Məhkəmə qərarları › İş №1(004)-566/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-566/2022

29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-566/2022 29.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Kubinka adlanan yerdə kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə Bakı şəhəri Mərdəkan çimərliyi adlanan ərazidə yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan torbanın içərisində 03 ədəd ayrı-ayrı sellofan torbalarda bükülmüş ayrı-ayrıllıqda təmiz çəkləri 73,4 qram, 34,889 qram, 90,421 qram, ümumi təmiz çəkisi 198,71 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 25 avqust 2022-ci il tarixdə saat 04:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, inzibati ərazisində yerləşən Zivər bəy Əhmədbəyov küçəsində verləşən yarımtikilinin yaxınlığı ilə piyada hərəkət edən zaman həmin ərazidə xidmət göstərən Bakı şəhəri, Yasamal RPi-nın PPXB-un əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılaraq Bakı şəhəri, Yasamal RPİ-nin 27-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada onun iizərındə şəxsi axtarış aparılarkən əlində olan 01 ədəd sellofan torbanın içərisində 03 ədəd ayrı-ayrı sellofan torbalarda bükülmüş ayrıayrıllıqda təmiz çəkləri 73,4 qram, 34,889 qram, 90,421 qram, ümumi təmiz çəkisi 198,71 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, yuxanda göstərilən ünvanda yaşayır. Xətai rayonunda qeydiyyatda olsa da Kubinka deyilən verdə günlük kirayə verilən evlərdə yaşayır. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir, amma zərgərdir, iş olduqda Mərkəzi Univermağın yanında fərdi qaydada işləyir və qazandığı pul ilə narkotik vasitə əldə edir. 24 avqust 2022-ci il tarixdə günortadan sonra çimmək üçün Mərdəkan qəsəbəsinə getmişdir. Qayıdarkən yolun kənarında piyada hərəkət edən zaman sellofan torba diqqətini çəkmişdir. Yaxınlaşıb həmin torbaya baxarkən görmüşdür ki, torbanın içərisində nəşə deyilən narkotik vasitədir, narkotik vasitələrdən istifadə etdiyi üçün dərhal onu tanımış və özü istifadə etmək üçün həmin narkotik vasitəni özü ilə götürmüşdür. xx.xx.2022-ci il tarixdə gecə saat 04:40 radələrində Bakı şəhəri, Yasamal rayonu Z.Əhmədbəyov küçəsində yerləşən yarımtikili deyilən yerin yaxınlığı ilə piyada hərəkət edən zaman tanımadığı polis əməkdaşları ona yaxınlaşıb onu Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-yə dəvət etmişdirlər. Polis bölməsinə gətirilərkən o, bildirmişdir ki, uzun müddətdir ki, narkotik maddələrdən istifadə edir və hazırda da əlindəki sellofan torbada narkotik vasitə vardır, PB-nə gətirildikdən sonra müdafiəçi dəvət etmişdirlər və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişdirlər. O, üzərində hər hansı bir əşya olmadığını bildirmiş, amma saxlanılarkən əlində sellofan torbada narkotik vasitə olduğunu bildirmiş və PB-nə gətirilərkən həmin sellofan torbanı təqdim etmişdir. Əməlini etiraf etməsini və səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, DİO-da 2013-cü ildən, tutduğu vəzifədə isə 2019-cu ildən xidmət edir. 28 avqust 2022-ci il tarixdə saat 04:50 radələrində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsində xidmətdə olan zaman Bakı şəhər Yasamal KPİ-nin PPXB-ın əməkdaşları Şahid2 və Şahid1 tanımadığı, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verərək bildirdilər ki, şəxsiyyətini müəyyən etmək Yasamal rayonu inzibati ərazisində yerləşən Zivər bəy Əhmədbəyov küçəsində yerləşən yarımtikilinin yaxınlığında xidmət zamanı saxlamışlar, lakin üzərində şəxsiyyəti təsdiq edən sənəd olmadığından 27ci Polis Bölməsinə gətirmişdirlər. Həmin vaxt əlində olan sellofan torbanın içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs sellofan torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bunu bildikdən sonra o, Təqsirləndirilən şəxs sual eldikdə Təqsirləndirilən şəxs əlindəki sellofan torbanı növbətçi hissəyə təqdim edib bildirdi ki, sellofan torbanın içərisindəki “nəşə” deyilən narkotik vasitə marixuana, bir ədəd “Samsung” markalı və bir ədəd Huawey markalı mobil telefonlardır. Həmin sellofan torbalar xidmətdə olan təhqiqatçı Səyyad Gözəlova təhvil verilmiş və bu barədə tərəfindən raport tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, DİO-da 2021-ci ildən, tutduğu vəzifədə isə 2021-ci ildən xidmət edir. 28 avqust 2022-ci il tarixdə saat 04:40 radələrində Bakı şəhəri Yasamal rayonu inzibatı ərazisində yerləşən Zivərbəy Əhmədbəyov küçəsində yerləşən yarımtikilinin yaxınlığında xidmət yoldaşı X5 ilə xidmətdə olan zaman bir nəfər şəxsin əlində sellofan torba ilə hərəkət etldiyini görmüşlər. Onları gördükdən sonra özünü şübhəli apardığı üçün həmin şəxsi saxlamışlar və üzərində hər hansı şəxsiyyəti təsdiq edən sənəd istəmişdirlər. Həmin şəxsin üzərində heç bir sənəd olmadığını bildirmişdir. Həmin vaxt əlindəki sellofan torbanın içərisində nə olduğunu sual etdikdə həmin şəxs bildirmişdir ki, sellofan torbanın içərisindəki narkotik vasitədir. Bundan sonra onlar həmin şəxsi Bakı şəhər Yasamal RPİnin 27-ci Polis Bölməsinə aparmışdırlar. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxsin adı Təqsirləndirilən şəxsdur. Bundan sonra təhqiqatçı Səyyad Gözəlovun xidməti otağında onların və Bakı şəhər 22 saylı Vəkillər Bürosunun vəkili X6 iştirakı ilə həmin şəxsin əlindəki sellofan torbanın içərisinə baxış keçirilmiş və məlum olınuşdur ki, sellofan torbanın içərisində 3 ədəd ayrı-ayrı kuloklarda kəskin iyə malik, qurudulmuş marixuanaya oxşar yaşıl küllə, bir ədəd “Samsung” və bir ədəd “Huawey” markalı mobil telefonlardır. Həmin sellofan torbada olan mobil telefonlar və marixuanaya oxşar kütlələr qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in 168 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş heç bir əşya tapılmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində Şahid2 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/936 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş 03 (üç) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkilən 73,4 qram, 34,889 qram, 90,421 qram, ümumi çəkisi 198,71 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkorik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 4723 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyalorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(004)-94/2019 saylı hökmü ilə təyin edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə edilmiş düzəliş nəzərə alınmaqla, çəkilməmiş qalan 10 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 67.1-ci maddəsi ilə qismən birləşdirmək yolu ilə, qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bundan sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-261/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Bundan sonra Bakı şəhəri Xəzər Rayon Məhhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 08 ay 10 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Həmçinin belə olduğu təqdirdə CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bununla da hazırkı cinayəti, əvvəlki hökmlə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə, yəni şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzasının çəkilməmiş müddətində törətdiyi üçün və hazırkı cinayət qəsdən törədilən az ağır cinayət hesab edildiyi üçün CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 07 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 76.6.3 və 67.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 10 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Həmin çəkilməmiş qalan cəza hazırkı hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 01 il 09 ay (bir il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 25 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 72 manat (yetmiş iki manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 198,56 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Prospekt” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar