Məhkəmə qərarları › İş №1(004)-563/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-563/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-563/2024 03.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1972-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs övladı, X4 müalicə aldığı hərbi hospitaldan təxris edəcəyi ilə əlaqədar heç bir səlahiyyəti olmadığı halda yalandan qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 10 fevral 2023-cü il tarixdə saat 13:00-da Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçssi, 81 nömrəli ünvanda yerləşən “Məhsul” kafesində 6000 manat və 25 fevral 2023-cü il tarixdə sıat 15:00-də Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3fesində 2400 manat olmaqla ümumilikdə 8400 (səkkiz min dörd yüz) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, öz işi ilə əlaqədar bir neçə dəfə hərbi hospitalda olarkən Zərərçəkmiş şəxs onu orada görmüş və daha sonra kafedə olarkən Zərərçəkmiş şəxs ona yaxınlaşıb kömək istəmiş və tanışlıqları oradan yaranmışdır. Zərərçəkmiş şəxs ondan oğlu Abbaszadə Abbasın təxris olunması ilə əlaqədar kömək istəmişdir. O da Zərərçəkmiş şəxs köməklik göstərəcəyini bildirirək ondan bu işin həll olunması məqsədilə 6000 manat pul almışdır. İkinci dəfə isə Zərərçəkmiş şəxs 2400 manat məbləğində pul borc alaraq həmin pulu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Abbaszadə Abbasın təxris olunmasına köməklik göstərə bilməmiş, Zərərçəkmiş şəxs aldığı pulu qaytaracağını bildirmiş və aldığı borc puldan 1000 manat məbləğində pulu ona qaytarmış, sonra polisə şikayət etməsin deyə bir dostu ilə 900 manat da göndərmişdir. Lakin Zərərçəkmiş şəxs həmin 900 manatı qəbul etməyərək pulunun tam şəkildə ödənilməsini tələb etmişdir. O da pulu tam şəkildə ödəmək məqsədilə banka müraciət edərək kredit götürmək istəmiş, lakin gecikmələri olduğu üçün bank ona kredit verməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq təqsirləndirilən şəxs onun hüquqi savadı olmadığından ittihamda göstərilən bütün məbləği borc kimi qəbul etməsi barədə ifadə verməsinə baxmayaraq 2400 manat pulun borc olmasının müstəntiq tərəfindən araşdırılmadığını və həmin halın qeyd edilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının əvəllərində ortaq tanışlarının vasitəsi ilə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Söhbət zamanı Zərərçəkmiş şəxs övladı, Abbas Abbaszadə barədə ona danışmış və hazırki vəziyyətə görə Zərərçəkmiş şəxs oğlu Abbas Abbaszadəni hospitaldan ehtiyyata buraxılmasını məsləhət görmüşdür. Zərərçəkmiş şəxs da onunla razılaşmış və bu işləri həll etməyi üçün müəyyən adamlar ilə danışıb müəyyən hərəkətləri edəcəyini və bu barədə məlumat verəcəyini demişdir. Bir qədər vaxt keçmiş və elə həmin günü Zərərçəkmiş şəxs zəng edib oğlu, Abbas Abbaszadənin təxris olunması üçün ümumilikdə 8000 və ya maksimum halda 8400 manat pul lazım olduğunu deyib ilkin olaraq 6000 manat məbləğində pul lazım olduğunu bildirmiş və həmin məbləğdə pulu istəmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və 10 fevral 2023-cü il tarixdə saat təxminən 13:00-da Zərərçəkmiş şəxsla Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, 81 nömrəli ünvanda yerləşən “Məhsul” adlı kafedə görüşmüş və Zərərçəkmiş şəxs oğlu, Abbas Abbaszadəni hərbi hospitaldan təxris olunması üçün 6000 manat pulu ondan almışdır. Pulu aldıqdan sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, qısa müddət ərzində oğlu Abbas Abbaszadə təxris olunacaqdır. Beləliklə, 10 fevral 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, 81 nömrəli ünvanda yerləşən “Məhsul" adlı kafedə, tanışı Zərərçəkmiş şəxs övladı, X4 müalicə aldığı hərbi hospitaldan təxris edəcəyinə görə verdiyi vəd qarşılığında danışıb razılaşdığı puldan 6000 (altı min) manatını Zərərçəkmiş şəxs almışdır. Lakin buna görə hər hansısa bir hərəkət etməmiş, heç bir iş görməmiş və Asifdən aldığı 6000 manat pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan sonra, ona yenidən pul lazım olduğu üçün qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs yenidən pul alsın. Buna görə də 2023-cü ilin fevral ayının sonu Zərərçəkmiş şəxs əlavə olaraq 2400 manat pul istəmişdir. Zərərçəkmiş şəxs onunla razılaşdıqdan sonra 25 fevral 2023-cü iltarixdə eyniliklə həmin yerdə, yəni, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, 81 nömrəli ünvanda yerləşən “Məhsul" adlı kafedə görüşmüş və həmin vaxt Zərərçəkmiş şəxs 2400 manat pulu almış, 2400 manat pulu aldıqdan sonra yenə də qısa müddət ərzində oğlu Abbas Abbaszadənin təxris olunacağını bildirmişdir. Həmin pulu da şəxsi ehtiyaclarına sərf etmiş və Zərərçəkmiş şəxs övladının təxris olunması üçün heç bir iş görməmişdir. Sonra Zərərçəkmiş şəxs ona vermiş olduğu 8400 manat pulunu tələb etdikdə aldığı pullardan 1000 (bir min) manatını geri qaytarmış, qalan 7400 manat pulu isə qaytara bilməmişdir. Asifin övladı Abbas Abbaszadəni müalicə aldığı hospitaldan təxris olunacağına vəd verib almış olduğu ümumilikdə 8400 manat pulu öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla bağlı hər hansı dövlət orqanına müraciət etməmiş, həmin puldan heç kimə verməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Abbaszadə Abbas xüsusi təyinatlılarda xidmət etmişdir. O, istəyirdi ki, oğlunu ordudan təxris etdirsin, çünki döyüşlərdə komandirin müavini şəhid olmuş, oğlu da yaralanmış və yanındakı dostu da şəhid olmuşdur. Daha sonra oğlunu hərbi hospitala gətirmiş və oğlu biraz psixiatriya bölməsində stasionar qaydada müalicə almışdır. Yanındakı dostu da qəlpə yarası almış və bağırsağından 11 sm kəsib götürülməsinə baxmayaraq onu xidmətə yararlı yazıb göndərmişdilər. O da oğlunu yararlı yazacaqlarını düşünərək oğlunu təxris etdirmək üçün Təqsirləndirilən şəxs köməklik istəmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq zərərçəkmiş şəxs oğlu Abbas Abbaszadənin təxris olunması məqsədi ilə Təqsirləndirilən şəxs 6000 manat pul verdiyini, ikinci dəfə isə 2400 manat pulu borc kimi verdiyini bildirmişdir. Təqsirləndirilən şəxslə birinci söhbətində məsələnin baş həkimlə həll edilməli olduğundan ona 3 gün vaxt verməsini istəmiş, 3 gün sonra ona zəng edərək işi danışdığını, 6000 manat pul gətirməli olduğunu bildirmiş, o da həmin məbləği Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə verdiyi 8400 manat puldan 2400 manatı borc kimi verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona borc kimi verdiyi 2400 manatdan 1000 manat qaytarmışdır. Müstəntiq ondan pulun nə məqsədlə verildiyi barədə xırdalıqlarına kimi soruşmamış və ona görə də ümumi məbləği müstəntiqə bildirsə də, 6000 manat pulun iş üçün, 2400 manat pulun isə borc kimi verildiyini bildirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında oğlu Abbas Abbaszadə hərbi xidmətə getmişdir. 2022-ci ilin sentyabr ayında “2-ci Qarabağ Müharibəsi”ndə gedən döyüşlərdə iştirak etmiş və belindən xəsarət aldığından 2022-ci ilin dekabr ayında Bakı şəhərində yerləşən Hərbi Hospitala gətirilmişdir. X11 kəskin baş ağrıları olduğundan onu hospitalın psixiatriya şöbəsinə yerləşdirmişdilər. Həmin ərəfədə ortaq tanışlarının vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş və söhbət zamanı oğlu barədə Təqsirləndirilən şəxs danışmış və Təqsirləndirilən şəxs ona oğlu Abbas Abbaszadəni hospitaldan təxris etməyi məsləhət görmüşdür. O da razılaşmış və İlham ona başqa bir tanışı ilə danışıb bu barədə ona məlumat verəcəyini, bu işin təxminən 8000 və 8400 manata alınacağını bildirmişdir. Həmin günü Təqsirləndirilən şəxs ona zəng edərək və ondan oğlunun təxris olunması üçün ilkin olaraq 6000 manat lazım olduğunu bildirib həmin məbləğdə pulu ondan istəmişdir. Belə olan halda İlhamla razılaşmış və 2023-cü ilin fevral ayının 10-da 6000 manat pulu Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, 81 nömrəli ünvanda yerləşən “Məhsul” adlı kafedə Təqsirləndirilən şəxs vermişdir. Beləliklə, 10 fevral 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, 81 nömrəli ünvanda yerləşən “Məhsul” adlı kafedə, övladı Abbas Abbaszadəni hərbi hospitraldan vaxtından əvvəli təxris etdirəcəyi vədi verməklə inam və etibarını qazandığından əvvəlcədən danışıb-razılaşdığı pulun bir hissəsini, yəni, 6000 (altı min) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Sözügedən məbləğdə pulu Təqsirləndirilən şəxs verdikdən sonra bildirmişdir ki, qısa müddət ərzində oğlu Abbas Abbaszadə təxris olunacaqdır. Bundan sonra, 2023-cü ilin fevral ayının sonu Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlamış və öncədən danışıb razılaşdığı puldan qalıq qalan hissəni də ödəməyini bildirmişdir. Belə ki, övladının vaxtından əvvəl təxris olunması üçün verdiyi vədini yerinə yetirməsinə görə qalıq qalan 2400 manat pul istəmişdir. İlhamla razılaşmış və 25 fevral 2023-cü il tarixdə saat 15:00 radələrində 2400 manat pulu Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi,81 nömrəli ünvanda yerləşən “Məhsul” adlı kafedə Təqsirləndirilən şəxs vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs övladı X4 müalicə aldığı hərbi hospitaldan vaxtından əvvəl təxris etdirəcəyini vədini verib inam və etibarını qazandığından öncədən danışıb razılaşdığı pulu, yəni, ümumilikdə 8400 (səkkiz min dörd yüz) manat pulu iki dəfəyə olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, 81 nömrəli ünvanda yerləşən “Məhsul” adlı kafedə Təqsirləndirilən şəxs vermişdir. Təxminən bir neçə gün sonra oğlu Abbas Abbaszadə yenidən hərbi hissəyə qaytarılmış və bu barədə dərhal Təqsirləndirilən şəxs məlumat vermişdir. Lakin Təqsirləndirilən şəxs ona darıxmamağı, qısa müddət ərzində məsələnin həll olunacağını və övladının vaxtından əvvəl təxris etdirəcəyini bildirmişdir. Bir qədər də vaxt keçmiş, lakin övladının vaxtından əvvəl təxris olunmadığını müəyyən etdikdə Təqsirləndirilən şəxslə əlaqə saxlayıb verdiyi vədini yerinə yetirməsini, əks halda pulunu geri qaytarmasını, olmadığı halda ondan şikayət edəcəyini bildirmişdir. Lakin get-gedə Təqsirləndirilən şəxs tapa bilməmişdir. Belə olan halda, dərk etmişdir ki, etibarından sui- istifadə edilməklə Təqsirləndirilən şəxs tərəfindən aldanılmış və buna görə də baş verənlər barədə polisə şikayət etmişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs verilmiş 8400 manat puldan 1000 manat məbləğində pulu geri qaytarmış, amma qalan 7400 manat pulu qaytarmamışdır. X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, xidmətini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «073» saylı hərbi hissədə keçirmişdir. 2-ci Qarabağ Mühribəsi başladıqda Kəlbəcər rayonu istiqamətində gedən hərbi əməliyyatlarda iştirak etmiş, həmin istiqamətdə gedən döyüşlərdə də yaralanmışdır. Almış olduğu xəsarətə görə Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən hərbi hospitalında müalicə almışdır. Müalicəsi bitdikdən sonra xidmət etdiyi hərbi hissəyə qayıtmış, Təqsirləndirilən şəxs tanımamış, ümumiyyətlə görməmiş və ünsiyyətdə olmamışdır. Sonra da atası Zərərçəkmiş şəxs eşidib bilmişdir ki, atası Asif Təqsirləndirilən şəxs onu hərbi hospitaldan təxris olunmağı üçün 8400 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə xidmətini tam başa vurub ordu sıralarından ehtiyyata buraxımışdır. O, hərbi xidmətdə olduğu üçün atası Asiflə Təqsirləndirilən şəxs arasında olan danışıqlardan məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış Bakı şəhəri, H.B.Zərdabi küçəsi 81-də yerləşən “Məhsul” kafesində vətəndaş Zərərçəkmiş şəxs iştirakı ilə keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu qeyd olunan ünvanda verdiyini bildirmişdir (i.v.6-9). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1/2053 nömrəli məktubdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməmişdir (i.v.75). Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-25-14/2-2357/24 nömrəli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən kapitan Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə göndərilmişdir (i.v.78). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, xx/xx-5958 nömrəli məktubdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində narkoloji qeydiyyatda yoxdur (i.v.99). xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edilmişlər (i.v.127-129). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona qeyd olunan maddə ilə ittiham elan olunması, iş üzrə Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxsin ifadəsi, üzləşmə istintaq hərəkəti protokolu, şahid ifadəsi, baxış keçirilməsi haqqında protokol sübut növü kimi iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CMnin 29, 311-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusat üzrə Zərərçəkmiş şəxs barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə bütün istintaq sənədlərində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs pulun alındığı yerin ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3fesi kimi oxunması, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilməsinin nəzərə alınması, qərarın surətinin 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı Şəhər Yasamal rayon prokuroruna göndərilməsi, qərar barəsində maraqlı tərəflərə yazılı məlumat verilməsi qərara alınmışdır (i.v.130-135). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi (ittihamın həcminin azalması nəzərə alınmaqla) mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün irəli sürdüyü dəlillərə və zərərçəkmiş şəxsin məhkəmə istintaqında verdiyi ifadəsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs köməklik göstərəcəyini bildirirək ondan bu işin həll olunması məqsədilə 6000 manat pul almışdır. İkinci dəfə isə Zərərçəkmiş şəxs 2400 manat məbləğində pul borc alaraq həmin pulu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Abbaszadə Abbasın təxris olunmasına köməklik göstərə bilməmiş, Zərərçəkmiş şəxs aldığı pulu qaytaracağını bildirmiş və aldığı borc puldan 1000 manat məbləğində pulu ona qaytarmışdır. Onun hüquqi savadı olmadığından ittihamda göstərilən bütün məbləği borc kimi qəbul etməsi barədə ifadə verməsinə baxmayaraq 2400 manat pulun borc olmasının müstəntiq tərəfindən araşdırılmadığını və həmin halın qeyd edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Abbas Abbaszadənin təxris olunması məqsədi ilə Təqsirləndirilən şəxs 6000 manat pul verdiyini, ikinci dəfə isə 2400 manat pulu borc kimi verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona borc kimi verdiyi 2400 manatdan 1000 manat qaytarmışdır. Müstəntiq ondan pulun nə məqsədlə verildiyi barədə xırdalıqlarına kimi soruşmamış və ona görə də ümumi məbləği müstəntiqə bildirsə də, 6000 manat pulun iş üçün, 2400 manat pulun isə borc kimi verildiyini bildirməmişdir. Belə ki, işin həqiqi hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə Abbas Abbaszadənin hərbi hospitaldan təxris olunması üçün razılığa gəldikdən və işin öhdəsindən gələcəyini vəd etdikdən sonra, öhdəliyini icra etmək niyyəti olmadan 10 fevral 2023-cü il tarixdə saat 13:00-da Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3fesində 6000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla verdiyi vədə əməl etməmişdir. Bundan sonra 25 fevral 2023-cü il tarixdə saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3fesində isə 2400 manat pulu Zərərçəkmiş şəxs borc almışdır. Həmin 2400 manat borcundan 1000 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxsə verilmiş ittihamın həcmi ilə bağlı isə məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək ittihamın həcminin azaldılmasını və təqsirləndirilən şəxsin ələ keçirdiyi pulun məbləğinə əsasən təqsirli bilinməsini qanuni və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı ilkin olaraq zərərçəkmiş şəxsin sözlərindən çıxış edərək təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin 8400 manat məbləğində pul vəsaitini ələ keçirməsi qənaətinə gəlmiş, sonradan həmin məbləğin iki dəfə ödənilməsi qeyd olunsa da hər iki ödənişin işin həlli üçün verildiyi araşdırılmamış və cinayət işi məhkəməyə göndərilmişdir. Göründüyü kimi, iş materiallarında olan sübutlarla təqsirləndirilən şəxsin cinayət törətməklə əldə etdiyi pul vəsaitinin məbləği 6000 manat təşkil etmişdir ki, bu da ittihamın həcminin 2400 manat həcmində azaldılmasının qanuni və əsaslı olmasına dəlalət edir. Belə ki, AR CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə göstərilənləri ümumiləşdirib iş materiallarında olan sübutları tədqiq edərək, məhkəmə iclaslarında verilmiş ifadələri, ifadələr arasında olan uyğunsuzluqları tam, hərtərəfli və obyektiv təhlil edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq onun 6000 manat məbləğində pul vəsaitini ələ keçirdiyi qənaətinə gəlir və bu faktın iş materialları ilə sübuta yetirildiyini vurğulayır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur (ittihamın həcminin azalması nəzərə alınmaqla). Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınması, cinayət işi istintaqın aparılması üçün Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilməsi qərara alınmışdır (i.v.1-2). “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş X3 müraciəti əsasında toplanmış materialın istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır (i.v.10). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi qərara alınmışdır (i.v.24). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır (i.v.27-28). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 29 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi qərara alınmışdır (i.v.37). “İttiham elan edilməsi üçün şəxsin tutulması və axtarışın elan edilməsi haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan etmək üçün tutulması, cinayət işi üzrə ittiham elan etmək üçün tutulmasından ötrü Təqsirləndirilən şəxs axtarış elan edilməsi qərara alınmışdır (i.v.53). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır (i.v.55). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 08 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.2, 62.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə cəzası təyin edilmiş, xx.xx.2008-ci il tarixli Gəncə Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.2, 62, 331.3, 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə Gəncə Hərbi Apellyasiya məhkəməsinin qərarı ilə CM-nin 62-ci maddəsinə əsasən cəzası 07 aya endirilmiş, xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad edilmiş, Biləsuvar RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmış cinayət işinə xx.xx.2022-ci ildə CPMnin 40.3-cü (CM 73-1.1) maddəsinə əsasən xitam verilmiş, Biləsuvar RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış cinayət işi xx.xx.2023cü ildə məhkəməyə göndərilmiş, Xətai RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (i.v.58-60). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-14-1536/24 saylı məktubdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaxın qohumlarının siyahısında xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X5 adında övladları vardır (i.v.72). Biləsuvar Rayon Məhkəməsinin 1(022)-36/2024 saylı, 14 mart 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclası zalından həbs edilmişdir (i.v.79-88). Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-500/2024 saylı, 12 iyun 2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 29,178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(022)-36/2024 saylı hökmü, həmin hökmdən zərərçəkmiş şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılmışdır (i.v.89- 96). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə istintaq hərəkətlərinin keçirilməsi zərurəti yarandığından ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v.103). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-77/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(022)-36/2024 saylı hökmü ilə təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (i.v.115-118). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.145). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını isə onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, himayəsində azyaşlı uşağının olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də AR CM-nin 178.2.4 maddəsi ilə məhkum edilərək barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 1(011)- 77/2024 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza AR CMnin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 sentyabr 2024cü il tarixli, 1(011)-77/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 7400 (yeddi min dörd yüz) manat maddi ziyanın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı iddianın təmin edilməsini xahiş etmiş, təqsirləndirilən şəxs və mülki cavabdeh isə mülki iddianın həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Beləliklə, mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona məxsus 6000 manat pulu iş üçün (ittihamın həcmi azaldılmış) və 2400 manat pulu isə borc olaraq təqsirləndirilən şəxsə verdiyini, borc verilmiş məbləğdən 1000 manat pulun qaytarıldığını qeyd etmiş, halbuki, mülki iddiada 7400 manat tələb etmişdir ki, bu da ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduğunu göstərir. Göründüyü kimi, mülki iddiaya hazırkı cinayət mühakimə icraatı çərçivəsində təqdim edilmiş sübutlarla tam qiymət verilməsi mümkün olmamaqla, mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxılması və həll edilməsi həm, mülki iddiaçının həm də mülki cavabdehin mənafeyinə uyğundur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ Zərərçəkmiş şəxs izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 77/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında iddia vermək hüququ izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “24 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “24 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar