Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-565/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X1, xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, 06 iyun 2024-cü il tarixdə, saat 03 radələrində ünvan 2 ünvanında yerləşən beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən, Zərərçəkmiş şəxs məxsus saat təmiri və satışı mağazasının qapısını daimi olaraq özü ilə gəzdirdiyi dəmirdən olan qanırğı ilə fiziki güc tətbiq edib sıxıb açma yolu ilə həmin mağazaya qanunsuz olaraq daxil olub, mağazada olan vitrinlərdən hər biri dəmir metaldan hazırlanmış, hər birinin ayrı-ayrılıqda qiyməti təxmnən 65 manat olan, 715 manat dəyərində 11 ədəd qəhvəyi rəngli, Çin istehsalı, üzərində “Navıforce WR3ATM-STAİNLESS STEEL BACK NF8023” yazısı olan qol saatlarını, hər birinin ayrı-ayrılıqda qiyməti təxminən 45 manat olan, 405 manat dəyərində 9 ədəd Curren markalı qol saatlarını, hər birinin ayrı-ayrılıqda qiyməti təxminən 40 manat olan, 360 manat dəyərində 9 ədəd Tissot markalı qol saatlarını, hər birinin ayrı-ayrılıqda qiyməti təxminən 28 manat olan, 224 manat dəyərində 8 ədəd Casio markalı qol saatlarını, dəyəri təxminən 140 manat olan 1 ədəd Swatch markalı qol saatını, hər birinin ayrı-ayrılıqda qiyməti təxminən 25 manat olan, 175 manat dəyərində 7 ədəd Hublot markalı qol saatlarını, hər birinin ayrı-ayrılıqda qiyməti təxminən 15 manat olan, 30 manat dəyərində 2 ədəd adi cib saatlarını, hər birinin ayrı-ayrılıqda qiyməti təxminən 18 manat olan, 90 manat dəyərində 5 ədəd silikon qol saatı kəmərlərini, hər birinin ayrı-ayrılıqda qiyməti təxminən 25 manat olan, 150 manat dəyərində 6 ədəd dəmir qol saatı kəmərlərini, hər birinin ayrı-ayrılıqda qiyməti təxminən 13 manat olan, 26 manat dəyərində 2 ədəd dəri qol saatı kəmərlərini, hər birinin ayrı-ayrılıqda qiyməti təxminən 20 manat olan, 60 manat dəyərində 3 ədəd mebeldən hazırlanmış qol saatı qablarını və hər birinin ayrı-ayrılıqda qiyməti təxminən 13 manat olan, 52 manat dəyərində 4 ədəd sadə saat qablarını qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2427 (iki min dörd yüz iyirmi yeddi) manat məbləğində maddi ziyan vurulmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, xx.xx.2024-cü il tarixdə tarixdə, saat 02:35-dən-02:58-dək olan müddət ərzində, ünvan 3 ünvanında yerləşən “X9” MMC-nin, içərisində tibbi və kosmetoloji avadanlıqlar satılan mağazasının qarşısına gələrək, saxlanc yeri hesab olunan binanın birinci mərtəbəsinin sol tərəfində yerləşən, plastik qapısını fiziki qüvvə tətbiq edərək sıxıb açmaq yolu ilə qanunsuz olaraq MMC-nin anbar hissəsinə daxil olmuş və oradan dəyəri 550 manat olan 01 ədəd karton qablaşdırmada Sentrifuga D800 markalı cihazını və hər birinin dəyəri 1200 manat olan 02 ədəd karton qablaşdırmada Miostimulyasiya AU-502B markalı cihazlarından ibarət əşyaları qəsdən gizli olaraq talayıb "xxxx" MMC-yə ümumilikdə 2950 (iki min doqquz yüz əlli mana) manat məbləğində maddi ziyan vurulmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o sonuncu dəfə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Tutulmamışdan əvvəl gecəsi 2- 3 manat olan otel tipli yerdə yaşamışdır. 05 iyun 2024-cü il tarixdə yaşadığı yerin pulunu ödəməyə imkanı olmadığı üçün o Qaradağ rayonunun ərazisində yaşan qohumundan pul almaq məqsədi ilə onlara getmiş, lakin evdə heç kim olmamışdır. Oradan qayıdan zaman ayın 5-dən 6-na keçən gecə Sahil qəsəbəsi ərazisində gəzərkən yaşayış binasının birinci mərtəbəsində saat satışını həyata keçirən mağazasının olduğunu görmüşdür. Bundan sonra o, həmin mağazanın qapısının plastik materialdan olduğunu görüb, əli ilə itələyib qapını açmışdır. Mağazanın içərisinə daxil olub 11 ədəd qol saatını və 8 ədəd qol saatı üçün olan kəmər götürüb mağazanı tərk etmişdir. Səhərsi gün o həmin saatları və kəmərləri tanımadığı şəxsə cəmi 81 manata satmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə anket məlumatları ona məlum olmayan Pərviz adlı şəxs ona 30 manat müqabilində Yasamal rayonunun ərazisində İzmir küçəsində yerləşən ambardan 03 ədən karton qutunu götürüb onun dediyi yerə qoymağı təklif etmişdir. Onun sualına cavab olaraq Pərvin həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün Pərvizin bu təklifi ilə razılaşmışdır. Bundan sonra o həmin ünvana gedərək əli qapını itələyib ambara daxil olmuş və oradan 03 ədəd karton qutunu götürüb Pərvizin dediyi yerə qoymuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində olan obyektdə saat satışı ilə məşğul olur. 06 iyun 2024-cü il tarixdə saat 09:30 radələrində işə gələn zaman obyektin alminiumdan olan qapısının sındırılmış vəziyətdə olduğunu görmüşdür. Bundan sonra icəri daxil olan zaman o görmüşdür ki, vitrinlərdə olan saatlar oğurlanmışdır. O dərhal bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlib müayinə aparmışlar. Bu zaman ona məlum olmuşdur ki, dəyəri ümumi 2427 manat olan, üzərində “Curren”, “Tissot”, “Casio”, “Swatch, “Hublot” adları olan təxminən 40-dan artıq saat və kəmərlər oğurlanmışdır. Hadisədən uzun zaman keçdiyi üçün o saatların sayını dəqiq xatırlamır, lakin həmin vaxt müstəntiqə verdiyi ifadəsində dəqiq məlumat vermişdir. Oğurlanan saatlardan ona cəmi 01 ədədi qaytarılıb. Hazırda ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o "xxxx" MMC-nin tibbi və kosmetoloji avadanlıqların satışnın təchizat müdiri vəzifəsində işləyir. MMC-nin ofisi ünvan 3 ünvanında yerləşir, ambar isə həmin ofisin alt mərtəbəsində yerləşir. xx.xx.2024-cü il tarixdə saat 09:05-də işə gələn zaman anbarın sağ yan tərəfdən olan plastik qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan dərhal sonra o anbarda olan müşahidə kamerasına baxmış və ona məlum olumuşdur ki, bir nəfər şəxs anbara daxil olaraq oradan oğurluq etmişdir. O bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gələrək baş vermiş hadisə ilə bağlı hadisə yerinə baxış keçirmişlər. Bundan sonra ona məlum olmuşdur ki, ambardan 01 ədəd dəyəri 550 manat olan “Sentri Fuga” cihazı, 02 ədəd hər birinin dəyəri 1200 manat olan “Miostimulyasiya” cihazları oğurlanmışdır. Bundan bir müddət sonra oğurlanan əşyalar polis əməkdaşları tərəfindən tapılaraq onlara qaytarılmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Nəsimi rayonu 3-cü Mikrorayon dairəsi yaxınlığında fəaliyyət göstərən “X8” restoranında işləyir. 06 iyun 2024-cü il tarixdə saat 06 radələrində siqaret almaq məqsədi ilə yaxınlıqda yerləşən köşkə getmişdir. Köşkdən siqaret alan zaman əlində qara rəngli çanta olan bir nəfər şəxs ona yaxınlaşaraq saat satdığını bildirmişdir. Bundan sonra o həmin şəxsin əlində olan çantaya baxan zaman orada təxminən 40 ədəd qol saatı olduğunu görmüşdür. O həmin şəxsdən dəyəri 10 manat olan bir ədəd saat almışdır. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Bundan sonra polis əməkdaşları ona həmin saatın oğurluq olduğunu bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Mikrorayon dairəsi yaxınlığında yerləşən köşkdə satıcı işləyir. 06 iyun 2024-cü il tarixdə saat 06 radələrində köşkdə olan zaman əlində qara rəngli idman çantası olan bir nəfər tanımadığı şəxs onun işlədiyi köşkə yaxınlaşaraq ucuz qiymətə qol saatları satdığını demişdir. Bundan sonra o həmin şəxsdən dəyəri 08 manat olan bir ədəd qol saatı almışdır. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Bundan sonra polis əməkdaşları ona həmin saatın oğurluq olduğunu bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-nin tibbi və kosmetoloji avadanlıqların satışı mağazasının birinci mərtəbəsinin anbarından başverməsi, hadisə nəticəsində 01 ədəd Sentri Fuga cihazı, 02 ədəd Miostimulyasiya cihazından ibarət əşyaların oğurlanması məlum olmuşdur. Baxış zamanı ekspert kriminalist tərəfindən hadisə yerindən əl-barmaq izləri aşkar edilərək götürülmüşdür. Baxış zamanı mağazanın müşahidə kameralarından oğurluq hadisəsinin görüntüləri aşkar edilmiş və həmin görüntülər iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd CD diskə köçürülərək götürülmüşdür. Baxış zamanı başqa hər hasnı sübut əhəmiyyəti kəsb edən əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. (Cild İ, i.v. 9- 16) “Diskə baxış keçirilməsi haqqında” 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin tibbi və kosmetoloji avadanlıqların satışı mağazasının birinci mərtəbəsinin anbarından başvermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerindən götürülmüş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı CD diskdə 03 ədəd video görüntülər olması, birinci video görüntünün 2:08 dəqiqə, ikinci video görüntünün 5:16 dəqiqə və üçüncü video görüntünün 2:54 dəqiqəlik olması, həmin görüntülərdə isə bir nəfər şəxsin içəri daxil olması, içəridən karton qutuları götürməsi, sonra həmin şəxsin oğurladığı əşyalarla birlikdə ərazidən uzaqlaşması müəyyən olundu. Baxış zamanı protokol tərtib edilmişdir. (Cild İ, i.v. 17) “Baxış və götürmə haqqında” 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Hacıyev X6 RPİ-nin 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkilləri tərəfindən saxlanılan zaman, sonuncu oğurladığı əşyalarla birlikdə polis şöbəsinə gəirilmiş və oğurladığı 01 ədəd Sentri Fuga cihazı və 02 ədəd Miostimulyasiya cihazlarını araşdırmaya təqdim etmişdir. Həmin əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən ekspertiza tədqiqatlarına təqdim edilməsi məqsədilə götürülmüşdür. Təqdim edilmiş əşyalara götürmə və baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. (Cild İ, i.v. 28-30) “İfadənin yerində yoxlanması haqqında” 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, sonuncu istintaqa verdiyi ifadəsinə əsasən oğurluq hadisəsini haradan və hansı şəraitdə törətməsini ifadəsinə uyğun olaraq göstərmişdir. İfadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ifadəsinə uyğun olaraq ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin anbar hissəsindən oğurluq etdiyini, MMC-nin sol yan tərəfində olan plastik qapını göstərərək həmin qapını sıxıb açdığını və oradan da içəri, yəni anbara daxil olduğunu, anbar hissəsini göstərərək isə oradan 03 ədəd kardon qutularda olmuş cihazları aşkar etdiyini və onları götürüb oranı tərk etməklə oğurluq etdiyini bildirmişdir. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (Cild İ, i.v. 83-90) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 avqust 2024-cü il tarixli 9/5699 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş yeni vəziyyətdə 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxmnən 1850.00 manat müəyyən edilir. O cümlədən: 1 ədəd Sentrifuğa D 800 markalı cihazın qiyməti 250 manat, 2 ədəd Miostimulyasiya AU-502 B markalı cihazın hər birinin qiyməti 800 manat olmaqla cəmi 1850 manatdır. Həmçinin rəyin nəticə hissəsində qeyd edilmişdir ki, tələb-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. (Cild İ, i.v. 163-166) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 6 ünvanında yerləşən tibbi və kosmetoloji avadanlıqların satışı mağazasının birinci mərtəbəsinin anbarından başvermiş oğurluq hadisəsi yerinə baxış keçirilən zaman götürülmüş əl-barmaq əkslərinin kimə (kimlərə) məxsus olmasını müəyyən edilməsi məqsədilə DİN-in KTİ-nə göndərilmiş və daxil olmuş cavab məktubu ilə müəyyyən edilmişdir ki, həmin əl-barmaq izləri xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri ilə eynilik təşkil etmişdir. (Cild İ, i.v. 173) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin ünvan 2 ünvanında yerləşən beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən, Zərərçəkmiş şəxs məxsus saat təmiri və satışı mağazasından başverməsi, hadisə nəticəsində 11 ədəd Navıforce qol saatlarının, 9 ədəd Curren markalı qol saatlarının, 9 ədəd Tissot markalı qol saatlarının, 8 ədəd Casio markalı qol saatlarının, 1 ədəd Swatch markalı qol saatının, 7 ədəd Hublot markalı qol saatlarının, 2 ədəd adi cib saatlarının, 5 ədəd silikon qol saatı kəmərlərinin, 6 ədəd dəmir qol saat kəmərlərinin, 2 ədəd dəri qol saatı kəmərlərinin, 3 ədəd mebeldən hazırlanmış qol saatı qablarının və 4 ədəd sadə saat qablarının oğurlanması məlum olmuşdur. Baxış zamanı hadisə yerindən hər hasnı sübut əhəmiyyəti kəsb edən iz, əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. (Cild İ, i.v. 184-186) “Baxış və götürmə haqqında” 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 tərəfindən 01 ədəd qara qutunun içərisində olan “NaviForce” markalı, qara rəngli remen qolbağlı saat qutusu ilə birlikdə araşdırmaya təqdim edilmişdir. Baxış zamanı həmin əşya iş üçün əhəmiyyət kəsb etdiyindən ekspertiza tədqiqatlarına təqdim edilməsi məqsədilə götürülmüşdür. Təqdim edilmiş əşyaya baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. (Cild İ, i.v. 192-193) “Əşyanın tanınmasının aparılması haqqında” 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə təqdim olunmuş əşya baxış keçirilən zaman götürülmüş 01 ədəd qara qutunun içərisində olan “NaviForce” markalı, qara rəngli remen qolbağlı saatı tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs təqdim edilmiş saatların içindən özünə məxsus olan qara rəngli remen qolbağlı “NaviForce” markalı saatı tanıyaraq ona məxsus olmasını və mağazasından oğurlanmış saatlardan biri olmasını bildirmişdir. (Cild İ, i.v. 227-230) “İfadənin yerində yoxlanması haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, sonuncu istintaqa verdiyi ifadəsinə əsasən oğurluq hadisəsini haradan və hansı şəraitdə törətməsini ifadəsinə uyğun olaraq göstərmişdir. İfadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ifadəsinə uyğun olaraq ünvan 2 ünvanında yerləşən beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən saat təmiri və satışı mağazasından oğurluq etməsini, mağazanın plastik qapısını sıxıb açmaqla içəri olaraq daxil olmasını, mağazada olan vitrinlərdən 30-a yaxın saatlar, saat qutuları və 13 ədəd qol saatı kəmərlərini götürdüyünü və oranı tərk etməklə oğurluq etdiyini bildirmişdir. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (Cild İİ, i.v. 8- 11) “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd “Naviforce” markalı, qara rəngli dəri kəmərli qol saatı maddi sübut hesab edilmişdir. (Cild İİ, i.v. 35) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2024-cü il tarixli 9/4880 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qəhvəyi rəngli, Çin istehsalı, üzərində “Navıforce WR3ATM-STAİNLESS STEEL BACK NF8023” yazıları olan qol saatının (qutusu ilə birlikdə) istifadədə olmaması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti təxminən 65,00 manat müəyyən olunur. Qərarda qeyd edilən digər mallar tədqiqata təqdim edilmədən, müvafiq tədqiqat aparılmadan həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün deyil. (Cild İİ, i.v. 70-73) “Sübutların qiymətləndirilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixi qərardan görünür ki, cinayət işi üzrə təqdim etdilmiş əşyaya baxış keçirilən zaman götürülmüş, 01 ədəd karton qablaşdırmada “Sentrifuga D800” markalı cihazı və 02 ədəd karton qablaşdırmada “Miostimulyasiya AU-502B” markalı cihazlarından ibarət əşyalar maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, təqdim edilmiş əşyaya baxış keçirilən zaman götürülmüş bir ədəd “Navıforce WR3ATM-STAİNLESS STEEL BACK NF8023” yazıları olan (qutusu ilə birlikdə) qol saatından ibarət əşya Zərərçəkmiş şəxs təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə ünvan 6 ünvanında yerləşən tibbi və kosmetoloji avadanlıqların satışı mağazasının birinci mərtəbəsinin anbarından başvermiş oğurluq hadisəsi yerinə baxış keçirilən zaman götürülmüş, CD diskə köçürülmüş, içərisində oğurluq hadisəsinin görüntüləri olan 01 ədəd CD disk sübut növü olması və cinayət işinin materialına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-11/2-9169/2024 saylı məktubu ilə daxil olmuş əl-barmaq izlərinin sübut növü olması və cinayət işinin materialına əlavə edilməsi nəzərə alınsın. (Cild İİ, i.v. 105-120) Maddi sübutların məsul saxlanması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “Navıforce WR3ATM-STAİNLESS STEEL BACK NF8023” yazıları olan (qutusu ilə birlikdə) qol saatından ibarət əşya gündəlik istifadə edilən təlabat əşyası və ya vasitəsi olduğundan ibtidai istintaq yekunlaşdıqdan və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin İŞ-nə daxil olmuş ərizəsi nəzərə alınmaqla məsul saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. (Cild İİ, i.v. 161) Maddi sübutların məsul saxlanması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd karton qablaşdırmada Sentrifuga D800 markalı cihazı və 02 ədəd karton qablaşdırmada “Miostimulyasiya AU-502B” markalı cihazlarından ibarət əşyalar gündəlik istifadə edilən təlabat əşyası və ya vasitəsi olduğundan ibtidai istintaq yekunlaşdıqdan və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra Nümayəndə xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin İŞ-nə daxil olmuş ərizəsi nəzərə alınmaqla məsul saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. (Cild İ, i.v. 162) Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3 maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla, uzun müddətdir ki, Bakı şəhəri Nəsimi rayonu 3-cü Mikrorayon, Alı Mustafayev küçəsində yerləşən otel tipli olan hostel deyilən yerdə gündəlik 2-3 manat pul ödəməklə yaşayır. Əvvəllər də oğurluq cinayəti törətdiyi üçün cəza çəkmiş, sonuncu dəfə də oğurluq cinayətinə görə həbs olunmuş və təxminən 8 aydır ki, azadlığa buraxılmışdır. 3-cü mikrorayon dairəsi yaxınlığında fərdi əməklə, yəni fəhləlik etməklə dolanışığını təmin edir. Buna baxmayaraq daimi olaraq işləyə də bilmir. Bu səbəbdən də maddi çətinlikləri vardır. Maddi vəziyyəti aşağı olduğundan və pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 2024-cü ilin iyun ayının 5-dən 6na keçən gecə qohumlarının yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə getmişdir. Məqsədi qohumları ilə görüşüb hal-əhval tutmaq və onlardan bir qədər ehtiyaclarını ödəmək üçün pul almaq olmuşdur. Lakin, çətinliklə də olsa həmin əraziyə gəlsə də, gec olduğu üçün qohumlarını narahat etmək istəməmişdir. Sahil qəsəbəsi ərazisində gəzərkən yaşayış binalarından birinin birinci mərtəbəsində saat satışı mağazasının olduğunu görmüşdür. Həmin mağazada olan məhsullar diqqətimi cəlb etmiş, özlüyündə düşünmüşdür ki, həmin mağazadan müəyyən bir sayda əşyaları oğurlayıb satsın və bu yolla yaranmış maddi ehtiyaclarını qarşılasın. Əvvəllər də oğurluq etdiyi üçün bu iş o qədər də çətin gəlməmişdir. Maddi ehtiyacları olduğu üçün həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Mağazanın qapısı plastikdən olduğu üçün əli ilə itələyib qapını açmışdır. İçəri daxil olub mağazaya diqqət yetirmiş, mağazada olan saat və digər məhsullar mağazanın şüşə pəncərəsindən də kənardan vitrindən görünürmüş. Daha sonra həmin mağazadan, sayını dəqiq xatırlamadığı, təxminən 30-a yaxın qol saatını qabları ilə birlikdə, həmçinin 13 ədəd saat aksesuarı hesab olunan kəmər götürmüşdür. Həmin əşyaları çantasında olan 1 ədəd polietilen torbaya yığmış, daha sonra hadisə yerindən uzaqlaşıb bir qədər piyada getdikdən sonra isə tanımadığı taksi sürücüsü vasitəsilə əvvəlcə Azneft dairəsi adlanan yerə, sonra oradan da, tanımadığı başqa bir taksi ilə 20 Yanvar metrostansiyasının yaxınlığına gəlmişdir. Orada avtomobildən aşağı düşüb 3-cü mikrorayon dairəsi adlanan yerə tərəf gəlmiş, orada oğurladığı saatlardan birini köşkdə satıcı işləyən şəxsə 8 manat pul və go içkisi müqabilində satmışdır. Bir qədər sonra yaxınlıqda olan bir nəfər tanımadığı şəxsə də 1 ədəd saatı 2 manat pul müqabilində satmışdır. Sabahı günü isə 20 yanvar metrostansiyası yaxınlığında tanımadığı bir şəxsə 03 ədəd saatı satmış və elə həmin günü 20 yanvar metrostansiyası yaxınlığında səyyar formada dolaşaraq həmin saatların bir neçəsini də, biri 3-7 manat arası olan qiymətlərə satmış, əldə etdiyi pulları isə öz maddi ehtiyaclarıa, yeməyinə və spirtli içkiyə xərcləmişdir. Qalan bir neçə saatları və kəmərləri isə 3-cü mikrorayon bazarı yaxınlığında Asif adlı şəxslə vermiş, çünki onun Asifə 53 manat borcu olduğundan həmin saatları borcunun qarşılığında ona vermişdir. 11 iyun 2024-cü il tarixdə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 3-cü mikrorayon bazarının yaxınlığında saxlanılmışdır. Bundan başqa, o, maddi vəziyyəti aşağı olduğundan və pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş, daha əvvəl Bakı şəhəri Yasamal rayonu İzmir küçəsində yerləşən içərisində cihazlar satılan "xxxx" MMC-nin qarşısından keçdiyinə görə orada bahalı cihazlar olmasını və satılmasını gördüyü üçün elə həmin yerdən oğurluq etməyi planlaşdırmışdır, oradan oğurlayacağı əşyaları isə satıb maddi ehtiyacını qarşılamaq üçün xx.xx.2024-cü il tarixdə təxminən saat 02:30 radələrində Yasamal rayonu Tiblisi pr İzmir küçəsində yerləşən "xxxx" MMC-nin binasının qarşısına gəlmiş, ilk öncə bir qədər dayanaraq ətrafı müşahidə etmiş, kiminsə olmadığını və kiminsə görüb-görməyəcəyinə əmin olmaq üçün bir neçə dəqiqə ətrafda gəzişdikdən sonra heç kəsin olmadığına tam əmin olub, həmin binanın sol tərəfdən yan hissədə yerləşən, plastik giriş qapılsını güc tətbiq edib, içəri doğru sıxıb-təkanlayıb açaraq binaya daxil oldmuş, içəri keçdikdən sonra isə həmin yerdə çoxlu sayda əşyalar və cihazlar olmasını görmüşdür. Bu zaman həmin yerdə ətrafa baxmış, oradan 03 ədəd cihazları götürüb üst-üstə yığaraq binanı tərk etmiş, ətrafda isə kimsə ilə qarşılaşmamış, oradan da birbaşa yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Mikrorayon, Alı Mustafayev küçəsində yerləşən hostelə gəlib, əşyaları otağına yığmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında, təxminən saat 9 radələrində yaşadığı yerdə olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etdikdə onların Yasamal RPİ-nin 27-ci polis şöbəsinin əməkdaşları olmasını bilmiş, onlar oğurluq etməkdə şübhəli olduğunu bildirib, oğurladığı əşyaların yerini soruşaraq və ona polis şöbəsinə aparmalı olduqlarını demişlər, o, etdiyi oğurluğun ifşa olunduğunu və polislərin bunu bildiklərini bilib, törətdiyi hadisəni etiraf etmiş və elə oğurladığı cihazları da təqdim etmək üçün özü ilə götürərək polis şöbəsinə getmişdir. Polis şöbəsində törətdiyi əməli səmimi etiraf edərək, Bakı şəhəri Yasamal rayonu İzmir küçəsində yerləşən "xxxx" MMCnin binasına sol yan tərəfində olan plastik qapısını sıxıb açmaqla gizlicə daxil olduğunu, oradan 03 ədəd cihazlar oğurladığını bildirərək və oğurladığı əşyaları özü ilə gətirdiyini deyib araşdırmaya təqdim etmişdir. Bundan sonra sənədləşdirmə aparılmış, izahatı alınmış və protokol yazılaraq özü imzası ilə təsdiq etmişdir. "xxxx" MMC-nin anbarından oğurladığım 03 ədəd əşyaların bahalı cihazlar olmasını düşünmüşdür, lakin dəyərlərinin nə qədər olmasını dəqiq bilmirmiş, aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, oğurladığı 01 ədəd Sentri Fuga cihazının dəyəri 550 manat və 02 ədəd Miostimulyasiya cihazının hər birinin dəyəri 1200 manat olmaqla, həmin əşyaların ümumilikdə dəyərinin 2950 manat olması ona məlum olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən mağazadan cəmi 11 ədəd qol saatı və 8 ədən qol saatı üçün olan kəmər oğurlaması, "xxxx" MMC-nin ambarından olan əşyaların Pərviz adında şəxsin tapşırığı ilə götürməsi barədə ifadəsinə tənqidi yanaşır və bunu özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, xx.xx.2024-cü il tarixdə tarixdə, saat 02:35-dən-02:58-dək olan müddət ərzində, ünvan 3 ünvanında yerləşən “X9” MMCnin, içərisində tibbi və kosmetoloji avadanlıqlar satılan mağazasının qarşısına gələrək, saxlanc yeri hesab olunan binanın birinci mərtəbəsinin sol tərəfində yerləşən, plastik qapısını fiziki qüvvə tətbiq edərək sıxıb açmaq yolu ilə qanunsuz olaraq MMC-nin anbar hissəsinə daxil olmuş və oradan dəyəri 550 manat olan 01 ədəd karton qablaşdırmada “Sentrifuga D800” markalı cihazını və hər birinin dəyəri 1200 manat olan 02 ədəd karton qablaşdırmada “Miostimulyasiya AU-502B” markalı cihazlarından ibarət əşyaları qəsdən gizli olaraq talayıb "xxxx" MMC-yə ümumilikdə 2950 (iki min doqquz yüz əlli mana) manat məbləğində maddi ziyan vurulmaqla təkrar oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 avqust 2024-cü il tarixli 9/5699 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş yeni vəziyyətdə 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxmnən 1850.00 manat müəyyən edilir. O cümlədən: 1 ədəd “Sentrifuğa D 800” markalı cihazın qiyməti 250 manat, 2 ədəd “Miostimulyasiya AU-502 B” markalı cihazın hər birinin qiyməti 800 manat olmaqla cəmi 1850 manatdır. Həmçinin rəyin nəticə hissəsində qeyd edilmişdir ki, tələb-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus 01 ədəd karton qablaşdırmada “Sentrifuga D800” markalı cihazını qiymətini 550 manat və 02 ədəd karton qablaşdırmada “Miostimulyasiya AU-502B” markalı cihazın qiymətinin hər birinin dəyəri 1200 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 16 iyul 2024-cü il tarixli 9/4880 saylı rəyində həmin 1 ədəd “Sentrifuğa D 800” markalı cihazın qiyməti 250 manat, 2 ədəd Miostimulyasiya AU- 502 B markalı cihazın hər birinin qiyməti 800 manat olması müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 01 ədəd karton qablaşdırmada “Sentrifuga D800” markalı cihazını və 02 ədəd karton qablaşdırmada “Miostimulyasiya AU-502B” markalı cihazını oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 1850 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:25-də tutulmuşdur. (Cild İ, i.v. 208-209) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (Cild İ, i.v. 252-253) “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 1-2) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da tutulmuşdur. (Cild İ, i.v. 77-78) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 4(004)-668/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 iyul 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 115-118) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli höküm dəyişdirilərərk cəza 01 il 11 ay 29 gün endirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin qərarı ilə cəzası 06 ay azaldılmaqla xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild İİ, i.v. 38-40) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 04 noyabr 2023-cü il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixli qərar üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. "xxxx" MMC-nin direktoru X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə dəymiş ziyan ödənilmişdir. Onlar barışmışlar. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən birinə dəymiş zərərin ödənilməsini və onunla barışmasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut bir ədəd “Navıforce WR3ATM-STAİNLESS STEEL BACK NF8023” yazıları olan (qutusu ilə birlikdə) qol saatının Zərərçəkmiş şəxs və bir ədəd karton qablaşdırmada “Sentrifuga D800” markalı cihazı və iki ədəd karton qablaşdırmada “Miostimulyasiya AU-502B” markalı cihazlarının "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə qаytаrılması nəzərə alınmalı, 01 ədəd CD disk və Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-9169/2024 saylı məktubu ilə daxil olmuş əl-barmaq izləri cinаyət işinin mаtеriаllаrındа saxlanılmalıdır. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 11 iyun 2024-cü il tarixdən 13 iyun 2024-cü il tarixdək 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 11 iyun 2024-cü il tarixdən 13 iyun 2024-cü il tarixdək 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 10 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 ədəd disk və Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-9169/2024 saylı məktubu ilə daxil olmuş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut bir ədəd “Navıforce WR3ATM-STAİNLESS STEEL BACK NF8023” yazıları olan (qutusu ilə birlikdə) qol saatının Zərərçəkmiş şəxs və bir ədəd “Sentrifuga D800” markalı cihazı və iki ədəd “Miostimulyasiya AU-502B” markalı cihazların "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə qаytаrılması nəzərə alınsın. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-565/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-565/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver