Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-57/2021 26.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 11:00 radələrində ünvan 2 saylı ünvanın qarşısına gələrək əsaslı səbəb olmadan aqressiv hərəkətlərini ətrafdakılara nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, nalayıq söyüşlər söyməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə əvvəllər nikah münasibətində olmuş Zərərçəkmiş şəxs üstünə hücüm edərək yumruqla dodaq nahiyəsinə vurmuş, bundan sonra həmin gün saat 14 radələrində yenə də xuliqanlıq hərəkətlərini davam etdirərək ünvan 3 saylı ünvanın qarşısına gələrək üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs bədən və ayaq nahiyələrinə vuraraq döş qəfəsinin sol yarısında daxilə nüfuz etməyən 2 (iki) ədəd, sağ budun dəlib keçən deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2019-cu ilin yanvar ayında tanış olmuş, belə ki, həmin vaxtlar onu taksi sürücüsü kimi diş həkiminə aparmışdır. Söhbət zamanı onun Arzudan xoşu gəlmiş və söhbətləri uyğun gəldiyindən ondan mobil nömrəsini istəmişdir. Arzu da onun bu istəyinə etiraz etməyərək istifadəsində olan mobil nömrəsini ona vermişdir. Bir müddət aralarında olan danışdıqlardan sonra münasibətləri sevgi münasibətinə çevrilmişdir. 2019-cu ilin aprel ayında dəqiq tarix yadında deyil, Arzu ilə rəsmi nikaha daxil olmuşdur. Onlar rəsmi nikaha daxil olsalar da, birlikdə yaşamamışlar. Amma hər gün görüşmüşlər. Arzunu qısqandığından 2019-cu ilin avqust ayında onların münasibətləri pisləşməyə başlamış və ayrılmaq qərarına gəlmişdir. 2019-cu ilin sentyabr ayında birgə nikahları pozulmuşdur. Bir neçə ay münasibətləri olmamışdır. 2019-cu ilin dekabr ayında Arzu ilə yenidən münasibət qurmağa cəhd etmiş və barışmışlar. Rəsmi nikaha daxil olmasalar da, qeyri-rəsmi münasibətləri davam etmişdir. 2020-ci ilin mart ayında onu qısqandığından ona geyimi ilə bağlı müəyyən qadağalar qoymuş, bununla əlaqədar münasibətləri normal getməmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində idarə etdiyi avtomobillə Arzunun yaşadığı evin yaxınlığında gəlmiş, orada avtomobilində Arzu ilə söhbət edərkən aralarında münaqişə yaranmış və Arzu idarə etdiyi avtomobilin qapısını bərk açarkən qapı orada dayanmış vəziyyətdə olan digər avtomobilə dəymiş və avtomobilinin qapısı əzilmişdir. Onun bu hərəkətindən bərk əsəbləşərək əli ilə Arzunun dodaq nahiyəsinə vurmuşdur. Arzu qışqırmağa başlamış və bu an qonşuluqda olan şəxslər, anası və bacısı qızı çölə çıxmışdırlar. Onu qonşular oradan sakitləşdirib və uzaqlaşdırmışlar. O da, idarə etdiyi avtomobilə əyləşərək çıxıb getmişdir. Arzunun Yasamal RPİ-nin 27-ci PB-nə getdiyini eşitmişdir və onunla əlaqə saxlyaraq bölməyə getməməyini tələb etmiş, ondan qayıtmasını və öz aralarında söhbət edərək məsələni yoluna qoymağı xahiş etmişdir. Arzu onun sözünə məhəl qoymayaraq geri qayıdıb şəxsiyyət vəsiqəsini götürdükdən sonra yenidən 27-ci PB-nə gedəcəyini bildirmişdir. Arzunun markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobildən düşdüyünü görmüş, Arzu ilə əlaqə saxlayaraq həmin şəxsin kimin olduğunu soruşduqda xalası oğlu olduğunu bilmişdir. Onun sözlərinə inanmamış və telefonda mübahisə etməyə başlamışlar. Arzunu qısqandığından idarə etdiyi avtomobildə saxladığı bıçağı götürüb onun yaşadığı ev istiqamətinə hərəkət etmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində Yasamal rayonu M.Fətəli küçəsi 158 saylı ünvanın qarşısında Arzunun anası ilə birlikdə piyada hərəkət etdiyini görmüş, qaçaraq ona yaxınlaşmış, anasını kənara əli ilə itələmiş və sağ əlində bıçaqla onun bədən və ayaq nahiyəsinə bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt qonşuluqda olan şəxslər dərhal ona yaxınlaşaraq bıçağı əlindən almışlar və onu oradan uzaqlaşdırmışlar. Baş verənlərdən sonra Arzuya yaxınlaşmamışdır. Törətdiyi əməldən peşmandır. Bir daha bu kimi əməlləri törətməyəcəkdir. O, bıçağı hadisə baş verməmişdən təxminən 02 il əvvəl yerini xatırlamadığı mağazadan almışdır. Həmin bıçaq tiyə hissəsi 10 santimetr, qırmızı rəngli dəstəyi olan mətbəx bıçağı olmuşdur. Bıçağı ondan orada olan şəxslərdən kimsə almışdır. Bıçağın hal-hazırda harada olmasında heç bir xəbəri yoxdur. 2020-ci ilin mart ayında Arzunun üzərinə hücum çəkərək onun baş nahiyəsinə vurmamışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs Topçubaşov adına X2 müalicə alarkən telefonla zəng edib onunla əlaqə saxlamaq istəmiş, lakin telefona başqa tanımadığı şəxs cavab vermişdir. Arzunun necə olduğunu soruşmuş, həmin şəxs ona «vurmusan hələ bir utanmırsan yığmısan» ifadəsini işlətmiş və telefonu söndürmüşdür. Arzunu bıçaqla vurarkən onu qorxutmaq fikri olmuş, lakin Arzunu bıçaqla vurarkən onu öldürmək məqsədi olmamışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və əvvəllər məhkum edilməməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Yasamal rayonu, M.Fətəli küçəsi ev 160 saylı ünvanda anası Şahid1, bacısı Vəfa Adıgözəlova, bacısı qızı Şahid4 ilə birlikdə yaşayır. O, 2019-cu ilin yanvar ayında yaşadığı evin yaxınlığında yaşayan taksi sürücüsü olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə diş həkiminə getmişdir. Avtomobildə olarkən Həsənağa ilə söhbətləri uyğun olduğundan sonuncu ondan mobil nömrəni istəmişdir. O da, istifadəsində olan ***-***-**-** saylı nömrəsini ona vermişdir. Bundan sonra onların münasibətləri sevgi münasibətinə çevrilmişdir. 2019-cu ilin aprel ayında dəqiq tarix yadında deyil, Həsənağa ilə rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikaha daxil olsalar da, birlikdə yaşamamışlar. Teztez evdən kənarda görüşmüşlər. 2019-cu ilin avqust ayından etibarən Həsənağa ilə münasibətləri qısqanclıq zəminində pisləşməyə başlamış, bir neçə dəfə yaşadığı evin yaxınlığında onun üzərinə hücum çəkərək «sən məndən ayrıla bilmərsən» ifadəsini işlətmişdir. Lakin ondan ayrılmaq qərarına gəlmiş və 2019-cu ilin sentyabr ayında birgə nikahlarını pozmuşdur. 2019-cu ilin dekabr ayında Həsənağa onun əlaqələri yenidən bərpa etmək üçün onunla barışmaq istədiyini demişdir. Ona əvvəlki kimi onu incidəcəksə, onunla barışmayacağını bildirmişdir. Həsənağa bir daha onu incitməyəcəyini və əl qaldırmayacağına söz vermişdir. O da, onun bu sözlərinə inanaraq onu bağışlamışdır. Onlar qeyri-rəsmi münasibətlərini davam etmişdirlər. 2020-ci ilin mart ayına qədər münasibətləri normal davam etmişdir. Daha sonra Həsənağa onu qısqanmağa başlamışdır. Onun mobil telefonuna gələn zənglərə müdaxilə etmiş, geyiminə qarışmışdır. Onun istəklərinə əməl etsə də, o, yenə də onu qısqanmışdır. 2020-ci ilin mart ayında dəqiq tarix yadında deyil, ona yaşadığı evin yaxınlığında üzərinə hücum çəkərək onu əli ilə baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Lakin xəstəxanaya və ya polisə müraciət etməmiş, Həsənağanın bu hərəkəti ilə əlaqədər şikayəti olmamışdır. Bundan sonra Həsənağa onunla münasibətini davam etdirmək istəsə də, onunla əlaqələrini kəsmək istəmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evin qarşısına gələrək onu söhbət etmək üçün həyətə çağırmış, çölə çıxıb onunla söhbət etməyə başlamışdır. Təxminən 1 saat söhbət etdikdən sonra gözləmədiyi anda yumruqlu dodaq nahiyəsinə vuraraq ona xəsarət yetirdiyindən qışqırmağa başlamışdır. Səsinə qonşuluqda olan şəxslər, anası Yasəmən və bacısı qızı Sara da ora gəlmişlər.Həsənağanı oradan qonşular uzaqlaşdırmışlar. Anası Yasəmənlə birlikdə gedərək Yasamal RPİ-nin 27-ci PB-nə müraciət etmək qərarına gəlmişlər. Evdən çıxıb piyada hərəkət edərkən onun və anası Yasəmənin şəxsiyyət vəsiqəsi üzərlərində olmadığından geri qayıdıb sənədlərini götürmək istəmişlər. Evə qayıdarkən M.Fətəli küçəsi 158 saylı evin qarşısında təxminən saat 14 radələrində Həsənağanın qaçaraq əlində bıçaqla onun üzərinə gəldiyini görmüşdür. Həsənağa onlara yaxınlaşan kimi anası Yasəməni kənara itələyib onun bədən və ayaq nahiyələrinə bıçaqla vuraraq xəsarətlər yetirmişdir. Qonşular onlara yaxınlaşaraq bıçağı Həsənağanın əlindən almışlar. Bundan sonra Həsənağa oradan uzaqlaşmayaraq qonşuların onun işinə qarışmamasını tələb etmiş və onun ünvanına təxminən 15 dəqiqə nəlayıq söyüşlər söyməyə, onu təhqir etməyə davam etmişdir. Onun bədən və ayaq nahiyələrindən qan gəldiyindən anası Yasəmən onu markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi ilə Topçubaşov adına X4 gətirmişlər. Ona xəstəxanada həkimlər tibbi yardım etmişlər. Xəstəxanada olarkən Həsənağa onunla telefon əlaqəsi saxlayaraq onu hədələməyə davam etmiş, «ölməmişəmsə, öləcəyəm», əgər xəstəxanadan sağ çıxsa, başını kəsməklə öldürəcəyi ifadəsini işlətmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs onun üzərinizə hücum çəkərkən əlində olan bıçağı qismən görmüş, bıçaq mətbəx bıçağına oxşamış, bıçağın dəstək hissəsini görməsə də, tiyə hissəsi təxminən 10 santimetr uzunluqda olmuşdur. Hal-hazırda həmin bıçağı kimdə və harada olmasını bilmir. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı evin qarşısına gələrək təxminən 1 saat söhbət etdikdən sonra onu vuraraq xəsarət yetirməsi təxminən 5 dəqiqə davam etmiş, saat 14 radələrində isə onun üzərimə hücum çəkərək bıçaqla xəsarət yetirməsi və onun ünvanına nəlayiq söyüşlər istifadə edərək təhqir etməsi təxminən 15 dəqiqə davam etmiş, hadisənin şahidləri qonşuluqda yaşayan şəxslər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal rayonu, M.Fətəli küçəsi ev 160 saylı ünvanda qızları Zərərçəkmiş şəxs, Vəfa Adıgözəlova, nəvəsi Şahid4 ilə birlikdə yaşayır. Qızı Zərərçəkmiş şəxs 2019-cu ilin aprel ayında qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuşlar. Onlar rəsmi nikaha daxil olsalar da, birlikdə yaşamamışlar. 2019-cu ilin avqust ayından etibarən Həsənağa ilə Arzunun münasibətləri qısqanclıq zəminində pisləşməyə başlamış, 2019-cu ilin sentyabr ayında Arzu birgə nikahlarını pozmuşdur. Nikahları pozulduqdan sonra Arzu ilə Həsənağanın barışmaqlarından xəbəri olmamışdır. 2020-ci ilin mart ayında, dəqiq tarix yadında deyil, Həsənağa yaşadıqları evin yaxınlığında Arzunun üzərinə hücum çəkərək onu əli ilə baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Lakin Arzu şikayət etməmiş, daha sonra Arzu onunla münasibətini təmiz kəsmək istəsə də, Həsənağa ondan əl çəkməmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evin qarşısına gələrək söhbət etmək üçün Arzunu həyətə çağırmışdır.Arzu çölə çıxmış və onunla söhbət etməyə başlamışdır. Təxminən 1 saat keçdikdən sonra Arzunun qışqırıq səsini eşitmiş və dərhal evdən çölə çıxmışdır. Arzunun dodaq nahiyəsindən qan gəldiyini görmüş, həmin vaxt qonşuluqda olan şəxslər, nəvəsi Sara da ora gəlmiş, Həsənağanı oradan qonşular uzaqlaşdırmışlar. Arzu ilə birlikdə gedərək Yasamal RPİ-nin 27-ci PB-nə müraciət etmək qərarına gəlsmşlər, evdən çıxıb piyada hərəkət edərkən şəxsiyyət vəsiqələri üzərilərində olmadığından geri qayıdıb sənədlərini götürmək istəmişlər. Evə qayıdarkən M.Fətəli küçəsi 158 saylı evin qarşısında təxminən saat 14 radələrində Həsənağanın qaçaraq əlində bıçaqla Arzunun üzərinə gəldiyini görmüş, Həsənağa onlara yaxınlaşan kimi onu itələmiş, Arzunun bədən və ayaq nahiyələrinə bıçaqla vuraraq xəsarətlər yetirmişdir. Yenidən qonşular onlara yaxınlaşaraq bıçağı Həsənağanın əlindən almışlar və onu oradan uzaqlaşdırmışlar. Arzunu markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi ilə Topçubaşov adına X4 aparmışdır. Arzuya xəstəxanada həkimlər tibb yardım etmişlər. Arzu xəstəxanada olarkən Həsənağa onunla əlaqə saxlayaraq onu hədələməyə davam etmiş, başını kəsməklə öldürəcəyi ifadəsini işlətmişdir. Hadisə vaxtı Həsənağanın əlində bıçağı qismən görmüş, bıçaq mətbəx bıçağına oxşamış, bıçağın dəstək hissəsini görməsə də, tiyə hissəsi təxminən 10 santimetr olmuş, hal-hazırda həmin bıçağın harada olmasını bilmir. Təqsirləndirilən şəxs Arzuya yumruqla vuraraq xəsarət yetirərkən və bıçaqla vuraraq xəsarət yetirərkən hadisənin şahidləri qonşuluqda yaşayan şəxslər və nəvəsi Sara olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 ifadəsində göstərmişdir ki, Yasamal rayonu, M.Fətəli küçəsi ev 160 saylı ünvanda nənəsi Şahid1, anası Vəfa Adıgözəlova, xalası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 31 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdidir. Xalası Zərərçəkmiş şəxs qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, lakin birlikdə yaşamamışlar. 2019-cu ilin avqust ayından etibarən Həsənağa ilə xalası Arzunun münasibətləri qısqanclıq zəminində pisləşməyə başlamışdır. 2019-cu ilin sentyabr ayında xalası Arzu birgə nikahlarını pozmuşdur. Daha sonra nikahları pozulduqdan sonra xalası Arzu ilə Həsənağanın barışmaqlarından xəbəri olmamışdır. 2020-ci ilin mart ayında Həsənağa yaşadığı evin yaxınlığında xalası Arzuya hücum çəkərək onu əli ilə baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Lakin xalası Arzu şikayət etməmişdir. Daha sonra xalası Arzu Həsənağa ilə münasibətini təmiz kəsmək istəsə də, Həsənağa ondan əl çəkməmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində Həsənağa yaşadıqları evin qarşısına gələrək söhbət etmək üçün xalası Arzunu həyətə çağırmış, Arzu çölə çıxıb onunla söhbət etməyə başlamışdır. Həmin vaxt evdə o və nənəsi Yasəmən olmuşdur. Lakin o və nənəsi Yasəmən çölə çıxmamışlar. Təxminən 1 saat keçdikdən sonra xalası Arzunun qışqırıq səsini eşitmiş və dərhal nənəsi Yasəmənlə birlikdə evdən çölə çıxmışlar. Xalası Arzunun dodaq nahiyəsindən qan gəldiyini görmüşdür. Həmin vaxt qonşuluqda olan şəxslər ora gəlmişlər, Həsənağanı oradan uzaqlaşdırmışlar. Arzu və nənəsi Yasəmən polisə şikayət etmək üçün evdən çıxmışlar, lakin çox çəkmədən geri qayıdarkən M.Fətəli küçəsi 158 saylı evin qarşısında saat 14 radələrində Həsənağanın qaçaraq əlində bıçaqla Arzunun üzərinə gəldiyini görmüşdür. Həsənağa onlara yaxınlaşan kimi nənəsi Yasəməni itələmiş, Arzunun bədən və ayaq nahiyəsinə bıçaqla vuraraq xəsarətlər yetirmişdir. Yenidən qonşular yaxınlaşaraq bıçağı Həsənağanın əlindən almışlar və onu oradan uzaqlaşdırmışlar. Daha sonra nənəsi Yasəmən Arzunu markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi ilə xəstəxanaya aparmışdır. Hadisə vaxtı Həsənağanın əlində bıçağı qismən görmüş, bıçaq mətbəx bıçağına oxşamış, bıçağın dəstək hissəsini görməsə də, tiyə hissəsi təxminən 10 santimetr olmuş, hal-hazırda həmin bıçağın harada olmasını bilmir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 Həsənağa oğlunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu, M.Fətəli küçəsi dalan 25, ev 3 ünvanda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayırlar. O, idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Arzu və Həsənağanın rəsmi nikaha daxil olmaları və daha sonra həmin nikahı pozaraq ayrılmaları barədə məlumatı olmuşdur. Onlar əvvəlcə rəsmi və daha sonra qeyri-rəsmi münasibətdə olsalar da, birgə yaşamırdılar. O, 1-2 dəfə Arzu ilə Həsənağanın sözlü mübahisə etmələrinin şahidi olmuşdur. xx xxxx 2020-ci il tarixdə təxminən saat 13 radələrində idarə etdiyi avtomobili yaşadığı evin yaxınlığında saxlayaraq sərnişin gözləmişdir. Təxminən saat 14 radələrində dayandığı küçədən bir tin aşağıdan, ondan təxminən 30 metr aralı səs-küy, qışqırıq gəldiyini eşitmişdir Həmin vaxt o, qonşuluqda yaşayan Rəşad adlı şəxslə söhbət etmişdir. Onlar dərhal ora yaxınlaşmışlar və Arzunun bədən və ayaq nahiyəsindən qan gəldiyini görmüşdür. Arzu Həsənağanın onu bıçaqla vurduğu deyərək qışqırmışdır. Lakin o, onlara yaxınlaşarkən Həsənağanın əlində bıçaq görməmişdir. Həsənağa da səs-küy salaraq qışqırmış və Arzunu nalayıq söyüşlərlə təhqir etmişdir. Güman edir ki, həmin vaxt qonşuluqda yaşayan şəxslərdən biri onun əlindən bıçağı almışdır. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. Arzunun bədən və ayaq nahiyəsindən qan gəldiyindən onu anası markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə otuzdurub xəstəxanaya aparmışlar. Orada olan şəxslərdən Həsənağanın Arzunu nəyə görə bıçaqla vurduğunu soruşduqda Arzunun bacısı qızı Sara Həsənağanın mübahisə yaradaraq Arzunu vurduğunu bilmişdir. Həsənağanın Arzunu vurduğu bıçağı görməmiş, bu səbəbdən də bıçağın hansı formada olmasını bilmir. Bıçağın Həsənağanın əlindən kim tərəfindən alınmasını və bıçağın hal-hazırda harada və ya kimdə olmasını bilmir. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Həsənağanın Arzunu onun yaşadığın evin qarşısında yumruqla vuraraq xəsarət yetirməsini görməmişdir. Baş vermiş hadisənin ondan başqa şahidləri Rəşad adlı şəxs, Arzunun anası Yasəmən, bacısı qızı Sara və qonşuluqda yaşayan adlarını bilmədiyi şəxslər olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı səbəbə görə bıçaqla vuraraq xəsarət yetirməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi halları və xüsusatları təsdiq etmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 157-163-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 185-186-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 57-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 sağlamlığa zərər vurmanın təyini ekspertizasının xx xxxx 2020-ci il tarixli, 12/477 nömrəli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - döş qəfəsinin sol yarısında daxilə nüfuz etməyən 2 (iki) ədəd, sağ budun dəlib keçən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən, ola bilsin bıçağın tiyəsinin təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci tarixə uyğun gəlir, dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. Qeyd olunan xəsarətlərin müayinə olunanın öz boyu hündürlüyündən yıxılması nəticəsində törənməsi inkar olunur. Zərərçəkmiş şəxs almış olduğu deşilmiş-kəsilmiş yaralardan başqa onun bədəni üzərində, eləcə də dodaq nahiyəsində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 74-76-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx xxxx 2020-ci il tarixli, 309-MTKŞ/2020 nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində sol yarısında dəlib keçək zədə vardır, həmimn zədələrin forma, xarakteri və marfoloji əlamətlərinə görə demək olarki, bu zədələr deşilmiş-kəsitlmiş zədədir. ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus köynəyin sol qolunun arxa səthində olan bir ədəd zədə kütyaranma mexanizminə malik köynəyin müvafiq nahiyəsinin gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Cinayət işinin 78-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx xxxx 2020-ci il tarixli 480/2020-MTBŞ nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisinin A(İİ) şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kesrosurətinə əsasən) olması müəyyən edilir.Ekspertizaya təqdim edilmiş kofta və hadisə yerindən götürülmüş asfalt qırıntıları üzərində olan ləkələrdə insan qanı aşkar olmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisiABO sistemi üzrə tədqiq edildikdə yalnız A antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri A (İİ) qruplu şəxsə, o cümlədən də ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 194-207-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və üzərində qan ləkələri olan asfalt qırıntıları cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün hər ikisi Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla da, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx xxxxxxx 2020-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus köynək hökm qanuni qüvvəyə mindikdən sonra sonuncuya qaytarılmalı və iş üzrə digər maddi sübut olan üzərində qan ləkələri olan asfalt qırıntıları isə məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Y.C.Hüseynə və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Y.C.Hüseynə ibtidai istintaq dövründə iştirak etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat, Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və Zərərçəkmiş şəxs məxsus olan köynək sonuncuya qaytarılsın. Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan üzərində qan ləkələri olan asfalt qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X5 ibtidai istintaq dövründə iştirak etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat, Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-57/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-57/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver