Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-558/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Siyəzən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 2 ünvanında faktiki yaşamış və hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 40,271 qram çəkidə narkotik vasitə tiryəki və 162,51 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında qanunsuz saxlamış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 18 aprel 2024-cü il tarixdə saat 01.10-da Bakı şəhəri, ünvan 2 ünvanının qarşısında saxlanılaraq razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına saat 01.15-dən etibarən keçirilmiş baxış zamanı qonaq otağında olan şkafdakı 01 ədəd sellofan paketdən 37 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,50 qram, 4,92 qram, 4,90 qram, 4,98 qram, 4,90 qram, 4,84 qram, 4,88 qram, 4,80 qram, 4,87 qram, 4,94 qram, 4,80 qram, 4,95 qram, 4,93 qram, 4,87 qram, 2,60 qram, 4,97 qram, 2,57 qram, 2,49 qram, 5,06 qram, 4,88 qram, 2,62 qram, 2,40 qram, 4,78 qram, 4,88 qram, 4,96 qram, 4,93 qram, 4,92 qram, 4,89 qram, 4,88 qram, 2,43 qram, 4,88 qram, 4,96 qram, 2,62 qram, 4,92 qram, 4,90 qram, 4,95 qram, 4,94 qram ümumi təmiz çəkisi 162,51 qram qurudulmuş marixuana, 06 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,165 qram, 9,466 qram, 3,391 qram, 9,829 qram, 9,573 qram, 4,847 qram, ümumi təmiz çəkisi 40,271 qram tiryək və üzərində narkotik vasitə qurudulmuş marixuana və tiryək izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Saatlı rayonundan qayıdan zaman 17 aprel 2024-cü il tarixində axşam saatlarında Qaradağ postunda polis əməkdaşları tərəfindən saxlanılmış və yaşadığı ünvana gətirmişlər. Yaşadığı ünvana icazəsi olmadan polis əməkdaşları baxış keçirərək narkotik vasitəni tapmış, daha sonra evdən çıxmışlar və yenidən evə daxil olub çəkiliş edərək baxış keçirmişlər. O, özünü narkotik vasitələrin satışında təqsirli bilməmiş, lakin tərəzini və aşak olunmuş narkotik vasitələri öz istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Həmçinin onu da qeyd etmişdir ki, yaşayış yerinin ünvanını onu tutan polis əməkdaşlarına bildirmədiyi üçün onlar tərəfindən döyülmüşdür. Sədrlik edənin sualına cavab olaraq isə Təqsirləndirilən şəxs öz şəxsi maşını ilə aparıldığını, maşında olan zaman döyüldüyünü, gündəlik 5 qr narkotik vasitə istifadə etdiyini, evindəki elektron tərəzidən tiryək adlı narkotik vasitəni ölçmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 17 aprel 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1978-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, Siyəzən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİnin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 17 aprel 2024-cü il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları - baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2, baş təhqiqatçı X2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, ünvan 2 ünvanına yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 18 aprel 2024-cü il tarixdə saat 01:10 radələrində Bakı şəhəri, ünvan 2 ünvanının qarşısına gəlmişlər. Videoçəkilişdən istifadə etməklə mənzilin giriş qapısının qarşısında dayanan zahirən Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını bildirib barəsində qəbul edilmiş qərarla tanış edilmişdir, eyni zamanda bu ünvanda hansı şəxslə yaşadığını soruşmuşlar. Təqsirləndirilən şəxs ünvanda tək yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinin zəruriliyini bildirib baxışın videoçəkiliş vasitəsi ilə həyata keçiriləcəyi bildirilmiş, eləcə də baxışda iştirak edən şəxslər barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə, eləcə də baxışda iştirak edən iştirakçılara etirazının olmadığını bildirib bu barədə ərizə yazaraq təqdim etmişdir. Bundan sonra ünvana daxil olmuşlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana və tiryək gizlədib saxladığını və həmin narkotik vasitələri təqdim edə biləcəyini bildirərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquqları izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə, eləcə də yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına 18 aprel 2024-cü il tarixdə videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana və tiryək olduğunu bildirib qonaq otağında mətbəxə aid hissədə sağ tərəfdə olan şkafı açıb şkafın içərisində olan 01 ədəd sellofan torbanı təqdim etmişdir. 01 ədəd sellofan torbaya baxış keçirilərkən sellofan torbanın içərisində 43 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümlərə baxış zamanı 37 ədəd sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 06 ədəd sellofan bükümün içərisində narkotik vasitə tiryəkə oxşar maddə aşkar edilmişdir. Qonaq otağında isə masanın üzərində 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 37 ədəd sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 06 ədəd sellofan bükümün içərisində narkotik vasitə tiryəkə oxşar maddə və 01 ədəd elektron tərəzi kağız zərflərdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, sağ yan cibindən yaşadığı mənzilin açarını, sol yan cibindən 01 ədəd təsbehi, sağ arxa cibindən 277 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan hər hansı digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon götürülmüş, 277 manat pul, təsbeh və mənzil açarı geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə marixuananı və tiryəki anket məlumatlarını bilmədiyi şəxsdən tutulmamışdan 3-4 gün öncə istifadə etmək məqsədilə əldə etdiyini, əldə etdiyi narkotik vasitələri 500 manata aldığını bildirmişdir. Mənzildə keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyib Baş İdarəyə getməyə razı olduğunu bildirmişdir. Burada Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulmuş, daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir.Həmçinin, Təqsirləndirilən şəxs saxlanılarkən ona hər hansı qanunsuz təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o 18 aprel 2024-cü il tarixdə saat 01.10-da Bakı şəhəri, ünvan 2 ünvanının qarşısında saxlanılaraq razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına saat 01.15-dən etibarən keçirilmiş baxış zamanı qonaq otağında olan şkafdakı 01 ədəd sellofan paketdən 37 ədəd bükümdə ümumi təmiz çəkisi 162,51 qram qurudulmuş marixuana, 06 ədəd bükümdə ümumi təmiz çəkisi 40,271 qram tiryək və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (i.v. 30-32). Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, yaşadığı mənzilə baxış keçirilməsinə icazə vermişdir (i.v. 29). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 18 aprel 2024-cü il tarixli, 7/589 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 37 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 06 ədəd sellofan bükümdə tiryəkə oxşar maddə...” yazı və imzalar olan zərfdə 37 (otuz yeddi) ədəd şəffaf polietilen torbacıqda hər birinin ayn-ayrılıqda təmiz çəkisi 2,50 qram, 4,92 qram, 4,90 qram, 4,98 qram, 4,90 qram, 4,84 qram, 4,88 qram, 4,80 qram, 4,87 qram, 4,94 qram, 4,80 qram, 4,95 qram, 4,93 qram, 4,87 qram, 2,60 qram, 4,97 qram, 2,57 qram, 2,49 qram, 5,06 qram, 4,88 qram, 2,62 qram, 2,40 qram, 4,78 qram, 4,88 qram, 4,96 qram, 4,93 qram, 4,92 qram, 4,89 qram, 4,88 qram, 2,43 qram, 4,88 qram, 4,96 qram, 2,62 qram, 4,92 qram, 4,90 qram, 4,95 qram və 4,94 qram olmaqla ümumi çəkisi 162,51 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi...” yazı və imzalar olan zərfdə 1 ədəd üzərində “Manlloro” yazılan elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə olan marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir (i.v.41-45). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2024-cü il tarixli, 6/2077 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş (İmza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 6(altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,165 qram, 9,466 qram, 3,391 qram, 9,829 qram, 9,573 qram, 4,847 qram, ümumi təmiz çəkisi 40,271 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd elektron tərəzi (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki üzərində “Manlloro” yazısı olan bir ədəd elektron tərəzinin üzərində tiryəkin izləri vardır. İz şəkilində olduğu üçün tiryəkin təmiz çəkisi və bükümlərdə olan tiryəklə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir (i.v.47-52). “Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” 22 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi polis kapitanı Toğrul Arazlı tərəfindən Təqsirləndirilən şəxs götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “Redmi” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər-hansı məlumat aşkar edilməmişdir (i.v.94). Bakı şəhəri Yasamal rayon məhkəməsinin 5(004)-530/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərarından görünür ki, AR DİN-in Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin NMBnin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 17 aprel 2024cü il tarixli qərarı qanuni hesab edilmişdir (i.v.95). “Maddi sübut hesab edilməsi haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 160,66 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 40,031 qram qalmış tiryək və 01 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır (i.v.98-99). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7167 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb (i.v.130). "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 09 iyul 2024-cü il tarixdə əldə edilmiş 01 ədəd Cd diskdə olan məlumatlara Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi polis mayoru X5 tərəfindən baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hərhansı məlumat aşkar edilməmişdir (i.v.135). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 iyun 2024-cü il tarixli 4127 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.149-150). “Sübutların qiymətləndirilməsi haqqında” 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olduğundan ona elan edilmiş 18 aprel 2024cü il tarixli ittihama dəyişiklik edilməklə yeni məzmunda ittiham elan edilməsi və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə 18 aprel 2024-cü il tarixli BMCMİnin Təhqiqat şöbəsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən tərtib edilmiş “baxış və götürmə” barədə protokol, 18 aprel 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokolun videogörüntüsünün əks edildiyi bir ədəd CD disk, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahidlər Şahid1, Şahid3 və Şahid2 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizanın 18 aprel 2024-cü il tarixli 3-16-16/2-7/589 №-li, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 18 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2077 №-li, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 iyun 2024-cü il tarixli 4127 nömrəli rəyləri işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməklə, bütün sübutlar məcmusu ilə təsdiq edildiyindən cinayət prosesində sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 160,66 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 40,031 qram qalmış tiryək və 01 ədəd elektron tərəzinin iş üzrə maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, cinayət işinin materiallarından narkotik vasitə qurudulmuş marixuananın mənbə xüsusatı ilə bağlı ayrıca icraata materialın ayrılması, baxış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifi ilə mənzildə olan narkotik vasitə qurudulmuş marixuananı və tiryəki təqdim etməsi könüllü təhvil vermə kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin iş üzrə bütün sübutların məcmusu ilə öz təsdiqini tapdığından onun barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün onun barəsində CM-in 206-cı maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan əməl üzrə cinayət təqibi üzrə icraatın başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış aparılmasının videogörüntülərinin əks edildiyi bir ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına tikilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefonun onun yaxın qohumlarına qaytarılması, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədin cinayət işinin materiallarına əlavə edilməsi, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (i.v.151- 161). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və bu barədə maraqlı tərəflərə məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-7579/2024 nömrəli məktuba əlavə edilərək göndərilmiş tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl heç bir zədə, bədən xəsarəti və şikayəti olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların məzmunundan, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,5 qram olan tiryək şəxsi istehlak miqdarından artıq miqdar, 50 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı ünvana icazəsi olmadan polis əməkdaşlarının baxış keçirərək narkotik vasitələri və elektron tərəzi tapmış, daha sonra evdən çıxmışlar və yenidən evə daxil olub çəkiliş edərək baxış keçirmışlər. O, özünü narkotik vasitələrin satışında təqsirli bilməmiş, lakin tərəzini və aşkar olunmuş narkotik vasitələri öz istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Onu da qeyd etmişdir ki, yaşayış yerinin ünvanını onu saxlayan polis əməkdaşlarına bildirmədiyi üçün onlar tərəfindən döyülmüş və bundan əlavə gündəlik 5 qr narkotik vasitə istifadə etdiyini, evindəki tərəzidən tiryək adlı narkotik vasitəni ölçmək üçün istifadə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq həmin narkotik vasitələri satış məqsədilə əldə etməməsinə, saxlamamasına, daşımamasına və satmamasına dair vermiş olduğu ifadəni və həmçinin yaşadığı mənzilin harada yerləşdiyini deməməsinə görə döyüldüyünü bildirməsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək saxladığını, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Lakin yaşadığı mənzilin harada yerləşdiyini bildirmədiyi üçün polis əməkdaşları tərəfindən döyülüdüyünü bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2- 7579/2024 nömrəli məktuba əlavə edilərək göndərilmiş tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl heç bir zədə, bədən xəsarəti olmadığı və bununla bağlı şikayəti olmadığını bildirmiş və onun döyülməsi ilə bağlı 24 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və adı çəkilən sənədlərlə ifadəsində göstərdiyi bu hal sübut olunmayaraq, əksinə təkzib olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına keçirilmiş baxış zamanı aşkar edilmiş qonaq otağında olan şkafdakı 01 ədəd sellofan paketdən 37 ədəd bükümdə ümumi təmiz çəkisi 162,51 qram qurudulmuş marixuananın, 06 ədəd bükümdə ümumi təmiz çəkisi 40,271 qram tiryəkin və 01 ədəd elektron tərəzinin ona məxsus olmasını ibtidai istintaq zamanı və həmçinin məhkəmə istintaqı zamanı etiraf etmişdir ki, bu işin mübahisəsiz halıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin “14” iyun 2024-cü il qərarında qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etmədiyini bildirsə də toplanılmış sübutların məcmusu bunu demeyə kifayət etmir. Belə ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd sellofan paketdən 37 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,50 qram, 4,92 qram, 4,90 qram, 4,98 qram, 4,90 qram, 4,84 qram, 4,88 qram, 4,80 qram, 4,87 qram, 4,94 qram, 4,80 qram, 4,95 qram, 4,93 qram, 4,87 qram, 2,60 qram, 4,97 qram, 2,57 qram, 2,49 qram, 5,06 qram, 4,88 qram, 2,62 qram, 2,40 qram, 4,78 qram, 4,88 qram, 4,96 qram, 4,93 qram, 4,92 qram, 4,89 qram, 4,88 qram, 2,43 qram, 4,88 qram, 4,96 qram, 2,62 qram, 4,92 qram, 4,90 qram, 4,95 qram, 4,94 qram ümumi təmiz çəkisi 162,51 qram qurudulmuş marixuana, 06 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,165 qram, 9,466 qram, 3,391 qram, 9,829 qram, 9,573 qram, 4,847 qram, ümumi təmiz çəkisi 40,271 qram tiryək və üzərində narkotik vasitə qurudulmuş marixuana və tiryək izləri olan 01 ədəd elektron tərəzi olması onu deməyə əsas verir ki, götürülmüş narkotik vasitələrin miqdarı, çəkilib xırda bağlamalara bükülməsi və elektron tərəzinin olması onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvana icazəsi olmadan polis əməkdaşlarının baxış keçirməsini bildirsə də məhkəmə hesab edir ki, göstərilən ünvana baxış keçirilməsi qanuni olumuşdur. Belə ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 5(004)-530/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərarından görünür ki, AR DİN-in Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Həmçinin, “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 18 aprel 2024-cü il tarixdə saat 01.10-da Bakı şəhəri, ünvan 2 ünvanının qarşısında saxlanılaraq razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına baxış keçirilmişdir. Bu hal həmçinin təqsirləndirilən şəxsin özünün icazə ərizəsi ilə də təsdiq edilir. Onu da qeyd etmək lazımdır ki, təxirəsalınmaz əməliyyat-axtarış tədbiri kimi yaşayış yerinə baxış keçirilməsi zamanı icazə tələb olunmur, lakin qanunamüvafiq olaraq tədbirlər keçirildikdən sonra həmin qərarın qanuniliyi (Bakı şəhəri Yasamal rayon məhkəməsinin 5(004)-530/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərar) məhkəmə tərəfindən yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, tibbi kitabça, cinayət işinin başlanmasının rədd edilməsi qərarı, işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıması faktına görə barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilərək ibtidai istintaqı aparılması qərara alınmışdır (i.v.1). “Şübhəli şəxsin tutulması haqqında” 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə, saat 01:10-dan tutulmuş hesab edilmişdir (i.v.21). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.64-65). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 4(005)- 520/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 aprel 2024-cü il saat 01:10-dan hesablanmışdır (i.v.84-89). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 04 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi, 55-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci ildə AR Milli Məclisinin xx.xx.2001-ci il tarixli amnistiya qərarının 3.3cü bəndinə əsasən azad edilmişdir (i.v.121-122). Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1010 nömrəli xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs subaydır, bir övladı var, fərdi əməklə məşğul olub. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəəzn şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə vətəndaş Təqsirləndirilən şəxs haqqında şikayət daxil olmamışdır (i.v.127). Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1010 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Siyəzən şəhəri, Babək küçəsi, 4 nömrəli evdə yaşamaqla 1954-cü il təvəllüdlü anası X1 ibarət ailə tərkibi vardır (i.v.129). Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1010 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Siyəzən şəhəri, Babək küçəsi, 4 nömrəli evdə yaşayır (i.v.128). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 4(005)- 922/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 18 sentyabr 2024-ci il tarixədək uzadılmışdır (i.v.144-148). “Cinayət işi materiallarından ayrıca icraata material ayrılması haqqında” 08 avqust 2024cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə mənbə xüsusatına görə ayrıca icraata materialın ayrılması, material ayrılması və onun gələcək istiqaməti barədə təqsirləndirilən şəxs və onun müdafiəçisinin məlumatlandırılması, ********* nömrəli cinayət işinin materiallarından zəruri sənədlərin surətinin çıxarılmaqla ayrılmış materiala əlavə edilməsi, qərarın surətinin əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Yasamal Rayon Polis İdarəsinə göndərilməsi, qərarın surətinin 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (i.v.162-163). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (i.v.166-168). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2024-cü il tarixli, 4(005)- 1150/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay, 18 oktyabr 2024-ci il tarixədək uzadılmışdır (i.v.189-191). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi və ya müsbət xarakterizə edən hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə X3 yaşadığı mənzildə aşkar olunan narkotikin miqdarını, qanunvericilikdə həmin cinayət əməlinə görə yalnız azadlıqdan məhrumetmə cəzası olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan qurudulmuş marixuana, narkotik vasitə olan tiryək və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 160,66 qram narkotik vasitə qurudulmuş marixuana, 40,131 qram narkotik vasitə tiryək və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 184 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-558/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-558/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver