Məhkəmə qərarları › İş №1(004)-55/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-55/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-55/2024 21.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs müdafiəçi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, milliyətcə azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-in 185.2 və 234.1-ci maddələri ilə məhkum olunmaqla məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, yaşayış evinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 18:50 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına mənzildə hər hansı şəxsin olmamasından istifadə edib mənzilin qapısının kilidinin içəri hissəsini sındırmaq üsulu ilə qanunsuz daxil olmaqla mənzildən 1 ədəd 400 manat dəyərində “Espirit” markalı qol saatını, 1 ədəd 300 manat dəyərində “Police” markalı qol saatını, 3 ədəd birinin dəyəri 300 manat olan cəmi 900 manat dəyərində “Gshock” markalı qol saatlarını, 1 ədəd 650 manat dəyərində “Lacoste” markalı qol saatını, 2 ədəd birinin dəyəri 350 manat olan cəmi 700 manat dəyərində “Casio” markalı qol saatlarını, 2 ədəd birinin dəyəri 550 manat olan cəmi 1100 manat dəyərində “Tissot” markalı qol saatlarını, cəmi 4050 manat özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-in 185 və 234-cü maddələri ilə məhkum edilmiş, təxminən 20 il ərzində azadlıqdan məhrum etmə cəzası çəkmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində ünvan 3 ünvanının yaxınlığında olarkən əvvəlki tanışı Səbuhi Babayevin yaşadığı mənzilə qalxmaq fikrinə düşmüş, mənzilin qapısını döyərək evdə heç kimin olmadığına əmin olmuşdur. Pula ehtiyacı olduğu üçün mənzilə daxil olaraq pul və ya başqa qiymətli əşya əldə etmək qərarına gəlmiş, qapının kilidini əlindəki hazırda xatırlamadığı dəmir əşya ilə sındırıb evə daxil olmuş, evdəki yataq və qonaq otaqlarını, şkafların içərisini axtarıb pul tapa bilməmişdir. Yalnız şkafların birinin içərisində 10 ədəd qol saatının olduğu paketi görüb onu götürmüş, həmin qol saatlarını sataraq pul əldə edə biləcəyini düşünmüş, saatların konkret olaraq hansı markadan olmasını dəqiq bilməmişdir. Evdən çıxıb getmək istəyərkən bir nəfər təxminən 40 yaşlarında qadını görmüş, həmin qadın onun mənzilində nə etdiyini soruşmuşdur. Ev sahibinin özünün onu çağırdığını deyib qadının yanından ötüb binadan çıxaraq uzaqlaşmış, əlindəki paketlə birlikdə “28 may metrostansiyası” istiqamətində gedib orada tanımadığı 2-3 şəxsə qol saatlarını təklif etmiş, lakin həmin şəxslərdən yalnız biri həmin saatlardan ikisinə cəmi 25 manat verə biləcəyini demişdir. Həmin saatları 25 manata satmış, digər saatları isə sata bilmədiyi üçün hazırda xatırlamadığı yerə atmışdır. Göstərdiyi oğurluq cinayətini təkbaşına törətmiş, əldə etdiyi 25 manata da həmin gün yemək alıb yemişdir. Həmin saatların dəyərini və markasını dəqiq bilməmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərşəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində arvadı Aybəniz onun mobil telefonuna zəng edərək evlərindən oğurluq edildiyini deyib onu evə çağırmışdır. Tələsik evə gedərək mənzildəki otaqların hamısının dağıdıldığını, saat qutularının yerə atıldığını görüb evdən oğurluq edildiyini başa düşmüş, Aybənizlə birlikdə mənzilə baxıb pul və ya digər qiymətli əşya oğurlanmadığını, mənzilin giriş qapısının kilidinin sındırıldığını, evdən 1 ədəd “Espirit” markalı qol saatı, 1 ədəd qəhvəyi rəngli “Police” markalı qol saatı, 3 ədəd sarı-qara-xaki rəngli “G-shock” markalı, 1 ədəd “Lacoste” markalı, 2 ədəd “Casio” markalı, 2 ədəd “Tissot” markalı, cəmi 10 ədəd qadın və kişi qol saatlarının oğurlandığını müəyyən etmiş və DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Oğurlanmış saatların heç biri smart, yəni mobil telefonla işləyən saat olmamış, saatları özü almış, onlardan 1 ədəd “Lacoste” markalı, 2 ədəd “Casio” markalı və 1 ədəd “Tissot” markalı qol saatları qadın saatları, digərləri isə kişi qol saatları olmuşdur. Oğurlanmış qol saatlarından “Espirit”, “Police” və “G-Shock” markalı qol saatlarının qutuları evdə qalmışdır. Yaşadıqları mənzilin giriş qapısının açarı ailə üzvlərindən başqa heç kimdə olmamışdır. Təqsirləndirilən şəxs tanımır. “Espirit” markalı qol saatını 400 manata, “Police” markalı qol saatını 300 manata, 1 ədəd “G-shock” markalı qol saatının birini 300 manata, “Lacoste” markalı qol saatını 650 manata, “Casio” markalı qol saatının birini 350 manata, “Tissot” markalı qol saatının birini 550 manata almışdır. Həmin saatları aldığı vaxtı dəqiq xatırlamır. “Espirit” markalı kişi qol saatı Amerikada istehsal edilməklə modeli “Aria” olmuş, o saatı 2015-ci ildə Türkiyənin İstanbul şəhərindən 400 manata almaqla istifadə edilmişdir. Saat saz vəziyyətdə olmuş, heç bir təmirə ehtiyacı olmamış, kiçik batareya ilə işləyən saat olmuşdur. “Police” markalı kişi qol saatı İtaliya ölkəsində istehsal edilməklə modeli “Jet” olmuş, o saatı 2018-ci ildə Bakıdan xatırlamadığım mağazadan 300 manata almaqla istifadə edilmişdir. Saatlar saz vəziyyətdə olmuş, heç bir təmirə ehtiyacı olmamış, kiçik batareya ilə işləyən saat olmuşdur. “G-shock” markalı 2-i qadın, biri kişi qol saatları Almaniya ölkəsində istehsal edilməklə modeli 2-i GA-2100, biri isə GVG 100 olmuş, o saatları 2018, 2019-cu illərdə Bakıdan xatırlamadığım mağazalardan hər birini 300 manata almaqla istifadə edilmişdir. Saatlar saz vəziyyətdə olmuş, heç bir təmirə ehtiyacı olmamış, kiçik batareya ilə işləyən saat olmuşdur. “Lacoste” markalı qadın qol saatı Fransa ölkəsində istehsal edilməklə modeli ******* olmuş, o saatı 2019-cu ildə Bakıda “VMF” mağazadan 650 manata almaqla istifadə edilmişdir. Saat saz vəziyyətdə olmuş, heç bir təmirə ehtiyacı olmamış, kiçik batareya ilə işləyən saat olmuşdur. “Casio” markalı 2 ədəd kişi qol saatları Almaniya ölkəsində istehsal edilməklə modelləri DV5600 MNT-8 olmuş olmuş, o saatı 2021-ci ildə Bakıda “VMF” mağazasından hər birini 350 manata almaqla istifadə edilmişdir. Saatlar saz vəziyyətdə olmuş, heç bir təmirə ehtiyacı olmamış, kiçik batareya ilə işləyən saat olmuşdur. “Tissot” markalı 2 ədəd kişi qol saatları İsveçrə ölkəsində istehsal edilməklə modelləri “Classic Dream” olmuş, o saatları 2020-ci ildə Bakıdan “VMF” mağazasından hər birini 550 manata almaqla istifadə edilmişdir. Əlavə olaraq bildirdi ki, ona dəymiş maddi ziyan ödənilməyib, məhz ona görə şikayətçidir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ibtidai istintaqa verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, xx.xx.2022ci il tarixdə saat 18 radələrində şəxsi işləri ilə bağlı yaşadığı mənzildən tək çıxıb 50 dəqiqə sonra geri qayıtmış, həmin vaxt uşaqları evdə olmamışdır. Bloka daxil olub yuxarı qalxarkən 2-ci mərtəbə ilə 3-cü mərtəbənin arasında 175-180 sm boylarında, arıq bədən quruluşlu, sarışın, başında papaq geyinmiş uzun saçlı cavan oğlanın onların mənzilinin giriş qapısını bağlayaraq içəridən çıxdığını görmüşdür. Həmin şəxsdən onlara məxsus mənzildən çıxmasının səbəbini soruşmuş, ev sahibinin onu çağırdığını, bunu ev sahibindən soruşmasını deyib əlindəki torba ilə uzaqlaşıb aşağı düşərək getmişdir. Əri Məhəmmədin evdə olmasını, Məhəmmədin onu çağırmasını düşünüb evə qalxmış, mənzilin giriş qapısının önündə dayanıb evdə kimin olmasını soruşmuş, səs gəlmədiyi üçün mənzilə daxil olmuşdur. Mənzildəki otaqların hamısının dağıdıldığını, saat qutularının yerə atıldığını görüb həmin şəxsin evdən oğurluq etdiyini başa düşmüş və əri Məhəmmədə zəng edərək ona məlumat vermişdir. Məhəmmədlə birlikdə mənzilə baxıb pul və ya digər qiymətli əşya oğurlanmadığı, mənzilin giriş qapısının kilidinin içəridən sındırıldığını, evdən 1 ədəd “Espirit” markalı qol saatı, 1 ədəd qəhvəyi rəngli “Police” markalı qol saatı, 3 ədəd sarı-qara-xaki rəngli “G-shock” markalı, 1 ədəd “Lacoste” markalı, 2 ədəd “Casio” markalı, 2 ədəd “Tissot” markalı, cəmi 10 ədəd qadın və kişi qol saatlarının oğurlandığını müəyyən etmişlər. Əri Məhəmməd DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Oğurlanmış saatların heç biri smart, yəni mobil telefonla işləyən saat olmamış, saatları əri almış, onlardan 1 ədəd “Lacoste” markalı, 2 ədəd “Casio” markalı və 1 ədəd “Tissot” markalı qol saatları qadın saatları olmuşdur. Oğurlanmış qol saatlarından “Espirit”, “Police” və “G-Shock” markalı qol saatlarının qutuları evdə qalmışdır. Yaşadıqları mənzilin giriş qapısının açarı ailə üzvlərindən başqa heç kimdə olmamışdır. Təqsirləndirilən şəxs tanımasa da onu görsə tanıya bilər. Cinayət işinin 119-cu vərəqəsində olan 26 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 163-164-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 avqust 2023-cü il tarixdən hesablanmaqla 01 ay 18 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs mənzilində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən bir ədədi ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 89-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 19 oktyabr 2022-ci il tarixli, 3/1280 saylı ekspert rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 3-4 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, 5 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 6 saylı daktilolentin səthindəki “a” əl-barmaq, “b” papilyar naxış izləri, 7 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri, 8 saylı daktilolentin səthindəki “a” əlbarmaq izi, “b” papilyar naxış izi, 9,10 saylı daktilolentlərin səthindəki “a” əl-barmaq izləri, 11 saylı daktilolentin səthindəki “a” əl-barmaq və “b” əl-barmaq izləri, 12,13 saylı daktilolentlərin səthlərindəki ovuc izləri müqayisəli tədqiqat üçün yararlıdır. - ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əlbarmaq izi Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağından qalmışdır. - Tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 3, 4 saylı daktilolentlərin səthindəki “a” əl-barmaq izləri, 5 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 6 saylı daktilolentin səthindəki “a” əl-barmaq, “b” papilyar naxış izləri, 7 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri, 8 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, “b” papilyar naxış izi, 9,10 saylı daktilolentlərin səthindəki “a” əl-barmaq izləri, 11 saylı daktilolentin səthindəki “a” əl-barmaq və “b” əl-barmaq izləri, 12,13 saylı daktilolentlərin səthlərindəki ovuc izləri Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışlar. - Tədqiqata təqdim edilmiş 1,2,5,6,8,9,10,11 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri 14-27 saylı daktilolentlərin səthlərindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Cinayət işinin 89-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 61.29 manat müəyyən edilmişdir. Cinayət işinin 196-199-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 13 oktyabr 2023-cü il tarixli, 9/7053 saylı məhkəmə-əmtəəşünaslıq ekspert rəyindən görünür ki, 2015-ci ildə alınmış, Amerika istehsallı “Aria” model, “Espirit” markalı kişi qol saatının birinin dəyəri 150 manat, 2018-ci ildə alınmış, İtaliya istehsallı, “Jet” model, “Police” markalı kişi qol saatının dəyəri 180 manat, 2018-2019-cu ildə alınmış, Amerika istehsallı, GA-2100 model, “G-shock” markalı qadın qol saatının birinin dəyəri 120 manat olmaqla ikisi 240 manat, 2018-2019-cu ildə alınmış, Amerika istehsallı, GVG 100 model, “G-shock” markalı kişi qol saatının dəyəri 120 manat, 2019-cu ildə alınmış, Fransa istehsallı ******* model, “Lacoste” markalı qadın qol saatının dəyəri 350 manat, 2021-ci ildə alınmış, Almaniya istehsallı, DV5600 model, “Casio” markalı kişi qol saatının dəyəri 120 manat, 2020-ci ildə alınmış, İsveçrə istehsallı “Classic Dream” model, Tissot markalı kişi qol saatının birinin dəyəri 250 manat olmaqla ikisi 500 manat kimi qiymətləndirilmişdir. Malların orta intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1780 manat müəyyən olunmuşdur. Cinayət işinin 197-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Cinayət işinin 202-211-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş əlbarmaq izləri iş üzrə maddi sübut kimi qəbul olunmuş və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 67-70-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM 185.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 07 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs yaşayış evinə qanunsuz daxil olub zərər çəkmiş şəxsə ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 26 avqust 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisə yerinə baxış zamanı götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalı, aparılmış məhkəmə ekspertizaları tədqiqatının xərci cəmi - 111,29 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerinə baxış zamanı götürülmüş əlbarmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci cəmi – 111,29 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar