Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-562/2024 28.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd oğlunın katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 30 mart 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” şadlıq evinin yaxınlığında istintaqa məlum olmayan mənbədən xeyli miqdarda sellofan bükümdə təmiz çəkisi 0,291 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib üzərində saxlamaqla daşımış, 30 mart 2024-cü il tarixdə saat 13:30-da ünvan 2 ünvanının qarşısında Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, idarənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,291 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” şadlıq sarayının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 10 manata bir ədəd şəffaf rəngli sellofa almışdır. Həmin narkotik vasitə heroini şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:30-da isə ünvan 4 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etdib onu saxlayaraq Yasamal RPİ-nə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə Yasamal Rayon Polis İdarəsinə gəlmişdir. İdarədə müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edildikdən sonra o, şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyi içərsində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Daha sonra isə həmin büküm zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Üzərindən başqa heç bir predmet aşkar olunmamışdır. Üzərində aşkar olunmuş narkotik vasitə heroini də şəxsi istifadəsi üçün almışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlinindən peşman olmasını, etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alıb barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 30 mart 2024-cü il tarixdə xidmət etdiyi bölməyə daxil əlmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1978-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı, saxlanılması və istifadə etməsində şübhəlidir. Həmin məlumat haqqında Narkotiklərlə Mübarizə bölməsinin rəisi polis mayoru Anar İbrahimovun vasitəsilə dərhal tərəfimdən tərtib edilmiş raport əsasında Yasamal RPİ-nin rəhbərliyinə məruzə etdim və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən mənim özümə həvalə edilərək mənim rəhbərliyim altında və bölmənin kiçik inspektoru polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradıldı.Əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün kiçik inspektor Şahid2 ilə birlikdə Polis idarəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlanılmış və nəticədə də həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 7 ünvanının qarşısında dayandığını görüb ona yaxınlaşaraq 08.05.198-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxsdur. Beləliklə də onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə məlumatımızın olduğunu bildirərək ondan bizimlə Yasamal RPİ-nə getməyini təklif etmişlər.Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanıldı və S.Əbdülqədimova üzərində qeyri qanuni hər hansı bir əşyanın olub olmamsı sorüşüldüqda o, özü könüllü olaraq əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxarıb masanın üstünə qoydu, bundan sonra baş X8 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apardı, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmadı,bundan sonra baş X8 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açaraq içərisinə keçirilən baxış zamanı büküm içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə,heroinə oxşar maddə aşkar olundu. Eyni zamanda baş təhqiqatçı baş X8 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim elədiyi bükümdə olan maddənin nədən ibarət olmasını, həmin maddəni nə vaxt, harada, kimdən, neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu,Yasamal rayon ərazisində “Ağ çiçəyim” şadlıq evinin yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatları bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata alaraq üzərində saxlayıb daşıdığını bildirdi, daha sonra baş X8 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofona bükülmüş bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdıraraq möhürlədi. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal NMB-nin kiçik inspektoru Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən məlum olmuşdur ki, o da iş üzrə digər Şahid1 göstərdiyi halları və faktları eynilə təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə (saat 13:30 dəqiqədən) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 25). xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və maddənin olması halında könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarınının sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütləni çıxararaq təqdim etdi . Təqsirləndirilən şəxs həmin kütlənin nədən ibarət olduğunu soruşduqda, o bildirdi ki, həmin kütlə narkotik maddə heroindir. Həmin narkotik maddənin kimdən əldən olunduğu soruşduqda, o bildirdi ki, həmin narkotik maddəni Yasamal rayonu Ağ Çiçəyim şadlıq evinin yaxınlığından üzdən tanıdığı şəxsdən 10 manat pul ödəyərək əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş naməlum maddə ekspertizaya təqdim etmək üçün tərəfimdən 01 ədəd ağ rəngli zərflə qablaşdırılaraq götürüldü.Bundan başqa Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən tünd rəngli Samsung markalı üzərində ***-***-**-** mobil nömrə olan mobil telefonu təqdim etdi, mobil telefon sübut əhəmiyyətinə malik ola biləcyindən tərəfimdən ağ rəngli zərfdə qablaşdırılaraq möhürləndi və materiala əlavə edildi. (İ/V. 35). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 30 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Yasamal RPİ-nin baş təhqiqatçısı polis kapitanı X9, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkil polis baş leytenantı Şahid1 və NMB-nin kiçik inspektoru polis serjantı Şahid2 müdafiəçi Bakı şəhəri 22 saylı il bürosunun vəkili X1 iştirakları ilə xx.xx.2024-cü il tarixdə saat 13:30-da ünvan 8 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində xx.xx.2024-cü il tarixdə 15:00-də şəxsi axtarışın aparılacağını elan etməsi, istintaq hərəkətinin “İphone” markalı okamera vasitəsi ilə qeydə alınacağını bildirməsi, bununla əlaqədar vəsatət və şikayət olub olmamağı barədə soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatətinin və etirazının olmadığını bildirməsi, bundan sonra baş X8 Təqsirləndirilən şəxs özünə anket məlumatlarını bildirməsi təklif olunması, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi, təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı dəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, larında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, otrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya İlər varsa, könüllü təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd qara rəngli mobil telefon və şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyması, bundan sonra baş X8 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparması, lakin üzərindən qanunsuz əşya aşkar olunmaması, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddə aşkar olması, eyni zamanda X8 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin “kokos” adlanan narotik vasitə heroin olduğunu, Yasamal rayonu ərazisində "Ağ Çiçəyim” şadlıq evinin yaxınlığında üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 10 manata alaraq üzərində saxlayıb daşıdığını bildirməsi, daha sonra baş X8 əfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ədəd sellofana bükülmüş bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənməsi, daha sonra baş X8 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs dim etdiyi mobil telefonun hansı markalı olunması soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun “Samsung” markalı mobil telefon olduğunu bildirməsi, baş X8 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon iş üçün əhəmiyytli duğundan götürüldüyünü bildirərək içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofana bükülmüş bükümü içərisindəki maddə ilə birlikdə qablaşdırılaraq möhürlənmiş zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Rafail Allahverdiyev, polis əməkdaşları və baş X8 rəfindən imzalanması, baş X8 şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş bükümdə olan maddə qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini bildirərək aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirməsi müşahidə olunur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/1747 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°42” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs ...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,291 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ/V. 46-48). xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması barədə” qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 1). xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 71-72). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 02 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məhkəmənin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddəsilə təqsirli bilinərək 02 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2019-cu il tarixdə 03 ay 02 gün şərti cəza müddəti bitdiyindən Yasamal Rİ və PŞ-də qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda məhkumluğu ödənilmiş şəxsdir. (İ/V. 96-97). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın 4436 saylı rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 153-154). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 5/431 nömrəli xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əlavə edilmiş ekspertiza tədqiqatı ilə əlaqədar Təqsirləndirilən şəxs götürülmüş "Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli mobil telefonun yaddaşından məlumatlar köçürülmüş 1 ədəd «DVD-R» formatlı diskin yaddaşına tərəfimdən xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixli 5/431 nömrəli rəyə əlavə edilmiş 1 ədəd «DVD» formatlı disk üstünə «Ekspertiza 5-431 imza» söz,rəqəmləri və imza qeyd edilmişdir, həmin disk açıldıqda içərisində «2024-05- 14.12-05-41 » adlanan qovluq, həmin qovluğun içərisində «Samsung GSM_SM-A105F Galaxy A10» qovluq, həmin qovluğun içərisində «EvidenceCollection» adlanan qovluq, həmin qovluğun içərisində «Account Package», “chats», “contacts” «fıles» qovluqlar və «Samsung GSM_SM-A105F Galaxy A10_2024-05-14_Report » adlanan fayl vardır. «Account Package» qovluğun içərisində 2 ədəd fayl vardır, həmin fallarda iş üçün əhəmiyyətli olan məlumt yoxdur. «chats» adlanan qovluqda «WhatsApp **********97 @s.whatsapp.net» adlanan qolluq vardır. Həmin qovluğvn içərisində 207 ədəd çhat adlanan fayllar və 15 ədəd «attachments» adlanan qovluqlar var fallarda və qovluqlarda iş üçün əhəmiyyətli olan məlumatlar yoxdur. «files» adlanan qovluqda «Application» «Archives», «Audio», Confuqrathion» «Datebase», «İmage», «Text» » adlanan 7 ədəd fayllar vardır. «Application» «Archives», «Audio», Conflıqrathion» «Datebase», «İmage» adlanan qovluqlarda«Samsung GSM_SM-A105F Galaxy A10_2024-05-14_Report » adlanan faylda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, həmçinin iş üçün əhəmiyyətli olan məlumatlar aşkar olunmamışdır. (İ/V. 165). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 0,291 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,241 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilmə və götürmə” istintaq hətəkətinin aparılmasına dair videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD-R" formatlı disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 10173 nömrəli məktubla təqdim olunmuş 01 ədəd «CD» formatlı disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 17245 saylı nömrəli məktubla təqdim olunmuş 01 ədəd «CD» formatlı disk və Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** simkart nömrəsindən istifadə etdiyi “Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli mobil telefonun yaddaşından məlumatlar köçürülmüş «DVD-R» formatlı 01 ədəd disk olmaqla ümumilikdə 04 ədəd disk iş üzrə maddi sübut kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs götürülmüş üzərində ********* simkaıt nömrəsindən istifadə etdiyi “Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli mobil telefon maddi sübüt kimi tanınmış və Seymur Əbdülqalimova qaytarılmışdır. (İ/V. 166-176). “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evlidir və onun xx.xx.2006 və xx.xx.2009-cu il təvəllüdlü iki övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib özündə saxlaması özünün ibtidai istintaq zamanı vermiş olduğu etifedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi, 1 ədəd DVD-R disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, onun himayəsində 2 övladı vardır və onlar birlikdə yaşayırlar, Təqsirləndirilən şəxs barəsində daha ağır cəza seçiləcəyi halda bu təqsirləndirilən şəxsin 2 övladının həyat şəraitinə və güzaranlarına mənfi təsir göstərəcəkdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı yaşadığı Bakı şəhəri Yasmal rayonu Ə.Ələkbərov küçəsi ev 36 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 145 (bir yüz qırx beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,241 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** simkart nömrəsindən istifadə etdiyi “Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilmə və götürmə” istintaq hətəkətinin aparılmasına dair videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD-R" formatlı disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 10173 nömrəli məktubla təqdim olunmuş 01 ədəd «CD» formatlı disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 17245 saylı nömrəli məktubla təqdim olunmuş 01 ədəd «CD» formatlı disk və Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** simkart nömrəsindən istifadə etdiyi “Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli mobil telefonun yaddaşından məlumatlar köçürülmüş «DVD-R» formatlı 01 ədəd disk olmaqla ümumilikdə 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi və X4 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-562/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən xx.xx.2024-cü il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmiş, daha sonra isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-562/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi başqa müdafiəçi ilə əvəz edilmiş həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtını hər bir müdafiəçi üçün 20 (iyirmi) iş saatına bərabər hesab edilərək, göstərilmiş ümumilikdə 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 və Müdafiəçi vəkil işlədikləri Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 120 manat olmaqla ümumilikdə 240 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasmal rayonu Ə.Ələkbərov küçəsi ev 36 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** simkart nömrəsindən istifadə etdiyi “Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli mobil telefonun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 145 (bir yüz qırx beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,241 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilmə və götürmə” istintaq hətəkətinin aparılmasına dair videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD-R" formatlı disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 10173 nömrəli məktubla təqdim olunmuş 01 ədəd «CD» formatlı disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 17245 saylı nömrəli məktubla təqdim olunmuş 01 ədəd «CD» formatlı disk və Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** simkart nömrəsindən istifadə etdiyi “Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli mobil telefonun yaddaşından məlumatlar köçürülmüş «DVD-R» formatlı 01 ədəd disk olmaqla ümumilikdə 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 və Müdafiəçi vəkil işlədikləri Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 120 manat olmaqla ümumilikdə 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-562/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-562/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver