Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-535/2022 28.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,159 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini və təmiz çəkisi 1,014 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 20:30-da Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli kağıza bükülmüş iki ədəd bükümdə təmiz çəkisi 0,159 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və təmiz çəkisi 1,014 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 02 avqust 2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,052 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 14:00-da Yasamal rayon Polis İdarəsinin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq 26-cu PB-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindəki bir ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 1,052 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2 ilə yaxındır narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul etdiyi üçün işini itirmiş və tüfeyli həyat sürmüşdür. Bu onda asılılıq yaratdığı üçün həmin maddələrdən istifadə etməyəndə dözülməz ağrıları olur. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o psixotrop maddə və narkotik vasitə almaq üçün Nəsimi rayonu “Kubinka” adlanan əraziyə gedərək, orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə, 20 manat pul müqabilində şəxsi istifadəsi üçün hərəsi 10 manatdan olmaqla, ağ rəngli kağıza bükülmüş iki ədəd bükümdə ağ rəngli, kristal şəkilli “şüşə” kimi bildiyi psixotrop maddə metamfetamini və qəhvəyi rəngli, “kakos” kimi bildiyi narkotik vasitə heroini alıb əynində olan boz rəngli cins şalvarımın sağ yan cibinə qoymuşdur. O, həmin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin bükümünü cibində gizlədərək yaşadığı Yasamal rayonuna qayıtmışdır. Həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə saat 20:30-da yaşadığı Yasamal rayonu, Zərgərpalan küçəsi 50 saylı ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. O da, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 26-cı polis bölməsinə getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan psixotrop maddəni və narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan boz rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi içərilərində psixotrop maddə metamfetamin olan 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü və narkotik vasitə heroin olan 01 ədəd ağ rəngli kağıza bükülmüş ümumilikdə iki ədəd bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin iki ədəd büküm onun iştirakı ilə açılan zaman onların içərisində ağ rəngli, kristal şəkilli maddə və qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Daha sonra onun üzərində axtarış aparılmış, lakin üzərindən heç bir əşya aşkar edilməmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş ağ rəngli kağıza bükülmüş hər iki büküm gözünün qarşısında zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişlər. Törətdiyi həmin əmələ görə xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsilə ittiham elan edilmiş və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunduğundan həmin tarixdə də barəsində polisin nəzarəti altına vermək qətimkan tədbiri seçilmişdir. Lakin o, narkotik vasitə və psixotrop maddə aludəçisi olduğundan həmin maddələrdən qəbul etmədikdə bədənində ağrılar əmələ gəldiyindən yenidən narkotik vasitə və ya psixotrop maddə alıb qəbul etmək qərarına gəlmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə günorta saatlarında kokos adlanan narkotik vasitə heroin almaq üçün Nəsimi rayonu “Kubinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli maddə kokos kimi bildiyi narkotik vasitə heroini alıb, daha sonra istifadə etmək üçün əynində olan boz rəngli cins şalvarının sağ cibinə qoymuşdur. O, həmin narkotik vasitə heroin bükümünü cibində gizlətdikdən sonra yaşadığı ünvan istiqamətində getməyə başlamışdır. Həmin gün saat 14:00 radələrində o, Yasamal rayonu, Zərgərpalan küçəsi ev 50 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu 26-cı Polis bölməsinə dəvət etmişlər. O da, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-na getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli maddə kokos kimi bildiyi narkotik vasitə olan heroin bükümünü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə açılan zaman onun içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Daha sonra onun üzərində axtarış aparılmış, lakin üzərindən heç bir əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm gözünün qarşısında zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişlər. Üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini və narkotik vasitə heroini də şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, o, polis baş leytenan rütbəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, xx.xx.2022-ci il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1997-ci il tarixdə ünvan 4 ünvanda yaşayan Rzayev X9 rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəlidir.Həmin məlumat haqqında dərhal onun tərəfindən raport əsasında 26-ci Polis Bölməsinin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkil Şahid2la birlikdə Polis Bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 14:00-da əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 1 ünvanının qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə o, xx.xx.1997-ci il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ondan Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə oradan 26-ci Polis Bölməsinə gəlmişdir. Bununla bağlı X7 Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsində iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim olunan vəkillərin siyahısından konkret olaraq heç bir vəkili seçməyərək maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını bildirib dövlət hesabına onun üçün istənilən vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır.Bununla bağlı X7 dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 26-ci PB-ya dəvət edərək Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Müdafiəçi1 təqdim etmiş və o da təqdim olunan vəkil tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirdi. Sonra X7 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edib ona hüquq və vəzifələrini izah edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını elan etmiş, daha sonra isə onun üzərinə vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü Şahid2 iştirakları ilə axtarış və götürmə keçirməyə başlamışdır. X7 şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı “İphone” markalı mobil telefonun video kamerasından istifadə edilməklə Yasamal RPİ-nin Kriminalist Tədqiqat qrupunun baş inspektor-kriminalisti polis mayoru X6 tərəfindən aparılmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra X7 hər hansı bir vəsatətlərinin və ya etirazlarının olubolmadığını soruşmuş, Təqsirləndirilən şəxs saxlanılarkən hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığnı və özü barədə anket məlumatlarını X7 bildirmişdir.Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olduğu təqdirdə könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə salaraq oradan siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra X7 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin onun üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır.X7 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü içərisində olan maddə ilə birlikdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırmış və “Zərflər üçün 170 nömrəli” möhürlə ilə möhürlənərək üzərində qeydlər aparılmaqla şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin zərfi üzərinə imza etmişdir. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı X7 tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd DVD disk maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, polis kapitanı rütbəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, polis kapitanı rütbəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. «Təqsirləndirilən şəxs» oğlu adlı şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun rəhbərliyi altında Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə tərəfindən 26 iyul 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmiş, xx.xx.2022-ci il tarixdə saat 20:30-da o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ünvan 6 ünvanının qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra ona narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan ağ rəngli kağıza bükülmüş iki ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlər Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman bükülülərdən birində qəhvəyi rəngli, digər bükülüdə isə ağ kristallik maddə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi 02 ədəd ağ rəngli kağıza bükülmüş büküm içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən aşkar olunmuş 02 ədəd bükümün içərisində olan maddələrin nə olması və onları haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar həmin maddələr “kakos” kimi bilinən narkotik vasitə heroin və “patı” kimi bilinən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən hər bükümü 10 manatdan olmaqla, ümumilikdə 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində tərəflərindən sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, habelə üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı heç bir fiziki və ya psixi zor yaxud da təzyiq göstərilməmişdir. Cinayət işinin 124-cü vərəqəsində olan 26 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 180-183-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 184-185-ci vərəqələrində olan qətimkan tədbiri seçmək 28 iyul 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan 02 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 76-80-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 noyabr 2022-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 43-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2022-ci il tarixli 6/4143 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,052 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına təmiz çəkisi 1,052 qram olan narkotik vasitənin 0,100 qram çəkidə hissəsi sərf edilmiş, 0,952 qram çəkidə hissəsi qalıq qalmışdır. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 manat təşkil etmişdir. Cinayət işinin 145-150-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2022-ci il tarixli 6/4048 saylı saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,159 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 1,014 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına təmiz çəkisi 0,159 qram olan narkotik vasitə heroinin 0,050 qram çəkidə hissəsi sərf edilmiş, 0,109 qram çəkidə hissəsi, təmiz çəkisi 1,014 qram olan psixotrop maddə metamfetaminin 0,050 qram çəkidə hissəsi sərf edilmiş, 0,964 qram çəkidə hissəsi qalıq qalmışdır. Cinayət işinin 146-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65 manat təşkil etmişdir. Cinayət işinin 189-190-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Ambulator X3 ekspert komissiyasının xx.xx.2022ci il tarixli, 4095 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin hansı müddətə təyin edilməsi ambulator məcburi X8 komissiyasının səlahiyyətinə aid deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 231-245-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təhqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq çəkisi 0,109 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,964 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,952 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmiş, həmçinin iş üzrə madi sübut növü kimi tanınmış 02 ədəd DVD disklər cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 193-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış 03 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Rüfət Mustafazadə, həmin Polis Bölməsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3, polis kapitanı Şahid2, müdafiəçi X2 iştirakları ilə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində həmin tarixdə saat 22:10-da şəxsi axtarışın aparılacağını elan etməsi, istintaq hərəkətinin vieoçəkilişlə qeydə alınacağını bildirməsi, Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsini, üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs sağ əlini əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə salaraq oradan ağ rəngli kağıza bükülmüş iki ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyması, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülər iştirakçıların və sonuncunun gözü qarşısında açılması və həmin bükülülərdən birində qəhvəyi rəngli, digər bükülüdə isə ağ kristallik maddə aşkar olması, Təqsirləndirilən şəxs həmin maddələrin “kakos” kimi bilinən narkotik vasitə heroin və “patı” kimi bilinən psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən hər bükümü 10 manatdan olmaqla, ümumilikdə 20 (iyirmi) manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 20:30-da polis əməkdaşları tərəfindən ünvan 6 ünvanının qarşısında saxlanıldığını bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd ağ rəngli kağıza bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılaraq ağ rəngli zərfə qoyularaq qablaşdırılması və “Zərflər üçün 170 nömrəli” möhürlə ilə möhürlənməsi, daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalaması, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmaması müşahidə olunur. Cinayət işinin materiallarında olan digər DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Ramil Qafarov, həmin Polis Bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, polis kapitanı Şahid2, Müdafiəçi1 iştirakları ilə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində həmin tarixdə saat 15:15-də şəxsi axtarışın aparılacağını, axtarışın aparılması zamanı «İphone” markalı mobil telefonun video kamerasından istifadə edilməklə Yasamal RPİ-nin Kriminalist Tədqiqat qrupunun baş inspektor kriminalis polis mayoru X6 tərəfindən videoçəkilişin aparılacağını elan etməsi, Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsini, üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs sağ əlini əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə salaraq oradan siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxardıb təqdim edərək qarşısındakı masanın üzərinə qoyması, bundan sonra X7 Təqsirləndirilən şəxs təqdim etdiyi büküm iştirakçıların və sonuncunun gözü qarşısında açılması, həmin bükümün içərisində qəhvəyi rəngli maddə olması, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni, bu gün, yəni xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq yaşadığı ünvan 6 ünvana gəlməsini, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 14:00-da polis əməkdaşları tərəfindən ünvan 6 ünvanının qarşısında olarkən saxlanılaraq 26-cı PB-nə gətirilməsini bildirməsi, daha sonra X7 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparması, onun üzərindən başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyriqanuni əşya aşkar olunması, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü rəngli kağıza bükülmüş 01 ədəd büküm içərisindəki maddə ilə birlikdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılaraq ağ rəngli zərfə qoyularaq möhürlənməsi, zərfin üzərinə qeydlər aparılması, həmin vaxt Müdafiəçi1 şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilərkən ona hər hansı bir fiziki zor və psixi təsir göstərilibgöstərilməməsi, təqdim etdiyi içərisində narkotik vasitə heroin olan bükümün ona məxsus olub-olması barədə soruşduqda sonuncu təqdim etdiyi içərisində narkotik maddə heroin olan büküm ona məxsus olmasını, ona heç bir fiziki zor və psixi təsir göstərilmədiyini bildirməsi, daha sonra həmin zərfin üzərinə Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalaması, daha sonra X7 videoçəkilişlə aparılan axtarış və götürmənin başa çatdığını bildirməsi müşahidə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan video görüntülərlə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 26 iyul 2022ci il tarixdən 28 iyul 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 02 avqust 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X3nın xx.xx.2022-ci il tarixli, 4095 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertizalar nəticəsində qalıq çəkisi 0,109 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,964 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,952 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 02 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 146 manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 26 saata görə 156 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertizalar nəticəsində qalıq çəkisi 0,109 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,964 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,952 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 146 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 26 saata görə 156 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-535/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-535/2022
28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver