofan torba ilə deponun içərisinə daxil olduğu müşahidə edilir. Videogörüntünün davamında Rüxsarə arxası kameraya tərəf sanki özü ilə gətirdiyi göy rəngli sellofan torbadan nəyisə boşaldır. Görüntünün 00:28-ci saniyəsində Şahid5 depoya daxil olaraq Təqsirləndirilən şəxs sol qolundan tutaraq onu bir qədər geri çəkir, Rüxsarənin əlindəki göy rəngli sellofan torbnı karton paketlərin üzərinə qoyur. 00:38-ci saniyədə ilk öncə Təqsirləndirilən şəxs, ardınca da Şahid5 deponun işığını söndürərək oranı tərk edirlər. Bundan başqa videogörüntünün sonuna kimi iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir və video görüntü saat 17:17:43-də başa çatır. 1_12_R_**********5600 adlı fayl açıldıqda 02:33 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının depo hissəsində quraşdırılmış 12 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2020-ci il tarixdə saat 16:56:00-dan başlayaraq klinikanın deposunun içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünün ilk dəqiqələrindən depoda yalnız Rüxsarənin olduğu müşahidə edilir. 01:19-cu saniyədən karton paketləri arasından narıncı rəngli sellofan torba götürüb içərisinə depodakı məhsullardan qoyduğu görünür. 01:56-cı saniyədə həmin narıncı rəngli sellofan torbanı dolabın içərisinə qoyduğu, əyninə paltosunu geyindiyi görünür. 02:11-ci saniyədə bayaq az əvvəl orta gözünə qoyduğu narıncı rəngli sellofan torbanı və başqa bir karton torbanı götürüb telefonda kiminləsə danışa-danışa deponu tərk edir. 1_12_R_**********0420 adlı fayl açıldıqda 03:29 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 9 ünvanda yerləşən “X16 Klinikası” MMC klinikasının depo hissəsində quraşdırılmış 12 nömrəli kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2020-ci il tarixdə saat 17:04:22-dən başlayaraq klinikanın deposunun içəri hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünün ilk dəqiqələrindən depoda yalnız Rüxsarənin olduğu müşahidə edilir. 01:16-cı saniyədə depodakı dolabın aşağı gözlərindən birindən sellofan torba çıxardığı və onu ağ rəngli karton paketə qoyduğu müşahidə edilir. 01:28-ci saniyədən bənövşəyi rəngli sellofan torbanın içərisindən qəhvəyi rəngli karton paket çıxardığı görünür. Görüntünün 02:04-cü saniyəsində ağ karton paketi qəhvəyi rəngli karton torbanın içərisinə qoyur, göy rəngli kartondan olan paketin içərisinə isə bənövşəyi rəngli sellofan torbanı qoyur. Sonda öz çantasını və tibbi maskasını da götürdükdən sonra Rüxsarə deponu tərk edir və işıqları söndürür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyi, 02 ədəd yaddaş kartlarında olan video görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və cavan qadın olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış əlyazma yazıları ilə yazılmış siyahı və iltizamın əks olunduğu 02 ədəd «A4» formatlı kağız parçaları, həmçinin ünvan 2 ünvanda yerləşən “X16 Klinikası” MMC-dən oğurluq etməsi hərəkətlərini özündə əks etdirən videogörüntülərin lentə alındığı 02 ədəd məlumat daşıyıcıları olan yaddaş kartları (flash card) cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış əlyazma yazıları ilə yazılmış siyahı və iltizamın əks olunduğu 02 ədəd «A4» formatlı kağız parçaları, həmçinin ünvan 2 ünvanda yerləşən “X16 Klinikası” MMC-dən oğurluq etməsi hərəkətlərini özündə əks etdirən videogörüntülərin lentə alındığı 02 ədəd məlumat daşıyıcıları olan yaddaş kartları (flash card) cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (bir yüz əlli) manat manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-53/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-53/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver