Məhkəmə qərarları › İş №1(004)-569/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-569/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-569/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 27 avqust 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 sentyabr 2025-ci il tarixdə, saat 18:00 radələrində birgə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə məsələsindən irəli gələn şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı evin yataq otağında sonuncunu yumruqla və təpiklə vuraraq, ona sağ gözün üst və alt göz qapaqlarının, sağ gözaltı nahiyənin və döş qəfəsinin ön səthinin qançırları kimi bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, musiqiçidir, toy şənliklərində qarmon ifa edir. O, 2001-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Onun Sevinclə nikahından 3 uşağı vardır. Onlar Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yaşayırlar. Onun Sevinclə aralarında tez-tez münaqişələr baş verir. Çünki Sevinc evi səliqəsiz, onu isə baxımsız saxlayır, həmçinin həyat yoldaşı kimi ona tabeçilik göstərmir. Buna görə də o, həyat yoldaşını döyür. Bundan əvvəldə Sevinci döydüyü üçün məhkum olunmuşdur. Dəqiq xatırlamadığı tarixdə axşam saatlarında o, yaşadığı evə gələn zaman özündə olmamış və əsəbi olduğu üçün Sevinc yatan vaxt onun baş nahiyəsi və bədəninin dəqiq xatırlamadığı hissələrindən əli ilə vurmuşdur. Bundan əvvəlki məhkəmə iclasında sonradan o Sevinci təpiklə vurmuşdur. O, əsəbi olduğu üçün bu hərəkətləri etmişdir və əməlindən peşmandır. Yekun məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verdikdən sonra onu evə getdikdən sonra öldürəcəyi ilə hədələmiş və məhkəmənin sualına cavab olaraq bunun real olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu H.B.ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. “Papa Jons" restoranında gündüz və gecə növbəli şəkildə işləyir. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onların 3 övladı vardır. 12 sentyabr 2025-ci il tarixdə, saat 16-17 radələrində işdən çıxaraq evə gəlmiş və evdə yataraq dincəlmək istəmişdir. Həmin vaxt həyat yoldaşı Natiq evə gələrək onun barəsində polisə şikayət etməyini bəhanə gətirib, onunla mübahisə etməyə başlamışdır. Natiq onun “işverən” olduğunu deyərək onun evdən çıxmağını tələb etmişdir. O, Natiqə etiraz etdikdə Natiq evin yataq otağında yumruqla onun baş nahiyəsinə və bundan əlavə bədəninin müxtəlif nahiyyələrinə yumruqla zərbələr vurmuş, daha sonra onu çölə çıxararaq döyməyə başlamışdır. Həmin vaxt evdə ondan və Natiqdən başqa heç kim olmamışdır. O, qardaşı qızı Aytənə zəng vuraraq onun yanına gəlməsini və ona köməklik etməsini xahiş etmişdir. Natiq onu dəfələrlə səbəbsiz yerə döymüş və özünü öldürmə həddinə çatdırmışdır. Bundan əvvəldə Natiq onu döydüyü üçün məhkum olmuşdur, lakin bundan sonrada bu hərəkətlərinə son qoymamışdır. Bundan əvvəlki məhkəmə iclasında sonradan Natiq onu dəfələrlə təpiklə vurmuşdur. O daimi olaraq Natiq tərəfindən döyüldüyü üçün səhhətində ciddi problemlər yaranıbdır. Hazırda Natiqlə barışmır və ona azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində göstərilmiş Şahid məhkəmədə tədqiq edilən, məhkəməyədək sadələşdirilmiş icraat materialının 62-63-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda yəni, Abşeron rayonu Ceyranbatan qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi Tramvay küçəsi, ev 21də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və evdar qadındır. Zərərçəkmiş şəxs onun bibisidir. Sevinc ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayır. Sevincin həyat yoldaşı Təqsirləndirilən şəxs uzun müddətdir ki, bibisi Sevinclə yola getmir və onunla daim münaqişə yaradır. Bununla bağlı bir dəfə də Yasamal rayon məhkəməsində işləri olmuşdur. Lakin, Natiq bundan nəticə çıxarmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 12 sentyabr 2025-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı evdə olan zaman bibisi Sevinc ona zəng vuraraq həyat yoldaşı Natiqin onun döyməsini bildirmişdir. Sevinc vəziyyətinin yaxşı olmadığına görə Sevincə köməyə gəlməyini xahiş etmişdir. O isə yaşadığı Sabunçu rayonu Zabrat qəsəbəsindən Yasamal rayonuna bibisi Sevincin evinə gəlmişdir. O, tıxacla gəlib təxminən 1 saata Sevincgilə çatmışdır. Sevincin halsız vəziyyətdə olduğunun şahidi olmuşdur. Ona bir qədər yardım göstərdikdən sonra polisə və təcili tibbi yardıma məlumat vermişdir. Onu da əlavə etmişdir ki, evə gələn zaman Sevincin həyat yoldaşı Natiq evdən çıxıb getmişdir. Bundan sonra hadisə yerinə 27-ci PŞnin əməkdaşları və təcili tibbi yardım briqadası yaxınlaşmışdır. Bibisi Sevincin vəziyyəti yaxşı olmadığına görə Sevinci KTM-ə aparıb müayinə etmişdilər. Daha sonra onunla birlikdə 27-ci PŞ-yə gəlib ərizə və izahat vermişdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında olan mənzildə baş vermişdir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs hadisə yerini göstərərək Təqsirləndirilən şəxs tərəfindən məhz həmin ünvanda yataq otağında döyüldüyünü bildirmişdir. (i.v. 19-25) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsinin 13 sentyabr 2025-ci il tarixli 788 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözün üst və alt göz qapaqlarının, sağ gözaltı nahiyənin və döş qəfəsinin ön səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (i.v. 26-28) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(004)-265/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs 20 mart 2025-ci il tarixdə saat 17:00 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanın yataq otağında arvadı Zərərçəkmiş şəxs övladını danlanması səbəbindən aralarında ailə məişət zəminində yaranmış mübahisə zamanı əlləri ilə sonuncunun baş və sol qol nahiyələrinə vurması nəticəsində ona başın təpə nahiyəsinin iri ölçülü dərialtı hematoması, sol bazu nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamə və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(004)-265/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (i.v. 65, 66-69) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(004)-265/2025 saylı hökmü xx.xx.2025-ci il tarixdə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs idarənin qeydiyyatına alınmamış, xx.xx.2025-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 01 il təşkil etmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 1(004)-265/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətə islah işlər cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 03 (üç) ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməli və onun üzərində qəti cəza saxlanılmalıdır. Onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi vaxtdan, yəni 30 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qanunçuluq Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Qanunçuluq” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 1(004)-265/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətə islah işlər cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 03 (üç) ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və üzərində qəti olaraq 03 (üç) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 30 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Qanunçuluq” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar