Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-565/2023 11.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi 4 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx. xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Laçın rayonu, Arduşlu Ərazi Dairəsi, Arduşlu kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 01 iyul 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi 202A ünvanında idarə etdiyi qara rəngli, “Tofaş Şahin” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobillə geriyə dönmə əməliyyatı etmək istəyərkən avtomobilin ön sağ hissəsi ilə yolun kənarında dayanmış Zərərçəkmiş şəxs sol diz nahiyəsinə toxunduqdan sonra sonuncunun ona, etdiyi hərəkətə görə nalayiq ifadə işlətməklə irad bildirməsinə əsəbləşərək, aralarında yaranmış şəxsi münasibətlər zəminində avtomobildən düşərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri vuraraq sonuncuya döş qəfəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən və sağ əlin İİ daraq sümüyünün distal başının sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid və xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona AR CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təhsil aldığı orta məktəbin 3-4-cü sinfindən tanıyır. Təhsil aldığı orta məktəbdə təxminən 10-cu sinifdə təhsil aldığı zaman, yəni təxminən 2019-2020-ci illərdə Ruslan yaşadığı evdən anasının qızıllarını oğurlayaraq kiməsə satsa da, əsassız olaraq ondan şikayət etdiyi üçün Ruslan ilə arasında ədavət olmuşdur. 2021-ci il tarixdə o, hərbi xidmətə getdikdən sonra Ruslan ilə görüşməmiş və heç bir danışığı olmamışdır. 01 iyul 2023-cü il tarixdə o, qardaşı Raufla birlikdə ona məxsus «Tofaş» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi 202A ünvanında idarə edərək Qobu qəsəbəsinə gedirmişlər. Qeyd olunan ünvanda hərəkətdə olarkən Rauf geriyə qayıdıb yaxınlıqda olan avtoyuma məntəqəsindən öz avtomobilini götürməyi ondan xahiş etmişdir. Bu vaxtı o, Raufun xahişi ilə idarə etdiyi avtomobili geriyə hərəkət etdirərkən yolda Ruslanın dayandığını görmüşdür. O, avtomobil ilə Ruslana dəyməmək üçün Ruslandan yol istəmişdir. Lakin Ruslan yerindən tərpənmədiyi üçün və avtomobil hərəkətdə olduğu üçün ehtiyatsızlıqdan avtomobilin ön sağ bufer hissəsi Ruslanın sol diz nahiyəsinə yüngül toxunmuşdur. Lakin Ruslan hər hansı bir xəsarət almamışdır. Ruslanın xəsarət alması da mümkünsüz olmuşdur. Belə ki, hərəkətdə olan avtomobilin buferi çox yüngül formada Ruslanın sol ayağına toxunmuşdur. Bundan sonra o, avtomobili saxlamışdır. Bu vaxt o və qardaşı Rauf Ruslandan üzr istəmişlər. Lakin Ruslan onların səmimi üzrxahlıq etmələrinə baxmayaraq onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu vaxt o, avtomobildən düşüb yumruqla bir dəfə Ruslanın üz nahiyəsinə vurmuşdur. Həmin vaxt qardaşı Rauf avtomobildən düşüb onu Ruslandan uzaqlaşdırmışdır. Lakin buna baxmayaraq o, imkan tapıb əlavə olaraq bir dəfə Ruslanın qarın nahiyəsinə təpiklə vurmuşdur. Ruslan yol kənarında olan pilləkənlərin üzərinə yıxılarkən o, təpiklə Ruslanın sağ qoluna bir dəfə vurmuşdur. Həmin vaxtı qardaşı Rauf onu oradan uzaqlaşdırıb avtomobilə əyləşdirmiş və o, avtomobilə əyləşmişdir.Lakin Rauf yerdə uzanıqlı vəziyyətdə olan Ruslana kömək etmək məqsədilə Ruslanın yanına getmişdir. Həmin vaxt o, avtomobilindən görmüşdür ki, Raufun köməyi ilə Ruslan oradan uzaqlaşmış və Rauf avtomobilə yaxınlaşıb avtomobilin pəncərəsindən ona bildirmişdir ki, niyə Ruslanı vurdu. O, yenə də əsəbləşib avtomobili idarə edib oradan uzaqlaşmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun idarə etdiyi «Tofaş» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ehtiyatsızlıqdan Ruslanın sol ayağına yüngül formada toxunmuşdur. Bunun nəticəsində Ruslanın xəsarət almamışdır. Bundan sonra Ruslan onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə o, avtomobildən düşüb bir dəfə yumruqla Ruslanın üz nahiyəsinə, bir dəfə də təpiklə qarın nahiyəsinə və bir dəfə də sağ qoluna vurmuşdur. İfadəsinin sonunda törətdiyi əmələ görə səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Rauf oğlunu orta məktəbin 1-ci sinfindən tanıyır. Şahid Emilin qardaşıdır. Təxminən 2019-2020-ci il tarixlərdə Emil ilə aralarında ədavət yaranmışdır. Həmin tarixdən etibarən Emil və Rauf ilə onun heç bir görüşü və ya danışığı olmamışdır. 01 iyul 2023-cü il tarixdə, təxminən saat 17 radələrində o, yaşadığı ünvanın yaxınlığında, yəni ünvan 2ən ət mağazasının qarşısında, yəni avtomobil yolunun kənarında dayanıb onlayın yolla sifariş verdiyi taksi avtomobilinin gəlməsini gözləyirmiş. Həmin vaxt avtomobil yolunun əks istiqamətində hərəkətdə olan qara rəngli «Tofaş» markalı avtomobil düzünə gedərək sola və geriyə dönmə hərəkəti edərək geri qayıdarkən həmin avtomobilin ön sağ buferi onun sol diz nahiyəsinə toxunmuşdur. Bu vaxt o, həmin avtomobilə yaxınlaşarkən Emilin sükan arxasında, Raufun isə avtomobilin ön sağ oturacağında əyləşdiklərini görmüşdür. Avtomobilin ön hissəsi onun ayağına toxunduğu üçün o, Emilin ünvanına nalayiq ifadə işlətməklə öz iradını bildirmişdir. Həmin vaxt Emil avtomobildən düşüb bir dəfə yumruqla onun üz nahiyəsinə vurmuşdur. Bu vaxt Rauf avtomobildən düşüb Emili ondan kənara çəkib avtomobilə tərəf əyləşdirib özü də avtomobilə əyləşmək istəyən zaman Emil qəfildən onun üstünə qaçaraq təpiklə qarın nahiyəsindən bir dəfə vurmuşdur. Zərbənin təsirindən o, yol kənarında olan pilləkənlərin üzərinə yıxılan zaman Emil yenə təpiklə bir dəfə onun sağ qoluna vurmuş və o, sağ qolundan xəsarət almışdır. Həmin vaxt Rauf Emili ondan uzaqlaşdırıb avtomobilə əyləşdirmişdir. Həmin vaxt onun sağ əlində bərk ağrılar olduğu üçün Rauf ona yaxınlaşaraq onun yerdən ayaq üstə qalxmağına kömək etmiş və o, oradan çıxıb getmişdir. Bundan sonra onların arasında heç bir mübahisə baş verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, İİ Vətən müharibəsində iştirak edərək yaralanmışdır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs təxminən 3-4 il olar ki, tanıyır. Belə ki, Ruslan ilə onun arasında ədavət olmamışdır. 01 iyul 2023-cü il tarixdə o, qardaşı Emil ilə birlikdə Emilə məxsus «Tofaş» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi 202A ünvanında idarə edərək Qobu qəsəbəsinə gedirmişlər. Qeyd olunan ünvanda hərəkətdə olarkən o, qardaşından geriyə qayıdıb yaxınlıqda olan avtoyuma məntəqəsindən öz avtomobilini götürməyi xahiş etmişdir. Bu vaxt Emil onun xahişi ilə avtomobili geriyə hərəkət etdirərkən yolda Ruslanın dayandığını görüb, Emil avtomobil ilə Ruslana dəyməmək üçün Ruslandan yol istəmişdir. Lakin Ruslan yerindən tərpənmədiyi üçün, olduqları avtomobil hərəkətdə olduğu üçün ehtiyatsızlıqdan avtomobilin ön sağ bufer hissəsi Ruslanın sol diz nahiyəsinə yüngül toxunmuşdur. Lakin Ruslan hər hansı bir xəsarət almamışdır. Ruslanın xəsarət alması da mümkünsüz olmuşdur. Belə ki, hərəkətdə olan avtomobilin buferi çox yüngül formada Ruslanın sol ayağına toxunmuşdur. Emil avtomobili saxlamışdır. Bu vaxt o və Emil Ruslandan üzr istəmişlər. Lakin Ruslan onların səmimi üzrxahlığına baxmayaraq qardaşı Emilin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu vaxt Emil avtomobildən düşüb yumruqla bir dəfə Ruslanın üz nahiyəsinə vurmuşdur. Həmin vaxt o, Emili Ruslandan uzaqlaşdırmışdır. Lakin Emil yenə də əlavə olaraq bir dəfə Ruslanın qarın nahiyəsinə təpiklə vurmuşdur. Ruslan yol kənarında olan pilləkənlərin üzərinə yıxılmışdır. Həmin vaxtı o, qardaşı Emili oradan uzaqlaşdırıb avtomobilə əyləşdirmişdir. Həmin vaxt o, yerdə uzanıqlı vəziyyətdə olan Ruslana yaxınlaşaraq yerdən ayaq üstə qalxmasına kömək etmiş və Ruslan ayaq üstə qalxıb oradan çıxıb getmişdir. nahiyəsinə, bir dəfə də təpiklə qarın nahiyəsinə və bir dəfə sağ qoluna vurmuşdur. xx.xx.2023-cü il tarixdə qardaşı Emil Ruslan ilə mübahisə edərək Ruslanı vuraraq qeyd olunan sağ əlin İİ daraq sümüyünün distal başının sınığı, döş qəfəsinin sıyrığı xəsarətlərini yetirmişdir. X7 yumruq və təpiklə vurub xəsarət yetirmişdir. O, isə Ruslanı ümumiyyətlə vurmamış, Ruslan ilə onun arasında ümumiyyətlə heç bir mübahisə olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 avqust 2023cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ/V. 01) “Zərərçəkmiş şəxs qismində tanınması haqqında” 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (İ/V. 58-59) “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2023-cü il tarixli, 757 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ əlin İİ daraq sümüyünün distal başının sınığı, döş qəfəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə, sağ əlin İİ daraq sümüyünün distal başının sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, döş qəfəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (İ/V. 20-23) “Şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2023-ci il tarixdə, saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 123) “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə” qərardan görünür ki, 14 oktyabr 2023-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 170-171) “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 oktyabr 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ/V. 190-191) Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 sentyabr 2023-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (İ/V. 103) “Sübutların qiymətləndirilməsi barədə” 6 noyabr 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 127.1-ci maddəsinə tövsif edilmiş və barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (İ/V. 204-215) Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, vurulmuş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsinə etiraz etmir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərəçəkmişin və şahidin ifadələri, ekspertiza rəyi həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6, 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2- ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Əli oğlu cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş "polisin nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 43.1.2, 344-348, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 90 (doxsan) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-565/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-565/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver