Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-53/2024 10.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili X4, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının sonlarınadək olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 200 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 500 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2022-ci ilin oktyabr ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının sonlarınadək olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 200 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 500 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin avqust ayının ortalarından başlayaraq qadınları fahişəliyə cəlb edib qazanc əldə etməyə başlamış, belə ki, ətrafında olan kişi müştərilər cinsi əlaqədə olmaq üçün qadın istədikdə tanıdığı və fahişəlikdə olan qadınlarla onları əlaqələndirib qazanc əldə etmiş, fahişəliyə cəlb etdiyi qadınlardan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qeyd etmiş, həmin qadınları o, bir müddətdir ki, tanıyır. O, həmin qadınları müxtəlif vaxtlarda gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmiş, belə ki, Zərərçəkmiş şəxs1 təxminən 2 ildir ki, tanıyır. Laləyə Lili deyə müraciət etmiş, 2022-ci ilin sentyabr ayının əvvəllərində Lalə ilə istifadəsində olan 051 *** ** ** rəqəmli mobil nömrə ilə qeydiyyatdan keçdiyi Whatsapp ani mesajlaşma sistemi vasitəsilə əlaqə saxlamış, Laləyə kişi tanışlarının olduğunu əgər istəsə həmin tanışları ilə əlaqələndirib onun cinsi əlaqədə olmağına şərait yaradacağını demişdir. Buna görə Laləyə 500 manat pul veriləcəyini, həmin pulun 200 manatını müştəri tapdığı üçün özünə çatacağını bildirmiş, Lalə də onunla razılaşmış, bundan sonra Lalə müştərilərə təqdim etmək üçün öz fotoşəkillərini ona göndərmiş, müştəri Laləni bəyəndikdə Lalə ilə əlaqə saxlayıb Laləyə haraya getməli olduğunu bildirmiş, bu qaydada 2022-ci ilin dekabr ayının sonlarınadək olan müddət ərzində Laləni tanışları ilə 500 manat müqabilində cinsi əlaqədə olmağa göndərmiş, həmin pulun 200 manatını özünə qazanc olaraq götürmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs2 da 3 ildir ki, tanıyır. Səkinə ilə harada tanış olduğunu hazırda xatırlamamış, o, Səkinəyə Tamu deyə müraciət etmiş, təxminən 2022-ci ilin oktyabr ayının əvvəllərində Səkinə ilə istifadəsində olan 051 *** ** ** rəqəmli mobil nömrə ilə əlaqə saxlayıb ətrafında çoxlu kişi tanışlarının olduğunu bildirmiş, əgər istəsə həmin şəxslərlə görüşüb pul müqabilində cinsi əlaqədə ola biləcəyini və bununla ikisinin də qazanc əldə edə biləcəklərini bildirmişdir. Səkinə də onunla razılaşmış, aralarında olan razılığa əsasən Səkinə müştəridən 500 manat pul alıb həmin pulun 200 manatı müştəri tapdığı üçün ona verməli, qalan 300 manatı isə Səkinə özünə götürməli olmuş, Səkinə onunla razılaşdıqdan sonra öz fotoşəkillərini ona göndərmiş, müştəri Səkinəni bəyəndikdə Səkinə ilə əlaqə saxlayıb Səkinəyə haraya getməli olduğunu bildirmiş, bu qaydada 2022-ci ilin dekabr ayının sonlarınadək olan müddət ərzində Səkinəni tanışları ilə 500 manat müqabilində cinsi əlaqədə olmağa göndərmiş, həmin pulun 200 manatını özünə qazanc olaraq götürmüş, o, qeyd etdiyi qadınları görüşdürdüyü müştəriləri hazırda xatırlamamış, həmin müştərilərlə əlaqəsi kəsilmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır. Nuranə ilə Bakı şəhərində məclislərin birində tanış olmuş, Nuranə ilə münasibəti normal olmuşdur. Nuranə ilə hərdən əlaqə saxlayıb danışmış, o, öz istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrə ilə Nuranənin istifadəsində olan 051 *** ** ** rəqəmli mobil telefon vasitəsilə əlaqə saxlamış, təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində o, hazırda yaşadığı evdə olan zaman Nuranə ilə danışmış, Nuranə ona bildirmişdir ki, ətrafında çoxlu kişi tanışları var əgər istəsə onlarla görüşüb cinsi əlaqədə ola bilər. O, əvvəllər Nuranənin pul müqabilində kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmasını bilmiş, lakin Nuranənin qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olmasını bilməmişdir. Nuranə ona bildirmişdir ki, bu yolla hər ikisi yaxşı qazanc əldə edə bilərlər. Nuranə bildirmişdir ki, o, müştərilərlə 500 manat pul müqabilində görüşüb cinsi əlaqədə olacaq. Həmin pulun 200 manatını müştəri tapdığı üçün özünə götürüb qalan 300 manat isə ona verəcəkdir. Maddi sıxıntıları olduğu üçün Nuranə ilə razılaşmış, bundan sonra Nuranə ondan fotoşəkillərini istəmiş, o da öz fotoşəkillərini Whatsapp ani mesajlaşma mübadilə sistemi vasitəsilə Nuranəyə göndərmiş, bundan sonra 2022-ci ilin sentyabr ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının sonlarınadək olan müddət ərzində Nuranə onu müxtəlif kişi müştərilərə təqdim edib qazanc əldə etmişdir. Belə ki, Nuranə ona haraya getməli olduğunu bildirmişdir. O, Nuranənin dediyi ünvana gedib müştərilərlə cinsi əlaqədə olduqdan sonra müştəri ona 500 manat pul vermiş, o, həmin pulun 200 manatını Nuranəyə vermiş, həmin pulu ya Nuranənin özünə ya da hazırda xatırlamadığı bank hesabına göndərmişdir. Qalan 300 manat isə ona çatmışdır. Nuranə təxminən bu müddət ərzində eyni qaydada onu 4-5 dəfə kişi müştərilərlə görüşdürmüşdür. Hər dəfəsində o, yaşadığı ünvanda olan zaman Nuranə onunla əsasən Whatsapp ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb müştəri olduğunu bildirmiş, o da Nuranənin dediyi yerə getmiş, müştəri ilə Nuranə özü əlaqə saxlamış, o, müştəri ilə əlaqə saxlamamış, Nuranə müştəri ilə əlaqə saxlamağa ona icazə verməmişdir. 2022-ci ilin dekabr ayının sonlarından sonra Nuranə ilə heç bir əlaqəsi olmamışdır. Hal hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, tanıyır. Nuranə ilə Bakı şəhərində məclislərin birində tanış olmuş və aralarındakı münasibət normal olmuşdur. Hərdən bir əlaqə saxlayıb danışmışlar. O, öz istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrə ilə Nuranənin istifadəsində olan 051 *** ** ** rəqəmli mobil telefon vasitəsilə əlaqə saxlamış, təxminən 2022-ci ilin oktyabr ayının əvvəllərində o, hazırda yaşadığı evdə olan zaman Nuranə ilə danışmış, Nuranə ona bildirmişdir ki, ətrafında çoxlu kişi tanışları var əgər istəsə həmin şəxslərlə görüşüb cinsi əlaqədə ola bilər. Nuranə ona bununla yaxşı qazanc əldə edəcəyini bildirmiş, Nuranə ona müştərilərlə 500 manat pul müqabilində görüşüb cinsi əlaqədə olacağını, həmin pulun 200 manatını müştəri tapdığı üçün özünə götürəcəyini, qalan 300 manat isə ona verəcəyini bildirmişdir. Maddi sıxıntıları olduğu üçün o, Nuranə ilə razılaşmış, bundan sonra Nuranə ondan fotoşəkillərini istəmiş, o, öz fotoşəkillərini müştərilərə göndərməsi üçün Nuranəyə göndərmiş, bundan sonra 2022-ci ilin oktyabr ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının sonlarınadək olan müddət ərzində Nuranə onu müxtəlif kişi müştərilərə təqdim edib qazanc əldə etmişdir. Belə ki, Nuranə ona haraya getməli olduğunu bildirdikdə o, Nuranənin dediyi yerə gedib müştərilərlə cinsi əlaqədə olduqdan sonra müştəri ona 500 manat pul vermiş, o, həmin pulun 200 manatını ya görüşüb Nuranəyə vermiş, ya da Nuranənin hazırda xatırlamadığı kart hesabına göndərmişdir. Qalan 300 manat isə ona çatmışdır. Nuranə təxminən bu müddət ərzində eyni qaydada onu 5-6 dəfə kişi müştərilərlə görüşdürmüşdür. Hər dəfəsində o, yaşadığı ünvanda olan zaman Nuranə onunla əsasən Whatsapp ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb müştəri olduğunu bildirmişdir. O, da Nuranənin dediyi yerə getmiş, müştəri ilə Nuranə özü əlaqə saxlamış, o, müştəri ilə əlaqə saxlamamış, Nuranə ona müştəri ilə əlaqə saxlamağa icazə verməmiş, 2022-ci ilin sonlarından sonra Nuranə ilə əlaqəsi olmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxslə bir dəfə sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Bir dəfə görüş olduqdan sonra, bir daha görüş olmayıb. İstintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs onu başqa qızlarla tanış etməyib. Sadəcə özü ilə bir dəfə görüşmüşdür. Ona başqa qızların şəkillərini göndərsə də, həmin qızlarla heç bir əlaqəsi olmayıb. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 050 *** ** ** rəqəmli mobil telefon nömrəsi ona məxsudur və təxminən 10 ildir ki, həmin mobil nömrəni istifadə edir. Mobil nömrə onun adına qeydiyyatda olmasa da onun istifadəsindədir. Təxminən 2022-ci ilin yay aylarında X1 Sadiq adlı dostu Bakı şəhərinə gəlmiş, Sadiq cinsi əlaqədə olmaq üçün qadın axtardığına görə o da bununla bağlı Mehdi adlı tanışına müraciət etmiş, Mehdi ona mobil nömrə göndərərək həmin qadın vasitəsilə görüşmək üçün qadın tapa biləcəyini bildirmiş, bundan sonra Sadiq adlı dostu onun mobil telefonu vasitəsilə həmin şəxslə danışmışdır. Daha sonra onun həmin şəxslə əlaqəsi olmamışdır. Onun əvvəllər mobil telefonunda kilid mövcud olmamış, buna görə də çox güman ki, kimsə onun mobil telefonu vasitəsilə Təqsirləndirilən şəxs ilə danışmışdır. Onun mobil telefonu vasitəsilə Təqsirləndirilən şəxs adlı qadınla danışan şəxsin anket məlumatlarını o bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 050 *** ** ** rəqəmli mobil telefon nömrəsi ona məxsudur və təxminən 13 ildir ki, həmin mobil nömrəni istifadə edir. Adının hazırda Nuranə olduğunu öyrəndiyi qadını Nanna kimi təxminən 2022-ci ilin oktyabr ayından etibarən tanımış, həmin zaman cinsi əlaqədə olmaq üçün qadın təşkil edən şəxs lazım olduğu üçün bu barədə tanışlarına müraciət etmiş və tanışı Təqsirləndirilən şəxs mobil nömrəsini ona göndərmişdir. Tanışı ona 051 *** ** ** rəqəmli mobil nömrəni verərək həmin qadının qadınların fahişəliyə cəlb edilməsi ilə məğul olduğunu bildirmişdir. Hazırda adının Nuranə olduğunu bildiyi qadınla danışaraq Nuranədən cinsi əlaqədə olmaq üçün qadın fotoşəkillərini göndərməsini xahiş etmiş, Nuranə də ona qadın fotoşəkilləri göndərsə də onun şəkillərdən bəyəndiyi qadın olmadığı üçün o Nuranə ilə danışıb əlaqə saxlamamış, bir neçə dəfə Nuranədən qadın istəsə də danışıqları alınmadığı üçün ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etməmişdir. Bir müddətdir ki, Nuranə ilə əlaqəsi yoxdur. O, Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə fahişəliyə cəlb etdiyi qadınların adlarını və anket məlumatlarını bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 050 *** ** ** rəqəmli mobil telefon nömrəsi ona məxsudur və təxminən 5-6 ildir ki, həmin mobil nömrəni istifadə edir. Mobil nömrə onun adına qeydiyyatdadır. Təxminən 2023-cü ilin yanvar ayının ortalarında cinsi əlaqədə olmaq üçün qadın təşkil edən şəxs lazım olduğu üçün bu barədə tanışlarına müraciət etmiş, tanışları da ona 051 *** ** ** rəqəmli mobil nömrəni verərək həmin qadının qadınların fahişəliyə cəlb edilməsi ilə məğul olduğunu bildirmişdir. Lakin mobil nömrəni kimin verməsini hazırda xatırlamamış, hazırda adının Nuranə olduğunu bildiyi qadınla danışaraq Nuranədən cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, Nuranə də ona çoxlu sayda fotoşəkillər göndərmiş, lakin sonradan lazım olmadığından Nuranə ilə bu barədə əlaqə saxlamamış, bundan sonra da həmin qadınla heç bir əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə fahişəliyə cəlb etdiyi qadınların heç birini tanımamış, o sadəcə olaraq həmin qadınların fotoşəkillərini görmüş, həmin qadınlarla cinsi əlaqədə olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 050 *** ** ** rəqəmli mobil telefon nömrəsi ona məxsudur və təxminən 1 ildir ki, həmin mobil nömrəni istifadə edir. Təxminən 2023-cü ilin aprel ayında Nuranə adlı qadını tanımış, Nuranə ilə əvvəllər normal münasibəti olmuşdur. Təxminən 2022-ci ilin noyabr ayında Nuranə ona qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olmasını bildirmiş, o da bundan sonra Nuranədən cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, Nuranə təxminən 5-6 dəfə ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etmişdir. Belə ki, o Nuranəyə cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istədikdə Nuranə həmin qadınların fotoşəkillərini ona göndərmiş, o da bəyəndiyi qadın olduqda Nuranəyə bildirmiş və Nuranə də həmin qadınla hansı məbləğdə pul müqabilində cinsi əlaqədə ola biləcəyini ona demişdir. Razılaşdıqda o qadının hansı ünvana gəlməsini demiş və Nuranə də həmin qadını həmin ünvana göndərmişdir. O, gələn qadınla cinsi əlaqədə olduqdan sonra pulu cinsi əlaqədə olduğu qadına vermiş, Nuranənin 051 *** ** ** rəqəmli mobil nömrəsi ilə Whatsapp vasitəsilə əlaqə saxlamış, təxminən 2023-cü ilin yanvar ayından Nuranə ilə münasibəti yoxdur. O, Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə fahişəliyə cəlb etdiyi qadınların heç birini tanımamış, həmin qadınlarla əlaqə saxlamamış və həmin qadınlar Nuranə vasitəsilə onun yanına gəlmişdirlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid12 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 050 *** ** ** rəqəmli mobil telefon nömrəsi ona məxsudur və təxminən 10 ildir ki, həmin mobil nömrəni istifadə edir. Təxminən 2 ildir ki, instagram sosial şəbəkəsindən hazırda adının Nuranə olduğunu öyrəndiyi Nanna adlı qadını tanımış, Nuranə ilə normal tanış kimi münasibəti olmuşdur. Təxminən 2022-ci ilin yay aylarında Nuranə özü onun mobil nömrəsinə yazaraq qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olduğunu və lazım olduqda ona cinsi əlaqədə olmaq üçün qadın təşkil edə biləcəyini yazmışdır. O, da bundan sonra bir neçə dəfə Nuranəyə yazaraq cinsi əlaqədə olmaq üçün təşkil edə biləcəyi qadınların fotoşəkillərini istəmiş, Nuranə də ona çox sayda qadın fotoşəkili göndərmiş, o həmin fotoşəkillərə baxsa da bəyəndiyi qadın olmadığı üçün Nuranədən hər hansı qadını göndərməsini istəməmiş, Nuranənin göndərdiyi qadınların qiyməti müxtəlif olmuş, Nuranə ona yazışmalarda qadınların qiymətinin 300-500 manat arası olduğunu bildirmişdir. Lakin təxminən 2023-cü ilin yanvar ayının sonlarından etibarən Nuranə ilə əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə fahişəliyə cəlb etdiyi qadınların heç birini tanımamış, o həmin qadınlarla cinsi əlaqədə olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 050 *** ** ** rəqəmli mobil telefon nömrəsi ona məxsudur və təxminən 2-3 ildir ki, həmin mobil nömrəni istifadə edir. Mobil nömrə onun adına qeydiyyatdadır. Nuranə adlı qadınla 2022-ci ilin təxminən yay aylarında Bakı şəhəri ərazisində yerləşən restoranların birində tanış olmuş, həmin vaxtdan etibarən Nuranə ilə münasibəti yaranmışdır. Həmin vaxtlarda Nuranə ilə əlaqə saxlayan zaman Nuranə pul müqabilində cinsi əlaqədə olmaq üçün qadın təşkil edə biləcəyini demiş, 2022-ci ilin avqust ayında istirahət edən zaman ona cinsi əlaqədə olmaq üçün qadın lazım olmuş, belə olan halda o Nuranəyə məxsus 051 *** ** ** rəqəmli mobil nömrəyə zəng vuraraq olduğu yerə gəlməsini bildirmiş, belə olan halda Nuranə ilə danışaraq Nuranədən 320 manat qiymət aralığında cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, Nuranə də ona qadınların fotoşəkillərini göndərmiş, o həmin fotoşəkillərdən 1 nəfər qadın seçmiş və Nuranəyə həmin qadınla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Bundan sonra Nuranə həmin qadını onun olduğu hotelə göndərmiş, o həmin qadınla cinsi əlaqədə olduqdan sonra pulu qadının özünə vermişdir. Keçən müddət ərzində o 2-3 dəfə eyni qaydada Nuranəyə müraciət edərək ona qız təşkil etməsini bildirmiş, Nuranə də həmişəki kimi ona ilk öncə həmin qadınların fotoşəkillərini göndərmişdir. Daha sonra onun seçdiyi qadını onun olduğu yerə göndərmişdir. Bundan sonra da Nuranə adlı qadınla münasibəti və əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə fahişəliyə cəlb etdiyi qadınları hazırda xatırlamamış, həmin qadınlarla cinsi əlaqədə olduqdan sonra hər hansı əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs fahişəliyə cəlb etdiyi, yəni onunla cinsi əlaqədə olmaq üçün gələn qadınların yaşı barədə onun hər hansı məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 050 *** ** ** rəqəmli mobil telefon nömrəsi ona məxsudur və təxminən 5 ildir ki, həmin mobil nömrəni istifadə edir. Mobil nömrə onun adına qeydiyyatdadır. 2023-cü ilin yanvar ayının sonlarında cinsi əlaqədə olmaq üçün qadınlarla maraqlanmış, bundan sonra hazırda xatırlamadığı bir nəfər tanışından Nuranə adlı qadının 051 *** ** ** rəqəmli mobil nömrəsini almış, o Nuranə adlı qadını görməmiş və tanımamışdır. Sadəcə olaraq bir dəfə Nuranə ilə Whatsapp mesajlaşma sistemi vasitəsilə yazışaraq Nuranədən cinsi əlaqədə olmaq üçün qadın təşkil edib etməyəcəyi barədə maraqlanmışdır. Nuranə də ona fahişəliklə məşğul olan çoxsaylı qadın fotoşəkilləri göndərmiş, lakin sonradan lazım olmadığı üçün bir daha Nuranə ilə əlaqə saxlamamış, bundan sonra da Nuranə ilə heç bir əlaqəsi olmamışdır. O, Nuranənin qazanc əldə etmək məqsədilə fahişəliyə cəlb etdiyi qadınların heç birini tanımamış, çünki həmin qadınlarla cinsi əlaqədə olmamış, Nuranə sadəcə olaraq həmin qadınların fotoşəkillərini ona göndərmiş, bundan sonra həmin qadınları ona təşkil etməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid8 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 051 *** ** ** rəqəmli mobil telefon nömrəsi onun istifadəsindədir və təxminən 10 ildir ki, həmin mobil nömrəni istifadə edir. Mobil nömrə atası Bəxtiyar Zeynalovun adına qeydiyyatdadır. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. O, Nuranə ilə bir dəfə görüşüb pul müqabilində cinsi əlaqədə olmuş, lakin təxminən 2022-ci ilin avqust ayında Nuranə ona yazaraq artıq fahişəliklə məşğul olmadığını, lakin cinsi əlaqədə olmaq üçün qız lazım olsa təşkil edə biləcəyini bildirmiş, bundan sonra o Nuranənin özü ilə görüşüb cinsi əlaqədə olmaq istəsə də Nuranə bununla razılaşmamışdır. Lakin bir neçə dəfə Nuranədən fahişəliyə cəlb etdiyi qadınların fotoşəkillərini istəmiş, Nuranə həmin fotoşəkilləri göndərsə də sonradan danışıqları alınmadığı üçün Nuranə ona qadın təşkil etməmişdir. Lakin sonradan Nuranə ilə onun heç bir əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə fahişəliyə cəlb etdiyi qadınların heç birini tanımamış, o həmin qadınlarla cinsi əlaqədə olmadığı üçün həmin qadınları tanımamış, lakin Nuranənin fahişəliyə cəlb etdiyi qadınların qiymətinin 300 manatdan başlayaraq 1500 manata qədər olmasını bilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid9 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 050 *** ** ** rəqəmli mobil telefon nömrəsi ona məxsudur və təxminən 4 ildir ki, həmin mobil nömrəni istifadə edir. Mobil nömrə onun adına qeydiyyatda olmasa da onun istifadəsindədir. Təxminən 2023-cü ilin yanvar ayının sonlarında cinsi əlaqədə olmaq üçün qadın təşkil edən şəxs lazım olduğu üçün bu barədə Həsən adlı tanışına müraciət etmiş, Həsən də ona 051 *** ** ** rəqəmli mobil nömrəni verərək həmin qadının qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olduğunu bildirmişdir. Hazırda adının Nuranə olduğunu bildiyi qadınla danışaraq Nuranədən 300-500 manat qiymət aralığında cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmişdir. Bu zaman Nuranə də ona qadınların fotoşəkillərini göndərmiş, o həmin fotoşəkillərdən 2 nəfər qadın seçmiş və həmin qadınlarla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, bundan sonra Nuranə həmin qadınları onun və dostunun olduğu hotelə göndərmiş, onlar həmin qadınlarla cinsi əlaqədə olduqdan sonra pulu elə qadınların özünə vermişlər. Bundan sonra da Nuranə adlı qadınla onun heç bir münasibəti və əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə fahişəliyə cəlb etdiyi qadınların heç birini tanımamış, o həmin qadınla cinsi əlaqədə olduqdan sonra əlaqəsi olmamışdır. Qadınları da oraya Nuranə danışıb göndərmişdir. Təqsirləndirilən şəxs dostun üçün qadın təşkil etməkdə onun heç bir marağı olmamış, həmin zaman dostu Bakı şəhərinə qonaq gəldiyi üçün dostu ilə birlikdə istirahət etmişlər. Qadınlara isə pulun kim tərəfindən verilməsini xatırlamamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddəsi ilə cinayət işi başlanmışdır və icraata qəbul edimişdir. 21 iyun 2023-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 23 iyun 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 2 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təkrarən gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə cinayətini törətməkdə öz təqsirini etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi iş üzrə toplanmış özünün etirafedici, şahid və təqsirləndirilən şəxs qismində dindirmə protokolları, şahid və zərərçəkmiş şəxslərin ifadələri, ilkin təhqiqat materialları və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilir. Sumqayıt şəhəri 14 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan hər hansı bir şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan hər hansı bir şikayəti və ya tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə cinayətini törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, mobil telefona baxış protokolu ilə, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 243.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan doğum haqqında şəhadətnaməyə və AZEMİS elektron məhkəmə sistemindəki məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il təvəllüdlü X5 adında azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, ona Azərbaycan Respublikasının CM-in 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-53/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-53/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver