Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-541/2024 07.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirərək qaçırmışdır. Belə ki, o, 07 fevral 2024-cü il tarixdə saat 12:30 radələrində yuyucu işlədiyi ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsinə yuyulmaq üçün lizinq müqaviləsi əsasında istifadəçisi Şahid2 tərəfindən verilən, "Elektroavto Lizinq” MMC şirkətinin mülkiyyətində olan “Chevrolet Cruise” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobili təmizlədikdən sonra həmin avtomobilin mülkiyyətçisinin icazəsi və məlumatı olmadan avtoyuma məntəqəsindən talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib idarə etməklə qaçırmış, bundan sonra həmin avtomobili Cabbar Qaryağdı oğlu küçəsi ilə hərəkət etdirən zaman Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsi ilə kəsişmədə sonuncu küçə ilə hərəkətdə olan Şahid1 idarə etdiyi “Toyota Camry” markalı ** TP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol- nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş hüquqi şəxsə - "xxxx" MMC-yə 4620 manat məbləğində ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin fevral ayının əvvəllərindən ünvan 3 ünvanında yerləşən avtoyuma məntəqəsində yuyucu işləməyə başlamış, əvvəllər də başqa ünvanlarda yuyucu işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində işə gəlmiş və müdiri olan Mirzahir Allahverdiyev yuyucu məntəqəsindəki ‘‘Chevrolet Cruise” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobili göstərib onu yumağa göstəriş vermişdir. Həmin avtomobilin açarını dolabın üzərindən götürüb avtomaşını yumağa başlamış, təxminən 30 dəqiqə ərzində həmin avtomobili yumuş və yuyandan 10-15 dəqiqə sonra avtomobili özbaşına sürüb “azarını öldürmək” qərarına gəlmişdir. Buna görə də avtomobilin üzərində qalan “suyu tökmək” adı ilə sürücülük vəsiqəsi olmamasına baxmayaraq avtomobili idarə edib qayıtmaq məqsədi ilə avtomobili sürüb məntəqədən çıxmış və avtomobil xoşuna gəldiyi üçün məntəqənin yerləşdiyi küçədən kənar küçələrdə də sürməyə başlamışdır. Təxminən 15 dəqiqə sürdükdən sonra avtomobili bir qədər sürətlə, yəni saatda 50-60 km sürətlə sürməyə başlamışdır. Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdı oğlu küçəsi ilə saatda təxminən 60-70 km sürətlə hərəkətdə olan zaman həmin küçənin İbrahim Əbilov küçəsi ilə kəsişməsində ani olaraq soldan “Toyota Camry” markalı avtomobilin gəldiyini görmüş və toqquşacaqlarını başa düşmüşdür. Həmin küçələrin hər ikisi dar küçələr olmuş və həmin vaxt üstünlük digər avtomobildə olmuş, çünki həmin avtomobil əsas yolda olmuşdur. Həmin avtomobilin gəlməsini yalnız kəsişməyə çatanda 3-5 metrlikdən görmüş, idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə “Toyota Camry” markalı avtomobilin qabaq sağ hissəsi toqquşmuşdur. Hadisə nəticəsində heç bir xəsarət almasa da hər iki avtomobilin qabaq hissələri möhkəm əzilmişdir. Digər avtomobilin sürücüsü isə ayağını tutmuş, xəsarət alıb-almadığını dəqiq bilməmişdir. Digər sürücü də avtomobildə tək olmuşdur. Həmçinin bildirmişdir ki, həmin avtoyuma məntəqəsində cəmi bir həftə imiş işləyirmiş. Belə bir işi birinci dəfə törətmişdir. Uşaqlıqdan avtomobil sürmək həvəsi olmuş, lakin nə özünün, nə də valideynlərinin imkanı olmadığı üçün heç vaxt avtomobili olmamışdır. Məqsədi yalnız avtomobili 1-2 saat sürüb geri qaytarmaq olmuş, talamaq məqsədi olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinə əsasən idarə etdiyi “Chevrolet Cruise” markalı avtomobilin sahibinə 4620 manat, “Toyota Camry" markalı avtomobilin sahibinə isə 11375 manat maddi ziyan dəyməsini qəbul edir. Lakin nə daimi iş yeri, nə də ki, qazancı olmadığı üçün ziyanı ödəyə bilmir. Törətdiyi əməldən səmimi peşman olduğunu və ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs “Elektroavto Lizinq" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmiş və ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmiş, ittiham və müdafiə tərəfi isə həmin nümayəndəni dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxs “Elektroavto Lizinq" MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ildə “Gunay Finans” şirkətini təsis edərək özü də direktor olmaqla müxtəlif nəqliyyat vasitələrini lizinq şərtləri ilə müxtəlif şəxslərə istifadə və daha sonra mülkiyyətə vermişdir. Şirkətin adını sonradan dəyişdirərək “Elektroavto Lizinq" şirkəti kimi fəaliyyətini davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə şirkət olaraq 2014-cü il buraxılışlı “Chevrolet Cruise" markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobili alaraq həmin tarixdə daxili lizinq müqaviləsi əsasında X2 muzdla müvəqqəti sahibliyinə və istifadəsinə vermişlər. Həmin vaxt avtomobilin lizinqinə görə ödənişləri Şahid2 edəcəyi, avtomobilin də onun istifadəsində olacağını demişlər. Onda olan məlumata görə Elxan və Sabir iş yoldaşı olmuş, sadəcə Sabirin adına VÖEN olmadığı, Elxan Muxtarovun isə VÖEN-i olduğu üçün müqavilə Elxanın adına rəsmiləşdirilmişdir. Hər ay ödəniş olunduqca isə Şahid2 adına şirkət tərəfindən 1 aylıq etibarnamə verilmişdir. 2024-cü ilin fevral ayında Şahid2 tərəfindən şirkətə məlumat verilmişdir ki, istifadəsində olan şirkətə məxsus “Chevrolet Cruise” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobili yuyucu məntəqəsinə verdiyi yerdə işləyən avtoyuyucu şəxs qaçıraraq nəqliyyat hadisəsi törətmiş və nəticədə həm “Chevrolet Cruise” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobil, həmçinin qarşı avtomobilə zərər dəymişdir. Avtomobilin “kasko" sığortası olduğu üçün sığorta şirkəti də bu işlə maraqlanmışdır. Daha sonra müəyyən olunmuşdur ki, təmir xərcləri ilə birlikdə avtomobil zədələndiyindən “Elektroavto Lizinq" MMC-yə 4620 manat məbləğdə ziyan dəymişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tam razı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus qırmızı rəngli “Chevrolet Cruise” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilini yuduzdurmaq üçün səhər saat 10 radələrində yaşadığı evin yaxınlığında yerləşən, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi 67 ünvanındakı avtoyuma məntəqəsində işləyən Miri adlı şəxsə təhvil vermişdir. Miri avtomobili gönorta saatlarında götürməyini demişdir. Saat 14:30 radələrində Miri zəng edərək avtomobilini yuyan yuyucunun məntəqədən avtomobili sürüb qəza törətdiyini demiş, dərhal hadisə olan yerə getmişdir. Orada ona məxsus avtomobil ilə “Toyota Cruise” markalı avtomobilin toqquşduğunu görmüşdür. Hadisə yerinə sığorta şirkətinin əməkdaşları və polis əməkdaşları gəlmiş, baxış keçiriləndən sonra evakuator çağırıb avtomobili yaşadığı evin həyətinə aparıb qoymuş, avtomaşının ön hissəsində özünün müşahidələrinə görə həm ehtiyat hissələrinin dağılması, həm də ön hissəsi, qanadlar və digər hissələrin əzilməzi nəticəsində təxminən 6000-7000 manat məbləğində maddi ziyan dəymişdir. Məlumatına görə ona məxsus avtomobili avtoyuyucu Təqsirləndirilən şəxs idarə edərək məhəllədə yüksək sürətlə hərəkət etmiş, orada yaşayan sakinlərin rahatlığını pozmuşdur. Həmin şəxsdən şikayətçi olmaqla ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Həmçinin bildirmişdir ki, avtomobilini avtoyuma məntəqəsinə verərkən avtomobil yuyulandan sonra üzərində qalan “suyun axıdılması" məqsədi ilə idarə ediləcəyi, digər küçələrdə hərəkət etdiriləcəyi barədə ona heç bir söz deyilməmişdir. Əvvəllər təxminnə 10 dəfə avtomobili həmin yerə yuyulmaya vermiş, heç vaxt bu cür söz ona deyilməmişdir. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində o, göstərmişdir ki, xx.xx.2014-cü il tarixdə “Toyota Camry” markalı avtomobili alaraq həmin vaxtdan sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri Yaasmal rayonu İbrahim Əbilov küçəsi ilə saatda 20-30 km sürətlə hərəkətdə olarkən Cabbar Qaryağdıoğlu küçəsi ilə kəsişməyə çatanda əsas yolda olsa da ayağını qaz pedalından çəkmiş və kəsişməyə daxil olanda sağ tərəfdən saatda təxminən 60-70 km sürətlə hərəkətdə olan "Chevrolet Crusie" markalı avtomobilin gəldiyini görərək toqquşacaqlarını başa düşmüşdür. Həmin küçələrin hər ikisi dar küçələr olmuş və həmin vaxt üstünlük onun idarə etdiyi avtomobildə olmuş, digər avtomobilin gəlməsini yalnız kəsişməyə daxil olanda 3-5 metrlikdən görmüşdür. İdarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə “Chevrolet Crusie" markalı avtomobilin qabaq sol hissəsi toqquşmuş, hadisə nəticəsində sol ayağının aşağı hissəsində küt ağrı hiss etmiş və ayağını tutaraq avtomobildən düşmüşdür. Hər iki avtomobilin qabaq hissələri möhkəm əzilmiş, digər avtomobilin sürücüsü heç bir xəsarət almamışdır. Adının Səməd olduğunu sonradan öyrəndiyi sürücü avtoyuma məntəqəsində sürücü işləməklə həmin avtomobili yuduqdan sonra özbaşına, yəni sahibinin məlumatı və icazəsi olmadan ətraf küçələrdə idarə etməyə başladığını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 07 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı hadisənin Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi ilə İbrahim Əbilov küçəsinin kəsişməsində baş verdiyi müəyyən edilmiş, hadisə yerinə baxış vətəndaş Şahid2 iştirakı ilə keçirilmiş, vətəndaş hadisə yerini göstərərək, xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən avtoyuma məntəqəsinə özünə məxsus “Chevrolet Crusie" markalı, 77AB441 dövlət qeydiyyat nişanlı avtomobilini yuduzdurmaq üçün verdiyini, orada yuyucu işləyən şəxsin avtomobili ilə qəza törətdiyi məntəqənin müdiri Mirzahirdən öyrəndiyini, baş vermiş hadisə nəticəsində ona 6.000 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir (i.v.10-13); “Baxış keçirilməsi haqqında” 07 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı hadisənin Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi ilə İbrahim Əbilov küçəsinin kəsişməsində baş verdiyi müəyyən edilmiş, hadisə yerinə baxış Şahid1 iştirakı ilə keçirilmiş, vətəndaş hadisə yerini göstərərək, Yasamal rayonu, İbrahim Əbilov küçəsi ilə hərəkətdə olan zaman, C.Qaryağdıoğlu küçəsi ilə İbrahim Əbilov küçəsinin kəsişməsi istiqamətində Toyota Camry markalı, 90TP013 d.q.n avtomobilinin toqquşaraq qəza nəticəsində ona 10.000 manat məbləğində maddi ziyan dəydiyini göstərmişdir (i.v.14-16); xx.xx.2024-cü il tarixli, 2/7027 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şahid1 ayıq vəziyyətdə olmuşdur (i.v.23); "xxxx" ASC tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, 2014-cü il buraxılışlı Toyota Camry markalı, 90TP013 d.q.n avtomobilə ümumilikdə 13080 manat ziyan dəymişdir (i.v.74); 29 fevral 2024-cü il tarixli qüsur aktından görünür ki, “Chevrolet Crusie" markalı, markalı avtomobilə ümumilikdə 5240 manat ziyan dəymişdir (i.v.76); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin verdiyi 17 fevral 2024-cü il tarixli, 180 saylı rəydən görünür ki, vət. Şahid1 almış olduğu xəsarət-sol aşıq-baldır oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan, həmin oynağın şişkinliyi və qançırı halında əzilməsi küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (i.v.102-105); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 aprel 2024-cü il tarixli, 9/9335-8/785 nömrəli rəyindən görünür ki, 15 mart 2024-cü il tarixli vəsatətdə “Toyota Camry” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı və “Chevrolet Crusie” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi qorunaraq saxlandığı vəziyyətdə, yəni hadisədən sonra təmir və istismar olunmadığı şəraitdə baxış keçirilməsi göstərilmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Mərkəzə daxil olmuş vəsatətə cavab məktubunda isə Toyota Camry” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı və “Chevrolet Crusie” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobillər hadisədən sonra təmir olunduğu istintaq tərəfindən göstərilmişdir. Ona görə də məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası üzrə tədqiqat aparılmır. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş ********* saylı cinayət işində olan xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı, “Toyota Camry” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 11375 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-9195 manat; Təmir-bərpa işlərinin qiyməti -2180 manat. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş ********* saylı cinayət işində olan xx.xx.2024-cü il tarixli qüsur aktı kimi məlumatlara əsasən 2014-cü il buraxılışlı, “Chevrolet Crusie” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 4620 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-3160 manat; Təmir-bərpa işlərinin qiyməti -1460 manat (i.v.109-114); “Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 26 iyul 2024cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə yeni ittiham elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 180, 185.2.4, 187 və 263cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə cinayət işindən material ayrılaraq ibtidai araşdırmaya rəhbərlik edən Yasamal rayon prokuroruna göndərilməsi, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, məhkəməəmtəəşünaslıq, məhkəmə-tibbi ekspert rəyləri, qaçırılmış avtomobil və digər prosessual sənədlərin sübut növü kimi qiymətləndirilməsi, “Chevrolet Cruise” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobili cinayətin predmeti olduğundan və iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və avtomobilin zərərçəkmiş hüquqi şəxsə qaytarılmasının nəzərə alınması, "xxxx" MMC-nin iş üzrə zərərçəkmiş hüquqi şəxs, direktoru Zərərçəkmiş şəxs isə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınması, Şahid1 və Şahid2 zərərçəkmiş şəxs kimi cinayət prosesində iştirakına xitam verilməsi, təqsirlənsirilən şəxs Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yaşayış məntəqələrində icazə verilən sürət həddini aşmaqla idarə etməsi, törətdiyi nəqliyyat hadisəsi nəticəsində Şahid1 yüngül dərəcəli bədən xəsarəti alması ilə əlaqədar onun barəsində inzibati qaydada məsuiliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-yə göndərilməsi, nəqliyyat vasitələrinin sahiblərinə vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı onların mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olmasının həmin şəxslərə izah edilməsi qərara alınmışdır (i.v.145-152); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) — min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* saylı cinayət işinin başlanılması və icraata qəbul edilərək ibtidai istintaqı aparılması qərara alınmışdır (i.v.1); “Şübhəli şəxsin tutulması haqqında” 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.34-35); “Təqsirləndirilən şəxsin müvəqqəti saxlanıldığı yerdən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırda saxlanıldığı Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.64-64); AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.90); “Qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır (i.v.96); Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Yasamal RPİ-dən "xxxx" MMC şirkətinin mülkiyyətində olan “Chevrolet Cruise” markalı, 77AB441 dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır (i.v.180). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək dayandırılması qərara alınmışdır (i.v.98); “Şəxsin könüllü gəlməsi haqqında” 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00-da Yasamal RPİ-nin inzibati binasına könüllü olaraq gəlib özünü təqdim etmiş və barəsində cinayət təqibi üzrə axtarış elan olunması barədə məlumatı olmadığını bildirmişdir (i.v.115); “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnməsi və həmin cinayət işinin icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır (i.v.116); “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v.165-166); “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xəstələndiyindən və istintaqa gələ bilmədiyindən ********* saylı cinayət işinin icraatının dayandırılması qərara alınmışdır (i.v.176); “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırlmış icraatın təzələnməsi və həmin cinayət işinin icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır (i.v.178). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sumqayıt şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut – "xxxx" MMC şirkətinin mülkiyyətində olan “Chevrolet Cruise” markalı, 77AB441 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – "xxxx" MMC şirkətinin mülkiyyətində olan “Chevrolet Cruise” markalı, 77AB441 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-541/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-541/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver