Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-539/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, natamam orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 evdə kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, silah qismində istifadə edilən predmetdən istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 may 2025-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanında yaşayış binasının qarşısında heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs ilə mübahisə edib, sonuncunun ünvanına nalayiq ifadələr işlədib, yerdən götürərək silah qismində istifadə etdiyi şüşə parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq ona boyun və qarın nahiyəsinin deşilmiş-kəsilmiş yaraları, burun nahiyəsinin səthi kəsilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 may 2025-ci il tarixdə Yeni Yasamal, D.Bünyadzadə küçəsi 3 ünvanında yerləşən metal qəbul yerinin qarşısında Elvin və Orxan mübahisə etmişlər və Orxan onu da həmin yerə çağırmışdır. O, yaxınlaşdıqda onların arasındakı mübahisə davam etmiş və onu həmin mübahisəyə qoşaraq Orxan ondan Elvinin onun var-yoxuna qarşı nalayiq ifadələr işlətməsi barədə sual vermişdir. O da Elvinin o, olmayan vaxtı onun haqqında xoşagəlməz ifadələr, söyüşlər işlətdiyini demişdir. Lakin Elvin ona etiraz edərək elə söz demədiyini və ona şər atdığını bildirmişdir. Orxan mübahisəni sonlandırıb oradan çıxıb getmişdir. Lakin Elvin onun üstünə gələrək nə üçün belə etdiyini soruşmuş və onun anasının ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin o da Zərərçəkmiş şəxs ünvanına ucadan söyüş söymüşdür. Daha sonra Elvin onun üzündən yumruq zərbəsi vurmuşdur. O, Elvinin fiziki cəhətdən ondan daha güclü olduğu üçün ona gücü çatmayacağını anlamış və yerdən şüşə parçası götürərək ona zərbə endirmişdir. Daha sonra o, hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Etdiyi hərəkətdən səmimi olaraq peşman olmuşdur. Hadisənin baş verməsinə səbəb Elvinin Orxan olmayan vaxtı onun haqqında qeyri-etik ifadələr işlətməsini onun Orxana bildirməyi və Orxan Elvinlə onu bir araya gətirdikdə Elvinin Orxana nalayiq ifadələr işlətmədiyini bildirərək onun anasının ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Daha sonra mübahisə zamanı orada özü və Elvindən başqa heç kəs olmamışdır. Hadisə zamanı ilk öncə Elvin ona yumruq zərbəsi vurmuş, bundan sonra o, Elvinə şüşə qırığı ilə xəsarət yetirmişdir. Hadisədən sonra həmin yerdən uzaqlaşmaq üçün qaçmış və əlindəki şüşə qırığını yerə atmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, münaqişənin səbəbi Elvin Orxanın arxasınca nalayiq sözlər işlətməsini Orxana bildirməsi və Elvinin isə bu sözləri işlətmədiyini və bunu Orxana dediyi üçün onun anasının ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Münaqişə təxminən 1 dəqiqə çəkmiş, həmin zaman orada kənar şəxslər olmamış və özləri ayrılaraq getmişlər. Videogörüntüdən göründüyü kimi ilk öncə onu zərərçəkmiş şəxs Elvin yumruqla vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 5 aya yaxındır ki tanımış və onunla əvvəllər birlikdə Yeni Yasamalda yerləşən metal qəbulu yerində işləmişlər. Təqsirləndirilən şəxs də onun kimi kirayə evlərdə yaşamış və son vaxtlar qalmağa yeri olmadığı üçün bayırda qalmışdır. 28 may 2025-ci il tarixdə saat 22 radələrində dəmir yığıb Yeni Yasamal, D.Bünyadzadə küçəsi 3 ünvanında yerləşən metal qəbulu yerinə gəlmişdir. Həmin vaxt orada Orxan adlı şəxs onu metal qəbulu yerinin qarşısında görüb çağırmış və yaxınlaşdıqda onun arxasınca söyüş söydüyünü bildirmişdir. O isə Orxana elə bir halın olmadığını və elə bir söz demədiyini demişdir. Orxan bu sözü ona Təqsirləndirilən şəxs dediyini bildirmiş və Cavadı ora çağırmışdır. O, dərhal Cavadın gəlməsini istəmiş və bu anlaşılmazlığın aradan qaldırılmasını bildirmişdir. Cavad ora yaxınlaşdıqda o, Cavada elə bir söz demədiyini və nə üçün ona şər atdığını soruşmuş və onların arasında mübahisə yaranmışdır. Mübahisə vaxtı o, Cavada yumruq zərbəsi vurmuş, Cavad da bunun müqabilində yerdən götürdüyü şüşə qırığı ilə onun boğazına və qarın nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra Cavad hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ilə arasındakı mübahisəyə səbəb Cavadın onun barəsində yalandan ifadə işlətməsi və Orxan adlı şəxsə guya onun söyüş söymüş kimi təqdim etməsidir. Lakin o, Orxan barəsində heç bir ifadə və söz işlətməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisə təxminən 1 dəqiqə çəkmiş, həmin vaxt orada kənar şəxslər olmamışdır. X8 yalandan məlumat verdiyi üçün Cavadın anasının ünvanına nalayiq ifadələr işlətmiş və ilk yumruq zərbəsini endirmişdir. Hadisə qaranlıq və tənhalıq bir ərazidə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Cavad onun yanına gələrək Elvinin onu söydüyünü demişdir. O da Cavada bildirmişdir ki, əgər belə bir məsələ varsa gedib Elvinin özü ilə aydınlaşdırsınlar. Daha sonra Elvinlə görüşmüş və ondan onu niyə söydüyünü soruşmuşdur. Elvin də qarşılığında onu söymədiyini bildirmişdir. Cavad və Elvinlə bir qədər söhbət etdikdən sonra o, öz işlərini görməyə getmiş və qayıdıb gələndə görmüşdür ki, Cavadla Elvin artıq mübahisə ediblər. Verilən suallara cavab olaraq Cavadla Elvin mübahisə edən zaman orada olmadığını, həmçinin onun həqiqi adının Orxan olduğunu və ona Rəmiş deyə müraciət etdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 29 may 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən 286 nömrəli məktəbin yaxınlığında yaşayış binasının qarşısıdır (i.v. 8-10). “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 16). “Diskə baxış keçirilməsi haqqında” 09 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X3, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 177.6 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə ondan ötrü ki, baş vermiş xuliqanlıq hadisəsini özündə əks etdirən 01 ədəd diskə xidməti iş otağında baxış keçirmiş, diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «DVD-R» formatlıdır. Disk üzəri ağ rəngdədir, üzərinə «VERBATİM» yazısı həkk olunmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti iş otağında olan həmin disk “Hp” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin fayla baxış keçirən zaman, xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxslə Zərərçəkmiş şəxs bənzəyən şəxsin yol kənarında bir-biri ilə mübahisə edərək əlbəyaxa olması, bu zaman Təqsirləndirilən şəxs əlində olan hansısa əşya ilə Zərərçəkmiş şəxs bir neçə dəfə vuraraq xəsarət yetirməsi, sonuncunun isə özünü müdafiə etməsi və sonra Zərərçəkmiş şəxs aldığı zərbələrdən yerə yıxılması, Təqsirləndirilən şəxs isə oradan kənarlaşması, daha sonra isə Zərərçəkmiş şəxs ayağa qalxıb Təqsirləndirilən şəxs getdiyi istiqamətə doğru bir neçə addım atıb sonra dayanması müəyyən edilmişdir. Diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü və Zərərçəkmiş şəxs olması, hadisə zamanı yerdən götürdüyü şüşə parçası ilə sonuncunun bədənindən bir neçə dəfə vurması və sonra isə həmin şüşə parçasını dəqiq xatırlmadığı yerə atmasını bildirmişdir (i.v. 81). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 01 iyul 2025-ci il tarixli, 439 saylı rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - boyun və qarın nahiyəsinin deşilmiş-kəsilmiş yaraları, burun nahiyəsinin səthi kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (i.v. 82-84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 daxil olmuş 18 iyul 2025-ci il tarixli, 3-28-29/2-6822/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 93). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2360 saylı rəydən görünür ki, yoxlanılan saxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi müəyyən əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tedqiqinə əsasən, məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Əhmad oğlunda hər hansı psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini ve ictimai təhlükəliliyini dərk etmək ve onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. O, hazırda öz hərəkətlərinin faktiki xarakterini ve ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (i.v. 100-102). “İfadənin yerində yoxlanılması haqqında” 01 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X3, tərtib etmişdir həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51, 85 və 261-ci maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs iştirakı ilə ona görə ki, bu gün icraatında Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs istintaq zamanı cinayət işi üzrə verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədi ilə Azərbaycan Respublikası CPM-nin 260-cı maddəsinə əsasən ifadəsini yerində yoxlamış, istintaq hərəkətinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildi. İfadənin yerində yoxlanılması təbii işıqda keçirildi. İlkin olaraq Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması üçün Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 286 nömrəli məktəbin yaxınlığında yaşayış binasının qarşısına getmək lazım olduğunu bildirdi. Bunun üçün onlar ünvan 3 ünvanında yerləşən 286 nömrəli məktəbin yaxınlığında yaşayış binasının qarşısına getmişlər. Ünvana çatdıqda Təqsirləndirilən şəxs əyani olaraq hadisə yerini göstərib bildirdi ki, 28 may 2025-ci il tarixdə Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə küçəsi 3 ünvanında yerləşən metal qəbul yerinin qarşısında Elvin və Rəmiş mübahisə etmişlər və Rəmiş onu da oraya çağırmışdır. O, həmin yerə yaxınlaşdıqda onların arasındakı mübahisə davam etmiş və onu həmin mübahisəyə qoşaraq Rəmiş ondan Elvinin onun anasına qarşı qeyri-etik ifadələr işlətməsi barədə sual vermişdir. O da Elvinin o, olmayan vaxtı onun haqqında xoşagəlməz ifadələr, söyüşlər işlətdiyini demişdir. Lakin Elvin ona etiraz edərək elə söz demədiyini və ona şər atdığını bildirmişdir. Rəmiş mübahisəni sonlandırıb oradan çıxıb getmişdir. Lakin Elvin onun üstünə gələrək nə üçün belə etdiyini soruşmuş və onun ünvanına təhqiramiz ifadələr işlətmişdir. Bir qədər keçdikdən sonra Elvin onun üzündən yumruq zərbəsi vurmuşdur. O, yumruq zərbəsinin təsirindən yerə yıxılmışdır. O, Elvinin fiziki cəhətdən ondan daha güclü olduğu üçün ona gücü çatmayacağını anlamış və yerdən şüşə parçası götürərərk ona zərbə endirmişdir. Daha sonra o, hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Etdiyi hərəkətdən səmimi olaraq peşman olmuşdur. Hadisə 28 may 2025-ci il tarixdə saat 22 radələrində Yeni Yasamalda yerləşən metal qəbulu yerinin qarşısında baş vermişdir. Hadisənin baş verməsinə səbəb Elvinin Rəmiş olmayan vaxtı onun haqqında qeyri-etik ifadələr işlətməsini onun Rəmişə bildirməyi olmuşdur. Hadisə zamanı orada özü və Elvindən başqa heç kəs olmamışdır. Hadisə zamanı Elvin onu yumruq zərbəsi vurmuş və təsirindən yerə yıxılmış və yerdən şüşə qırığı alaraq ona xəsarət yetirmişdir. Hadisədən sonra həmin yerdən uzaqlaşmaq üçün qaçmış və əlindəki şüşə qırığını yerə atmış, lakin hara atdığını dəqiq bilməmişdir (i.v. 107-111). “Sübutların qiymətləndirilməsi haqqında” 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ttihamın mahiyyətinə əlavə və dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə yenidən ittiham elan olunması və barəsində seçilmiş “başqa yerə getməmək haqqıda iltizam” qətimkan tədbirinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128 və 228.5-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi kimi onun cəzasını ağırlaşdıran halın olmamasının nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs öz təqsirini etiraf etməsi bütün sübutlar məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, cinayət işi üzrə baş vermiş xuliqanlıq hadisəsini özündə əks etdirən həmin 01 (bir) ədəd «DVD» diskin sübut növü kimi tanınması və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə özünün ilkin izahatı, etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, diskə baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibbi və ambulator məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, maddi sübut iş üzrə toplanmış digər sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun olduğundan sübut növü kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, qərar barəsində maraqlı tərəflərə məlumat verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (i.v. 112-118). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixli təqdim edilmiş yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş və onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 28 may 2025-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 28 may 2025-ci il tarixdə ünvan 3 ünvanında yaşayış binasının qarşısında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq ona boyun və qarın nahiyəsinin deşilmişkəsilmiş yaraları, burun nahiyəsinin səthi kəsilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirmiş və nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 28 may 2025-ci il tarixdə baş vermiş hadisə ünvan 3 ünvanında yaşayış binasının qarşısında, yəni ictimai yerdə baş versə də, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı zor tətbiq edərkən hadisə yerində hər hansı kənar şəxs (şəxslər) olmamış, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmasını hər hansı kənar şəxs (şəxslərin) görməsi müəyyən edilməmişdir ki, bu da onu deməyə əsas verir ki, ictimai qaydanın pozulması başqa şəxs üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə və ya özgənin əmlakının məhv edilməsi yaxud zədələnməsi ilə müşayiət olunmadığından, belə olan halda təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişərək onun hərəkətlərinin şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevrilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. AR CM-nin 221.3-cü maddəsində isə AR CM-nin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduğu halda həmin maddə ilə cinayət məsuliyyətinin yaranması təsbit olunmuşdur. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.3cümaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsiqərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə ilk növbədə istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübutların qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrindən görünür ki, o, Elvinin onun üzündən yumruq zərbəsi vurduğunu, yumruq zərbəsinin təsirindən yerə yıxıldığını, Elvinin fiziki cəhətdən ondan daha güclü olduğu üçün ona gücü çatmayacağını anladığı üçün yerdən şüşə parçası götürərək ona zərbə endirdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin 02 iyun 2025-ci il tarixli izahatından görünür ki, 28 may 2025-ci il tarixdə saat 22 radələrində dəmir yığıb Yeni ünvan 4 ünvanında yerləşən metal qəbulu yerinə gəldiyini, həmin vaxt orada Rəmiş adlı şəxsin onu metal qəbulu yerinin qarşısında görüb çağırdığını və yaxınlaşdıqda onun anasına söyüş söydüyünü bildirdiyini, onun isə Rəmişə elə bir halın olmadığını və elə bir söz demədiyini dediyini, Rəmişin bu sözü ona Təqsirləndirilən şəxs dediyini bildirdiyini və Cavadı ora çağırdığını, onun dərhal Cavadın gəlməsini istədiyini və bu anlaşılmazlığın aradan qaldırılmasını bildirdiyini, Cavad ora yaxınlaşdıqda onun Cavada elə bir söz demədiyini və nə üçün ona şər atdığını soruşduğunu və onların arasında mübahisə yarandığını, mübahisə vaxtı onun Cavada yumruq zərbəsi vurduğunu, Cavadın da bunun müqabilində yerdən götürdüyü şüşə qırığı ilə onun boğazına və qarın nahiyəsinə xəsarət yetirdiyini, daha sonra Cavadın hadisə yerindən qaçaraq uzaqlaşdığını, ona polis əməkdaşlarının yaxınlaşaraq köməklik göstərdiklərini və Bakı şəhər KTM-ə göndərdiklərini, Təqsirləndirilən şəxs ilə arasındakı mübahisəyə səbəbin Cavadın onun barəsində yalandan ifadə işlətməsi və Rəmiş adlı şəxsə guya onun söyüş söymüş kimi təqdim etməsinin olduğunu, lakin onun Rəmiş barəsində heç bir ifadə və söz işlətmədiyini bildirmiş, yalnız məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən ifadəsində Təqsirləndirilən şəxs 5 aya yaxındır ki tanıdığını və onunla əvvəllər birlikdə Yeni Yasamalda yerləşən metal qəbulu yerində işlədiklərini, Təqsirləndirilən şəxs də onun kimi kirayə evlərdə yaşadığını və son vaxtlar qalmağa yeri olmadığı üçün bayırda qaldığını, 28 may 2025-ci il tarixdə saat 22 radələrində dəmir yığıb Yeni Yasamal, D.Bünyadzadə küçəsi 3 ünvanında yerləşən metal qəbulu yerinə gəlmişdir. Həmin vaxt orada Orxan adlı şəxs onu metal qəbulu yerinin qarşısında görüb çağırmış və yaxınlaşdıqda onun arxasınca söyüş söydüyünü bildirmişdir. O isə Orxana elə bir halın olmadığını və elə bir söz demədiyini demişdir. Orxan bu sözü ona Təqsirləndirilən şəxs dediyini bildirmiş və Cavadı ora çağırmışdır. O, dərhal Cavadın gəlməsini istəmiş və bu anlaşılmazlığın aradan qaldırılmasını bildirmişdir. Cavad ora yaxınlaşdıqda o, Cavada elə bir söz demədiyini və nə üçün ona şər atdığını soruşmuş və onların arasında mübahisə yaranmışdır. Mübahisə vaxtı o, Cavada yumruq zərbəsi vurmuş, Cavad da bunun müqabilində yerdən götürdüyü şüşə qırığı ilə onun boğazına və qarın nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra Cavad hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ilə arasındakı mübahisəyə səbəb Cavadın onun barəsində yalandan ifadə işlətməsi və Orxan adlı şəxsə guya onun söyüş söymüş kimi təqdim etməsidir. Lakin o, Orxan barəsində heç bir ifadə və söz işlətmədiyini, verilən suallara cavab olaraq isə mübahisənin təxminən 1 dəqiqə çəkmiş, həmin vaxt orada kənar şəxslər olmadığını bildirmişdir. X8 yalandan məlumat verdiyi üçün Cavadın anasının ünvanına nalayiq ifadələr işlətmiş və ilk yumruq zərbəsini onun vurduğunu, hadisənin qaranlıq və tənhalıq bir ərazidə baş verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Cavad onun yanına gələrək Elvinin onu söydüyünü demişdir. O da Cavada bildirmişdir ki, əgər belə bir məsələ varsa gedib Elvinin özü ilə aydınlaşdırsınlar. Daha sonra Elvinlə görüşmüş və ondan onu niyə söydüyünü soruşmuşdur. Elvin də qarşılığında onu söymədiyini bildirmişdir. Cavad və Elvinlə bir qədər söhbət etdikdən sonra o, öz işlərini görməyə getmiş və qayıdıb gələndə görmüşdür ki, Cavadla Elvin artıq mübahisə ediblər. Verilən suallara cavab olaraq Cavadla Elvin mübahisə edən zaman orada olmadığını, həmçinin onun həqiqi adının Orxan olduğunu və ona Rəmiş deyə müraciət etdiklərini bildirmişdir. İbtidai istintaqı aparan müstəntiq bir şahidin belə ifadəsi ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmasını başqa şəxslərin görməsini müəyyən edilməməsinə baxmayaraq və hadisə yerində başqa şəxsin olmadığını bildirmələrinə rəğmən, hadisənin ictimai yerdə baş verməsi əsası ilə xuliqanlıq cinayətinin tərkibinin yaranması və təqsirləndirilən şəxsin əməlinin AR CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli hesab etmişdir. Halbuki, AR CM-nin 221.1-ci maddəsinin dispozisiyası qanunverici tərəfindən dəqiq müəyyən olunmuş və əməlin xuliqanlıq kimi tövsif olunması üçün nə başqa şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunmadan ayrılıqda ictimai qaydanın pozulması, nə də ictimai qaydanın pozulması müəyyən edilmədən ayrılıqda başqa şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin edilməsi kifayət etməməklə hər iki halın-həm ictimai qaydanın pozulmasının, həm də təqsirləndirilən şəxsin yuxarıda sadalanan qərəzli hərəkətlərinin birgə mövcud olması birmənalı şəkildə müəyyən edilmişdir ki, bu da müstəntiqin hazırki iş üzrə gəldiyi qənaətlə cinayət qanunu normasına şəxsi mülahizələri əsasında şərh verərək şəxsin əməlinə düzgün hüquqi qiymət verməməsinə dəlalət edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlini AR CM-nin 221.3-cü maddəsi ilə tövsif edərkən istinad etdiyi yeganə sübut heç bir şahid ifadəsi və ya digər mötəbər sübutla öz təsdiqini tapmayan zərərçəkmiş şəxsin ifadəsidir ki, həmin ifadədə göstərilən və təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsinə əsas olan hallar isə nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı sübuta yetirilməməklə təkzib edilmişdir. Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında verdikləri ifadələrə də ayrılıqda qiymət verilməsini və daha sonra həmin ifadələrlə müstəntiqin istinad etdiyi halların müqayisəli təhlilinin aparılmasının məqsədəmüvafiq olması qənaətinə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs bildirmişdir ki, münaqişənin səbəbi Elvin Orxanın arxasınca nalayiq sözlər işlətməsini Orxana bildirməsi və Elvinin isə bu sözləri işlətmədiyini və bunu Orxana dediyi üçün onun anasının ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Münaqişə təxminən 1 dəqiqə çəkmiş, həmin zaman orada kənar şəxslər olmamış və özləri ayrılaraq getmişlər. Videogörüntüdən göründüyü kimi ilk öncə onu zərərçəkmiş şəxs Elvin yumruqla vurmuşdur. Bununla bağlı zərərçəkmiş şəxsə suallar ünvanlandıqda zərərçəkmiş şəxs mübahisənin təxminən 1 dəqiqə çəkdiyini, həmin vaxt orada kənar şəxslərin olmadığını bildirmişdir. X8 yalandan məlumat verdiyi üçün Cavadın anasının ünvanına nalayiq ifadələr işlətdiyini və ilk yumruq zərbəsini onun vurduğunu, hadisə qaranlıq və tənhalıq bir ərazidə baş verdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Əhədov X4 onun yanına gələrək Elvinin onu söydüyünü dediyini, onun da Cavada əgər belə bir məsələ varsa gedib Elvinin özü ilə aydınlaşdırmalı olmalarını dediyini, daha sonra Elvinlə görüşdüyünü və ondan onu niyə söydüyünü soruşduğunu, Elvinin də qarşılığında onu söymədiyini bildirdiyini, Cavad və Elvinlə bir qədər söhbət etdikdən sonra onun öz işlərini görməyə getdiyini və qayıdıb gələndə Cavadla Elvinin artıq mübahisə etdiyini gördüyünü, verilən suallara cavab olaraq isə Cavadla Elvin mübahisə edən zaman orada olmadığını, həmçinin onun həqiqi adının Orxan olduğunu və ona Rəmiş deyə müraciət etdiklərini bildirmişdir. Göründüyü kimi, 28 may 2025-ci il tarixdə ünvan 3 ünvanında yaşayış binasının qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirən zaman hadisə yerində heç kəsin olmaması, həmin hadisəyə hər hansı kənar şəxsin şahidlik etməməsi, hadisə yerində yalnız təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin olması, Cavad ilə Elvinin mübahisə etdikləri zaman ictimai qaydanın pozulmasının başqa şəxsə zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunmaması, bununla da təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olmaması mübahisəsiz qaydada müəyyən edilmişdir. Bununla yanaşı, nəzərə alınsa ki, xuliqanlıq cinayətin dispozitiv əlamətlərindən biri olan “cəmiyyətə açıqca hörmətsizlik etmə” özündə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsini ehtiva edir, hazırki halda isə hadisənin ictimai yerdə baş verməsinə baxmayaraq hadisə vaxtı zərərçəkmiş şəxsə xəsarət yetirilən zaman hadisə yerində heç kəsin olmaması, həmin hadisəni birbaşa görən bir nəfər şəxsin belə müəyyən edilməməsi Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərindən biri olan obyektiv cəhətinin mövcud olmamasına dəlalət edir. Həmçinin, cinayət işininə əlavə olan Diskə baxış keçirilən zaman hadisə yerində kənar şəxslərin olmaması, Təqsirləndirilən şəxs bənzəyən şəxslə Zərərçəkmiş şəxs bənzəyən şəxsin yol kənarında bir-biri ilə mübahisə etməsi, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yumruq zərbəsi vurması, Cavadın isə əlində olan hansısa əşya ilə Zərərçəkmiş şəxs bir neçə dəfə vurması, Elvinin isə özünü müdafiə etməsi və sonra Zərərçəkmiş şəxs aldığı zərbələrdən yerə yıxılması, Təqsirləndirilən şəxs isə oradan kənarlaşması, daha sonra isə Zərərçəkmiş şəxs ayağa qalxıb Təqsirləndirilən şəxs getdiyi istiqamətə doğru bir neçə addım atıb sonra dayanması müəyyən edilmişdir. Lakin, müstəntiqin tərtib etdiyi “Diskə baxış keçirilməsi haqqında” 09 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bənzəyən şəxslə Zərərçəkmiş şəxs bənzəyən şəxsin yol kənarında bir-biri ilə mübahisə edərək əlbəyaxa olması, bu zaman Təqsirləndirilən şəxs əlində olan hansısa əşya ilə Zərərçəkmiş şəxs bir neçə dəfə vuraraq xəsarət yetirməsi, sonuncunun isə özünü müdafiə etməsi və sonra Zərərçəkmiş şəxs aldığı zərbələrdən yerə yıxılması, Təqsirləndirilən şəxs isə oradan kənarlaşması, daha sonra isə Zərərçəkmiş şəxs ayağa qalxıb Təqsirləndirilən şəxs getdiyi istiqamətə doğru bir neçə addım atıb sonra dayanması müəyyən edilmişdir. Məhkəmə tərəfindən anlaşılan deyil ki, müstəntiq hadisəni əks etdirən videogörüntüyə baxarkən zərərçəkmiş şəxsin ilk öncə yumruqla vurmasını və həmin ərazidə kənar şəxslərin olmadığını qeyd etməyərək təqsirləndirilən şəxsin əməlini hansı əsasla xuliqanlıq kimi tövsif etmişdir. Halbuki, hadisə materiallarının təhlili göstərir ki, zərərçəkmiş şəxs özü ifadəsində ilkin olaraq təqsirləndirilən şəxsə zərbə endirdiyini və mübahisəyə qədər onun anası barədə nalayiq ifadələr işlətdiyini etiraf etmişdir. Bu hal həm təqsirləndirilən şəxsin, həm də şahidin ifadələri ilə tam uyğunluq təşkil edir və videogörüntüdə də eyni ardıcıllıqla öz təsdiqini tapır. Həmçinin müəyyən edilmişdir ki, hadisə baş verən zaman ərazidə kənar şəxslər olmamış, qarşıdurma yalnız şəxsi münasibətlər zəminində yaranmış qarşılıqlı emosional reaksiya xarakteri daşımış və hər hansı üçüncü şəxsə yönəlmiş nümayişkaranə davranış qeydə alınmamışdır. Belə şəraitdə hərəkətlərin məzmunu ictimai münasibətlərə deyil, sırf şəxslərarası mübahisəyə yönəlmiş olur. Bu faktiki durum Cavadın davranışının ictimai qaydanı pozmaq və cəmiyyətə açıqaşkar hörmətsizlik nümayiş etdirmək məqsədi daşımadığını göstərir. Hadisənin təşəbbüskarı zərərçəkmişin özü olmuş, onun nalayiq xarakterli ifadə və fiziki təsiri qarşı tərəfin reaksiyasına şərait yaratmışdır. Bu isə təqsirləndirilən şəxsin öz şəxsiyyətini başqalarının üzərində üstün tutmaq niyyəti ilə hərəkət etmədiyini, əksinə, situativ şəraitə bağlı emosional reaksiyaya yol verdiyini təsdiqləyir. Beləliklə, müəyyən edilən halların məcmusu onun davranışında açıq-aşkar hörmətsizlik və ictimai norma və dəyərlərə meydan oxumaq məqsədinin olmadığını, hadisənin məhz şəxsi münasibət zəmininə baş verdiyini göstərir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünən odur ki, istintaq orqanı iki hala istinad edərək şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olması qənaətinə gəlmişdir: 1. Hadisənin heç bir əsaslı səbəb olmadan baş verməsi; 2. Hadisənin ictimai yer hesab olunan ünvan 3 ünvanında yaşayış binasının qarşısında baş verməsi. Məhkəmə qeyd edir ki, əgər Təqsirləndirilən şəxs niyyəti müstəntiqin irəli sürdüyü ittihamda göstərdiyi kimi ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaq olsa idi, o, zərərçəkmiş şəxsi digər şəxslərin görmədiyi şəraitdə deyil, səs-küy salaraq hadisə yerinə digər şəxslərin də gəlməsinə nail olduqdan sonra məhz digər şəxslərin görməsinin mümkün olduğu şəraitdə vurardı ki, bu hal isə nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, əksinə cinayət prosesi iştirakçılarının hər birininin ifadəsindəki xüsusatlarla təkzib olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, müstəntiq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş və öz ehtimalları əsasında şəxsə ittiham irəli sürmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.3-cü maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Lakin göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinin, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan: “cinayət işinin başlama və icraata qəbul etmək haqqında” 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır (i.v. 1). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 02 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 43-44). “Şübhəli şəxsin MSY-dən azad edilməsi və başqa yerə getməmək barədə iltizam qətimkan barədə” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Yasamal RPİ-nin MSY-dən dərhal azad olunması və Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 51-52). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 55-56). “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 05 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 72-73). DİN-nin BƏSİİ-dən daxil olmuş 11 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Əlizadə X5 rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 101, 220-2 və 38-ci maddələri ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Milli Məclisin xx.xx.1996-cı il tarixli amnistiya qərarının 4-cü maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum olunmuşdur (i.v. 88-89). “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 03 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilməsi qərara alınmışdır (i.v. 120-121). “qətimkan tədbirinin nəzərə alınması haqqında” 03 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır (i.v. 130). Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməli, həmçinin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-539/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-539/2025
13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver