Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-55/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi Cəlal oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə, saat 11:00 radələrində ünvan 2 ünvanın yaxınlığıda şəxsiyyəti istintaqa məlum olmayan Səbuhi adlı şəxsdən 04 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 0,051 qram, 0,096 qram, 0,066 qram və 0,167 qram, ümumi təmiz çəkisi 0,380 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd bükümdə təmiz çəkisi 0,305 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla, ayrı-ayrı şəxslərə satmaq üçün daşımış, 17 iyul 2022-ci il tarixdə saat 21:45-də ünvan 3 ünvanın qarşısında Bakı Şəhər Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zaman saxlanılaraq Polis Bölməsinə aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı boynundan asdığı qara rəngli dəri pul kisəsinin içərisindən siqaretin gümüşü kağızına bükülmüş 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,051 qram, 0,096 qram, 0,066 qram və 0,167 qram, ümumi təmiz çəkisi 0,380 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, ağ rəngli polietilen bükümdə bükülmüş 01 ədəd 0,305 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni satış məqsədilə yox, özünün istifadəsi üçün əldə etmişdir, ona görə də özünü CM-nin 234.1-ci maddəsi iə təqsirli bilir. ünvan 5 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda bibisi X11 ilə birlikdə yaşamışdır. Orta təhsilini Bakı şəhəri, Yasamal rayon ərazisində yerləşən “158 nömrəli “ tam orta məktəbdə Azərbaycan dili bölməsində almışdır. Tam olaraq orta təhsilini bitirmişdir. Sonra hərbi xidmətə yollanmış Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətini etmiş və 2013-cü il tarixdə hərbi başa vurmuşdur. Bildirmişdir ki, təxminən beş il olar ki, narkotik vasitə istifadə edir. İlk olaraq marixuana, sonralar isə əsasən “patı”, “şüşə” kimi tanınan psixotrop maddədə olan metamfetamindən istifadə etməyə başlamışdır. Qeyd etmişdir ki, 17 iyul 2022-ci il tarixdə, saat 11:00 radələrində ünvan 5 ünvanın yaxınlığında olan zaman üzdən tanıdığı, adını Səbuhi kimi bildiyi, lakin anket məlumatlarını bilmədiyi, üzü tüklü, orta yaşlı, kişi cinsli bir şəxsdən şəxsi istifadəsi üçün 40 manat pul müqabilində dörd ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə “kakos” “kola” kimi tanınan narkotik vasitə heroin, 01 ədəd aö rəngli poletilen bükümdə “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin almışdır. Həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitə heroini şəxsi istifadəsi üçün boynundan asdığı qara rəngli dəri pul kisəsinin içinə qoyub üzərində saxlayıb gəzdirdmişdir. Həmin gün, yəni 19 iyul 2022-ci il tarixdə saat 21:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi 24 nömrəli ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bakı Şəhər Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirdilər və onu Bakı Şəhər Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etdilər və o polislərlə birlikdə Polis Bölməsinə gəlməyə razı olub birlikdə getmişdir. Polis Bölməsində oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya psixotrop maddə nə varsa təqdim etməyi təklif olunmuşdur. Oda içərisində şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı 04 ədəd bükümdə siqeretin gümüşü kağızına bükülmüş bükülü olan heroini, 01 ədəd ağ rəngli poletilen bükümdə olan metamfetamin olan boynundan asdığı qara rəngli dəri pul kisəsini çıxarıb təqdim etmişdir. Sonra həmin içərində 04 ədəd bükümdə siqeretin gümüşü kağızına bükülmüş bükülü olan heroini, 01 ədəd ağ rəngli poletilen bükümdə olan metamfetamin olan bir ədəd qara rəngli dəridən olan pul kisəsi, orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə içi boş zərfə qoyulub möhürləndi və zərfin üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırıldı. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmin maddələri yalnız şəxsi istifadəsi üçün almışdır. Üzərində aşkar olunmuş narkotik vasitə heroini də şəxsi istifadəsi üçün almışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman, ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. Bu cinayət hadisəsindən başqa o, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində dostu Səbuhi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində piyada gəzərək “Nizami Mall” Ticarət Mərkəzinin qarşısından keçən zaman Səbuhi ona dayanıb gözləməyini bildirmişdir. Həmin vaxt ətrafa baxdıqda görmüşdür ki, “Nizami Mall” Ticarət Mərkəzinin qarşısında pəncərəsi açıq vəziyyətdə “Range Rover” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. O hiss etmişdir ki, Səbuhi həmin maşından oğurluq etmək istəyir. O, kənarda dayanıb Səbuhini gözləmişdir. Sonra Səbuhi ona işarə edib yan küçəyə keçməsini bildirmişdir. Onlar həmin küçəyə keçdikdən sonra Səbuhi cibindən 20 manat pul çıxararaq ona verib “Nizami Mall” Ticarət Mərkəzinin qarşısında dayanmış avtomobilin salonundan qadın əl çantasını oğurladığını və həmin çantanın içərisində yaxşı pul olmadığını çantada olan puldan 20 manat onun payına düşdüyünü bildirdi. O Səbuhidən 20 manat pul alıb cibinə qoymuşdur. Sonra Səbuhidən ayrılıb getmişdir. Çanta Səbuhidə qalmışdır. Səbuhinin ona verdiyi 20 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, Ş.Qurbanov küçəsində Nizami Mallın qarşısında dayanmış “Range Rover” markalı avtomobildən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar tərəfimdən əlavə olaraq dindirilən Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Məlikov Səbuhini 5 ilə yaxındır ki, yaşadığı məhlədən tanıyır. xx.xx.2022-ci il tarixdə o, Səbuhi ilə yaşaydığı ünvanın qarşısında təsadüfən görüşmüşdür. Onlar tanışları ilə görüşmək üçün Qış parkı adlanan yerə getməyə qərar vermişdirlər. onlar günorta radələrində piyada Nizami metrostansiyasının qarşısından üzü şəhər istiqamətinə gedən zaman “Nizami Mall” ticarət mərkəzinin yanına çatdıqda o öz sürətilə hərəkət edirdi bu zaman arxadan Səbuhi onu çağırmış və dayanıb gözləməyini istəmişdir. O, ilk əvvəl nə baş verdiyini anlamamış lakin sonra Səbuhinin yolun qırağında dayanmış “Range Rover” markalı avtomobilin qapısını açdığını və içəridən ağ rəngli çanta götürərək yolun əks istiqamətinə qaçdığını görmüşdür. O dönüb Səbuhiyə tərəf getdikdə Səbuhinin avtomobildən çanta oğurlamağı ağlına gəlməmişdir. Səbuhi qaçıb yolun əks istiqamətində yerləşən “Qoçət” restoranının arxasında yerləşən məhlərlərdə dalan bir yerə girmişdi. O Səbuhiyə çatdıqda çantanı tulladığını görmüş və sonuncudan nə etdiyini soruşmuşdur. Səbuhi ona avtomobilin işlək vəziyyətdə olduğunu və qapısının kilidli olmadığını başa düşdüyü üçün avtomobilin salonunda olan qadın çantasını oğurlayıb qaçdığını və içərisindən cəmi 20 manat pul çıxdığını bildirmişdir. Onlar bundan sonra üzü qış parkı istiqamətinə getməyə başlamışlar, Bu zaman Səbuhi cibindən 100 manat pul çıxararaq ona vermişdirki yolun üstündəki mağazaların birindən 2 ədəd redbull alsın. O sonuncudan bu pulu həmin çantadan götürüb-götürmədiyini soruşduqda Səbuhi bunun öz pulu olduğunu və borc aldığını onu qaytarmalı olduğunu bildirərək bir daha həmin çantadan 20 manat çıxdığını söyləmişdir. Həmin 20 manata isə patı və kokos kimi tanınan narkotik vasitələrdən alaraq onunla bölüşəcəyini bildirmişdir. o, yolun üstündəki marketlərin birindən həmin 100 manata 2 ədəd Redbull almış, pulun qalanını isə Səbuhiyə geri qaytarmışdır. Sonra isə qışparkına getmişdirlər. Həmin gün axşam yaşadığı məhlədə olarkən Səbuhi bilmədiyi yerdən 10 manatlıq patı deyilən metamfetamin və 10 manatlıq kokos deyilən heroin alıb gətirərək onları çantadan çıxan 20 manat pula aldığını bildirmişdir. Onlar uzun müddətdir narkotik vasitə istifadə etdikləri üçün həmin narkotikləri özləri istifadə etmişdirlər. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasındakı sorğu sual zamanı bildirmişdir ki, telefonu olmamışdır, umumiyyətlə telefon istifadə etmir. Maddi imkanı da olmadığı üçün bacısı Fidan onun Leokart kartına hər ay 100 manat pul qoyur. Bacısı mebel maqazinində işləyir və ayda 300-350 manat maaş alır. Axırıncı dəfə tutulmazdan əvvəl də 100 manat pul qoyub. Başqa adamlar onu pul qoymayıblar. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, « Təqsirləndirilən şəxs » oğlu adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə Yasamal RPİnin 27-ci PB-nin əməliyyat müvəkkili Şahid2 iştirakıyla 17 iyul 2022-ci il tarixdə tərəfimdən əməliyyat qrupu təşkil edildi. xx.xx.2022-ci il tarixdə saat 21:45-də mən və əməliyyat qrupunun üzvü Şahid2 ünvan 8 ünvanının qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyytini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər. Bundan sonra onlar sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 27-ci PB-na dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs boynundan asdığı qara rəngli dəri pul kisəsinin cibindən 04 ədəd gümüşü kağıza bükülmüş və 01 ədəd ağ rəngli sellofana bükülmüş cəmi 05 ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlər Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman 04 ədəd gümüşü kağıza bükülmüş bükümlərin içərisində qəhvəyi rəngli toz şəklində spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə olması aşkar olunmuşdur. Digər 01 ədəd ağ rənglil sellofana bükülmüş bükümdə isə ağ rəngli kristal formada olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bükümlər içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırıldı və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürüldü. Həmin vaxt Təqsirləndirilən şəxs boynundan asdığı qara rəngli dəri pul kisəsinin cibində gizlətdiyi 05 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Elnur bildirdi ki, üzərindən aşkar olunmuş 04 ədəd gümüşü kağıza bükülmüş bükümdəki qəhvəyi rəngli toz şəklində olan maddə narkotik vasitə heroin, 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümdəki ağ rəngli kristal formada olan maddə isə psixotrop maddə metamfetamindir. O, həmin bükümləri xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Yaşadığı ünvan 9 ünvanının yaxınlığından adını Səbuhi bildiyi lakin anket məlumatlarını bilmədiyi şəxsdən 40 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Elnurun narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması və daşınması barədə məlumat daxil olsada onlar Elnuru saxlayan zaman sonuncunun üzərindən yalnız narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılan zaman ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslədə də təsdiq edə bilərlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən narkotik vasitə və psixotrop maddələrin onun üzərindən aşkar edildiyi öz təsdiqini tapmışdır. Məhkəmə aşağıdakılara əsasən təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadəsini qeyri səmimi və özünümüdafiə kimi qiymətləndirir, narkotik və psixotrop vasitələrin satış məqsədi ilə üzərində saxlamasını gizlətməyə çalışmışdır. Çünki təqsirləndirilən şəxs ilk əvvəl məhkuəməyə bildrmişdir ki, ümumiyyətlə hər hansı bir telefonu yoxdur və istifadə etmir. Bu məlumatların yoxlanılması, narkotik vasitələrin satışı ilə əlaqədar məlumatların mövcud olub-olmamasının dəqiqləşdirilməsi üçün, habelə narkoik vasitələrin satışında Bank kartına pul qoyulmaqla satılmasına dair məlumatlar aydınlaşdırılması üçün sorğular verilmişdir. Təqsirləndirilən əməlini qismən etiraf etdiyindən, lakin şəxsin üzərindən çıxan narkotik və psixotrop maddələrin satış məqsədilə onun üzərində olması ilə bağlı ittiham verildiyindən, ittihamın həmin hissəsindəki şübhələrin aradan qaldırılması üçün verilmiş sorğulara cavablar alınarkən aşağıdakı sübutlar iş üçün əhəmiyyət kəsb etmişdir. Həmin sübutlara məhkəmə iclasında baxış keçirilmişdir.
1. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının icrası ilə bağlı la xx.xx.1993-cü ildə ünvan 10 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs (AA№: ******* FİN: xxxxxxx) adına qeydiyyata alınmış bank hesabına dair məlumatlar, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin bank hesabına hansı elektron mənbələrdən hansı üsulla və hansı məbləğlərdə pul vəsaitlərinin köçürüldüyü, habelə sonradan köçürülmüş hesablardan hansı tarixlərdə, hansı məbləğlərdə pul vəsaitlərinin kimlər tərəfindən köçürüldüyü, ümumilikdə hansı məbləğdə pul vəsaitlərinin hesablardan çıxarıldığına dair maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti barədə şəxsi və kommersiya sirri təşkil edən məlumatlar, eləcə də həmin bank hesabları üzrə bankomatlarda pul əməliyyatları həyata keçirilən zaman qeydə alınmış fotogörüntülər Leobankdan götürülməsi (Unibank) qərara alınmışdır. Həmin qərarın icrası ilə bağlı "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə CD disk təqdim edilmişdir. Müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış plastik karta ifadəsində göstərdiyi kimi bacısı Fidan Kərimli ilə birlidə digər şəxslər də pullur mədaxil etmişlər. Həmçinin müəyyən edilir ki, həmin plastik karta mədaxil edilən pullur 10 manat və 11 manat miqdarında olmuş və dəfələrlə təkrar olunmuşdur. Həmin pullar xx.xx.2022-ci il tarixdən təqsirləndirilən şəxsin tutulmazdan 1 gün əvvələdək, yəni xx.xx.2022-ci il tarixləri əhatə etmişdir. Digər şəxslər kimi həmin plastik karta 10 və ya 11 manatlar miqdarında, müəyyən vaxtlarda, müəyyən şəxslər tərəfindən, hətta eyni gündə bir neçə dəfə olmaqla da mədaxil edilmişdir. Təqsirləndirilən şəxs 10 və ya 11 manatlıq pullar göndərən şəxslərdən X4 Rayon Məhkəməsinin 1 (004) - 178/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. X1 Yasamal Rayon Məhkəməsinin 1 (004) - 420/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir.
2. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş "Bakcell MMC"-ə məxsus ***-***-**-** saylı və "Azercell Telecom MMC"-ə məxsus ***-***-**-** saylı mobil telefon nömrələrinə daxil olan və həmin nömrədən çıxan zənglər, cavabsız zənglər, həmin nömrəyə daxil olan və çıxan SMS-lər və onların mətnləri, abonentlər barədə məlumatlar, zənglərin və mesajların vaxtı və ardıcıllığı, anten dairəsi məlumatlarının götürülməsi barədə sorğu verilmiş və Azercell Telecom MMC-dən xx.xx.2023-cü il tarixli 484 və xx.xx.2022-ci il tarixli 25206 nömrəli sorğulara cavablara və həmin cavablara əlavə edilmiş 02 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına ***-***-**-**, ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələr müəyyən edilmişdir. ***-***-**-** saylı mobil nömrənin qərarda göstərilən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 21:05:06-da **********97 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş **********13 saylı mobil nömrəyə gələn sms yazışmasından görünür ki, (çıxiram mehleye getir pulu gedim ozm alim vse sen addi adam tanimiram men esebden qaciram hi qdr eseb hele yaxin bildiim yawadirsa retolsin!), xx.xx.2022-ci il tarixdə, saat 10:12:-da **********25 saylı mobil nömrədən gələn sms yazışmasında (Qasi Vеzyеt Pis Di), xx.xx.2022-ci il tarixdə saat 10:12:06-da **********25 saylı mobil nömrədən gələn sms yazışmasında (Qasi Vеzyеt Pis Di), xx.xx.2022-c il tarixdə saat 12:02:06-da **********93 saylı mobil nömrədən gələn sms yazışmasında (Qaqam sen bilirsen mene ne vermsen men axdardim ay qardasim menimki bunla duzelmr), xx.xx.2022-ci il tarixdə saat 12:02:06-da **********93 saylı mobil nömrədən gələn sms yazışmasında (Qaqam sen bilirsen mene ne vermsen men axdardim ay qardasim menimki bunla duzelmr), xx.xx.2022-ci il tarixdə saat 12:07:29-da **********93 saylı nömrədən gələn sms yazışmasında (Qaqa sen qadan alaram mene sef vermisen kola lazimdi bu yox putun lomka oldum sen alah gor neynirsen olurem ozunu catdir basa donum), xx.xx.2022-ci il tarixdə saat 20:01:32-də **********65 saylı nömrədən gələn sms yazışmasında (Matı hay huy elesen menede pay cixard verimde sene 5 diyi), xx.xx.2022-ci il tarixdə saat 22:26:13-də **********97 saylı nömrədən gələn sms yazışmasında (Elnur daw isdirem), xx.xx.2022-ci il tarixdə saat 06:06:43-də **********24 saylı nömrədən (Ay brat onnan besdik kola 3 manatdix da fanta goturmek olar? getmemisem burdayam hele qaqa komek ede bilersen), xx.xx.2022-ci il tarixdə saat 14:25:36da ,**********24 saylı nömrədən gələn sms yazışmasında (mən gozdədim sən rastvor gətirdin oda belə buda belə amma ağali mən o adam deyiləm dana ancaq nəysə deyə bilərəm ama yenədə nəysə. Sağol ağali yenə mən gozdədim lomkada getdim), xx.xx.2022-ci il tarixdə aaat 03:25:36-da **********27 nömrədən gələn sms yazışmasında (X23 Duranda Menim 100 X19 X17) kimi yazışmalar qeydə alınmışdır.
3. "Azerfon LLC"-dən alınmış xx.xx.2023-cü il tarixli AZF/LGL-2150/23 saylı məktuba və həmin məktuba əlavə edilmiş 1 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən gələn sms yazışmasından görünür ki, (qaqa sene qurban cix gel men cox pisem,qurban sene), (etе girirеm.mеnnеn 5dеq sorа аt hеyеtе tеmаni.), (Nе tеmа tаpа bilirеm nеdе pul.dizdеrim sinir sеnol.аglimа аncаq sеn),(Opurem qardawim Allah canivi sag elesin.elive duwse menide yad ele. pul meselesi var onu gözduyurem alinan kimi cixacam 3-4 gune.opurem sevirem cixan kimi), **********51 saylı mobil nömrədən göndərilmiş sms yazışmasından görünür ki, (brat mənə saxla 10 manat), **********24 saylı mobil nömrədən daxil olmuş sms yazışmasından görünür ki, (çıx da sən Allah öldüy axı ağrıdaaan), kimi yazışmalar qeydə alınmışdır. Təqsirləndirilən şəxs adına olmuş və istifadəsində olmuş Azercell Telecom MMC-ə məxsus **********13 saylı mobil nömrəyə və Azerfon LLC-ə məxsus ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olmuş sms yazışmalarından görünür ki, müxtəlif nömrələrdən gələn sms yazışmalarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin narkotik istifadəçilərinin istifadə etdikləri müxtəlif jarqon və ifadələrdən istifadə edilməklə ondan istənilməsi yəni, (Qaqam sen bilirsen mene ne vermsen men axdardim ay qardasim menimki bunla duzelmr), (Qaqa sen qadan alaram mene sef vermisen kola lazimdi bu yox putun lomka oldum sen alah gor neynirsen olurem ozunu catdir basa donum), (brat mənə saxla 10 manat), (Opurem qardawim Allah canivi sag elesin.elive duwse menide yad ele. pul meselesi var onu gözduyurem alinan kimi cixacam 3-4 gune.opurem sevirem cixan kimi), (etе girirеm.mеnnеn 5dеq sorа аt hеyеtе tеmаni.), (Ay brat onnan besdik kola 3 manatdix da fanta goturmek olar? getmemisem burdayam hele qaqa komek ede bilersen), kimi yazışmalar özlüyündə Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqına məlum olmayan şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin satışı faktını təsdiq edən mötəbər sübut hesab edilir. Beləliklə yuxarıda qeyd edilən hallar narkotik vasitənin satış məqsədilə əldə edilməni, üzərində saxlamanı, daşımanı müəyyən etməkdə digər hallar kimi sübati əhəmiyyəti vardır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə sasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenum qərarının müddəalarına əsasən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini 4 ədəd büküm halında bükməsi, qablaşdırması, sms yazışmaları ilə müəyyən edilmiş şəxslər tərəfindən ona müxtəlif vədlər edilərək ondan narkotik vasitə və ya psixotrop maddənin istənilməsi, onun istifadələrində olmuş kart hesablarına qeyd edilən miqdarda (10 və ya 11 manatlıqlar olmaqla) pulların göndərilməsi faktları Təqsirləndirilən şəxs tərəfindən satış faktının sübut olunmasını bir daha təsdiq edir. Bununla da məhkəmədə müəyyən edilmiş yuxarıda sadalanan telefon yazışmaları məlumatları, kart hesabı məlumatları, təqsirləndirilən şəxsə göndərilmiş məbləğlərin hər birinin 10, 11 manat olması, bu məbləğlərin narkotik vasitənin istifadəçilərinin dediyi dildə 1 çetinin qyiməti olması, həmin pul göndərən şəxslərdən bir neçəsinin CM-nin 234.1-ci maddə ilə məhkum olunmasından ibarət olan bu cür digər hallar nəzərə alınmaqla, təqsirləndirilən şəxsin üzərində olan narkotik vasitənin satış məqsədi ilə olması tam təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/3868 saylı, xx.xx.2022-ci il tarixli ekspertiza rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 168” dairəvi möhür əksi və "Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr Təqsirləndirilən şəxs-imza; müdafiəçi Ruzim Almuradov-imza; X9 -imza" yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 04 (dörd) ədəd bükümlərdəki təmiz çəkiləri -0,051 qram, -0,096 qram, -0,066 qram, -0,167 qram, ümumi təmiz çəkisi 0,380 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdəki ümumi təmiz çəkisi 0,305 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/3941 № saylı məhkəmə fıziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti N° 68” ştamp əksi və "Ekspert rəyi N6/3868 Təqsirləndirilən şəxs yazısı və imza" yazı əlavəli paketin içərisində olan "Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr, Təqsirləndirilən şəxs-imza; müdafiəçi: Ruzim Almuradov-imza; X9-imza" yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 04 (dörd) ədəd bükümlərdə olan heroinlər kimyəvi komponent tərkiblərinə görə və xarici əlamətlərinə görə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 3901 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 il 06 ay (dörd il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 17 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 184 manat (bir yüz səksən dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,220 qram narkotik vasitə olan – heroin və 0,255 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi Cəlal oğluna ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən, Hüseyn Səfərov