Məhkəmə qərarları › İş №1(004)-552/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-552/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-552/2022 01.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:18 Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili X3 və “Qanunçuluq” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talayıb maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 15:30-da ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən xx.xx.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əlində tutduğu içərisində 319 manat pul olan 3 manat dəyərində olan qara rəngli suni dəridən hazırlanmış pul kisəsini sonuncunun əlindən alıb hadisə yerindən qaçıb getməklə açıq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 322 manat miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən Respublika Klinik Xəstəxanasının yaxınlığında piyada hərəkət edən zaman qarşısında bir qadının əlində pul kisəsi ilə piyada hərəkət etdiyini görmüşdür. Qadının əlində olan pul kisəsinin içərisində müəyyən miqlarda pul olduğunu güman edib həmin vaxt onun pula ehtiyacı olduğu üçün həmin pul kisəsini qadının əlindən götürüb qaçmaq qərarına gəlmişdir. O, qadının əlində olan pul kisəsini oğurlamaq məqsədi ilə arxa tərəfdən qadına yaxınlaşaraq qadının əlində olan pul kisəsini əlindən dartıb qaçaraq o ərazidən uzaqlaşmışdır. Qaçan zaman o, həmin pul qabını açaraq içərisindəki pulu götürüb cibinə qoymuşdur. Bundan sonra dayanıb pul qabından çıxarıb cibinə qoyduğu pullara baxmış və görmüşdür ki, 1 ədəd 50 manat, 3 ədəd 20 manat, 1 ədəd 5 manat və 4 ədəd 1 manatlıq pul əskinasları, cəmi 119 manat pul var. Bir neçə dəqiqə sonra «20 Yanvar» metro stansiyasının yaxınlığında olarkən orada xidmət aparan polis nəfərləri onu saxlayaraq ona onun qadının əlindən pul kisəsini alıb qaçdığını bildirmişlər və o, etdiyi əməli etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gətirib təhvil vermişlər. Oradan o, qadından oğurladığı pulları polis əməkdaşlarına vermişdir. Düşünür ki, o, pul qabını qadının əlindən alıb qaçan zaman onun ağzını açıb içərisindəki pulları çıxarıb cibinə qoyanda həmin pulların arasından 200 manat yerə düşmüş, lakin həmin pulları görməmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan X6 Alayının 6-cı Patrul bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində iş yoldaşı Şahid2 və Şahid3 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində «20 Yanvar» metrostansiyasının yaxınlığında birlikdə xidmət aparmışlar. Həmin vaxt orta yaşlarda bir qadın onlara yaxınlaşıb özünü təqdim edərək Respublika Klinik Xəstəxanasından çıxıb «20 Yanvar» metrostansiyasına tərəf gələrkən bir oğlan ona yaxınlaşıb əlində içərisində 319 manat pul olan pul kisəsini onun əlindən alıb qaçıb getdiyini bildirmişdir. Həmin vaxt həmin qadın ondan oğurluq edən şəxsi zahiri xarakterizə edən xüxusiyyətlərini onlara bildirmişdir. Bundan sonra onlar Zərərçəkmiş şəxs ərazi aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə gedib hadisə barədə şikayət etməsini məsləhət görmüşlər. Bunda sonra onlar «20 Yanvar» metrostansiyası yaxınlığında xidmətlərini davam edərək həmin şəxsin axtarılıb tapılması üçün tədbir görməyə başlamışlar. «20 Yanvar» metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs əlindən pul kisəsini alıb qaçan şəxsin xarici görünüşünə oxşar şəxsə yaxınlaşıb ondan etdiyi oğurluq əməli barədə soruşmuşlar və həmin şəxs cibindən həmin qadının əlindən alıb qaçdığı qara rəngli süni dəridən hazırlanmış pul kisəsini və müxtəlif əskinaslardan ibarət 119 manat məbləğində pulları çıxarıb onlara göstərərək həmin pulların qadının əlindən aldığı pul kisəsinin içərisində olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsi saxlayıb Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 30-32-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 birlikdə yaşayır. Belə ki, Şirvan şəhərindən Bakı şəhəri, Respublika Klinik xəstəxanasına xx.xx.2022-ci il tarixdə saat 11 radələrində xəstə gətirmişdir. Həmin xəstəni həmin xəstəxanaya yerləşdirdikdən sonra həmin gün saat 15:30 radələrində Respublika Klinik xəstəxanasından çıxıb peraşki almaq üçün Yasamal rayonu ərazisində yerləşən «20 Yanvar» metrostansiyasının yaxınlığına tərəf əlində içərisində 319 manat pul olan qara rəngli pul kisəsi ilə piyada hərəkət etmişdir, O, peraşki satılan yerə çatana yaxın bir nəfər təxminən 30-31 yaşlı, boyu təxminən 170 sm olan şəxs ona yaxınlaşıb əlindəki içərisində 319 manat pul olan qara rəngli pul kisəsini götürüb qaçmışdır. O, səs-küy salaraq ətrafda olan polis əməkdaşlarını səsləmişdir. Həmin vaxt həmin ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşmışlarlar, hadisə barədə onlara bildirmiş, daha sonra içərisində 319 manat pul olan pul kisəsinin talanması barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə ərizə və izahat yazmışdır. Həmin şəxs içərisində 319 manat pul olan pul kisəsini əlindən alıb qaçarkən ona heç bir xəsarət yetirməmişdir. Az müddət keçəndən sonra polis əməkdaşları tərəfindən ona qarşı soyğunçuluq edən həmin şəxsi polis şöbəsinə gətirmişlər, araşdırma zamanı həmin şəxs taladığı pul kisəsini təhqiqatçıya təqdim etmiş və təhqiqatçı tərəfindən pul kisəsini götürülərək içərisinə baxış keçirilərkən içərisində 119 manat pul aşkar edilmişdir, pulunun 200 manatı isə pul kisəsinin içərisində olmamışdır. 119 manat pulu və pul kisəsi baxış keçirilərək təhqiqatçı tərəfindən götürülmüşdür. Cinayəti törətmiş şəxsi əvvəllər tanımamış və həmin şəxsi həyatında ilk dəfə görmüşdür. Həmin şəxs 30-31 yaşlı, boyu təxminən 170 sm, başı tüklü olmuş, həmin şəxsin fotoşəkili ilə tanıya bilər. Lakin onunla üzləşmək istəmədiyindən həmin şəxsin fotoşəkilini ona təqdim etməyi xahiş etmiş, həmçinin həmin şəxslə bağlı heç bir şikayət və tələbi yoxdur. Pul kisəsini təxminən 1 ay bundan əvvəl 3 manata almışdır, qara rəngli süni dəridən hazırlanmışdır.Təzə vəziyyətdə olmuşdur. Həmin pul kisəsi də ona təqdim olunarsa, tanıya bilər. Pul kisəsi talanarkən içərisində 1 ədəd 50 manat, 3 ədəd 20 manat, 1 ədəd 5 manat və 4 ədəd 1 manatlıq , 2 ədəd 100 manatlıq pul əskinasları, cəmi 319 manat pul olmuşdur, başqa heç bir əşya olmamışdır. Bu hadisə zamanı ona ümumilikdə 322 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 71-73-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində «20 Yanvar» metrostansiyasının yaxınlığında təhkim olunduqları inzibati ərazidə o, iş yoldaşları Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan X6 Alayının 6-cı Patrul bölüyünün polis nəfəri Şahid1 və polis nəfəri kiçik polis serjantı Şahid2 ilə birlikdə xidmət aparmışlar. Həmin vaxt bir nəfət təxminən 50-51 yaşlı qadın onlara yaxınlaşıb özünü təqdim edərək Şirvan şəhər sakini Zərərçəkmiş şəxs olduğu, Respublika Klinik Xəstəxanasından çıxıb «20 Yanvar» metrostansiyasına tərəf gələrkən əynində qara uzunqol köynək, açıq mavi rəngli, ağ rəngli ayaqqabı olan, təxminən 30 yaşlı oğlan ona yaxınlaşıb əlində içərisində 319 manat pul olan pul kisəsi əlindən alıb qaçıb getdiyini bildirmişdir.Onlar qadından həmin şəxsin hansı istiqamətə getdiyini soruşduqda həmin şəxsin «20 Yanvar» metrostansiyasına tərəf getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ərazi aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə gedib hadisə barədə şikayət etməsini bildirmişlər. Onlar «20 Yanvar» metrostansiyası yaxınlığında xidmətlərini davam edərək həmin şəxsin axtarılıb tapılması üçün tədbir görməyə başlamışlar. «20 Yanvar» metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs əlindən pul kisəsini alıb qaçan şəxsin xarici görnüşünə oxşar təxminən 30 yaşlı oğlana yaxınlaşıb az müddət əvvəl bir nəfər 50- 51 yaşlı qadının əlindən içərisində pul olan pul kisəsini alıb qaçmasını bildirdikdə əməlini etiraf etmiş və cibindən həmin qadının əlindən alıb qaçdığı qara rəngli süni dəridən hazırlanmış pul kisəsini və müxtəlif əskinaslardan ibarət 119 manat məbləğində pulları çıxarıb onlara göstərərək həmin pullar qadının əlindən aldığı pul kisəsinin içərisində olduğunu bildirmişdir. Həmin şəxsi saxlayıb Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə gətirmişlər və 29-cu Polis şöbəsinin rəhbərliyinə baş vermiş hadisə ilə əlaqədar raport yazaraq həmin oğlanın həmin Polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Cinayəti törədən Polis şöbəsinə təhvil verdikləri həmin şəxsin Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinin ünvan 6 ünvanda qarşı olması, Təqsirləndirilən şəxs həmin yeri göstərərək xx.xx.2022-ci il tarixdə saat 15:30-da orada piyada gedən qadının əlindən pul kisəsini alıb qaçdığını təsdiq etmişdir. (i.v. 10-13) “Baxış keçirilməsi və götürmə haqqında” 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, əsasən Təqsirləndirilən şəxs təqdim etdiyi 119 manat pul və pul kisəsi götürülərək tərtib edilmiş həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 119 manat pul 01 ədəd B40316547 nömrəli 50 manatlıq, 04 ədəd B49572142, B48964661, B39569051 nömrəli 20 manatlıq, 01 ədəd A33485116 nömrəli 5 manatlıq, 04 ədəd A07772769, G11345121, B34856517, A79655556 nömrəli 1 manatlıq pul əskinaslarından ibarətdir. Pul kisəsi isə qara rəngli qadınların istifadəsi üçün nəzərdə tutulmuş pul kisəsidir. (i.v. 15-17) “Əşyanı tanınmaya təqdim edilməsi haqqında” 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş pul kisəsi zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edildikdə tanıyaraq xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri Yasamal rayonu, Müzəffər Həsənov küsəsi 1 ünvada piyada hərəkət edərkən əlindən talanan içərisində 319 manat pul olan pul kisəsi olduğunu bildirmişdir. (i.v. 33) “Fotoşəkilin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs fotoşəkili tanınma üçün zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edildikdə, sonuncu Təqsirləndirilən şəxs tanıyaraq xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri Yasamal rayonu, Müzəffər Həsənov küsəsi 1 saylı ünvada piyada hərəkət edərkən əlində içərisində 319 manat pul olan pul kisəsini açıq talayıb qaçan şəxs olduğunu bildirmişdir. (i.v. 34-36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli, 9/6701 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində “shaishi” yazısı olan, 10.5x20.5sm ölçüdə, qara rəngli, çoxcibli pul kisəsinin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 3.00 manat müəyyən edilmişdir. (i.v. 99-101) “Sübutların qiymətləndirilməsi haqqında” 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs məxsus məxsus 01 ədəd pul kisəsi, 119 manat pul maddi sübut kimi tanınmış, pul və pul kisəsi məhkəmə baxışınadək məsul saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş üzrə toplanmış sübutlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət hesab edilməli, yuxarıda qeyd edilən ilkin təhqiqat materialları, Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən etiraf edici ifadələri, Zərərçəkmiş şəxs, eləcə də şahidlər Şahid2, Şahid3 və Şahid1 ifadələri, baxış, götürmə, şəxsin fotoşəkillə tanınması, əşyaların tanınması istintaq hərəkəti protokolları, maddi sübut, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6701 nömrəli rəyi və tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər, məktub, arayışlar və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilmişdir. (i.v. 102-107) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus məxsus 01 ədəd pul kisəsi, 119 manat pul maddi sübut kimi tanınmış, pul və pul kisəsinin məhkəmə baxışınadək məsul saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 115) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Şübhəli şəxsin tutulması haqında 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:15-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 52) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 avqust 2022-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 96) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 131-133) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir. Beləliklə ona vurulan ziyan tam ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən də ərizəni nəzərə alıb Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini təmin edilməsini xahiş etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək olan 03 (üç) ay 20 (iyirmi) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə təyin edilmiş kompleks məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd pul kisəsi və 119 manat pul qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırlması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 11 avqust 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək olan 03 (üç) ay 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 10 (on) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd pul kisəsi və 119 manat pul qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar