Məhkəmə qərarları › İş №1(004)-534/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-534/2025

05.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-534/2025 05.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X7, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X1 və müdafiəçisi Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, ona qarşı həm ictimai yerdə, həm də Whatsapp vasitəsilə səs yazısı ilə ünvanlanmış ağır təhqir və böhtan xarakterli ifadələrə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. 2025-ci ilin 10 sentyabr tarixində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında keçirilən açıq məhkəmə iclasında X4 məhkəmə zalında onun şərəf və ləyaqətini, ailə nüfuzunu alçaldan nalayiq ifadələr səsləndirmiş, övladlarının ona aid olmadığını deməklə ağır böhtan atmış, həmçinin təhqiramiz, ədəbsiz ifadələr işlətmişdir. Bundan əlavə, həmin gün Whatsapp tətbiqi ilə göndərdiyi səs yazısında aşağıdakı ifadələr səsləndirilmişdir (tam mətn əlavə olunur): O, aşağıdakı səs yazısı transkriptini, səs yazısında istifadə olunan ifadələr və onların mənəvi-psixoloji təsiri ilə bağlı izahları təqdim edir: “Videoları da atıram sənə, otur, bax necə Elmirlə mənə badalaq qurublar. Vicdanın, insafın, Allahın varsa, bax, qiymət ver. Gör, mən ondan canımı necə qurtarmışam, o mundar şərəfsizdən. Onu görüm, boyunu yerə soxum. A, bu yaxınlarda da deyim, bu yaxınlarda bir stol var oturacaq. Həqiqətən, kişi məclisinə oturacaq. Və ona, ona elə bir söyüş qoyacaqlar ki, görüm neyiniyəcək ki, görüm həqiqətən mi o telefonu mən onun başına vurmuşam. Onun keçəl başını yerə soxum mən. Ona görə tük bitmir. Allah bilir, dağına baxıb qar verir. Peysər keçəl baş. Oğraşın, bir oğraş, Onun götü ona görə yanır ki, həm pulu getdi, həm mən ayrıldım, həm məni tutdura bilmədi. Sən mənim yanımdan yel olub keçə bilmərsən, sən başa düşdün, ona da elə çatdır. Ona çatdır ki, sən məni kötümü yeyərsən, sən məni tutdura bilərsən, yer yerindən oynayara, sən məni tutdursan. Sənin o başında tük yox, sənin dırnaqlarını, dişini bir çıxardalar, sən məni tutdursan. Amma hələdə məni yiyesiz bilir. Gözləyirləre, məhkəmənin qərarını gözləyirləre, yer yerindən oynayacaq. Bu məsələni, səni nə qədər adam gözləyir? Mənim başımdan bir tük əksiy olsa, onun 32 dənə, bilmirəm, neçə dənə dişi var, onun o implantlarını söküb götünə soxarlar, bildin. Ona helə belə də de” ... Onu görüm, boyunu yerə soxum... onun keçəl başını yerə soxum... peysər keçəl baş... oğraş... implantlarını söküb...” Odur ki, AR CM-nin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət işi başlanılmasını, səs yazısı sübut kimi qəbul edilsin, məhkəmə-ekspertiza təyin olunmasını, X2 əməli qanunvericiliyə uyğun tövsif edilərək məsuliyyətə cəlb olunması barədə hökm çıxarılmasını, ona dəymiş mənəvi zərərin məhkəmə tərəfindən müəyyən edilərək kompensasiya edilməsi təmin edilməsini xahiş etmişdir. Bundan sonra xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 xx.xx.2025-ci il tarixdə məhkəməyə yenidən ərizə verərək əlavəsində qeyd etmişdir ki, 2025-ci il 24 sentyabr tarixdə, saat 11:37-də Bakı Apellyasiya Məhkəməsinin çıxış qapısı qarşısında, ictimai qaydanı kobud surətdə pozaraq, insanların toplaşdığı yerdə X5 onun ünvanına ağır təhqiramiz ifadələr (“şərəfsiz”, “övladlarının atası sən deyilsən”, “əclaf” və s.) səsləndirmiş, böhtan atmışdır. Hadisə ictimai yerdə baş vermiş, bir sıra şahidlər tərəfindən müşahidə olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin icraata qəbul edilməsini və X1 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1 – 293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 – 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub olmaması barədə məsələlərə baxılır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1 – 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi xüsusi ittiham qaydasında şikayətində göstərilir. Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi xüsusi ittiham qaydasında şikayətində göstərilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri) göstərilməlidir. Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. İlk öncə məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında 10 sentyabr 2025-ci il tarixində keçirilən açıq məhkəmə iclası ilə bağlı olan hissədə ətraflı araşdırılmış, həmin məhkəmə iclasının görüntülərinə tərəflərin iştirakı ilə baxış keçirilmiş, lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs özü də X5 tərəfindən nə vaxt, necə və hansı ifadə ilə təhiqr olunması və ya ünvanına böhtan atılmasını göstərə bilməmişdir. Ümumiyyətlə məhkəmə iclasında xüsusi ittihamçı bu hissədə cinayət qanunu ilə nəzərdə tutulmuş hər hansı əməlin nə ilə təsdiq edildiyini göstərə bilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilən şikayət 24 sentyabr 2025-ci il tarixdə, saat 11:37-də Bakı Apellyasiya Məhkəməsinin çıxış qapısı qarşısında, insanların toplaşdığı yerdə X5 tərəfindən təhqir olunması ilə bağlı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəməyə müraciət etsə belə, şikayət ərizəsinə mötəbər sübut və dəlil əlavə etməmişdir. Azərbaycan Respublikası Cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında verilən şikayətə əlavəsində hadisənin bir sıra şahidlər tərəfindən müşahidə olunmasını göstərsə belə, həmin şahidlər barədə məhkəməyə hər hansı məlumat verə bilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinin tələblərinə uyğun deyil, qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, xüsusi ittiham qaydasında verilən şikayət “Whatsapp” tətbiqi ilə göndərilən səs yazıları bağlı olan hissədə də ətraflı araşdırılmış, məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin səs yazıları X5 tərəfindən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin həyat yoldaşına “Whatsapp” tətbiqi vasitəsi ilə göndərilmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir”. Bununla da təhqir və böhtan xarakterli məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması məsuliyyətə səbəb olduğundan, hazırkı şikayətdə isə şikayətçinin təhqir və böhtan hesab etdiyi məlumatların bu cür formada yayılması ilə əlaqədar deyildir. Məhkəmə iclasındakı sübutların araşdırılması, tədqiqi, tərəflərin izahatları ilə bağlıdır. Belə olan halda, bu formada açıqlanan məlumatlarla bağlı verilmiş xüsusi ittiham qaydasında şikayət əsassız hesab edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar