Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-531/2024 24.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,358 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 15:00dəqiqədə ünvan 3 ünvanının qarşısında olarkən Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilmiş, bölmənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,358 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, uzun müddətdit ki, narkotik vasitə və ya psixotrop maddə istifadə edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisindəki “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 10 manata bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamin almışdır. Qeyd etdiyi psixotrop maddə olan metamfetamini şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:00-da isə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 28 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etdib onu saxlamışlar və onu Yasamal RPİ-nin 26-cı polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə gəlmişdir. Bölmədə hüquq və vəzifələri ona izah edilmiş, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edildikdən sonra o, şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyi içərisində psixotrop maddə metamfetamin olan bir ədəd qızılı rəngli siqaret kağıza bükülmüş bükümü təqdim etmişdir. Bununla da həmin maddə götürülmüş, ondan aşkar edilmiş psixtorp maddə polis əməkdaşları tərəfindən götürülərək müdafiəçinin və iştirakçıların iştirakı ilə açılmış və bundan sonra onlara şifahi olaraq izahat verərək həmin psixotrop maddəni hansı formada əldə etməyini bildirmişdir. Daha sonra isə həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırlmış zərfə o, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza tərəfindən müəyyən ediləcəyi bildirilmişdir. Üzərindən başqa heç bir predmet aşkar olunmamışdır. Üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamini aldığı həmin şəxs qaramtıl dərili, 30-35 yaşlarında, orta köklükdə 170-175 boylarında, saçı düz daranan, üzü tüklü və bığsızdır. Həmin şəxsin görünüşündə hər hansı bir xüsusi əlamət olmamışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamini də şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılan və üzərinizə şəxsi axtarış aparılan zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, polis mayoru rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə xidmət etdiyi bölməyə xx.xx.1989-cü il tarixdə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat haqqında dərhal tərəfindən tərtib edilmiş raport əsasında Yasamal RPİ-nin 26-cı PBnin rəhbərliyinə məruzə etmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və bölmənin əməliyyat müvəkkilt polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 8 ünvanın qarşısında dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə o, xx.xx.1989-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ondan onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-nin 26-cı PB-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı polis polkovnik-leytenantı X5 həvalə olunmuşdur. Bununla bağlı, X9 Yasamal RPİ-nin 26-cı PB-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin vəkillərin siyahısından istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsini, lakin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından dəvət olunacaq vəkilin cinayət prosesində onun müdafiəsi ilə bağlı xidmətləri dövlət büdcəsi hesabına təmin edilməsini xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, X9 dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili vəkil X3 Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişdir. Bundan sonra isə X9, Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Nofəl Əhmədovu təqdim etmiş və o da, təqdim olunan vəkil Nofəl Əhmədov tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra, X9 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü əməliyyat müvəkkili Şahid2 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. X9 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «Samsung» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra X9 hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub- olmadığını soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatət və etirazın olmadığını bildirmişlər, bundan sonra X9 Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunmuş, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirmişdir, X9 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirmişdir, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaran əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, X9 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olmuşdur, eyni zamanda X9 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən, neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin metamfetamin” adlanan psixotrop maddə olduğunu, xx.xx.2024-cü il tarixdə səhər saat 10-da “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata alaraq üzərində saxlayıb daşıdığını, xx.xx.2024-cü il tarixdə 15 radələrində ünvan 8 ünvanın qarşısında saxlanılaraq 26cı PB-nə gətirildiyini bildirmişdir. Bundan sonra X9 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır, lakin üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamış, müdafiəçi Nofəl Əhmədov şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona fiziki zor və təzyiq göstərilib-göstərilməməsi barədə soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfində saxlanılıb polis bölməsinə gətirilərkən və polis bölməsində olarkən ona qarşı heç bir fiziki zor və təzyiq göstərilmədiyini bildirdi, bundan sonra X9 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırıl araq möhürləmiş, möhürlənmiş zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Nofəl Əhmədov, onun, əməliyyat müvəkili Şahid2 və X9 tərəfindən imzalanmışdır. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı X9 tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış video çəkiliş 01 ədəd məlumat daşıyıcısı olan DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da protokolu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Keçirilmiş əməliyyat tədbirlər nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə olunmuş məlumatlardan müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotop maddələri istehlak etmək məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olur, narkomaniyaya qurşanmış şəxsdir. Üzərindən aşkar olunmuş yuxarıda göstərilən bükümdə olan psixotop maddə metamfetamini Təqsirləndirilən şəxs öz istehlakı üçün qanunsuz əldə edərək özündə saxlamaqla daşımışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin narkotik vasitə hesab edilən heroini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə hesab edilən metamfetaminin mənbəsi ilə bağlı əməliyyat-axtarış tədbirlərini həyata keçirmişlər, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Şahid Yasamal RPİ-nin 26-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü təqdim edərək içərisində narkotik maddə olan metamfetamin olduğunu, bu maddəni 2024-cü ilin iyul ayının 06-da saat 10:00 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisindəki “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini, habelə xx.xx.2024-cü il tarixdə saat 15:00-da ünvan 9 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildiyini bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümdə ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetamin olması aşkar edilmişdir. Aşkar olunmuş bir ədəd siqaretin qızılı kağızına bükülmüş metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v.35-36). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin fizikikimyəvi ekspertizasının 06 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3508 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №170” möhür əksi, “...Saxlanılan şəxs.... Təqsirləndirilən şəxs...” yazısı və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,358 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (i.v.42-46). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 avqust 2024-cü il tarixli, 5519 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.110-111). “Maddi sübut kimi tanınması haqqında” 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,358 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə bioloji ekspertizası tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,308 qram təşkil edən həmin psixotrop maddə metamfetamin hissəsi saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir (i.v.89) “Sübutların qiymətləndirilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,358 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,308 qram təşkil edən psixotrop maddəmetamfetaminin Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı’na təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılması prosessual hərəkəti prosesinə dair video çəkilişi özündə əks etdirən həmin elektron məlumat daşıyıcısı olan “DVD” formatlı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə müvafiq materialın ayrılması və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün aidiyyəti üzrə icra olunmasından ötrü Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilməsi, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddələrində nəzərdə tutulan yuxarıda göstərilən cinayət əməlinin törədilməsi xx.xx.2024-cü il tarixdə tərtib olunmuş şəxsi axtarış və götürmə haqqında protokolda və həmin protokolda qeyd olunmuş onun özünün ilkin etirafedici şifahi izahatı, yazılı izahatı, ifadələri, şəxsi axtarış və götürmə aparılarkən çəkilərək məlumat daşıyıcısı olan 01 ədəd “DVD” markalı diskə köçürülmüş vedeogörüntü ilə, maddi sübutla, həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, eləcə də iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3508 nömrəli və ambulator-məhkəmə-narkoloji ekspertizasının 5519 nömrəli xx.xx.2024-cü il tarixli rəyləri , eləcə də əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlərin cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilməsi qərara alınmışdır (i.v 117-127) Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 06 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il tarixdə saat 15:00-dan tutulmuş hesab edilmişdir (i.v.25). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-641/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 iyul 2024-cü il tarixdən saat 15:00-dan hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.73 -79). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-919/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərarından görünür ki Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 06 iyul 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (i.v.103). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-153/2024 saylı, 01 mart 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v.107-109). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 23 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri (15 %) cəzasına məhkum edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə məhkəməyə verilməsi barədə cinayət işinə AR CM-nın 73.2-ci maddəsi tətbiq edilməklə cinayət təqibinə xitam verilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 06 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.86-88). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 adında övladları vardır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin müxtəlif maddələri ilə müxtəlif vaxtlarda məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı övladlarının olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini (əvvəllər də AR CM-nin eyni maddəsi ilə məhkum edilməsini, məhkumluğu ödənilmədən yenidən eyni cinayəti törətməsini) nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli tutulduğu 06 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin saxlancına verilmiş 0,308 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-531/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-531/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver