Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-550/2025 17.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Nümayəndə oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Şuşa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtdan əldə etdiyi 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, kəsici-deşici xassəyə malik soyuq silah hesab edilən bıçağı qanunsuz olaraq əldə edərək üzərində və daha sonra Şahid1 istifadəsində olan “BYD” markalı, **-UD-*** d.q.n-lı avtomobildə gəzdirmiş, xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində sərxoş vəziyyətdə “BYD” markalı, ** UD *** d.q.n-lı avtomobili Bakı şəhəri, Yasamal rayonu ərazisində idarə edən zaman yol hərəkəti qaydalarını pozduğuna görə Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən heç bir əsaslı səbəb göstərmədən DYPŞ-nin əməkdaşları ilə mübahisə edərək idarə etdiyi avtomobildə qanunsuz olaraq gəzdirdiyi 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, ümumi təyinatlı qatlanan tipli, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən bıçaqla özünün qarın nahiyyəsinə zərbələr endirərək qarın nahiyyəsinin sol yarısının periton boşluğuna nüfuz edən və mədəni yaralayan 01 ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran xəsarət yetirib hadisə yerindən uzaqlaşmış, xx.xx.2025-ci il tarixdə saat 04 radələrində idarə etdiyi “BYD” markalı, ** UD *** d.q.n-lı avtomobili saxladığı Yasamal rayonu, Yeni Yasamal 1, bina 14 ünvanında yerləşən yaşayış binalarının həyətində baxış keçirilən zaman avtomobilin sürücü oturacağının qarşısındakı ayaqaltı hissəsindən 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, ümumi təyinatlı qatlanan tipli, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən bıçaq qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 22 fevral 2025-ci il tarixdə tanışları Şahid1, Şahid3 və Məhəmməd Kazımovla birlikdə Yasamal rayonunda yerləşən “Liman Pub” restoranına getmişdir. Məhlədən çıxarkən azyaşlı uşaqların bıçaqla oynadığını görmüş, əllərindən almaqla sonradan atmaq niyyətiylə əllərindən almışdır. Daha sonra hamısı restoranda yemək yeyib spirtli içki qəbul etmişlər. Dördü birlikdə Şahid1 məxsus “BYD” markalı, **-UD-*** d.q.n-lı avtomobillə getmişdirlər. Dördü də sərxoş olduqdan sonra ayıq sürücü xidmətinə müraciət etsələr də, hava şəraiti ilə əlaqədar ayıq sürücü gəlməmişdir. Həmin gün saat 24 radələrində restorandan çıxmışlar və onlardan böyük olduğuna görə bildirmiş ki, avtomobili özü idarə edəcək, heç bir problem yoxdur. Dördü də birlikdə Teymurun avtomobilinə əyləşmişlər. Emil qabaq sərnişin oturacağında, Bəhram və Məhəmməd isə arxa oturacaqda əyləşmişlər. O avtomobili “Elmlər Akademiyası” metrostansiyasının qarşısı tərəfdən idarə edib Yasamal rayonu, A.M.Şərifzadə prospektinə çıxmışdır. Yasamal rayonu, A.M.Şərifzadə prospekti ilə hərəkətdə olarkən Yasamal qəbirstanlığının girişinin qarşısında Yol Patrul Xidmətinin əməkdaşları xidməti avtomobillə onlara avtomobilə saxlamaq əmri vermişlər. O da avtomobili yolun sağ kənarına çəkib yolun kənarında saxlamışdır. Emilgilə düşməməklərini və gedib məsələni həll edəcəyimi demiş, maşından düşüb getmişdir. O 3- 4 dəqiqə onların arxalarında dayanmış YPX avtomobilindəki inspektorla söhbət etmişdir. Lakin tanımadığı YPX inspektoru onu avtomobillə birlikdə idarənin cərimə meydançasına aparacağını bildirmişdir. Ondan nə qədər xahiş etsə də onun xahişini etməmişdir. Buna görə inspektorla sözlə aralarında kiçik mübahisə olmuşdur. O YPX avtomobilindən düşmüş və idarə etdiyi avtomobilə gedib sürətlər qutusunun yanına qoyduğu bıçağı götürmüşdür. Bıçağın kəsici hissəsini açmış və kəsici hissəsi ilə qarın nahiyyəsinə bir neçə dəfə zərbələr endirməyə başlamışdır. Həmin vaxt onunla avtomobillə gəlmiş Emilgil avtomobildən düşüb yanına gəlib onu sakitləşdirmişlər və onlar gəldikləri avtomobilə geri qayıdıb əyləşmişlər. O yenə də avtomobilin sükanına əyləşmiş və avtomobili idarə etməyə başlamışdır. Avtomobili idarə edərkən halının pisləşdiyini görmüş və əlində olan bıçağı sürücü oturacığının qarşısına avtomobilin ayaqaltısının üzərinə atmışdır. Hadisənin baş verdiyi yerdən təxminən 01 kilometr uzaqlaşmışlar. Biraz qabağa getdikdən sonra artıq avtomobili idarə edə bilməmiş və yolun sağ kənarına çəkib saxlamışdır. Emil avtomobildən düşmüş və qarşıdan gələn tanımadığı avtomobillərdən birini saxlamışdır. Emillə birlikdə xəstəxanaya getmişıər, orada ona ilkin tibbi yardım göstərilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 fevral 2025-ci il tarixdə tanışları Şahid1, Təqsirləndirilən şəxs və Məhəmməd Kazımovla birlikdə Yasamal rayonunda yerləşən “Liman Pub” restoranına getmişdirlər. Hamısı restoranda yemək yeyib spirtli içki qəbul etmişlər. Dördü birlikdə Şahid1 məxsus “BYD” markalı, **-UD-*** d.q.n-lı avtomobillə getmişdirlər. Dördü də sərxoş olduqdan sonra ayıq sürücü xidmətinə müraciət etsələr də, hava şəraiti ilə əlaqədar sürücü gəlməmişdir. Həmin gün saat 24 radələrində restorandan çıxmışlar və Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobili özü idarə edəcəkdir, heç bir problem yoxdur. Təqsirləndirilən şəxs və onlar üçü Teymurun avtomobilinə əyləşmişlər. O qabaq sərnişin oturacağında, Bəhram və Məhəmməd isə arxa oturacaqda əyləşmişdirlər. Təqsirləndirilən şəxs avtomobili “Elmlər Akademiyası” metrostansiyasının qarşısından idarə edib Yasamal rayonu, A.M.Şərifzadə prospektinə çıxmışdır. Yasamal rayonu, A.M.Şərifzadə prospekti ilə hərəkətdə olarkən Yasamal qəbirstanlığının girişinin qarşısında Yol Patrul Xidmətinin əməkdaşları xidməti avtomobillə onalara avtomobili saxlamaq əmri vermişlər. Yapon da avtomobili yolun sağ kənarına çəkib yolun kənarında saxlamışdır. Yapon onlara düşməməklərini və şahid ailəsi olduğunu deyərək heç bir problem olmayacağını demiş və özü maşından düşüb getmişdir. Təqsirləndirilən şəxs 3-4 dəqiqə onların arxalarında olan YPX avtomobilindəki inspektorla söhbət etmişdir. Sonra o avtomobildən düşmüş və YPX avtomobilinə doğru getmişdir. Həmin vaxt Yapon YPX avtomobilinin qabaq sərnişin oturacağından düşmüş və YPX avtomobilinin sol tərəfinə keçib bıçaq çıxarmışdır. Polis əməkdaşları da Yapona özünə xəsarət yetirməyinə mane olmağa çalışırmış. Sonra isə Yapon əynindəki koftanı yuxarı qaldırıb əlində olan bıçaqla qarın nahiyyəsinə bir neçə dəfə xəsarət yetirmişdir. Bu zaman onlarla birlikdə avtomobildə əyləşən Bəhram və Məhəmməd də onların yanına gəlmişlər. Yaponun özünə xəsarət yetirdiyini görüb tez ona mane olmuşlar və Yaponu gəldikləri “BYD” markalı avtomobilə aparmışlar. Dördü də avtomobilə əyləşmiş, Yapon yenə də avtomobili idarə etməyə başlamışdır. Yapon avtomobili idarə etmiş və hadisənin baş verdiyi yerdən təxminən 01 kilometr uzaqlaşmışlar.Yolda olarkən Yapon demişdir ki, bayaq YPX əməkdaşları ilə mübahisə edən zaman üzərində gəzdirdiyi bıçaqla özünə xəsarət yetiribdir, halı yaxşı deyldir. Ona avtomobili saxlamasını demişdir. Yapon da avtomobili yolun sağ kənarına doğru çəkib yolun kənarında saxlamışdır. Yapon ona deyib ki, nəfəs ala bilmir, özünə xəsarət yetiribdir. O tez avtomobildən düşmüş və qarşı tərəfdə olan tanış avtomobilə yaxınlaşıb onlara kömək etməsini, Yaponun xəsarət aldığı üçün onu xəstəxanaya aparmasını xahiş etmişdir. Həmin şəxs də onları Respublikası Mərkəzi Xəstəxanasına aparmışdır. Orada Yapona ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və X4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, 22 fevral 2025-ci il tarixdə saat 23:30 radələrində Yasamal RPİ-nin DYPŞ-nin inspektoru Eltun Məmmədzadə ilə birlikdə xidməti avtomobillə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə hərəkətdə olarkən ağ rəngli “BYD” markalı, **-UD-*** d.q.n-lı avtomobilin yolun əks tərəfi ilə hərəkət etdiyini görərək ona saxla əmri verib avtomobili yolun sağ kənarına çəkib saxlamasını bildirmişlər. “BYD” markalı, **-UD-*** d.q.n-lı avtomobilin sürücüsü də avtomobilin Yasamal qəbirstanlığının giriş qapısının yaxınlığında yolun kənarına çəkib saxlamışdır. Onlar da gəlib onun avtomobilinin arxasında saxlamışlar və digər patrul Eltun Məmmədzadə avtomobildən düşüb sürücüyə yaxınlaşmışdır. Biraz sonra Eltun və sürücü maşından düşüb avtomobilə yaxınlaşmışlar. Avtomobildən düşən sürücü Eltunla mübahisə etməyə başlamış, sonra isə onların avtomobilə doğru gəlib onunla söhbət etməyə başlamışdır. Söhbət zamanı ona qayda pozduğunu, üstəlikdə sərxoş vəziyyətdə avbtomobil idarə etdiyini və barəsində qanuni tədbir görüləcəyini bildirmişdir. O isə spirtli içki qəbul etdiyini və şəhid ailəsi olduğuna görə yaxşı etdiyini bildirərək əsəbi şəkildə qışqıraraq onlarla mübahisə etməyə başlamışdır. O və patrul yoldaşı Eltun Məmmədzadə dəfələrlə ona qanuni tələblərinə tabe olmasını bildirsələr də, o öz qeyri səmimi hərəkətlərinə davam etmişdir. Sonra isə YPX-nin qabaq sol tərəfinə keçmiş və əlində olan bıçağı çıxarıb əynindəki koftasının qabağını yuxarı qaldırıb kəsici hissəsi ilə bir neçə dəfə qarın nahiyyəsinə xəsarət yetirməyə başlamışdır. Onlar nə qədər Təqsirləndirilən şəxs mane olmaq istəsələr də məhəl qoymamışdır. O dərhal yaxınlıqda xidmət edən PPX əməkdaşlarını köməyə çağırmışdır. Lakin Təqsirləndirilən şəxslə birlikdə avtomobildə olan şəxslər gedib Yaponun idarə etdiyi avtomobilə minmişlər, Təqsirləndirilən şəxs də avtomobili idarə edərək hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə iclasında şahid X3 elan olunmuş ifadəsindən görünürü ki, Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 23 fevral 2025-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşları ilə mübahisiə edərək özünə xəsarət yetirib hadisə yerindən qaçdığı barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin BYD” markalı, **-UD-*** d.q.n-lı avtomobil olduğu və ünvan 3 ünvanındakı yaşayış binalarının həyətində saxlanıldığı müəyyən edilmişdir. Dərhal həmin avtomobilin yanına getmişlər və içərisinə vizual olaraq kənardan baxış keçirmişlər. Daha sonra yaxınlıqda olan “Bravo” marketə tərəf getmişlər. Marketdən çıxan iki nəfər mülki geyimdə olan şəxslərə yaxınlaşaraq polis əməkdaşı olduğunu və yaxınlıqda olan “BYD” markalı, **-UD-*** d.q.n-lı avtomobilə baxış keçiriləcəyini, onların da həmin baxışın keçirilməsində iştirak etmələrini xahiş etmişdir. O və yanında olan digər şəxs də razılaşmışlar və birlikdə yolun qarşı tərəfində yerləşən küçəyə getmişlər. Həmin küçədə yerləşən çoxmərtəbəli yaşayış binalarının həyətində ağrəngli, “BYD” markalı, **-UD-*** d.q.n-lı avtomobil dayanmış vəziyyətdə imiş. Birlikdə həmin avtomobilə yaxınlaşmışlar. Onların iştirakı ilə avtomobilin qapıları açılmış və avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı avtomobilin sürücü oturacağında qana bənzər qırmızı rəngli ləkələrin olduğu aşkar olunmuşdur. Daha sonra avtomobilin sürücü oturacağının qarşısındakı ayaqaltı hissəsindən 01 ədəd qararəngli, kəsici hissəsi açıq vəziyyətdə olan bıçaq aşkar olunmuşdur. Həmin bıçaq tərəflərindən qablaşdırılmaqla götürülmuşdür. Baxış davam etdirilən zaman avtomobilin salonundan müxtəlif yerlərdən qeyd etdiyi qanabənzər ləkələr aşkar edilmiş və tampon pambıq vasitəsilə silinməklə götürülmüşlər. Bu barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 23 fevral 2025-ci il tarixdə gecə saat 04 radələrində Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən “Bravo” marketdən çıxarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onunla birlikdə dükandan tanımadığı başqa bir şəxs də çıxırmış. Polis əməkdaşları onlara yaxınlıqda saxladıqları “BYD” markalı, **-UD-*** d.q.n-lı avtomobilə baxış keçiriləcəyini, onların da həmin baxışın keçirilməsində iştirak etmələrini xahiş etmişlər. O və yanında digər şəxs də onlarla razılaşmış və birlikdə yolun qarşı tərəfində yerləşən küçəyə getmişlər. Həmin küçədə yerləşən çoxmərtəbəli yaşayış binalarının həyətində ağrəngli, “BYD” markalı, **- UD-*** d.q.n-lı avtomobil dayanmış vəziyyətdə imiş. Onlar birlikdə polis əməkdaşları ilə həmin avtomobilə yaxınlaşmışlar. Onların iştirakı ilə avtomobilin qapıları açılmış və avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı avtomobilin sürücü oturacağında qana bənzər qırmızı rəngli ləkələrin olduğu aşkar olunmuşdur. Daha sonra avtomobilin sürücü oturacağının qarşısındakı ayaqaltı hissəsindən 01 ədəd qararəngli, kəsici hissəsi açıq vəziyyətdə olan bıçaq aşkar olunmuşdur. Həmin bıçaq polis əməkdaşları tərəfindən qablaşdırılmaqla götürülmuşdür. Baxış davam etdirilən zaman avtomobilin salonundan müxtəlif yerlərdən qeyd etdiyi qanabənzər ləkələr aşkar edilmiş və tampon pambıq vasitəsilə silinməklə götürülmüşlər. Bu barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid7 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Axtarış elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. Yasamal RPİ-nin 28-ci PŞ-nin xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuş və saxlanılması üçün Yasamal RPİ-nin MSY-nə təhvil verilmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzənmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 99/2025 nömrəli rəyindən görünür ki: Maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinir: 1- Təqsirləndirilən şəxs təqdim olunan portalından çıxarılışın kserosürətinə əsasən qan qrupu-O/İ/. 2- Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq və kosmetik pambıq disk üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “H” antigeni, pambıq disk üzərindəki ləkədə həmçinin alfa və beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta (İ) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 55/2025 nömrəli rəyindən görünür ki:
1. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır.
2. Ekspertizaya təqdim olunmuş bıçağı üzərində sonradan onun təyinatını dəyişən heç bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 450 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- qarın nahiyyəsinin sol yarısının periton boşluğuna nüfuz edən və mədəni yaralayan 01 ədəd deşilmişkəsilmiş yarası iti kəsici-deşici əşyanın(alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixə tiyəyə malik olan alətin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətin öz-özünə yetirilməsi üçün əlçatan nahiyyədir, lakin kənar şəxs tərəfindən yetirə bildiyindən dəqiq olaraq şəxsin və ya kənar şəxs tərəfindən yetirilməsinin təyini üçün Təqsirləndirilən şəxs hadisə anında əynində olmuş paltarları xüsusi tibbi-kriminalistin müayinəsinin aparılması və ekspertin iştirakı ilə istintaq eksperimentinin aparılması məqsədə müvafiqdir. 23 fevral 2025-ci il tarixdə avtomobilə baxış protokolundan məlum olur ki, qeyd edilən avtomobil **-UD-*** dövlət qeydiyyat nişanlı, “BYD” minik markalı, sedan tiplidir, ağ rənglidir, 4 qapılıdır. Baxış Yasamal rayonu, Y.Yasamal 1, mənzil 14 ünnvanında yerıəşən binaların həyətində keçirilmişdir. Baxış zamanı avtomobilin xarici görünüşündə, eyni zamanda salonunda heç bir zədə və ya xəsarət aşkar olunmamış, avtomobilin salonuna baxış keçirilən zaman sərnişin oturacağında və ayaqaltına qırmızı rəngli qana bənzər ləkələr düşdüyü aşkar olunmuş, avtomobilin sürücü oturacağının ayaqaltısı deyilən hissəsinə baxış keçirilən zaman 01 ədəd qara rəngli kəsici hissəsi açılmış vəziyyətdə bıçaq aşkar edilərək iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılmaqla götürülmüşdür. Baxış keçirilməsi ilə əlaqədar fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilməklə aşkar edilərək götürülüb ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmaqla saxlanması üçün Yasamal RPİ-də Məsul Saxlanca təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. X5, Veteranları və Şəhid ailələri” ictimai birliyin Fəxri Fərmanından görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ Müharibəsi döyüşündə yüksək vətənpərvərlik nümunəsi göstərdiyinə görə təltif edilmişdir. Vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Selin adlı, xx.xx.2020-ci il təvəllüdlü Nilgün adlı və xx.xx.2022-ci il təvəllüdlü Nərgiz adlı övladı vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X2 rayon məhkəməsinin qətnaməsinə əsasən xx.xx.1994-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı ölmüş elan edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 6-cı hissəsinə əsasən soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Soyuq silaha tiyəli silah (silah hesab olunan xəncərlər, döyüş, milli, ov bıçaqları, süngülər, qılınclar, beybutlar və s.) sair kəsici, deşici və ya qarışıq təyinatlı silahlar (nizə, döyüş baltası və s.) eləcə də zərbə-dağıdıcı təsirli əşyalar (beşbarmaqlar, nunçaklar, gürzlər və s.) aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla cinayət məsuliyyətinə səbəb olur. CM-nin 228-ci maddəsinin “Qeyd”inə əsasən bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxs göstərilən əsaslarla cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadəsinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi dələduzluq əməlləri Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır.. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağın olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını, atasının Kəlbəcərin işğalı zamanı vəfat etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, iş üzrə mülki iddia yoxdur, maddis sübut kimi tanınmış Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxış iclası zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri, 17 saylı Vəkil Bürosunun vəkili Nümayəndə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 385 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 il 11 ay 26 gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilməsin. Maddis sübut kimi tanınmış Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxış iclası zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri, 17 saylı Vəkil Bürosunun vəkili Nümayəndə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 385 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Sevinc Quliyeva