Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-542/2024 23.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə İsamyıllı rayonunda anadan olmuş, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, İsmayıllı rayonu, M.ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda psixatrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş 01 (bir) ədəd bükümdə satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0,348 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib özündə saxlayaraq ünvan 3 ünvanına daşımış. 18 iyun 2024-cü il tarixdə saat 13:30-də Yasamal RPİ-nin NBM-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin ünvanında saxlanılaraq. Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına gətirilərək, üzərinə şəxsi-axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli idman şalvarın sol yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,348 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonu Füzulu küçəsi ev 32 ünvaında qeydiyyatda olsa da Bakı şəhəri, Yasamal rayonu A.Abbasov küçəsi ev 18A mənzil 4-də ailəsi ilə birlikdə yaşayır və heç yerdə işləməmişdir. Altı aydır ki, narkotik vasitə "heroin" və psixotrop maddə metamfetamin qəbul etdiyini, hər dəfə narkotik vasitəni və psixotrop maddə metamfetamini ayrı-ayrı şəxslərdən aldığını və heç vaxtı narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. 18 iyun 2024-cü il tarixdə səhər saatlarında psixotrop maddə metamfetamin əldə etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu Hüseyn Cavid adına parka gedərək orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən metamfetamin almağa yollandığını və həmin şəxslə görüşərək ondan bir bükümdə metamfetamin satmasını xahiş etdiyini demişdir. O, cibindən bir bükümdə siqaret kağızına bükülmüş psixotrop maddə metamfetamin çıxarıb ona vermiş və o, da ona 10 manat məbləğində pul verdiyini bildirmişdir. Aldığı psixotrop maddəni daha sonra istifadə etmək üçün əynindəki qara rəngli idman şalvarının sol yan cibinə qoyub saxlamışdır. Həmin tarixdə saat 13-30 radələrində yaşadığı ünvan 6 ünvanın qarşısına gəlmiş və bir az keçmiş, özlərini polis əməkdaşı kimi təqdim edən iki nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşarq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində onlarda məlumat olduğunu, haqqında əməliyyat işinin olmasını bildirmişlər. Ona hüquq və vəzifələri izah edildikdən sonra, Yadullanın kimliyi ilə maraqlanmış, onlara özünü təqdim etdikdən sonra onu Yasamal RPİ-nə dəvət etmişlər. O, da həmin polis əməkdaşlarının təklifi ilə Yasamal RPİ-nə gəldiyini, idarənin xidməti otaqlarının birində təhdqiqatçı tərəfindən ona hüquq və vəzifələrim izah edildiyini və şübhəli şəxs qismində tutulmağı barədə qərar tərtib olunduğunu demişdir. Hüquqlarının müdafiəsi ilə bağlı onun xahişi ilə dövlət hesabına müdafiəçi ləyin edilmiş və təqdim edilmiş vəkil Müdafiəçi1 iştirakı ilə üzərinə video çəkilişlə şəxsi-axtarış keçirilməsinə dair qərarla tanış edildiyini bildirmişdir. O, üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi-axtarışın keçirilməsinə başlanıldığını demişdir. Şəxsi-axtarış keçirilməzdən öncə təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya varsa onları könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. O, da əynində olan qara rəngli idman şalvarının sol yan cibində öz istifadəsi üçün saxladığı psixotrop maddə metamfetamin bükmünü təqdim etmiş, polis əməkdaşları onun təqdim etdiyi bükümü açmış və içərisində ağ rəngli, kristal şəkilli spesifik iyli metamfetamini aşkar etmişlər. Üzərində aşkar edilmiş maddə özünə məxsus olmaqla 18 iyun 2024-cü il tarixdə səhər saatlarında Yasamal rayoinu H.Cavid parkında tanımadığı şəxsdən 10 manata almışdır. Qeyd olunanlardan savayı onda başqa heç nə aşkarlanmamışdır. Ondan aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu baradə protokol tərtib edilməklə, tərtib edilmiş protokol və qablaşdırılmış zərf təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanaraq ekspertiza təyin edilməsi üçün göndərilmişdir. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alındığını demişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiq göstərilməmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Yavər oğlu bildirmişdir ki, o, Yasamal RPİ-nin X1 baş əməliyyat ınüvəkkili vəzifəsində xidmət etmişdir. 18 iyun 2024-cü il tarixdə xx xxxxx 1969-cu il təvəllüdlü, İsmayıllı rayonu, ünvan 7 ünvanında qeydiyyatda olan. ünvan 8vanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr və psixatrop maddələrin qanunsuz əldə olunması və istifadə edilməsi ilə məşğul olması barədə Yasamal RPİ-nin NMB-nə mötəbər və qərəsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyat- axtarış tədbirlərinin keçirilməsi, həmin şəxsin yaxalanmasından ötrü və digər zəruri halların dərhal yoxlanılmasını həyata keçirməkdən ötrü əməliyyat tədbirinin icrasına dair qərar qəbul edilməsi ilə bağlı RPİ-nin rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınması, tədbir keçirilməsi ilə bağlı onun, NMB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə olunması və istifadə edilməsi ilə məşğul olmasında şübhəli olması ilə bağlı 18 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri ilə saat 13:30-da ünvan 9 ünvanın qarşısında saxlanılmış, ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona hüquq və vəzifələri izah eldikdən sonra Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz əldə olunması və istifadə edilməsi ilə məşğul olması haqqında əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra həmin yerdə onun üzərinə şəxsi-axtarış keçirilməsi üçün şərait olmadığından onu Yasamal RPİ-nə dəvət etmişdir. Həmin şəxs təklifi qəbul etdikdən sonra onunla birlikdə Yasamal RPİ-nin NMB-nə gəlmiş, həmin şəxsin şəxsiyyəti tam müəyyən edildikdən sonra bu barədə rəhbərliyə məruzə edilmiş daha sonra həmin şəxslə bağlı da müvafiq araşdırma aparılmasından ötrü araşdırma RPİ-nin baş təhqiqatçısına həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin edilmiş, ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. O, buna etiraz etmədikdən sonra müdafiəçinin və onların iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya varsa onu könüllü olaraq təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş maddəni çıxarıb təqdim edərək, onun içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 18 iyun 2024-cü ildə H.Cavid parkının yanında adlanan ərazidən anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Qeyd olunanlardan savayı ondan başqa heç nə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə təhqiqatçı tərəfindən götürülərək iştirakçıların iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf Yadulla və onlar tərəfindən imzalanmışdır. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır, Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təzyiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Yavər oğlunun ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 13-cü vərəqəsində olan 18 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 74-76-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, və o, dərhal saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 77-78-ci vərəqələrində olan qətimkan tədbiri seçmək haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 40-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2024-cü il tarixli, 3-16/16/2-6/3296 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “... “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” sözləri yazılmış zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkimi 0,348( qalıq 0,298) qram olan kristalşəkilli kütlə kustar üsalla hazırlanmış psixatrop maddə – metamfetamindir. Cinayət işinin 32-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat təşkil etmişdir. Cinayət işinin 121-129-cu vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,298 qram psixatrop maddə olan metamfetamin və 01 (bir) ədəd DVD disk sübut kimi tanınmış, psixatrop maddə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 113-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4424 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin hazırda abstinensiya, infoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 115-117-ci vərəqələrində olan Azərbaycan Respublikası SN-in Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi ambulator məhkəmə psixiatrik ekspertizasının 27 iyun 2024-cü il tarixli 1863 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansısa psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir, Yasamal RPİ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxtı əynindəki qara rəngli idman şalvarın sol yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş ağ rəngli, kristalşəkilli kütləni çıxardaraq könüllü olaraq təqdim etdiyi görünür. Təqsirləndirilən şəxs təqdim eldiyi bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu bildirdiyi əks olunmuş, onu xx.xx.2024-cü il tarixdə səhər radələrində İİ.Cavid parkının tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək alıb üzərində saxladığını bildirdiyi əks olunmuşdur. Bundan başqa. Təqsirləndirilən şəxs üzərindən heç bir əşyanın aşkar edilmədiyi, aşkar edilən 01 ədəd bükülü boş zərfə qoyularaq qablaşdıldığı, möhürləndiyi və zərf bütün iştirakçılar tərəfindən imzalandığı əks olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda pasixatrop maddəni əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 18 iyun 2024-cü il tarixdən – 20 iyun 2024-cü il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məcburi müailəyə ehtiyacı olmasa da, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,298 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclarında iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosünun hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdən – 20 iyun 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu və Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,298 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir nyüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclarında iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosünun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-542/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-542/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver