Məhkəmə qərarları › İş №1(004)-551/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-551/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-551/2022 30.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat: 11:55 Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Quba rayonu Xaroşa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Quba rayonu Xaroşa kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub qrup yaradaraq saxlanc yeri olan binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tanışı şəxsiyyəti istintaqa məlum olmayan “Samir” adlı şəxslə qabaqcadan əlbir olub qrup yaradaraq 21 iyun 2022-ci il tarixdə saat 02 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 1 ünvanda yerləşən "xxxx" ASC-nin ünvan 10ncərəsinin dəmir barmaqlıqlarını dəmir boru vasitəsi ilə sındıraraq saxlanc yeri olan binaya qanunsuz daxil olaraq hər birinin dəyəri 123,60 manat olan 10 ədəd d=50 mm-lik əks qapayıcını, dəyəri 210 manat olan 1 ədəd “Makita” markalı d=230 mm-lik laqondanı və dəyəri 140 manat olan 1 ədəd Bosch markalı direli gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilkdə 1586 (min beş yüz səksən altı) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu ərazisində yerləşən mebel salonlarının birində işləyir. Orada Samir adlı şəxslə tanış olmuşdur. Bir gün Samir ona yaxınlaşaraq bəzi əşyaların oğurlamasənda kömək etməyini ondan xahiş etmişdir. O, Samirə kömək etməyə razılıq vermiş və 21 iyun 2022-ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanda yerləşən "xxxx" ASC-nin ünvan 2a gələrək binanın hasarından həyətə daxil olmuşdurlar. Bu zaman o, kənar şəxslər gördüyü zaman Samirə bunu demək üçün binanın həyətində dayanmış, Samir isə binanın pəncərəsinin dəmir barmaqlıqlarını dəmir boru vasitəsi ilə sındıraraq binaya daxil olmuş və 10 ədəd d=50 mm-lik əks qapayıcını, 01 ədəd “Makita” markalı d=230 mm-lik laqondanı və 01 ədəd “Bosch” markalı direli gizli yolla oğurlayaraq hasardan keçirib arabaya yükləməsi üçün ona vermişdir. Bu zaman həmin əşyaların oğurluq yolu ilə ələ keçirildiyi ona məlum olmuşdur. O, bunu bilə-bilə oğurlanmış əşyaların anbarın hasarından keçirilməsinə və Samirin arabasına yüklənilməsinə kömək etmişdir. Oğurluq hadisəsi nəticəsində, onlar "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinə ümumilikdə 1586 manat məbləğində ziyan vurmuşdurlar. Oğurlanmış əşyaları Samirin arabasına yüklədikdən sonra o, öz iş yerinə qayıtmış, Samir isə oğurladıqları əşyaların yarısını yəni, 08 ədəd su qapayıcını və 01 ədəd direli Yasamal RPİ-nin 29-cu PŞ-nin yanında dəmir və əlvan metallar qəbul edən Ələkbərə, qalan əşyaları isə “Volqa” markalı avtomobilin sürücüsünə satmışdır. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini və onunla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, "xxxx" ASC-nin Hüquq Departamentinin hüquqi mübahisələrlə iş üzrə şöbəsində aparıcı hüquq məsləhətçisi vəzifəsində işləyir. 21 iyun 2022-ci il tarixdə gecə saatlarında iki nəfər naməlum şəxs tərəfindən ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nin ünvan 4 pəncərəsinin dəmir barmaqlıqlarını sındırılaraq saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq hadisəsi törədilmişdir. Hadisə nəticəsində, işlək vəziyyətdə olan hər birinin dəyəri 123,60 manat olan 10 ədəd d=50 mm-lik əks qapayıcı, dəyəri 210 manat olan 1 ədəd “Makita” markalı d=230 mm-lik laqonda və dəyəri 140 manat olan 1 ədəd Bosch markalı direl gizli olaraq talanıb oğurlanmaqla hüquqi şəxs "xxxx" ASC-yə ümumilkdə 1586 manat məbləğində ziyan vurulmuşdur. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, "xxxx" ASC-yə dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, "xxxx" ASC-nin Yasamal rayon Sukanal idarəsinin Su anbarları və nasos qurğularının istismar sahəsinin rəisi vəzifəsində işləyir. 21 iyun 2022-ci il tarixdə səhər saat 06:23 radələrində evdə olduğu zaman Yasamal rayon Su Kanal İdarəsinin Su anbarları və nasos qurğularının istismarının maşinisti Şahid2 tərəfindən mobil telefonuna zəng gəlmiş və o, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 78 ünvanda yerləşən "xxxx" ASC-nin ünvan 5 oğurluq hadisəsinin baş verdiyindən xəbər tutmuşdur. Bundan sonra o, Şahid2 bu barədə polisə məlumat verməsini tapşıraraq dərhal Yasamal rayonu, Ə.Əhmədov küçəsi 78 ünvanına gəlmiş və onunla eyni vaxtda hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxışda iştirak etmişdir. Bu zaman o, polis əməkdaşlarına naməlum şəxsin anbarın binasının pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq saxlanc yeri olan binaya qanunsuz daxil olmasını və oradan 01 ədəd laqonda, 01 ədəd direl və 10 ədəd su qapayıcısının oğurlandığını bildirmiş və bununla bağlı Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, "xxxx" ASC-nin Yasamal rayon Sukanal idarəsinin Su anbarları və nasos qurğularının istismar sahəsinin maşinisti işləyir. 21 iyun 2022-ci il tarixdə səhər saat 06 radələrində işə gəldiyi zaman "xxxx" ASC-nin Yasamal rayon Su Kanal İdarəsinin binasının dəmir barmaqlıqlar olan pəncərəsini sındırılmış vəziyyətdə görmüş və binanın içərisində oğurluq hadisəsinin törədildiyi ona məlum olmuşdur. O, bununla bağlı dərhal "xxxx" ASC-nin Yasamal rayon Sukanal idarəsinin Su anbarları və nasos qurğularının istismar sahəsinin sahə rəisi Şahid1 mobil telefon vasitəsilə zəng vurmuş, daha sonra onun tağşırığı ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan sonra Şahid1 və polis əməkdaşları hadisə yerinə gələrək birlikdə Yasamal rayon Su Kanal İdarəsinin 2 saylı anbarının binasına baxış keçirmişlər və bu zaman naməlum şəxs tərəfindən anbarın pəncərəsinin dəmir barmaqlıqlarının sındırılması yolu ilə orada olan dəmir rəfdən 10 ədəd su qapayıcısının, 01 ədəd laqondanın və 01 ədəd direlin oğurlandığı onlara məlum olmuşdur. Törədilmiş oğurluqla bağlı Şahid1 tərəfindən Yasamal RPİ-nin 29cu Polis Şöbəsinə ərizə ilə müraciət edilmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 173-175-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Quba rayonu, Xaroşa kəndində qeydiyyatda olsa da həmin rayonun Vəlvələ kəndində yaşamışdır. Təqsirləndirilən şəxs onun oğludur. O, hal-hazırda oğurluq cinayət əməlini törətdiyinə görə həbsdədir. X12 Federasiyası Nijni Tagil şəhərində yaşayan zaman X1 ilə nikahdankənar ailə qurmuş, evlilik dövründə 2010-cu ildə Darya adlı qızları olmuşdur. X12 Federasiyasından gəldikdən sonra ailəsi orada qalmış, yalnız telefon vasitəsi ilə əlaqə saxlamışlar. Oğlu Zamin iki ilə yaxındır ki, Bakı şəhərində yaşayıb, işləmişdir. Zaminin Azərsu ASC-nin Yasamal rayon Sukanal idarəsinin anbarından əşyalar oğurlaması xəbərini 30 iyun 2022-ci il tarixdə eşitmişdir. Sonradan oğlu Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən "xxxx" ASC-nin Yasamal rayon Su Kanal İdarəsindən əşyaları oğurlamaqla həmin müəssisəyə 1586 manat məbləğində ziyan vurmasını bilmişdir. X10 vurmuş olduğu ziyanın 1401 manat 50 qəpik pulu "xxxx" ASC-yə ödəmişdir. Bununlada oğlunun cəzasını yüngülləşdirmək istəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, Ə.Əhmədov küçəsi 78 ünvanda yerləşən "xxxx" ASC-nin ünvan 7barın pəncərəsinin dəmir barmaqlıqlarının sındırılması, anbarda olan dəmir rəfin qapısını sındıraraq oradan 01 ədəd laqonda, 01 ədəd direl və 10 ədəd su qapayıcısmm oğurlanması müəyyən edilmişdir.Hadisə yerinə baxış keçirilərən baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. (i.v. 8-15) “Əşyaya baxış keçirmə və götürülməsi haqqında” 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Əlizadə X4 rayonu, Ə.Əhmədov küçəsi 78 ünvanda yerləşən "xxxx" ASC-nin ünvan 8ğı əşyalardan 1 ədəd “Makita” markalı d=230 mm-lik laqonda xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PB-nin əməkdaşlarına təqdim etmişdir. (i.v. 25-27) "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə hadisə zamanı hər birinin dəyəri 123,60 manat olan 10 ədəd d=50 mm-lik əks qapayıcı, dəyəri 210 manat olan 1 ədəd “Makita” markalı d=230 mm-lik laqonda və dəyəri 140 manat olan 1 ədəd Bosch markalı direl oğurlanmışdır. (i.v. 33) “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 01 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanışı Samir adlı şəxs ilə əlbir olub qrup yaradaraq 21 iyun 2022-ci il tarixdə gecə saat 01 radələrində ünvan 1 ünvanda yerləşən "xxxx" ASC-nin ünvan 10ncərəsinin dəmir barmaqlıqlarını dəmir boru vasitəsi ilə sındıraraq içəri daxil olaraq oradan 10 ədəd d=50 mm-lik əks qapayıcım, 1 ədəd “Makita” markalı d=230 mm-lik laqondanı və 1 ədəd Bosch markalı direli gizli taladıqlarını əyani olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (i.v. 64-70) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli 9/5684 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Çin istehsalı olan 1 ədəd “Makita” markalı d=230 mm-lik laqondanın istifadə olunmasını nəzərə alaraq velosipedin 2022-ci ilin iyun ayına olan orta bazar dəyəri təxminən 75 manat təşkil edir, 10 ədəd d=50 mm-lik əks qapayıcı və 1 ədəd bosch markalı drel ekspertizaya təqdim edilmədiyindən və haqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. (i.v. 178-180) Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X9 tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə ümumilkdə vurmuş olduğu 1586 manat məbləğində ziyandan anası Şahid3 tərəfindən ödənmiş 1401 manat 50 qəpik məbləğində vəsaiti qəbul etmişdir. (i.v. 186) “Cinayət işi üzrə sübutlara qiymət verilməsi haqqında” 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinə məxsus 10 ədəd d=50 mm-lik əks qapayıcı, 1 ədəd “Makita” markalı d=230 mm-lik laqonda və 1 ədəd “Bosch” markalı drelin qiymətləri həmin İdarə tərəfindən müəyyən etdiyi qiymətlər real olduğundan əsas götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Makita” markalı d=230 mm-lik maddi sübut kimi tanınmış və məhkəmə hökmü qanuni qüvvəyə minənə kimi Yasamal RPİ-nə məsul saxlanca verilmişdir. Cinayət işinin başlanılmasına əsas olmuş ilkin təhqiqat materialları, Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən ifadələri, həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahid ifadələri, hadisə yerinə baxış keçirmə və əşyanı götürmə, ifadələrin yerində yoxlanılması, maddi sübut, məktublar, arayışlar, protokollar və mühüm əhəmiyyət kəsb etməklə ziddiyyətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilmişdir. (i.v. 188-196) “Ayrıca icraata cinayət işinin ayrılması haqqında” 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından oğurluq hadisəsindən iştirak etmiş “Samir” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi ayrılsın və icraatına qəbul edilərək istintaq davam etdirilmişdir. Ayrılmış cinayət işinə ********* nömrəsi verilməklə ********* nömrəli cinayət işinin bütün materiallarının sürətləri çıxarılaraq siyahı üzrə ********* nömrəli cinayət işinə əlavə edilmişdir. (i.v. 199-201) Şahid1 tərəfindən verilmiş qəbzdən görünür ki, 1 ədəd “Makita” markalı d=230 mm-lik laqondanı qəbul etmiş və məhkəmə hökmünədək saxlamağı öhdəsinə götürmüşdür. (i.v. 218) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, tanışı şəxsiyyəti istintaqa məlum olmayan “Samir” adlı şəxslə qabaqcadan əlbir olub qrup yaradaraq 21 iyun 2022-ci il tarixdə saat 02 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 1 ünvanda yerləşən AZƏRSU ASC-nin ünvan 10ncərəsinin dəmir barmaqlıqlarını dəmir boru vasitəsi ilə sındıraraq saxlanc yeri olan binaya qanunsuz daxil olaraq hər birinin dəyəri 123,60 manat olan 10 ədəd d=50 mm-lik əks qapayıcını, dəyəri 210 manat olan 1 ədəd “Makita” markalı d=230 mm-lik laqondanı və dəyəri 140 manat olan 1 ədəd Bosch markalı direli gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilkdə 1586 (min beş yüz səksən altı) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli 9/5684 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Çin istehsalı olan 1 ədəd “Makita” markalı d=230 mm-lik laqondanın istifadə olunmasını nəzərə alaraq velosipedin 2022-ci ilin iyun ayına olan orta bazar dəyəri təxminən 75 manat təşkil edir. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus Çin istehsalı olan 1 ədəd “Makita” markalı d=230 mm-lik laqondanın qiymətinin 210 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 9/5684 saylı rəyində laqondanın qiymətinin 75 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə laqonanı oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 75 (yetmiş beş) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 29 iyun 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 44) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin medafiə edilməsindən imtina edilməsi barədə” 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 89-92) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 01 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 93-94) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 06 ay şərti sınaq müddəti müəyyən edilərək 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.1 -ci maddəsi ilə təqsirli bilinərək 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuşdur. xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 102-103) “Təqsirləndirlən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v. 131-132) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 4(004)-707/2022 nömrəli qərarından görünür ki, X2 barəsində həbsetmənin əvvəli 22 avqust 2022-ci il tarixdən hesablanmaqla 01 (bir) ay 23 (iyirmi üç) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 169-170) “Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uadılmasından imtina olunması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirlən şəxs Əlizadə zmain Ələmşah oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin xx.xx.2022-ci il tarixdə başa çatması səbəbilə həmin müddətin uzadılması üçün təqdimatla məhkəməyə müraciət olunmasından imtina edilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti bitdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 232-235) Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin sədr müavini Etibar Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin istintaqı zamanı Cəmiyyətə 1586 (min beş yüz səksən altı) manat ziyan dəydiyi müəyyən edilmiş və həmin məbləğin 1401.50 manat hissəsi təqsirləndirilən şəxsin valideyni tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Vurulmuş ziyanın qalıq hissəsi dəyərində olan 1 ədəd laqonda Yasamal rayon Sukanal İdarəsinə təhvil verilmişdir. Həmin cinayət işi üzrə dəymiş ziyan ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs barəsində olan 06 aprel 2012-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün və 22 avqust 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 23 (iyirmi üç) gün, cəmi 01 (bir) ay 25 (iyirmi beş) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Quba rayon icra və pobasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Makita” markalı d=230 mm-lik laqonda zərərçəkmiş hüquqi şəxs "xxxx"ASC-yə qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün və 22 avqust 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 23 (iyirmi üç) gün, cəmi 01 (bir) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 03 (üç) ay 20 (iyirmi) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Quba rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan bir ədəd “Makita” markalı d=230 mm-lik laqonda zərərçəkmiş hüquqi şəxs "xxxx"ASC-yə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X3, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar