Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-537/2024 26.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, Pərvin Asif oğlu Ələsgərovun katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi – Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 2003-cü ildə Naxçıvan MR-nın Kəngərli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ofisiant işləyən, Naxçıvan MRnın Kəngərli rayonu, Çalxanqala kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Viktoriya” Y/K-də, yeni tikili binada kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə qismində” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxx 2003-cü ildə Qusar rayonu, Gedəzeyxur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək məşğuliyyətli, məhkum olunmamış, Qusar rayonu, Gedəzeyxur kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” y/k-də yerləşən avtoyuma məntəqəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə qismində” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxx 2005-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” Y/K-də, yeni tikili binada kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə qismində” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o,qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 may 2024-cü il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs məxsus 2970 (iki min doqquz yüz yetmiş) manat dəyərində ünvan 1 ünvanın qarşısında saxladığı “Tufan S 150” markalı, 99-G-493 dövlət nömrə nişanlı motosikleti gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2970 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 may 2024-cü il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs məxsus 2970 (iki min doqquz yüz yetmiş) manat dəyərində ünvan 1 ünvanın qarşısında saxladığı “Tufan S 150” markalı, 99-G-493 dövlət nömrə nişanlı motosikleti gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2970 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 may 2024-cü il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs məxsus 2970 (iki min doqquz yüz yetmiş) manat dəyərində ünvan 1 ünvanın qarşısında saxladığı “Tufan S 150” markalı, 99-G-493 dövlət nömrə nişanlı motosikleti gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2970 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir neçə müddətdir tanıyır, belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 işlədiyi yerin, yəni, Abşeron rayonu, Masazır qəsəbəsi, “Viktoriya” yaşayış kompleksi ətrafında yaşadıqları üçün salam-sağolu yaranmış və tanışlığı olmuşdur. Müəyyən vaxtlarda birlikdə söhbət edib vaxt keçirmişlər. 2024-cü ili aprel ayında həmin tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə olarkən söhbət əsnasında Təqsirləndirilən şəxs3 əvvəllər motosikletinin olduğunu və həmin motosikletin Abşeron rayonu ərazisində oğurlandığı üçün Abşeron Rayon Polis İdarəsinə şikayət etdiyini, lakin heç bir nəticəsi olmadığını bildirmişdir. Bundan əlavə, Nurlan Nəcəfov sonradan yenidən motosiklet aldığını, həmin motosiklet ilə qəza keçirdiyi üçün hazırda motosikletinin cərimə meydançasında olduğunu demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs3 bildirmişdir ki, onun motosikleti oğurlandığı üçün motosiklet oğurlayacağını və bu işdə ondan və digər tanışı Təqsirləndirilən şəxs2 kömək istəmişdir. Bu fikrin yaxşı olmadığını deyib bu haqda bir neçə gün aralarında müzakirələri olmuşdur, bu zaman ərzində o da pula ehtiyacının olduğunu, istifadəsində olan mobil telefonunu lombarda qoyub pul götürdüyünü, motosiklet oğurlaqdıqdan sonra bir müddət işləyib pul qazanıb lombardın kreditini ödəyəcəyini bildirib bu fikrə qismən razı olacağını bildirmişdir. Bundan sonra, 02 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs3 motosiklet oğurlamaq istədiyini yenidən və onunla birlikdə Kənan Cabbarovun da motosiklet oğurlanmasında ona kömək etməyini xahiş etmişdir. Beləliklə, o, və Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs3 təklifi ilə razılaşmış və Abşeron rayonu, Masazır qəsəbəsindən taksi ilə Bakı şəhəri istiqamətində hərəkət etmişlər. 03 may 2024-cü il tarixdə, təxminən saat 00 radələrində Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” dairəsi yaxınlığında markasını və dövlət nömrə nişanını xatırlamadığı taksidən enmişlər və Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” dairəsi ətrafında olan məhəllələri gəzib oğurlamaq üçün münasib motosiklet axtarmağa başlamışlar. Hər üçü tanımadığı məhəllələrə və həyətlərə daxil olub oğurlamağa münasib motosiklet axtarmışlar. Bir neçə motosikletə yaxınlaşıb yoxlamış, lakin sükanı kilitli olduğundan sürüb apara bilməyəcəklərini anlamış və sükanı kilitli olmayan motosiklet axtarmağa davam etmişlər. Bundan sonra, həmin vaxt, yəni, 03 may 2024-cü il tarixdə, saat təxminən 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Talıblı küçəsində olan zaman avtomobillər dayanan cərgədə, binanın qarşısında bənövşəyi rəngli “Tufan S 150” markalı, 99-G-493 dövlət nömrə nişanlı motosikletin olduğunu görmüş və Təqsirləndirilən şəxs3 motosikletin sükan hissəsini yoxlayaraq açıq olduğunu müəyyən etmişdir. Bundan sonra, motosikleti yerindən tərpədib əli ilə sürə-sürə digər tərəfə, başqa bir həyətə gətirmişdir. Sözügedən motosikleti oğurladıqları həyətin üzbəüzü ilə olan istiqamət bir qədər motosikleti əli ilə sürə-sürə başqa bir həyətə gətirib kənarda, qaranlıq hissədə saxlamışdır. Orada Təqsirləndirilən şəxs3 motosikletdən başı çıxdığı üçün hansısa naqilləri bir-birindən ayırıb yenidən toxundurmuş, daha sonra ayaq pedalı ilə motosikleti bir neçə cəhddən sonra işə salmağı bacarmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs3 özünə aid olan kaskanı başına taxıb sükana keçmiş və Kənana onun arxa hissəsində oturacaqda əyləşmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs3 motosikleti idarə etmiş və ikisi oradan uzaqlaşmış, o, isə taksi ilə gələcəyini bildirmişdir. Bir qədərdən sonra o, taksi ilə Nurlan və Kənanın yanına gəlmiş və Nurlan Nəcəfovla birlikdə oğurladığı motosikletə əyləşib oradan getmişlər. Kənan isə ayrılıb Nurlanının yaşadığı evə getmişdir. Bir qədər sonra, Təqsirləndirilən şəxs3 və o, bilrikdə gəlmiş və bir qədər oturub söhbət etdikdən sonra Kənan oradan çıxıb getmişdir. Törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiklərini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bir neçə müddətdir tanıyır, belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 işlədiyi yerin, yəni, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi ətrafında yaşadıqları üçün işlədiyi avtoyuma məntəqəsinə gəlib getdikcə salam-sağolu yaranmış və tanışlığı olmuş, müəyyən vaxtlarda birlikdə söhbət edib vaxt keçirmişlər. 2024-cü ili aprel ayında həmin tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə olarkən söhbət əsnasında Təqsirləndirilən şəxs3 əvvəllər motosikletinin olduğunu və həmin motosikletin Abşeron rayonu ərazisində oğurlandığı üçün Abşeron Rayon Polis İdarəsinə şikayət etdiyini, lakin heç bir nəticəsi olmadığını bildirmişdir. Bundan əlavə, Nurlan Nəcəfov sonradan yenidən motosiklet aldığını, həmin motosiklet ilə qəza keçirdiyi üçün hazırda motosikletinin cərimə meydançasında olduğunu demiş, onun motosikleti oğurlandığı üçün motosiklet oğurlayacağını və bu işdə ondan və digər tanışı Təqsirləndirilən şəxs1 kömək istəmişdir. Bu fikirin yaxşı olmadığını deyib bu haqda bir neçə gün aralarında müzakirələri olmuşdur. Bu zaman ərzində Təqsirləndirilən şəxs1 da pula ehtiyacının olduğunu, istifadəsində olan mobil telefonunu lombarda qoyub pul götürdüyünü, motosiklet oğurlaqdıqdan sonra bir müddət işləyərək pul qazanıb lombardın kreditini ödəyəcəyini bildirib bu fikrə qismən razı olacağını bildirmişdir. Bundan sonra, 02 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs3 motosiklet oğurlamaq istədiyini yenidən və onunla birlikdə Təqsirləndirilən şəxs1 da motosiklet oğurlanmasında ona kömək etmələrini xahiş etmişdir. Beləliklə, o, və Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs3 təklifi ilə razılaşmış və Abşeron rayonu, Masazır qəsəbəsindən taksi ilə Bakı şəhəri istiqamətində hərəkət etmişlər. 03 may 2024-cü il tarixdə, təxminən saat 00 radələrində Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” dairəsi yaxınlığında markasını və dövlət nömrə nişanını xatırlamadığı taksidən enmiş və Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” dairəsi ətrafında olan məhəllələri gəzib oğurlamaq üçün münasib motosiklet axtarmağa başlamışlar. Hər üçü tanımadığı məhəllələrə və həyətlərə daxil olub oğurlamağa münasib motosiklet axtarmışlar. Bir neçə motosikletə yaxınlaşıb yoxlamış, lakin sükanı kilitli olduğundan sürüb apara bilməyəcəklərini anlamış və sükanı kilitli olmayan motosiklet axtarmağa davam etmişlər. Bundan sonra, həmin vaxt, yəni, 03 may 2024-cü il tarixdə, saat təxminən 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Talıblı küçəsində olan zaman avtomobillər dayanan cərgədə, binanın qarşısında bənövşəyi rəngli “Tufan S 150” markalı, 99-G-493 dövlət nömrə nişanlı motosikletin olduğunu görmüşlər və Təqsirləndirilən şəxs3 motosikletin sükan hissəsini yoxlayaraq açıq olduğunu müəyyən etmişdir. Bundan sonra, motosikleti yerindən tərpədib əli ilə sürə-sürə digər tərəfə, başqa bir həyətə gətirmişdir. Sözügedən motosikleti oğurladıqları həyətin üzbəüzü ilə olan istiqamət bir qədər motosikleti əli ilə sürə-sürə başqa bir həyətə gətirib kənarda, qaranlıq hissədə saxlamışdır. Orada Təqsirləndirilən şəxs3 motosikletdən başı çıxdığı üçün hansısa naqilləri bir-birindən ayırıb yenidən toxundurmuş, daha sonra ayaq pedal ilə motosikleti bir neçə cəhddən sonra işə salmağı bacarmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs3 özünə aid olan kaskanı başına taxıb sükana keçmiş və o, da arxa hissəsində oturacaqda əyləşmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs3 motosikleti idarə etmiş və onlar ikisi oradan uzaqlaşmış, digər tanışı Təqsirləndirilən şəxs1 isə taksi ilə gələcəyini bildirmişdir. Bundan sonra, sürə-sürə motosikletlə yaşadığı, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi yaxınlığına gəlmiş və Təqsirləndirilən şəxs3 yaşadığı binaya çatmamış motoskiletdən yerə enmişdir. Bir qədərdən sonra Təqsirləndirilən şəxs1 da taksi ilə yanlarına gəlmiş və Nurlan Nəcəfovla birlikdə oğurladıqları motosikletə əyləşib oradan getmişlər. O, isə ayrılıb Nurlanının yaşadığı evə getmiş, bir qədər sonra, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 bilrikdə gəlmiş, bir qədər oturub söhbət etdikdən sonra o, oradan çıxıb getmişdir. Törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiklərini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir neçə müddətdir tanıyır, belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işlədiyi yerin, yəni, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi ətrafında yaşadıqları üçün işlədiyi avtoyuma məntəqəsinə gəlib getdikcə salam-sağolu yaranmış və tanışlığı olmuş, müəyyən vaxtlarda birlikdə söhbət edib vaxt keçirmişlər. 2024-cü ili aprel ayında həmin tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə olarkən söhbət əsnasında o, əvvəllər motosikletinin olduğunu və həmin motosikletin Abşeron rayonu ərazisində oğurlandığı üçün Abşeron Rayon Polis İdarəsinə şikayət etdiyini, lakin heç bir nəticəsi olmadığını, sonradan yenidən motosiklet aldığını, həmin motosiklet ilə qəza keçirdiyi üçün hazırda motosikletinin cərimə meydaçasında olduğunu, motosikletin oğurlandığı üçün motosiklet oğurlayacağını demiş və bu işdə Təqsirləndirilən şəxs2 və digər tanışı Təqsirləndirilən şəxs1 kömək istəmişdir. Onlar bu fikrin yaxşı olmadığını deyib bu haqda bir neçə gün aralarında müzakirələri olmuşdur. Bu zaman ərzində Təqsirləndirilən şəxs1 da pula ehtiyacının olduğunu, istifadəsində olan mobil telefonunu lombarda qoyub pul götürdüyünü, motosiklet oğurladıqdan sonra bir müddət işləyərək pul qazanıb lombardın kreditini ödəyəcəyini bildirib bu fikrə qismən razı olacağını bildirmişdir. Bundan sonra, 02 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixə keçən gecə o, motosiklet oğurlamaq istədiyini, yenidən Təqsirləndirilən şəxs2la birlikdə Təqsirləndirilən şəxs1 da motosiklet oğurlanmasında ona kömək etmələrini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun təklifi ilə razılaşmış və Abşeron rayonu, Masazır qəsəbəsindən taksi ilə Bakı şəhəri istiqamətində hərəkət etmişlər. 03 may 2024-cü il tarixdə, təxminən saat 00 radələrində Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” dairəsi yaxınlığında markasını və dövlət nömrə nişanını xatırlamadığı taksidən enmişlər. Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” dairəsi ətrafında olan məhəllələri gəzib oğurlamaq üçün münasib motosiklet axtarmağa başlamışlar. Hər üçü tanmadıqları məhəllələrə və həyətlərə daxil olub oğurlamağa münasib motosiklet axtarmışlar. Bir neçə motosikletə yaxınlaşıb yoxlamış, lakin sükanı kilitli olduğundan sürüb apara bilməyəcəklərini anlamış və sükanı kilitli olmayan motosiklet axtarmağa davam etmişlər. Bundan sonra, həmin vaxt, yəni, 03 may 2024- cü il tarixdə, saat təxminən 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Talıblı küçəsində olan zaman avtomobillər dayanan cərgədə, binanın qarşısında bənövşəyi rəngli “Tufan S 150” markalı, 99-G-493 dövlət nömrə nişanlı motosikletin olduğunu görmüş və o, motosikletin sükan hissəsini yoxlayaraq açıq olduğunu müəyyən etmişdir. Bundan sonra, motosikleti yerindən tərpədib əli ilə sürə-sürə digər tərəfə, başqa bir həyətə gətirmişlər. Sözügedən motosikleti oğurladığı həyətin üzbəüzü ilə olan istiqamət bir qədər motosikleti əli ilə sürə-sürə başqa bir həyətə gətirib kənarda, qaranlıq hissədə saxlamışlar. Orada o, motosikletdən başı çıxdığı üçün naqilləri bir-birindən ayırıb yenidən toxundurmuş, daha sonra ayaq pedalı ilə motosikleti bir neçə cəhddən sonra işə salmağı bacarmışdır. Bundan sonra, o, özünə aid olan kaskanı başına taxıb sükana keçmiiş və Təqsirləndirilən şəxs2 onun arxa hissəsində oturacaqda əyləşmişdir. Bundan sonra, o, motosikleti idarə etmiş və ikisi oradan uzaqlaşmış, digər tanışı Təqsirləndirilən şəxs1 isə taksi ilə gələcəyini bildirmişdir. Bundan sonra, sürə-sürə motosikletlə yaşadıqları Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi yaxınlığına gəlmiş və Təqsirləndirilən şəxs2 yaşadığı binaya çatmamış motoskiletdən yerə enmişdir. Bir qədərdən sonra Təqsirləndirilən şəxs1 da taksi ilə yanlarına gəlmiş və onunla birlikdə oğurladıqları motosikletə əyləşib oradan getmişlər. Təqsirləndirilən şəxs2 isə ayrılıb Nurlanının yaşadığı evə getmişdir. Bir qədər sonra, o, və Təqsirləndirilən şəxs1 bilrikdə gəlmiş və bir qədər oturub söhbət etdikdən sonra Təqsirləndirilən şəxs2 oradan çıxıb getmişdir. Törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiklərini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi zərərçəkmiş şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs bildirmişdir ki, özünə məxsus “Tufan S150» markalı, 99-G-493 dövlət nömrə nişanlı motosikleti vardır, həmin ümumi dəyəri 2970 manat olan motosikleti 19 sentyabr 2023-cü il tarixdə kredit üsulu ilə "xxxx" MMC-dən krediti şərti ilə ilkin ödəniş 1100 manat etməklə, 12 ay müddətinə hər ay 170 manat ödəmək şərti ilə alıb kuryer fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda ödənişi "xxxx" MMC-yə tam olaraq ödəmiş, bununla bağlı ödənişin tam başa çatması ilə bağlı arayış almış, lakin müəyyən səbəblərdən həmin motosikleti adına rəsmiləşdirə bilməmişdir. Motosiklet hazırda onun mülkiyyətindədir. Belə ki, 02 may 2024-cü il tarixdə saat təxminən 23:15 radələrində idarə etdiyi özünə məxsus yuxarıda qeyd edilən motosikleti yaşadığı ünvan 2 ünvanın qarşısında saxlayıb yaşadığı evə getmişdir. Səhəri gün, yəni 03 may 2024-cü il tarixdə saat 09:50 radələrində o, evdən çıxıb işlərinin arxasınca getmək istədikdə 02 may 2024-cü il tarixdə axşam saatlarında saxladığı «Tufan S150» markalı, 99-G-493 dövlət nömrə nişanlı motosikletin yerində olmadığını aşkar etmişdir. O, motosikleti məhlədə bir qədər axtarsa da motosikleti tapa bilməmiş və motosikletin oğurlanmasına əmin olduğu üçün DİN-nin 102 xidmətinə zəng edib məlumat verib, Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə iilə müraciət etmişdir.Baş vermiş hadisə nəticəsində, yuxarıda qeyd etdiyi özünə məxsus «Tufan S 150» markalı, 99-G-493 dövlət nömrə nişanlı motoskletin oğurlanması nəticəsində ona ümumilikdə 2970 (iki min doqquz yüz yetmiş) manat maddi ziyan dəymişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2970 manat məbləğində maddi ziyan dəymiş, belə ki, oğurlanmış «Tufan S 150» markalı, 99-G-493 dövlət nömrə nişanlı motoskletin qiyməti 2970 manatdır. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 21 iyun 2024cü il tarixli 9/3601/2024 nömrəli rəyində göstərilən məbləğlərlə razı olmamışdır. «Tufan S 150» markalı, 99-G-493 dövlət nömrə nişanlı motoskletin qiymətinin 2970 manat kimi qəbul olunmasını və baş vermiş hadisə nəticəsində ümumilikdə 2970 manat məbləğdə maddi ziyan dəyməsi kimi qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 03 may 2024-cü il tarixli protokoldan görünür ki, araşdırma zamanı Zərərçəkmiş şəxs müraciəti əsasında onun iştirakı ilə hal şahidləri olmadan video-çəkilişlə hadisə yerinə baxış keçirildi. Baxış zamanı həmin yerin ünvan 2 binanın qarşısındakı yer olduğu müəyyən olunmuş, həmin yerdə ətrafda müşahidə kameraları yoxdur, hadisə yerində şübhəli əşya, predmet yoxdur. Zərərçəkmiş şəxs göstərərək motosikletinin həmin yerdən oğurladığını bildirmiş, baxış açıq hava altında təbii işıqlandırma yolu ilə keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır (i.v.8-9). “Könüllü təqdim edilmiş motosikletin götürülməsi barədə” 05 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 “Tufan S 150” markalı, 99-G-493 dövlət nömrə nişanlı motosiklet götürülmüşdür (i.v.20). “İfadənin yerində yoxlanılması haqqında” 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Səlimov X4 Eltun Elçin oğlu və Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Talıblı küçəsində avtomobillər dayanan cərgədə, binanın qarşısında gördükləri motosikleti gizli olaraq talamaqla oğurladığını bildirməklə əyani olaraq göstərməklə ifadəsində bildirdiyi halları və faktları təsdiq etmişdir (i.v.105-107). “İfadənin yerində yoxlanılması haqqında” 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Talıblı küçəsində avtomobillər dayanan cərgədə, binanın qarşısında gördükləri motosikleti gizli olaraq talamaqla oğurladığını bildirməklə əyani olaraq göstərməklə ifadəsində bildirdiyi halları və faktları təsdiq etmişdir (i.v.108-110). “İfadənin yerində yoxlanılması haqqında” 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Kərəmov X3 Kənan Cabbar oğlu və Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Talıblı küçəsində avtomobillər dayanan cərgədə, binanın qarşısında gördükləri motosikleti gizli olaraq talamaqla oğurladığını bildirməklə əyani olaraq göstərməklə ifadəsində bildirdiyi halları və faktları təsdiq etmişdir (i.v.111-113). “CD diskə baxış keçirilməsi haqqında” 27 may 2024-cü il tarixli protokoldan görünür ki, görüntüyə baxış keçirilən zaman 03 may 2024-cü il tarixdə saat 01:30 dəqiqədə 3 nəfər şəxsin motosikleti əlində sürərək hərəkət etmələri, oğurlandığı yerdən digər başqa bir həyətə gətirilməsi, daha sonra motosikletin işə salınması üçün naqillərin bir-birinə birləşdirilərək işə salınması, başında kaska olan şəxsin sükan arxasına əyləşməsi, digər ikinci şəxsin sürücünün arxa hissəsindəki oturacağa keçərək əyləşməsi, daha sonra motosikleti hərəkətə gətirib uzaqlaşması, digər üçüncü şəxsin isə piyada olaraq hərəkət etməsi müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs3 bildirmişdir ki, görüntüdə əks olunan başında kaska olan və motosikleti idarə edən şəxs özüdür, arxa hissəsində əyləşən şəxs Təqsirləndirilən şəxs2, digər piyada hərəkət edən şəxs isə Təqsirləndirilən şəxs1dur (i.v.207). Zərərçəkmiş şəxs Bakı şəhər Yasamal RPİ-nin rəisinə ünvanladığı ərizədən görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir şikayət, tələbi, təklifi yoxdur, həmçinin gələcəkdə də olmayacaqdır, ona dəymiş ziyan ödənildiyindən şikayətinin olmamasına dair yazdığı bu ərizəni və notarial qaydada təsdiq olunmuş ərizəni ********* nömrəli cinayət işinə əlavə edilməsini xahiş etmişdir (i.v.216). Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir şikayət və tələbi yoxdur (i.v.217). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyun 2024-cü il tarixli, 9/3601 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2023-cü il buraxılışlı, mühərriki 150 cm³ həcmli olan, “Tufan S” 150 markalı, 99-G-493 dövlət nömrə nişanlı motosikletin istifadədə olması (üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları və cızıqlar)) nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 2400,00 manat müəyyən olunur (i.v.225-228). “Sübutların qiymətləndirilməsi haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, 07 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1 maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, iş üzrə 07 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, iş üzrə 07 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələri işin digər halları ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs ifadələri, baxış keçirilməsi protokolu, maddi sübutun götürülməsi protokolu, ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokolunun sübut növü kimi qiymətləndirilməsi, iş üzrə oğurluq hadisəsini əks etdirən 01 ədəd CD diskin iş üzrə maddi sübut növü kimi tanınması və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması, iş üzrə 01 ədəd “Tufan S 150” markalı, 99-G-493 dövlət nömrə nişanlı motosikletin maddi sübut kimi tanınması və saxlanmasından ötrü Zərərçəkmiş şəxs qaytarılması, iş üzrə 01 ədəd “Tufan S 150” markalı, 99-G-493 dövlət nömrə nişanlı motosikletin dəyəri Zərərçəkmiş şəxs göstərməsinə əsasən 2970 manat kimi qəbul olunması, iş üzrə 01 ədəd “Tufan S 150” markalı, 99-G-493 dövlət nömrə nişanlı motosikletin dəyəri zərərçəkmiş səxs Zərərçəkmiş şəxs oğlunun göstərməsinə əsasən 300 manat kimi qəbul olunduğundan iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyun 2024-cü il tarixli, 9/3601/2024 saylı rəyinin sübut növü kimi qiymətləndirilməməsi və bu halın məhkəmə baxışı zamanı nəzərə alınması qərara alınmışdır (i.v.241-246). Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus Tufan S-150 markalı, 99-G-493 dövlət nömrə nişanlı göy rəngli motosikleti Bakı şəhəri Yasamal rayon polis idarəsinin baş müstəntiqi, polis mayoru Azər İsmayılzadədən təhvil almışdır (i.v.256). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələrinin, iş materiallarında olan videogörüntülərin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 may 2024-ci il tarixli qərardan görünür ki, toplanmış materiallarda Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tövsifedici əlamətləri mövcud olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v.1). “Tutma haqqında” 05 may 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 may 2024-cü il tarixdə, saat 19:00-da tutulmuşdur (i.v.38-39). “Tutma haqqında” 05 may 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 may 2024-cü il tarixdə, saat 20:00-da tutulmuşdur ( i.v.60-61). “Tutma haqqında” 05 may 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 05 may 2024-cü il tarixdə, saat 21:00-da tutulmuşdur (i.v.82-83). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 4(004)-423/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir (i.v.176-178). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 179-180). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2024-ci il tarixli, 4(004)-421/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir (iv.182-185). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 186-187). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2024-ci il tarixli, 4(004)-422/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir (iv.189-191) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 192-193). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 13 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur (i.v.202). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 13 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (i.v.203). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 13 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (i.v.204). “Təqsirləndirilən şəxsin qətimkan tədbirlərinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və eyni zamanda cinayət işinin icraatının dayandırılması haqqında” 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilərək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır (i.v.234). “Şəxsin könüllü gəlməsi haqqında” 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə istintaq orqanına gələrək istintaq orqanı tərəfindən axtarıldığı və barəsində axtarış elan edilməsi barədə heç bir məlumatının olmadığını və hazırda bu barədə məumat aldığı üçün özünün dərhal könüllü olaraq istintaq orqanına gəldiyini bildirmişdir (i.v.237). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v.238). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını, cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını, cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını, cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onların şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi AR CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonunda çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi AR CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonunda çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci 50 (əlli) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut kimi tanınmış “Tufan S 150” markalı, 99-G-493 dövlət qeydiyyat nişanlı motosikletin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut -01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05 may 2024-cü il tarixdən 07 may 2024-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 05 may2024-cü il tarixdən 07 may 2024-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 05 may 2024-cü il tarixdən 07 may 2024-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Tufan S 150” markalı, 99-G-493 dövlət qeydiyyat nişanlı motosikletin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “04 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “04 saylı” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “04 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “04 saylı” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “04 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “04 saylı” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-537/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-537/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver