Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-559/2025 09.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə 02 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 20 fevral 2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Masallı rayonu, Çaxırlı kəndində yaşayış ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə, qanunsuz olaraq xeyli miqdarda əldə etdiyi 01 ədəd bükümdə təmiz çəkisi 1,391 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 09 ədəd bükümdə təmiz çəkiləri 0,165 qram, 0,025 qram, 0,031 qram, 0,031 qram, 0,027 qram, 0,042 qram, 0,052 qram, 0,048 qram və 0,022 qram olmaqla 0,443 qram ümumi çəkidə ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq üzərində gəzdirmiş, xx.xx.2025-ci il tarixdə saat 18:10-da Yasamal rayon polis idarəsinin 28-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 17 radələrində metronun "Elmlər Akademiyası” stansiyasının qarşısında X2 bel çantasından “İphone 15” markalı mobil telefonun oğurlanmasında şübhəli bilinən X5 ilə birlikdə ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinə gətirilmiş, 28-ci PŞ-nin inzibati binasında həmin tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,391 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 09 ədəd bükümdə təmiz çəkiləri 0,165 qram, 0,025 qram, 0,031 qram, 0,031 qram, 0,027 qram, 0,042 qram, 0,052 qram, 0,048 qram və 0,022 qram olmaqla 0,443 qram ümumi çəkidə ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metemfetamin aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmayıb. Narkotik vasitə və psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. İfadəsinin sonunda özünü yalnız narkotik vasitələrin istifadəsində günahkar hesab edərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində saxladığı və daşıdığı ayrı-ayrı bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin şəxsi istifadəsi üçün olması, narkotik vasitə və psixotro maddə satmaması və sair ifadələrini özünü müdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınma halı kimi qiymətləndirir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materialları, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal rayon Polis İdarəsinin 28-ci PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis kapitanı rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, 28-ci PŞnin təhqiqatçısı Emil İslamov tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında oğurluq hadisəsinin törədilməsində şübhəli bilinən X5 olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə X1 18:10 radələrində ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılmışlar, onlarla sorğu sual edilən zaman Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olduğunu etiraf etmiş, buna görə də araşdırma aparılması üçün onlar birlikdə Yasamal RPİ-nin 28-ci PŞ-nə gətirilmişlər. Polis şöbəsində olarkən raportla həmin şəxslərin barəsində qanuni tədbir görülməsi üçün şöbə rəhbərliyinə məruzə etmişlər və araşdırmanın aparılması təhqiqatçı Emil İslamova həvalə olunmuşdur. Daha sonra X5 və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, “Mərkəz” saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Müdafiəçi1 ona təqdim olunmuş və ona hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bu barədə qərar ona və müdafiəçisinə təqdim edilmişdir. İlkin olaraq X3 üzərinə şəxsi axtarış keçirilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibindən 04 ədəd büküm və şalvarının arxa ciblərindən 02 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. Şübhəli şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmışdır. Təqdim olunan 04 ədəd bükümə baxış keçirilməsinə başlanmışdır. 02 ədəd siqaretin gümüşü kağızında olan bükümlərdən ümumilikdə 08 ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddələr, 01 ədəd şəffaf sellofan bükülüdə psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd elektron ödəmə terminalına aid qəbzə bükülmüş bükümdən 01 ədəd narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə və narkotin vasitə heroinə bənzər maddələri polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Nəsimi rayonu Papanin adlanan ərazidən 20 manata özünün istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonlara baxış keçirilmişdir. Təqsirləndirilən şəxs hər iki mobil telefonun özünə məxsus olmasını qeyd etmişdir. Telefonlar sönülü olduğundan telefona daxil olmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhür ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən çıxan 02 ədəd mobil telefonlar da gələcəkdə iş üzrə sübut əhəmiyyətə malik ola biləcəyindən istintaqa təqdim edilməsi üçün götürülmüş, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da həmin protokolu və qablaşdırmanın üzərini imzalamışdır. Məhkəmə baxışında zamanı şahid qismində dindirilmiş Şahid2 da iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2025-ci il tarixdə saat 18:10 dəqiqədən qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək tutulmuşdur. (İ/V. 15) “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (İ/V. 01) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən 04 ədəd büküm, arxa ciblərindən 02 ədəd mobil telefon telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. Şübhəli şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, təqdim olunan 04 ədəd bükümə baxış keçirilməsinə başlanmış, 02 ədəd siqaretin gümüşü kağızında olan bükümlərdən ümumilikdə 08 ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddələr, 01 ədəd şəffaf sellofan bükülüdə psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd elektron ödəmə terminalına aid qəbzə bükülmüş bükümdən 01 ədəd narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə və narkotin vasitə heroinə bənzər maddələri polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Nəsimi rayonu Papanin adlanan ərazidən 20 manata özünün istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonlara baxış keçirilmiş, Təqsirləndirilən şəxs hər iki mobil telefonun özünə məxsus olmasını qeyd etmiş, telefonlar sönülü olduğundan telefona daxil olmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə tərəfimizdən müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhür ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən çıxan 02 ədəd mobil telefonlar da gələcəkdə iş üzrə sübut əhəmiyyətə malik ola biləcəyindən istintaqa təqdim edilməsi üçün götürülmüş, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılarla tərəfindən imzalanmışdır. (İ/V. 27-30) “Baxış keçirmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən 04 ədəd büküm, arxa ciblərindən 02 ədəd mobil telefon telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. Şübhəli şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, təqdim olunan 04 ədəd bükümə baxış keçirilməsinə başlanmış, 02 ədəd siqaretin gümüşü kağızında olan bükümlərdən ümumilikdə 08 ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddələr, 01 ədəd şəffaf sellofan bükülüdə psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd elektron ödəmə terminalına aid qəbzə bükülmüş bükümdən 01 ədəd narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə və narkotin vasitə heroinə bənzər maddələri polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Nəsimi rayonu Papanin adlanan ərazidən 20 manata özünün istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonlara baxış keçirilmiş, Təqsirləndirilən şəxs hər iki mobil telefonun özünə məxsus olmasını qeyd etmiş, telefonlar sönülü olduğundan telefona daxil olmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə tərəfimizdən müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhür ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən çıxan 02 ədəd mobil telefonlar da gələcəkdə iş üzrə sübut əhəmiyyətə malik ola biləcəyindən istintaqa təqdim edilməsi üçün götürülmüş, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılarla tərəfindən imzalanması öz təsdiqini tapmışdır. (İ/V. 107) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli və 29 may 2024-cü il tarixli şəxsi axtarış aparılması və “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokollarda qeyd olununlar öz təsdiqini tapmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etməklə ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə üzrə ittiham elan edilmişdir. (İ/V. 52-53) Bakı şəhəri Yasamal rayon məhkəməsinin 4(004)-525/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 68-72) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2025-ci il tarixli 6/2374 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində1' Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə..." yazıları olan zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 1,391 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, ümumilikdə 09 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,165 qram, 0,025 qram, 0,031 qram, 0,031 qram, 0,027 qram, 0,042 qram, 0,052 qram, 0,048 qram və 0,022 qram olmaqla 0,443 qram ağ rəngli kristallik maddələr psixotrop maddə -metemfetamindir, ümumi təmiz çəkiləri 0,443 qramdır. (İ/V. 37-41) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 avqust 2025-ci il tarixli 4869 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. (İ/V. 127-128) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 02 il, 02 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ/V. 78-79, 108-120) “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nə daxil olmuş xx.xx.2025-ci il tarixli 20305 nömrəli məktuba əlavə edilmiş telefon danışıqlarının və əhatə dairəsinin qeyd olunduğu bir ədəd üzərində “Verbatim, 9784” sözləri yazılan CD diskə Yasamal RPİ-nin binasında xidməti otaqda baxş keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edildi ki, ***-***-**-** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçdiyi məlum olmuşdur. Baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçirilməklə onun istifadəsində olan 051-435- 62-43 saylı mobil nömrədən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və sms yazışmalarının aparılması müəyyən edildi. ***-***-**-** _SMS adlı fayl açıldıqda isə həmin faylda Təqsirləndirilən şəxs tərəfindən aşağıdakı tarixlərdə və məzmunlardakı mesajların yazıldığı məlum olmuşdur: xx/xx/2025 20:07:23,**********11,**********43,Taksi *9111 20:12-de Seyyat yaxinlashacaq Khazar-de, rengi ag. nomresi 286, seferin qiymeti: 10.00. xx/xx/2025 20:07:23,**********11,**********43,Taksi *9111 20:12-de Seyyat yaxinlashacaq Khazar-de, rengi ag. nomresi 286, seferin qiymeti: 10.00. xx/xx/2025 20:22:02,**********11.**********43.Taksi *9111 20:31-de Tamrus yaxinlashacaq Chevrolet-de. rengi ag, nomresi 516, seferin qiymeti: 10.00. xx/xx/2025 20:22:02,**********11,**********43,Taksi *9111 20:31-de Tamrus yaxinlashacaq Chevrolet-de. rengi ag, nomresi 516, seferin qiymeti: 10.00. xx/xx/2025 18:59:12,**********43,**********23,Ziya seni gözdüyrem gelib çixarsan bu gün ala telefonu xx/xx/2025 1 8:59:12,**********43.**********23,Ziya seni gözdüyrem gelib çixarsan bu gün ala telefonu xx/xx/2025 17:12:36,**********43,**********99.Baba cvb ver xx/xx/2025 17:12:36,**********43,**********99.Baba cvb ver xx/xx/2025 12:42:27,**********43,**********23, Mərfetün qanacaqun olsun narkamançliqdi za biz istemeden hele wey o xx/xx/2025 1 2:42:27.9945143 5 6243,994773 240723,Mərfetün qanacaqun olsun narkamançliqdi da biz istemeden hele wey o xx/xx/2025 12:42:30,**********43.**********23,lar rastawdirar ki bizi 2 kerem de utanarsan ziya ae ayibdi ala xx/xx/2025 12:42:30,**********43,**********23,lar rastawdirar ki bizi 2 kerem de utanarsan ziya ae ayibdi ala xx/xx/2025 21:02:12.**********43,**********23,Ziya hörmetsiziyvün cavabi fikirlewmeki ax iri hörmetnen qutaracağ xx/xx/2025 21:02:12.**********43,**********23,Ziya hörmetsiziyvün cavabi fikirlewmeki ax iri hörmetnen qutaracağ xx/xx/2025 21:02:15,**********43,**********23,birdeki 10 manata görə əsil iç izivü gösterdin xx/xx/2025 21:02:15,**********43,**********23,birdeki 10 manata görə əsil iç izivü gösterdin xx/xx/2025 12:57:58,**********11,**********43,Taksi *9111 13:08-de **-DH-*** yaxijılashacaq Renaıılt-de. rengi qara, nomresi 957, seferin qiymeti: 9.30. xx/xx/2025 12:57:58,**********11,**********43,Taksi *9111 13:08-de **-DH-*** yaxinlashacaq Renault-de, rengi qara, nomresi 957, seferin qiymeti: 9.30 4/06/2025 15:57:37,**********43,**********34,Həci menem hidayət qaqaw xx/xx/2025 15:57:37,**********43,**********34,Həci menem hidayət qaqaw xx/xx/2025 16:44:22.**********43,**********34.Men cıxmiwam az qalam çatir paçti heçi qardawmsan day dayda mirazi xx/xx/2025 16:44:22,**********43,**********34,Men cıxmiwam az qalam çatir paçti heçi qardawmsan day dayda mirazi xx/xx/2025 20:35:10,**********60,**********43,Ay qaqa neçə dəyqəyə gələrsən xx/xx/2025 20:35:10,**********60,**********43,Ay qaqa neçə dəyqəyə gələrsən xx/xx/2025 22:53:31,**********60,**********43, Ayqa bu nə həəkətdiki? xx/xx/2025 22:53:31.**********60,**********43, Ayqa bu nə həəkətdiki? xx/xx/2025 01:49:06,**********43,**********34, Heci hidayətdi qardawim bidene əmanet vare mendə acseydun söbet elyey xx/xx/2025 01:49:06.**********43,**********34,Heci hidayətdi qardawim bidene əmanel vare mendə acseydun söbet elyey xx/xx/2025 02:25:51,**********60.**********43,Ay qaqa gəl çıxda noldu yarım saatdı uje xx/xx/2025 02:25:51.**********60.**********43.Ay qaqa gəl çıxda noldu yarım saatdı uje xx/xx/2025 19:24:39,**********43,**********05, Vaçsapa baxda bidene qardawmsan yazmiwam xx/xx/2025 21:52:34,**********60,**********43,Gəlmisən qardaşım? xx/xx/2025 21:52:34,**********60,**********43,Gəlmisən qardaşım? xx/xx/2025 21:52:34,**********60,**********43,Gəlmisən qardaşım? xx/xx/2025 21:52:34,**********60,**********43,Gəlmisən qardaşım? xx/xx/2025 21:58:01,**********43,**********23,Palet olma zia elçin çxaracaq yanmdadi ozüvü bildirme xx/xx/2025 21:58:01.**********43.**********23.Palet olma ozüvü bildirme xx/xx/2025 22:47:51,**********60,**********43iQardaşım ölüm xx/xx/2025 22:47:51,**********60,**********43,Qardaşım ölüm zia elçin çxaracaq yanmdadi gəlirsən ağrıyıram uje özüm gəlirsən ağrıyıram uje özüm xx/xx/2025 01:35:20,**********60,**********43,Gəlirsən qaqa xx/xx/2025 01:35:20,**********60,**********43,Gəlirsən qaqa xx/xx/2025 02:20:44,**********43,**********60,Şeher tezden saat 5 de 6 yarsinnnan keçdise eliye bilmicem zeng vu xx/xx/2025 02:20:44,**********43,**********60,Şeher tezden saat 5 de 6 yarsinnnan keçdise eliye bilmicem zeng vu xx/xx/2025 02:20:44,**********43,**********60,Şeher tezden saat 5 de 6 yarsinnnan keçdise eliye bilmicem zeng vu xx/xx/2025 02:20:46.**********43.**********60, ataram bidene zad elyeruy xx/xx/2025 02:20:46.**********43.**********60, ataram bidene zad elyeruyxx/xx/2025 17:35:09.**********42,**********43,Bes mende sene eyni weyi diyrem qapidayam cix bayra söbet eliyey bunu yoluna qoymaq lazmdi xx/xx/2025 17:35:09,**********43,**********43,Bes mende sene eyni weyi diyrem qapidayam cix bayra söbet eliyey bunu yoluna qoymaq lazmdi xx/xx/2025 17:44:21.**********43,**********43,Ay qaqaw kankretdewdire azer seni gözdüyrem lomkada xx/xx/2025 17:44:21.**********43,**********43,Ay qaqaw kankretdewdire azer seni gözdiiyrem lomkada xx/xx/2025 09:13:46,**********60,**********43,Qaqa gəlda dedim axı ağrıyıram yetim xx/xx/2025 09:13:46,**********60,**********43,Qaqa gəlda dedim axı ağrıyıram yetim xx/xx/2025 01:41:42,**********60.**********43,Qaqsş pul uşaqındl yarısıda mənim öz kanalına getdi yadamala xx/xx/2025 01:41:42,**********60,**********43,Qaqsş pul uşaqındl yarısıda mənim öz kanalına getdi yadamala xx/xx/2025 01:32:55,**********60,**********43,Gəlirsən qaqa xx/xx/2025 01:32:55,**********60,**********43,Gəlirsən qaqa xx/xx/2025 22:52:51,**********43.**********43.Kera gelə bilmirem üst başım pis gundədi iş paltarındayam tozun pas xx/xx/2025 22:52:51,**********43,**********43,Kera gelə bilmirem üst başım pis gundədi iş paltarındayam tozun pas xx/xx/2025 22:52:55.**********43,**********43,in içindəyəm heç yaxwida deyləm qaqaw bayax yola sala bilrsənsə yo xx/xx/2025 22:52:55.**********43,**********43.in içindəyəm heç yaxwida deyləm qaqaw bayax yola sala bilrsənsə yo xx/xx/2025 22:52:57,**********43,**********43,luna qoyardun da xx/xx/2025 22:52:57.**********43,**********43, luna qoyardun da xx/xx/2025 16:35:38,**********60,**********43, Bupdayam xx/xx/2025 16:35:38,**********60,**********43,Bupdayam xx/xx/2025 16:50:26,**********43,**********60,Hardasane ala menkecdim gomrugun yandan yoxsan e a xx/xx/2025 16:50:26,**********43,**********60,Hardasane ala menkecdim gomrugun yandan yoxsan e a xx/xx/2025 01:12:44,**********43,**********37,Qaqaw hidayətdiye sef vermisen bayax pati vermisen 1 denesin acda telefonu xx/xx/2025 01:12:44,**********43.**********37.Qaqaw hidayətdiye sef vermisen bayax pati vermisen 1 denesin acda telefonu “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə üzrə ittiham elan edilməsi qərara alınmışdır. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 01 ədəd bükümdə təmiz çəkisi 1,391 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 09 ədəd bükümdə təmiz çəkiləri 0,165 qram, 0,025 qram, 0,031 qram, 0,031 qram, 0,027 qram, 0,042 qram, 0,052 qram, 0,048 qram və 0,022 qram olmaqla 0,443 qram metamfetamin tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan bir ədəd zərfdə - 0,353 qram psixotrop maddə metamfetamin və 1,341 qram heroin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntü olan bir ədəd yaddaş kartı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (İ/V. 133-145) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıması şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə, «narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablama vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin psixotrop maddələrin qanunsuz daşınması (мад.1.0.8); miqdarından asılı olmayaraq qanunveriliciklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında » Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarının 8 və 9cu bəndlərində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləlsinin 234.2-ci maddəsinin dispozisiyasına əsasən narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə qabaqcadan razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarını və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan, ayrı ayrı bükümlərdə olan heroinlə yanaşı onun narkotik vasitələrin satışında istifadə etdiyi bir ədəd elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması bir daha təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmü ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 20 fevral 2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1,391 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ümumilikdə 0,443 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd yaddaş kart, 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 559/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1,391 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ümumilikdə 0,443 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd yaddaş kart və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-559/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-559/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver