Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-551/2024 16.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Mizəbala oğlunun, müdafiəçi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X3 iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X6 mənzilə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 iyul 2024-cü il tarixdə saat 14-00 radələrində Zərərçəkmiş şəxs və X1 birlikdə kirayədə yaşadıqları ünvan 2 ünvanda yerləşən mənzilin giriş qapısına aid açarı X1 əl çantasından gizli şəkildə götürməklə həmin mənzilə qanunsuz daxil olaraq qonaq otağında stolun üzərində olan Zərərçəkmiş şəxs məxsus bir ədəd 3600 manat dəyərində olan «HP-Victus» markalı notebooku,25 manat dəyərində «Genius» markalı kompyuter siçanını,135 manat dəyərində «Redmi 5 Pro» markalı qulaqcığı gizli olaraq talayıb zərər cəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 3760 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs X6 ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər heç bir psixi xəstəlik keçirməmiş və bu kimi dispanserlərdə qeydiyyatda deyildir. Anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birgə yaşayır. Cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tanıyır. Belə ki, xx.xx.2024-cü il tarixdə dostu Asim onu yaşadığı ünvan 3 ünvanına dəvət etmişdir. Onlar evdə olarkən Asim halının pis olduğunu və icazə alması üçün onu iş yerinə aparmağını istəmişdir. Onlar birgə Asimin iş yerinə getmişlər və həmin vaxt ona zəng gəlmişdir ki,maşını pis saxladığı üçün çəkmək lazımdır. O da Asimə demişdir ki, «gedim maşını çəkim». O, avtomobilinin yerini dəyişdikdə Asim ona zəng edərək, icazə ala bilmədiyini və onların ünvanına getməyini bildirmişdir.Həmçinin Asim ona «əgər xalam oğlu Zərərçəkmiş şəxs evə gələrsə narahat olma» demişdir. O, evdə bir az vaxt keçirdikdən sonra evdəki masanın üzərində olan notbuk diqqətini çəkmiş və onun pula ehtiyacı olduğu üçün həmin notbuku götürüb evdən çıxmışdır.Daha sonra notbuku 20 yanvar dairəsi yaxınlığındaki adını xatırlamadığı «Lombard» mağazasına qoyaraq,oradan 600 manat məbləğində pul götürmüşdür.O,həmin notbuka məxsus siçanı da notbukun çantasının içərisindən götürmüş, lakin «airpods» markalı qulaqcıqdan xəbəri yoxdur. xx.xx.2024-cü il tarixdə Koroğlu parkında olan zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək,onu 26-cı PB-nə dəvət etmişlər.Daha sonra isə Yasamal RPİ-nin İŞ-nə təhvil vermişlər.Pula ehtiyacı olduğu üçün həmin notbuku götürmüş və «Lombard»a qoyaraq 600 manat pul əldə etmişdir.X7 şahid qismində dindirilərkən ifadəsində qeyd etdiyi kimi o,Asimin icazəsi olmadan çantasından onun yaşadığı mənzilin açarını oğurlayaraq həmin ünvandan notbukla yanaşı 136 manat dəyəri olan «airpods» markalı qulaqcıq və 1 ədəd 25 manat dəyərindəki siçanı da oğurlamasından çox peşmandır.Beləbi əməl törətdiyi üçün də çox peşmandır.O,notbukla birlikdə siçan da çantanın içərisində olarkən götürmüş,lakin, «airpods» markalı qulaqcıqdan xəbəri yoxdur.Dəymiş ziyan ödənilmişdir, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X3 təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, göstərilən ünvanda ailəsi ilə birgə yaşayır. O,Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində qeydiyyatda olmaqla yaşayır.Bakı şəhəri, Atatürk prospektində yerləşən «Cuppa Coffe» bar restoranında baş aşpaz işləyir. Aylıq məvacibi 800 manat təşkil edir.Yaşadığı evə gedib gəlmək həm vaxt, həm də maliyyə baxımından ona uyğun olmadığından məcburən Bakı şəhərinin mərkəzi yerlərində kirayədə yaşayır.Sonuncu dəfə 28 May metrosu ətrafında ayda 100 manat verməklə 5 nəfərlik evdə yaşamışdır. Həmin evdə yaşayarkən Əsgərzadə Asim adlı şəxslə tanış olmuşdur.O Asimə 2 nəfərlik ev tutmağı təklif etmişdir.Asim onun təklifi ilə razılaşmış və onlar ünvan 5 ünvanında yerləşən 2 otaqlı həyət evində ayda hərəsinə 200 manat olmaqla ümumi 400 manata ev tutmuşlar. Orada ikisi yoldaşlı yaşamağa başlamışlar.O, xx.xx.2024-cü il tarixdə saat 06:20-də evdən çıxaraq işlədiyi Bakı şəhəri, Atatürk prospektində yerləşən «Cuppa Coffe» bar restoranına getmişdir. Həmin tarixdə saat 16:30-da evə qayıdarkən yaşadığı ünvanda qonaq otağında stolun üzərində olan bir müddət əvvəl ona məxsus kredit şərtləri ilə 3600 manata aldığı «HP-Victus» markalı notebookunun yerində olmadığını aşkar etmişdir.Asimlə əlaqə saxlayaraq ona bu barədə məlumat verdikdə, Asim ona həmin notebookun tanışı Elcan tərəfindən oğurlanmasını bildirmişdir.O məsələni başa düşmədiyindən Asimi evə çağırmışdır.Asim ona bildirmişdir ki,Mərkəzi parkla Tarqovuda «KFC»-nin arxasında yerləşən aşbaz işlədiyi «Caffe City»-ə gedərkən yolda idarə etdiyi skuterdən yıxılmış,dizi əzilmişdir.Bu səbəbdən kömək üçün dostu Elcana zəng etmişdir ki,gəlib ona kömək etsin.Elcan da Asimin yıxıldığı yerə öz idarə etdiyi qırmızı rəngli opel markalı avtomobillə gələrək Asimi götürüb evə aparmışdır.Asimə orada dərman su verərək,ona köməklik etmişdir.Asim Elcandan xahiş etmişdir ki, onu işlədiyi yerə aparsın,orada vəziyyəti izah edib işdən icazə alsın.Onlar birlikdə avtomobilə minərək «Cafe City»-ə getmişlər.Həmin vaxt Asimin şəxsi əşyaları, o cümlədən evin açarı olan bel çantası özündə olmuşdur.Elcan həmin vaxt Asimin bel çantasını avtomobilin arxa sərnişin oturacağına qoymuşdur ki,Asim maşında rahat olsun.Həmin vaxt Asimi Tarqovuda düşürdükdən sonra özü oradan avtomobillə uzaqlaşmışdır.Asim Elcanın mobil nömrəsinə zəng etdikdə Elcan ona «yaxınlıqdıyam,yol polisi avtomobili saxlayıb» kimi ifadələr işlədərək vaxt udmağa çalışmışdır.Asim orada bir müddət gözlədikdən sonra taksi ilə evə qayıtmışdır. Asim təxminən 17 radələrində evə gəldikdə ona bu olanları danışmış və onlar başa düşmüşlər ki,evdən oğurluq edən Elcandır.Sonra əşyalarına baxdıqda məlum olmuşdur ki,Elcan ona məxsus olan 3600 manat dəyərində olan «HP- VİCTUS» markalı notebooku,25 manat dəyərində «Genius» markalı kompyuter siçanını,135 manat dəyərində «Redmi 5 Pro» markalı qulaqcığı oğurlamaqla ona ümumilikdə 3760 manat maddi ziyan vurmuşdur.O,«HP-VİCTUS» markalı notebuku 3600 manata,kompyuter siçanını 25 manata,«Redmi 5 Pro» markalı qulaqcığı isə 135 manata aldığı üçün ifadəsində elə göstərmişdir. Məhkəmə əmtəəşünaslıq eksperizasının 16 avqust 2024-cü il tarixli, 9/6045 nömrəli rəyi onun üçün əhəmiyyət kəsb etmir və dəymiş zərəri 3760 manat dəyərləndirir. Hazırda şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu, Mamusta kəndinda qeydiyyatda olsa da, ünvan 6 ünvanda kirayədə yaşayır. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən «Kafe Siti»də aşbaz işləyir. Aylıq məvacibi 600 manat təşkil edir.Yaşadığı evə gedib gəlmək həm vaxt,həm də maliyyə baxımından ona uyğun olmadığından,o məcburən ünvan 6 ünvanda Zərərçəkmiş şəxsla birgə ayı 400 manat olmaqla kirayədə yaşayır. Sonuncu dəfə 28 May metrosu ətrafında ayda 100 manat verməklə 5 nəfərlik evdə yaşamışdır. Həmin evdə yaşayarkən Zərərçəkmiş şəxs adlı şəxslə tanış olmuşdur. Sənan ona 2 nəfərlik ev tutmağı təklif etmişdir. O da, Sənanın təklifi ilə razılaşmış və onlar Abdulla Şaiq küçəsi 132 ünvanında yerləşən 2 otaqlı həyət evində ayda hərəsinə 200 manat olmaqla ümumi 400 manata ev tutmuşlar. Orada ikisi yoldaşlı yaşamağa başlamışlar.26 iyun 2024-cü il tarixdə «Teleqram» dostluq qrupundan əvvəllər tanımadığı Elcan Hüseynzadə onun şəxsi ünvanına yazaraq dost olmağı təklif etmişdir. O Elcanı tanımadığı üçün təklifii qəbul etməmişdir. İki gün sonra yəni, 28 iyun 2024-cü il tarixdə Elcan Hüseynzadə onun şəxsi ünvanına yenidən yazaraq dost olmağı təklif etmişdir. Həmin gün axşam saat təxminən 23:30 radələrində Elcanla 28 May metrosu yaxınlığında yerləşən kiçik kafedə əyləşib çay içərək söhbət etmişlər. 02 iyul 2024-cü il tarixdə saat təxminən 11-00 radələrində Elcan onunla yenidən danışmış və görüşmək üçün onun ona verdiyi ünvana,yəni kirayədə yaşadığı evə gəlmişdir. Elcan onunla söhbət etdikdən sonra Elcan onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəmiş, lakin o, işə tələsdiyi üçün, həm də istəmədiyindən cinsi əlaqə məsələsi baş tutmamışdır. Bundan sonra saat 12:25-də o, işə getdiyi Elcandan ayrılmış, işə getmək üçün skuter sifariş vermiş,bir az irəlidə parkın yaxınlığında skuteri götürüb sürmək istəyərkən yıxılmış və o, Elcana zəng vurub məlumat vermişdir. Elcan da çox uzaqda olmadığını deyərək yenidən yaşadığı ünvana gəlmişdir. Elcan gəldikdən sonra o, ona məxsus qırmızı rəngli Kia-rio markalı avtomaşına əyləşmişdir ki, Elcan onu işə aparsın. Tarqovunun girişində Elcan onu aldadaraq demişdir ki,güya mobil telefonlarfndan biri evdə düşdüyü üçün evin açarını ona verməyini demişdir. O isə Elcana açarı verməmiş və onlar birgə evə qayıtmışlar. O evə baxdıqda telefonu orada görməmişdir. Elcan yenidən ona yalandan demişdir ki,güya telefonu maşının qapısına qoyub. Bu zaman Elcan yalandan yerə yıxılaraq halının pis olduğunu demiş və o, da Elcana dərman vermişdir. Bundan sonra Elcan onu işə aparmış və həmin vaxt onun üzərində olan içərisində evin açarı, paltarları, telefon adaptırı olan əl çantasını Elcan onun çiynindən çəkib götürərək avtomaşının arxa oturacağının üzərinə atıb demişdir ki, «onsuzda işdən icazə alıb gəlirsən,çanta qalsın icazə al gəl gedək». O da işə gedib icazə alıb evə getmişdir.Həmin tarixdə saat 16:30-da evə qayıdarkən otaq yoldaşı Sənan ona demişdir ki, yaşadığımız ünvanda qonaq otağında stolun üzərində olan ona məxsus kredit şərtləri ilə 3600 manata aldığı «HP-Victus» markalı notebookunun yerində olmadığını aşkar etmişdir. Sənan ona bu barədə məlumat verdikdə o, Sənana həmin notebookun tanışı Elcan tərəfindən oğurlanmasını bildirmişdir. Daha sonra isə Sənana bildirmişdir ki, Mərkəzi parkla Tarqovuda KFC-nin arxasında yerləşən aşbaz işlədiyi «Caffe City»-ə gedərkən yolda idarə etdiyi skuterdən yıxılmış, o əzilmişdir. Bu səbəbdən kömək üçün dostu Elcana zəng etmişdir ki, gəlib ona kömək etsin. Elcan da onun yıxıldığı yerə öz idarə etdiyi qırmızı rəngli Kia-rio markalı avtomobillə gələrək onu götürüb evə aparmışdır. Ona orada dərman, su verərək,ona köməklik etmişdir. O,Elcandan xahiş etmişdir ki, onu işlədiyi yerə aparsın, orada vəziyyəti izah edib işdən icazə alsın. Onlar birlikdə avtomobilə minərək «Cafe City»-ə getmişlər. Həmin vaxt o, şəxsi əşyalarını,o cümlədən evin açarı olan bel çantasına qoyduğundan özündə olmuşdur. Elcan həmin vaxt onun bel çantasını avtomobilin arxa sərnişin oturacağına qoymuşdur ki, maşında rahat olsun. Həmin vaxt o, tarqovuda düşürdükdən sonra Elcan oradan avtomobillə uzaqlaşmışdır. O, Elcanın mobil nömrəsinə zəng etdikdə Elcan, «yaxınlıqda yol polisi avtomobili saxlayıb» kimi ifadələr işlədərək vaxt udmağa çalışmışdır. O, orada bir müddət gözlədikdən sonra taksi ilə evə qayıtmışdır. O, təxminən 17 radələrində evə gəldikdə bu olanları Sənana danışmış və onlar başa düşmüşlər ki,evdən oğurluq edən Elcandır.Sonra əşyalarına baxdıqda məlum olmuşdur ki, Elcan Sənana məxsus olan 3600 manat dəyərində olan «HP-VİCTUS» markalı notebooku, 25 manat dəyərində «Genius» markalı kompyuter siçanını, 135 manat dəyərində «Redmi 5 Pro» markalı qulaqcığı oğurlamaqla Sənana ümumilikdə 3760 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, O, 2021-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrosu yaxınlığında yerləşən "Velotrek" ticarət mərkəzində fəaliyyət göstərən «TELEFONE & QOLD LOMBARD»da nəzarətçi kimi fəaliyyət göstərir.xx.xx.2024-cü il tarixdə günorta saatlarında işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrosu yaxınlığında yerləşən "Velotrek" ticarət mərkəzinin qarşısında fəaliyyət göstərən «TELEFONE & QOLD LOMBARD»a əvvəllər tanımadığı sonradan adının Elcan olduğunu deyən şəxs gələrək özünə məxsus olduğunu bildirdiyi bir ədəd «HP-VİCTUS» markalı notbuku gətirərək girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. O da həmin notbuka baxdıqdan sonra 500 manat pul verə biləcəyini bildirmişdir. Daha sonra isə o, Elcana ona verəcəyi 500 manat pula görə ayı 20 % olmaqla ayın tamamında 600 manat ödədikdən sonra həmin notbuku götürə biləcəyini demişdir.Elcan onunla razılaşdıqdan sonra özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş və bundan sonra o, sənədin ksero surətini çıxartmışdır. Elcan 645015 №-li «Girov» biletini imzalayaraq ksero surətini götürərək getmişdir. xx.xx.2024-cü tarixdə səhər saatlarında lombarda özünü Elcanın atası kimi təqdim edən şəxs polislə gələrək 600 manat ödəniş edib notbuku götürərək getmişlər.Həmin vaxt o bilmişdir ki,Elcanın girov qoyaraq pul götürdüyü notbuk oğurluqdur və Yasamal rayon polis idarəsində araşdırma aparılır. X5 girov qoyaraq pul götürdüyü «HP-VİCTUS» markalı notbukun oğurluq olduğunu bilsəydi heç vaxt həmin notbuku girov götürməzdi və bu barədə polisə məlumat verərdi. Cinayət işinin 8-11-ci vərəqələrində olan 02 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərəkən oğurluq hadisəsinin ünvan 8 ünvanda yerləşən mənzildə baş verməsi müəyyən edilmişdir.Bu barədə müvafiq protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan 05 iyul 2024-cü il tarixli götürmə haqqında protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məxsus bir ədəd «HP-VİCTUS» markalı notbuku X6 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu,20 yanvar metrosu yaxınlığında yerləşən "Velotrek" ticarət mərkəzində fəaliyyət göstərən “Lombard”ın əməkdaşı Şahid2 girov qoyaraq 600 manat almış,üzərinə «***-***-**-** mobil telefon nomrəsi və Tural bəy Lombard» sözləri qeyd edilmiş şəxsiyyət vəsiqəsinin ksero surəti, xx.xx.2024-cü il tarixli girov qəbzinin və 645010 №-li girov biletinin ksero surətləri “Lombard”ın əməkdaşı Şahid2 götürülmüşdür. Cinayət işinin 131-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 9/6045 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilmişdir: - 01 ədəd «HP» markalı, «Victus» modelli, AMD Ryzen 7 5800H,16GB ram, NVDİA RTX 3050 Tİ xüsusiyyətli notbuk-1400,0 manat, - 01 ədəd «HP» markalı cərəyan qidalandırıcı 50,0 manat, - 01 ədəd «Sunsonny» markalı «S-M8» modelli siçan (mouse) 5,0 manat. Cinayət işinin 132-cüi vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat təşkil etmişdir. Cinayət işinin 51-52-ci vərəqələrində olan 03 iyul 2024-cü il tarixli protokoldan görünür ki, X6 həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 101-104-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qərarından görünür ki, X3 barəsində 03 iyul 2024cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 130-cu vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X3 Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2024-cü tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikasının CMnin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Cinayət işinin 168-176-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 01 ədəd «HP» markalı, «Victus» modelli, AMD Ryzen 7 5800H,16GB ram, NVDİA RTX 3050 Tİ xüsusiyyətli notbuk,01 ədəd «HP» markalı cərəyan qidalandırıcı,01 ədəd «Sunsonny» markalı «S-M8» modelli siçan, üzərinə «***-***-**-** mobil telefon nomrəsi və Tural bəy Lombard» sözləri qeyd edilmiş şəxsiyyət vəsiqəsinin ksero surəti, xx.xx.2024-cü il tarixli girov qəbzinin və 645010 №-li girov biletinin ksero surətləri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd «HP» markalı, «Victus» modelli, AMD Ryzen 7 5800H,16GB ram, NVDİA RTX 3050 Tİ xüsusiyyətli notbuk,01 ədəd «HP» markalı cərəyan qidalandırıcı,01 ədəd «Sunsonny» markalı «S- M8» modelli siçan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs saxlanca verilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 3760 manat təşkil edir.Təqsirləndirilən şəxs X6 tərəfindən 01 ədəd «HP» markalı, «Victus» modelli, AMD Ryzen 7 5800H,16GB ram, NVDİA RTX 3050 Tİ xüsusiyyətli notbuk,01 ədəd «HP» markalı cərəyan qidalandırıcı,01 ədəd «Sunsonny» markalı «S-M8» modelli siçan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs Mizəbala oğlunun ərizəsindən görünür ki, ona vurulmuş ziyan X3 atası Hüseynzadə Sənan tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddia yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, X6 mənzilə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə ziyan vurmaqla oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsaslanmaqla X4 cəza təyin edərkən zərərçəkmiş şəxslə barışmasını və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs E.A.Adilov təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun istintaq zamanı həbsdə saxlanıldığı 03 iyul 2024-cü il tarixdən 16 dekabr 2024-cü il tarixədək olan 05 (beş) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni zamanda məhkəmə hesab edir ki, X6 oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən X4 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 tərəfindən 01 ədəd «HP» markalı, «Victus» modelli, AMD Ryzen 7 5800H,16GB ram, NVDİA RTX 3050 Tİ xüsusiyyətli notbuk, 01 ədəd «HP» markalı cərəyan qidalandırıcı, 01 ədəd «Sunsonny» markalı «S-M8» modelli siçan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, üzərinə «***-***- **-** mobil telefon nomrəsi və Tural bəy Lombard» sözləri qeyd edilmiş şəxsiyyət vəsiqəsinin ksero surəti, xx.xx.2024-cü il tarixli girov qəbzi və 645010 №-li girov biletinin ksero surətləri iş materiallarında saxlanılmalı, həmçinin iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X3 istintaq zamanı həbsdə saxlanıldığı 03 iyul 2024-cü il tarixdən 16 dekabr 2024-cü il tarixədək olan 05 (beş) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 10 (on) ay 26 (iyirmi altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. X6 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat X2 tutulmaqla dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxs X6 tərəfindən 01 ədəd «HP» markalı, «Victus» modelli, AMD Ryzen 7 5800H,16GB ram, NVDİA RTX 3050 Tİ xüsusiyyətli notbuk,01 ədəd «HP» markalı cərəyan qidalandırıcı,01 ədəd «Sunsonny» markalı «S-M8» modelli siçanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, üzərinə «***-***-**-** mobil telefon nomrəsi və Tural bəy Lombard» sözləri qeyd edilmiş şəxsiyyət vəsiqəsinin ksero surəti, xx.xx.2024-cü il tarixli girov qəbzi və 645010 №-li girov biletinin ksero surətləri iş materiallarında saxlanılsın. X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-551/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-551/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver