Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-538/2025 26.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə etmiş, daşımış və üzərində saxlamışdır. Belə ki, o, 13 iyun 2025-ci il tarixdə səhər saatlarında Nəsimi ryaonu, “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş bir ədəd sellofan bükümündə təmiz çəkisi 1,446 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda 10 manat müqabilində əldə edib, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 1 ünvanında yerləşən Yasamal rayon qəbrsanlığına daşımaqla üzərində saxlamış, 13 iyun 2025-cü il tarixdə saat 16:00 radələrində Yasamal RPİ-nin 28ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 1 ünvanında yerləşən Yasamal rayon qəbirsanlığında saxlanılaraq onun üzərinə baxış keçirilmiş və baxış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş xeyli miqdarda ümumi təmiz çəkisi 1,446 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 01 ildən çox olmayaraq narkotik vasitə istifadə edir. 13 iyun 2025-ci il tarixdə, saat 14:00 radələrində tanışı X8 ilə birlikdə fəhlə kimi işləmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Saf Su” mağazasının yanından Badamdar qəsəbəsinə gedən zaman Yasamal qəbiristanlığının yaxınlığında 5 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq heç bir sorğu sual etmədən, onlara əl-qol atmağa başlamışlar. Həmin vaxt nə onun, nə də tanışı Şərif Rüstəmovun üzərində heç bir psixotrop maddə olmamışdır. Daha sonra polis əməkdaşları onları hədələyərək polis şöbəsindən gətirdikləri psixotrop maddə metamfetamini özlərinə məxsusmuş kimi təqdim etmələrini onlardan tələb etmişlər. Onlar məcbur qalıb polis əməkdaşlarının təklifi ilə razılaşmış və icərisində həmin maddə olan bükülünü götürmüşdür. Bundan sonra qəbiristanlığın yaxınlığında videoçəkilişlə üzərilərinə baxış keçirilmişdir. Videoçəkiliş zamanı polis əməkdaşının təklifi ilə əynində olan qara rəngi cins şalvarının sağ yan cibindən polis əməkdaşı tərəfindən təqdim olunmuş 01 ədəd sellofan torbanı təqdim etmişdir. Polis əməkdaşı həmin sellofan torbanı açdıqda içərisində ağ rəngli kristal şəkilli maddə olan metamfetamin olması müəyyən edilmişdir. Daha sonra polis əməkdaşları onları avtomobil ilə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis şöbəsinə gətirmişlər. Orada olan zaman polis əməkdaşları onları döymüş və hədələmişlər. İş materiallarına əlavə olunmuş sənədlərdəki mövcud olan imzalar ona məxsus olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifаdəsində göstərmişdir ki, 13 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə ondan və şöbənin digər əməkdaşları Şahid2, Şahid3, Şahid5 və Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və digər əməkdaşlarla birlikdə məlumat əsasında 13 iyun 2025-ci il tarixdə saat Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında yerləşən Yasamal qəbirsanlığında, təxminən saat 16:00 dəqiqədə onlar Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin istifadəsində şübhəli olması barədə məlumat olduğunu bildirib onun üzərinə video çəkilişlə baxış keçiriləcəyini bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs yanında özünü X2 təqdim edən şəxsdə olmuşdur. Bundan sonra videoçəkiliş həyata keçirilmiş və saxlanılan şəxslərə onların hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bir büküm içərisində kristal şəkkili maddəni təqdim edərək, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda onun içərisində ağ kristal şəkilli maddə olması müəyyən edilmiş və müvafiq ekspertizanın keçirilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. X6 da üzərinə baxış keçirildikdən sonra saxlanılan şəxslər Təqsirləndirilən şəxs və X1 RPİ-nin 28-ci PŞna gətirilmiş və onların üzərindən psixotrop maddənin aşkar edilərək götürlməsini əks etdirən videogörüntü təhqiatçıya təqdim eidlmiş və ona baxış keçirilmişdir. Saxlanılan şəxslər video görüntüdə göstərilənləri təsdiq edərək heç bir etirazı olmadığını bildirmişlər. Bununla əlaqədar olaraq tərtib edilmiş protokol tərəfindən və iştirakçılar tərəfindən imzalanmışlar. Məhkəmənin sualına cavab olaraq iş üzrə tərtib olunmuş sənədlərdə mövcud olan imzaların ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid5 və Şahid1 оğlu digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair” 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, 13 iyun 2025-ci il tarixdə saat 16:00 radələrində ünvan 5 ünvanında yerləşən Yasamal qəbirsanlığında saxlanılan Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş, baxış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edimişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bir büküm içərisində kristal şəkkili maddəni təqdim edərək, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, onu 13 iyun 2025-ci il tarixdə səhər özü istifadə etmək məqsədi ilə “Kubinka” deyilən ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən içərisində, bir ədə “Baku kart”, özünə məxsus şəxsiyyət vəsiqəsi və üç ədəd bank kartı olan pul kisəsini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra X8 əynində olan biz rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bir büküm içərisində kristal şəkkili maddəni təqdim edərək, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, onu 13 iyun 2025-ci il tarixdə səhər satlarında özü istifadə etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Bundan əlavə X8 əynində olan boz rəngli şalvarın sağ yan cibindən içərisində “Baku kart”, özünə məxsus şəxsiyyət vəsiqəsi və üç ədəd bank kartı və əynində olan boz rəngli şalvarın sağ yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilərkən içərisində ağ rəngli krisral şəkilli maddə aşkar edilmişdir. Bundan sonra onların üzərinə baxış keçirilmiş, başqa əşya aşkar olunmamışdır. Saxlanılan şxəslərin təqdim etdiyi həmin kütlə götürülmüş, qablaşdırılmış və onun üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 12-13) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, 13 iyun 2025-ci il tarixdə saat 16:00 radələrində ünvan 5 ünvanında yerləşən Yasamal qəbirsanlığında saxlanılan və Yasamal RPİ-nin 28-ci PŞ-na gətirilmiş Təqsirləndirilən şəxs və X7 hüquq vəzifələri izah olunmuş, Bundan sonra təhqiqata təqdim edilmiş 05 ədəd ağ zərfə və 01 ədəd DVD diskə iştirakılarla bilrikdə baxış keçirilmişdir. Şübhəli şəxslər Təqsirləndirilən şəxs və X8 görüntüdə özləri olduğunu, həmin psixotrop maddələrin onlara məxsus olduğunu, zərfin içərisində tamlğı pozulamdan psixotrop maddə olan metmafetamin olduğunu bildirmişdir. (i.v. 18-19) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2025-ci il tаriхli 6/2204 sаylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №167” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə Təqsirləndirilən şəxs(imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,446 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs və X6 üzərlərindən aşkar edilərək götürülmüş metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edir. (i.v. 48-53) “Diskə baxış keçirilməsi haqqında” 15 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Diskdə olan görüntü ünvan 8ünvanında yerləşən Yasamal qəbiristanlığında qeydə alınaraq, Yasamal RPİ-nin 28-ci PŞ-nin CA-üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 və onun yanında Yasamal RPİ-nin 28-ci PŞ-nin CA-üzrə baş ə\m polis kapitanı Şahid2, həmin PŞ-nin CA-üzrə əməliyyat müvəkkilləri polis kapitanı Şahid5 və polis leytenantı Şahid4 videonun çəkilişini isə həmin şöbənin əməliyyat müvəkkili polis mayoru Şahid3 tərəfindən həyata keçirilməsi baxış zamanı müşahidə olunur. Özünü Təqsirləndirilən şəxs və X2 təqdim edən şəxslərə ilkin olaraq hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmağı, həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs və X6 üstlərini yoxlamağa başlanılması müşahidə edilir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs və X7 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilməsi video görüntü zamanı görünür. Bu təklifdən sonra ilkin olaraq Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bir büküm içərisində kristal şəkkili maddəni təqdim edərək, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, onu bu gün səhər özü istifadə etmək məqsədi ilə “Kubinka” deyilən ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən içərisində, bir ədə “Baku kart”, özünə məxsus şəxsiyyət vəsiqəsi və üç ədəd bank kartı olan pul kisəsini çıxararaq polis əməkdaşlarına təqdim etməsi baxış zamanı müşahidə edildi. Bundan sonra X8 əynində olan onlar rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bir büküm içərisində kristal şəkkili maddəni təqdim edərək, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, onu bu gün səhər özü istifadə etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Bundan əlavə X8 əynində olan boz qara rəngli şalvarın sağ yan cibindən içərisində “Baku kart”, özünə məxsus şəxsiyyət vəsiqəsi və üç ədəd bank kartı və əynində olan boz qara rəngli şalvarın sağ yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon çıxararaq polis əməkdaşlarına təqdim etməsi baxış zamanı müəyyən edilmişdir. (i.v. 65-66) “Diskə baxış keçirilməsi haqqında” 15 iyun 2025-ci il tarixli protokoldan görünür ki, diskdə olan görüntü Bakı şəhəri, Yasamal rayonu, 28-ci PŞ-da qeydə alınaraq, Yasamal RPİ-nin 28-ci PŞ-nin CA-üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 və onun yanında Yasamal RPİ-nin 28-ci PŞ-nin CA-üzrə baş ə\m polis kapitanı Şahid2, həmin PŞ-nin CAüzrə əməliyyat müvəkkilləri polis kapitanı Şahid5 və polis leytenantı Şahid4 videonun çəkilişini isə həmin şöbənin əməliyyat müvəkkili polis mayoru Şahid3 tərəfindən həyata keçirilməsi baxış zamanı müşahidə olunur. X3 və X2 təqdim edən şəxsə Yasamal RPİ-nin 28-ci PŞ-nın təhqiqatçısı polis baş leytenantı Nihad İbrahimov tərəfindən Azərbaycan Respublikası Cinayət Prosussual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olundu, hüquq və vəzifələrinin ona aydın olub-olmaması soruşuldu, X12 və X8 hüquq və vəzifələrinin onlara izah olunduğunu, aydın olduğunu bildirdi. Bundan sonra görüntüdə təqdim olunan 05 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilməsi müşahidə edilir. Daha sonra bir ədəd DVD-yə təhqiqatçının otağıda kompüterdə baxış keçirilməsi müşahidə olunur. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması özəksini tapmışdır. DVD diskdə nümayiş etdirilən video görüntüdəki 05 ədəd ağ rəngli zərfin təqdim olunan zərflərlə eyni olduğu, üzərində olan möhür və imzalarla eyni olması və tamlığının pozulmaması iştirakçılar tərəfindən təsdiqlənməsi müşahidə olunur. Video görüntüdə göstərilənləri təsdiq edərək heç bir etirazı olmadığını bildirmişdir. (i.v. 67) “Maddi sübut kimi tanınma haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və ekspertiza tədqiqatından sonrakı qalıq 1.396 qram narkotik vasitə heroin isə saxlanılmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 95) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 01 sentyabr 2025-ci il tаriхli 3945 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 133-134) “Sübutların qiymətləndirilməsi haqqında” 04 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, baxışla əlaqədar içərisində baxış keçirilməsinə dair görüntülər olan 02 (iki) ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. (i.v. 135-144) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, bir neçə müddətdir ki, psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə edirmiş. Mahiyyəti üzrə bildirmişdir ki, 13 iyun 2025-ci il tarixdə səhər satlarında Nəsimi rayonu, “Kubinka” adlanana ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 10 manat pul ödəyərək bir büküm psixotrop maddə olan “pati” yəni metamfetamin alaraq götürüb şalvarının cibinə qoymuşdur ki, istifadə etsin. Bundan sonra o, tanışı olan X9 ilə görüşmüşdür. Həmin şəxsdə onun kimi psixotrop maddə audəçisi imiş. Lakin onun üzərində narkotik vasitə və ya psixotrop maddə olması barədə onun məlumatı olmamışdır. Bir qədər gəzikdən sonra onlar gəzərək Yasamal raonu, A.M.Şərifzadə küçsəi 1 ünvanında yerləşən Yasamal rayon qəbirsanlığında getmişlər. xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində ünvan 12 ünvanda yerləşən Yasamal rayon qəbirsalığında olan zaman beş nəfər şəxs onlara yaxınlaşaraq özlərinin Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis şöbəsinin əməliyyat müvəkkiləri olduqlarını bildirib özləri və vəqisələrini onlara təqdim etmişlər. Polis əməkdaşları onlara narkotik vasitələnin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onların üzərlərinə video çəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Bu zaman həmin əməkdaşlardan biri cibindən mobil telefon çıxardaraq çəkiliş aparmağa başlamışdır. Digər əməkdaşlar isə onların yanında durmuş və ilk öncə onun hüquqlarını və vəzifələrini izah etmişlər. Daha sonra isə onlara olan əməliyyat məlumatı aldıqarını bildirib üzərlərinə qanunsuz əşya və ya predmet varsa təqdim etməyini bildirmişlər. Onun üzərində psixotrop maddə olan “pati” olduğundan o, heç bir etiraz etmədən əynində olan qara rəngi cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan torbanı təqdim etmişdir. Polis əməkdaşı həmin sellofan torbanı açdıqda içərisində ağ rəngli kristal şəkilli maddə olan metamfetamin olması müəyən edilmişdir. Bundan başqa o, əynində qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefonu və sol arxa cibindən 01 ədəd pul qabını təqdim eləmişdir. Pul qabının içərisində olan şəxsiyyət vəsiqəsi, plastik kartlar sübut əhəmiyyət kəsb etdiyindən polsilər tərəfindən götürülmüşdür. 01 ədəd kibrit qutusu ,4 manat kağız və 60 qəpik dəmir pul onun özünə qaytarılmışdır. Daha sonra onun üzərinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş büküm ağ zərfin içərisinə qoyulmuş daha sonra isə iştirakçılar tərəfindən imzalanmış və zərflər üçün olan möhürlə möhürlənmişdir. Mobil telefon və plastik bank kartlarıda sübt əhəmiyyət kəbs etdiyindən zərfə qoyulmuşdir. Bundan sonra onun yanında olan X4 eyni üsulla baxış keçirilmişdir. O, əynində olan şalvarın sağ yan cibindən şəffaf sellofanda bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükümdə qablaşdırılaraq götürülmüşdür. Çəkiliş bitdikdən sonra onu Yasamal RPİ-nin 28ci Polis şöbəsinə dəvət etmişlər. Onlar etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində olan zaman onu otaqların birinə dəvət etmişlər. Orada özünü Yasamal RPPİ-nin 28-ci PŞ-nın təhqiqatçısı kimi təqdim edən Nihad İbrahimov adlı əməkdaş onun üzərindən çıxan və qablaşdırılaraq götürülmüş maddəni və çəkilişi ona təqdim etmişdir. O, həmin çəkilşdə özü olduğunu, həmin maddənin ona məxsus olduğunu, saxlanılan zaman və çəkiliş zamanı ona heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra üzərindən götürülmüş və qablaşdırılmış maddənin çəkisini və tərkibini müəyyən etmək üçün ekspertizaya yolluyacaqlarını bildirmişlər. Bu proses bitdikdən sonra təhqiqatçı tərəfindən ona şübhəli kimi hüquq və vəzifələrin izah edildikdən sonra müdafiəçilər siyahısını təqdim etmişdir. Həmin siyahıdan o, vəkil Müdafiəçi1 seçmişdir. Həmin müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, psixotrop maddə aldığı şəxsin anket məluatlarını bilmədiyini, saxlanılan zaman və polsi şöbəsində olan zaman ona heç bir fiziki və psixi təzyiq göstərilmədiyini bildirmişdir. (i.v. 78-80) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 13 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Yasamal RPİ-nin MSY-də saxlanılarkən, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalması barədə ərizə və şikayəti daxil olmamış, onun üzərinə baxış keçirilən zaman heçbir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 10 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı xəsarət almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman hər iki qasıq büküşündə, hər iki aşağı ətraflarda çoxsaylı piqmentləşmiş ləkələr aşkar edilmişdir. 18 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Ramin Mehdiyevin polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün material üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlamlmasının rədd edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-474/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2025-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən cinayət işinin materiallarında olan imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində psixotrop maddə olan metamfetaminin olmaması, polis əməkdaşları tərəfindən döyülməsi və iş materiallarına olan imzaların ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 118-cü qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə - metamfetaminin təmiz çəkisi 1.446 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-nin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 31-32) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-474/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 iyun 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 86-90) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)- 39/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 103-104, 105-112) CM-nin: 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə əsasən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.396 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 13 iyun 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş psixotrop maddə olan metamfetaminin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 13 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 1.396 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 240 (iki yüz qırx) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X5, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-538/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-538/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver